Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-69/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Xalqinfo.az” xəbər portalının baş direktoru vəzifəsində işləyən, Laçın rayonunun Hacılar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, yeni yaşayış massivi, fərdi yaşaş evində yaşayan, barəsində “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək onu övladı X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində baş mütəxəssis vəzifəsinə təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla istintaqa konkret məlum olmayan tarixdə 2018-ci ilin dekabr ayının ortalarında ünvan 1 ünvanında yerləşən Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qarşısında idarə etdiyi “Lexus RX300” minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda əvvəlcə 2500 (iki min beş yüz) manat pulunu, bir neçə gün sonra isə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllədə yerləşən Azərbaycan Respublikası Ali Məhkəməsinin qarşısında idarə etdiyi “Lexus RX300” minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda 2500 (iki min beş yüz) manat pulunu alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs1 ümumilikdə 5000 (beş min) manat məbləğində ziyan vurmaqla dələduzluq elmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Şahid4 və Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək onları yaxın qohumları Şahid5 Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən Abşeron rayonu, Məhəmmədi qəsəbəsində inşa olunan yeni yaşayış kompleksindən 78 kvadratmetr sahəyə malik 3 (üç) otaqlı mənzil təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla istintaqa konkret məlum olmayan tarixdə 2019-cu ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 129 ünvanında yerləşən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin qarşısında idarə etdiyi “Lexus RX300” minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda ilkin olaraq Şahid4 oğlu Zərərçəkmiş şəxs2 məxsus 5000 (beş min) manat, bir neçə gün sonra ünvan 4 ünvanında yerləşən “Halal market” mağazasının qarşısında əvvəlcə 2500 (iki min beş yüz) manat, daha sonra isə 2000 (iki min) manat, 2019-cu ilin iyul ayının əvvəllərində qeyd olunan mağazanın qarşısında idarə eldiyi “Lexus RX300” minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Zərərçəkmiş şəxs2 əvvəlcə 1500 (bir min beş yüz) manat, bir neçə gün sonra isə sonuncu dəfə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 1959-cu məhəllədə yerləşən “McDonalds” kafesinin qarşısında idarə eldiyi “Lexus RX300” minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda 2000 (iki min) manat pulunu alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs2 ümumilikdə 13000 (on üç min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığını, onlara dəyən ziyanı ödədiyini və eyni zamanda dəymiş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, dəyən ziyanı ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, dəyən ziyanı ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından, onlara dəyən ziyanı ödəyərək sonuncuların ona qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CM-in: 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Zərərçəkmiş şəxs1 24.06.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq; Zərərçəkmiş şəxs2 24.06.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq; “xxxx” ASC-nin Bakıxanov filialının 01.07.202-ci il tarixli, 7508 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X1 4500 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığını və dəymiş ziyanı ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini (18000 manat-25 faizi 4500 manat), prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi X4 iştirak etdiyi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına və Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. X6 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 60 (altmış) iş saatı üçün cəmi 360 (üç yüz altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-69/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-69/2021
01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver