Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-71/2024 03.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X2 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçisi «Femida» Vəkil Bürosunun vəkili – Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağdaş şəhəri, X6 küçəsi ev 1/28A ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 2 (iki) ədəd bükümdə, ayrı-ayrılqıda təmiz çəkisi 0,659 qram və 0,403 qram olmaqla, ümumi təmiz çəkisi 1,062 qram olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 20 iyul 2023-cü il tarixdə saat 09:00 dəqiqədə Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti 21/63 ünvanında yerləşən DİN-in 2 saylı poliklinikasının qarşısında Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 5 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindəki “KENT” siqaret qutusunun içərisindən xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,659 qram və 0,403 qram olmaqla, ümumi təmiz çəkisi 1,062 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı, eləcə də məhkəmə baxışında verdiyi qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4 ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 19 iyul 2023-cü il tarxidə polis əməkdaşarı tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə marixuana olmuşdur. İttihamda qeyd edilən miqdarda və növdə üzərində psixotrop maddə metamfetamin olmamışdır. Üzərində narkotik vasitə marixuana olması səbəbilə polis idarəsinə gətirilmiş orada 2 büküm psixotrop maddə ona təqdim edilmiş və videoçəkiliş zamanı özününmüş kimi təqdim edilməsi tələb edilmişdir. İlkin olarq o bundan imtina etmək istəmiş, lakin polis əməkdaşları tərəfindən şiddət və təzyiqə məruz qalması səbəbilə üzərinə videoçəkiliş zamanı qeyd edilən 2 büküm narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Son olaraq himayəsində 02 azyaşlı övladının, ailəsinin olmasını nəzərə alaraq ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 5-6 aydır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. 19 iyul 2023-cü il tarixdə bacısı oğlu Roman ilə birlikdə Ağdaş rayonunda olarkən marixuanadan istifadə etmişlər. Həmin gün axşam saatlarında onlar birlikdə Romanın idarə etdiyi avtomobil ilə Bakı şəhərinə gəlmişlər. 20 iyul 2023-cü il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə yol getdikləri zaman DİN-in 2 saylı poliklinikası qarşısında dayanmışlar. Həmin vaxt onlara PPX avtomobili yaxınlaşmış və iki nəfər polis əməkdaşları onlardan kim olmaların soruşmuşlar. Onlar həmin vaxt avtomobildən düşərək polis əməkdaşlarına yaxınlaşmışdır. Həmin vaxt polis əməkdaşları Romandan cibində nə saxladığını soruşmuşlar. Romanda özünü itirərək cavab verməmiş və onlar dərhal avtomobilə əyləşərək uzaqlaşmaq istəmişlər. O, Romandan həmin vaxt üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. Roman isə heç nə olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Roman üzərindən iki ədəd bükümdə “şüşə” kimi tanınan, psixotrop maddə metamfetamin, bir ədəd şpris və alışqan olan siqaret qutusunu təqdim etmişdir. Onu polis əməkdaşları saxlayan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini bilsə də həmin vaxt üzərində olduğunu bilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Nərimanov RPİ-nin Post Patrul Xidməti Bölüyünün nəfəri vəzifəsində işləyir və polis serjantıdır. 20 iyul 2023-cü il tarixdə 09:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 21/63 ünvanında yerləşən DİN-nin 2 saylı poliklinikasının qarşısında yolun kənarında dayanmış “Volksvagen” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil içərisində olan iki nəfər şəxsin özünü şübhəli apardığını görüb avtomobilə yaxınlaşmışlar. Həmin vaxt onlar avtomobildə olan şəxslərə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxslərdən də özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs, digəri isə Şahid1 kimi təqdim etmişdir. Həmin vaxt Roman əlini cibinə salıb saxladığı üçün sonuncudan cibində nə saxladığını soruşmuşlar. Həmin vaxt Roman cavab verməyib özünü itirmiş və qəfildən avtomobilə əyləşib qaçmaq istəyən zaman xidmət apardıqları avtopatrul avtomobilini vuraraq zədələmişdir. Onlar həmin şəxslərin avtopatrulu vurub zədələdikləri və tabesizlik göstərdikləri üçün sonuncuları saxlayaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə aparmışlar. Yolda olan zaman Romandan cibində nə saxladığını və nə səbəbə qaçmaq istədiyini soruşan zaman sonucu cibində siqaret qutusunda “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra o polis idarəsinə gətirilmiş və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs və Şahid1 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusuna baxış keçirilən zaman içərisindən 01 ədəd içərisi boş olan şpris, 01 ədəd şəffaf rəngli və 01 ədəd gümüşü rəngli bükümlərdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə və şpris qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlib şahid qismində ifadə verməyən Şahid3 Nüstər oğlunun ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir. İfadəsi iş üzrə digər Şahid2 ilə eyni məzmunlu olmuş və qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 20 iyul 2023-cü tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd qara rəngli “Kent” markalı siqaret qutusu çıxarıb masanın üzərinə qoydu, qutuda “şüşə” adlanan narkotik vasitənin olduğunu dedi. Bundan sonra həmin qutuya baxış keçirildi və orada bir ədəd içərisi boş olan şpris, bir ədəd çəhrayı rəngli alışqan, bir ədəd gümüşü rəngli folqadan olan büküm və bir ədəd şəffaf rəngli büküm aşkar edildi. Aşkar edilmiş bir ədəd gümüşü rəngli folqadan olan büküm və bir ədəd şəffaf rəngli büküm açıldıqda orada ağ rəngli kristalşəkilli kütlələr aşkar olundu. Həmin zaman Təqsirləndirilən şəxs bildirdi ki, aşkar edilmiş həmin bükümlərin içərisindəki kütlələr narkotik vasitə olan “şüşə”dir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya redmet aşkar edilmədi. Şəxsi axtarış hərəkətləri zamanı Şahid1 bildirdi ki, onun üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddə və ya əşya yoxdur. Bundan sonra İ.Süleymanovun üzərində şəxsi axtarış aparıldı, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd alışqan özünə qaytarıldı, içərisində kütlələr olan iki ədəd büküm və bir ədəd şpris isə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 219 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, müdafiəçi, ştirakçılar və tərəfimdən imzalandı. Məhkəmədə tədqiq olunan “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 02 avqsut 2023-cü tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd qara rəngli “Kent” markalı siqaret qutusu çıxarıb masanın üzərinə qoyması, həmin qutuya baxış keçirilməsi, bir ədəd gümüşü rəngli folqadan olan büküm və bir ədəd şəffaf rəngli büküm açıldıqda orada ağ rəngli kristalşəkilli kütlələr aşkar olunmuşdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3928 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazıları, soyad və imzalar olan zərfdə bir ədəd “Kent” siqaret qutusunun içərisində 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,659 qram, 0,403 qram ümumi təmiz çəkisi 1,062 qram olan ağ rəngli kristallik maddə kütlələri xarici əlamətlərinə və kimyəvi komponent təriblərinə görə eyni olan ksutar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 01 ədəd 1ml-lik şpris içərisində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün çəkisini müəyyən etmək mümkün deyildir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 4897 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinenslya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qeyd edilən xətəxanada şəxs müalicədə olmamışdır. “Sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanıma haqqında” 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,270 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,962 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd şpris saxlanılması üçün Nərimanov Rayon Polisinin Saxlanc yerinə təhvil verilmişdir. Həmçinin 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Həmin Qərarın 3-cü bəndindən aydın olur ki, Şahid1 barəsində cinayət təqibinin başlanması rədd edilmiş və materiallar cinayət işindən ayrılmışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırıması cəzası təyin edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(014)-103/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il, 08 gün müddətinə azadlıqda məhrumetmə cəzasına məhkum edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(014)-147/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 234.1-ci, 66.2 və 66.5-ci maddələri ilə təqsirli bilinərək barəsində 01 il, 06 ay müddətinə azadlıqda məhrumetmə cəzasına məhkum edilmişdir. Sayan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(014)-147/2021 saylı hökmü ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmədə tədqiq olunan “Şübhəli olan şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli prtokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 09:00 radələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(005)-71/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmənin çağırışlarına gəlməmiş və məhkəmə istintaqından yayınmışdır. Buna görə də barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və qərarın icrası Nərimanov Rayon Polis İdarəsinə tapşırılmışdır. Məhkəmədə tədqiq olunan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularaq, Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. “Elektron Məhkəmə İnformasiya” sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2006-ci il təvəllüdlü Əli Cümşüdov və 2009-cü il təvəllüdlü Ramal Cümşüdov adlı azyaşlı övladları, atası və anası vardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində marixuananın olması, polis idarəsinə gətirildikdən sonra üzərində olan marixuananın götürülərək 2 büküm psixotrop maddə metamfetamin qoyulması, polis əməkdaşları tərəfindən şiddət və təzyiq olduğundan qeyd edilən psixotrop maddənin özünün olması barədə etirafedici ifadələr verdiyini, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın əvvəlindən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, həmçinin Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə şübhəli şəxsi qismində tutulmuş və 22 iyul 2023-cü il tarixdə barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməklə azad edilmişdir. Məhkəmə hesab edir ki, əgər həqiqətən də təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyi təqdirdə qorxduğundan müvafiq narkotik vasitənin ona aid olduğunu bildirmişdirsə, onun polis idarəsinin müvəqqəti saxlama yerindən azad edildiyi vaxtdan bu barədə müvafiq dövlət orqanlarına müraciət etmək, ona göstərilmiş təzyiqlər və məruz qaldığı qanunsuzluqlar barədə məlumat vermək imkanı olmuşdur. Lakin, Təqsirləndirilən şəxs hər hansı səlahiyyətli dövlət orqanına bu məzmunda şikayəti və ya digər müraciəti müəyyən edilməmişdir. Bundan başqa məhkəmənin hazırlıq iclasında və ilkin baxış iclaslarında ifadə verərəkən ittiham oluduğu cinayət əməlində özünü tam şəkildə təqsirli bilmiş və saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir şiddət və təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitənin növləri dəqiqləşdirilmiş həmin vasitələrin özünə aid olduğunu bildirmişdir. Daha sonra dəfələrlə məhkəmə çağırışlarına gəlməkdən boyun qaçırdığı üçün barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edildəkdən sonra məhkəmə iclasında fərqli məzmunlu ifadə verərək şiddət və təzyiqə məruz qaldığını bildirmişdir. Bununla yanaşı polis əməkdaşları tərəfindən saxlanılarkən dayısı Şahid1 da yanında olmuş, o da məhkəmə iclasında polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmaları barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Beləliklə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi sonuncu ifadəsi arasında yaranmış ziddiyyətlər araşdırılmış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan və məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı övladının və ailəsinin olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir Təqsirləndirilən şəxs cinayət törətməkdə davam etməsi və islah yoluna qədəm qoymaması, məhkəmə çağırışlarına gəlməyərək istintaqdan yayınması onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur . “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(014)-147/2021 saylı hökmü ilə təyin edilmiş 01 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs ibtiadi istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (20-22 iyul 2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanlılmalıdır. Ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Cinayət işində maddi sübut kimi götürülərək Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış Nərimanov Rayon Polisinin Saxlanc yerinə saxlanılması üçün təhvil verilmiş 0,962 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd şpris məhv edilməlidir. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Femida» Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (20-22 iyul 2023cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış 0,962 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd şpris məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Femida» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-71/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-71/2024
03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver