Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-71/2023 17.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs2 vəkili və nümayəndəsi Nümayəndə müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi - X4, təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 yanvar 2022-ci il tarixdə saat 04 radələrində ünvan 2 ünvanında yerləşən “Piano” otelin 2-ci mərtəbəsində yerləşən 214-cü otaqda Zərərçəkmiş şəxs1 ilə birlikdə olarkən sonuncunun yatmasından istifadə edib həmin otaqdakı masanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə işləyən 800 manat dəyərində 01 ədəd “İphone 11” markalı mobil telefonu və sonuncunun əl çantasından 1500 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2305 (iki min üç yüz beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 yanvar 2022-ci il tarixdə saat 13 radələrində sınaq müddətinə işlədiyi ünvan 3 ünvanında yerləşən “Master Roofing” dam örtükləri mağazasındakı iş masasının çəkməcəsindən Zərərçəkmiş şəxs2 məxsus 5000 (beş min) manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə 5000 (beş min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə verilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 28 dekabr 2021-ci il tarixdə Bakı şəhərindəki Fəvvarələr meydanında restoranda Zərərçəkmiş şəxs1 ilə təsadüfən tanış olmuşdur. Onlar bir müddət sevgili kimi danışdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Aytənlə danışıb onunla Nərimanov rayonunda yerləşən “Piano” oteldə görüşmüşdür. Həmin oteldən otaq tutub həmin otaqda bir qədər içki içdikdən sonra Aytəni yuxu tutmuş və yatmışdır. Özü isə oyaq qalmışdır. Bir qədər sonra Aytənə məxsus “İphone 11” markalı mobil telefonu otaqdakı dolabın üzərində olduğunu görüb həmin telefonu oğurlamaq qərarına gəlmiş və xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Aytənə məxsus həmin telefonu dolabın üzərindən götürməklə oğurlayıb oteldən çıxmışdır. Oteldən çıxdıqdan sonra oğurlamış olduğu Aytənə məxsus telefonun üzərində olan nömrəni telefondan çıxarıb otelin yaxınlığındakı zibil qutusuna atmış və həmin vaxtdan etibarən Aytənə məxsus “İphone 11” markalı telefonu özü işlətməyə başlamışdır. Bir daha qeyd edir ki, Zərərçəkmiş şəxs1 məxsus “İphone 11” markalı telefonu oğurlamış, Aytənə məxsus 1500 manat nağd pulu oğurlamamışdır. Həmin ərəfələrdə işləyib ailəsini dolandırmaq üçün iş axtarırmış. Buna görə də iş elanları ilə maraqlanırmış. 2022-ci ilin yanvar avının əvvəllərində iş elanı saytında “CV” yerləşdirmişdir. 18 yanvar 2022-ci il tarixdə sonradan adının Sona olduğunu bildiyi bir nəfər qadın ona zəng edərək Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 24 ünvanında yerləşən “Master Roofing” dam örtükləri mağazasının işçisi olduğunu bildirib onu işə dəvət etmişdir. O da həmin gün “Master Roofing” dam örtükləri mağazasına getmiş və Sonayla görüşüb işə qəbul olunmuşdur. 20 yanvar 2022-ci il tarixdən etibarən həmin mağazada marketinq mütəxəssisi kimi işə başlamışdır. Onun işi həmin mağazanın avadanlıqlarının satışını həyata keçirməkdən ibarət olmuşdur. Bundan sonra 31 yanvar 2022-ci il tarixədək həmin mağazada işləmişdir. 31 yanvar 2022-ci il tarixdə saat 10 radələrində həmişəki kimi mağazaya işə gəlmişdir. Həmin vaxt mağazada digər işçilər olan Sona və Sahil də varmış. Sonanın oturduğu otaqda oturmuşdur. Həmin gün, yəni 31 yanvar 2022-ci il tarixdə saat 11 radələrində mağazaya əvvəllər tanımadığı bir nəfər kişi gəlib 50 ədəd yüz manatlıq əskinazlardan ibarət, ümumilikdə 5000 manat pulu sayaraq Sona xanıma vermiş və həmin pulun Cavidə çatacağını bildirmişdir. İşlədiyi “Master Roofing” dam örtükləri mağazasına Cavidin rəhbərlik etdiyini bilirmiş. O da pulun mağazanın sahibi Cavidə çatacağını başa düşmüşdür. Sona isə həmin şəxsdən pulu sayaraq təhvil almış və Cavidə zəng edərək pulun gətirildiyini bildirmişdir. Cavid isə Sonaya bildirmişdir ki, həmin 5000 manat pulun 200 manatını hazırda adını xatırlamadığı mağazaya, 250 manatını başqa bir mağazaya olan borclarına versin, 150 manat da Sona avans kimi götürsün. Bundan sonra Sona 5000 manat puldan 600 manatını ayırıb kağız parçasına bükərək oturduğu iş masasının çəkməcəsinə qoymuşdur. O elə zənn etmişdir ki, Sona pulun qalanını da çəkməcəyə qoyub. Bundan təxminən 20 dəqiqə sonra Sona yemək yeməyə digər otağa keçmiş və otaqda tək qalmışdır. Sona otaqdan çıxdıqdan sonra çəkməcədə olan pulu oğurlamaq qərarına gəlmiş və Sonanın iş masasına yaxınlaşıb çəkməcəni açmışdır. Çəkməcəni açdıqdan sonra çəkməcədə 600 manat pul olduğunu görmüşdür. Anlamışdır ki, Sona pulun qalanını özü üzərində götürmüşdür. Çəkməcədə olan 600 manat pulu götürüb mağazadan çıxıb getmişdir. Mağazadan oğurladığı 600 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 24 ünvanında yerləşən “Master Roofing” adlı dam örtüklərinin satışı mağazası Zərərçəkmiş şəxs2 məxsusdur. X1 1-ci dərəcəli əlildir və Bakı şəhərində yaşayan digər qardaşı Şahid1 qəyyumluğundadır. Hər ilin əvvələrində Seymur Abdullayev müalicə etdirilir və müalicə üçün müəyyən məbləğdə pul xərclənir. 2022-ci ilin əvvəllərində Seymurun növbəti müalicəsinin vaxtıymış, lakin Səfailin qardaşı Cavidin onu müalicə etdirməyə pulu yoxuymuş. Buna görə də Cavid müalicə xərcləri üçün Səfaildən pul istəmişdir. Səfail Gəncə şəhərində yaşadığından və səhhətinə görə Bakı şəhərinə gələ bilmədiyindən Seymurun müalicəsi üçün lazım olan 5000 manat pulu xx.xx.2022-ci il tarixdə qohumu Zülfidən qardaşı Cavidə göndərmişdir. Cavid həmin vaxt şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərindən bir qədər kənarda olduğundan Zülfidən xahiş etmişdir ki, pulu ona məxsus “Master Roofing” adlı dam örtüklərinin satışı mağazasına qoymuşdur. Onların razılaşmalarına görə Cavid pulu həmin mağazadan götürməliymiş. Səfail də mağazada işləyən Sona adlı işçi ilə danışıb Zülfinin gətirəcəyi 5000 manat pulu təhvil alıb özündə saxlamasım tapşırmışdır. xx.xx.2022-ci il tarixdə Zülfi Səfailə zəng edib 5000 manat pulu mağazada Sona adlı işçiyə təhvil verdiyini bildirmişdir. Səfail də qardaşı Cavidə zəng edib bu barədə məlumat vermişdir. Cavid isə işlərini yekunlaşdırdığını və həmin yerdən pulu götürəcəyini bildirmişdir. Bundan sonra Səfail Sonaya zəng edib təhvil almış olduğu 5000 manat pulu Cavidə verməsini tapşırmışdır. Bundan bir neçə dəqiqə sonra Sona Səfailə zəng edərək onun Cavidə göndərdiyi 5000 manat pulu mağazanın digər işçisi olan Təqsirləndirilən şəxs oğurladığını bildirmişlər. Bundan sonra Səfail Cavidə zəng edib pulun Mehdi tərəfindən oğurlandığını bildirmişdir. 31 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən “Master Roofing” adlı dam örtüklərinin satışı mağazasından oğurlanmış 5000 manat pul Səfailə məxsusdur. Həmin pulu qardaşı Seymuru müalicə etdirməsi üçün digər qardaşı Cavidə göndərmişdir. Sonda Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduqlarını bildirərək onun barəsində cəza təyin edilməsini və verilmiş mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar olsa da, məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin İ cildinin 107-108-ci vərəqələrində olan Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2021-ci il tarixdə Fəvvarələr meydanında yerləşən “3 Ayı” restoranında tanış olmuşdur. Münasibətləri yaxşılaşmış, səmimi olmuşdur. xx.xx.2021-ci il tarixdə yeni ili birlikdə ünvan 2 ünvanında yerləşən “Piano” hoteldə keçirmişlər. Bundan sonra münasibətləri dahada yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə Mehdi onunla telefon əlaqəsi saxlayaraq növbəti gün “Şahdağa” getməyi və gecəni birlikdə keçirməyi təklif etmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 23.30 radələrində ünvan 2 ünvanında yerləşən “Piano” otelə gəlmiş və otelin 2-ci mərtbəsində yerləşən 214-cü otağını götürərək ora daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 00.10 radələrində Mehdidə otelə gəlmişdir. Mehdi otağa girdikdən sonra içki və yemək sifariş etmişdir. Onlar gecəni birlikdə keçirmiş, saat təxminən 06 radələrində yuxudan oyandıqda Mehdinin otaqda olmadığını görmüş və ona zəng etmək istədikdə mobil telefonunun olmadığını görmüşdür. Tez durub çantasına baxdıqda çantasında olan 1500 manat pulunda olmadığını aşkar etmişdir. Bundan sonra bilmişdir ki, Mehdi onun mobil telefonunu və pulunu oğurlamışdır. Həmin pulu otelə gəlməmişdən öncə anası Dürdanədən götürmüşdür. Anası həmin pulu yığıb uşağının dəri xəstəliklərinin müalicəsi üçün ona vermişdir. 1500 manat pul, 1500 manat dəyərində İphone 11 mobil telefonu və 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrəsi Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Mehdi ona ümumilikdə 3005 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X1 1-ci dərəcəli əlildir və onun qəyyumluğundadır. Hər ilin əvvələrində qardaşı Seymuru müalicə etdirir və müalicə üçün müəyyən məbləğdə pul xərcləyir. 2022-ci ilin əvvəllərində Seymurun növbəti müalicəsinin vaxtıymış və işdən çıxdığından müalicəyə xərcləmək üçün qardaşı Səfaildən pul istəmişdir. X7 şəhərində yaşayır və səhhətinə görə tez-tez Bakı şəhərinə gəlib gedə bilmir. Səfaillə danışdıqdan sonra o, qardaşları Seymurun müalicəsi üçün lazım olan 5000 manat pulu xx.xx.2022-ci il tarixdə qohumları Zülfidən ona göndərmişdir. Həmin vaxt şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərindən bir qədər kənarda olduğundan Səfail Zülfidən xahiş etmişdir ki, gətirdiyi 5000 manat pulu Səfailə məxsus “Master Roofing” adlı dam örtüklərinin satışı mağazasına qoysun. Razılaşmalarına görə pulu həmin mağazadan götürməliymiş. xx.xx.2022-ci il tarixdə qardaşı Səfail onunla əlaqə saxlayıb Zülfinin gətirdiyi 5000 manat pulu onun tapşırığı ilə qeyd etdiyi mağazada işləyən Sona adlı işçiyə təhvil verdiyini bildirmiş və gedib Sonadan pulu götürməyini istəmişdir. İşlərini bitirdikdən sonra, yəni Səfaillə danışığından təxminən 15 dəqiqə sonra ona zəng edərək pulu götürmək üçün mağazaya getdiyini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra Səfail ona zəng edərək Zülfinin gətirdiyi pulun mağazada işləyən Mehdi tərəfindən oğurlanadığını bildirmişdir. Pulun oğurlandığını eşitdikdən sonra şəxsi işlərinə görə mağazaya getməmişdir. Növbəti gün, xx.xx.2022-ci il tarixdə Səfailə məxsus mağazaya getdikdə, ona məlum olmuşdur ki, pulu həqiqətən də Mehdi oğurlamışdır. Həmin 5000 manat pulu qardaşı Səfail digər qardaşı Seymuru müalicə etdirməkdən ötrü ona göndərmişdir. Lakin, Mehdi pulu oğurladığından həmin pulu götürə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 noyabr 2021-ci il tarixdən “Master Roofing” adlı dam örtüklərinin satışı ilə məşğul olan mağazaya menecer kimi işə qəbul olunmuşdur. 2022-ci ilin yanvar ayında şirkətin ofisində satıcı işləyəcək işçiyə ehtiyac olduğundan həmin işə qəbul üçün internetdə elan yerləşdirmişlər. Daxil olan müraciətlərdən sonra 20 yanvar 2021-ci il tarixdən etibarən iş üçün müraciət edən Təqsirləndirilən şəxs işə qəbul etmək üçün sınaq müddətinə dəvət etmişlər. Sınaq müddəti ərzində Mehdi özünü nümunəvi aparıb, hər hansı xoşagəlməz davranış etməmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində mağazanın rəhbəri olan Zərərçəkmiş şəxs2 ona zəng edərək bir nəfər şəxsin ofisə 5000 manat pul gətircəyini, həmin pulu təhvil alıb saxlamağını, həmin gün ərzində Səfailin dediyi şəxsin gəlib həmin pulu ondan təhvil alacağını bildirmişdir. Səfaillə danışandan bir neçə dəqiqə sonra əvvəllər tanımadığı bir nəfər şəxs onun işlədiyi “Master Roofing” adlı dam örtüklərinin satışı mağazasına gəlib ona yaxınlaşaraq Səfailin dediyi 5000 manat pulu gətirdiyini bildirmişdir. Həmin şəxsin təqdim etdiyi 50 ədəd 100 manatlıq əskinazlardan ibarət, ümumilikdə 5000 manat pulu təhvil almışdır. Həmin vaxt Mehdi də onunla eyni otaqdaymış və ondan bir qədər aralıda olan iş masasında oturmuşdur. Təhvil aldığı 5000 manat pulu oturduğu iş masasının çəkməsinə qoymuşdur. Pulu təhvil alıb çəkməcəyə qoyduğunu Mehdi də görmüşdür. Bundan bir neçə dəqiqə sonra salonun sonunda yerləşən, adətən mətbəx kimi istifadə etdikləri otağa keçmişdir ki, yemək yesin. Mehdi isə otağda qalmışdır. Təxminən 15 dəqiqə ərzində çörək yemiş və yenidən iş otağına qayıtmışdır. İş otağına qayıtdıqda Mehdi otaqda yoxuymuş. İş otağına qayıtdıqdan bir neçə dəqiqə sonra Səfail ona zəng edərək adam göndərdiyini və təhvil aldığı 5000 manat pulu həmin adama verməyini bildirmişdir. Səfailin göndərdiyi adama pulu təhvil vermək üçün çəkməcədən götürüb yenidən saymaq istəmişdir. Lakin, çəkməcəyə baxdıqda pulun orada olmadığını görmüşdür. Bundan sonra mağazada işləyən Sahildən bu barədə maraqlandıqda Mehdinin az öncə ofisdən çıxıb getdiyini bildirmişdir. Sahilin oturduğu yerdən ofisin quruluşuna görə onun oturduğu yeri görmək olmurmuş. Həmin 5000 manat pulu mağazanın müdüri Səfailin tanışı Səfailin tapşırığı ilə ona vermiş, həmin pulu özündə saxlayıb Səfailin dediyi həmin adama verməliymiş. Həmin pulun mağazanın fəaliyyətinə heç bir aidiyyəti olmamışdır. Cinayət işinin İ cildinin 10-cu vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təhqiqat zərurəti ilə əlaqədar hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 24 ünvanında "xxxx" MMC-yə məxsus şirkətin önüdür. Cinayət işinin İ cildinin 49-cu vərəqində olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 60-cı vərəqində olan “Götürmə aparılması və baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “İphone 11” markalı mobil telefon iş üzrə maddi sübut kimi götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin telefon Zərərçəkmiş şəxs1 məxsusdur, xx.xx.2022-ci il traixdə saat 05 radələrində “Piano” oteldən oğurlamışdır. Cinayət işinin İ cildinin 81-82-ci vərəqlərdə olan xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış protokolu”dan görünür ki, baxış yeri Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Piano” otelin 2-ci mərtəbəsində yerləşən 214 saylı otaqdır. Cinayət işinin İ cildinin 144-146-cı vərəqələrində olan “Təqsirləndiirlən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq Şahmar Qurbanovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSYdən azad edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 148-149-cu vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 25 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 157-160-cı vərəqələrində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 ay 18 gün müdətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin İ cildinin 162-169-cu vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin 1(012)-140/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutma altında və həbsdə saxlanıldığı ümumilikdə 04 (dörd) ay 21 (iyirmi bir) gün müddətin nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdıırlması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 09 (doqquz) ay 12 (on iki) gün müddətin hazırki hökmdə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzrəində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdıırlması cəzasınn saxlanılması hökm edilmişdir. Cinayət işinin İ cildinin 191-193-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1663 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş, 1 ədəd “İphone 11” markalı, mobil telefonun istifadəsi nəzərə alınmaqla xx.xx.2022-ci il tarixinə orta bazar qiyməti təxminən 800,00 manat müəyyən olunur. Cinayət işinin İ cildinin 199-200-ci vərəqində olan “Maddi sübutun tanınması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus təqdim etdiyi 01 ədəd “İphone 11” markalı mobil telefonun iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs1 qaytarılması qərara alınmışdır. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(007)-157/2023 saylı qərarından görünür ki, təqdimatın təmin edilməsi, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbirinin seçilməsi, həbsin əvvəlinin 31 mart 2023-cü il, saat 18:00-dan hesablanması qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli tam etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini qismən etiraf edərək əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da (Abşeron Rayon Məhkəməsinin 1(012)-140/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü), onun bu məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 gün (23-25 fevral 2022-ci il) ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), Təqsirləndirilən şəxs hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə, həmçinin qeyd edir ki, hazırki iş üzrə cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı vaxtdan, yəni 17 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs hazırda Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə həbsdədir. Lakin, ********* nömrəli cinayət işi üzrə icraatın hazırda davam etdirilməsi nəzərə alınaraq, onun xx.xx.2023-cü il tarixdən hesablanan həbsdə saxlanılma müddətinin hazırki iş üzrə təyin olunmuş cəza müddətinə daxil edilməsi mümkün hesab edilmir. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili Nümayəndə mülki iddia verərək, cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs2 vurulmuş 5000 (beş min) manat və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 5070 (beş min yetmiş) manat vəsaitin cinayət işi üzrə Təqsirləndirilən şəxs tutulması barəsində qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Beləliklə məhkəmə hesab edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili Nümayəndə mülki iddiası təmin edilməli, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 5.000 (beş min) manat vurulmuş maddi ziyan və 70 (yetmiş) manat dövlət rüsumuna görə ödənilmiş məbləğin əvəzi olaraq ümumilikdə 5.070 (beş min yetmiş) manat məbləğində vəsait tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 17 aprel 2023-cü il tarixdən hesablansın, onun hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Mülki iddia təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 5.000 (beş min) manat vurulmuş maddi ziyan və 70 (yetmiş) manat dövlət rüsumuna görə ödənilmiş məbləğin əvəzi olaraq ümumilikdə 5.070 (beş min yetmiş) manat məbləğində vəsait tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs2 xeyrinə ödənilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-71/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-71/2023
17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver