Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-70/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2,263 qram çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib idarə etdiyi “BMW 520İ” minik markalı Gürcüstan Respublikasına məxsus TT- 003-ZZ qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, xx.xx.2021-ci il tarixdə saat 21:50 radələrində Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin, həmin idarənin Cinayət-Axtarış Şöbəsinin, 16-cı Polis Bölməsinin və 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında idarə etdiyi “BMW 520İ” minik markalı Gürcüstan Respublikasına məxsus TT- 003-ZZ qeydiyyat nişanlı avtomobildə saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Nərimanov Rayon Polis İdarəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilmiş, idarənin inzibati binasının həyətində idarə etdiyi avtomobilə keçirilən axtarış zamanı həmin avtomobilin qabaq oturacaqlarının ortasındakı qoltuqaltı saxlanc yerindən şəffaf sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 2,263 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, o, uzun müddətdir ki, müxtəlif növ narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. xx.xx.2021-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında piyada gedərkən yerdə “Kent” markalı siqaret qutusunun olduğunu görmüşdür. Həmin siqaret qutusu diqqətini cəlb etdiyi üçün qutunu yerdən götürmüşdür. Siqaret qutusunun içərisinə baxan zaman qutunun içərisində siqaretin gümüşü rəngli kağızma və şəffaf sellofan kəsiyinə bükülmüş 2 ədəd bükümün olmasını görmüşdür. Həmin bükümlərə baxan zaman isə siqaretin gümüşü rəngli kağızının içərisində narkotik vasitə olan qurudulmuş marixuana və şəffaf sellofan kəsiyinin içərisində isə psixotrop maddə olan metamfetaminin olmasını aşkar etmişdir. O, özü narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyi üçün həmin marixuananı və metamfetami götürmüş, siqaret qutusunu isə əzərək yerə atmışdır. O, marixuananı istifadəsi üçün şalvarının cibinə, metamfetamini isə gələcəkdə istifadə etmək üçün avtomobilinin ön oturacaqları arasında olan qoltuqaltına qoymuşdur. Həmin günü axşam saatlarında tanışı Süleymanov Məhərrəmlə görüşüb şəxsi işləri ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayonu getmişlər. O, Nərimanov rayonu, A.M.Cümə küçəsində avtomobil yolunda idarə etdiyi avtomobili saxlamış və Süleymanov Məhərrəmlə avtomobildə oturub söhbət etməyə başladıqları zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Nərimanov Rayon Polis əməkdaşları olduqlarını bildirmişlər və onlardan ad və soyadlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumatları olduqlarını bildirmişlər və bu məlumatın yoxlanılması məqsədilə onlarla birlikdə Nərimanov Rayon Polis İdarəsinə getməli olduqlarını demişlər. Onlar polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına getmişlər. Polis idarəsinə gəldikdən sonra xidməti otaqlardan birində polis əməkdaşları ona bildirmişlər ki, onun üzərinə şəxsi axtarış keçiriləcəkdir. Polis İdarəsində üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı o, üzərində gəzdirdiyi narkotik vasitə olan marixuananı könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onun idarə etdiyi avtomobildə axtarış keçirilmişdir. Axtarış zamanı idarə etdiyi avtomobilin qabaq oturaçaqlarının ortasında olan qoltuqaltı saxlanc yerindən sellofan kəsiyinə bükülmüş psixotrop maddə olan metamfetamin və avtomobilin arxa yük yerindən isə 2 ədəd bıçaq və 1 ədəd çapacaq aşkar edilmişdir. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Nərimanov RPİ-nin X4 Təqsirləndirilən şəxs və X3 narkotik vasitə saxlaması, daşıması, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə tərəfindən Nərimanov RPİ-nin rəhbərliyinə raportla məruzə olunub əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alınmışdır. Bundan sonra tərəfindən “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul olunmuş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün ondan, Nərimanov RPİ-nin ÇAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid4, Nərimanov RPİ-nin 16-cı PB-nin cinayət-axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid3 və Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət-axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyataxtarış tədbiri keçirilmişdir. Belə ki, 23 iyul 2021-ci il tarixdə saat 21:50 radələrində əməliyyat qrupunun digər üzvləri ilə birlikdə ünvan 2 ünvanın yaxınlığına getmişlər və orada özlərinə mövqe seçib, həmin ərazini əməliyyat müşahidəsinə almışlar. Təxminən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs tanışı X6 ilə birlikdə idarə etdiyi qara rəngli “BMW 520İ” minik markalı üzərində Gürcüstan Respublikasına məxsus TT-003-ZZ dövlət qeydiyyat nişanı olan avtomobil ilə ünvan 2 ünvanın yaxınlığına düşən avtomobil yoluna gələrək, idarə etdiyi avtomobili yolun kənarında saxlamışdır. Onlar həmin avtomobili bir qədər müşahidə etdikdən sonra avtomobilə yaxınlaşmış, avtomobildə olan şəxslərə özlərini təqdim edərək Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirmiş və avtomobildə əyləşən şəxslərdən ad və soyadlarını soruşmuşlar. Avtomobili idarə edən və yanında olan sərnişin özünü təqdim edərək Təqsirləndirilən şəxs və X6 olduqlarını bildirmişlər. Onlar bundan sonra onlara narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduqlarını bildirmişlər və bu məlumatın yoxlanılması üçün onları Nərimanov RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs və X6 heç bir etiraz etmədən onlarla birlikdə Nərimanov RPİ-nə getməyə razılıq vermişlər. Təqsirləndirilən şəxs və X1 Mustafayevin idarə etdiyi avtomobillə birlikdə Nərimanov RPİ-nə gətirildikdən sonra bu barədə tərəfindən raportla idarə rəhbərliyinə məruzə edilmiş və raportun icrası idarənin təhqiqatçısına həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən ilk öncə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra, sonuncu şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində yaşıl rəngli spesifik iyə malik ot kütləsi olan bükümü və həmin şalvarın sağ yan cibindən 01 ədəd “BMW” markalı avtomobilə məxsus açarı çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun təqdim etdiyi siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisindəki narkotik vasitə olan marixuanadır və həmin marixuananı 23 iyul 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında yerdən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində yaşıl rəngli spesifik iyə malik ot kütləsi olan büküm təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılaraq üzəri möhürlənmiş, həmin zərfin üzəri o və şəxsi axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq axtarış keçirilmişdir. Lakin Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol o və şəxsi axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi avtomobildə əlavə olaraq psixotrop maddə olan metamfetamin vardır. Bundan sonra Təqsirləndirilən şəxs, vəkilinin və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 520İ” minik markalı üzərində Gürcüstan Respublikasına məxsus TT-003-ZZ dövlət qeydiyyat nişanı olan avtomobildə axtarış keçirildi. Axtarış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin salonunda olan ön oturacaqları arasındakı qoltuqaltı saxlanc yerindən şəffaf sellofan kəsiyinə bükülmüş içərisində spesifik iyə malik, ağ rəngli kristal hissəciklər olan büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, bükümün içərisindəki psixotrop maddə olan metamfetamindir, həmin metamfetamini 23 iyul 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında yerdən tapmış və istifadəsi üçün idarə etdiyi avtomobildə saxlamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş içərisində spesifik iyə malik, ağ rəngli kristal hissəciklər olan büküm təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılaraq üzəri möhürlənmiş, həmin zərfin üzəri o və şəxsi axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa yük yerindən 2 ədəd bıçaq və 1 ədəd çapacaq aşkar edilərək təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi avtomobilin arxa yük yerindən aşkar edilmiş bıçaq və çapacaqlardan qarpız kəsmək və ət doğramaq məqsədilə istifadə etmiş və bu məqsədlə avtomobildə saxlamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 520İ” minik markalı üzərində Gürcüstan Respublikasına məxsus TT-003-ZZ dövlət qeydiyyat nişanı olan avtomobilə axtarış və götürmə ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol o və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid3 və X5 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 23 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında” 23 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “BMW” markalı avtomobilə məxsus qara rəngli açarı və həmin şalvarın sağ yan cibindən isə siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində spesifik qoxuya malik, ot şəkilli, yaşıl rəngli maddə olan 01 ədəd bükümü könüllü olaraq təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd içərisində spesifik iyə malik, ot şəkilli, yaşıl rəngli maddə narkotik vasitə olan marixuanadır və həmin marixuananı 23 iyul 2021-ci il tarixdə günorta vaxtlarında yaşadığı evin yaxınlığında yerdən tapmış və öz istifadəsi üçün əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd içərisində spesifik iyə malik, ot şəkilli, yaşıl rəngli maddə olan büküm iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək qablaşdırıldı və DİN-in 44 nömrəli möhürü ilə möhürləndi. “Avtomobildə axtarış və götürmə aparılması barədə” 23 iyul 2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 21:50 radələrində ünvan 2 ünvanın yaxınlığında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” minik markalı, Gürcüstan Respublikasına məxsus TT 003 ZZ qeydiyyat nişanlı avtomobildə keçirilən axtarış və götürmə zamanı avtomobilin salonundakı ön oturacaqlarının ortasındakı qoltuqaltı saxlanc yerindən şəffaf sellofan kəsiyinə bükülmüş içərisində spesifik qoxuya malik ağ rəngli kristal hissəciklər olan 01 (bir) ədəd büküm və avtomobilin arxa yük yerindən isə 01 (bir) ədəd dəstəyi taxta materialdan hazırlanmış tiyəsinin bir hissəsi kəsici, ucu iti xassəyə malik tiyəsinin üzərində “Труд Вача” yazısı qeyd olunmuş bıçaq, 01 (bir) ədəd dəstəyi taxtadan hazırlanmış tiyəsi gümüşü rəngli metaldan hazırlanmış üzərində “STAİNLESS STELL” yazısı olan aşağı hissəsi kəsici xassəyə malik baltaya bənzər bıçaq və 01 (bir) ədəd dəstəyi açıq qəhvəyi rəngli kağız yapışqanı ilə bürünmüş tiyəsi qövsvarı formada olan gümüşü rəngli metaldan hazırlanmş bir hissəsi kəsici ucu iti, yuxarı hissəsində üç bucaq formalı çıxıntısı olan dəstəyinin aşağı hissəsində isə dairəvi gümüşü rəngli metal əlavəsi olan bıçaq aşkar edilərək götürüldü. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, idarə etdiyi avtomobildən aşkar edilmiş şəffaf sellofan kəsiyinə bükülmüş maddə psixotrop maddə olan metamfetamindir, həmin metamfetamini 23 iyul 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Avtomobildə aşkar edilmiş bıçaqları isə məişətdə istifadə etmək üçün idarə etdiyi avtomobildə saxlamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinin salonun ön oturacaqları arasında olan qoltuqaltı saxlanc yerindən aşkar edilmiş şəffaf sellofan kəsiyinə bükülmüş içərisində spesifik qoxuya malik ağ rəngli kristal hissəciklər olan 01 (bir) ədəd büküm iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək tərəfimdən qablaşdırıldı və DİN-nin 44 nömrəli möhürü ilə möhürləndi. Bundan başqa Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa yük yerindən aşkar edilərək götürülmüş 03 (üç) ədəd bıçaq iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək qablaşdırıldı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyul 2021-ci il tarixli, 6/3066 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN Zərflər üçün № 44” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,263 qram olan ağ kristallik maddə kustar üsula hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,0 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyul 2021-ci il tarixli, 7/705 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs.....” yazılar və imzalar olan zərfdə 1 ədəd gümüşü rəngli kağız bükümdə olan qarışıq kütlənin tərkibində təmiz çəkisi 1,010 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 66,46 manat təşkil edir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 25 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Rəşad Həsənovun xx.xx.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” 25 iyul 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Maddi sübut kimi tanıma haqqında” 26 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,010 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş ümumi çəkisi 2,263 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmin qurudulmuş marixuananın və psixotrop maddə - metamfetaminin tədqiqatlardan sonra qalıq qalmış 0,990 qram və 2,213 qram hissələri cinayət işinə əlavə edilmiş və saxlanılmaları üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə 02 il şərti sınaq müddəti tətbiq edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 avqust 2021-ci il tarixli, 3/1285 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, 1. tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. 2. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, kəsici, çapıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı çapacaqdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. 3. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd predmet kustar üsulla hazırlanmış, ucu deşici xassəyə malik təsərrüfat təyinatlı alətdir, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64,0 manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında 56 saylı MKİS-nə heç bir şikayət daxil olmamışdır. “Diskə baxış keçirilməsi haqqında” 28 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində yaşıl rəngli ot kütləsi olan siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü və həmin şalvarın sağ yan cibindən isə “BMW” markalı; avtomobilə məxsus açarı çıxararaq təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi bükümün içərisindəki narkotik vasitə olan marixuanadır, həmin marixuananı 23 iyul 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığından tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. “Diskə baxış keçirilməsi haqqında” 28 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi BMW” minik markalı Gürcüstan Respublikası məxsus TT- 003-ZZ qeydiyyat nişanlı avtomobilə təhqiqatçı tərəfindən keçirilən axtarış zamanı avtomobilin ön oturacaqları arasındakı qoltuqaltı saxlanc yerindən şəffaf sellofan kəsiyinə bükülmüş içərisində ağ rəngli kristal hissəciklər olan 1 ədəd büküm, avtomobilin arxa yük yerindən isə 1 ədəd bıçaq, 1 ədəd bıçağa bənzər alət və 1 ədəd çapacaq aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, şəffaf sellofan kəsiyinin içərisindəki psixotrop maddə olan metamfetamindir, həmin metamfetamini 23 iyul 2021-ci il tarixdə yaşadığı evin yaxınlığında yerdən tapmış və öz istifadə üçün üzərində saxlamışdır. Avtomobilin arxa yük yerindən aşkar edilmiş bıçaqları və capacağı isə qarpız və ət kəsmək üçün istifadə etmiş və bu məqsədlə avtomobildə saxlamışdır.. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin xx.xx.2021-ci il tarixli, 2100 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X2 xx.xx.2021-ci il tarixli, 3366 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 05 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilməklə ona yenidən həmin maddə ilə ittiham elan edilməsi, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə-qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından az olduğu üçün həmin narkotik vasitənin və miqdarının Təqsirləndirilən şəxs elan edilmiş ittihama daxil edilməməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə keçirilən axtarış zamanı çəkilmiş videogörüntülərin olduğu 02 ədəd CD-R formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə keçirilən axtarış zamanı aşkar edilmiş mətbəx bıçağı, təsərrüfat-məişət təyinatlı çapacaq və ucu deşici xassəyə malik təsərrüfat təyinatlı alət iş üçün əhəmiyyət kəsb etmədiyindən sahibi Təqsirləndirilən şəxs qaytarılması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 23 iyul 2021-ci il tarixdən 25 iyul 2021-ci il tarixədək tutulduğu, cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun 23 iyul 2021-ci il tarixdən 25 iyul 2021-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 195,46 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı - 0,990 qram marixuana, həmçinin psixotrop maddənin qalığı - 2,213 qram metamfetamin məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 7 iş saatına görə 42 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 iyul 2021-ci il tarixdən 25 iyul 2021-ci il tarixədək tutulduğu, cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı - 0,990 qram marixuana, həmçinin psixotrop maddənin qalığı - 2,213 qram metamfetamin məhv edilsin Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 195,46 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 7 iş saatına görə 42 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-70/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-70/2022
29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver