Məhkəmə qərarları › İş №1(005)-69/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-69/2022

28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-69/2022 28.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1998-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, İsmayıllı rayonu, Qalınçaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdə, saat 01:30 radələrində "xxxx" MMC-nin mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi «Ravon Nexia R3 minik» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobil yolunun ünvan 2 ünvanla Azadlıq prospekti 156 saylı ünvanın kəsişməsindən keçən hissəsində yerləşən yolayrıcında üzü “Tbilisi” prospekti istiqamətində Ziya Bünyadov prospektinin köməkçi yolu ilə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 63cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücülük vəsiqəsi, eləcə də, fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, icarə və ya digər əşya hüquqlarına dair müqavilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamə əsasında nəqliyyat vasitəsini idarə etməli, yaşayış məntəqəsində avtomobili 60 km/saat sürətindən artıq sürətlə idarə etməməli, üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələri keçmək növbəliliyini gözləməli olduğu halda, göstərilən yol hərəkəti qaydalarını pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan və adına etibarnamə verilmədən avtomobili saatda 80 kilometr sürətlə idarə edib 2.4 “yol verin üstünlük yol nişanı”nın tələbinə riayət etməməklə yolayrıcına daxil etdiyindən, Zərərçəkmiş şəxs yolayrıcında əks tərəfdən üzü Azadlıq prospekti istiqamətində hərəkət etdirdiyi «Opel Astra minik» markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədiyindən və onun hərəkəti üçün təhlükə yaratdığından, «Ravon Nexia R3 minik» markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq tərəfdən «Opel Astra minik» markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfi ilə toqquşmuş, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi digər avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağ əlin 3-cü barmağının əsas falanqasının əsasında oynaqdaxili, qopma xarakterli sümük fraqmentasiyası-sınığı, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol dirsəyin, sol əlin əzilmiş yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına, eləcə də, avtomobillərinin zədələnməsi ilə bağlı Zərərçəkmiş şəxs 5050 və “Azərmaş MMC-ə isə 3615 manat məbləğində maddi ziyanın vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, onun sürücülük vəsiqəsi olmasa da, avtomobil idarə edə bilir. Belə ki, dostluq münasibətində olduğu Şahid “Ulduz” taksi şirkətindən icarəyə avtomobil götürmək istədiyindən həmin şirkətə depozitə pul qoyulmasından ötrü pulu olmadığı üçün ona müraciət etmişdir. O razılaşaraq Şahid 26 iyul 2021-ci il tarixdə 500 manat pul vermiş və danışıqlarına görə arabir o da həmin avtomobillə taksilik edib pul qazanacaqdır. İşlədikcə isə Şahid onun pulunu qaytarmalı idi. Beləliklə onun pulu ilə Şahid qeyd edilən şirkətdən müqavilə əsasında “Ravon Nexia R-3” minik markalı avtomobili götürmüşdür. Belə ki, 30 iyul 2021-ci il tarixdə saat təxminən 22:30 radələrində o, Mürsəl ilə yaşadığı Nizami rayonu, ünvan 4 ünvanın qarşısında görüşüb ondan xahiş etmişdir ki, avtomobilin açarını versin və o da taksilik etsin. Mürsəl etiraz etmədən avtomobilin açarını ona verdikdən sonra həmin avtomobillə taksilik etməyə başlamışdır. 31 iyul 2021-ci il tarixdə saat təxminən 01:30 radələrində qeyd edilən avtomobillə saatda təxminən 80 km sürətlə Nərimanov rayonu Z.Bünyadov prospektinin köməkçi yolu ilə 20 yanvar metrostansiyası istiqamətinə gedərkən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində olan dairədə Azadlıq prospekti istiqamətinə gedən “Opel Astra” minik markalı avtomobillə toqquşmuşdur. Belə ki, idarə etdiyi avtomobilin qarşı hissəsi həmin “Opel” markalı avtomobilin sağ tərəfdən orta hissəsinə dəydiyindən zərbənin təsirindən avtomobil çevrilmişdir. O, dərhal idarə etdiyi avtomobildən düşərək yoldan keçən digər tanımadığı sürücülərin köməkliyi ilə avtomobili idarə edən sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs sükan arxasından dartaraq çıxartmış və avtomobili o hərəkətdən dayandıraraq çevirmişdirlər. Daha sonra həmin şəxslərdən təcili yardım çağırıldığından oraya gələn təcili yardım briqadası Zərərçəkmiş şəxs Sabunçu xəstəxanasına aparmışlar. Bundan sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişdir. Həmin hadisə zamanı onun idarə etdiyi avtomobilə və Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə toqquşma nəticəsində zərər dəymişdir. Həmin hadisə üzrə özünü təqsirli bilmiş, çünki həmin baş vermiş yolda yəni ünvan 5 ünvanda “Yol verin” nişanı olduğu halda o, dairədə hərəkətdə olan avtomobili gözləmədən keçmiş və nəticədə toqquşma baş vermişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, “Opel Astra” minik markalı ** DC *** nömrə nişanlı avtomobili ilə 31 iyul 2021-ci il tarixdə saat 01:30 radələrində Nərimanov rayonu Ziya Bünyadov prospekti ilə düzünə Atatürk prospekti istiqamətinə hərəkət edib, oradan Nərimanov rayonu Azadlıq prospekti ilə kəsişmədə olan körpü altındakı dairədən saatda 20 km sürətə hərəkət edib, Azadlıq prospekti istiqamətinə getmək istədikdə həmin dairədə avtomobillərin hərəkəti onun istiqaməti üzrə üstünlük hərəkət etdiyi yolda olduğundan yoluna davam edərkən, anidən olaraq Nərimanov rayonu Ziya Bünyadov prospektinin köməkçi yolu ilə üzü 20 yanvar metrostansiyası istiqamətinə hərəkətdə olan “Ravon Nexia R 3” minik markalı avtomobili idarə edən sürücü sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayyət etməyərək 2.4 (Yol Verin) nişanının tələblərini pozduğundan toqquşma baş vermişdir. Lakin həmin vaxt o, heç cür hadisədən yayına bilməmiş və nəticədə Təqsirləndirilən şəxs yüksək sürətlə idarə etdiyi avtomobilin qarşı hissəsi ilə onun idarə etdiyi avtomobilin sağ tərəfinin orta hissəsindən vurmuş, onun idarə etdiyi avtomobil sol tərəfə aşaraq səkiyə dəyib dayanmışdır. Daha sonra yoldan keçən tanımadığı şəxslər isə onu avtomobilinin içərisindən dartaraq çıxartmış və avtomobilini yenidən çevirib düzünə saxlamışlar. Həmin hadisədə bədən xəsarəti aldığından o, çağırılmış təcili yarım briqadası vasitəsilə Sabunçu rayonu 3 saylı xəstəxanaya aparılıb orada ona tibbi yardım göstərilib müalicə olunmuşdur. Həmin toqquşma nəticəsində avtomobilinin əzilməsinə görə həmçinin ona 5050 manat maddi ziyan da dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirdi ki, nümayəndəsi olduğu "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 48 ay müddətinə 19.03.2018-ci il tarixli MAS-288 saylı “X3” əsasında lizinqə verilmiş MMC-nə məxsus “Ravon Nexia R-3” minik markalı ** PR *** nömrə nişanlı avtomobil 26.07.2021-ci il tarixli etibarnamə əsasında Şahid idarə edilməsi üçün verilmişdir. Lakin daha sonra məlum olmuşdur ki, 31 iyul 2021-ci il tarixdə saat 01:30 radələrində Nərimanov rayonu Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “Ravon Nexia R-3” minik markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin”) tələblərinə riayyət etməyərək ehtiyatsızlıqdan dairədə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Astra” minik markalı **-DC-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs az ağır dərəcəli bədən xəsarətləri almışdır. Hənmçinin qeyd etmişdir ki, "xxxx" MMC Təqsirləndirilən şəxs adlı şəxsi tanımır və belə bir şəxsə heç bir etibarnamə verməmişdir. Həmçinin sonuncunun idarə etdiyi Azərmaş MMC-nə məxsus avtomobilə toqquşma nəticəsində 3615 manat maddi ziyan dəymişdir. Sonda zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə hazırda Təqsirləndirilən şəxs Nəriman oğluna qarşı şikayət və tələblərinin olmadığını bildirdi və bu barədə müvafiq ərizəni məhkəməyə təqdim etdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 7-14-cü vərəqlərində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 31.07.2021-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Z.Bünyadov prospektinin kəsişməsidir. Hadisə yeri 2.4 nişanının təsir zonasındadır, yolun işlək hissəsi düz, yol örtüyünün növü asfalt, yol örtüyünün vəziyyəti quru, yol örtüyünün hər iki istiqamət üçün eni 16 metr, işlək hissəsinin eni 14 metr, ehtiyat hissəsinin eni 2 metr, hərəkət zolaqlarının sayı 3, yolun işlək hissəsində 2.4 nişanı aşkar edilmiş, işlək hissəyə sağdan səki, soldan beton sədd birləşir, ehtiyat hissədən sonra sağdan “İdrak” liseyi, soldan isə yaşayış binası birləşdiyi, həmin sahənin nizamlanma üsuluna görə nizamlanmayan sahəyə aid olması müəyyən edilmişdir. Hadisə yerində şüşə və plasmas qırıqları aşkar edilmişdir. Cinayət işinin 15-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 31.07.2021-ci il tarixli, 2/10221 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Təqsirləndirilən şəxs 31.07.2021-ci il tarixdə 03:40-da ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 29-cu vərəqində olan AD seriyalı 156208 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Ravon Nexia R-3” minik markalı, **- PR-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir. Cinayət işinin 30-cu vərəqində olan "xxxx" MMC tərəfindən verilmiş 26.07.2021-ci il tarixli etibarnamədən görünür ki, “Ravon Nexia R-3” minik markalı, **-PR-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC tərəfindən idarə edilməsi üçün Şahid etibar edilmişdir. Cinayət işinin 32-33-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 tərəfindən verilmiş 16.08.2021-ci il tarixli, 593 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: sağ əlin 3-cü barmağının əsas falanqasının əsasında oynaqdaxili, qopma xarakterli sümük fraqmentasiyası – sınığı, qapalı kəllə - beyin travması, baş beyin silkələnməsi, sol dirsəyin, sol əlin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 31.07.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Cinayət işinin 41-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 13.09.2021-ci il tarixli, 016-107317-1221 nömrəli məktubundan görünür ki, DİN-in Baş X5 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1998-ci il təvəllədlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işinin 42-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 15.09.2021-ci il tarixli, 016-108338-1221 nömrəli məktubundan görünür ki, “RAVON NEXİA R3” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil 19.03.2018-ci il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adında qeydiyyatdadır. Qeyd olunan avtomobilin etibarnamə ilə hər hansı şəxsin istifadəsinə verilməsi barədə DİN-in Baş X5 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. Cinayət işinin 45-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2021-ci il tarixli, 8/2177 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Ravon Nexia R3” markalı, 90PR596 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərinə “Yol hərəkəti haqqında” Azəbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkan olmuşdur. Sürücü Təqsirləndirilən şəxs, avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində 60 km/saatdan artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə «Opel Astra» markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. Cinayət işinin 84-cü vərəqində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.09.2021-ci il tarixli qüsur aktından görünür ki, “Ravon Nexia R3” markalı, 90PR596 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 3615 manat məbləğində ziyan dəymişdir. Cinayət işinin 94-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 95-104-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınma haqqında” 15 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-yə məxsus “Ravon Nexia R-3” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs məxsus “Opel Astra” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin 129-130-cu vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 16 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs "xxxx" MMC-nin 17.02.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinin tələbinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü: sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır; 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndinin tələbinə əsasən, nəqliyyat vasitələri: yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər; 63-cü maddəsinin İ hissəsinin tələbinə əsasən, üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 12-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onları cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmənin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.) İş üzrə maddi sübut olan - “Ravon Nexia R-3” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan – “Opel Astra” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - “Ravon Nexia R-3” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan – “Opel Astra” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar