Məhkəmə qərarları › İş №1(005)-7/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-7/2021

02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-7/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1957-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana sovxozu, yeni tikilidə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2015-ci ilin may ayının ortalarında Zərərçəkmiş şəxs1 arvadı Arzu Zeynalovanın həkim kimi ixtisasının bir sahədən digər sahəyə dəyişdiriləcəyini vəd etməklə, etibarından sui istifadə edərək aldatmış və xx.xx.2015-ci il tarixdə ünvan 3 ünvanında Zərərçəkmiş şəxs1 30.000 (otuz min) manat pul alaraq ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin iyul ayının əvvəlində Zərərçəkmiş şəxs2 tanışının övladını ali məktəbə qəbul etdirəcəyini vəd etməklə, etibarından sui istifadə edərək aldatmış və bu məqsədlə, Zərərçəkmiş şəxs2 xx.xx.2016-cı il tarixdə ünvan 4 ünvanında həmin dövr üçün 19281,25 Azərbaycan manatı ilə məzənnədə 12500 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə eyni ünvanda həmin dövr üçün 2318,4 Azərbaycan manatı ilə məzənnədə 1500 ABŞ dolları və xx.xx.2016-cı il tarixdə ünvan 5 ünvanın qarşısında həmin dövr üçün 3879,5 Azərbaycan manatı ilə məzənnədə 2500 ABŞ dolları pulunu, vahid niyyətlə ümumilikdə 25479,15 Azərbaycan manatı ilə məzənnədə 16.500 ABŞ dolları pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin avqust ayının ortalarında Şahid2, tanışı Zərərçəkmiş şəxs3 qızı Humay Fərzəliyevanı Bakı Tibb Kollecinə qəbul etdirəcəyini vəd etməklə, etibarından sui istifadə edərək aldatmış və xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 54 ünvanının yaxınlığında yerləşən çayxanada Şahid2 Zərərçəkmiş şəxs3 məxsus 8000 (səkkiz min) manat pulu alıb ələ keçirməklə, sonuncuya xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin fevral ayının sonlarında Şahid1, tanışı Zərərçəkmiş şəxs4 Ağdaş şəhərində Fövqəladə Hallar Nazirliyinə tabe olan yanğınsöndürmə şöbəsinə qəbul etdirəcəyini vəd edib aldatmış və xx.xx.2018-ci il tarixdə ünvan 7 ünvanında yerləşən kafedə Şahid1 Zərərçəkmiş şəxs4 məxsus 6000 (altı min) manat pulu alıb ələ keçirməklə, sonuncuya xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin mart ayının əvvəllərində Şahid1, qohumu Zərərçəkmiş şəxs5 oğlu X33 şəhərində Fövqəladə Hallar Nazirliyinə tabe olan yanğınsöndürmə şöbəsinə qəbul etdirəcəyini vəd edib aldatmış və xx.xx.2018-ci il tarixdə ünvan 8 ünvanında yerləşən kafedə Şahid1 Zərərçəkmiş şəxs5 məxsus 7500 (yeddi min beş yüz) manat pulu alıb ələ keçirməklə, sonuncuya xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin mart ayının əvvəllərində Şahid1, tanışı X7 oğlu X36 şəhərində Fövqəladə Hallar Nazirliyinə tabe olan yanğınsöndürmə şöbəsinə qəbul etdirəcəyini vəd edib aldatmış və xx.xx.2018-ci il tarixdə ünvan 8 ünvanında yerləşən kafedə Afiq X1 məxsus 8500 (səkkiz min beş yüz) manat pulu alıb ələ keçirməklə, sonuncuya xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin mart ayının sonlarında Şahid1, qohumu X11 Ağdaş rayon polis şöbəsinə qəbul etdirəcəyini vəd edib aldatmış və 2018-ci ilin mart ayının sonlarında ünvan 8 ünvanında yerləşən kafedə Afiq X2 məxsus 7500 (yeddi min beş yüz) manat pulu alıb ələ keçirməklə, sonuncuya xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin mart ayının sonlarında Şahid1, qaynı Zərərçəkmiş şəxs6 Ağdaş şəhərində Fövqəladə Hallar Nazirliyinə tabe olan yanğınsöndürmə şöbəsinə qəbul etdirəcəyini vəd edib aldatmış və 2018-ci ilin mart ayının sonlarında ünvan 8 ünvanında yerləşən kafedə Şahid1 Zərərçəkmiş şəxs6 məxsus 6000 (altı min) manat pulu alıb ələ keçirməklə, sonuncuya xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin mart ayının sonlarında Şahid1, tanışı Zərərçəkmiş şəxs7 oğlu X31 şəhər Qaz idarəsinə işə qəbul etdirəcəyini vəd edib aldatmış və 2018-ci ilin mart ayının sonlarında ünvan 8 ünvanında yerləşən kafedə Şahid1 Zərərçəkmiş şəxs7 məxsus 2500 (iki min beş yüz) manat pulu alıb ələ keçirməklə, sonuncuya maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin aprel ayının əvvəllərində Şahid1, tanışı X16 Ağdaş rayon Təhsil şöbəsinə müdir vəzifəsinə qəbul etdirəcəyini vəd edib aldatmış və 2018-ci ilin aprel ayının sonlarında ünvan 8 ünvanında yerləşən kafedə Afiq X3 məxsus 5000 (beş min) manat pulu alıb ələ keçirməklə, sonuncuya maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs8, qızı X9 şəhərindəki orta məktəblərin birində müəllim kimi işə qəbul etdirəcəyini vəd edib aldatmış və xx.xx.2018-ci il tarixdə ünvan 9 ünvanında yerləşən kafedə Zərərçəkmiş şəxs8 8000 (səkkiz min) manat pulu alıb ələ keçirməklə, sonuncuya xeyli maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin iyul ayının sonlarında X18, tanışını həbsdən azad etdirəcəyini vəd edib aldatmış və 2018-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prosopekti ərazisində yerləşən “Gənclik” Metrostansiyasının qarşısında Murad Hacıyevdən 8000 (səkkiz min) manat pulu alıb ələ keçirməklə, sonuncuya xeyli maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ali təhsillidir, professordur və ixtisasca riyaziyyatçıdır. 1979-cu ildən müəllim işləyir. 35 il ali məktəblərdə işləmişdir. Şahid4 2005-ci ildən tanıyır. Belə ki, Şahid4 Azərbaycan Müəllimlər İnstitutunda əlavə təhsil məsələləri üzrə prorektor işlədiyindən, o isə Azərbaycan Dövlət Pedaqoji Universitetində əlavə təhsil fakültəsinin dekanı işlədiyindən, Nazirlikdə keçirilən iclaslarda iştirak edərkən tanış olmuş və münasibət saxlamağa başlamışlar. 2016-cı ilin sentyabr ayında səhhəti ilə əlaqədar öz xahişi ilə işdən çıxmışdır. Şahid2 2016-cı ilin ikinci yarısından tanımışdır. Belə ki, Rahimlə münasibətləri olduğundan, onunla tez-tez görüşmüş, 2016-cı ilin yay aylarının sonlarında Rahimlə çayxanaların birində olarkən, onun telefonuna zəng gəlmiş, Rahim kiminləsə danışdıqdan sonra, bir dəqiqəyə qayıdacağını bildirib, çayxanadan çıxmış, bir neçə dəqiqədən sonra Rahim yanında bir nəfər cavan şəxslə qayıdıb, həmin şəxsi Zərbalı kimi təqdim etmiş və sonuncunun onun kəndlisi olduğunu bildirmişdir. Həmin vaxt Rahimin söhbətlərindən başa düşmüşdür ki, Zərbalı da təhsillə əlaqədar işlərlə məşğul olur. Zərbalı ilə yaxın münasibəti olmasa da, sonuncu Rahimin yanında 2-3 dəfə gələrək, birlikdə çay içmiş, bir dəfə də təsadüfən onunla küçədə rastlaşmış, sonradan isə ona məlum olmuşdur ki, Zərbalı ilə yaxın münasibətləri olmadığı halda, guya ondan hansısa şəxsi tələbə düzəltmək üçün pul almışdır. Şahid4 ona 19500 manat borcu olmuş və sonuncu ona 19000 manat borcunu qaytararaq, 500 manat borclu qalmışdır. Ola bilər ki, Rahim Zərbalıdan hansısa adla pul almış və onun borcunu qaytarmışdır. Lakin, onun bundan xəbəri və bu barədə dəqiq məlumatı yoxdur. Zərərçəkmiş şəxs2 da 10 ildir ki, tanıyır və onunla yaxın münasibətləri olmuşdur. 2012-ci ildə Misrəddin ondan 20000 manat borc istəmiş və həmin məbləğdə pulu ona vermişdir. Misrəddin də 2016-cı ilin iyul ayı ərzində həmin pulu hissələrlə ona qaytarmışdır. Misrəddindən heç vaxt tələbə düzəltmək üçün pul almamışdır. Zərərçəkmiş şəxs1 2015-ci ilin may ayından tanımış, belə ki, onun qayınanası Maisə xanımı xeyli müddət əvvəl tanımışdır. 2015-ci ilin may ayında borc pula ehtiyacı olduğundan, Maisə xanımla danışaraq 30000 manat borc pul istəmiş, sonuncu kürəkəni ilə danışıb ona cavab verəcəyini söyləmiş, bir neçə gündən sonra, Maisə xanım onu kürəkəni ilə danışdırmış və sonuncu 30000 manat pulu ona borc verməyə razılaşmışdır. 2015-ci ilin may ayının sonlarına yaxın Maisə xanım kürəkəni Zərərçəkmiş şəxs1la yaşadığı evə gəlmiş və 30000 manatı ona borc vermiş, hər hansı bir digər məqsədlə ondan pul almamışdır. X4 rayonu ərazisində onlarla qonşuluqda yaşamış, 2016-cı ilin iyul ayının əvvəllərində Sahil bacısı X32 Texnikumuna düzəltmək istədiyini demiş, belə ki, X22 imtahan versə də, qəbul ola bilməmişdir. Belə olan halda onlara Mingəçevir şəhərində Həmkarlar İttifaqının tədris mərkəzi olduğunu, həmin tədris mərkəzinə illik 1500 manat təhsil haqqı ödəyəcəkləri təqdirdə, Məlahətin oraya qəbul ola biəcəyini demişdir. Rüstəm və anası Afət ilk öncə yaşadığı evə gələrək həmin 1500 manatı ona verib ödəməyini bildirmiş, lakin sonradan tədris mərkəzinin texnikumu olmadığını bildikdən sonra onlar Məlahətin oraya qəbul olmasını istəməmiş, pullarını ondan geri tələb etmişlər. Belə olan halda 700 və 800 manat olmaqla 2 dəfəyə pulu geri qaytarmışdır. Şahid1 təxminən 2018-ci ilin fevral ayından etibarən tanıyır, onunla aralarında hər hansı ədavət və düşmənçilikləri olmamışdır. Belə ki, oğlu Kamil Bakı şəhəri Nərimanov rayonu ərazisində çayxana işlətmiş, Afiq də həmin çayxanaya gəlib-getmiş, orada olduğu müddət ərzində Afiqi oğlu Kamil vasitəsilə tanımış, həmin vaxtlarda maddi vəziyyəti yaxşı olmamışdır. Bu səbəbdən ona müəyyən məbləğdə pul lazım olmuş, vəziyyətdən oğlu Kamil də xəbərdar olmuşdur. Kamillə söhbət zamanı o, tanışı Afiqdən onun üçün pul ala biləcəyini bildirmiş, əlacsız olduğundan Kamil ilə razılaşmış, bundan sonra 2018-ci ilin mart-may ayları ərzində Afiq onlara hissə-hissə olmaqla 36050 manat borc pul vermişdir. Afiq pulu onlara verərkən həmin pulların özünə məxsus olduğunu demiş, sonradan ona məlum olmuşdur ki, Afiq həmin pulları öz tanışlarından müxtəlif işlərə düzəltmək adı ilə alıb onlara borc vermişdir. Belə olan halda 2018-ci ilin avqust ayının sonlarına qədər Afiqə olan borcunu qaytarmış, həmin müddət ərzində Afiqin borclu olduğu şəxslərlə də telefon danışıqları olmuş, daha sonra ona məlum olmuşdur ki, Afiq onun barəsində polis idarəsinə ərizə ilə müraciət etmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X27 onun həyat yoldaşıdır. Arzu ixtisasca burun-qulaq boğaz həkimidir və qadın olduğundan, onun ixtisasının ginekoloq həkimi ixtisasına dəyişdirmək istəmişdir. 2015-ci ilin may ayının ortalarında bu barədə Arzunun anası Maisə xanımla məsləhətləşdikdə, sonuncu bildirmişdir ki, Pedaqoji Universitetdə ixisasdəyişmə kafedrasından tanıdığı Mehralı müəllim var və onunla danışmaq lazımdır. Bu məqsədlə, qayınanası Maisə xanım Mehralı ilə telefonda danışdıqdan sonra, sonuncunun təklifi ilə onun yaşadığı evə getmiş, 2015-ci ilin may ayının ortalarında qayınanası Maisə ilə Təqsirləndirilən şəxsla görüşüb, ona məqsədlərini bildirdikdə, Mehralı ona həyat yoldaşı Arzunun həkim kimi, ixtisasının burun-boğaz-qulaqdan ginekologiyaya dəyişdirəcəyinə söz verərək, bu işi həll etmək üçün ondan 30000 manat pul istəmişdir. xx.xx.2015-ci il tarixdə təxminən saat 18 radələrində qayınanası ilə birlikdə Mehralının dəvəti ilə onun yaşadığı mənzilinə getmiş, orada Mehralı onları qarşıladıqdan sonra, elə mənzildəcə özü ilə gətirdiyi 30000 manatı sayaraq, Mehralıya vermişdir. Mehralı da pulları sayaraq götürdükdən sonra, həyat yoldaşının işini 2015-ci ilin sentyabr ayınadək həll edəcəyini bildirmişdir. Həmin müddət bitdikdən sonra, Mehralıdan dəfələrlə işin nəticəsi ilə maraqlansa da, o, müxtəlif bəhanələrlə cavab verməkdən yayınmışdır. Artıq 2015-ci ilin dekabr ayında həyat yoldaşının işinin düzəlmədiyini görüb Mehralının onu aldatdığını başa düşüb, pulunu ondan tələb etməyə başlamışdır. Mehralı bir neçə dəfə ona pulu tezliklə qaytaracağını söz versə də, qaytarmadığından, Mehralının ondan 30000 manatı almasını təsdiqləmək üçün 2016-cı ilin mart ayında Mehralı ilə notarial qaydada təsdiqlənmiş borcun etirafı haqqında müqavilə bağlamış, buna baxmayaraq, Mehralı hazıradək pulunu qaytarmadığından və ondan gizləndiyindən, onun barəsində şikayət etmişdir. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Şahid1 onun qardaşı oğludur. Qızı Alidə ailə həyatı qurduqdan sonra Mingəçevir şəhərində yaşamış, 2018 ci ilin may ayının əvvəllərində Afiqlə söhbət əsnasında o, Bakı şəhərində Mehralı adlı tanışının olduğunu, Mehralının əlaqələrinin geniş olduğunu və istədiyi təqdirdə müəyyən qədər pul müqabilində istənilən şəxsi işə düzəldə biləcəyi barədə ona məlumat vermiş, belə olan halda Afiqə qızı Alidəni orta məktəbdə müəllimə kimi işə düzəltmək istədyini demişdir. Afiq Mehralı ilə əlaqə saxladıqdan sonra 8000 manat pul lazım olduğunu dedikdə, Afiqin dedikləri ilə razılaşıb Mehralı ilə görüşmək istədiyini bildirmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə günorta saatlarında Nərimanov rayonu, Montin qəsəbəsi ərazisində yerləşən kafedə Mehralı ilə görüşüb işlə bağlı söhbət etdikdən sonra ona qızı Alidəni işə düzəltmək üçün 8000 manat pul vermişdir. Mehralı müxtəlif yerlərdə yüksək vəzifə tutan tanışlarının olduğunu demiş, razılaşmaya əsasən onun işi 2018-ci ilin sentyabr ayınadək həll olunmalı imiş, lakin aradan bir müddət keçməsinə baxmayaraq işin öz həllini tapmadığını görmüşdür. Belə olan halda Mehralıdan işin nə yerdə olduğunu soruşmuş, Mehralı narahat olmamağını bu məsələ ilə bağlı lazımi yerlərə müraciət etdiyini, tezliklə işin həll olunacağını demişdir. O da Mehralının dedikləri ilə razılaşıb gözləmişdir. 2018-ci ilin avqust ayının sonlarınadək Mehralı ilə tez-tez əlaqə saxlamış, hər dəfə Mehralı ona müxtəlif bəhanələr etmiş, keçən müddət ərzində işin alınmadığını görüb ondan pulumu tələb etmiş, lakin bu dəfə də, Mehralı bəhanələr etməyə başlamış və hazırki müddətədək Mehralı pulunu qaytarmamışdır. Sonda Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Şahid1 onun tanışıdır. 2018-ci ilin mart ayının sonlarında Afiqlə söhbət əsnasında o, Bakı şəhərində Mehralı adlı tanışının olduğunu, Mehralının əlaqələrinin geniş olduğunu və istədiyi təqdirdə müəyyən qədər pul müqabilində istənilən hər hansı bir şəxsi işə düzəldəcəyini demişdir. Belə olan halda Afiqə oğlu Qurbanı Qəbələ şəhərində qaz idarəsinə fəhə kimi işə düzəltmək istədiyini bildirmişdir. Afiq Mehralı ilə əlaqə saxladıqdan sonra 2500 manat pul lazım olduğunu demiş, Afiqin dedikləri ilə razılaşıb ona 2500 manat pul vermişdir. Bundan sonra Afiq Bakı şəhərinə gələrək həmin pulu Mehralıya vermiş, razılaşmaya əsasən onun işi 15 gün ərzində həll olunmalı imiş. Lakin aradan bir ay keçməsinə baxmayaraq işin öz həllini tapmadığını görmüşdür. Belə olan halda Afiqdən Mehralı ilə əlaqə saxlamasını, işin hansı mərhələdə olmasını öyrənməsini tələb etmiş, Afiq Mehralı ilə danışdıqdan sonra tez bir zamanda işin müsbət yöndə həll olunacağını demişdir. Bundan sonra Afiq dəfələrlə onun yanında Mehralı ilə əlaqə saxlamış, o, hər dəfə işin həll olunması ilə bağlı müxtəlif bəhanələr etmişdir. Keçən müddət ərzində işin alınmadığını görüncə Afiqdən pulunu geri almasını tələb etmiş, Afiq dəfələrlə Mehralı ilə əlaqə saxlasa da, o, müxtəlif bəhanələr edərək onu aldatmışdır. Belə olan halda Afiq bu barədə hüquq mühafizə orqanlarına müraciət etmiş, daha sonra Mehralı ona məxsus pulu qaytarmadığından Afiq həmin məbləği yəni 2500 manat pulu ona ödəmişdir. Sonda Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Şahid1 onun qohumumdur, əvvəllər Ağdaş şəhərində Fövqəladə Hallar Nazirliyinə tabe olan yanğınsöndürmə şöbəsində manqa komandiri vəzifəsində işləmiş, sonradan müəyyən problemlərlə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. Keçən müddət ərzində iş axtarsa da, tapa bilməmişdir. 2018-ci ilin fevral ayının sonlarında Afiqlə söhbət əsnasında o, Bakı şəhərində Mehralı adlı tanışının olduğunu, Mehralının əlaqələrinin geniş olduğunu və istədiyi təqdirdə müəyyən qədər pul müqabilində onu işə düzəldəcəyini demişdir. Belə olan halda yenidən Afiqə Ağdaş şəhərində Fövqəladə Hallar Nazirliyinə tabe olan yanğınsöndürmə şöbəsinə düzəlmək istədiyini bildirmişdir. Afiq Mehralı ilə əlaqə saxladıqdan sonra 6000 manat pul lazım olduğunu demiş, Afiqin dedikləri ilə razılaşıb kredit pul götürdükdən sonra xx.xx.2018-ci iİ tarixdə ona 6000 manat pul vermişdir. Bundan sonra Afiq Bakı şəhərinə gələrək həmin pulu Mehralıya vermiş, razılaşmaya əsasən onun işi xx.xx.2018-ci il tarixədək həll olunmalı olsa da, aradan bir ay keçməsinə baxmayaraq işin öz həllini tapmadığını görmüşdür. Belə olan halda Afiqdən işin nə yerdə olduğunu soruşmuş, daha sonra Afiqdən Mehralının mobil telefon nömrəsini alıb ona zəng vurmuşdur. Mehralı narahat olmamağını, X15 müavini Rəfael Mirzəyevə bu məsələ ilə bağlı müraciət etdiyini, tezliklə işin həll olunacağını demiş, onun dedikləri ilə razılaşıb gözləməyə başlamışdır. 2018-ci ilin may ayının sonlarında Mehralı onu Bakı şəhərinə dəvət etmiş, orada Mehralının oğlu Kamil ilə görüşdükdən sonra ona Fövqəladə Hallar Nazirliyinə gedib işə qəbul ilə bağlı qeydiyyatdan keçməyini bildirmiş, onun dediklərinə əməl edib orada qeydiyyatdan keçmiş, oradan çıxdıqdan sonra Kamil ona işinin tezliklə həll olunacağını demiş və onunla razılaşıb Ağdaş şəhərinə geri qayıtmışdır. Təxminən 2-3 gün sonra Kamil atası Mehralı ilə birlikdə Ağdaş şəhərinə qonaq gəlmiş, onlar 10 gün ərzində Afiqə məxsus evdə qalmış, Ağdaş şəhərində olan zaman Mehralı narahat olmamağını, Azərbaycan Respublikası Baş Prokurorunun, X15 müavinin onun qohumu olduğunu, tezliklə onu işə düzəldəcəyini bildirmişdir. Sonralar dəfələrlə Mehralı və onun oğlu Kamil ilə əlaqə saxlasa da, onlar müxtəlif bəhanələr edərək onu aldatmış, belə olan halda Afiq bu barədə hüquq mühafizə orqanlarına müraciət etmiş, hazırki müddətədək onlar onun pulunu geri qaytarmamışlar. Sonda Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Şahid1 onun qohumudur. 2018-ci ilin fevral ayının sonlarında Afiqlə söhbət əsnasında o, Bakı şəhərində Mehralı adlı tanışının olduğunu, Mehralının əlaqələrinin geniş olduğunu və istədiyi təqdirdə müəyyən qədər pul müqabilində oğlu Cavidi işə düzəldəcəyini demişdir. Belə olan halda Afiqə oğlu Cavidi Ağdaş şəhərində Fövqəladə Hallar Nazirliyinə tabe olan yanğınsöndürmə şöbəsinə düzəltmək istədiyini bildirmiş, Afiq Mehralı ilə əlaqə saxladıqdan sonra ilkin olaraq 6500 manat, iş düzəldikdən sonra isə əlavə olaraq 1000 manat pul lazım olduğunu demişdir. Ailə üzvləri ilə məsləhətləşdikdən sonra Afiqin dedikləri ilə razılaşmış, bundan sonra ona məxsus iribuynuzlu heyvanlarını satıb xx.xx.2018-ci iİ tarixdə Afiqə Mehralıya verməsi üçün 7500 manat pul və oğlu Cavidə məxsus lazım olan sənədləri vermişdir. Bundan sonra Afiq Bakı şəhərinə gələrək həmin pulu Mehralıya vermiş, razılaşmaya əsasən onun işi 15 gün ərzində həll olunmalı olsa da, aradan bir ay keçməsinə baxmayaraq işin öz həllini tapmadığını görmüş, belə olan halda Afiqdən işin nə yerdə olduğunu soruşmuş, Afiq Mehralı adlı şəxslə əlaqə saxladığını tez bir zamanda işinin həll olunacağını demişdir. Bir neçə dəfə də, Afiq Mehralı ilə onun yanında mobil telefor vasitəsilə danışmış, Mehralı narahat olmamalarını tezliklə işin həll olunacağını demişdir. Onun dedikləri ilə razılaşıb gözləməyə başlamışdır. Sonralar Afiq dəfələrlə Mehralı ilə əlaqə saxlasa da, o, müxtəlif bəhanələr edərək onları aldatmış, belə olan halda Afiq bu barədə hüquq mühafizə orqanlarına müraciət etmiş, daha sonra Mehralı ona məxsus pulu qaytarmadığından Afiq həmin məbləği, yəni 7500 manat pulu ona ödəmişdir. Sonda Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Şahid1 onun bacısının həyat yoldaşıdır. 2018-ci ilin mart ayının sonlarında Afiqlə söhbət əsnasında o, Bakı şəhərində Mehralı adlı tanışının olduğunu, Mehralının əlaqələrinin geniş olduğunu və istədiyi təqdirdə müəyyən qədər pul müqabilində onu işə düzəldəcəyini demişdir. Belə olan halda Afiqə Ağdaş şəhərində Fövqəladə Hallar Nazirliyinə tabe olan yanğınsöndürmə şöbəsinə düzəlmək istədiyini bildirmiş, Afiq Mehralı ilə əlaqə saxladıqdan sonra 6000 manat pul lazım olduğunu demiş, Afiqin dedikləri ilə razılaşıb ona 6000 manat pul vermişdir. Bundan sonra Afiq Bakı şəhərinə gələrək həmin pulu Mehralıya vermiş, razılaşmaya əsasən onun işi 15 gün ərzində həll olunmalı olsa da, aradan bir ay keçməsinə baxmayaraq işin öz həllini tapmadığını görmüşdür. Belə olan halda X6 mobil telefon nömrəsini alıb ona zəng vurmuş, Kamil narahat olmamağını bildirib onu Bakı şəhərinə dəvət etmişdir. Onun dedikləri ilə razılaşıb 2018-ci ilin may ayının sonlarında Bakı şəhərinə gəlmiş, orada Kamil ilə görüşdükdən sonra onu Fövqəladə Hallar Nazirliyinin qarşısına aparmış, daha sonra Kamil Nazirliyin inzibati binasına daxil olub işə qəbul ilə bağlı qeydiyyatdan keçməyini bildirmişdir. Onun dediklərinə əməl edib orada qeydiyyatdan keçmiş, çölə çıxdıqdan sonra Kamil Ağdaş şəhərnə geri qayıtmağını, yaxın günlərdə məsələnin öz həllini tapacağını bildirmiş, onunla razılaşıb Ağdaş şəhərnə geri qayıtmışdır. Təxminən 2-3 gün sonra Kamil atası Mehralı ilə birlikdə Ağdaş şəhərinə qonaq gəlmiş, onlar 10 gün ərzində Afiqə məxsus evdə qalmış, Ağdaş şəhərində olan zaman Mehralı narahat olmamağını, Azərbaycan Respublikası Baş Prokurorunun, X15 müavinin onun qohumu olduğunu, tezliklə onu işə düzəldəcəyini bildirmişdir. Bakı şəhərinə qayıtdıqdan sonra Kamil onu yenidən Bakı şəhərinə dəvət etmiş, deməsinə görə Fövqəladə Hallar Nazirliyində yüksək rütbəli şəxslə görüşməli imiş. Lakin Bakı şəhərinə gəlsə də, qeyd olunan şəxslə görüşməmişdir. Kamil həmin şəxsin hazırda ölkədə olmadığını bildirmişdir. Sonralar dəfələrlə Kamil ilə əlaqə saxlasa da, o müxtəlif bəhanələr edərək onu aldatmış, belə olan halda Afiq bu barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Humay Fərzəliyevə onun qızıdır, sonuncu orta məktəbi bitirərək ali məktəbə qəbul olmaq üçün imtihan versə də, keçid balı toplaya bilməmişdir. Humayı orta ixtsas və ya ali məktəblərin birinə düzəltmək üçün adam axtarmağa başlamış, bu barədə bir çox tanışlarına söyləmişdir. 2016-cı ilin avqust ayında tanışı Tofiq ona bildirmişdir ki, o, Zərbalı adlı şəxsi tanıyır və sonuncu tibb kollecinə tələbə düzəldə bilər. Tofiq onun yanında Zərbalı adlı şəxsə zəng vuraraq, qızı Humayın işi barədə danışmış, söhbətdən başa düşmüşdür ki, Zərbalı görüşməyi təklif etmiş və Tofiq onunla görüşdərəcəyini bildirmişdir. Təxminən 3 gün sonra, xx.xx.2016-cı il tarixdə ünvan 10 ünvanda yaxın qohumunun yas mərasimində olarkən, Tofiq ona zəng vuraraq, Zərbalı ilə görüşdürmək istədiyini söyləmiş, Tofiqə yas mərasimində olduğu deyib, yas mərasiminin olduğu yeri ona izah edərək Zərbalı ilə həmin yerə gəlməsini demişdir. Bir neçə saatdan sonra, Tofiq Zərbalı ilə yas mərasiminin keçirildiyi yerə gəlmiş, Tofiq həmin vaxt ona ilk dəfə gördüyü Zərbalını təqdim etmişdir. Zərbalı ilə qızı Humayın tibb kollecinə qəbul edilməsi barədə danışdıqda, Zərbalı Humayı Bakıdakı tibb kolleclərinin birinə düzəldə biləcəyini söyləyib, bu iş üçün 10000 manat xərc tələb olunduğunu, həmin pulun 2000 manatını ilkin olaraq verməyini, qalan 8000 manatını isə Humay kollecə qəbul olunduqdan sonra verilməli olduğunu bildrmişdir. Zərbalı ilə razılaşaraq həmin vaxt üstündə olan puldan 2000 manat sayaraq Zəbalıya vermiş, Zərbalı 2000 manatı aldıqdan sonra, xx xxxxxxxx 2016-cı il tarixədək Humayın kollecə qəbul olunacağını söyləmiş, bundan sonra, onlar ayrılmışlar. xx.xx.2016-cı il tarixədək Zərbalı ilə bir neçə dəfə əlaqə saxlasa da, o narahat olmamağını, tezliklə məsələnin həll olunacağını bildirmiş, sonradan işi ilə əlaqədar Naxçıvan MR-nın Ordubad şəhərinə getsə də, Zərbalı ilə əlaqə saxlamağa çalışmış, lakin Zərbalının nömrələrinə zəng çatmamışdır. 2016-cı ilin oktyabr ayının əvvəllərində Bakı şəhərinə qayıtmış, xx.xx.2016-cı il tarixdə Zərbalı ilə zəngləşərək qızı Humayın işi ilə maraqlanmışdır. Zərbalı görüşməyi təklif etdiyindən, onunla görüşmüş, ondan istədiyi Humayın 04 ədəd fotoşkəlini və şəxsiyyət vəsiqəsinin surətini Zərbalıya vermişdir. xx.xx.2016-cı il tarixdə Zərbalı ona zəng vuraraq Humayın qəbul olunduğunu və qalan 8000 manatı da verməli olduğunu bildirmişdir. Bu səbəbdən Zərbalı ilə Nərimanov rayonu ərazisində yerləşən “Günay” kafesində görüşmüş, görüş zamanı Zərbalı Humayın tibb kollecinə qəbul olunduğunu bir daha təsdiqləyib, qızının bir həftə ərzində dərsə gedəcəyini söylədiyindən, üzərində gətirdiyi 8000 manatı sayaraq Zərbalıya vermişdir. Xeyli vaxt keçməsinə baxmayaraq, qızının dərsə çağırılmadığını və Zərbalının artıq zənglərinə cavab vermədiyini görüb, aldanıldığını başa düşmüş, Zərbalını tapa bilmədiyindən, onun barəsində şikayət etmişdir. Sonradan, Zərbalını taparaq, ondan pulunu tələb etsə də, Zərbalı ona hissələrlə 4000 manat qaytarmış, qalan pulu hazıradək qaytarmamışdır. Sonda Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, ona olan borcun tam şəkildə ödənildiyin bildirərək şikayətçi olmadığını qeyd etmişdir. Cinayət işinin İ cildinin 62-63-cü vərəqələrində olan Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə 10 ildir ki, tanıyır və onunla dostluq münasibətləri olduğundan, ona inamı böyük olmuşdur. 2016-cı ilin iyun ayında qohumu Rövnəq, ona uşağını ali məktəbə düzəltmək istədiyini bildirib, ona bu işdə kömək edə biləcək adam tapmaqda köməklik göstərməyini xahiş etmişdir. Bu işlə maraqlanıb, ona xəbər verəcəyini demişdir. Mehralının təhsil sahəsincə işlədiyini bildiyindən, bununla bağlı ona müraciət etmişdir. Mehralı bu işi həll edə biləcəyini söyləyib, bu işin 15000 ABŞ dollarına başa gəldiyini bildirmiş və əlavə olaraq özünə də 1000-1500 ABŞ dolları pul istəmişdir. Rövnəqlə bu barədə danışmış, sonuncu xx.xx.2016-cı il tarixdə ona 16500 ABŞ dolları vermişdir. Mehralı elə həmin gün gecə yaşadığı ünvan 4 ünvanında olan evə “Elçin” kimi təqdim etdiyi tanışı ilə gələrək, pulun 12500 ABŞ dollarını istədiyindən, həmin məbləğdə pulu ona vermişdir. xx.xx.2016-cı il tarixdə Mehralı yenidən evinə gəlib, 1500 ABŞ dollarını da götürmüş, daha bir neçə gündən sonra isə müsabiqənin keçiriləcəyini bildirərək, yerdə qalan 2500 ABŞ dollarını da istədiyindən, xx.xx.2016-cı il tarixdə onunla “Nərimanov” metrostansiyasının yaxınlığında görüşüb, 2500 ABŞ dollarını da Mehralıya vermişdir. Qəbullar qurtardıqdan sonra, Rövnəq ona uşağının qəbul olmadığını bildirdiyindən, Mehralının onu aldatdığını başa düşüb, ondan pulu geri istəmiş, lakin Mehralı müxtəlif bəhanələr gətirərək, pulun qaytarılmasını yubatmışdır. Hələ də ona inandığından, yalan danışdığını düşünməmiş, uzun müddətdən sonra, Mehralının pulu qaytarmadığını görüb, onun barəsində şikayət etmiş, şikayətindən bir müddət sonra 2017ci ilin aprel ayında Mehralı pulun hamısını qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ilin yanvar ayında dostu Süleyman vasitəsilə tanımışdır. Belə ki, şəxsi işləri ilə əlaqədar mütəmadi olaraq Bakı şəhərinə gəlib getmiş, 2018-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhərində olarkən həmişə olduğu kimi Süleymanla görüşmüş, söhbət əsnasında Süleyman Mehralı adlı tanışının olduğunu, Dövlət işlərinə işləmək üçün adamları işə düzəltdiyini, ancaq işə düzəltmək üçün müəyyən məbləğdə pul aldığını bildirmişdir. Süleymandan onu Mehralı ilə görüşdürməsini xahiş etmiş, çünki qohumları özləri üçün iş axtarmış, lakin iş tapa bilməmiş, Süleyman etiraz etməyib onu Mehralı ilə görüşdürəcəyini bildirmişdir. Təxminən 2018-ci ilin yanvar ayının əvvəllərində, Süleyman onu Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən çayxanada Mehralı ilə tanış etmiş, həmin vaxt Mehralının oğlu Kamil də orada olmuşdur. Belə ki, Kamil ilə görüşəndən sonra o, atasını onların yanına dəvət etmiş, söhbət zamanı Mehralı Azərbaycan Neft Akademiyasında dekan işlədiyini, onun yüksək vəzifələrdə qohumlarının və tanışlarının işlədiyini bildirmişdir. Həmçinin Mehralı pul verəcəyi təqdirdə istədiyi şəxsi istənilən yerə işə düzəldə biləcəyini demişdir. Mehralı ilə tanış olduqdan sonra ona özünə məxsus mobil telefon nömrəsini verib nə işi olarsa ona zəng etməyini bildirmişdir. Aralarında olan söhbətdən sonra onun dediklərinə inanmış, Mehralı ilə ayrıldıqdan sonra yaşadığı Ağdaş şəhərinə geri qayıtmış, onunla Ağdaş şəhərində qonşuluqda yaşayan Ehtiramın özünə iş axtardığını bilmişdir. 2018-ci ilin fevral ayının sonlarında Ehtiram ona müraciət edəndə Mehralının ona dediklərini demişdir. Ehtiram əmək haqqı yüksək olduğundan Ağdaş şəhərində Fövqəladə Hallar Nazirliyinə tabe olan yanğınsöndürmə şöbəsinə işə düzəlmək istəmiş, bu barədə Mehralının mobil telefon nömrəsinə zəng edib məlumat vermiş, Mehralı telefonda bu barədə danışmağın düzgün olmadığını, Bakı şəhərinə gəlib onunla danışmağını bildirmişdir. Belə olan halda Bakı şəhərinə gəlib ilk öncə Süleymanla görüşmüş, Süleymanla bu barədə danışdıqdan sonra Mehralının oğlu Kamil ilə Nərimanov rayonu ərazisində yerləşən çayxanaların birində görüşmüş, daha sonra Mehralı da onların olduğu yerə gəlmişdir. Ehtiramın işə düzəlməsi ilə bağlı Mehralıya bildirəndə o, bu məsələnin asan olduğunu, 6000 manat pul müqabilində, 15 gün ərzində həmin şəxsi işə düzəldəcəyini, həmçinin həmin şəxsin şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətini, əgər əmək kitabçası varsa əmək kitabçasını da gətirməyini demişdir. Odur ki, yaşadığı şəhərə qayıdıb Mehralının dedikləri barədə Ehtirama məlumat vermiş, Ehtiram razılaşıb xx.xx.2018-ci il tarixdə Mehralıya çatdırmağı üçün Ağdaş şəhərində ona 6000 manat pul vermişdir. Həmin günün səhəri yəni xx.xx.2018-ci il tarixdə pulu götürüb Bakı şəhərinə gəlmiş, həmişəki kimi ilk öncə Süleymanla görüşmüş, biraz sonra Mehralı da oğlu Kamil ilə birlikdə Nərimanov rayonu ərazisində yerləşən çayxanaya gəlmiş, Süleymanın və Mehralının oğlu Kamilin yanında 6000 manat pulu və tələb olunan sənədləri Mehralıya vermiş, Mehralı pulu aldıqdan sonra yol xərci olaraq ona 100 manat pul vermiş, əlavə işə düzəlmək üçün hər hansı bir şəxs olacağı təqdirdə ona məlumat verməyini bildirmiş, daha sonra Ağdaş şəhərinə geri qayıtmışdır. Orada olan zaman iş axtaran qohumlarına bu barədə danışmış, qohumu Əhməd oğlu Cavidi Ağdaş şəhərində Fövqəladə Hallar Nazirliyinə tabe olan yanğınsöndürmə şöbəsinə düzəlmək istədiyini bildirmişdir. Mehralı ilə danışdıqdan sonra o Cavidi işə düzəltmək üçün 6500 manat pul istəmiş, iş alındıqdan sonra isə 1000 manat alacağını demişdir. Belə olan halda xx.xx.2018-ci il tarixdə Əhməd tələb olunan 7500 manat pulu və sənədləri Mehralıya çatdırmağı üçün ona vermişdir. xx.xx.2018-ci il tarixdə həmişəki kimi Nərimanov rayonu ərazisində yerləşən çayxanada Mehralı ilə görüşmüş, həmin vaxt Süleyman və Kamil də, orada olmuşdur. Cavidə məxsus sənədləri və 7500 manat pulu Mehralıya vermiş, Mehralı həmin işin də 15 gün ərzində həll olunacağını demiş, həmin puldan isə Mehralı ona yol xərci olaraq 150 manat pul vermişdir. Həmin vaxtdan təxminən 10 gün sonra xx.xx.2018-ci il tarixdə Xanbala oğlu Rəşidi Ağdaş şəhərində Fövqəlad Hallar Nazirliyinə tabe olan yanğınsöndürmə şöbəsinə işə düzəltmək istədiyini demişdir. Mehralı ilə danışan zaman Rəşidi işə düzəltmək üçün 8500 manat pul istəmiş, bu barədə Xanbalaya dedikdə onunla razılaşmış, həmin günün səhəri ona Rəşidə məxsus sənədləri və 8500 manat pul vermişdir. Həmin günün səhəri Bakı şəhərinə gəlib 8500 manat pul və tələb olunan sənədləri Nərimanov rayonu ərazisində yerləşən çayxanada Kamilin iştirakı ilə atası Mehralıya vermiş, həmin puldan yol xərci olaraq ona 120 manat pul verilmişdir. 2018-ci ilin mart ayının sonlarında bacanağı X20 polisə düzəlmək istədiyini bildirmiş, bu barədə Mehralıya deyəndə ilk öncə həmin işin həlli üçün 10000 manat pul istəmiş, Elnur həmin pulun çox olduğunu dedikdə, Mehralı 7500 manata həmin işi həll edə biləcəyini demişdir. 2018-ci ilin mart ayının sonlarında Elnur ona 7500 manat pulu verdikdən sonra Bakı şəhərinə gəlib Nərimanov rayonu ərazisində yerləşən çayxanaların birində Süleyman və Kamilin iştirakı ilə Mehralıya vermiş, həmin puldan ona hər hansı məbləğ verilməmişdir. 2018-ci ilin mart ayının sonlarında qaynı Zərərçəkmiş şəxs6 Ağdaş şəhərində Fövqəladə Hallar Nazirliyinə tabe olan yanğınsöndürmə şöbəsinə düzəlmək istədiyini bildirmişdir. Bu barədə Mehralıya deyəndə o, 6000 manat pul lazım olduğunu demiş, Musa onun dediyi ilə razılaşdığından Mehralıya çatdırılması üçün ona 6000 manat pul vermişdir. Pulu aldığı günün səhəri Bakı şəhərinə gəlib Nərimanov rayonu ərazisində yerləşən çayxanaların birində Süleyman və Kamilin iştirakı ilə Mehralıya həmin məbləği vermiş, həmin puldan ona hər hansı məbləğ verilməmişdir. Bundan başqa dostu X28 Qəbələ şəhərində qaz idarəsinə fəhlə kimi işə düzəltmək istədiyini demiş, Mehralıya bu barədə dedikdə o, Qəbələ şəhəri Qaz idarəsinin müavinin onun tanışı olduğunu deyib, 2500 manat pul müqabilində Qurbanı həmin idarəyə işə düzəldəcəyini demişdir. Bu barədə Seyid Əzimə dedikdə o razılaşmış və Mehralıya onun vasitəsilə 2500 manat pul göndərmiş, 2018-ci ilin mart ayının sonlarında Bakı şəhərinə gəlib Nərimanov rayonu ərazisində yerləşən çayxanaların birində Süleyman və Kamilin iştirakı ilə Mehralıya həmin pulu vermiş, həmin puldan da ona hər hansı məbləğ verilməmişdir. İşlərin nəticəsi barədə tez-tez Mehralı və onun oğlu Kamil ilə əlaqə saxlamış, Mehralı səbrli olmağını, lazımi şəxslərə bu barədə məlumat verdiyini, tezliklə işlərin həll olunacağını demişdir. Bundan başqa 2018-ci ilin aprel ayının ortalarında Ağdaş şəhərində yaşayan dostu Mirbala qonşusu ilə mübahisə etmiş və mübahisə etdiyi şəxs Ağdaş rayon Polis şöbəsinə şikayət etmiş, Mirbala ona köməklik edilməsi üçün bildirəndə bu barədə Mehralıya demiş, Mehralı onun yüksək vəzifədə işləyən qohumu olduğunu deyib bu məsələni həll edəcəyini bildirmişdir. Mehralı ondan həmin işin müqabilində 1200 manat pul istəmiş, həmin pulu Mirbaladan götürüb 2018-ci ilin aprel ayının ortalarında Bakı şəhərinə gəlib Nərimanov rayonu ərazisində yerləşən çayxanaların birində Mehralıya vermiş, həmin puldan ona hər hansı məbləğ verilməmişdir. Bundan başqa atasının dostu Ağdaş rayon Maarif şöbəsində inspektor vəzifəsində işləyən X38 rayon Təhsil şöbəsinə müdir qoymaq üçün Mehralı ondan 70000 manat pul istəmiş və ilkin olaraq 5000 manatı ona verməsini istəmişdir. Lütfi 5000 manatı onun vasitəsilə Mehralıya göndərmiş, həmin pulu 2018-ci ilin aprel ayının ortalarında Bakı şəhərinə gəlib Nərimanov rayonu ərazisində yerləşən çayxanaların birində Süleyman və Kamilin iştirakı ilə Mehralıya vermiş, həmin puldan Mehralı ona yol xərci olaraq 50 manat pul vermişdir. Bundan başqa əmisi Zərərçəkmiş şəxs8 Sirac oğlunun qızı Alidə ərə getdikdən sonra Mingəçevir şəhərində yaşayır. Həyat yoldaşı X23 şəhərində orta məktəbə müəllimə kimi işə düzəltmək istəmiş, odur ki, bu barədə Mehralıya bildirəndə ona demişdir ki, “8000 manat pul versən Mingəçevir şəhərində orta məktəbə müəllimə kimi işə düzəldərəm.”. Odur ki, bu barədə Vüqara bildirəndə Vüqar razılaşıb ona bildirmişdir ki, gəl bir yerdə gedib pulu verək. Həmin vaxtı onun Ağdaşda işi olduğundan gedə bilməmiş, Mehralıya telefonla bildirmiş, Mehralı mobil telefon nömrəsini Vüqara verməsini, onunla əlaqə saxlamasını, görüşüb pulu ona verməsini demişdir. Odur ki, bu barədə Vüqara deyib Mehralının mobil telefon nömrəsini Vüqara vermişdir. xx.xx.2018-ci il tarixdə Vüqar özü Mehralı ilə Bakı şəhəri Nərimanov rayonu Montin qəsəbəsi ərazisində görüşüb 8000 manat pulu ona vermiş, bunu Vüqar özü ona bildirmişdir. Bundan başqa xalası oğlu Muradın dostunun atası həbsxanada olmuş, onun həbsdən buraxılmasına köməklik etməyi ondan xahiş etdikdə onun həbsxanadan buraxılması üçün Mehralıya demiş, Mehralı ona demişdir ki, o işlərə baxan yaxın adamı var, 8000 manat pul gətirsə onu azadlığa buraxılmasına köməklik edə bilər və odur ki, ona inanıb Murada bu barədə demişdir. Murad 2018-ci ilin iyul ayının sonlarında Mehralı ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində “Gənclik” metrostansiyasının yaxınlığında görüşüb 8000 manat pulu Mehralıya vermişdir. 2018-ci ilin təxminən may-iyun aylarında mütəmadi olaraq Bakıya gəlmişdir ki, Mehralıya pulunu verdiyi şəxslərin işinin düzəlib-düzəlməməsini soruşsun. Mehralı ilə görüşən zaman, o hər dəfə ona bildirmişdir ki, narahat olmasın ona verdiyi pulların hamısı müəyyən şəxslərə verilib, onlar həmin işi düzəldəcəklər. Odur ki, ona inanmışdır. Bakıya gələrkən bəzi vaxtlar qohumu, yəni bibisi oğlu Elgünlə birlikdə gəlmiş, Mehralının oğlu Kamillə görüşəndə üçü bir neçə dəfə onunla çayxanada oturub çay içmişlər. Ona görə Kamil Elgünlə tanış olmuşdur. 2018-ci ilin təxminən iyul ayında o, Kamillə Nərimanov rayonu ərazisində bir yerdə olarkən Kamil ondan 300 manat borc istəmiş, o isə Kamilə pulu olmadığını bildirmiş, belə olan halda Kamil özü Elgünə zəng edib 300 manat borc istəmiş, Elgün ona etiraz etməyib bildirmişdir ki, o işdədir çıxa bilmir. Odur ki, Kamillə birlikdə taksi ilə Hövsan qəsəbəsinə getmiş, Kamil Elgündən 300 manat pulu iki günə qaytarmaq şərti ilə borc götürmüş, Kamil həmin pulu hal-hazıradək Elgünə qaytarmamışdır. Bundan başqa 2018-ci ilin iyul ayında Bakıda olarkən Kamil ona sürücülük vəsiqəsinin X44 İdarəsində olduğunu bildirib ona məxsus sürücülük vəsiqəsi ilə icarəyə bir avtomobil götürüb, pulunu da özünün ödəyəcəyini demiş, Kamilə inanıb sürücülük vəsiqəsini ona vermiş, sonradan bilmişdir ki, Kamil həmin avtomobili 10 gün sürmüş və gündəlik icarə haqqı olan 80 manatı ödəməmişdir. Belə ki, 800 manat pul verməli olduğu halda o həmin avtomobili aparıb orada təhvil verərək, pul götürüb gətirəcəyini, sürücülük vəsiqəsini götürəcəyini demiş, lakin o aparıb pulu ödəməmişdir. Odur ki, gedib Gənclik metrostansiyasının yanında avtomobillərin kirayəyə verildiyi yerdən soruşmuş, onlar bu barədə ona bildirmişlər. Həmin avtomobilin götürülməsi üçün onun sürücülük vəsiqəsi həmin yerdə girovda olduğundan məcbur olub özü 800 manat pul ödəyib öz sürücülük vəsiqəsini götürmüş, Kamil həmin pulu da hal-hazıradək ona verməmişdir. Keçən müddət ərzində Mehralı pulları geri qaytarmadığına görə yuxarıda adları qeyd olunan şəxslərə pulları geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ilin sonlarından etibarən tanıyır. Belə ki, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən çayxanada ilk öncə Kamil, daha sonra isə onun vasitəsilə atası Mehralı ilə tanış olmuşdur. X34 Akademiyasında müəllim işlədiyini, istədiyi adamları pul müqabilində işə və ali məktəblərə düzəldə biləcəyini demişdir. Şahid1 da, həmin çayxanada tanımışdır. Onunla aralarında dostluq münasibətiləri yaranmış, Afiq qohumlarının özləri üçün iş axtarırdıqlarını, lakin iş tapa bilmədiklərini demiş, 2018-ci ilin yanvar ayının əvvəllərində, Nərimanov rayonu ərazisində yerləşən çayxanada Mehralı, Afiq və o görüşmüş, həmin vaxt Mehralının oğlu Kamil də orada olmuş, belə ki, Kamil ilə görüşəndən sonra o, atasını onların yanına dəvət etmişdir. Söhbət zamanı Mehralı özünü Azərbaycan Neft Akademiyasında dekan işlədiyini, onun yüksək vəzifələrdə qohumlarının və tanışlarının işlədiyini bildirmiş, həmçinin Mehralı pul verəcəyi təqdirdə istədiyi şəxsi istənilən yerə işə düzəldə biləcəyini demişdir. Mehralı ilə tanış olduqdan sonra o Afiqə özünə məxsus mobil telefon nömrəsini verib nə işi olarsa ona zəng etməyini bildirmişdir. 2018-ci ilin fevral ayının sonlarında Afiqlə görüşən zaman o tanışı Ehtiramı Ağdaş şəhərində Fövqəladə Hallar Nazirliyinə tabe olan yanğınsöndürmə şöbəsinə işə düzəltmək istədiyini bildirmişdir. Mehralı ilə əlaqə saxladıqdan sonra o, da onların olduqları yerə gəlmiş, Afiq Ehtiramın işə düzəlməsi ilə bağlı Mehralıya bildirəndə o bu məsələnin asan olduğunu, 6000 manat pul müqabilində, 15 gün ərzində həmin şəxsi işə düzəldəcəyini, həmçinin həmin şəxsin şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətini, əgər əmək kitabçası varsa əmək kitabçasını da gətirməyini demişdir. xx.xx.2018-ci il tarixdə Mehralı və oğlu Kamil ilə birlikdə Nərimanov rayonu ərazisində yerləşən çayxanaya görüşmüş, Afiq onların yanında 6000 manat pulu və tələb olunan sənədləri Mehralıya vermiş, Mehralı pulu aldıqdan sonra əlavə işə düzəlmək üçün hər hansı bir şəxs olacağı təqdirdə ona məlumat verməyini bildirmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə həmişəki kimi Nərimanov rayonu ərazisində yerləşən çayxanada Mehralı ilə görüşmüş, həmin vaxt Afiq və Kamil də, orada olmuş, Afiq Cavidə məxsus sənədləri və 7500 manat pulu Mehralıya vermiş, Mehralı Cavid adlı şəxsi Ağdaş şəhərində Fövqəladə Hallar Nazirliyinə tabe olan yanğınsöndürmə şöbəsinə 15 gün ərzində düzəldəcəyini demişdir. Bundan sonra 2018-ci ilin mart ayının sonlarında Nərimanov rayonu ərazisində yerləşən çayxanaların birində onun və Kamilin iştirakı ilə Afiq Mehralıya 7500 manat pul vermiş, həmin pulun müqabilində Mehralı Afiqin bacanağı Elnuru polisə düzəltməli imiş. Bundan əlavə 2018-ci ilin mart ayının sonlarında Afiq qaynı Musanı Ağdaş şəhərində Fövqəladə Hallar Nazirliyinə tabe olan yanğınsöndürmə şöbəsinə düzəltmək üçün Nərimanov rayonu ərazisində yerləşən həmişə oturduqları çayxanada onun və Kamilin iştirakı ilə Mehralıya 6000 manat pul vermiş, Mehralı pulu aldıqdan sonra işlərin tezliklə həll olunacağını bildirmişdir. Bundan başqa 2018-ci ilin mart ayının sonlarında Afiq dostunun oğlunu Qəbələ şəhərində qaz idarəsinə fəhlə kimi işə düzəltmək üçün Nərimanov rayonu ərazisində yerləşən çayxanaların birində onun və Kamilin iştirakı ilə Mehralıya 2500 manat pul vermişdir. Sonuncu dəfə 2018-ci ilin aprel ayının ortalarında Afiq atasının dostu Lütfi adlı şəxsi Ağdaş rayon Təhsil şöbəsinə müdir qoymaq üçün Mehralıya 5000 manat pul vermiş, bildiyi qədərilə Afiq həmin məsələ ilə bağlı Mehralıya əlavə olaraq 65000 manat pul verməli olmuş, söhbət əsnasında bunu Mehralı demiş, həmin pulu da, X24 rayonu ərazisində yerləşən həmişə oturduqları çayxanda vermişdir. Hər dəfə Mehralı Afiqə səbrli olmağını, lazımi şəxslərə bu barədə məlumat verdiyini, tezliklə işlərin həll olunacağını demiş, sonradan ona məlum olmuşdur ki, Mehralı Afiqi aldadaraq həmin pulları ələ keçirmiş və qeyd olunan şəxslərin işə düzəlməsini təmin etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2016-cı ilin avqust ayında tanışı Tofiq ona müraciət edərək, Hikmət adlı dostunun qızını tibb kollecinə düzəltmək lazım olduğunu bildirmişdir. Xarici ali təhsil müəssisələrinə tələbə düzəltməklə məşğul olsa da, Azərbaycanda tələbə düzəltməklə məşğul olmadığından, Tofiqə bu işlə bağlı maraqlanıb cavab verəcəyini söyləmiş, bu işlə məşğul olacaq insan tanımadığından, Saatlı rayonunda oxuduğu peşə məktəbinin direktoru olmuş və müəllimi kimi mütəmadi münasibət saxladığı Şahid4la əlaqə saxlamışdır. Rahimdən tibb kollecinə tələbə düzəldə bilən şəxs tanıyıb-tanımadığını soruşmuşdur. Rahim özünün bu işlərdən başı çıxmasa da, 40 illik dostu olan və Pedaqoji Universitetdə professor işləyən Təqsirləndirilən şəxs tələbə düzəldə bildiyini söyləmiş, Rahim Mehralı ilə söhbət edib, ona cavab verəcəyini söyləmişdir. Rahim ona bir müddətdən sonra zəng edib, Mehralı ilə görüşməyi təklif etdiyindən, hər üçü “20 yanvar” metrostansiyasının yaxınlığındakı çayxanalardan birində görüşmüş, Mehralı ilə tibb kollecinə tələbə düzəldə biləcəyini soruşduqda, Mehralı ondan tələbə olmaq istəyən şəxsin şəxsiyyət vəsiqəsini və attestatın surətlərini istəmiş, bu işin 10000 manata başa gələcəyini bildirərək bir neçə məsələ ilə maraqlandıqdan sonra ona cavab verəcəyini söyləmişdir. Tofiqlə danışıb Hikmətin qızının şəxsiyyət vəsiqəsinin və attestatının surətlərini istəmiş, bu işin 10000 manata başa gələcəyini söyləmişdir. Tofiq ona Hikmət ilə görüşməyi təklif etdiyindən, xx.xx.2016-cı il tarixdə Tofiqlə ünvan 10 ünvanına gəlib, orada ilk dəfə görüdüyü Hikmət adlı şəxslə görüşmüş, Hikmətə qızının tibb kollecinə düzəltmək üçün 10000 manat pul lazım olduğunu bildirmiş, həmin pulun 2000 manatını ilkin olaraq verməsini, qalan 8000 manatını isə qızı Humay kollecə qəbul olunduqdan sonra verilməli olduğunu bildirmişdir. Hikmət onunla razılaşaraq, qızının sənədlərinin surətlərini və 2000 manat pulu ona vermiş, sənədləri və pulu aldıqdan sonra, Mehralı ilə “20 yanvar” metrostansiyasının yaxınlığındakı əvvəl görüşdüyü çayxanada görüşmüş, həmin vaxt Rahim də orada olmuşdur. Humayın sənədlərinin surətlərini və 2000 manat pulu Mehralıya vermək istəsə də, Mehralı sənədlərin surətlərini götürüb, pulu götürməmiş, Mehralı bildirmişdir ki, bütün pulu ona tam verməlidir. Bu səbəbdən, Hikmətlə danışıb, pulu tam verməli olduğunu söyləmiş, Hikmət onunla razılaşaraq, hazırda üstündə pulu olmadığını, yerdə qalan məbləği bir neçə vaxtdan sonra verəcəyini demişdir. xx.xx.2016-cı il tarixdə Hikmət ilə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Günay” kafesində görüşmüş, görüş zamanı Hikmət ona 8000 manatı sayaraq vermiş, o da öz növbəsində yenidən Mehralı və Rahimlə görüşüb, Rahimin yanında ümumilikdə 8000 manatı Mehralıya vermişdir. Mehralı pulu tam, yəni 10000 manatı istəsə də, ona Humay kollecə qəbul olunduqdan sonra, yerdə qalan 2000 manatı ona verəcəyini söyləmiş, Mehralı onunla razılaşaraq pulları aldıqdan sonra, onu sağ ayağının corabının içinə qoyub, bir neçə günə Humayın kollecə dərsə gedəcəyini söyləmişdir. Sonradan uzun müddət keçməsinə baxmayaraq, Hikmətin qızının işindən xəbər olmadığını görüb, Mehralıdan pulları geri almaq istəsə də, onu tapa bilməmiş, Rahimin vasitəsilə Mehralının evinin yerini öyrənib, bir neçə dəfə evinə getsə də, Mehralı ondan gizlənmiş, onu qarşılayan Mehralının oğlu Sahil isə atasının hazırda pulunun olmadığını və 2017-ci ilin may ayında ona pulu qaytara biləcəklərini demişdir. Bu səbəbdən Hikmətin verdiyi və Mehralıya verməli olduğu 2000 manatı Hikmətin özünə qaytarmış, bir müddətdən sonra isə öz maddi imkanı hesabına Hikmətin 2000 manatını hissələrlə qaytarsa da, qalan məbləği qaytara bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 1973-cü ildən müəllim işləməyə başlamış, 1984-cü ildən 2000-ci ilə qədər X35 direktoru işləmiş, 2000-ci ildən 2015-ci ilin avqust ayınadək Azərbaycan Müəllimlər İnstitutunda müəllim, şöbə müdiri və prorektor vəzifələrində çalışmışdır. Şahid2 X35 direktoru olduğu vaxtdan tanımış, belə ki, Zərbalı həmin liseydə mühasibatlıq uçotu ixtisası üzrə təhsil almış, savadlı tələbə olduğundan, həmin vaxtdan onunla münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs 2005-ci ildən tanıyır. Belə ki, Azərbaycan Müəllimlər İnstitutunda əlavə təhsil üzrə prorektoru işlədiyindən, Mehralı isə Azərbaycan Dövlət Pedaqoji Universitetində əlavə təhsil fakültəsinin dekanı işlədiyindən, Nazirlikdə keçirilən iclaslarda iştirak edərkən tanış olmuş və münasibət saxlamağa başlamışlar. 2016-cı ilin avqust ayının əvvəllərində Zərbalı ona zəng edərək, yaxın adamının qızının tibb kollecinə düzəldilməsi üçün köməklik etməyini xahiş etmiş, Zərbalıya bu işlərdən başı çıxmadığını söyləsə də, tanışı olan Təqsirləndirilən şəxsla bu işi danışmağı təklif etmişdir. Belə ki, Mehralı ona dəfələrlə demişdir ki, tələbə qəbul etdirmək istəyən olsa, ona xəbər versin. Zərbalının xahişini nəzərə alaraq, sonuncunu tanışı Təqsirləndirilən şəxsla “20 yanvar” metrostansiyasının yaxınlığındakı çayxanalardan birində görüşdürmüş, Zərbalı, Mehralıdan tibb kollecinə tələbə düzəldə biləcəyini soruşduqda, Mehralı bu işi həll edə biləcəyini söyləyib, bunun üçün 10000 manat pul istəmişdir. Mehralı bildirmişdir ki, həmin pulun 8000 manatı tələbə qəbulunu həyata keçirmək üçün çəkiləcək xərclərdir, 2000 manat isə öz puludur. Zərbalı məsləhətləşib Mehralıya cavab verəcəyini söyləmiş, Mehralı təkidlə bildirmişdir ki, əgər tələbə düzəltmək istəyirlərsə, pul həmin gün ona çatmalıdır. Həmin gün Zərbalı yenidən onun iştirakı ilə Mehralı ilə həmin çayxanada görüşmüş, Zərbalı Mehralıya hansısa sənədlərin surətlərini vermiş, təxminən bir neçə gündən sonra, Zərbalı ona zəng edərək, pulu vermək üçün Mehralı ilə görüşməyini xahiş etmişdir. Mehralı ilə danışıb, yenidən həmin çayxanada görüşmüş, Zərbalı onun iştirakı ilə Mehralıya kağıza bükülü nəsə verib, içində səkkiz min manat olduğunu bildirmiş, Mehralı özünün 2000 manatını da istədikdə, Zərbalı tələbə qəbul olduqdan sonra, yerdə qalan 2000 manatı verəcəyini bildirmişdir. Mehralı Zərbalı ilə razılaşıb, kağızda olan bükülünü Zərbalıdan alaraq, ayaq corabının içinə qoymuş, bundan sonra, Zərbalı çıxıb getmişdir. Mehralı tələbə qəbulu ilə bağlı işi xx.xx.2016-cı il tarixədək həll edəcəyinə söz versə də, həmin müddətdən sonra işin düzəlmədiyini öyrənib, dəfələrlə Mehralı ilə danışaraq, məsələnin niyə həll edilmədiyini, əgər işi düzəldə bilmirsə, Zərbalının pulunu qaytarmasını tələb etmişdir. Mehralı isə onun bu işlərdən başı çıxmadığı üçün bu işə qarışmamağını və tezliklə məsələni həll edəcəyini bildirmişdir. Dəfələrlə Mehralı ilə danışaraq, işin alınmadığı üçün pulu qaytarmasını tələb etsə də, 2016-cı ilin oktyabr ayının sonlarından Mehralı ümumiyyətlə onun zənglərinə cavab verməmiş, həmin vaxtdan bu günə qədər Mehralı ilə görüşə bilməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid5 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda Şahid5 məhkəməyə ərizə ünvanlayaraq səhhətində olan problem ilə əlaqədar olaraq məhkəmədə iştirak edə bilmədiyini və ibtidai isintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid5 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 77-ci vərəqində olan Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış və notarial qaydada təsdiqlənmiş xx xxxx 2016-cı il tarixli “Borcun etirafı haqqında müqavilə”dən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xx xxxxxxxx 2015-ci il tarixdə 30000 manat (otuz min manat sıfır qəpik) borc pul aldığını etiraf edir. Cinayət işinin İ cildinin 106-cı vərəqində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2017-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2017-ci il tarixdə şübhəli olan şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 144-148-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsn barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” xx xxxx 2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Gülnarə Sarıyevanın xx.xx.2017-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətmkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MYS-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 150-ci vərəqində olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx xxxx 2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cildinin 4-cü vərəqində olan Azərbaycan Respublkası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cildinin 64-cü vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” xx xxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2019-cu il tarixdə saat 11:00 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Cinayət işinin İİ cildinin 68-69-cu vərəqələrində olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov rayon Pİnin İŞ-nin baş müstəntiqi X21 həmin protokolu onda ötrü tərtib edir ki, Azərbaycan Respublikası CPM-nin 51, 236-cı maddələrinin tələblərinə riayət etməklə icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinən Təqsirləndirilən şəxs, müdafiəçi X5, Şahid1, iştirakı ilə ********* nömrəli cinayət işi üzrə Şahid1 təqdim etdiyi özünün Təqsirləndirilən şəxs ilə aralarında olan telefon danışıqlarını əks etdirən, üzərində CD formatlı bir ədəd kompakt diskə kompyuter vasitəsi ilə baxış keçirtmişdir. Qeyd edilən diskdə olan səs yazmalara komyuterin monitorunda baxış keçirən zaman müəyyən edildi ki, həmin diskdə olan birinci fraqmentdə 04 dəqiqə 04 saniyədən ibarət Şahid1 və Təqsirləndirilən şəxs arasında telefon danışıqları olmuşdur. Telefon danışığında aşağıdakılar qeyd olunmuşdur: Mehralı: Afiq, sən şəhərdəsən? Afiq:Bəli. Mehralı: Mən onları gözləyirəm, Allaha and olsun hələ qurtarmayıblar. Bilmirəm nə vaxt qurtaracaqlar, neyniyəcəklər, qurtaran kimi mən zəng eliyəcəm, qurtaran kimi lazım gəlsə mən ora gələcəm. Qoy qurtarsınlar, uşağın işini yekunlaşdıraq, hər şey qaydasına düşəcək, bax vəziyyət belədi, mən bax gözləyirəm, ora yaxın yerdəyəm. Afiq: Deyirəm hardasızsa, bekarsızsa, gəlim ora, Mehralı: Görüşərik də, qaça-qaç deyilki. Afiq: Ay müəllim qaça-qaçdı. Atam məni çağırıb, rayona getmək istəyirəm, sepin pulunu vermək istəyirəm ora. Mehralı: Qoy görüm nə eliyirəm, sonra get. Afiq: Mənim sepim batır orada. Kamilə bayaq mesaj yazmışam ki, götür telefonu, deyir hardasan, mən də dedim ki, gəl oturaq bir çay içək, sonra mesaj yazıbki mən bu oyundan çıxıram, atama hər şeyi sən demisən, başlayıb belə şeylər yazmağa, olanı demişəm də, necə çıxırsan bu oyundan?!, mənim sepim batır orada. Mehralı: Səndən bir şey xahiş edim, düzələcək hamısı. Gözlə. Afiq: Gözləyirəm zənginizi, burdan Ehtiram yığır, o biri yığır, bu biri yığır, sizdən xahiş elədim axı müəllim, 3 dənə işi götürün, kimə vermisizsə pulu götürün aparım qaytarım yiyəsinə. Mehralı: Deyirəm paralel hamısıynan məşğul oluram, darıxma yekunlaşacaq artıq hamısı. Afiq: Başa düşdüm e sizi, çox gözəl başa düşdüm, siz o adamdan pulu götürə bilmirsiz? Mehralı: Helə deyil də bu məsələ. Afiq: Necədirki? Verməmisiniz ona bu pulu? Mehralı: Qoy çağırsınlar ki, deyim də məsələni, gedib götürəcəm əlbəttə ki. Afiq: Ay müəllim burda nə var ki? Sən ona deyə bilmirsənki camaat (xalx) pulunu istəyir!? Mehralı: Camaat (xalx) nədi?!, mən öz adımdan danışmalıyam e, istəmirəm qaytar! belə olmalıdı. Afiq: Ay sağol, bu işə qoyan adam bilir ki, kimsə verib də pulunu, pulunu istəyir də, sən öz cibindən verməmisən ki?!. Denən ki, filankəs verib də, pulu, işə girən adam verib da pulunu, bu da pulunu istəyir. Mehralı: Demişəm ki, mən çıxıb gedirəm bağla söhbəti. Geri oxumaq lazımdı hər şeyi. Afiq: İndi bu nə qədər vaxta dedi? Nə vaxt dedi bu 3 adamın pulunu qaytaracaq? Nə vaxt dedi sənə bu söhbəti? Nə vaxt qaytaracaq bu 3 nəfərin pulunu? Mehralı: İndi bəlkə də, yekunlaşdırdıq, sabaha tərəf deyib, görək nə olur. Afiq: Ay müəllim, gündə-gündə 20 gündür mən burada oturmuşam. Mehralı: Belə alınıb neynəyək, axır ki, düzələcək, vəziyyət belə alınıb mən neyniyim. Mən deyəcəm sənə, burdan xeyirli xəbər çıxsın sənə xəbər edəcəm, sənə zəng edəcəm. Afiq: gözləyirəm sizin zənginizi, axşam da zəng edəndə götürün telefonu. Səs yazısına qulaq asdıqdan sonra Təqsirləndirilən şəxs bildirdi ki, həmin diskdə yazılan telefon danışıqlarındakı səs onun səsidir. Həmçinin Şahid1 da, səsin ona məxsus olduğunu bildirdi. Diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilmədi. Protokol ucadan oxundu, doğru tərtib edilmişdir. Protokolun tərtibi zamanı heç bir şikayət və düzəliş daxil olmadı. Cinayət işinin İİ cildinin 71-ci vərəqində olan Təqsirləndirilən şəxs tərəfindən yazılmış və imzalanmış xx.xx.2019-cu il tarixli İltizamdan görünür ki, “Mən, Təqsirləndirilən şəxs Şahid1 qeyd etdiyi xüsusatlarla bağlı almış olduğum pulları hər ay 2000 (iki min) manat olmaqla geri qaytaracam.”. Cinayət işinin İİ cildinin 76-78-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsn barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” xx xxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qaldırılmış vəsatətin rədd edilməsi və Nərimanov RPİ-nin MYSdən dərhal azad edilməsi, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 79-80-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cildinin 107-ci vərəqində olan “Ziyanın ödənilməsi barədə” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X21, icraatında olan ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 51, 85-ci maddələrinin tələblərinə riayət etməklə Təqsirləndirilən şəxs iştirakı ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs Şahid1 qaytarmaq məqsədi ilə 5 ədəd 100 manat əskinaslardan ibarət 500 (beş yüz) manat pulu istintaq orqanına təqdim etmişdir. Qeyd olunan 5 ədəd 100 manat əskinaslardan ibarət 500 (beş yüz) manat pul tərəfindən götürülmüşdür. Cinayət işinin İİ cildinin 108-ci vərəqində olan “Ziyanın qaytarılması barədə” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X21, icraatında olan ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 51, 85-ci maddələrinin tələblərinə riayət etməklə Təqsirləndirilən şəxs iştirakı ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən qaytarılmış, Şahid1 vurulmuş ziyanın bir hissəsini - 5 ədəd 100 manat əskinaslardan ibarət 500 (beş yüz) manat pulu sonuncuya qaytarmaq məqsədi ilə təqdim etmişdir. Qeyd olunan 5 ədəd 100 manat əskinaslardan ibarət 500 (beş yüz) manat pul tərəfindən Şahid1 qaytarılmışdır. Cinayət işinin İİ cildinin 110-cu vərəqində olan “Ziyanın qaytarılması barədə” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X21, icraatında olan ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 51, 85-ci maddələrinin tələblərinə riayət etməklə Təqsirləndirilən şəxs iştirakı ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən qaytarılmış, Şahid1 vurulmuş ziyanın bir hissəsini - 5 ədəd 100 manat əskinaslardan ibarət 500 (beş yüz) manat pulu sonuncuya qaytarmaq məqsədi ilə təqdim etmişdir. Qeyd olunan 5 ədəd 100 manat əskinaslardan ibarət 500 (beş yüz) manat pul tərəfindən Şahid1 qaytarılmışdır. Cinayət işinin İİ cildinin 111-ci vərəqində olan xx.xx.2019-cu il tarixli Qəbzdən görünür ki, Şahid1 həmin qəbzi Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X13 ondan ötrü verir ki, ona vurulmuş ziyanın bir hissəsini - 5 ədəd 100 manat əskinaslardan ibarət 500 (beş yüz) manat pulu qəbul etmişdir. Cinayət işinin İİ cildinin 137-154-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Şahid1 tərəfindən təqdim edilmiş 1 ədəd CD diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-411/2019 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək bərəsində “həbs” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs tutularkən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2019-cu il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2019-cu il tarixdə saat 12:00 radələrində saxlanılaraq Nərimanov RPİnin 17-ci PŞ-nə gətirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün (08-xx xxxx 2017-ci il və 22-xx xxxxx 2019-cu il tarixlər) müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəlinin xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Şahid1 tərəfindən təqdim edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, Müdafiəçi xx xxxxxx 2020-ci il - xx xxxxx 2021-ci il tarixlərdə keçirilmiş 9 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Şahid1 tərəfindən təqdim edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar