Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-69/2023 18.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1970-ci ildə Füzuli rayonunun Mahmudlu-2 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs gəlir və ya fayda əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində ünvanı istintaqa tam bəlli olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə Zərərçəkmiş şəxs2 razılığını aldıqdan sonra 2021-ci ilin qış aylarından 2022-ci ilin fevral-mart aylarınadək olan müddət ərzində Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif hotellərdə kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 40 manat pulu müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim edərək, qalan 10 manat pulu isə fahişəliyə cəlb etdiyinə görə özünə götürərək Zərərçəkmiş şəxs2 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində ünvanı istintaqa tam bəlli olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə Zərərçəkmiş şəxs1 razılığını aldıqdan sonra 2018-ci ilin iyul ayından 2022-ci ilin mart ayınadək olan müddət ərzində Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif hotellərdə kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 40-50 manat pulu müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim edərək, qalan 20-30 manat pulu isə fahişəliyə cəlb etdiyinə görə özünə götürərək Zərərçəkmiş şəxs1 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə Abşeron rayonu, Saray qəsəbəsi, Bağlar massivində yaşayan tanışı Zərərçəkmiş şəxs5 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə Zərərçəkmiş şəxs5 razılığını aldıqdan sonra 2022-ci ilin fevral ayı ərzində Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif hotellərdə kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 40 manat pulu müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim edərək, qalan 10 manat pulu isə fahişəliyə cəlb etdiyinə görə özünə götürərək Zərərçəkmiş şəxs5 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə ünvan 4 ünvanında yaşayan tanışı X2 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə Sevil Əliyevanın razılığını aldıqdan sonra 2022-ci ilin fevral-mart ayları ərzində Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif hotellərdə kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 40 manat pulu müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim edərək, qalan 10 manat pulu isə fahişəliyə cəlb etdiyinə görə özünə götürərək Sevil Əliyevanı gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə ünvan 5 ünvanında istintaqa tam bəlli olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs4 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə Zərərçəkmiş şəxs4 razılığını aldıqdan sonra 2022-ci ilin fevralmart ayları ərzində Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif hotellərdə kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 40 manat pulu müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim edərək, qalan 10 manat pulu isə fahişəliyə cəlb etdiyinə görə özünə götürərək Zərərçəkmiş şəxs4 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, barəsində ifadə verən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və X1 tanıyır, həmin qadınlar özləri ona müxtəlif vaxtlarda müraciət edərək maddi ehtiyacları olduğunu bildirmiş, həmin qadınların onunla tanış olmazdan əvvəl də fahişəliklə məşğul olduqlarını bildiyi üçün təklif etmişdir ki, tanışları ilə görüşüb öz istəklərinə görə cinsi əlaqədə ola bilərlər. Müştəri buna görə nə qədər pul versə həmin pul qadınlara çatacaq, özləri istədikdə ona buna görə hörmət edə bilərlər. Qadınlar onunla razılaşdıqları üçün özləri əlaqə saxlayıb müştəri olub-olmadığını soruşmuş, o da “hə” cavabı verdikdən sonra qadınları müştərilərinin yanına aparmışdır. Müştəridən alınan puldan qadınlar özləri könüllü olaraq ona 5-10 manat pul hörmət etmişlər. O, hər hansı qadını fahişəliyə məcbur etməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını və sonuncuların ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ilin iyun-iyul aylarından tanıyır, həmin vaxtlar da Təranə qadınları fahişəliyə cəlb etmişdir. Təranə ilə ilk dəfə tanış olandan sonra ona açıq-açığına bildirmişdir ki, qadınları fahişəliyə cəlb edir, onu öz müştəriləri ilə pul müqabilində görüşdürüb bundan o qazanc əldə edəcək, alınan pulun yarısını ona verəcək, qalan yarısı isə Təranənin olacaqdır. O, Təranənin təklifi ilə razılaşmış, 2018-ci ilin iyul ayından başlayaraq Təranə onu Bakı və Sumqayıt şəhərlərində müxtəlif otellərə, müştərilərinin yanına cinsi əlaqədə olmaq üçün aparmışdır. Bir qayda olaraq alınan pulun 20-30 manatı Təranənin, qalan 40-50 manat pul isə onun olmuşdur. Sonuncu dəfə 2022-ci ilin mart ayında Təranə onu xatırlamadığı otelə müştərisi ilə cinsi əlaqədə olmaq üçün aparmış, müştəriləri xatırlamır, müştərilər Təranənin tanışları olmuşlar. Sonuncu dəfədən sonra Təranə onunla əlaqə saxlamamış, ona məlum olmuşdur ki, Təranə barəsində cinayət işi başlanıb. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Dünmayalı qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs on il olar ki qiyabi olaraq tanıyır. Təranə ilə münasibətləri 2021-ci ilin qış aylarından yaranmağa başlamış, həmin ərəfələr anası mədəsindən əməliyyat olunduğuna görə borca girməli olmuşdur. Təranə ilə danışarkən bildirmişdir ki, borcları çoxdur, əgər müştəriləri olarsa onu da müştəriləri ilə görüşdürüb cinsi əlaqədə olmağını təşkil etsin. Təranə ona həmin vaxt bildirmişdir ki, hər müştəri ilə cinsi əlaqədə olmağa görə ona 40 manat pul verəcək, müştəridən nə qədər pul alması isə öz işidir. Bundan sonra Təranə onunla istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxlayıb müştərilərlə görüşüb cinsi əlaqədə olmağını təşkil etmişdir. O isə Təranəyə anket məlumatlarında olan istifadə etdiyi mobil telefon nömrəsini vermişdir. Təranə həmişə onunla yaxın münasibətdə olduğu Vüqarın telefonu ilə əlaqə saxlamışdır. Təranə onun ümumilikdə 14-15 dəfə kişi müştəriləri ilə görüşüb cinsi əlaqədə olmağını təşkil etmişdir. Müştərilərlə müxtəlif otelləərdə görüşmüşdür. Hər müştəridən ona 40 manat pul çatmış, qalanını isə Təranə özünə götürmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində X2 bildirmişdir ki, Sumqayıt şəhərində qadınları fahişəliyə cəlb edən Təqsirləndirilən şəxs barəsində uzun müddət idi ki eşitmişdir. Maddi ehtiyacları olduğundan 2021-ci ilin sonlarından fahişəliklə məşğul olmağa başlamış, Təranəyə xatırlamadığı fahişəliklə məşğul olan qadın vasitəsilə söz göndərmişdir ki, müştərisi olsa onunla da əlaqə saxlasın. 2022-ci ilin fevral-mart ayları ərzində Təranə bir neçə dəfə onunla əlaqə saxlamış və özünü təqdim etdikdən sonra onu müxtəlif müştərilərinin yanına pul müqabilində cinsi əlaqədə olmaq üçün göndərməyə başlamışdır. Təranə onunla danışarkən bildirmişdir ki, bir qayda olaraq müştəridən ona görə 50 manat pul alacaq, həmin pulun 40 manatı onun, qalan 10 manatı isə onu müştəri ilə görüşdürdüyünə görə Təranənin olacaq. Arabir Təranə müştəridən aldığı puldan ona çox az verdiyi üçün aralarında sözlə mübahisə olmuş, buna görə də Təranə ilə əlaqələrini kəsmişdir. Təranə onu müştəri ilə görüşdürərkən həmişə pulu müştəridən özü almış, Təranənin onunla görüşdürdüyü müştəriləri xatırlamır, çünki hər dəfə ayrı-ayrı adamların yanına onu aparmışdır. Təranə +994 50 350 96 47, +994 50 410 12 25, +994 55 *** ** ** və +994 50 *** ** ** nömrələrini istifadə etmiş, həmin nömrələrin konkret olaraq kimin istifadə etdiyini bilmir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2022-ci ilin fevral ayının sonlarında tanışı Sevda adlı qadının ad günü şənliyində tanış olmuş, Təranə özü ona yaxınlaşıb tanışlıq vermiş, sonradan o, öz istifadəsində olan mobil telefon nömrəsini Təranəyə vermişdir. Bir neçə gün sonra Təranə ilə Sumqayıt şəhərində rastlaşmış və sonuncu ona bildirmişdir ki, adını və ünvanını bilmədiyi oteldə müştərisi ilə görüşməyə gedir, istəsə onu da özü ilə birlikdə aparar, müştəri ilə cinsi əlaqədə olduqdan sonra ona pul verər. Maddi ehtiyacları olduğu üçün Təranə ilə razılaşmış, Təranə həmin vaxt taksi avtomobili ilə onu otelə aparmış və müştərisi ilə tanış etmişdir. O həmin müştəri ilə cinsi əlaqədə olduqdan sonra müştəri onun özünə 50 manat pul vermiş, Təranə həmin vaxt başqa otaqda olmuşdur. Bir neçə gün sonra Təranə yenidən onu həmin otelə dəvət etmiş, lakin bu dəfə Təranənin müştərisi ilə görüşü alınmamış, bundan sonra bir dəfə də Təranə onun müştərisi ilə görüşməyini təşkil etmiş, həmin vaxt o, ünvan 5 ünvanında nömrəsini dəqiq bilmədiyi mənzildə kirayədə yaşamış, Təranə onunla mobil telefon vasitəsilə əlaqə saxlamış və müştəri ilə görüşəcəyini bildirmiş, Təranəyə razılıq verdikdən sonra müştəri ilə görüşməyə getmişdir. Müştəri ilə cinsi əlaqədə olduqdan sonra 50 manat pul almış, həmin pulun 10 manatını Təranəyə onu müştəri ilə görüşdürdüyünə görə vermişdir. Bundan sonra da bir neçə dəfə Təranə onunla mobil telefon vasitəsilə əlaqə saxlayıb müştəriləri ilə görüşdürüb cinsi əlaqədə olmağını təşkil etmiş, hər dəfəsində də aldığı 50 manat puldan 10 manatını Təranəyə vermişdir. Təranə onu Bakı və Sumqayıt şəhərlərində müxtəlif ünvanlara cinsi əlaqədə olmaq üçün göndərmiş, şahid qismində ifadə verərkən ilk dəfə polis idarəsinə gəldiyi üçün çəkinmiş, bu səbəbdən ətraflı olaraq Təranə barədə məlumat verməmiş, əslində Təranə onu 2022-ci ilin fevral-mart ayları ərzində iki dəfədən çox müştəriləri ilə görüşdürüb və hər dəfəsində müştərinin verdiyi puldan 10 manatını özünə götürmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti yoxdur. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 5-6 aydır ki tanışdır, o, həmin ərəfələr Sumqayıt şəhərində gözəllik salonunda saç ustası işləmiş, Təranə də müştəri kimi gəlmiş və onunla tanışlıq yaratmışdır. 2022-ci ilin fevral ayında Təranə onunla əlaqə saxlayaraq müştərisi ilə görüşüb cinsi əlaqədə olmağı təklif etmiş, maddi ehtiyacları səbəbindən Təranə ilə razılaşmış, Təranə onu özü avtomobillə götürmüş və ünvanını bilmədiyi hotelə aparmışdır. Hotelə girməzdən qabaq Təranə ona bildirmişdir ki, müştəridən ona görə 50 manat pul alacaq, həmin pulun 40 manatı onun, 10 manatı isə müştəri tapdığına görə Təranənin olacaq. Təranə onu xatırlamadığı müştərisinə təqdim etdikdən sonra müştəridən aldığı 50 manat puldan ona 40 manatını vermiş, bundan sonra bir neçə dəfə də eyni qaydada Təranə onu Bakı və Sumqayıt şəhərlərində müxtəlif müştəriləri ilə görüşdürüb cinsi əlaqədə olmağını təşkil etmişdir. Təranə ilə bu cür münasibət saxlamağına səbəb maddi ehtiyacları olmuş, müştəriləri ilə görüşdükcə görmüşdür ki, bu həyat onluq deyil. Buna görə də Təranənin nömrəsini telefonunda qara siyahıya əlavə etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 3 ildir tanıyır, sonuncunun qadınları fahişəliyə cəlb etdiyi ona məlum olduğuna görə istifadəsində olan +994 50 *** ** ** saylı mobil nömrə ilə Təranə ilə bir neçə dəfə danışmış, əvvəllər Təranədən cinsi əlaqədə olmaq üçün qadın istəmiş, son vaxtlar isə sonuncu ilə əlaqəsi azalmışdır. Sonuncu dəfə Təranə ilə 2022-ci ilin mart ayında danışmış, həmin vaxt Təranədən cinsi əlaqədə olmaq üçün qadın istəmiş, onun dəvəti ilə Təranə adını bilmədiyi bir nəfər qadınla yaşadığı Şamaxı şəhərinə gəlmiş, o, Təranənin təqdim etdiyi qadınla cinsi əlaqədə olmuş, buna görə Təranəyə 100 manat pul vermiş, Təranənin özü ilə gətirdiyi qadına nə qədər pul verməsi barədə məlumatı olmamışdır. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şəxsən tanımır, sonuncunun qadınları fahişəliyə cəlb etdiyini tanışlarından eşitmiş, 2022-ci ilin fevral ayında şəxsi məsələlərlə bağlı Sumqayıt şəhərinə gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində olan +994 50 *** ** ** saylı mobil nömrəsinə zəng edib cinsi əlaqədə olmaq üçün qadın istəmiş, Təranə ona və onunla birlikdə olan Mübariz adlı tanışına cinsi əlaqədə olmaq üçün iki nəfər qadın gətirmiş, onlar həmin qadınlarla Abşeron rayonu ərazisində yerləşən hotellərin birində cinsi əlaqədə olmuş, buna görə Təranəyə 200 manat pul vermişlər. Cinsi əlaqədə olduqdan sonra Təranə həmin qadınları aparmış, Təranənin cinsi əlaqədə olan qadınlara nə qədər pul verdiyi barədə hər hansı məlumatı olmamışdır. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun rəhbərlik etdiyi MKİS-in ərazisində yaşayarkən tanımış, bir müddət tanışlıqdan sonra sonuncu qadınları fahişəliyə cəlb etdiyini bildirmiş, o, bu müddət ərzində istifadə etdiyi +994 50 *** ** ** saylı nömrə ilə Təranənin və sonuncunun taksi sürücüsü Vüqarın mobil nömrələrinə zəng edərək cinsi əlaqədə olmaq üçün qadın istəmiş, Təranə əsasən 50 manat müqabilində cinsi əlaqədə olmaq üçün ona qadın gətirmiş, o, həmin qadınlarla müxtəlif yerlərdə görüşüb cinsi əlaqədə olmuşdur. Pulu Təranənin özünə təqdim etmiş, Təranənin həmin qadınlara nə qədər pul verməsi barədə hər hansı məlumatı olmamışdır. Sonuncu dəfə Təranə ona Sevgi adlı qadını gətirmiş, o, Sevgi ilə 2022-ci ilin yanvar-fevral ayları ərzində görüşmüş, həmin qadının anket məlumatlarını bilmir. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Vüqar Əliyevi bir neçə ildir tanıyır, Təqsirləndirilən şəxs qadınları fahişəliyə cəlb etməyindən məlumatlı olduğuna görə 2022-ci il ərzində sonuncuya müraciət edərək cinsi əlaqədə olmaq üçün qadın istəmiş, Təranə Vüqarla birlikdə Sumqayıt şəhərində yerləşən hotellərdən birinə bir nəfər qadın gətirmiş, həmin qadınla cinsi əlaqədə olmağa görə 50 manat pul vermişdir. Təranə həmin puldan qadına nə qədər verməsi barədə məlumatı yoxdur. Təranənin cinsi əlaqədə olmaq üçün ona gətiriyi qadının anket məlumatlarını bilmir. O, Təranə ilə Vüqarın istifadəsində olan +994 55 *** ** ** saylı nömrə ilə danışmış, həmin vaxt o, +994 55 *** ** ** saylı mobil nömrəni istifadə etmiş, sonuncu dəfə Təranə ilə bu məqsədlə 2022-ci ilin fevral ayında danışmışdır. Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs iki il əvvəl xatırlamadığı taksi sürücüsü vasitəsilə tanımış, həmin vaxtdan ona məlum olmuşdur ki, Təranə Sumqayıt şəhərində fahişəliklə məşğul olan qadınları pul müqabilində kişilərlə görüşdürür. Buna görə də bir neçə dəfə Təranə ilə telefon vasitəsilə əlaqə saxlayıb sonuncudan onunla cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini xahiş etmiş, sonuncu dəfə bu barədə Təranə ilə 5-6 ay əvvəl danışmış, Təranə onunla hər dəfə müxtəlif qadınları cinsi əlaqədə olmaq üçün təşkil etmişdir. Təranənin fahişəliyə cəlb etdiyi qadınları tanımır, Təranə onunla cinsi əlaqədə olmaq üçün qadınları həmişə özü gətirmiş, cinsi əlaqədə olmağa görə pulu da Təranənin özünə vermişdir. Bir qayda olaraq Təranə onunla cinsi əlaqədə olmaq üçün qadınları 50 manat pul müqabilində təşkil etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN-in Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2022-ci il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinib, 480 saat ictimai işlər cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 25 iyun 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulan ittihamın qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs ifadələri sübut kimi nəzərə alınması qəbul edilmişdir. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, X2 və Zərərçəkmiş şəxs4 təqdim etdikləri ərizələrdən görünür ki, onların Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur, onunla barışmışlar. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinə əsasən fahişəliyə cəlb etmə, yəni gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslərdən dördü ilə barışıq əldə etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də fahişəliyə cəlb etmə cinayəti törədərək məsuliyyətə cəlb edilməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Təqsirləndirilən şəxs iş materiallarından da göründüyü kimi daha öncə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş az ciddi cəza növü olan ictimai işlər növündə cəzaya məhkum edilmişdir. Lakin Təqsirləndirilən şəxs hökmlə ona təyin edilmiş cəzanı çəkərək 2017-ci ildə cəzasının sonu ilə azad olunsa da islah olunmamış və məhkumluğunun ödənilməsinə baxmayaraq, yenidən fahişəliyə cəlb etmə cinayəti törətmişdir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən az ciddi cəza növünün təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz, cəzanın məqsədləri ona maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin olunduğu halda təmin oluna bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli – 18 yanvar 2023-cü il tarixdən hesablanmaldır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-69/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-69/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver