Məhkəmə qərarları › İş №1(005)-70/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-70/2024

04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-70/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (videokonfrans vasitəsilə), müdafiəçi - “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Göyçəli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 iyul 2023-cü il tarixdə, saat 21.57 dəqiqədə ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı mənzilə qonaq otağının eyvanının plasmas qapısını bərk itələməklə açaraq qanunsuz daxil olub yataq otağında dolabın siyirməsindən 6500 manat pulunu, 18360 manat ekvivalentində 10800 ABŞ dollarını, bir ədəd 3164 manat dəyərində 37,22 qram çəkidə 583\585 əyarlı qırmızımtıl rəngli, üzərində “583”damğası olan boyunbağını, bir ədəd 2661 manat dəyərində 31,31 qram çəkidə 583\585 əyarlı qırmızımtıl gümüşü və sarı rəngli, üzərində “14 MKA” damğası olan boyunbağını, bir ədəd 3432 manat dəyərində 40,37 qram çəkidə 583\585 əyarlı sarı rəngli, üzərində “14 kT” damğası olan boyunbağını, bir ədəd 1738 manat dəyərində 20,45 qram çəkidə 583\585 əyarlı qırmızımtıl və sarı rəngli, üzərində “14 k” damğası olan qolbağı, bir ədəd 1779 manat dəyərində 9.54 qram çəkidə “750” əyarlı üzərində 130 ədəd rəngsiz şəffaf qaşlar və “750” damğası olan qırmızımtıl rəngli üzüyü, bir ədəd 1475 manat dəyərində 12,59 qram çəkidə “750” əyarlı üzərində 12 ədəd rəngsiz şəffaf qaşlar və “70 il” yazısı olan qırmızımtıl rəngli sikkəni, bir ədəd 1050 manat dəyərində 8.58 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkəni, bir ədəd 1050 manat dəyərində 8.56 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1901 Г” yazısı olan sikkəni, bir ədəd 1050 manat dəyərində 8.50 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkəni, bir ədəd 1050 manat dəyərində 8.42 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkəni, bir ədəd 1050 manat dəyərində 8.58 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1911 Г” yazısı olan sikkəni, bir ədəd 1050 manat dəyərində 8.52 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkəni və bir ədəd 1050 manat dəyərində 8.53 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkəni oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 46459 manat xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 ildən artıqdır ki, şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, Kəmalə adlı qadını tanıdığını və Kəmalənin arabir onun avtomobilindən taksi kimi istifadə etdiyindən bilmişdir ki, iş üzrə zərərçkəmiş şəxs Telli xanımın evində xadiməçi işləyir. Eləcə də o, müxtəlif vaxtlarda Telli xanımın nəvələrini dənizə, şəhərə və sair yerlərə aparmışdır. Bu səbəbdən də Telli xanımla şəxsən tanışlığı olmasa da, onun ailəsi barədə məlumatı olmuşdur. O, bilmişdir ki, iyul ayının sonlarında Telli xanım və ailəsi Bakı şəhərində olmayacaqdır. Həmçinin 28 iyul 2023-cü il tarixdə səhər saatlarında Kəmalə xanım onun taksi kimi istifadə etdiyi avtomobildən istifadə edərək getmişdir. O, bilirdi ki, Kəmalə xanım daim həmin evdə qalır. Kəmalənin getməsindən əmin olmuşdur ki, artıq Telli xanım və ailəsi evdə yoxdurlar. Belə ki, 29 iyul 2023-cü il tarixdə saat təxminən 21.30 radələrində o, tək Nərimanov rayonuna gəlmiş, Telli xanımın evinə yaxın yerdə binalar arasında avtomobilini saxlayaraq avtomobilində olan əlcəkləri əlinə geyinib və qara rəngli maskanı götürüb üz nahiyyəsinə keçirmişdir ki, tanınmasın və əl izləri mənzildə qalmasın. Bundan sonra evə yaxınlaşıb kənardan baxmışdır ki, evdə işıq yanmır və heç bir hərəkət yoxdur. Daha sonra ətrafa nda nəzər salaraq heç kimin olmadığına əmin olub, hasara dırmanaraq keçib həyətə düşmüşdür. Evə daxil olmaq üçün münasib yer, yəni pəncərə qapı axtarmağa başlamışdır. Gəzindikdən sonra geri gəldikdə görmüşdür ki, birinci mərtəbənin plasmasdan olan qapısı vardır. O, orada olan dəmir barmaqlıqdan yapışıb eyvana qalxmış və həmin plasmas qapını silkələsə də açılmadığından təpiklə bərk vuraraq açmışdır. Bundan sonra evə daxil olub, birinci mərtəbədə özü ilə gətirmiş olduğu telefonunun işığı ilə axtarışlar etməyə başlamışdır. Orada olan otaqların qapısının açıq olduğunu görsə də, gözlə baxmışdır ki, heç bir şey yoxdur. Lakin evin bir qapısına baxmışdır ki, bağlıdır. O, həmin qapını itələyib açaraq otağa daxil olmuşdur. Həmin otaqda olan dolabın siyirməsini görüb yaxınlaşaraq çəkdikdə kilidlə bağlı olduğu məlum olmuşdur. Həmin siyirməni bərk çəkdikdə kilid qırılmış və siyirməni geri çəkdikdə görmüşdür ki, həmin siyirmədə pullar, yəni dollarlar, manatlar və qızıl zinət əşyaları vardır. O, özü ilə gətirmiş olduğu sellofan torbanı cibindən çıxardaraq pulları və qızıl zinət əşyalarını tələsik torbaya yığıb şalvarının cibinə qoyaraq daha axtarışlar etmədən mənzilə girmiş olduğu qapıdan da çıxmışdır. O, həyətdə divara yaxınlaşarkən görmüşdür ki, divarda kameralar vardır. Daha sonra isə hasarı aşıb avtomobilinə yaxınlaşaraq əyləşib uzaqlaşmışdır. Lakin onun fikrində qalmışdır ki, kameraya düşmüşsə onu tapa bilərlər. Ona görədə heç bir pula və ya qızıl zinət əşyasına əl vurmadan tələsik bir neçə sellofana qoyub skoçla bərk sarıyıb, avtomobilinin yük hissəsində olan ehtiyyat təkərin içərisinə qoymuşdur. Təxminən 2-3 gün avtomobildə saxlasa da fikirləşmişdir ki, polis onun oğurluq etdiyini bilər və oğurlamış olduğu qızılları və pulu aşkar edər. Həmçinin avtomobildə saxlamaq istəməmişdir ki, avtomobilindən də oğurlana bilər. Ona görədə pul və qızıl zinət əşyalarını Tovuz rayonunun Qoylar kəndində yaşayan bacısı Esmiranın yaşadığı evə göndərmək istəmişdir. Ona görədə paltarlarından sellofan torbaya qoymuşdur ki, guya paltarlarıdır, heç kim başa düşməsin elə bilinsin ki, içərisində paltarlardır. Həmin paltarların arasına isə oğurlamış olduğu qızıl zinət əşyalarını və pulları da qoyub bükərək torbaya qoymuşdur. Bundan sonra o, avtovağzala gedərək həmin torbanı Tovuz rayonuna gedən təsadüf taksilərlə yola salmaq istəmişdir. Orada bacısı Esmiranın əri Qabilə zəng vurub paltarlarını taksi vasitəsilə göndərdiyini demiş, yaxın günlərə özü də gələcəyini bildirmiş və sellofan torbanı götürməsini demişdir. Qabilə taksi sürücüsünün avtomobilinin markasını və mobil nömrəsini də vermişdir ki, çatdıqda əlaqə saxlasın. Bir neçə saatdan sonra Qabil ona zəng vurmuş və torbanı götürdüyünü bildirmişdir. O, Qabilə demişdir ki, rayona gələndə paltarlarını götürəcəkdir, lakin Qabil bilməmişdir ki, torbanın içərisində qızıl və pullar vardır. O, bu barədə heç kimə bildirməmişdir. Sonra isə polis tərəfindən saxlanıldıqda etmiş olduğu oğurluq barəsində artıq onların məlumatı olduğundan düzgün məlumat vermiş və Qabillə əlaqə saxlayaraq torbanı gətirməsini xahiş etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərə vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələblərinin olmadığını qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində (videokonfrans vasitəsilə) dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hal-hazırda ölkə xaricindədir. Yaşadığı mənzil həyət evi olmaqla 4 mərtəbədən ibarətdir ki, hər bir mərtəbəyə ayrı qapı vasitəsilə daxil olunur. Birinci mərtəbədə onun özü, digər mərtəbədə isə uşaqları yaşayır. Belə ki, o, ailə üzvləri ilə birlikdə 28 iyul 2023-cü il tarixdə saat təxminən 06 radələrində Türkiyə Respublikasına getmək üçün evdən çıxmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində evə gəldikdə o, arxadan giriş qapısını açdıqda açılmamış və daha sonra isə içəridən açmışdırlar. Sonra o, yaşadığı otağa keçdikdə görmüşdür ki, otaqda olan güzgülü dolabın siyirməsi qırılmış vəziyyətdədir. Bundan sonra ailə üzləri polisə məlumat vermişlər. O, aşkar etmişdir ki, dolabın siyirməsində olan 6500 manat pulu, 18360 manat ekvivalentində 10800 ABŞ dolları, bir ədəd 3164 manat dəyərində 37,22 qram çəkidə 583\585 əyarlı qırmızımtıl rəngli, üzərində “583”damğası olan boyunbağı, bir ədəd 2661 manat dəyərində 31,31 qram çəkidə 583\585 əyarlı qırmızımtıl gümüşü və sarı rəngli, üzərində “14 MKA” damğası olan boyunbağı, bir ədəd 3432 manat dəyərində 40,37 qram çəkidə 583\585 əyarlı sarı rəngli, üzərində “14 kT” damğası olan boyunbağı, bir ədəd 1738 manat dəyərində 20,45 qram çəkidə 583\585 əyarlı qırmızımtıl və sarı rəngli, üzərində “14 k” damğası olan qolbağ, bir ədəd 1779 manat dəyərində 9.54 qram çəkidə “750” əyarlı üzərində 130 ədəd rəngsiz şəffaf qaşlar və “750” damğası olan qırmızımtıl rəngli üzüyü, bir ədəd 1475 manat dəyərində 12,59 qram çəkidə “750” əyarlı üzərində 12 ədəd rəngsiz şəffaf qaşlar və “70 il” yazısı olan qırmızımtıl rəngli sikkə, bir ədəd 1050 manat dəyərində 8.58 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkə, bir ədəd 1050 manat dəyərində 8.56 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1901 Г” yazısı olan sikkə, bir ədəd 1050 manat dəyərində 8.50 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkə, bir ədəd 1050 manat dəyərində 8.42 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkə, bir ədəd 1050 manat dəyərində 8.58 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1911 Г” yazısı olan sikkə, bir ədəd 1050 manat dəyərində 8.52 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkə və bir ədəd 1050 manat dəyərində 8.53 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkə oğurlanmışdır. Qeyd etmişdir ki, evindən oğurluq etmiş şəxsin video görüntüləri evdə quraşdırılmış videoçəkilişə düşmüşdür. Həmin kişi cinsindən olan şəxs üz nahiyyəsinə maska keçirtmişdir. Lakin həmin şəxsi o və ailə üzvləri tanımamışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, 5 ildir ki, Nərimanov rayonu N.Hacıyev küçəsində yerləşən Zərərçəkmiş şəxs evində xadiməçi işləyir. Yol uzaq olduğundan və uşaqlara baxmaq üçün Telli xanımın evində qalır. Həmçinin o, Abbas adlı şəxsidə hadisədən təxminən 1 il olardı ki, tanıyır və tanımağına səbəb Abbasın avtomobilindən taksi kimi istifadə etməyi olmuşdur. Belə ki, 28 iyul 2023-cü il tarixdə səhər saatlarında ev sahibi Telli xanım və ailəsi Türkiyə Respublikasına getdiyi üçün o,da evinə getmək istəmişdir. Ona görə də, taksi ilə getmək üçün səhər saatlarında Abbasa zəng vurub çağırıb onun taksisi ilə yaşadığı ünvana getmişdir. Daha sonra 04 avqust 2023-cü il tarixdə Telli xanım və qohumları onunla əlaqə saxlamışdırlar ki, Bakı şəhərindədirlər, o da gəlsin. Daha sonra gəldikdə məlum olmuşdur ki, evdən oğurluq hadisəsi baş verib. Lakin oğurluq hadisəsinin necə baş verdiyini bilməsə də, sonradan məlum olmuşdur ki, taksi sürücüsü Abbas tərəfidən oğurluq hadisəsi baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. O, ailəsi ilə birlikdə Tovuz rayonunda yaşayır. Arvadı Esmira azyaşlı uşağının xəstə olması səbəbindən Bakı şəhərinə gəlmişdir. Abbasın da Bakı şəhərində yaşadığını bildirmişdir. Belə ki, təxminən xatırlamadığı 5 və ya 6 avqust 2023-cü il tarixdə qaynı Abbas ona zəng vurub demişdir ki, əşyaları var, onu taksi ilə göndərəcəkdir, götürüb saxlamağını və gələndə götürəcəyini xahiş etmişdir. Abbas xatırlamadığı taksinin mobil nömrəsini də demişdir. O, həmin taksi sürücüsü ilə danışıb günorta vaxtlarında Tovuz rayonunun Qoylar qəsəbəsində görüşüb Abbasın ona göndərdiyi torbanı təhvil almışdır. Təhvil aldığı kimidə yaşadığı evə gedərək otaqda saxlamış, lakin içərisində nə olduğuna baxmamışdır. Hiss olunmuşdur ki, paltarlardır. O fikriləşmişdir ki, yuyulmaq üçün göndərmişdir. Daha sonra isə Abbas ona zəng vurub göndərmiş olduğu sellofanı olduğu kimi göndərməyi bildirdikdə o, baxmadan həmin torbanı götürərək Bakı şəhərinə gəlib Nərimanov polis İdarəsinə istintaqa təqdim etmişdir. Lakin torbada nə olduğunu bilməmişdir. Cinayət işinin 5-10-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 05 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvandır. Oğurluq hadisəsi həmin ünvanda yerləşən mənzilin birinci mərtəbəsində yataq otağında baş vermişdir. Cinayət işinin 30-cu vərəqində olan “DVD diskə baxış keçirilməsi haqqında” 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X5, Azərbaycan Respublikası CPM-in 51, 85 və 236-cı maddələrinin tələblərinə əsasən Zərərçəkmiş şəxs iştirakı ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* nömrəli cinayət işininin materiallarına əlavə olunmasından ötrü ünvan 3 ünvana mənzilə quraşdırılmış videogörüntünün 29 iyul 2023-cü il tarixdə qeydə aldığı “01” ədəd CD-R diskdə əks olunan videogörüntüyə Nərimanov RPİ-nin inzibati binasın xidməti otağında «HP» markalı kompyuterdə baxış keçirmişdir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin diskin yaddaşında ümumilikdə 01 ədəd videofayl vardır: Fayla baxış keçirilərkən müəyyən oldu: 29 iyul 2023-cü il tarixdə saat 21.57 dəqiqədə kişi cinsindən olan şəxs üz nahiyyəsində maska ilə mənzilə yaxınlaşır və hasardan keçərək mənzilin həyətində gəzindikdən sonra birinci mərtəbənin eyvanına çıxaraq plasmasdan olan qapını itələyir, lakin qapı açılmadıqda yenidən bərk itələdikdə qapı açılır. Həmin şəxs mənzilə daxıl olur. Bir neçə dəqiqədən sonra yenə həmin daxil olmuş qapıdan çıxaraq mənzili tərk edir. Baxış vaxtı Zərərçəkmiş şəxs qeyd etdi ki, həmin şəxsi tanımır və evindən ifadəsində qeyd etdiyi kimi qızıl zinət əşyası və pullar oğurlamışdır. Cinayət işinin 50-ci vərəqində olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 09 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-72-ci vərəqələrində olan “Götürmə aparılması haqqında” 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X5 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, 09 avqust 2023-cü il tarixli götürmə aparılması haqqında qərara əsasən və Azərbaycan Respublikası CPM-nin 242- 245 və 247-ci maddələrinin tələblərinə uyğun olaraq, ********* nömrəli cinayət işi üzrə Şahid1 iştirakı ilə onun tərəfindən könüllü olaraq istintaqa təqdim etdiyi iş üçün əhəmiyyət kəsb edən əşyaları götürülməsi üçün baxış keçirmişdir. Baxış zamanı məlum olunmuşdur ki, Şahid1 təqdim etdiyi əşyalar üzərində buta naxışları olan sellofan torbanın içərisinə yerləşdirilmişdir. Sellofan torbanın içərisindəki əşyalar çıxarıldıqda bir ədəd göy rəngdə üzərində ağ cızıqları olan qısaqol kişi köynəyi, bir ədəd boz rəngli qısaqol kişi köynəyi, üç ədəd sellofan torbaların içərisinə yerləşdirilərək üzəri yapışqanla sarılmış bağlama vardır. Həmin bağlama açıldıqda içərisində bir ədəd tros toxunuşlu qızılı rəngdə qadın boyunbağı, bir ədəd qızılı rəngdə qadın boyunbağı, bir ədəd zəncir toxunuşlu qızılı rəngli qadın boyunbağı, bir ədəd qızılı rəngdə qadın qolbağı, bir ədəd üzərində xırda ağ rəngli qaşları olan qızılı rəngdə qadın üzüyü, bir ədəd üzərində “70” il sözləri yazılmış qızılı rəngdə sikkə, içərisində 7 ədəd qızılı rəngdə Rusiya Federasiyasına aid üzərində “10” rubley sözləri yazılmış sikkələr, 61 ədəd 100 manatlıq və iki ədəd 200 manatlıq pul əskinasları, 108 ədəd 100 ABŞ dolları pul əskinaslarının olduğu aşkar olunmuşdur. Qeyd olunan əşyaları təqdim edən Şahid1 bildirmişdir ki, həmin əşyaları ona 2023-cü ilin avqust ayının əvvəlləri dəqiq xatırlamadığı tarixdə Bakı şəhərində yaşayan qayını Təqsirləndirilən şəxs taksi vasitəsilə onun yaşadığı Tovuz rayonuna göndərərək bir müddət özündə saxlaması və sonradan gələrək ondan götürəcəyini bildirmişdir. Şahid1 qeyd olunan torbanın içərisinə baxmadığından təqdim olunana kimi hansı əşyaların olduğunu bilməmişdir. Cinayət işinin 98 vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” 11 avqust 2023cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, tərəfindən ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan, Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinə əsasən və göstərilən maddənin tələblərinə riayət etməklə şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə ********* saylı cinayət işinə əlavə edilmiş CD diskin Nərimanov RPİ-nin MSY-də baxışını apararaq göstərilən protokolu tərtib etmişdir. Tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə cinayət işinə əlavə edilmiş 1 ədəd diskin yerləşdirildiyi qablaşdırmanı sökərək baxışını aparmağa başlamışdır. Həmin disk dairəvi formasında olmaqla "HP" markalı kompyuterdə video çəkilişə baxılarkən aydın olmuşdur ki, 29 iyul 2023-cü il tarixdə saat 21.57 dəqiqədə ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs yaşadığı mənzilə kişi cinsindən olan şəxs üzündə maska ilə yaxınlaşır və hasardan keçərək mənzilin həyətində gəzindikdən sonra birinci mərtəbənin eyvanına çıxaraq plasmasdan olan qapını itələyir, lakin qapı açılmadıqda yenidən bərk itələdikdə qapı açılır. Həmin şəxs mənzilə daxil olur. Bir neçə dəqiqədən sonra yenə həmin daxil olmuş qapıdan çıxaraq mənzili tərk edir. Baxış vaxtı Təqsirləndirilən şəxs qeyd edir ki, həmin şəxs onun özüdür, üz nahiyyəsinə maska taxmışdır ki, tanınmasın və bundan başqa ayağında olan ayaqqabının parıltısından tanımışdır. Mənzildən isə qızıl zinət və pul oğurladığını qeyd etmişdir. Cinayət işinin 107-109-cu vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Cavanşir Mayılovun xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİnin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 110-111-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 117-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 123-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4391- 9/6327 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən məmulatların modeli, əyarı və digər göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 21599,00 manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri cədvəl 1-də göstərilmişdir. Cinayət işinin 132-ci vərəqində olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Cinayət işinin 133-cü vərəqində olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. Cinayət işinin 134-cü vərəqində olan Ağstafa rayon İcra Hakimiyyəti Başçısının Göyçəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 135-145-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınma haqqında” 07 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus 6500 manat pulu, 18360 manat ekvivalentində 10800 ABŞ dolları, bir ədəd 3164 manat dəyərində 37,22 qram çəkidə 583\585 əyarlı qırmızımtıl rəngli, üzərində “583”damğası olan boyunbağı, bir ədəd 2661 manat dəyərində 31,31 qram çəkidə 583\585 əyarlı qırmızımtıl gümüşü və sarı rəngli, üzərində “14 MKA” damğası olan boyunbağı, bir ədəd 3432 manat dəyərində 40,37 qram çəkidə 583\585 əyarlı sarı rəngli, üzərində “14 kT” damğası olan boyunbağı, bir ədəd 1738 manat dəyərində 20,45 qram çəkidə 583\585 əyarlı qırmızımtıl və sarı rəngli, üzərində “14 k” damğası olan qolbağ, bir ədəd 1779 manat dəyərində 9.54 qram çəkidə “750” əyarlı üzərində 130 ədəd rəngsiz şəffaf qaşlar və “750” damğası olan qırmızımtıl rəngli üzüyü, bir ədəd 1475 manat dəyərində 12,59 qram çəkidə “750” əyarlı üzərində 12 ədəd rəngsiz şəffaf qaşlar və “70 il” yazısı olan qırmızımtıl rəngli sikkə, bir ədəd 1050 manat dəyərində 8.58 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkə, bir ədəd 1050 manat dəyərində 8.56 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1901 Г” yazısı olan sikkə, bir ədəd 1050 manat dəyərində 8.50 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkə, bir ədəd 1050 manat dəyərində 8.42 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkə, bir ədəd 1050 manat dəyərində 8.58 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1911 Г” yazısı olan sikkə, bir ədəd 1050 manat dəyərində 8.52 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkə və bir ədəd 1050 manat dəyərində 8.53 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkənin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi iş materialları ilə tanış olduqdan sonra sahibinə saxlanması üçün qaytarılması, Təqsirləndirilən şəxs tərəfindən 29 iyul 2023-cü il tarixdə saat 21.57 radələrində ünvan 5 ünvanda yerləşən mənzildə törədilmiş oğurluq hadisəsinin videogörüntülərini əks etdirən “CD” diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs məxsus 6500 manat pul, 18360 manat ekvivalentində 10800 ABŞ dolları, bir ədəd 3164 manat dəyərində 37,22 qram çəkidə 583\585 əyarlı qırmızımtıl rəngli, üzərində “583”damğası olan boyunbağı, bir ədəd 2661 manat dəyərində 31,31 qram çəkidə 583\585 əyarlı qırmızımtıl gümüşü və sarı rəngli, üzərində “14 MKA” damğası olan boyunbağı, bir ədəd 3432 manat dəyərində 40,37 qram çəkidə 583\585 əyarlı sarı rəngli, üzərində “14 kT” damğası olan boyunbağı, bir ədəd 1738 manat dəyərində 20,45 qram çəkidə 583\585 əyarlı qırmızımtıl və sarı rəngli, üzərində “14 k” damğası olan qolbağ, bir ədəd 1779 manat dəyərində 9.54 qram çəkidə “750” əyarlı üzərində 130 ədəd rəngsiz şəffaf qaşlar və “750” damğası olan qırmızımtıl rəngli üzüyü, bir ədəd 1475 manat dəyərində 12,59 qram çəkidə “750” əyarlı üzərində 12 ədəd rəngsiz şəffaf qaşlar və “70 il” yazısı olan qırmızımtıl rəngli sikkə, bir ədəd 1050 manat dəyərində 8.58 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkə, bir ədəd 1050 manat dəyərində 8.56 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1901 Г” yazısı olan sikkə, bir ədəd 1050 manat dəyərində 8.50 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkə, bir ədəd 1050 manat dəyərində 8.42 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkə, bir ədəd 1050 manat dəyərində 8.58 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1911 Г” yazısı olan sikkə, bir ədəd 1050 manat dəyərində 8.52 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkə və bir ədəd 1050 manat dəyərində 8.53 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkənin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs tərəfindən 29 iyul 2023-cü il tarixdə saat 21.57 radələrində ünvan 5 ünvanda yerləşən mənzildə törədilmiş oğurluq hadisəsinin videogörüntülərini əks etdirən “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin hesab edir ki Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs məxsus 6500 manat pul, 18360 manat ekvivalentində 10800 ABŞ dolları, bir ədəd 3164 manat dəyərində 37,22 qram çəkidə 583\585 əyarlı qırmızımtıl rəngli, üzərində “583”damğası olan boyunbağı, bir ədəd 2661 manat dəyərində 31,31 qram çəkidə 583\585 əyarlı qırmızımtıl gümüşü və sarı rəngli, üzərində “14 MKA” damğası olan boyunbağı, bir ədəd 3432 manat dəyərində 40,37 qram çəkidə 583\585 əyarlı sarı rəngli, üzərində “14 kT” damğası olan boyunbağı, bir ədəd 1738 manat dəyərində 20,45 qram çəkidə 583\585 əyarlı qırmızımtıl və sarı rəngli, üzərində “14 k” damğası olan qolbağ, bir ədəd 1779 manat dəyərində 9.54 qram çəkidə “750” əyarlı üzərində 130 ədəd rəngsiz şəffaf qaşlar və “750” damğası olan qırmızımtıl rəngli üzüyü, bir ədəd 1475 manat dəyərində 12,59 qram çəkidə “750” əyarlı üzərində 12 ədəd rəngsiz şəffaf qaşlar və “70 il” yazısı olan qırmızımtıl rəngli sikkə, bir ədəd 1050 manat dəyərində 8.58 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkə, bir ədəd 1050 manat dəyərində 8.56 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1901 Г” yazısı olan sikkə, bir ədəd 1050 manat dəyərində 8.50 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkə, bir ədəd 1050 manat dəyərində 8.42 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkə, bir ədəd 1050 manat dəyərində 8.58 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1911 Г” yazısı olan sikkə, bir ədəd 1050 manat dəyərində 8.52 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkə və bir ədəd 1050 manat dəyərində 8.53 qram çəkidə təxminən 900 əyarlı sarı rəngli üzərində “10 РУБЛЕЙ 1899 Г” yazısı olan sikkənin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs tərəfindən 29 iyul 2023-cü il tarixdə saat 21.57 radələrində ünvan 5 ünvanda yerləşən mənzildə törədilmiş oğurluq hadisəsinin videogörüntülərini əks etdirən “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar