Məhkəmə qərarları › İş №1(005)-68/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-68/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-68/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (videokonfrans vasitəsilə) Zərərçəkmiş şəxs, müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 Bölüyündə taqım komandiri vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 noyabr 2019-cu il tarixdən 20 dekabr 2022-ci il tarixədək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 bölüyünün taqım komandiri vəzifəsində qulluq edərkən, qulluq mövqeyinə görə özü barəsində yaratdığı inam və etibardan suiistifadə etməklə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişə maddi ziyan vuracağına səbəb olacaq ictimai-təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, 2022-ci ilin may ayının əvvəllərində aralarında tanışlıq münasibəti olan Zərərçəkmiş şəxs ilə ünvan 2 ünvanında söhbət etdiyi zaman sonuncunun övladı Şahid1 yaşayış yerinə yaxın ərazidə işə düzəlmək istədiyini bilib, real imkana və səlahiyyətə malik olmadığı və Şahid1 hər hansı köməklik göstərmək niyyəti olmadığı halda, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Zərərçəkmiş şəxs pulunu aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində geniş əlaqələrə malik olduğunu və guya həmin quruma işə qəbul üçün ona 14000 (on dörd min) manat məbləğində pul vəsaitinin lazım olduğunu yalandan bildirib Zərərçəkmiş şəxs aldadaraq, həmin adla qeyd edilən pul vəsaitinin 13000 (on üç min) manat məbləğini verə biləcəyinə sonuncunun maddi imkanı olduğunu bilib, onu ələ alaraq, razılığını aldıqdan sonra ünvan 2 ünvanında ilkin olaraq sonuncudan onun övladı Şahid1 yanında əlbəəl aldığı 5000 (beş min) manat, həmin adla poçt vasitəsilə Zərərçəkmiş şəxs ayrı-ayrı vaxtlarda özünə göndərdiyi müxtəlif məbləğlərdə, o cümlədən, 11 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yardımlı Rayon Poçtu vasitəsilə özünün adına göndərdiyi 5000 (beş min) manat, 23 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs öz tanışı, cinayətdən xəbərsiz olan Şahid4 şəxsiyyət vəsiqəsindən istifadə edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yardımlı Rayon Poçtu vasitəsilə özünün adına göndərdiyi 2000 (iki min) manat, daha sonra 30 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs tapşırığı əsasında sonuncunun oğlu Şahid5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yardımlı Rayon Poçtu vasitəsilə özünün adına 1000 (bir min) manat pulu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 3 ünvanında yerləşən 52 saylı Poçt Şöbəsindən qəbul etməklə, ümumilikdə 13000 (on üç min) manat məbləğində pulu alıb öz şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə - Zərərçəkmiş şəxs məxsus 13000 (on üç min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs şəxsən tanımamış, sonuncunu Şahid3 vasitəsi ilə tanımışdır. 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq oğlu Şahid1 işlə təmin edilməsi üçün köməklik göstərməsini xahiş etmişdir. Söhbət zamanı sonuncuya Şahid1 14.000 manat pul vəsaiti qarşılığında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə işə düzəlməsində köməklik göstərəcəyini söyləmişdir. Zərərçəkmiş şəxs ona 14000 manat məbləğində pul vəsaitinin olmadığını, 13.000 manat məbləğində pul vəsaiti verə biləcəyini bildirmişdir. Xanverdi ilə razılaşdıqdan təxminən 2 gün sonra sonuncu Bakıya gəlib, Nərimanov rayonunda ona 5.000 manat məbləğində pul vəsaitini vermişdir. Daha sonra isə Xanverdi ona xx.xx.2022ci il tarixində poçt vasitəsi ilə 5.000 manat məbləğində pul vəsaitini, daha sonra isə xx.xx.2022-ci il tarixində 2.000 manat məbləğində pul vəsaitini göndərmişdir. Xanverdidən pulu götürəndən sonra heç kimə heç bir şey verməmişdir. Xanverdi ilə razılığa gəldiyi vaxtda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində tağım komandiri işləmiş, 2022-ci ilin noyabr ayında isə işdən çıxmışdır. 2022-ci ilin sentyabr ayında qalıq qalan 1000 manatı da poçt vasitəsi ilə Zərərçəkmiş şəxs götürmüşdür. Zərərçəkmiş şəxsla razılığa gəlmişdir ki, 3 ay ərzində oğlu Şahid1 Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işə düzəldəcək. Zərərçəkmiş şəxs və Şahid1 onunla tez-tez əlaqə saxlayaraq, işin nə yerdə olduğunu maraqlanmış, onlara narahat olmamalarını, oğlunun sənədlərinin yoxlanıldığını bildirmişdir. Zərərçəkmiş şəxs aldığı pul vəsaitindən heç kimə verməmiş, aldığı pul vəsaitini şəxsi ehtiyaclarına istifadə etmişdir. Həmin pul vəsaitini əldə etməmişdən öncə niyyəti Zərərçəkmiş şəxs oğlunu işə düzəltmək yox, Zərərçəkmiş şəxs əmlakına yiyələnmək olmuşdur. Zərərçəkmiş şəxs Şahid3 etibar etdiyinə görə onunla iş görmüşdür. Beləliklə, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, onun 13.000 manat məbləğində pul vəsaitinə yiyələnmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışdıqlarını bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində (videokonfrans vasitəsilə) dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, işlədiyi idarənin, yəni Masallı Rayonlararası Mühafizə Bölməsinin rəhbəri, polkovnik Şahid2 ona köməklik edə biləcəyini söyləmiş və onu yeznəsi Şahid3 ilə tanış etmişdir. Bədir müəllimin yeznəsi Şirin isə onu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Təqsirləndirilən şəxslə danışaraq oğluna münasib bir iş axtardığını demişdir. Vüsal əvvəllər Penitensiar Xidmətdə çalışdığını, hazırda isə DİN-nin qəbul şöbəsində işlədiyini və əlaqələrindən istifadə edərək oğluna iş tapacağını bildirmişdir. Vüsal oğlunu Penitensiar Xidmətdə işə düzəldəcəyi vədi ilə ondan 14.000 (on dörd min) manat məbləğində vəsait istəmişdir. Həmin məbləğdə pulu olmadığı üçün “Kapital Bank”a müraciət edərək kredit götürmüşdür. Vüsal ilə bu barədə yenidən danışıb razılığa gəldikdən sonra sonuncu görüşməli olduqlarını və pulun müəyyən qismini əvvəlcədən verməli olduğunu bildirmişdir. Özü 5.000 (beş min) manat məbləğində pul vəsaitini götürüb Vüsal ilə görüşmək üçün Bakı şəhərinə getmişdir. 2022-ci ilin may ayının əvvəllərində dəqiq tarixi yadında deyil, Vüsal ilə Nərimanov rayonu ərazisində görüşüb sonuncuya 5.000 (beş min) manat vermiş, daha sonra isə Yardımlıya qayıtmışdır. Sonra 11 may 2022ci il tarixdə Təqsirləndirilən şəxs adına Yardımlı rayon Poçt vasitəsilə 5.000 (beş min) manat, 23 may 2022-ci il tarixdə Yardımlı rayon Poçt vasitəsilə 2.000 (iki min) manat, daha sonra 30 sentyabr 2022-ci il tarixdə yenə Yardımlı rayon Poçt vasitəsilə 1.000 (bir min) manat pul göndərmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 13.000 (on üç min) manat pul vermişdir. Onu da qeyd edir ki, həmin pulu “Kapitan Bank”ın Yardımlı filialından öz adına götürmüş və Təqsirləndirilən şəxs vermişdir. Vüsal da onu inandırıb və aldadaraq pulunu ələ keçirmişdir. Belə ki, qeyd etdiyi hadisələr, 2022-ci ilin may ayında baş vermişdir. Vüsal ona 1-2 ay sonra oğlunun işə düzəlməsinə kömək edəcək olan şəxsin məzuniyyətdə olduğunu, sentyabr ayında oğlunun məsələsinə kömək edəcəyini bildirmişdir. Yenə də səbrlə sentyabr ayını gözləmişlər, lakin sentyabr ayında da heç bir iş görülməmişdir. Daha sonra ondan pulunu geri tələb etdikdə Vüsal pulları bölüşdürdüyünü, qısa bir vaxtda geri qaytara bilməyəcəyini bildirmişdir. 2023-cü ilin fevral ayına qədər Vüsal müxtəlif bəhanələr gətirərək onun pulunu geri qaytarmamışdır. Məcbur olub Təqsirləndirilən şəxs onu oğlu Vaqifi işə düzəldəcəyi vədi ilə aldadaraq 13.000 (on üç min) manat pulunu ələ keçirməsi ilə bağlı Yardımlı rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Bu hadisələr baş verəndən sonra tanışı Şahid2 pulunun geri qaytarılmasında köməklik edilməsini xahiş etmiş, lakin sonuncu ona pulunun geri qaytarılmasına köməklik etməmişdir. Şahid2 və qohumu Şahid3 etibar etməsinin səbəbi, onlarla yaxın əlaqələrinin olmasıdır. Buna görə onlara etibar edərək 13.000 (on üç min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs onu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə işə düzəldəcəyini vəd vermişdir. Bunun üçün ilk öncə 14.000 (on dörd min) manat məbləğində pul vəsaiti istəmiş, lakin atası 13.000 (on üç min) manat məbləğində pul vəsaitini ona verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs deməsinə görə əvvəllər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işlədiyini, sonra isə Daxili İşlər Nazirliyində işə düzəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs pulu kimə verəcəyi barədə atasına heç bir məlumat verməmişdir. Atası ondan kiminlə iş gördüyünü soruşanda cavabında narahat olmamasını, işini özünün həll edəcəyini bildirmişdir. Atası pulun 5.000 manat məbləğində hissəsini Təqsirləndirilən şəxs şəxsən Bakı şəhərində vermiş, qalan pulları isə poçt vasitəsi ilə göndərmişdir. Yardımlı şəhərində yerləşən mərkəzi poçtdan Təqsirləndirilən şəxs 3 dəfəyə cəmi 8.000 manat pul göndərmiş, 5.000 manat məbləğində pul vəsaitini isə şəxsən Bakıda Vüsalın özünə vermişdir. Atası 2022-ci ilin may ayının əvvəllərində Vüsalla Nərimanov rayonu ərazisində görüşüb ona 5.000 manat vermişdir. Sonra 11 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına Yardımlı rayon Poçt vasitəsilə 5.000 manat, 23 may 2022-ci il tarixdə Yardımlı rayon Poçt vasitəsilə 2.000 manat, daha sonra 30 sentyabr 2022-ci il tarixdə yenə Yardımlı rayon Poçt vasitəsilə 1.000 manat pul göndərmişdir. Ümumilikdə atası Təqsirləndirilən şəxs 13.000 (on üç min) manat pul vermişdir. İttiham aktının siyahısında şahidlər qismində göstərilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda şahidlər Şahid2, Şahid3 və Şahid5 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bilirmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 15-ci vərəqində olan "xxxx" MMC-yə məxsus xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən müvafiq olaraq 5000 manat və 2000 manat məbləğində vəsaitlər qəbul edilmişdir. Cinayət işinin İ cildinin 16-cı vərəqində olan "xxxx" MMC-yə məxsus xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1000 manat məbləğində vəsait qəbul edilmişdir. Cinayət işinin İ cildinin 28-29-cu vərəqələrində olan “Bir ədəd xarici yaddaş qurğusuna baxış keçirilməsi haqqında” 13 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Yardımlı rayon prokurorunun böyük köməkçisi vəzifəsi üzrə stajor X7, həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan 25-C-23 saylı material üzrə Yardımlı rayon prokurorluğunun müstəntiqi X4, Yardımlı rayon prokurorluğunun dəftərxana müdiri X2 iştirakları ilə icraatında olan 25-C-23 nömrəli material ilə əlaqədar,1 Azərbaycan Respublikası CPM-nin 85.1, 85.4.2, 143.1, 177.6 və 236-cı maddələrinin tələblərinə riayət etməklə, Təqsirləndirilən şəxs səs yazılarını özündə əks etdirən 01 (bir) ədəd xarici yaddaş qurğusuna baxış keçirtmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: İstintaqa təqdim edilmiş bir ədəd xarici yaddaş qurğusu (flash card) standart ölçüdədir, xarici yaddaş qurğusunun ön hissəsi qara rəngdə olmaqla üzərində “SanDisk” yazısı yazılmışdır. Xarici yaddaş qurğusunun arxa hissəsi qırmızı rəngdədir. Xarici yaddaş qurğusu kompyuterə daxil edildi. Xarici yaddaş qurğusunun içərisində 33 ədəd səs yazısının olması müəyyən edildi. Zərərçəkmiş şəxs dediyinə görə həmin səs yazıları sonuncunun oğlu X10 Musayev arasında aparılan “Whatsapp” sosial şəbəkəsində aparılan danışıqlar zamanı qeydə alınmışdır. AUD-2O23O4O8-WA0000 nömrəli səs yazısından görünür ki, Təqsirləndirilən şəxs Vaqif Mahmudova narahat olmamağını, razılaşdıqları vaxtın hələ qurtarmadığını, səbrli olmağını, yay ayları olduğuna görə “müəllim” adlandırdığı şəxsin məzuniyyətdə olmasına görə işin gecikdiyini bildirmişdir. AUD-20230408-WA0001 nömrəli səs yazısından görünür ki, Təqsirləndirilən şəxs Vaqif Mahmudovla əvvəlki səs yazısı ilə eyni məzmunlu söhbət aparmışdır. AUD-20230408-WA0002, AUD-20230408-WA0003, AUD-20230408-WA0004, AUD- 20230408-WA0005, AUD-20230408-WA0006 nömrəli səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs 2-3 günə Vaqif Mahmudovun işlə təmin olunacağını bildirmişdir. AUD-20230408-WA0007, AUD-20230408-WA0008 nömrəli səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs Vaqif Mahmudovun iş məsələsinin yekunlaşdığını, Bakıya gələcəyi vaxtı dəqiqləşdirməli olduğunu, “müəllim” adlandırdığı şəxslə tez-tez danışa bilməməsini bildirmişdir. AUD-20230408-WA0009, AUD-20230408-WA0010, AUD-20230408-WA0011 nömrəli səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs “müəllim” adlandırdığı şəxsin onun məsələsini artıq həll etdiyini, 2-3 günə onu qəbul edəcəyini, Zərərçəkmiş şəxsla aralarındakı etibara görə məsələni həll edəcəyini, yoxlanış mərhələsinə keçmədən, birbaşa “müəllim” adlandırdığı şəxsin qəbuluna aparacağını bildirmişdir. AUD-20230408-WA0012, AUD-20230408-WA0013 nömrəli səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs Vaqif Mahmudova sənədlərin yerində olmasını, aralarında pul məsələsi ilə əlaqədar “kağız” adlandırdğı pul vəsaitlərinin qalan hissəsinin göndərməli olduqlarını, daha sonra Zərərçəkmiş şəxs göndərdiyi pul vəsaitlərinin çatdığını bildirmişdir. AUD-20230408-WA0014, AUD-20230408-WA0015, AUD-20230408-WA0016 nömrəli səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs Vaqif Mahmudovla oktyabr ayın 11-i saat 10-da görüşəcəklərini, rəsmi geyimdə görüşə gəlməli olduğunu, onların məsələsinin tez bir zamanda həll olunmağını istəməsini, sonuncu dəfə göndərilən pul vəsaitlərini “müəllim” adlandırdığı şəxsə çatdırdığını bildirmişdir. AUD-20230408-WA0017, AUD-20230408-WA0018, AUD-20230408-WA0019 AUD20230408-WA0020, AUD-20230408-WA0021 nömrəli səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs Vaqif Mahmudova Zərərçəkmiş şəxsla danışdığını, ayın 6-sı çağırılacağını, narahat olmamağını, məsələnin uzanmasının onunla əlaqəsinin olmamasını, işə düzəlmə mərhələlərini tez bir zamanda keçəcəyini, tez bir zamanda işə düzələyəcəyini bildirmişdir. AUD-20230408-WA0022, AUD-20230408-WA0023, AUD-20230408-WA0024, AUD- 20230408-WA0025, AUD-20230408-WA0026, AUD-20230408-WA0027 nömrəli səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs Vaqif Mahmudova narahat olmamağını, ayın 5-i qəbul olacağını, rəsmi geyimdə “müəllim” adlandırdığı şəxslə görüşməli olduğunu bildirmişdir. AUD-20230408-WA0028, AUD-20230408-WA0029, AUD-20230408-WA0030, AUD- 20230408-WA0031, AUD-20230408-WA0032 nömrəli səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs Vaqif Mahmudova əvvəlki səs yazıları ilə eyni məzmunlu söhbətlər aparmış, yenidən narahat olmamağı, “müəllim” adlandırdığı şəxsin məzuniyyətdən qayıdan kimi məsələni həll edəcəyini bildirmişdir. Cinayət işinin İ cildinin 67-68-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 69-cu vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-16-17/3/2-5781/2023 nömrəli məktubundan görünür ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq əməkdaşı Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə (əmr №28-k) orta rəis heyəti qismində qulluğa qəbul edilmiş, xx.xx.2022-ci il tarixli 888/k saylı əmrlə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.1-ci maddəsinə müvafiq olaraq (öz arzusu ilə) ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Cinayət işinin İ cildinin 71-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yardımlı şəhəri ərazisində saxlanılaraq Yardımlı RPŞ-nə gətirilmişdir. Cinayət işinin İ cildinin 94-95-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 17 iyun 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirinin icra olunması üçün qərarın surətinin aidiyyəti üzrə Nərimanov rayon Pİ-nin 17-ci PB-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 98-ci vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən yazılaraq imzalanmış xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, ona vurulmuş ziyandan 5000 manat Təqsirləndirilən şəxs tərəfindən qaytarılmışdır. Cinayət işinin İ cildinin 123-cü vərəqələrində olan 1 saylı Bakı “Asan Xidmət Mərkəzi”nin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 dekabr 2019-cu il tarixli, AZ-İV seriyalı 382707 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X8 Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 4905 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs qeyd olunmuşdur. Həmçinin Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 iyul 2018-ci il tarixli AZ-İV seriyalı 105310 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X6 Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 742 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs qeyd olunmuşdur. Cinayət işinin İ cildinin 127-ci vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən yazılaraq imzalanmış xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, ona vurulmuş ziyandan 1000 manat Təqsirləndirilən şəxs tərəfindən qaytarılmışdır. Cinayət işinin İ cildinin 130-cu vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən yazılaraq imzalanmış xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, ona vurulmuş ziyandan 1000 manat Təqsirləndirilən şəxs tərəfindən qaytarılmışdır. Cinayət işinin 221-ci vərəqində olan 134 saylı MKİS tərəfindən tərtib olunmuş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İ cildinin 230-236-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 sentyabr 2023cü il tarixli 3-16-16/2-4/1466 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “fləş” yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Qeyd olunanlardan başqa, həmin rəylə təsdiq olunmuşdur ki, 01 ədəd “fləş” yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin İİ cildinin 1-19-cu vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 07 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, üzərlərində hadisənin izlərini saxladıqlarından cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiklərinə görə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yardımlı Rayon Poçtundan 11 may 2022-ci il tarixdə 5000 (beş min) manat pulun, 23 may 2022-ci il tarixdə 2000 (iki min) manat pulun, 30 sentyabr 2022-ci il tarixdə 1000 (bir min) manat pulun, “Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 3 ünvanında yerləşən 52 saylı Poçt Şöbəsinə köçürməklə göndərilməsini təsdiq edən qəbzlərin, habelə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs geri qaytardığı pullara dair 17 iyun 2023-cü il tarixli, 09 iyul 2023-cü il tarixli və 19 iyul 2023-cü il tarixli qəbzlərin, eləcə də, Təqsirləndirilən şəxs Şahid1 işə düzəldilməsi vədi ilə sonuncunun atası Zərərçəkmiş şəxs 2023-cü ilin may-sentyabr ayları ərzində hissə-hissə olmaqla cəmi 13000 (on üç min) manat pulu alarkən bununla əlaqədar aparılan danışıqların səs yazısını özündə əks etdirən 01 ədəd “fləş” yaddaş kartın maddi sübut hesab edilməsi və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-597/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 12 dekabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanan teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan onun yaxın qohumları tərəfindən tam şəkildə ödənilmişdir. Ona görə də bir zərərçəkmiş şəxs kimi Təqsirləndirilən şəxs artıq heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və vurulmuş ziyanın tam ödənilməsi, həmçinin sonuncunun təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan övladlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Lakin məhkəmə xüsusilə vurğulayır ki, hazırki cinayət işi məhkəmənin icraatında olduğu dövrdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə barəsində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-597/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmişdir və hal-hazırda həmin cinayət işi üzrə istintaq davam etdirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq belə gənaətə gəlir ki, onun barəsində müəyyən müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddiməsul vəzifələri tutma hüququndan məhrum etmə əlavə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə əsas cəzası və dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifələri tutma hüququndan məhrum edilmə əlavə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkməsinin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yardımlı Rayon Poçtundan 11 may 2022-ci il tarixdə 5000 (beş min) manat pulun, 23 may 2022-ci il tarixdə 2000 (iki min) manat pulun, 30 sentyabr 2022-ci il tarixdə 1000 (bir min) manat pulun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 3 ünvanında yerləşən 52 saylı Poçt Şöbəsinə köçürməklə göndərilməsini təsdiq edən qəbzlər, habelə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs geri qaytardığı pullara dair 17 iyun 2023-cü il tarixli, 09 iyul 2023-cü il tarixli və 19 iyul 2023-cü il tarixli qəbzlər, eləcə də, Təqsirləndirilən şəxs Şahid1 işə düzəldilməsi vədi ilə sonuncunun atası Zərərçəkmiş şəxs 2023-cü ilin may-sentyabr ayları ərzində hissə-hissə olmaqla cəmi 13000 (on üç min) manat pulu alarkən bununla əlaqədar aparılan danışıqların səs yazısını özündə əks etdirən 01 ədəd “fləş” yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “De Fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yardımlı Rayon Poçtundan 11 may 2022-ci il tarixdə 5000 (beş min) manat pulun, 23 may 2022-ci il tarixdə 2000 (iki min) manat pulun, 30 sentyabr 2022-ci il tarixdə 1000 (bir min) manat pulun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 3 ünvanında yerləşən 52 saylı Poçt Şöbəsinə köçürməklə göndərilməsini təsdiq edən qəbzlər, habelə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs geri qaytardığı pullara dair 17 iyun 2023-cü il tarixli, 09 iyul 2023-cü il tarixli və 19 iyul 2023-cü il tarixli qəbzlər, eləcə də, Təqsirləndirilən şəxs Şahid1 işə düzəldilməsi vədi ilə sonuncunun atası Zərərçəkmiş şəxs 2023-cü ilin may-sentyabr ayları ərzində hissə-hissə olmaqla cəmi 13000 (on üç min) manat pulu alarkən bununla əlaqədar aparılan danışıqların səs yazısını özündə əks etdirən 01 ədəd “fləş” yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 254005, ÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar