Məhkəmə qərarları › İş №1(005)-68/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-68/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-68/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 və onun vəkili Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 və onun vəkili və nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X1 ilə, Müdafiəçi – «A.İ.M» Vəkil Bürosunun Müdafiəçi2, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1960-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 1(005)- 134/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, evli, ali təhsilli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyat olmaqla yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Nərimanov adına «Neft- Qaz Çıxarma» İB-də işləmiş mərhum atasının ev növbəsinin bərpa edilməsi məsələsini həll edəcəyini bildirib, işin həll olunması üçün 2020-ci ilin noyabr ayının əvvələrindən etibarən ünvan 2 ünvanında yerləşən ’’İstirahət Parkında” hissə-hissə olmaqla ümumilikdə 1.000 manat, bundan əlavə 24 noyabr 2020-ci il tarixdə 5.000 manat məbləğində pulu yenə həmin ünvanda alıb verdiyi vədə əməl etməyərək aldığı 6.000 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 2010-cu ildə Qaradağ rayonu, Buta qəsəbəsində boru zavodu inşa etməsi, lakin işi başa çatdıra bilməməsi səbəbindən yaranmış 4.342.961 manat vergi borcunun 14%-dən hesablanmalı olduğu halda, 35%-dən hesablanması ilə əlaqədar bu işlə məşğul olub artıq alınmış pulun qaytarılmasına nail olacağına dair yalandan vəd verib, işin həll olunması üçün 21.000 manal pul lazım olduğunu bildirib, 17 mart 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən «Nərimanov» istirahət parkında 11.000 manat, xx.xx.2023-cü il tarixdə isə 10.000 manat pulu yenə həmin ünvandan alıb verdiyi vədə əməl etməyərək aldığı 21.000 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünü vəkil kimi təqdim edib sonuncunun oğlu X3 nigahının pozulması ilə əlaqədar cehiz və qızıl zinyət əşyalarının qaytarılması barədə Suraxanı rayon məhkəməsinin xx.xx.2023cü il tarixli qərarının ləğv etdirəcəyinə dair yalandan vəd verib inandırmaqla aldadaraq 30 aprel 2023-cü ildə ünvan 4 ünvanında 200 manat, 04 may 2023-cü ildə həmin ünvanda 200 manat, sonuncu dəfə isə yenə həmin ünvanda 600 manat pul alıb verdiyi vədə əməl etməyərək vahidniyyətlə əhatə olunmuş qəsdlə 1.000 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özü ali təhsilli hüquqşünasdır. Vəkil olmasa da nümayəndə kimi hüquqi xidmətlər göstərmişdir. Zərərçəkmiş şəxs1 uzun müddətdir tanıyır, onun bir çox hüquqi işlərini görmüşdür və vergi məsələlərini həll etmişdir. Zərərçəkmiş şəxs1 20.000 (iyirmi min)manat pul almışdır, lakin bu pul borc olaraq alınmışdır, hər hansı xidmət göstərmək üçün alınmamışdır. Zərərçəkmiş şəxs1 pulu verdikdən sonra köhnə vergi işlərindən qalanlarının da həll edilməsini istəmişdir. Zərərçəkmiş şəxs1 almış olduğu 20000 (iyirmi min) manat pulu qaytarmaq niyyətdindədir. Zərərçəkmiş şəxs2 isə 2019-cu il tarixdə tanışı Şahid1 vasitəsilə tanımışdır. İslam atasının «Neft-Qaz Çıxarma» İB-də işlədiyini və mərhum atasının orada ev növbəsində olduğunu demiş və ona hüquqşünas olduğu üçün həmin ev növbəsini bərpa etməkdə köməklik göstərməsini bildirmişdir. Onun təklifi ilə razılaşmış, xidmət haqqı olaraq ondan 1000 (min) manat pul istəmişdi. Həmin pulları İslam hissə-hissə vermişdir. Vəkillər Kollegiyasının üzvü olmadığı üçün İslamın hüquqlarını müdafiə etməsi üçün vəkil tapmış, məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuşdur. Lakin, məhkəmə işi uzanmışdır və nəticədə aralarında narazıçılıq yaranmışdır. Zərərçəkmiş şəxs2 bundan sonra ona verdiyi pulun iki qatını qaytarmasını, yəni 6000 (altı min) manat qaytarmasını istəmişdir. Polis orqanlarına şikayət etmişdir, orada da bildirmişdir ki, Zərərçəkmiş şəxs2 1000 (min) manat pul almışdır. Bundan başqa, o Zərərçəkmiş şəxs3 oğlu və keçmiş gəlinin məhkəmədə boşanma işi olduğundan, cehizlərin oğlan tərəfində qalması ilə bağlı iddia qaldırılmasını istəmişdir. Buna görə də məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cehizlərin gəlinə məxsus olması sübut olunmuşdur. Məhkəməyə ərizələrin yazılması iş üzrə xidmət haqqı olaraq 1.000 (min) manat zəhmət haqqı almışdır, lakin, sonradan həmin iş alınmadığı üçün Zərərçəkmiş şəxs3 ondan pulunu geri istəmişdir. Həmin pulun 230 manatını qaytarmışdır sonradan işləri düz getmədiyi üçün pulu qaytarmaqda problem yaşamışdır. Məhkəmənin sualına cavab olaraq hazırda qeyd olunan pulları qaytarmaq imkanının olmadığını söyləmişdir. Heç bir dələduzluq əməli törətmədiyini, aldığı pul məbləğlərinin xidmət haqqı və borc olduğunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, sahibkarldıq fəaliyyəti ilə məşğul olmuş, 2010-cü ildə Qaradağ rayonu, Buta qəsəbəsində boru zavodu tikməyə başlamışlar, lakin həmin işi başa çatdıra bilməmiş və başqa şəxsə satmışdır. Bununla əlaqədar olaraq onların 4.342.961 manat vergi borcları yaranmışdır və həmin borcu 2010-cu ilin axırında və 2011-ci ilin əvvəlində tam olaraq ödəmişlər. Zərərçəkmiş şəxs1 hesab edirmiş ki, bu məbləğ onlardan artıq tutulmuşdur. Ona görə də, bu məsələni aydınlaşdırmaq üçün vergi işləri üzrə mütəxəssis, vəkil kimi tanıdığı Təqsirləndirilən şəxs müraciət etmişdir. O, bildirmişdir ki, bu işlə məşğul olub, onlardan alınmış artıq pulu geri qaytaracaq. Natiqə demişdir ki, vergidə yaxın adamı var, həmin adamla danışıb, artıq tutulan məbləği qaytarmaq mümkündür. Natiq bu məsələnin həlli üçün 21.000 manat pul lazım olduğunu söyləmişdir. Zərərçəkmiş şəxs1 razılaşmış və 27 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs etibarnamə vermişdir. İlkin olaraq Natiq ondan 11.000 manat pul istəmiş və həmin pulu 17 mart 2023-cü il tarixdə Nərimanov parkının yanında vermişdir, səhəri gün, yəni 18 mart 2023-cü il tarixdə yenə həmin yerdə onunla görüşüb 10.000 manat pulu ona vermişdir, ümumilikdə 21.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Pulu aldıqdan sonra Natiq işə başladığını bildirmiş və teztez onunla telefon əlaqəsi saxlamış və işlərin getdiyini bildirmişdir. 2023-cü ilin sentyabr ayında Natiq ona vergidən gələn xx.xx.2023-cü il tarixli məktubu vermişdir. Həmin məktubda bildirilirdi ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 artıq ödənilmiş vergi məbləği olmayıb. Ondan sonra isə ona verdiyi 21.000 manat pulu tələb edib. Natiq isə bildirib ki, həmin pul vergidə bir nəfərə verib, pulu ondan götürüb ona qaytaracaq. Lakin Natiqlə hər dəfə telefonla danışanda 2-3 günə, 1 həftəyə pulu alıb qaytaracağı barədə yalandan vədlər verib vaxtı uzatmağa başladı və pulu qaytarmadı. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Natiq ona verdiyi qəbzdə ondan borc olaraq 20.000 manat aldığını və prokurorluğa yazdığı ərizədə pulu ona borc olaraq verdiyini göstərsə də hüquqi savadı olmadığı üçün bunun mahiyyətini bilməmiş və ona görə də belə yazmışdır. Təkrar qeyd etmişdir ki, Natiq yalan deyir, pulu ona faizlə və borca verməmişdir, Təqsirləndirilən şəxs onu aldadaraq pulu onun vergi işini düzəltmək adı ilə almışdır. Yekun olaraq o təqsirləndirilən şəxslə barışıq əldə etmədiyini və ondan şikayətçi olduğunu bildirmiş, mülki iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Nərimanov adına «Neft-Qaz çıxarma» İstehsalat Birliyində cilingər işləyir. Tanışı Şahid1 ilə söhbət əsnasında əvvəllər Nərimanov adına «Neft-Qaz çıxarma» İB-də işləmiş və 2002-ci ildə vəfat etmiş atası X2 iş yerində mənzil almaq üçün yazıldığı ev növbəsini bərpa etmək istədiyini bildirmişdir. Şahid1 yaxın tanışı, özünü vəkil kimi təqdim etmiş Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Birlikdə söhbət zamanı Təqsirləndirilən şəxs atasının ev növbəsinin bərpa olunmasını üzərinə götürmüş və bildirmişdir ki, belə işlərdən çox həll etmişdir və o qeyd etmişdir ki, bu iş onun üçün heç nədir və narahat olmasın. Təqsirləndirilən şəxs işə başlamaq üçün 400 manat pul istəmiş və bildirmişdir ki, əlində pul olsun ki, idarələrə gedəndə sənədin alınmasına lazım olacaq. Təqsirləndirilən şəxs hissəhissə olmaqla 1.000 manatı 10-15 gün ərzində almışdır. Daha sonra Təqsirləndirilən şəxs 3 otaqlı ev verilməsini danışıb və gedib evə baxılacağını söyləmişdir. Ev növbəsinin bərpası və üç otağlı mənzilin verilməsi üçün 24 noyabr 2020-ci ildə Bakı şəhəri, Nərimanov rayonu ərazisində olan «Nərimanov» parkında Təqsirləndirilən şəxs dostu Şahid1 iştirakı ilə 5.000 (beş min) manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu alandan sonra deyib ki, 28 günə evin növbəsini bərpa edir və evin sənədlərini də gətirib verəcək, eyni zamanda 3 otaqlı mənzili də göstərəcək. Deyilən vaxt keçmiş və Təqsirləndirilən şəxs bu gün, sabah düzələcək deyə-deyə vaxt keçirməyə başlamışdır. Təxminən bir il yarım keçəndən sonra Təqsirləndirilən şəxs deyib ki, məhkəmə yolu ilə həll edəcək. Ona görə də etibarnamə vermişdir. Təqsirləndirilən şəxs yenə də onu arxayın edirmiş ki, artıq sənədələri hazırlayıb məhkəməyə vermişdir, məhkəmə sorğular göndərmişdir. Zərərçəkmiş şəxs2 deyirmiş ki, sən məhkəməyə gəlmə, özü gedib-gəlir və həll edəcəkdir. Çox vaxt keçdiyinə görə Zərərçəkmiş şəxs2 işə baxılan Qaradağ rayon məhkəməsinə getmişdir. İşə baxan hakim proses zamanı Təqsirləndirilən şəxs özünü vəkil kimi təqdim edəndə hakim Natiqin vəkil olmadığını bilib sən vəkil deyilsən və səlahiyyətsizsən deyib onu zaldan çıxardı. Ondan sonra Natiq məhkəməyə Sayyad adlı vəkil gətirmişdir. Məhkəmədə bu məsələlər açılandan sonra məhkəmədən sənədlərin geri götürülməsi barədə qərar çıxarılmışdır. Bundan sonra bir neçə dəfə Natiqlə görüşüb ondan pulu lələb eləsə də, hər dəfə o, yalan vədlər verərək pulu qatyarmaqdan imtina etmişdir. Yekun olaraq o təqsirləndirilən şəxslə barışıq əldə etmədiyini və ondan şikayətçi olduğunu bildirmiş, məhkəmədən mülki iddiasının təmin olunmasını xaiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş zərərçəkmiş Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş Zərərçəkmiş şəxs3 ifadəsi elan olunmuşdur. “İfadəsində göstərmişdir ki, 2014-cü ilin sonlarında oğlu X6 boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Zərərçəkmiş şəxs3 oğlunun nümayəndəsi qismində iştirak etməsi üçün hüquqşünas lazım idi. Belə ki, xatırlamadığı tanışı Zərərçəkmiş şəxs3la Təqsirləndirilən şəxs adlı şəxsi güclü hüquqşünas kimi tanış etmişdir. Təqsirləndirilən şəxs işi həll edə biləcəyini bildirmişdir. Bildirmişdir ki, həmin iş üçün Natiq ondan 800 manat pul almış və o işi həll etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla heç bir əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs3 oğlu boşandıqdan sonra keçmiş arvadı ilə əşya-əmlak üzərində mübahisə başlamışdır. Oğlunun arvadı oğluna qarşı iddia ərizəsi qaldırmışdır. Məhkəmə həmin iddianı təmin etmiş və oğlunun mülkiyyətində olan əşyalara həbs qoyulmuşdur. Bundan sonra oğlunun arvadı məhkəməyə reallıqdan daha artıq əşyaya iddia verdiyi üçün biz həmin qərardan şikayət verməyə qərar verdik. Belə ki, Zərərçəkmiş şəxs3 köhnə tanışı Təqsirləndirilən şəxsla əlaqə saxlamış və məsələni ona izah etmişdir. Bundan sonra onlar 30 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 136 ünvanında yerləşən çap evinin qarşınsında onunla görüşmüşlər, o, məhkəmənin qərarı ilə və digər sənədlərlə tanış olub bildirdi ki, məsələni Zərərçəkmiş şəxs3 xeyrinə həll edə bilər. Zərərçəkmiş şəxs3 da ona inanmış və köməklik göstərməsini xahiş etmişdir. Natiq Zərərçəkmiş şəxs3 1000 manat zəhmət haqqı kimi alacağını və məhkəmədə vəkil kimi iştirak edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 onunla razılaşmış və sənədləri ona təhvii vermişdir. Bundan sonra o, çap evinə girərək ərizə yazdırıb vermişdir. Zərərçəkmiş şəxs3 həmin ərizəni Suraxanı rayon məhkəməsinin dəftərxanasına verməyini bildirdi. Zərərçəkmiş şəxs3 ona pulu bir dəfəyə verə bilməyəciyini bildirmiş və həmin gün ona 200 manat pul vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 ərizəni Suraxanı rayon məhkəməsinə aparmış lakin, orada bildirmişlər ki, şikayət xüsusi formada online göndərilməlidir. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs bu barədə bildirmiş sonuncu isə ona istənilən yerdən göndərməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 da həmin ərizəni xatırlamadığı ünvandan göndərmişdir. Məhkəmədən həmin ərizə ilə bağlı ona düzgün yazılmamağı ilə bağlı cavab gəlmiş və yenə bu barədə Təqsirləndirilən şəxs bildirmişdir o, isə Zərərçəkmiş şəxs3 problem olmadığını və məhkəmə prosesində iştirak edib həll edəcəyini bildirmişdir. Onlar yenidən 04 may 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov ray, F.X.Xoyski 136 ünvanında yerləşən çap evinin qarşınsında görüşmüş və ona yenidən 200 manat pul vermiş yerdə qalan 600 isə 2-3 gün ərzində verəcəyini bildirmişdir. 06 may 2023-cü il tarixdə isə həmin ünvanda 600 manat pul vermişdir. 12 may 2023-cü il tarixdə olacaq məhkəmədə onunla əlaqə saxladıqda Təqsirləndirilən şəxs ona bildirmişdir ki, bu tanışlıq iclasıdı onun getməyinə ehtiyyac yoxdur. Gələn iclaslarında iştirak edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlməmiş və sonradan öyrənmişdir ki, onun məhkəmə prosesində iştirak etmək hüququ yoxdur və Zərərçəkmiş şəxs3 artıq aldadıldığını öyrənmişdir. Bundan sonra ondan pulunu geri qaytarmağını istəmiş. Təqsirləndirilən şəxs isə bir müddət sonra 230 manat pul qaytarmışdır. Həmin gündən bu yana heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 15 ildir ki, tanıyır. Onunla uzun müddətdir ki, dostluq münasibətləri var. Onun 2002-ci ildə vəfat etmiş atası X2 iş yerində mənzil almaq üçün yazıldığı ev növbəsini bərpa etmək istədiyini Şahid1 demişdir. Lakin, atasının arxiv sənədi tapılmamışdır. Şahid1 yaxın tanışı olan hüquqi işlər görən Təqsirləndirilən şəxs təxminən dostu İslamla oktyabr-noyabr ayında tanış etmişdir. Birlikdə söhbət zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 atasının ev növbəsinin bərpa olunmasını üzərinə götürmüş və demişdir ki, bu iş onun üçün heç nədir və narahat olmasın. Təqsirləndirilən şəxs bildirmişdir ki, işə başlamaq üçün 400 manat pul lazımdır və əlində pul olsun ki, idarələrə gedəndə sənədin alınmasına lazım ola bilər. Təxminən üç gün keçmişdir ki, Təqsirləndirilən şəxs dostu İslamdan 150 manat, daha sonra yenə 150 manat pul almışdır. Bundan sonra Təqsirləndirilən şəxs demişdir ki, arxiv sənədini tapıb və ev növbəsini bərpa etdiyini deyərək 300 manat da almışdır. Təqsirləndirilən şəxs hissə-hissə olmaqla 1.000 manatı ondan 10-15 gün ərzində almışdır. Sonra Təqsirləndirilən şəxs dostu İslama demişdir ki, ona 3 otaqlı ev verilməsini danışıb və gedib evə baxacağıq. Deyilən vaxt keçmiş və Təqsirləndirilən şəxs bu gün, sabah düzələcək deyə-deyə vaxt keçirməyə başlamışdır. Təxminən bir il yarım keçədikdən sonra Təqsirləndirilən şəxs İslama demişdir ki, məhkəmə yolu ilə həll edəcəkdir. Ona sən məhkəməyə gəlmə, özüm gedib-gəlirəm və həll edəcək. Məhkəmədə Təqsirləndirilən şəxs iştirak edə bilməyəcəyini öyrənmişlər, daha sonra vəkil Şahid2 etibarnamə vermişdir. Lakin, məhkəmədən sənədlərin geri götürülməsi barədə qərar qəbul olunmuşdur. Bildirmişdir ki, o, bütün hadisələrdə iştirak etdiyi üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 pulunu ələ keçirib qaytarmadığının da şahidi olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs2 dedikləri ilə eyni məzmunlu olmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Natiq adlı şəxs etibarından sui-istifadə edərək 20000 manat məbləğində pulunun ələ keçirməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən Nərimanov Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Natiq adlı şəxs etibarından sui-istifadə edərək 6000 manat məbləğində pulunun ələ keçirməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən Bakı şəhər Baş Polis İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Natiq adlı şəxs etibarından sui-istifadə edərək 1000 manat məbləğində pulunun ələ keçirməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il şərti sınaq müddəti təyin edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan başqa Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-134/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs barəsindəki Nərimanov Rayon Məhkəməsinin 1(005)-134/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü idarəyə daxil olmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarın 5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs3 aldığı puldan 230 manat qaytarmışdır. Məhkəmədə tədqiq edilən 01 (bir) ədəd səs yazısının olduğu DVD diskdən aydın olur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında pulun qaytarılması barədə danışıqlar olmuşdur. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs1 Rəhim oğlu tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs aldatma yolu ilə ondan ələ keçirdiyi 21000 (iyirmi bir min) manat və ödənilmiş 154 (yüz əlli dörd) manat dövlət rüsumunun alınaraq ödənilməsinə dair mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona vurmuş olduğu maddi zərər görə 6870 (altı min səkkiz yüz yetmiş) manat, mənəvi zərər görə 3000 (üç min) manat, habelə dövlət rüsumu qismində ödənilmiş 119 (yüz on doqquz) manat pulun alınaraq ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 ödədiyi vergi borcundan dövlət tərəfindən bir qisminin qaytarılması üçün köməklik edəcəyinə, digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 Nərimanov adına «Neft-Qaz Çıxarma» İB-də işləmiş mərhum atasının ev növbəsinin bərpa edilməsi məsələsini həll edəcəyinə, həmçinin digər zərərçəkmiş Zərərçəkmiş şəxs3 özünü vəkil kimi təqdim edib sonuncunun oğlu X3 nigahının pozulması ilə əlaqədar cehiz və qızıl zinyət əşyalarının qaytarılması barədə məhkəmə qərarının ləğv etdirəcəyinə dair vəd verməsi ilə bağlı irəli sürdüyü dəlillərə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında kifayət qədər sübutlarla, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiq olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif etdiyindən o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 almış olduğu 21.000 (iyirmi bir min) manat pulu borc olaraq aldığını, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 heç bir vəd vermədiyini və onlardan almış olduğu pul məbləğlərini xidmət haqqı olaraq aldığını və əvəzində hüquqi xidmətlər göstərdiyini bildirməsinə dair vermiş olduğu ifadələrini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zəzərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəməyə təqdim edilmiş səs yazısı və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 vurmuş olduğu 1000 manat maddi ziyandan 230 manat qaytarmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də eyni xarakterli cinayət əməli törətməsi onun islah yoluna heç bir şəkildə qədəm qoymaması kimi qiymətləndirilir və onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətdə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-134/2024 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 20 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə təqdim edilmiş mülki iddiaların dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia tam təmin edilməli, (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə cinayət əməli nəticəsində (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 vurulmuş 21000 (iyirmi bir min) manat maddi zərər və 154 (yüz əlli dörd) manat dövlət rüsumu, ümumilikdə 21.154 (iyirmi bir min yüz əlli dörd) manat cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçıya ödənilməsi tələbi ilə razılaşır. Məhkəmə həmçinin cinayət əməli nəticəsində (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 vurulmuş maddi zərərə görə 6870 (altı min səkkiz yüz yetmiş) manat, mənəvi zərərə görə 3000 (üç min) manat və dövlət rüsumu qismində ödənilmiş 119 (yüz on doqquz) manat, ümumilikdə 9.989 (doqquz min doqquz yüz səksən doqquz) manat cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçıya ödənilməsi tələbi ilə qismən razılaşır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, zərəçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən maddi ziyan və əldən çıxmış faydanı təsdiq edən sübutlar təqdim edildiyindən, mülki iddia həmin hissədə təmin edilməlidir. Hal-hazırki vəziyyətdə məhkəmə hesab edir ki, (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 vurulmuş 21000 (iyirmi bir min) manat maddi zərər və 154 (yüz əlli dörd) manat dövlət rüsumu, ümumilikdə 21.154 (iyirmi bir min yüz əlli dörd) manat cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçıya ödənilməsi tələbi tam təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 iddia ərizəsi üzrə vurulmuş maddi zərərə görə 6000 (altı min) manat və dövlət rüsumu qismində ödənilmiş 119 (yüz on doqquz) manat, vəkil xidməti üçün ödədiyi 150 (yüz əlli) manat hissədə iddia təmin edilməli, mənəvi zərərə görə 3000 (üç min) manat, məhkəmə və istintaq dövründə gediş-gəliş üçün 600 (altı yüz) manat və xx.xx.2023-cü il tarixdə vəkil bürosuna ödənilmiş 120 (yüz iyirmi) manat olan hissəsədə mülki iddiaçı tərəfindən mənəvi ziyanın nədən ibarət olması və hansı meyarlar əsasında formalaşdırılmasını təsdiq edən hər hansı sübut, eləcə də digər xərcləri təqsid edən sənədlər məhkəməyə təqdim edilməmişdir və mülki iddiası bu hissədə əsaslandırılmamışdır. Buna görə də mülki iddiaçı tərəfindən mənəvi zərərə görə 3000 (üç min) manat, məhkəmə və istintaq dövründə gediş-gəliş üçün 600 (altı yüz) manat və xx.xx.2023-cü il tarixdə vəkil bürosuna ödənilmiş 120 (yüz iyirmi) manat ödənilməsi ilə bağlı hissədə ərizəsi təmin edilməməlidir. İş üzrə maddi sübut – məhkəməyə təqdim edilmiş səs yazısının əks olunduğu 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) iş saatı üçün 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «A.İ.M» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum cəzasına məhkum olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)- 134/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, müəyyən edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdam məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki işş üzrə şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət (xx.xx.2024-xx.xx.2024-cü il tarixlər) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 20 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası tam təmin edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 vurulmuş 21000 (iyirmi bir min) manat maddi zərər və 154 (yüz əlli dörd) manat dövlət rüsumu, ümumilikdə 21.154 (iyirmi bir min yüz əlli dörd) manat mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 iddia ərizəsi üzrə vurulmuş maddi zərərə görə 6000 (altı min) manat və dövlət rüsumu qismində ödənilmiş 119 (yüz on doqquz) manat, vəkil xidməti üçün ödədiyi 150 (yüz əlli) manat mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddia digər hissədə təmin olunmasın. «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 70 (yetmiş) iş saatı üçün 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «A.İ.M» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar