Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-67/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Aynur Əvəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X3 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 02 (iki) azyaşlı övladı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 89B-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xx.xx.2024-cü il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,921 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan asetilə edilən tiryək əldə edib daşıyaraqüzərində saxlamış, 08 may 2024-cü il tarixdə saat 17:30 radələrində ünvan 1 ünvanda yerləşən “Oba” marketin qarşısında özünü şübhəli apardığına görə Nərimanov RPl-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nərimanov Rayon Polis idarəsinin 18-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli gödəkçəsinin sol bayır cibindən 01 (bir) ədəd gümüşü falqaya bükülmüş, xeyli miqdarda ümumi təmiz çəkisi 0,921 qram olan tünd qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışında verdiyi qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi qaydada usta işləmişdir. Təxminən 4 ilə yaxındır ki, narkotik maddə olan “kakos" kimi tanıdığı heroin maddəsindən istifadə edir. Adətən narkotik maddəni adını bilmədiyi, lakin üzdən tanıdığı şəxslərdən almışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 18:30 radələrində “İnşaatçılar” metrosunun yaxınlığından tanımadığı şəxsdən 20 manata 01 büküm “kakos” kimi tanıdığı heroin narkotik maddəsini almışdır. Həmin narkotik maddədən bir qədərini istifadə etmiş və yerdə qalan hissəsini daha sonra istifadə etmək üçün özündə saxlamışdır. 08 may 2024-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, F.X.Xoyski prospekti, 132 ünvanında yerləşən “OBA” marketin qarşısında olarkən bir nəfər mülki geyimli şəxs və bir nəfər polis geyimində olan şəxs ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra onu saxlayıb 18-ci polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərində narkotik vasitə olan “kakos” adlı maddənin olduğunu bildirmiş və bundan sonra xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində olan bir ədəd alışqan, şalvarının cibindən içərisində 2 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi, “Bakı kart” və “Araz” marketin bonus kartı olan pul kisəsəsini və gödəkçəsinin sağ bayır cibində saxladığı 01 ədəd “Samsung A- 04” markalı mobil telefonu təqdim etmişdir. Etiraf etmişdir ki, təqdim etdiyi maddə narkotik maddə olan "kakos”dur. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən zərfdə qablaşdırılmış və möhürlənmiş, qablaşmanın üzəri onun və hal şahidləri tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü tərəfindən imzalanmışdır. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək məqsədilə əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olunmamışdır. Yekun olaraq o, törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, iki azyaşlı övladı olmasının nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Növbəti məhkəmə iclaslarında Təqsirləndirilən şəxs bildirmişdir ki, Yasamal Rayon Məhkəməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi üzrə cinayət işi vardır. Həmin cinayət işi üzrə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Keçən məhkəmə iclasında etirafedici ifadə versə də, nəticəsinin ağır olacağını sonradan başa düşmüşdür, polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını saxlanılarkən üzərində narkotik vasitə olmadığını bildirmiş və məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərilmişdir ki, hazırda Nərimanov RPİ-nin 18-ci Polu Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru, polis mayoru Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman ünvan 6 ünvanda yerləşən “Oba” marketin qarşısında bir şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu zaman həmin şəxs onların verdikləri suallardan yayınaraq qaçmağa çalışmışdır. Həmin şəxsin qeyri-adekvat hərəkətlərində narkotik vasitədən istifadə etməkdə şübhələndikləri üçün onu saxlayıb Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Ona görə də, bu barədə 18-ci PŞ-nin rəsinin adına raport tərtib edib Təqsirləndirilən şəxs həmin PŞ-nə təhvil vermişlər. Nərimanov RPİ-nin 18-ci PŞ-də aparılan təhqiqat araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin olunmaqla üzərində şəxsi axtarış və götürmə aparılması zamanı ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli gödəkçəsinin sol bayır cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd gümüşü falqaya bükülmüş qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi maddə “kakos”dur və onu üç gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 18:30 radələrində "İnşaatçılar” metrosunun yaxınlıqdakı ara məhəllədə adını bilmədiyi şəxsdən 20 manata 01 büküm “kakos” kimi tanıdığı narkotik vasitəni almış, bir hissəsini istifadə etmiş, qalan hissəsini isə daha sonra istifadə etmək üçün özündə saxlamışdır. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılmış və möhürlənmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən heç bir müqavimət göstərilməmişdir, özü səmimi şəkildə etiraf etmişdir. Polis əməkdaşları tərəfindən də ona qarşı heç bir fiziki güc tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan fakları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 08 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 08 may 2024-cü il tarixli protokoldan və DVD diskdən görünür ki, Nərimanov RPlnin 18-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Zöhrab Salmanov, Nərimanov RPİ 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri, polis leytenantı Şahid1, həmin PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 və 16 saylı vəkil bürosunun vəkili X5 iştitrakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli gödəkçəsinin sol bayır cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd gümüşü falqaya bükülmüş qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi maddə “kakos”dur və onu üç gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 18:30 radələrində “İnşaatçılar” metrosunun yaxınlıqdakı ara məhəllədə adını bilmədiyi şəxsdən 20 manata 01 büküm "kakos” kimi tanıdığı narkotik vasitəni almış, bir hissəsini istifadə etmiş, qalan hissəsini isə daha sonra istifadə etmək üçün özündə saxlamışdır. 08 may 2024-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 132 ünvanda yerləşən “OBA” marketin qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərindən tünd boz rəngli, cins şalvarının sağ cibindən bir ədəd alışqan, şalvarının sağ arxa cibindən içərisində 2 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi, “Bakı kart" və “Araz marketin bonus kartı olan pul kisəsəsi və gödəkçəsinin sağ bayır cibində saxladığı 01 ədəd “Samsung A-04” markalı mobil telefon aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılmış, 224 nömrəli möhürlə möhürlənmişdir. İştirakçılar tərəfindən şikayət və vəsatət daxil olmamışdır. Şəxsi axtarış sutkanın qaranlıq vaxtı otaq şətraitində süni işıqlanmada “Panaconic HC-V770” markalı videokamera vasitəsi ilə çəkiliş aparılmaqla həyata keçirilmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 6/2591 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... Vət. Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış 01 ədəd bükümdə təmiz çəkisi 0,921 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir. Məhkəmədə tədqiq edilmiş “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi” qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublika Narkoloji X10 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 3150 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X11 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 1360 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman onda xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, istimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsindən Yasamal Rayon Polis İdarəsində cinayət işi vardır. Məhkəmədə tədqiq edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-472/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu iki gün cəmi 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 08 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması hökm edilmişdir. Məhkəmədə tədqiq edilmiş 25 oktyabr 2024-cü il tarixli hökmün icrası barədə göstərişdən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi 1(004)-472/2024 sayl, xx.xx.2024-cü il tarixli hökmü icraya yönləndirilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi 1(004)-472/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü üzrə cəzasından 03 (üç) ay 17 (on yeddi) gün cəzasını çəkmiş və çəkilməmiş hissəsi 01 (bir) il 02 (iki) ay 05 (beş) gün təşkil edir. Məhkəmədə tədqiq edilmiş AZ seriyalı 003541 və 908166 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 adlı övladları vardır. Məhkəmədə tədqiq edilmiş “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 0,921 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkin 0,100 qramı tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,821 qramı, bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD-in disk maddi sübut kimi tanınmaqla narkotik vasitə Nərimanov Rayon Polis İdarəsinin saxlanc yerinə verilmiş, 01 (bir) ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC-dən təqdim olunmuş məktubdan və cd disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinə dair fayllarda cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir xüsusat aşkar olunmamışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən işgəncələrə məruz qalması məlumatı üzrə araşdırma aparılaraq xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən təzyiqlərin göstərildiyini buna görə də maddənin özünün olması barədə etirafedici ifadələr verdiyini, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından, eləcə də məhkəmə istintaqında vermiş olduğu ilkin ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs istintaqın əvvəlindən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, həmçinin Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdə şübhəli şəxsi qismində tutulmuş və 10 may 2024-cü il tarixdə barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməklə azad edilmişdir. Məhkəmə hesab edir ki, əgər həqiqətən də təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyi təqdirdə qorxduğundan müvafiq narkotik vasitənin ona aid olduğunu bildirmişdirsə, onun polis idarəsinin müvəqqəti saxlama yerindən azad edildiyi vaxtdan bu barədə müvafiq dövlət orqanlarına müraciət etmək, ona göstərilmiş təzyiqlər və məruz qaldığı qanunsuzluqlar barədə məlumat vermək imkanı olmuşdur. Lakin, Təqsirləndirilən şəxs hər hansı səlahiyyətli dövlət orqanına bu məzmunda şikayəti və ya digər müraciəti müəyyən edilməmişdir. Bundan başqa məhkəmə iclasında təzyiqin nədən ibarət olması barədə konkret məlumat verə bilməmiş, həmçinin uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini də etiraf etmişdir. Məhkəmə istintaqı zamanı etirafedici ifadə verməsinə baxmayaraq, barəsində Yasamal Rayon Məhkəməsinin hökmü çıxarıldıqdan sonra ifadəsini dəyişməsi onun özünün bildirdiyi kimi cəzasının ağırlaşacağını düşündüyündən məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyü qənaətinə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Beləliklə, təqsirləndirilən şəxsin ifadəsində yaranmış ziddiyyətlər araşdırılmış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 may 2024-cü il tarixli protokoldan və məhkəmə baxışı zamanı “DVD” diskə baxış keçirilərkən, istintaq hərəkəti protokolları, Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin təkrar törədilməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətdə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-472/2024 sayl, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 04 (dörd) gün, hazırki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 06 (altı) gün müddət, o cümlədən Yasamal Rayon Məhkəməsinin hökm üzrə cəzasının çəkilmiş cəzasının çəkilmiş 03 (üç) ay 17 (on yeddi) gün hissəsi 01 (bir) ay, 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə müddətinə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 15 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli və qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,821 qram çəkidə olan narkotik vasitə asetilə edilən tiryək məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 01 (bir) ədəd DVD disk və "xxxx" ASC-dən təqdim edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Femida» Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) iş saatı üçün 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Femida» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-472/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, müəyyən edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü üzrə şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün (xx.xx.2024-xx.xx.2024-cü il tarixləri və xx.xx.2024xx.xx.2024-cü il tarixləri), hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün (xx.xx.2024-xx.xx.2024-cü il tarixləri) müddət və azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 03 (üç) ay 17 (on yeddi) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən bərabər tutulduğu 01 (ay) ay, 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə müddəti Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 04 (dörd) ay, 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 15 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,821 qram çəkidə olan narkotik vasitə asetilə edilən tiryək məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 01 (bir) ədəd DVD disk və "xxxx" ASC-dən təqdim edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. «Femida» Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 70 (yetmiş) iş saatı üçün 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Femida» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-67/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-67/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver