Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-7/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi X4 və vəkili - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1958-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MTK-nın sədri, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2vanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 186.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" Mənzil Tikinti Kooperativin təsisçisi və sədri olmaqla Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26 dekabr 2014-cü il tarixli 642 nömrəli Sərəncamı əsasında ünvan 3 ünvanlarda yerləşən 0,5810 ha torpaq sahəsinin yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədilə sədri olduğu həmin Kooperativə verilməsi ilə əlaqədar rəhbərliyi altında 2018-ci ilin iyun ayından etibarən həmin ərazidə söküntü və tikinti-quraşdırma işləri aparılarkən ərazinin qonşuluğunda ünvan 4 ünvanının qarşısında inşa edilmiş divarları kərpic, bünövrəsi dəmir beton, üst hissəsi metal konstruksiya ilə örtülmüş, təmirsiz, ümumi sahəsi 18,0 m2 olmaqla dəyəri 14.400 (on dörd min dörd yüz) manat qiymətləndirilən qarajın mülkiyyət hüququ olmadan Zərərçəkmiş şəxs 29 dekabr 2001-ci il tarixli ******* №-li alqısatqı müqaviləsi və X10 tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli ərizə, habelə Nərimanov rayon MKTB-nin 36 saylı MKİS-nin 22 iyun və 29 iyun 2018-ci il tarixli, müvafiq olaraq 003774 və 003775 nömrəli qəbzlərinə əsasən, uzunmüddətli istifadəsində olduğunu bilməklə həmin qeyri-yaşayış sahəsinin bütünlüklə qeyd edilən Kooperativ tərəfindən sökülməsinə görə Zərərçəkmiş şəxs kompensasiya ödənişində sonuncu ilə razılığa gələ bilməməsindən sonra, 21 aprel 2019-cu il tarixdə söküntü işlərinin aparılmasında fəhlə işləməklə cinayətdən xəbərsiz olan Şahid2 qəsdən verdiyi qanunsuz tapşırıq əsasında sonuncu vasitəsilə həmin qarajı xüsusi tikinti alətlərindən istifadə edilərək qəsdən sökdürüb, ərazinin hamarlanmasını həyata keçirməklə özgəyə, yəni Zərərçəkmiş şəxs 14.400 (on dörd min dörd yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla əmlakını qəsdən məhv etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs CMin 186.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, O, xx.xx.2014-cü il tarixdən "xxxx" MTK-ya sədr seçilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin başçısının sərəncamına əsasən MTK tərəfindən Nərimanov rayonu, Qarabağ 65-67 küçəsi yeni yüksək mərtəbəli binanın tikintisi işləri aparılmasına icazə verilmişdir. Həmin sərəncama əsasən MTK tərəfindən SSRİ dönəmindən qalmış istismar müddəti bitmiş binada yaşayan sakinlərin köçürülməsi, yerində yeni yüksək mərtəbəli binanın inşası nəzərdə tutulmuşdur. Bununla bağlı olaraq həmin ünvanda yaşayan sakinlərin hamısına pul kompensasiyası ödənilməklə binadan hissəvi köçürülməsi işlərinə başlanılmışdır. Qeyd olunan köhnə tikilidə yaşayan bir çox sakinlərin binanın həyətində qarajları mövcud olduğundan həmin qarajlar üçün də ayrıca kompensasiya ödənilmişdir. Həmin ərazidə Zərərçəkmiş şəxs məxsus qaraj olmuşdur ki, həmin qarajda binanın 1-ci blokunun tikintisi üçün maneə yaratdığından həmin qarajın alınması üçün Zərərçəkmiş şəxs ilə onun tapşırığına əsasən Şahid1 tərəfindən görüş keçirilmişdir. Görüş zamanı qaraj üçün 60.000 manat pul tələb etdiyi üçün Zərərçəkmiş şəxs təklifindən imtina edilmişdir. Buna səbəb isə həmin ərazidə mövcud olan və rəsmi mülkiyyət hüququnu təsdiq edən sənədi olan qarajlar üçün 8.000-10.000 manat ödənilməsi olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs ilə dəfələrlə məsələnin həll edilməsi üçün görüşlər keçirilməsinə baxmayaraq, müsbət nəticə əldə olunmamışdır. Həmin ərəfədə Zərərçəkmiş şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış, onlar tərəfindən də qarşılıqlı iddia ilə məhkəməyə müraciət olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən Zərərçəkmiş şəxs qarajın arxa divarının bərpası barədə iddiası təmin edilməyərək, onların qarajın boşaldılması və sökülməsi barədə verilmiş iddia tələbi təmin olunmuşdur. Məhkəmə prosesi zamanı Zərərçəkmiş şəxs qaraja dair heç bir sənədinin olmadığına əmin olduğu üçün, qarajın qəzalı vəziyyətə düşməsini nəzərə alaraq onun göstərişi əsasında Nurəddin adlı fəhlə tərəfindən Zərərçəkmiş şəxs istifadəsində olan qaraj sökülmüşdür. Belə ki, qarajın arxa hissəsi yağan yağış nəticəsində çökmüş, artıq qəza vəziyyətində olması, yaxınlıqda tikinti işləri aparan fəhlələrin həyatı üçün təhlükəli olduğu üçün sökülməsi zəruri olmuşdur. O səhhəti ilə əlaqədar ölkəxaricində olması səbəbindən ona telefon vasitəsilə verilmiş bu məlumat əsasında qarajın sökülməsinə göstəriş vermişdir. Onun qarajın sökülməsi barədə göstəriş verməsi də məhz baş verə biləcək faciənin qarşısını almaq məqsədi ilə olmuşdur. Buna görə özünü cinayət törətməkdə təqsirli hesab etmir. Həmçinin qarajda yararsız əşyalar olmuşdur. Təqsiri olmadığl üçün məhkəmədən ona bəraət verilməsini və verilmiş mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs çıxış edərək ifadənin verilməsi vəzifəsini nümayəndəsi və vəkilinin öhdəliyinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X11 ifadə verərək bildirmişdir ki, 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sərəncamı ilə "xxxx" MTK-ya Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 19 mərtəbəli yaşayış binalarının tikintisinə dair layihələndirməyə icazə verilərkən 26 dekabr 2014-cü il tarixli sərəncamda adı gedən tikinti üçün yalnız ünvan 5 ünvanında yerləşən torpaq sahəsini icarəyə götürülməsinə icazə verilməsi haqqında sərəncamda və tikinti aparılması üçün verilmiş icazə sərəncamında yenə də yalnız ünvan 5 ünvanı qeyd olunub. Qanunvericiliyə əsasən tikinti üçün qeyri-yaşayış sahələri nəzərdə tutula bilər. 2015-ci ildə "xxxx" MTK-nın işçiləri onlara yaxınlaşaraq bildirmişdir ki, qarajların altında olan bütün torpaq sahələri tikinti üçün onlara verilmişdir. Qaraj Nərimanov rayon MKTB tərəfindən Zərərçəkmiş şəxs uzunmüddətli istifadəsinə verilmişdir. Hər il də kommunal xərclər Afət xanım tərəfindən ödənilmişdir. Həmin sənədlər də iş materiallarına əlavə edilmişdir. İş materiallarının 1-ci cildinin 74-75-ci vərəqində olan aktda göstərilmişdir ki, sözügedən torpaq sahəsi yalnız qrafik üsulla göstərilməklə guya Qarabağ küçəsi 65-67 ünvanına aiddir. Onların razılığı olmadan sahə azaldılmışdır. Onların şikayətləri ilə 2018-ci ilə qədər sakitcilik oldu. Sonra MTK tərəfindən gəlib bu torpağı almaq istəmişlər. Digər qarajları aldıqdan sonra Afət xanımın qarajına çatdıqda fikir ayrılığı yarandı. Belə ki, Afət xanım 30.000-40.000 manat aralığı qiymət bildirsə də onlar yalnız 10.000 manat verərək qarajı alacaqlarını bildirmişlər. Onların qiymətlə razı olmaqıdlarını görəndə qarajın arxasında olan ümumi divarı sökmüşdürlər. Afət xanım divarın bərpası ilə bağlı şikayət vermişdir. Apelyasiya Məhkəməsinin qərarı da olmuşdur ki, arxa divar sökülməklə Afət xanımın mülkiyyət hüququna qəsd edilmişdir. Lakin istintaq ittiham aktında belə mülkiyyətin olmadığını göstərmişdir. Apelyasiya Məhkəməsinin qətnaməsinin 3-4-cü səhifələrində qeyd olunmuşdur ki, qaraj söküntüyə mane olduğu üçün sökülmüşdür. Həmçinin şahid qismində dindirilmişd Şahid1 də ifadəsində göstərmişdir ki, Afət xanıma məxsus qaraj layihəyə mane olduğu üçün sökülmüşdür. Onun qarajı tam yararlı olmuşdur. Belə ki, təqsirləndirilən şəxs "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs qarajın qəzalı vəziyyətdə olmasını təsdiq edən hər hansı bir fotoşəkil və ya sənəd təqdim etməmiş, qarajın qəzalı vəziyyətdə olması və ətrafda işləyən işçilərin həyatına təhlükə yaratması barədə məlumat ona Şahid1 tərəfindən telefon danışığı zamanı çatdırılmışdır. Bu məlumat yalan məlumat olmuşdur və həqiqəti əks etdirmir. DVD diskdəki 19 aprel 2019-cu il tarixdə Şahid1 iştirakı ilə qarajın qarşısında çəkilmiş videogörüntüdən və həmin videogörüntüdən çap edilmiş fotoşəkillərdən qarajın qəzalı vəziyyətdə olmaması aydın görünür. 2019-cu ilin aprel ayında "xxxx" MTK-nın təsisçilərindən ən fəal olan Şahid1 "xxxx" MTK-nın fəhlələrinin iştirakı və köməyi ilə Afət xanımın xəbəri olmadan və iradəsinə zidd olaraq ona məxsus qarajın qapısının qıfılını sındıraraq, ona etibar olunmuş əmlakın saxlanc yeri olan qaraja qanunsuz daxil olaraq qarajın sökülməsi məqsədi ilə qarajın içindəki əmlakı qarajdan çıxarmağa başlamışdır. CD diskdəki aparılmış videoyazılışdan və həmin videoyazılışdan çıxarış olan fotoşəkillərdə Şahid1 tərəfindən məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi olmadan qarajın sökülməsi məqsədi ilə qarajın sökülməsinə hazırlıq işlərinin aparılması və qarajın boşaldılması üçün qarajda olan əmlakın qarajın içindən çıxarılması öz təsdiqini tapır. Şahid1, Nərimanov rayon 36 saylı MKİS-in rəisi X13 və Nərimanov RPİ-nin 18 saylı polis bölməsinin sahə müvəkkili X14 tərəfindən imzalanmış qanunsuz akt var. Həmin aktdan məlum olur ki, aktı imzalayan vəzifəli şəxslər aktın imzalanma tarixində qanuni qüvvəsini almamış və hal-hazırda ləğv edilmiş 19 mart 2019cu il tarixli Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə istinad edərək onlara məxsus qarajın sökülməsinə hazırlıq işlərini aparmış, tərəflərindən bəyan etdikləri qarajın sökülməsi zərurəti səbəbindən aktı imzalamış şəxslər qarajın içindəki əmlakın yararsız olmasını qeyd edərək qarajın boşaldılmasında və sökülməsinə hazırlıqda fəal iştirak etmişlər. Şahid1 tərəfindən bilə-bilə Təqsirləndirilən şəxs qarajın qəzalı vəziyyətdə olması barədə yalan məlumatın verməsi nəticəsində Təqsirləndirilən şəxs və fəhlə işləyən Şahid2 qarajın sökülməsindən ibarət olan cinayət əməllərinə təhrik etmişdir. Onlara məxsus olan qarajın qiymətinin sökülməmişdən qabaq 40000 (qırx min) manat olması "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs və "xxxx" MTK-nın təsisçilərindən biri olan, Əliəşrəf Əlizadə 36A ünvanda yerləşən çoxmənzilli yaşayış binasına məxsus həyətdə yerləşən qarajların alınması ilə məşğul olan Şahid1 məlum idi. Qarajın sökülməmişdən qabaq qiymətinin qırx min manat olmasından "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs məlum olması məhkəmə qətnaməsindən "xxxx" MTK-nın sədri, hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən imzalanmış kassasiya şikayətində öz təsdiqini tapır. Ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə 36a ünvanda yerləşən, Afət xanıma məxsus olmuş, sahəsi 18 kv.m. olan, daşdan inşa edilmiş, təyinatı saxlanc anbarı kimi istifadə edilmək məqsədilə icarəyə verilmiş, dəmir darvazalı qarajın nəzəri qaydada orta bazar dəyəri təxminən 35000 (otuz beş min) manat müəyyən edilir. Həmin ekspert rəyinə əsasən qarajın içərisindəki əmlakların bazar qiyməti təxminən 42449,50 manat müəyən edilir. Bu səbəbdən də vurulmuş zərərə görə cavabdehlər "xxxx" MTK-dan, "xxxx" MTK-nın təsisçisi Şahid1, "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs, Nərimanov Rayon İcra Hakimiyyətindən, Nərimanov Rayon Polis İdarəsindən və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən sökülmüş qaraja görə 40.000 (qırx min) manat, əldən çıxmış faydaya görə qarajın aylıq 360 manat kirayə haqqı olmaqla 29 ay kirayə haqqı olaraq 10.440 (on min dörd yüz qırx) manat, mənəvi zərərə görə 10.000 (on min) manat, eləcə də Afət xanımın cavabdeh olduğu, anasına məxsus olan, saxlanc məqsədi ilə onun qarajında saxlanılan 58.500 (əlli səkkiz min beş yüz) manat məbləğində zərər dəymişdir. Bütün sənədlər hüquqi şəxsin xeyrinə tərtib olunmuşdur. Zərərçəkmiş şəxsə məxsus qarajın "xxxx" MTK-nın tikintisində fəhlə işləyən X3 tərəfindən sökülməsini bilavasitə görən şahid ibtidai istintaq orqanı tərəfindən müəyyən olunmayıb və iş üzrə şahid qismində dindirilməyib. Beləliklə şahid X1 zərərçəkmiş şəxsə məxsus qarajın onun özü tərəfindən sökülməsi barədə ifadələri heç bir başqa sübutla təsdiq edilmir. Həmçinin iş üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmdən onlar tərəfindən apellyasiya şikayəti verilmiş, daha sonra sonuncu qərardan da kassasiya şikayəti vermişlərdir. Yuxarı instansiya məhkəmələri onların xeyrinə qərar qəbul edərək birinci instansiyası məhkəməsinin qərarını ləğv edib, yeni məhkəmə baxışına qaytarmışdır. İşə mahiyyəti üzrə yenidən birinci instansiyası məhkəməsində baxılan zaman məhkəmə iclaslarında onlar tərəfindən təqdim olunmuş çoxsaylı vəsatətlər əsasında şahidlərin yenidən dindirilməsi zamanı ifadələri arasındakı kəskin fərqlərin olması, onlar tərəfindən təqdim olunmuş sübutlar, məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallar bir daha verilmiş ittihamın doğru olmamasını, Apelyasiya məhkəməsinin çıxardığı xüsusi qərar əsasında Baş prokurorun, onun müavininin də qərarlarına əsasən Afət xanımın mülkiyyət hüququnun qanunsuz pozulması faktı öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bir daha ibtidai istintaq zamanı, həmçinin keçirilmiş əvvəlki məhkəmə iclasları zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, qaraj katlavandan 2 metr məsafədə olmuşdur. Əvvəlcə qarajın təxminən 2-3 ay qabaq bir divarı, sonra isə digər divarı uçmuşdur. Yağış yağması nəticəsində qarajın arxa hissəsi uçmuş və ətrafda tikinti işləri getdiyindən təhlükəli vəziyyət yaranmışdır. Qaraj tam sökülən ərəfədə bir divarı qalmışdır. Qarajın içində kanalizasiya boruları qalmışdır. O, qarajın içində hansı əşyaların olub-olmamasını saymamışdır. Qarajda olan əşyaları çıxartmaq üçün səlahiyyətli şəxslərə nə vaxt məlumat verdiyi dəqiq yadında deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, bir daha ibtidai istintaq zamanı, həmçinin keçirilmiş əvvəlləki məhkəmə iclasları zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, binanın təməli ilə qarajın arasında elə də məsafə olmamışdır. Çünki qaraj təmiz uçmuş vəziyyətdə idi. Qaraj da təməlin üstündə yerləşirdi. Nə qədər məsafə üstündə olduğu dəqiq yadında deyildir. Qarajın sökülməsinə təhlükə var idi. Məsafə də az olmuşdur. Qarajı sökmək göstərişini Təqsirləndirilən şəxs vermişdir. O, orada fəhlə kimi iştirak etmişdir. Qarajın içinin dolu olub-olmaması yadında deyildir. İçində hansı əşyalar olubsa onu kənara yığmışlar. Qaraj söküləndə onun 2 divarı qalmışdı. Ancaq çox tərəfi uçmuşdu. Həmin ərazidə yerləşən qaraj onlar üçün təhlükə yaratdığından sökməli olmuşlar. Qarajın qapısının olub-olmaması və hansı əşyaların olması dəqiq yadında deyildir. Məhkəmə iclasında ittiham tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, 1988-ci ildən Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə 36 a ünvanına köçən gündən həmin qaraj orada olmuşdur. Məhlə boydan-boya hamısı qaraj idi. Bina tikiləndə bütün qarajlar sökülmüşdür. Zərərçəkmiş şəxs qarajı onun yaşadığı blokla üzbəüz olmuşdur. Qaraj tikilinin altında qalmışdır. Məhkəmə iclasında ittiham tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, vaxtilə qarajın jalüzlərinin quraşdırılmasında, qaraja əşyaların yığılmasında, onların yerbəyer edilməsində iştirak etmişdir. Qarajdakı əşyalar yararlı əşyalar olmuşdur. Qarajdakı jalüz qapısının ehtiyat hissələrinin hamısı yararlı vəziyyətdə idi. Panellər şaquli-üfüqi formada qoyulmuşdu, onlar Almaniyadan gətirilmişdi. Sadaladıqları iri əşyalardandır. Həmçinin qarajda vallar və setkalı əşyalar, qutuda purjinləri dartan mexanizm də var idi. Qarajda sadaladıqlarından başqa arxada avtomobil təkərləri və işıqları yerləşdirilmişdi. Qarajdakı əşyalardan o da istifadə etdiyi üçün qarajdakı əşyaların hamısından xəbərdar olduğunu bildirmişdir. Məhkəmə iclasında ittiham tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilmiş Nərimanov rayon 18-ci Polis Şöbəsinin polis sahə müvəkkili X14 ifadəsində göstərmişdir ki, o, müraciət əsasında Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə 36 a ünvanına getmiş, 19 aprel 2019-cu il tarixli aktın tərtib olunmasında iştirak etmişdir. Orada yerləşən qarajın içərisinə daxil olmamış və həmin qarajın kimə məxsus olmasını bilməmişdir. Onlara müraciət daxil olarsa, həmin müraciət əsasında hər hansı vətəndaşdan müəyyən sənəd tələb etmək səlahiyyətləri vardır, MTK tərəfindən görülən işlərlə bağlı sənədləri tələb etmək səlahiyyəti icra hakimiyyətinə məxsusdur. O, qarajı arxa tərəfdən görmüş, qaraja qarşı tərəfdən baxış keçirməmişdir. Qarajı içərisində əşyaların olduğu və olmadığı hər iki halda da müşahidə etmişdir. İçərisində adını bilmədiyi boruların olduğunu, qarajın şəkillərini çəkdiyini, həmin fotoşəkillərin onda mövcud olduğunu bildirərək məhkəməyə təqdim etmişdir. Akta gördüklərini təsdiq etməsi məqsədilə imza çəkmişdir. Məhkəmə iclasında ittiham tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilmiş Nərimanov rayonu 36 saylı MKİS-in rəisi X13 ifadəsində göstərmişdir ki, 19 aprel 2021-ci il tarixdə Şahid1 onu mübahisəli qaraja baxış keçirməyə dəvət etmişdir. O, ünvan 8 ünvanına gəlmiş və görmüşdür ki, orada olan qarajın qabaq hissəsi hasara alınmış, arxa hissəsi uçmuşdur. Qarajdakı əşyalara baxış keçirmişlər. Daha sonra görmüşdür ki, həmin əşyalar qarajdan kənara yığılıb. Tərtib olunmuş akta onun tərəfindən də imza edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin İ cildinin 13-16-cı vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8282/2019 nömrəli, 08 iyul 2019-cu il tarixli xüsusi qərardadından görünür ki, "xxxx" MTK-nin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad çıxarılmış və bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilmişdir; Cinayət işinin İ cildinin 17-22-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8282/2019 nömrəli, 08 iyul 2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, ilk və qarşılıqlı iddia təmin edilməmişdir; Cinayət işinin İ cildinin 23-31-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-648/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh "xxxx" MTK-ya qarşı qarajın arxa hissəsinin cavabdeh tərəfindən naturada bərpa edilməsi tələbinə dair ilk iddiası rədd edilmiş, "xxxx" MTK cavabdeh Zərərçəkmiş şəxs qarşı hüquqi şəxsin qanuni istifadəsinə verilmiş torpaq sahəsində qanunsuz inşa edilmiş qarajın boşaldılması və sökülməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Ələşrəf Əlizadə küçəsi 36a nömrəli binanın həyətində yerləşən 86 saylı qaraj adlandırılan özbaşına tikilinin boşaldılaraq sökülməsi qət edilmişdir; Cinayət işinin İ cildinin 32-33-cü vərəqələrində olan Bakı şəhəri 3-cü Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 29 dekabr 2001-ci il tarixli, 141686 nömrəli müqavilədən görünür ki, X10 ona məxsus olan Bakı şəhəri, Ə.Əlizadə küçəsi ev 36a mənzil 21-də 71 kv.m. ümumi sahəsi 52 kv.m. yaşayış sahəsi olan 3 otaqdan ibarət yaşayış evini Zərərçəkmiş şəxs satmışdır; Cinayət işinin İ cildinin 34-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər departamentinin hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən 29 mart 2018-ci il tarixdə təsdiq edilmiş "xxxx" Mənzil-tikinti kooperativinin nizamnaməsindən görünür ki, kooperativin fəaliyyətinin məqsədi kooperativ üzvlərinin əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil sahəsinə tələbatının təmin edilməsidir; Cinayət işinin İ cildinin 42-ci vərəqində olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər departamentinin hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsinin dövlət reyestrindən çıxarışından görünür ki, xx.xx.2014-cü ildə qeydiyyata alınmış "xxxx" Mənziltikinti kooperativinin sədri Təqsirləndirilən şəxs Fləsən oğludur; Cinayət işinin İ cildinin 50-ci vərəqində olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 104518 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Ə.Əlizadə küçəsi 36a saylı evin 52 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 21 saylı mənzili Zərərçəkmiş şəxs adına xx.xx.2002-ci il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir; Cinayət işinin İ cildinin 47-ci vərəqində olan X5 Bakı şəhəri 3-cü Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 26 yanvar 2002-ci il tarixli ərizəsindən görünür ki, o, Ə.Əlizadə küçəsi 36a saylı evin 21 saylı mənzilini satarkən binanın həyətində ona məxsus olan 86 saylı dəmir qarajı da mənzili alan Zərərçəkmiş şəxs həqiqətən satmışdır; Cinayət işinin İ cildinin 46-cı vərəqində olan Bakı şəhər İcra hakimiyyəti Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2019-cu il tarixli, x/o-156 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs uzun müddət istifadəsində olan Ə.Əlizadə küçəsi 36 a saylı binanın həyətində yerləşən 25 kv.m.lik daş qarajın xx.xx.2018-ci il tarixə istismar yığım haqqını tam ödəmişdir; Cinayət işinin İ cildinin 54-60-cı vərəqələrində olan "xxxx" MMC-nin Zərərçəkmiş şəxs məxsus olan ünvan 9 qarajın bazar dəyərinin müəyyən edilməsi barədə QR 22/E nömrəli qiymətləndirmə rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus olan ünvan 9 ünvanında yerləşən 18.kv.m. qarajın xx.xx.2018-ci il tarixə bazar dəyəri 36.000 manat müəyyən edilir; Cinayət işinin İ cildinin 65-ci vərəqində olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26 dekabr 2014-cü il tarixli 642 nömrəli Sərəncamından görünür ki, ünvan 10 ünvanda yerləşən torpaq sahəsi icarə əsasında, yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün "xxxx" MTK-nin istifadəsinə verilmiş və ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi vəsaitinin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "xxxx" MTK-yə həvalə edilmişdir; Cinayət işinin İ cildinin 75-78-ci vərəqələrində olan Nərimanov rayon 36 saylı MKİS-in rəisi X13, Nərimanov rayon 18-ci Polis bölməsinin sahə müvəkkili X14, "xxxx" MTK-nın nümayəndəsi Şahid1 tərəfindən tərtib edilmiş 01 nömrəli, 19 aprel 2019-cu il tarixli aktdan görünür ki, 19 aprel 2019-cu il tarixdə ünvan 11 ünvanında "xxxx" MTK-yə məxsus ərazidə qeyri-qanuni, qəzalı vəziyyətdə olan tikilinin içərisindəki (müxtəlif adlı, qarışıq olan) bütün mallar Nərimanov Rayon Məhkəməsinin 2(005)-648/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında götürülərək nəzarətləri altında tikilidən çıxarılaraq hasarın kənarına səliqəli şəkildə yığılmış, yığılan mallar əsas etibarı ilə tullantılardan və qarışıq adları bilinməyən köhnə əşyalardan ibarət olduğuna görə siyahı tərtib edə bilməmişlər. Tikilidən çıxarılan bütün əşyaların şəkli çəkilib akta əlavə edilmiş, qəzalı vəziyyətdə olan tikili tam boşaldılmışdır; Cinayət işinin İ cildinin 133-136-cı vərəqələrində olan 13 noyabr 2019-cu il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 12 ünvanında inşa edilən binaların yaxınlığında yerləşən əraziyə baxış zamanı "xxxx" MTK-nın nümayəndəsi Şahid1 hündürmərtəbəli yarımtikili binadan 6 metr aralıda olan ərazini göstərərək qeyd edilən yerdə 20 aprel 2019-cu il tarixədək Zərərçəkmiş şəxs məxsus 18 kv.m. ərazisi olan, divarları kərpic, dəmir darvazalı qarajın mövcud olduğunu və həmin qarajın MTK-nın sədri Təqsirləndirilən şəxs göstərişi əsasında fəhlə tərəfindən söküldüyünü bildirmişdir. Həmin yerə baxış zamanı ərazinin hamarlandığı, hər hansı qarajın mövcud olmadığı, kənarda armaturların yığıldığı, həmin yerdən 20 metr aralıda daha bir qarajın mövcud olduğu müəyyən edildi. Şahid1 bildirdi ki, həmin cərgədə iki ədəd qaraj mövcud olub və tikintiyə ən yaxın olanı Zərərçəkmiş şəxs mxsus olan qaraj olmuşdur. Həmin qaraj 2019-cu ilin aprel ayında direktor Təqsirləndirilən şəxs tapşırığı ilə heç kimin məlumatı olmadan sökülmüşdür; Cinayət işinin İİ cildinin 17-24-cü vərəqələrində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 36a nömrəli binanın qarşısında yerləşən qarajın qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsi tərəfindən aparılmış araşdırmanın nəticəsinə dair tərtib edilmiş 14 yanvar 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 36a nömrəli binanın qarşısında yerləşən qarajın orta bazar dəyəri 14.400 (18.kv.m. x800 manat) manat təşkil edir; Cinayət işinin İİ cildinin 30-33-cü vərəqələrində olan “Pulun depozit hesaba ödənməklə saxlanmasının təmin edilməsi barədə” 22 yanvar 2020-ci il tarixli qərardan və həmin tarixli kassa mədaxil orderinin 132574 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 14.400 manat məbləğində pul vəsaiti vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar istintaqa təqdim edilmiş və cinayət təqibi başa çatanadək saxlanılması üçün Azərbaycan Respublikası Baş prokurorluğunun “Azərbaycan Beynəlxalq bankı”nda olan depozit hesabına qoyulmuşdur. Cinayət işinin İİ cildinin 93-94-cü vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 25 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 24 yanvar 2020-ci il tarixli xidməti məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin Vİ cildinin 261-276-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-16/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməməsi hökm edilmişdir. Cinayət işinin Vİ cildinin 351-357-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-560/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilməsi, cinayət işinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə məhkəmə baxış iclası mərhələsinə göndərilməsi qərara alınmışdır. Cinayət işinin Vİİ cildinin 48-54-cü vərəqələrində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-994/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 186.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni Zərərçəkmiş şəxs məxsus qarajı həmin əmlak qəzalı vəziyyətdə olması səbəbindən sökülməsinə dair göstəriş verməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, CM-in 186.1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməyə (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) görə məsuliyyət nəzərdə tutulmuşdur. Təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını məhv etməklə və ya zədələməklə mülkiyyət münasibətlərinə qəsd edir, ona ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Digər tərəfdən, bu əməllərin ümumi təhlükəli üsullarla törədilməsi insanların sağlamlığını, həyatını və qanunla qorunan digər dəyərləri də təhlükə altına alır. Əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətinin obyekti mülkiyyət münasibətləridir. Təhlil edilən cinayətin obyektiv cəhəti aşağıdakıları əhatə edir: a) özgənin əmlakını məhv etmə və ya zədələmədən ibarət əməl; b) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmasından ibarət ictimai təhlükəli nəticə; c) törədilmiş əməllə vurulmuş ziyan arasında səbəbli əlaqə. Məhv etmə dedikdə, əmlakın xassələrinin elə dəyişməsi başa düşülür ki, bu zaman əmlak təsərrüfat dəyərini itirir, məqsədli təyinatı üzrə istifadə edilə bilmir, başqa sözlə, tam yararsız vəziyyətə salınır. Əmlakı məhv etmə onun dağıdılmasında, parçalanmasında, ümumiyyətlə maddi dəyərin tamamilə təsərrüfat dövriyyəsindən çıxmasında ifadə olunur. Bu zaman həmin əmlakı təmirlə və ya başqa üsulla bərpa etmək mümkünsüz olur. Cinayətin obyektiv cəhətinin zəruri əlaməti zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqda ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Burada xeyli miqdar dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür (CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi). Belə ziyan məhv edilmiş əmlakın real dəyəri, zədələnmiş əmlakın bərpası üçün çəkilən xərc və s. formada ola bilər. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur: Belə ki, məhkəmə istintaqı zamanı sökülən əmlakın qəzalı vəziyyətdə olmasını təsdiq edən hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Həmçinin, məhkəmə hesab edir ki, həmin daşınmaz əmlak qəzalı vəziyyətdə olsa belə, Təqsirləndirilən şəxs onun sökülməsi barədə göstəriş vermək səlahiyyətinə malik olmamışdır. Belə ki, qarajın sökülməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olmalı idi. Təqsirləndirilən şəxs istinad etdiyi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-648/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi isə qanuni qüvvəyə minməmiş və sonradan yuxarı məhkəmə instansiyası tərəfindən ləğv olunmuşdur. Yəni, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus əmlakın sökülməsi ilə bağlı heç bir hüquqi əsası mövcud olmamışdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs sökülən qaraja dair Zərərçəkmiş şəxs hər hansı sənədi olmaması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, həmin qaraj sonuncunun mülkiyyətində olmasa da, istifadəsində olmuş, istismar yığım haqqı onun tərəfindən ödənilmiş, yəni əmlak Zərərçəkmiş şəxs məxsus olmuşdur. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla Təqsirləndirilən şəxs özgənin əmlakını zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla qəsdən məhv etməsi öz təsdiqini tapır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilən və məhkəmə istintaqı zamanı araşdırılan, yuxarıda qeyd olunan sübutlarla təkzib olunan ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs ifadəsində irəli sürülən dəlillər tam təkzib olunur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs özgənin əmlakını zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla qəsdən məhv etməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 186.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 186.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Belə ki, CM-in: 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. CM-in 186.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs CM-in 186.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini 21 aprel 2019-cu il tarixdə törətmişdir. Göstərilən cinayət əməlinin törədilmə vaxtının 21 aprel 2019-cu il tarixi olmasını və həmin əməlin törədilməsi vaxtından iki ildən çox vaxt, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini nəzərə alaraq, məhkəmə, Təqsirləndirilən şəxs CM-in 186.1-ci maddəsi ilə cəza təyin etməməyi qanuni və əsaslı hesab edir. Belə ki, CPM-in 44.2.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə) nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və X9 haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb edə bilər; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs əmlakının məhv olmasını nəzərə alaraq, ona həm maddi, həm mənəvi ziyan dəyməsini mümkün hesab etsə də, həmin ziyanlarla bağlı tələb olunan məbləğlərlə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsi tərəfindən aparılmış araşdırmanın nəticəsinə dair tərtib edilmiş 14 yanvar 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 36a nömrəli binanın qarşısında yerləşən qarajın orta bazar dəyəri 14.400 (18.kv.m. x800 manat) manat təşkil edir. Məhkəmə göstərilən mütəxəssis rəyini mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirir və həmin rəydə mülki iddiaçıya məxsus qarajın orta bazar dəyərinin 14.400 manat olmasını nəzərə alaraq mülki iddianın mülki iddiaçıya məxsus əmlakın məhv edilməsinə görə tələb hissəsinin həmin məbləğdə təmin edilməsini qanuni və ədalətli hesab edir. Həmçinin məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, vurulmuş maddi ziyan - 14400 (on dörd min dörd yüz) manat pulun Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilməsi nəzərə alınmaqla, həmin məbləğ iş üzrə Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs əldən çıxmış faydaya görə kirayə haqqı olaraq 10440 manat və qarajda saxlanılan, anasına məxsus əmlakların götürülməsinə görə 58500 manat məbləğində pul tələbi irəli sursə də, onun bu tələblərini təsdiq edən hər hansı sübut sonuncu tərəfindən məhkəməyə təqdim olunmamışdır. Onun bu barədə dəlilləri əsassız olmaqla məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi). Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs sözügedən pul tələblərini heç bir tutarlı dəlillə əsaslandırmamış, ümumiyyətlə, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 -ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, zərəçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən maddi ziyan və əldən çıxmış faydanı təsdiq edən sübutlar təqdim edilmədiyindən, mülki iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, mülki iddia tələbinin yönəldiyi şəxslər - "xxxx" MTK, "xxxx" MTK-nın təsisçisi Şahid1, Nərimanov Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon Polis İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üzərinə əmlak məsuliyyəti qoyula biləcək şəxslər sırasına aid deyil. Belə ki, baş vermiş cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirləndirildiyinə görə və məhkəmə istintaqı zamanı sonuncunun CM-in 186-cı maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapdığından mülki iddianın təmin edilmiş hissəsi də məhz ondan tutulmalıdır. Mülki iddianın mənəvi ziyanla bağlı hissəsinə dair məhkəmə qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X9 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X9 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, zərəçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs əmlakının məhv edilməsi ilə bağlı fiziki və ya psixoloji ağrı və əzab, sıxıntı, ağır mənəvi sarsıntı və iztirab hisləri keçirməsi, yəni ona mənəvi ziyan dəyməsi, yuxarıda təsvir olunan hallar da nəzərə alınmaqla, danılmazdır. Bu baxımdan ona dəyən mənəvi ziyana görə cavabdehdən pul tutulması tələbi əsaslıdır. Lakin, məhkəmə, mülki cavabdehin də əmlak vəziyyətini nəzərə alaraq tələb olunan mənəvi ziyan məbləğini ağlabatan və ədalətli hesab etmir. Bu baxımdan məhkəmə, mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin də qismən təmin edilməsi qənaətinə gəlir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş maddi və mənəvi zərərin tutulmasına dair iddiası qismən təmin olunsun. Mülki cavabdeh Təqsirləndirilən şəxs 14400 (on dörd min dörd yüz) manat maddi ziyan və 1000 (min) manat mənəvi ziyan tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Vurulmuş maddi ziyan - 14400 (on dörd min dörd yüz) manat pulun Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilməsi nəzərə alınmaqla, həmin məbləğ iş üzrə Zərərçəkmiş şəxs qaytarılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-7/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-7/2024
28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver