Məhkəmə qərarları › İş №1(005)-68/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-68/2022

11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-68/2022 11.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Laçın rayonu, Arduşlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan «Seymur» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bır qrup şəxs halında 25 may 2021-ci il tarixdə saat 05:00-da ünvan 2 ünvanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs məxsus «Kia Sportage» minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin alt hissəsində olan səsboğucu katalizatorunu gizli talayaraq Zərərçəkmiş şəxs 2860 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 3 ilə yaxın müddətdir ki, “Universal” avtoservisdə usta işləyən qardaşı Xəzərin yanında avtomobil mühərriklərinin təmiri köməkçisi işləyir. Hadisə baş verməmişdən bir aya yaxın müddət ərzində «Lada Priyora» markalı, dövlət nömrə nişanlarını xatırlamadığı avtomobilin sürücüsü Seymur adlı şəxs ona yaxınlaşaraq avtomobilinin mühərrik və işlək hissələrində nasazlığını aradan qaldırılması barədə müriciət etmişdir. Onun avtomobilində olan nasazlıq təmir olunduqdan sonra Seymurla onun arasında yaxın münasibətlər yaranmışdır. 23.05.2021-ci il tarixdə saat təxminən 20:00 radələrində Seymur avtoservisə gələrək onunla görüşmüşdür. Seymur bildirmişdir ki, özünə məxsus olan avtomobilin səsboğucu hissəsini sökəcəyi təqdirdə ona 100 manat verəcəkdir. Seymur «Kia Sportage» markalı avtomobilin özünə məxsus olmasını bildirmişdir. 24.05.2021-ci il tarixdə saat təxminən 06:00 radələrındə Seymurla birlikdə atası Natiqin icarəyə götürdüyü «Opel Omeqa» markalı avtomobili idarə edərək Nərimanov rayonu, Xan Şuşinski küçəsi 44 ünvanın qarşısına gəlmişlər. Avtomobildə olan səsboğucu hissəni açmaq üçün açarı götürüb Seymurun dediyi «Kia Sportage» markalı, **-UN-*** dövlət nömrə nişanlı avtomaşına yaxınlaşmışlar. Daha sonra həmin detalı sökərək Seymura vermişdir. Seymur ona 100 manat pulu verib getmişdir. Həmin gündən sonra o, Seymur adlı şəxsi görməmiş və onunla telefon əlaqəsi saxlamamışdır. Hadisədən 10 gün sonra polis əməkdaşları iş yerinə gələrək onu polis bölməsinə gətirmişlər. O, həmin yerə usta kimi getmişdir, həmin avtomobilin başqasına məxsus olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında ona ünvanlanan “nə üçün həmin detalı sökmək üçün məhz səhər 06:00-da getdiniz” və “nə üçün saz vəziyyətdə olan avtomobili servisə gətirmədən küçədə detalı sökdünüz?” suallarına cavab olaraq bildirmişdir ki, o, ustadır, həm gecə, həm də gündüz işləyir və Seymur dediyi üçün detalı həmin yerdə sökmüşdür. Həmçinin, ibtidai istintaq zamanı verdiyi izahatı ilə məhkəmə iclasında verdiyi ifadəsi arasındakı ziddiyətləri onunla izah edir ki, istintaq zamanı həmin halları polis əməkdaşlarına bildirsə də, onun dedikləri qeyd edilməyib. Bundan başqa, polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qaldığı üçün izahatını imzalamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 may 2021-ci il tarixdə saat 17 radələrındə özünə məxsus «Kia Sportage» minik markalı avtomobili yaşadığı Nərimanov rayonu, Xan Şuşinski küçəsi 44 saylı evin qarşısında həyətdə saxlayaraq mənzilə qalxmışdır. 25 may 2021-ci il tarixdə saat 18 radələrındə mənzildən çıxıb avtomobilə oturub mühərriki işə saldığı zaman avtomobilin alt hissəsindən qəribə səslər gəldiyini eşitdiyindən avtomobili idarə edərək avtomobil təmiri ustasına aparıb göstərmişdir. Usta avtomobilin mühərrikini işə salıb qulaq asdıqdan sonra avtomobilin səsboğucu qurğusunun detalının açıldığını söyləmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, avtomobil yaşadığı evin qarşısında həyətdə saxlanıldığı zaman səsboğucu katalizatoru oğurlanmışdır. O, bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişdir. İlk izahat və ifadəsində avtomobildən oğurlanan səsboğucu katalizatorunun dəyərini 2000 manat məbləğində qiymətləndirmişdir. Avtomobilin həmin detal hissəsinin dəyərini dəqiq bilmədiyindən dəymiş maddi ziyanın həmin məbləğdə olmasını göstərmişdir. "xxxx" MMC-dən alınmış arayış daha dəqiq olduğundan ona dəymiş ziyanın 2860 manat təşkil etməsi ilə razılaşmışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi zayanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi ev 119-da həyat yoldaşı, böyük oğlu Xəzər və ailəsi, kiçik oğlu Cövhərlə birlikdə yaşayır. Böyük oğlu Xəzər ünvan 3 ünvanın yaxınlığında yerləşən «Universal» avtoservisdə avtomobil mühərriklərinin təmiri ustası, kiçik oğlu Cövhər isə onun köməkçisi işləyir. Cövhərə hadisə baş verməmişdən bir ay əvvəl «Lada Priyora» markalı, dövlət nömrə nişanlarını bilmədiyi avtomobilin sürücüsü Seymur adlı şəxs yaxınlaşaraq avtomobilinin mühərrik və işlək hissələrində nasazlığını aradan qaldırılması barədə müraciət etmişdir. Onun avtomobilində olan nasazlıq aradan qaldırılaraq təmir edilmişdir. Həmin vaxtdan Seymurla oğlu Cövhər arasında yaxın münasibətlər yaranmışdır. Hadisə günü oğlu, Seymurun dəvəti əsasında həmin əraziyə usta kimi getmişdir. Seymura inanaraq və həmin avtomobilin Seymura məxsus olduğunu düşünərək həmin detalı sökmüşdür. Həmçinin, onu 16-cı Polis Bölməsinə dəvət etdikdə ona bildirmişlər ki, zərərçəkmiş şəxsə vurulmuş zərərin əvəzi olaraq 2000 (iki min) manat pulu da özü ilə gətirməlidir. Ö da həmin pulu təhqiqatçı vasitəsilə zərərçəkmişə ödəmişdir. Məhkəmə iclasında ona ünvanlanan “oğlunuz cinayət törətmədiyi halda nə üçün 2000 manat ödəniş etdiniz?” sualına cavab olaraq bildirmişdir ki, təhqiqatçı ödəniş edildiyi təqdirdə işə xitam veriləcəyini bildirmişdir. O da bu səbəbdən 2000 manat pulu zərərçəkmiş şəxsə ödəmişdir. Həmçinin bildirmişdir ki, onun istintaq zamanı ümumiyyətlə şahid qismində cəlb edildiyi barədə məlumatı olmamış, yalnız məhkəməyə dəvət olunarkən şahid olduğunu bilmişdir. Polis əməkdaşları idarədə onsuzda işə xitam veriləcəyini bildirərək ona bəzi sənədlər imzalatmışlar. O, istintaq zamanı cinayət işində əks olunan məzmunda izahat verməmişdir. Cinayət işinin 15-17-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 25 may 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nın təhqiqatçısı X1 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, ünvan 4 ünvanına baxış keçirmişdir. Hadisə yerinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, sözügedən ünvan avtomobil yolunun kənarıdır. Hadisə qeyd olunan ünvanda X.Şuşuniski küçəsi ilə M.Sənani küçələrinin kəsişməsində baş vermişdir. Hadisə yerinin yaxınlığında hündür mərtəbəli yaşayış binası vardır. Yaşayış binasının birinci mərtəbəsində “Kənd Məhsulları” mağazası yerləşir. Hadisə yerinin qarşı tərəfində fərdi 1 və 2 mərtəbədən ibarət yaşayış evləri vardır. Hadisə zamanı “Kia Sportage” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomaşının səs boğucu hissəsinin detalı oğurlanmışdır. Cinayət işinin 29-30-cu vərəqələrində olan “İfadənin yerində yoxlanılması haqqında” 09 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Möhsüm Cabbarov həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Təqsirləndirilən şəxs 08 iyun 2021-ci il tarixli ifadəsində göstərdiklərinin düzgünlüyünü müəyyən etmək məqsədi ilə ifadəsini yerində yoxlamaq məqsədi ilə onunla birlikdə hadisənin baş verdiyi ünvan 5 ünvanın qarşısına gəlmişdir. Şahid Təqsirləndirilən şəxs hadisə yerində istintaqa verdiyi ifadəsini təsdiq edirək bir daha göstərdi ki, 2 ilə yaxın müddətdir ki, ünvan 3 ünvanın yaxınlığında yerləşən Universal avtoservisdə usta işləyən qardaşı Xəzərin yanında avtomobil mühərriklərinin təmiri köməkçisi işləyir. Hadisə baş verməmişdən təxminən bir aya yaxın müddət bundan əvvəl “Lada Priyora” markalı, dövlət nömrə nişanları yadında qalmayan avtomobilin sürücüsü Seymur adlı şəxs ona yaxınlaşaraq avtomobilinin mühərrik və işlək hissələrində nasazlığını aradan qaldırılması barədə müraciət etmişdir. Onun avtomobilində olan nasazlığı təmir olunmuşdur. Həmin vaxtdan Seymurla onun arasında yaxın münasibətlər yaranmışdır. Həmin gündən sonra Seymurla mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Lakin Seymurun mobil telefon nömrəsi yadında qalmamışdır. Mobil telefonu da sındığından onun nömrəsini tapa bilmir. Həmin vaxtdan Seymur onun işlədiyi avtoservisə gəlibgetmişdir. 23.05.2021-ci il tarixdə saat təxminən 20:00 radələrində Seymur avtoservisə gələrək onunla görüşmüş və ona avtomobillərin səsboğucu hissələrinin oğurlamağı və həmin ehtiyat hissələri satıb qazanc eldə etməyi təklif etmişdir. Seymur bildirmişdir ki, səsboğucu hissəsini oğurlamaq üçün ‘Kia Sportage“ markalı avtomobilin yerini də müəyyən etmişdir. Maddi imkanının zəif olmasını fikirləşib Seymurun təklifi ilə razılaşmışdır. 24.05.2021-ci il tarixdə saat təxminən 05:00 radələrində Seymurla birlikdə atası Şahid Səddrəddin oğlunun günlük 20 manata icarəyə götürmüş olduğu “Opel Omeqa” markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobili idarə edərək Seymurla Nərimanov rayonu, Xan Şuşinski küçəsi 44 ünvanın qarşısına gəlmiş, avtomobilin səsboğucu hissəni açmaq üçün açarı götürüb Seymurun seçdiyi “Kia Sportage” markalı, **-UN-*** dövlət nömrə nişanlı avtomaşına yaxınlaşmışlar. O, kənarda dayanıb ətrafa nəzarət etməyə raşlamışdır. Seymur isə həmin avtomobilin altına girərək səsboğucu hissəsini oradan çıxartmışdır. Daha sonra o avtomobildən çıxartdığı səsboğucu hissəsinin içərisində olan detalını götürüb həmin səsboğucu hissəsini geri yerinə bağlamışdır. Bundan sonra Seymurla birlikdə avtomobili idarə edib yaşadığı ünvana qayıtmışdır. Seymur avtomobildən oğurladığı səsboğucu hissəsinin detalını götürərək satıb onun pul payını verəcəyini bildirərək çıxıb getmişdir. 25.05.2021-ci il tarixdə günorta saatlarında Seymur onun yaşadığı ünvanın qarşısına gələrək həmin səsboğucunun detalını 550 manata satdığını söyləyib payına düşən 150 manat pulu ona verib getmişdir. Həmin gündən sonra Seymur adlı şəxsi görməmişdir və onunla telefon əlaqəsi saxlamamışdır. Hadisədən 10 gündən sonra polis əməkdaşları iş yerinə gələrək onu polis bölməsinə gətirmişlər. Polis bölməsində izahat verərək törətdikləri cinayəti etiraf etmişdir. Cinayət işinin 44-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 21.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 52-ci vərəqində olan "xxxx" MMC tərəfindən verilmiş 06.09.2021-ci il tarixli arayışdan görünür ki, DQN **-UN-*** KNAPC812DE7575154 ban nömrəli avtomobildə istehsalçı tərəfindən quraşdırılmış katalizator qiyməti 2860 AZN təşkil edir. Cinayət işinin 84-85-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 02.02.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışlar. Ona vurulmuş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, şahid qismində dindirilmiş Şahid istintaq zamanı verdiyi ifadəsinin sübutedici əhəmiyyətinə münasibətdə qeyd edir ki, Şahid istintaqa verdiyi ifadəsi sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə və buna görə hər hansı təqibə məruz qala bilməz. Belə ki, işin hallarından görünür ki, Şahid Təqsirləndirilən şəxs atasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe bundan ibarətdir ki, təqsirləndirilən şəxsin yaxın qohumları məhkəmə iclasında ifadə verməkdən imtina etdikdə, onların məhkəməyədək icraat zamanı şahid qismində verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, məhkəməyədək icraatda dindirilərkən onlara qeyd edilən maddənin mahiyyəti izah edilmiş olsun (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarı). Cinayət işinin tədqiqindən aydın olur ki, ibtidai istintaqı həyata keçirən orqan dindirmə istintaq hərəkətini həyata keçirərkən Şahid Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinin mahiyyətini izah etməmişdir. Odur ki, Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi prosessual qanunvericiliyin tələblərinin pozulması ilə alındığından əldə olunmasının qanuniliyinə görə, yəni mümkünlüyü baxımından sübut kimi qəbul edilən deyildir. Məhkəmə, həmçinin, şahid qismində dindirilmiş Şahid məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, onun ifadəsinin məhkəmə istintaqında araşdırılan digər sübutlarla edilən müqayisəsi həmin ifadənin həqiqiliyini şübhə altına alır. Məhkəmə, şahid qismində dindirilmiş Şahid ifadəsini mötəbərliyi baxımından və öz daxili inamına əsasən qiymətləndirərək hesab edir ki, Şahid ifadəsinin həqiqiliyinə dair şübhələr mövcuddur. Məhkəmə, hesab edir ki, şahidin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin təqsirləndirilən şəxsin təqsirsizliyini təsdiq etməsi üçün ilk növbədə həmin ifadəni verən şəxsin kimə qarşı ifadə verməsi, barəsində ifadə verdiyi şəxslə aralarında ədavət və ya yaxın qohumluq münasibətinin və ya digər mənfəətin olması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlil edilərək aydınlaşdırılmalıdır. Məhkəmə, şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdiyi xüsusatların iş üzrə əldə olunmuş mötəbər, əsaslı və təkzib edilməz sübutlarla zidiyyət təşkil etməsini, habelə Şahid ilə Təqsirləndirilən şəxs arasında yaxın qohumluq (ata və oğul olmaları) münasibətinin olmasını nəzərə alaraq hesab edir ki, Şahid ifadəsi iş üzrə həqiqəti əks etdirmir və oğlu Təqsirləndirilən şəxs məsuliyyətdən azad etmək məqsədi ilə verilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şahid cinayət hadisəsinin bilavasitə şahidi olmamış, hadisə haqqında onda olan informasiya yalnız oğlu Təqsirləndirilən şəxs verdiyi məlumatlar əsasında formalaşmışdır. Həmçinin, şahid işin nəticəsində marağı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri – xidməti asılılıq, qohumluq, dostluq və s. münasibətləri ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmasa da, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Şahid işin nəticəsində birbaşa marağı olduğundan onun ifadəsinin mötəbərliyi və iş üzrə həqiqəti əks etdirməsi şübhə altına düşür. Şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdiyi xüsusatlar nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş zayanın tam ödənildiyini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 01 dekabr 2021-ci il – 11 fevral 2022-ci il tarixlərdə keçirilmiş 10 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 35 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar