Məhkəmə qərarları › İş №1(005)-72/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-72/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-72/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və müdafiəçiləri Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X9, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Tərcüməçi - X1 iştirakları ilə xx.xx.1979-cu ildə Bolqarıstan Respublikasında anadan olmuş, Bolqarıstan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, gəmidə baş mühafizəçi işləyən, Bolqarıstan Respublikasında qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 13A, mənzil 101-də müvəqqəti yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1971-ci ildə Bolqarıstan Respublikasında anadan olmuş, Bolqarıstan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, Bolqarıstan Respublikasında qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 13A mənzil 101-də müvəqqəti yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2. 177.2.3-1 və 272.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sistemindən və onun hər hansı bir hissəsindən bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sisteminin elektromaqnit şüalanmasını buna hüququ olmadan qəsdən ələ keçirmişdir. Belə ki, Bolqarıstan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və istintaqa məlum olmayan «Carlos» və «Sergey» adlı şəxslərlə birlikdə ayrı-ayrı vətəndaşlara məxsus bank kart rekvizitləri əks olunmuş maqnit lenti oxuyan eyni zamanda müştərilər tərəfindən daxil edilmiş şifrəni gizli formada videogörüntüsünü ələ keçirən qurğuları müxtəlif bankların hesabında olan bankomatlara yerləşdirib, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq əldə edilmiş pul vəsaitini bölmək, ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sistemindən və onun hər hansı bir hissəsindən bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, kompyuter məlumatlarının daşıyıcısı olan elektromaqnit şüalanmasını buna hüququ olmadan qəsdən ələ keçirmə barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs təşkil etmiş, bu məqsədlə «Carlos» və ya «Sergey» adlı şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə ünvan 1 ünvanında yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus 130 nömrəli ictimai infrastruktur obyekti sayılan “ATM" bankomatın kart oxuyucu və şifrə daxil etmə hissələrinə “SKlMMER” qurğusunu yerləşdirib qeyd edilən bankomatın istifadəçisi olan X3 əmək haqqı kartının rekvizitləri sayılan kompyuter məlumatlarını ələ keçirdikdən sonra Təqsirləndirilən şəxs2 aralarında olan cinayətkar razılaşmaya əsasən bankomatdan “SKİMMER” qurğusunu götürüb «Carlos» və «Sergey» adlı şəxslərə təqdim etmiş, sonuncular elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə edib Aqşin Atakişiyevə məxsus pul vəsaitindən vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2020-ci il tarixdə saat 21:11-də ünvan 2 ünvanında quraşdırılmış «X13» ASC-nə məxsus «ATM» bankomatından 200 manat, saat 21:13-də 200 manat olmaqla ümumilikdə 400 manat pulu ələ keçirmiş, və aralarında olan razılaşmaya əsasən özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxs A.Atakişiyevə ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və Təqsirləndirilən şəxs2 həmin vəsaitdən 100 manatını şəxsi ehtiyacları üçün sərf etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 və istintaqa məlum olmayan «Carlos» və «Sergey» adlı şəxslərlə birlikdə ayrı-ayrı vətəndaşlara məxsus bank karı rekvizitləri əks olunmuş maqnit lenti oxuyan eyni zamanda müştərilər tərəfindən daxil edilmiş şifrəni gizli formada videogörüntüsünü ələ keçirən qurğuları müxtəlif bankların hesabında olan bankomatlara yerləşdirib, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq əldə edilmiş pul vəsaitini bölmək, ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sistemindən və onun hər hansı bir hissəsindən bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, kompyuter məlumatlarının daşıyıcısı olan elektromaqnit şüalanmasını buna hüququ olmadan qəsdən ələ keçirmə barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs təşkil etmiş, bu məqsədlə «Carlos» və ya «Sergey» adlı şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə ünvan 3 ünvanında yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus 130 nömrəli ictimai infrastruktur obyekti sayılan “ATM” bankomatın kart oxuyucu və şifrə daxil etmə hissələrinə “SKİMMER” qurğusunu yerləşdirib qeyd edilən bankomatın istifadəçisi olan Zərərçəkmiş şəxs3 əmək haqqı kartının rekvizitləri sayılan kompyuter məlumatlarını ələ keçirdikdən sonra Təqsirləndirilən şəxs2 aralarında olan cinayətkar razılaşmaya əsasən bankomatdan “SKİMMER” qurğusunu götürüb «Carlos» və «Sergey» adlı şəxslərə təqdim etmiş, sonuncular elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə edib Zərərçəkmiş şəxs3 məxsus pul vəsaitindən vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2020-ci il tarixdə saat 21:17-də ünvan 2 ünvanında quraşdırılmış «X13» ASC-nə məxsus «ATM» bankomatından 200 manat, saat 21:18-də 200 manat olmaqla ümumilikdə 400 manat pulu ələ keçirmiş və aralarında olan razılaşmaya əsasən özgənin əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və Təqsirləndirilən şəxs2 həmin vəsaitdən 100 manatını şəxsi ehtiyacları üçün sərf etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 və istintaqa məlum olmayan «Carlos» və «Sergey» adlı şəxslərlə birlikdə ayrı-ayrı vətəndaşlara məxsus bank kart rekvizitləri əks olunmuş maqnit lenti oxuyan, eyni zamanda müştərilər tərəfindən daxil edilmiş şifrəni gizli formada videogörüntüsünü ələ keçirən qurğuları müxtəlif bankların hesabında olan bankomatlara yerləşdirib, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq əldə edilmiş pul vəsaitini bölmək, ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sistemindən və onun hər hansı bır hissəsindən bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, kompyuter məlumatlarının daşıyıcısı olan elektromaqnit şüalanmasını buna hüququ olmadan qəsdən ələ keçirmə barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs təşkil etmiş, bu məqsədlə «Carlos» və ya «Sergey» adlı şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə ünvan 3 ünvanında yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus 130 nömrəli ictimai infrastruktur obyekti sayılan “ATM” bankomatın kart oxuyucu və şifrə daxil etmə hissələrinə “SKİMMER” qurğusunu yerləşdirib qeyd edilən bankomatın istifadəçisi olan X2 əmək haqqı kartının rekvizitləri sayılan kompyuter məlumatlarını ələ keçirdikdən sonra Təqsirləndirilən şəxs2 aralarında olan cinayətkar razılaşmaya əsasən bankomatdan “SKİMMER” qurğusunu götürüb “Carlos” və “ Sergey” adlı şəxslərə təqdim etmiş, sonuncular elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə edib Laçın İsrayılova məxsus pul vəsaitindən vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2020-ci il tarixdə saat 22:13-də ünvan 4 ünvanında quraşdırılmış «X13» ASC-nə məxsus «ATM» bankomatından 200 manat, saat 22:14-də 200 manat olmaqla ümumilikdə 400 manat pulu ələ keçirmiş, və aralarında olan razılaşmaya əsasən özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxs L.İsrayılova ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və Təqsirləndirilən şəxs2 həmin vəsaitdən 100 manatını şəxsi ehtiyacları üçün sərf etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 və istintaqa məlum olmayan «Carlos» və «Sergey» adlı şəxslərlə birlikdə ayrı-ayrı vətəndaşlara məxsus bank kart rekvizitləri əks olunmuş maqnit lenti oxuyan eyni zamanda müştərilər tərəfindən daxil edilmiş şifrəni gizli formada videogörüntüsünü ələ keçirən qurğuları müxtəlif bankların hesabında olan bankomatlara yerləşdirib, elektron məlumat daşıyıcılarından informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq əldə edilmiş pul vəsaitini bölmək, ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sistemindən və onun hər hansı bir hissəsindən bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, kompyuter məlumatlarının daşıyıcısı olan elektromaqnit şüalanmasını buna hüququ olmadan qəsdən ələ keçirmə barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs təşkil etmiş, bu məqsədlə «Carlos» və ya «Sergey» adlı şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə ünvan 3 ünvanında yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus 130 nömrəli ictimai infrastruktur obyekti sayılan “ATM" bankomatın kart oxuyucu və şifrə daxil etmə hissələrinə "SKİMMER” qurğusunu yerləşdirib qeyd edilən bankomatın istifadəçisi olan Zərərçəkmiş şəxs4 Vikrotoviçin əmək haqqı kartının rekvizitləri sayılan kompyuter məlumatlarını ələ keçirdikdən sonra Təqsirləndirilən şəxs2 aralarında olan cinayətkar razılaşmaya əsasən bankomatdan “SKİMMER” qurğusunu götürüb «Carlos» və «Sergey» adlı şəxslərə təqdim etmiş, sonuncular elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə edib Zərərçəkmiş şəxs4 məxsus pul vəsaitindən xx.xx.2020-ci il tarixdə saat 22:42-də ümumilikdə 500 manat pulu ələ keçirmiş və aralarında olan razılaşmaya əsasən özgənin əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və Təqsirləndirilən şəxs2 həmin vəsaitdən 100 manatını şəxsi ehtiyacları üçün sərf etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 və istintaqa məlum olmayan «Carlos» və «Sergey» adlı şəxslərlə birlikdə ayrı-ayrı vətəndaşlara məxsus bank kart rekvizitləri əks olunmuş maqnit lenti oxuyan eyni zamanda müştərilər tərəfindən daxil edilmiş şifrəni gizli formada videogörüntüsünü ələ keçirən “SKİMMER" qurğularını müxtəlif bankların hesabında olan bankomatlara yerləşdirib, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq əldə edilmiş pul vəsaitini bölmək, ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sistemindən və onun hər hansı bir hissəsindən bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, kompyuter məlumatlarının daşıyıcısı olan elektromaqnit şüalanmasını buna hüququ olmadan qəsdən ələ keçirmə barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən X6 xx xxxxx 2020-ci il tarixdə ünvan 3 ünvanında quraşdırılmış “xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 130 nömrəli ictimai infrastruktur obyekti sayılan “ATM” bankomatın kart oxuyucu və şifrə daxil etmə hissələrinə “SKİMMER” qurğusunu yerləşdirmiş, cinayətkar plana uyğun olaraq Təqsirləndirilən şəxs2 tərəfindən həmin günü təxminən axşam saatlarında “SKİMMER” qurğusunu qeyd olunan bankomatdan götürdükdən sonra Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərindən 01 ədəd boz rəngli materialdan hazırlanmış kameradan və “Li-ion" enerji qida batareyasından təşkil olunmaqla əsas təyinatı “ATM” bankomatlarının basma düymələrinin üz hissəsinin videoqeydiyyatının aparılması üçün nəzərdə tutulmuş cihaz, 01 ədəd kart oxucu yerinə daxil olunması mümkün olan və bank kartlarının maqnit zolağında olan məlumatları oxuyan cihaz, həmçinin bu cihazı bankomatdan çıxarmaq üçün istifadə etdiyi 01 ədəd kustar üsulla dəstəyi taxtadan ön hissəsi isə metaldan hazırlanmış predmet, 01 ədəd mətbəx bıçağı aşkar edilərək götürülmışdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sistemindən və onun hər hansı bir hissəsindən bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sisteminin elektromaqnit şüalanmasını buna hüququ olmadan qəsdən ələ keçirmişdir. Belə ki, Bolqarıstan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan «Carlos» və «Sergey» adlı şəxslərlə birlikdə ayrı-ayrı vətəndaşlara məxsus bank kart rekvizitləri əks olunmuş maqnit lenti oxuyan eyni zamanda müştərilər tərəfindən daxil edilmiş şifrəni gizli formada videogörüntüsünü ələ keçirən qurğuları müxtəlif bankların hesabında olan bankomatlara yerləşdirib, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq əldə edilmiş pul vəsaitini bölmək, ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sistemindən və onun hər hansı bir hissəsindən bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, kompyuter məlumatlarının daşıyıcısı olan elektromaqnit şüalanmasını buna hüququ olmadan qəsdən ələ keçirmə barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs təşkil etmiş, bu məqsədlə «Carlos» və ya «Sergey» adlı şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə ünvan 3 ünvanında yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus 130 nömrəli ictimai infrastruktur obyekti sayılan ‘'ATM" bankomatın kart oxuyucu və şifrə daxil etmə hissələrinə "SKİMMER” qurğusunu yerləşdirib qeyd edilən bankomatın istifadəçisi olan X3 əmək haqqı kartının rekvizitləri sayılan kompyuter məlumatlarını ələ keçirdikdən sonra Təqsirləndirilən şəxs2 aralarında olan cinayətkar razılaşmaya əsasən bankomatdan “SKİMMER" qurğusunu götürüb «Carlos» və «Sergey» adlı şəxslərə təqdim etmiş, sonuncular elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə edib Aqşin Atakişiyevə məxsus pul vəsaitindən vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2020-ei il tarixdə saat 21:11-də ünvan 5 ünvanında quraşdırılmış «X13» ASC-nə məxsus «ATM» bankomatından 200 manat, saat 21:13-də 200 manat olmaqla ümumilikdə 400 manat pulu ələ keçirmiş, və aralarında olan razılaşmaya əsasən özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxs A.Atakişiyevə ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və Təqsirləndirilən şəxs2 həmin vəsaitdən 100 manatını şəxsi ehtiyacları üçün sərf etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan «Carlos» və «Sergey» adlı şəxslərlə birlikdə ayrı-ayrı vətəndaşlara məxsus bank kart rekvizitləri əks olunmuş maqnit lenti oxuyan eyni zamanda müştərilər tərəfindən daxil edilmiş şifrəni gizli formada videogörüntüsünü ələ keçirən qurğuları müxtəlif bankların hesabında olan bankomatlara yerləşdirib, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq əldə edilmiş pul vəsaitini bölmək, ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sistemindən və onun hər hansı bir hissəsindən bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, kompyuter məlumatlarının daşıyıcısı olan elektromaqnit şüalanmasını buna hüququ olmadan qəsdən ələ keçirmə barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs təşkil etmiş, bu məqsədlə «Carlos» və ya «Sergey» adlı şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə ünvan 3 ünvanında yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus 130 nömrəli ictimai infrastruktur obyekti sayılan “ATM” bankomatın kart oxuyucu və şifrə daxil etmə hissələrinə “SKİMMER" qurğusunu yerləşdirib qeyd edilən bankomatın istifadəçisi olan Zərərçəkmiş şəxs3 əmək haqqı kartının rekvizitləri sayılan kompyuter məlumatlarını ələ keçirdikdən sonra Təqsirləndirilən şəxs2 aralarında olan cinayətkar razılaşmaya əsasən bankomatdan “SKİMMER” qurğusunu götürüb «Carlos» və «Sergey» adlı şəxslərə təqdim etmiş, sonuncular elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə edib Zərərçəkmiş şəxs3 məxsus pul vəsaitindən vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2020-ci il tarixdə saat 21:17-də ünvan 2 ünvanında quraşdırılmış «X13» ASC-nə məxsus «ATM» bankomatından 200 manat, saat 21:18-də 200 manat olmaqla ümumilikdə 400 manat pulu ələ keçirmiş və aralarında olan razılaşmaya əsasən özgənin əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və Təqsirləndirilən şəxs2 həmin vəsaitdən 100 manatını şəxsi ehtiyacları üçün sərf etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan «Carlos» və «Sergey» adlı şəxslərlə birlikdə ayrı-ayrı vətəndaşlara məxsus bank kart rekvizitləri əks olunmuş maqnit lenti oxuyan eyni zamanda müştərilər tərəfindən daxil edilmiş şifrəni gizli formada videogörüntüsünü ələ keçirən qurğuları müxtəlif bankların hesabında olan bankomatlara yerləşdirib, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq əldə edilmiş pul vəsaitini bölmək, ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sistemindən və onun hər hansı bir hissəsindən bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, kompyuter məlumatlarının daşıyıcısı olan elektromaqnit şüalanmasını buna hüququ olmadan qəsdən ələ keçirmə barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs təşkil etmiş, bu məqsədlə «Carlos» və ya «Sergey» adlı şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə ünvan 3 ünvanında yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus 130 nömrəli ictimai infrastruktur obyekti sayılan “ATM” bankomatın kart oxuyucu və şifrə daxil etmə hissələrinə “SKİMMER” qurğusunu yerləşdirib qeyd edilən bankomatın istifadəçisi olan X2 əmək haqqı kartının rekvizitləri sayılan kompyuter məlumatlarını ələ keçirdikdən sonra Təqsirləndirilən şəxs2 aralarında olan cinayətkar razılaşmaya əsasən bankomatdan “SKİMMER" qurğusunu götürüb «Carlos» və «Sergey» adlı şəxslərə təqdim etmiş, sonuncular elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə edib Laçın İsrayılova məxsus pul vəsaitindən vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2020-ci il tarixdə saat 22:13-də ünvan 6 ünvanında quraşdırılmış «X13» ASC-nə məxsus «ATM» bankomatından 200 manat, saat 22:14-də 200 manat olmaqla ümumilikdə 400 manat pulu ələ keçirmiş və aralarında olan razılaşmaya əsasən özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxs L.İsrayılova ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və Təqsirləndirilən şəxs2 həmin vəsaitdən 100 manatım şəxsi ehtiyacları üçün sərf etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan «Carlos» və «Sergey» adlı şəxslərlə birlikdə ayrı-ayrı vətəndaşlara məxsus bank kart rekvizitləri əks olunmuş maqnit lenti oxuyan eyni zamanda müştərilər tərəfindən daxil edilmiş şifrəni gizli formada videogörüntüsünü ələ keçirən qurğuları müxtəlif bankların hesabında olan bankomatlara yerləşdirib, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq əldə edilmiş pul vəsaitini bölmək, ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sistemindən və onun hər hansı bir hissəsindən bu sistem daxilində ötürülən ümumi üçün istifadə nəzərdə tutulmayan kompyuter məlumatlarının, kompyuter məlumatlarının daşıyıcısı olan elektromaqnit şüalanmasını buna hüququ olmadan qəsdən ələ keçirmə barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs təşkil etmiş, bu məqsədlə «Carlos» və ya «Sergey» adlı şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə ünvan 3 ünvanında yerləşən “xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 130 nömrəli ictimai infrastruktur obyekti sayılan “ATM" bankomatın kart oxuyucu və şifrə daxil elmə hissələrinə “SKİMMER" qurğusunu yerləşdirib qeyd edilən bankomatın istifadəçisi olan Zərərçəkmiş şəxs4 əmək haqqı kartının rekvizitləri sayılan kompyuter məlumatlarını ələ keçirdikdən sonra Təqsirləndirilən şəxs2 aralarında olan cinayətkar razılaşmaya əsasən bankomatdan “SKİMMER" qurğusunu götürüb «Carlos» və «Sergey» adlı şəxslərə təqdim etmiş, sonuncular elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə edib Zərərçəkmiş şəxs4 məxsus pul vəsaitindən xx.xx.2020-ci il tarixdə saat 22:42də ümumilikdə 500 manat pulu ələ keçirmiş, və aralarında olan razılaşmaya əsasən özgənin əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və Təqsirləndirilən şəxs2 həmin vəsaitdən 100 manatını şəxsi ehtiyacları üçün sərf etmişdir. Bundan başqa o, təkrarən tanışı, Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan «Carlos» və «Sergey» adlı şəxslərlə birlikdə ayrı-ayrı vətəndaşlara məxsus bank kart rekvizitləri əks olunmuş maqnit lenti oxuyan eyni zamanda müştərilər tərəfindən daxil edilmiş şifrəni gizli formada videogörüntüsünü ələ keçirən “SKİMMER" qurğularını müxtəlif bankların hesabında olan bankomatlara yerləşdirib, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq əldə edilmiş pul vəsaitini bölmək, ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sistemindən və onun hər hansı bir hissəsindən bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, kompyuter məlumatlarının daşıyıcısı olan elektromaqnit şüalanmasını buna hüququ olmadan qəsdən ələ keçirmə barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən X6 xx xxxxx 2020-ci il tarixdə ünvan 3 ünvanında quraşdırılmış “xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 130 nömrəli ictimai infrastruktur obyekti sayılan “ATM" bankomatın kart oxuyucu və şifrə daxil etmə hissələrinə “SKİMMER“ qurğusunu yerləşdirmiş, cinayətkar plana uyğun olaraq Təqsirləndirilən şəxs2 tərəfindən həmin günü təxminən axşam saatlarında “SKİMMER" qurğusunu qeyd olunan bankomatdan götürdükdən sonra Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərindən 01 ədəd boz rəngli materialdan hazırlanmış kameradan və “Li-ion" enerji qida batareyasından təşkil olunmaqla əsas təyinatı “ATM" bankomatlarının basma düymələrinin üz hissəsinin videoqeydiyyatının aparılması üçün nəzərdə tutulmuş cihaz, 01 ədəd kart oxucu yerinə daxil olunması mümkün olan və bank kartlarının maqnit zolağında olan məlumatları oxuyan cihaz, həmçinin bu cihazı bankomatdan çıxarmaq üçün istifadə etdiyi 01 ədəd kustar üsulla dəstəyi taxtadan ön hissəsi isə metaldan hazırlanmış predmet, 01 ədəd mətbəx bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasından Bakı şəhərinə ilkin olaraq turist kimi gəlmişdir. İstanbulda olarkən özünü «Carlos» kimi təqdim edən şəxslə tanış olmuş və məlum olmuşdur ki, Carlos Bakıya gəlir. Özünü «Carlos» kimi təqdim edən şəxs bolqar, ispan, rus, ingilis və alman dillərində danışmışdır. Həmin vaxt Carlos bilmişdir ki, o da Bakıya gəlir və ona pul qazanmağı təklif etmişdir. Belə ki, Carlosun və Bakıda sonradan tanış olduğu «Sergey» adlı şəxslərin ona verdikləri müxtəlif bankomatlara quraşdırdıqları «Skimmer» qurğularını götürüb onlara təhvil verməli olmuşdur. Hər dəfə bu iş üçün ona 100 manat pul vermişlər. Toplam onların göstərişi ilə eyni bankomatdan 4 dəfə «Skimmer» qurğusunu götürüb Sergeyə təhvil vermişdir.Bir müddət sonra onun tanışı Təqsirləndirilən şəxs1 da Bakıya gəlmişdir. Belə ki, Vladislavı o, turist kimi çağırmışdır. Bir müddət sonra pandemiya başladığından belə qərara gəlmişlər ki, bir yerdə yaşasınlar və o, Nərimanov rayonunda yerləşən K. Rəhimov küçəsindəki 13A nömrəli 101 nömrəli mənzili aylıq 1000 manata kirayə tutmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 da təklif etmişdir ki. onun kimi işləsin. Belə ki, “Serqey” hər dəfə hansısa başqa bir adam vasitəsi ilə bankomata “Skimmer” qurğusunu quraşdırmışdır. Sonuncu dəfə isə yəni xx xxxxx 2020-ci il tarixdə Serqeyin adamı olmadığından o, Təqsirləndirilən şəxs1 təklif etmişdir ki, “Skimmer” qurğusunu bu səfər o quraşdırsın. Evdə olan “Skimmer” qurğusunu ona verib Nərimanov rayonunun Həsənoğlu 13F küçəsində yerləşən “xxxx” banka məxsus bankomata quraşdırması barədə təlimat vermişdir. Vladislav da idman papağı və maska taxıb qeyd olunan bankomata “Skimmer” qurğusunu quraşdırmışdır. Həmin günü axşam gedib qurğunu ondan götürərkən onu polis əməkdaşları saxlamışlar. Vladeslavın vəzifəs “Skimmer» qurğusunu bankomata quraşdırmaq, onun vəzifəsi isə «Skkimer» qurğusunu bankomatdan çıxartmaq olmuşdur. Sonradan bilmişdir ki, Sergey onun verdiyi məlumatlardan istifadə edərək 4 nəfərin bank kartından pul oğurlamışdır. Ona da verilmiş pul həmin vətəndaşların pulundan olmuşdur. Çantasından çıxan qurğuları ona saxlaması üçün xatırlamadığı vaxtda Sergey vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, bu əməlin cinayət olduğunu bilmirdi. Onun vəzifəsi qurğunu Sergeyə təhvil vermək idi. O, Sergeydən bu əməldə qanunsuz bir şey olubolmadığını soruşanda o, ona qanunsuz əməl etmədiklərini demişdir. Səhv xatırlamırsa bu əməli cəmi bir dəfə etmişdir. Bunun üçün də ona 100 manat pul verilməli idi. O, Sergeyi onun dostu vasitəsi ilə tanımışdır. Türkiyə Respublikasında Sergeyin dostu var idi və onunla onun münasibəti yaranmışdı. Həmin şəxs ona Azərbaycan Respublikasında Sergey adlı dostunun olduğunu demişdi. Onlar belə tanış oldular. Özünü aparata qurğunu yerləşdirdiyi üçün təqsirli bilir. Bunun cinayət olduğunu bilsə idi etməzdi. Özünü təqsirli bilir və etdiyi əmələ görə peşmandır. Sergey hər dəfəsi üçün ona 100 manat pul verəcəkdi. 100 manat pul onun bir həftəlik qida qəbul etməsi üçün kifayət edirdi. Sergey Azərbaycan Respublikasının vətəndaşıdır. O, ona etdiyi əməldə qanunsuz heç nə olmadığını bildirmişdi. Son olaraq bildirmişdir ki, AR CM-nin 272.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla qəti olaraq razı deyildir. Terminallar başqa firmalara xidmət edir. Həmin maddədə göstərildiyi kimi əhəmiyyətli obyekt sayılmır. Dövlət qurumlarının terminalları ictimai əhəmiyyət sayılmır. Pul terminalı aparatını onlar götürməmişdir. Həmçinin kompüter informasiyalarını da əldə etməmişdir. Həmin maddənin dizpozisiyasında nəzərdə tutulan heç bir hərəkətə yol verməmişdir. Hesab edir ki, həmin maddə ona elan edilən ittihamdan xaric edilməlidir. Etmədiyi cinayət əməlinə görə təqsirkar bilinir. Təqsirləndirildiyi cinayət məcəlləsinin maddələr arasında ziddiyətlər vardır. O, yalnız aparatı quraşdırıb oradan uzaqlaşmışdır. Heç bir pul götürməmiş, heç bir informasiya əldə etməmişdir. Maddi çətinliyi ilə əlaqədar olaraq Mladenovun təklifini qəbul etmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin xatırlamıdığı ayında Sofiya şəhərində restoranda təsadüfən tanış olmuşdur. Təqsirləndirilən şəxs2 Bolqarıstanda nə işlə məşğul olduğunu bilməmişdir. xx xxxx 2020-ci ildə Azərbaycana ilkin olaraq turist kimi gəlmiş, lakin sonradan ölkədə pandemiya baş verdiyindən Bolqarıstana qayıda bilməmişdir. Marianında Azərbaycanda olduğunu bilmiş, daha doğrusu elə Marian özü ona Azərbaycana gəlməyi təklif etmişdir. Bankomatlara skimmer qurğusunun quraşdırılmasnı da səmimi etiraf etmiş, belə ki, əvvəllər bu işlə məşğul olmamış, lakin pandemiyaya görə 2 dəfə təyyarə reysi ləğv olunduğundan bütün pulu qurtarmışdır. Bu zaman dostu Təqsirləndirilən şəxs2 bildirmişdir ki, əgər bankomatlara skimmer qurğusunun quraşdırılmasına ona kömək edərsə axırda oğurlanmış pullardan müəyyən qədər ona verəcəkdir.O da çarəsizlikdən Marianla razılaşmışdır. Marian özü göstəriş vermişdir ki, ünvan 7 ünvanında yerləşən “xxxx” ASC-yə məxsus bankomata verdiyi 01 ədəd gizli video çəkən və bir ədəd kart məlumatlarını oxuyan qurğunu yerləşdirsin. O da həmin qurğuları xx xxxxx 2020-ci il tarixdə təxminən günorta saatlarında başına papaq qoyub üzünə də maska taxıb Marianın göstəriş verdiyi bankomatın yerləşdiyi yerə getmişdir. Qurğunu quraşdırdıqdan sonra oradan uzaqlaşmışdır. O, cəmisi 1 dəfə skimmer qurğusunu Marianın göstərişi ilə bankomata quraşdırıb uzaqlaşmışdır. Digər bütün məsələləri Marian özü etmişdir. xx xxxxx 2020-ci il tarixdə polis əməkdaşları yaşadığı evə gəldikləri zaman da bildirmişdir ki, aşkar olunmuş qurğular və yaddaş cihazları, eləcə də ağ rəngli Toshiba markalı noutbuk Təqsirləndirilən şəxs2 məxsusdur. Notbuku isə qara rəngli Toshiba markalı noutbukdur onun da içərisində bu işlərə aid heç bir şey olmamışdır. Əməlini səmimi etiraf etmiş, əməlindən səmimi peşmandır, başqa seçimi olmadığından məcbur olub Marianın təklifi ilə razılaşmışdır. O, vətəndaşların pulunu oğurlamamış, onun rolu «skimmer» qurğularını bankomata quraşdırma, Marianın vəzifəsi isə həmin qurğuları bankomatdan söküb Sergeyə çatdırmaq olmuşdur. Yaşadıqları evə baxış keçirən zaman səs gücləndiricidən çıxan «skimmer» qurğularının ona aidiyyəti olmamış, sonradan bilmişdir ki, həmin qurğuları saxlaması üçün Sergey Mariana vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, qurğunu aparata yerləşdirdikdən sonra ona veriləcək məbləğlə bağlı danışıq aparmamışlar. O, əslində Mariana kömək etmək istəmişdir. O, iki dəfə Bolqarıstana qayıtmağa çalışmış lakin, pandemiya ilə əlaqədar uçuşlar təxirə düşmüşdür. Özünü təqsirli bilir və etdiyi əmələ görə peşmandır. Marianla xx.xx.2020-ci ildə birlikdə kirayədə yaşamağa başlamışlar. Otel xərcləri çox olduğundan kirayədə qalmaq onlar üçün daha sərfəli idi. Marianın nə vaxt tutulduğunu xatırlamır, Marian evə gəlmədikdə onunla maraqlanmamışdır. O, çox vaxt istirahət edir və gecələr evə gəlmirdi. Bu səbəbdən də onun evə gəlməməsi onun üçün əhəmiyyət daşımırdı. Son söz olaraq bildirmişdir ki, dövlət ittihamçısının təklif etdiyi cəza həddindən artıq çoxdur. O, Bakı şəhərinə turist kimi gəlmişdir. Ölkədə olan pandemiya şəraiti ilə əlaqədar olaraq pulu bitdiyindən Bolqarıstan Respublikasına geri qayıda bilməmişdir. Bu səbəblə də Bakı şəhərində tanış olduğu Sergey ilə aparatı götürmüşdür. Buna baxmayaraq heç bir pul vəsaiti oğurlamamışdır. Pulları Sergey götürmüşdür. Həmçinin pulları Marianla birlikdə zərərçəkmiş şəxslərə qaytarmışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayının 26-dan “xxxx” ASC-yə məxsus kart özündədir. Demək olar ki, kartdan pulu yığıb ilin sonunda ailə üzvlərinin zəruri xərcləri üçün istifadə etməyi planlaşdırmışdır. Həmin tarixdən xx xxxx 2020-ci il tarixədək olan müddətdə 1040 manat pul toplanmışdır. Bu kartdan gün ərzində ən çoxu 500 manat pul çıxartmaq mümkün olur. Həmçinin kartdan pul çixarılarkən istifadəsində olan mobil nömrəsinə müvafiq məlumat gəlir. Adətən həmin kartı bankomatlara yalnız təqaüdü gəldiyi zaman daxil edib məbləğin həqiqətən də gəlməsini yoxlamış, yəni heç vaxt pul çıxarmamışdır. Heç vaxt da ödəniş etməmişdir. Kartı isə Nərimanov rayonu Həsənoğlu küçəsində yerləşən “xxxx“ bankın bankomatında yoxlamışdır. xx xxxx 2020-ci il tarixdə saat 23:42-də istifadəsində olan telefon nömrəsinə 500 manat pul vəsaitinin çıxarılması üçün pin kodun 2 dəfə daxil edildiyi, 3-cü dəfə isə həmin pulun çıxarıldığı barədə bildiriş gəlmişdir. Dərhal "xxxxın” 196 xidməti ilə əlaqə saxlayıb kartını bağlatdırmışdır. Növbəti iş günündə banka müraciət edib çıxarışı əldə etdiyi zaman görmüşdür ki. kartından 500 manat pul hansısa “ATM" vasitəsi ilə nağdlaşdırılmışdır. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, ona dəymiş ziyan ödənilib və onlara qarşı şikayətçi deyildir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, “xxxx” bankın müştərisi olmuş, əmək haqqını da həmin bankın verdiyi plastik kart vasitəsi ilə almışdır. O, kartdan istifadə etməklə həm “onlayn” ödənişlər həm də, “ATM” bankomatları vasitəsi ilə nağdlaşdırmalar həyata keçirmişdir. Mütəmadi olaraq Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən “xxxx" bankın bankomatından nağdlaşdırmalar etmiş, heç bir ödəniş etmədiyi halda xx.xx.2020-ci il tarixdə saat 21.07-də istifadəsində olan 055-788- 53-63 saylı telefon nömrəsinə “Azericard" şirkətindən hesabından 2 dəfəyə 400 manat pul çıxarılması ilə bağlı SMS məlumat daxil olmuşdur. Hər dəfəsində hesabından 200 manat pul çıxarılmışdır. İlk öncə hesab etmişdir ki, yəqin şirkətdə nə isə problem vardır və artıq yüklənən pulu geri çəkmişİər. Səhəri günü bu barədə şirkətin mühasibatlığından soruşduğu zaman bildirmişlər ki, pul çıxarılmasına onların heç bir aidiyyəti yoxdur. Sonradan fikir vermişdir ki, pul köçürmə yolu ilə deyil bank kartı faktiki olaraq özündə ola-ola hansısa üsulla bankomatdan nağdlaşdırılmışdır. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, ona dəymiş ziyan ödənilib və onlara qarşı şikayətçi deyildir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2019-cu ilin sentyabr ayından “xxxx" bankın müştərisidir, maaşını da bu bankın verdiyi kartdan istifadə edərək alır. Kartdan müxtəlif bankomatlarda, o cümlədən Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən “xxxx" bankın bankomatından istifadə edərək nağdlaşdırma aparmışdır. Ondan sonra heç bir ödəniş etmədiyi halda xx.xx.2020-ci il tarixdə hesabından 2 dəfəyə 406 manat pul çıxarıldığının şahidi olmuşdur. Bankla əlaqə saxladığı zaman ona bildirmişlər ki, kartından pul vəsaiti nağd formada “ATM" bankomatlar vasitəsi ilə çıxarılmışdır. Hətta onun telefonunda olan bankın proqram təminatında da görmüşdür ki, həqiqətən də 2 dəfə 203 manat olmaqla ümumilikdə 406 manat pulu hansısa bankomat vasitəsi ilə nağdlaşdırılmışdır. Halbuki həmin tarixdə kart onun üzərində olmuş, heç kəsə verməmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, ona dəymiş ziyan ödənilib və onlara qarşı şikayətçi deyildir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən "xxxx’ bankın müştərisidir, əmək haqqım da həmin bankın verdiyi plastik kart vasitəsi ilə alır. Çox vaxt bank kartında olan pul vəsaitini Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən “xxxx" bankın bankomatından naglaşdırmışdır.xx xxxx 2020-ci il tarixdə saat 21:10 radələrindən etibarən istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə əmək haqqı kartından 2 dəfəyə hər birində 200 manat olmaqla ümumilikdə 400 manat pulunun çıxarılması ilə bağlı SMS daxil olmuşdur. Dərhal bankla əlaqə saxlamağa çalışsa da bu alınmamış və “Azericard” şirkətinin qaynar xəttinə müraciət edib kartını bağlatdırmışdır. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, ona dəymiş ziyan ödənilib və onlara qarşı şikayətçi deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhər Nərimanov rayon Pİ-nin 18- ci Polis Şöbəsindən daxil olmuş materialda özünü İspan Krallığının vətəndaşı kimi təqdim edən sonradan isə Bolqarıstan Respublikasının vətəndaşı olması müəyyən edilən Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanında fəaliyyət göstərən «xxxx» bankın ünvan 9a skaner qurğusunu yerləşdirib bir müddət sonra onu götürmək istəyərkən polis əməkdaşları tərlindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 əlbir olduğu şəxslərin müəyyən edilməsi istiqamətində keçirilən tədbirlər zamanı ona məxsus «İphone S» markalı mobil telefonun yaddaşından «Vlad Dubista» adlı şəxslə mütəmadi olaraq «Teleqram» sosial şəbəkəsində əlaqə saxladığı müəyyən edildiyindən həmin şəxsin ətrafında keçirilmiş tədbirlər zamanı sonuncunun hazırda ünvan 11-də kirayədə qaldığı müəyyən edilmişdir. Həmin mənzilin sahibi Qızxanım Məmmədova ərizə ilə müraciət edərək özünə məxsus mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra hal şahidləri dəvət olunub hüquq və vəzifələri izah olunmuşdur. xx xxxxx 2020-ci il tarixdə saat 11:10 radələrində xarici əlamətlərinə görə «Vlada» oxşar şəxsi görmüşlər. Dərhal həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşduqda ingilis dilində danışaraq Bolqarıstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 Tsvestanov olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin mənzildə tanışı Təqsirləndirilən şəxs2la birlikdə yaşadığını bildirmişdir. Qonaq otağına daxil olduqları zaman Təqsirləndirilən şəxs1 ağ rəngli «Toshiba» markalı notbukun Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 yataq otağına daxil olmuş və çarpayının yanında işlək vəziyyətdə qara rəngli «Toshiba» markalı noutbuk və 1 ədəd səs ucaldan aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 yataq otağına daxil olmuş və çarpayıda 2 ədəd açıq vəziyyətdə çamadan aşkar edilmişdir. Sağ tərəfdəki çamadanın içərisində ağ rəngli plastik qutuda çoxlu sayda yaddaş qurğuları, 14 ədəd disk və səs gücləndirici aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin əşyaların Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, vətəndaş X4 DİN-nin 102 xidmətinə müraciət edərək Nərimanov rayonu Həsənoğlu küçəsi 13 ünvanda yerləşən "xxxx” bankın maaş kartından 400 manat pulun naməlum şəraitdə çıxarılmasını göstərmişdir. Həmin ərizə əsasında xx.xx.2020-ci il tarixdə saat 17 radələrində “xxxx” bankın ünvan 10 ünvanda yerləşən bankomatın klaviraturasının üstündə bir cihazın quraşdırılması və bankın kamera görüntülərindən həmin cihazı sifətində tibbi maskası olan şəxsin quraşdırıb oradan getməsi, həmin quraşdırılmış cihaza yaddaş kartı yerləşdirib və kartı yaddaşı az olduğundan həmin cihazı bu gün çıxarılacağını güman etməsi barədə verdiyi məlumata əsasən göstərilən ünvanda tərəflərindən əməliyyat tədbirləri keçirilmişdir. Əməliyyat tədbiri keçirilən zaman axşam saat 22 radələrində bankomata bir nəfər şəxsin yaxınlaşması və orada özünü şübhəli apardığına görə təlimata uyğun olaraq yaxınlaşıb burada nə işlə məşğul olduğunu soruşmuşdur. Həmin vaxt müəyyən etmişlər ki, bankomata quraşdırılmış cihaz tərəfindən çıxarılmışdır. Həmin şəxs qaçmağa cəhd etdikdə tərəflərindən saxlanılıb Polis Şöbəsinə gətirilmişdir. Şöbədə saxlanılan şəxsin üstündə şəxsiyyətini təsdiq edən sənəd aşkar edilməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin şəxs özünü Maralez Mariano kimi təqdim etmişdir. Həmin şəxs cihazı götürüb uzaqlaşmaq istəyən zaman onlar onu saxladılar. O, Azərbaycan dilində danışa bilmir və onların polis olduğunu biləndə cihazı könüllü olaraq təqdim etmişdir. Onlar Marianı saxlayan zaman digər təqsirləndirilən Vladislav avtomobildə elə orada Marianı gözləyirmiş. Onları görən zaman isə oradan dərhal uzaqlaşmışdır. Bu barədə Marian özü onlara demişdir. Maralez kimi özünü təqdim edən şəxsin əlində polietilen torba olmuşdur. Polietilen torbaya baxış keçirilən zaman içərisindən boz rəngdə taxtadan düzəldilmiş 10,1 sm və 13,3 sm ölçüdə, arxasında mobil telefon cəryan daşı, yaddaş kartı taxmaq üçün yeri olan cihaz, yaşıl rəngli plastmas içərisində mikrosxem olan cihaz, gümüşü rəngli 16 sm mətbəx bıçağı, taxta tutacaqlı kustar üsulla xüsusi ölçüdə kəsilmiş dəzgah, 02 ədəd qəbz, «İphone 6S» markalı mobil telefon, mobil telefon üçün qulaqcıq. 16 GB «X12» yaddaş kartı aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid5, Şahid6, Şahid7 və Şahid8 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məlumat verməmişlər. Bu səbəblə də məhkəmə cinayət işinə Şahid5, Şahid6, Şahid7 və Şahid8 iştirakları olmadan baxılmasını mümkün hesab etmiş və onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-1 və 272.3-cü maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. “Baxış keçirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 əlində olan polietilen torbanın içərisinə baxış keçirilmiş və baxış zamanı torbanın içərisindən 1 ədəd boz rəngdə taxtadan düzəldilmiş 10.1 sm və 13,3 sm ölçüdə, arxasında mobil telefon cərəyan daşı, yaddaş kartı taxmaq üçün yeri olan cihaz. 1 ədəd yaşıl rəngli plastmas içərisində mikrosxem olan cihaz, 1 ədəd gümüşü rəngli 16 sm mətbəx bıçağı, 1 ədəd taxta tutacaqlı kustar üsulla xüsusi ölçüdə kəsilmiş dəzgah. 02 ədəd qəbz. 1 ədəd «İphone 6S» markalı mobil telefon, 1 ədəd mobil telefon üçün qulaqcıq və 1 ədəd 16 GB «X12» yaddaş kartı aşkar edilərək götürülmüşdür. “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutların götürülməsi barədə” xx xxxxx 2020ci il tarixli protokoldan görünür ki. xx xxxxx 2020-ci il tarixdə saat 11:40 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kirayə yaşadıqları ünvan 11 ünvanına baxış keçirilmiş və 1 ədəd qara rəngli «Toshiba» markalı noutbuk, 2 ədəd səs ucaldan, 2 ədəd çamadan, içərisində çoxlu sayda yaddaş qurğuları olan 1 ədəd ağ rəngli plastik qutu, 14 ədəd disk aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kompüter texniki ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 5/160 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd boz rəngli materialdan hazırlanmış kameradan mikrofondan "Li-ion” enerji qida batareyasından təşkil olunmuş cihazın əsas təyinatı “ATM bankomatların basma düymələrin üz hissəsinin videoqeydiyyatının aparılması üçün nəzərdə tutulmuşdur. Qeyd olunan cihazda aşkar edilmiş “MicroSD” tipli yaddaş kartında 05 ədəd “*.avi" formatında tərtib edilmiş videoçəkilişlər rəqəmsal sübutların saxlanılması üçün istifadə edilmiş “DVD” disklərə köçürülmüşdür və ekspert rəyinə əlavə edilmişdir. Tədqiq olunan yaddaş kartında bank rekvizitlərinə aid ola bilən məlumatlar aşkar olunmadı. -Təqdim olunmuş kart oxucu yerinə daxil olunması mümkün olan sxemə qoşulman üçün birləşdirici portun olmaması üçün məlumatları oxumaq, sistemin quruluşunu müəyyən, etmək, fayl sistemlərinə baxış keçirmək, təyinatını müəyyən etmək mümkün olmamışdır. Lakin ümumi əlamətlərə görə ehtimal olunur ki. həmin cihaz daxil olunan bank kartın maqnit zolağında elan məlumatları oxuyan cihazdı. -Tədqiqata təqdim edilmiş iki ədəd flash tipli yaddaş kartlarında hər-hansı bir bank kart rekvizitləri aşkar edilmədi. Yaddaş kartlarında “Windows” əməliyyat sisteminə aid olan qurucu fayllar və komponentlər aşkar edilmişdir. -Tədqiqata təqdim edilmiş 14 ədəd optik disklərdə Windows” əməliyyat sisteminə aid olan qurucu fayllar və komponentlər aşkar edilmişdir, hər-hansı bir bank kart rekvizitləri aşkar edilmədi. -Təqdim edilən iki ədəd “Toshiba” markalı “notebook” tipli kompüterlərin yaddaşında müəyyən edilmiş məlumatlar rəqəmsal dəlillərin saxlanılması üçün istifadə edilmiş yaddaş daşıyıcılarına köçürülərək hazırkı ekspert rəyinə əlavə edilmişdir. -Tədqiqata təqdim edilmiş bir ədəd “İphone” markalı və bir ədəd “OPRO” markalı mobil smartfonların mühafizə şifrlərini ləğv etmək texniki imkanların olmadığına görə, həmin cihazlar üzərində tədqiqat işlərini aparılmadı. -Təqdim edilmiş bir ədəd “HTC" markalı mobil smartfon yaddaşında müəyyən edilmiş məlumatları rəqəmsal sübutların saxlanılması üçün nəzərdə tutulmuş «DVD» tipli optik diskə köçürülərək hazırki ekspert rəyinə əlavə edilmişdir. -Kustar üsulla hazırlanması ehtimal olunan və üzərində 2480-5719-1234-6780 nömrələri əks olunmuş qurğunun yaddaşında və maqnit oxuyucusunda hər-hansı bir bank kart rekvizitləri aşar edilmədi. Aparılmış ekspertiza tədqiqatının dəyəri 61.17 manatdır. Şübhəli şəxsin tutulması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Tsvetanov xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin tutulması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. «Baxış keçirilməsi və götürmə haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kirayə yaşadıqları ünvan 12 ünvanına baxış keçirilməsi zamanı götürülmüş 2 ədəd çamadana baxış keçirilmiş və baxış zamanı aşkar edilmiş «Speaker» markalı səs gücləndirici aşkar olunmuş və həmin səs gücləndiricinin içərisindən ümumilikdə 4 ədəd kart oxuyucusu 1 ədəd gizli video çəkiliş aparatı və İ ədəd enerji yığıcısı aşkar olunaraq götürülmüşdür. “Təqsirləndirilən şəxsə qismində cəlb etmək və ittiham elan etmək haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Tsvetanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 272.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsə qismində cəlb etmək və ittiham elan etmək haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.01, 177.2.3-1 və 272.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsini xx.xx.2020-ci il tarixli 4(005)-476/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-1 və 272.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 Tsvetanovun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay müddətində seçilmiş, həbsetmənin əvvəli isə xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsini xx.xx.2020-ci il tarixli 4(005)-477/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-1 və 272.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay müddətində seçilmiş, həbsetmənin əvvəli isə xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Zərər çəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərər çəkmiş şəxs qismində tanınmışdır. Zərər çəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərər çəkmiş şəxs qismində tanınmışdır. Zərər çəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X4 zərər çəkmiş şəxs qismində tanınmışdır. Zərər çəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 Tsvetanovun əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kompüter texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli. 5/403 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 03 ədəd (rəyin tədqiqi hissəsində qeyd olunmuş cədvəldə 1.2.3 nömrəli cihazlar) kameradan. “U-ion enerji qida batareyasından təşkil olunmuş cihazın əsas təyinatı mikrosxemlərin əsas təyinatı gizli kamera vasitəsilə “ATM” bankomatların üzərində yerləşən klaviatur blokunda düymələrin basılma ardıcıllıqının videoqeydiyyatını aparmaq, videoqeydiyyat məlumatlarını “MicroSD" tipli yaddaş kartında saxlamaqdır. Həmin cihazlarda “MicroSD" tipli yaddaş kartın olmaması səbəbindən bank rekvizitlərinə aid olan məlumatların olub-olmamasını müəyyən etmək mümkün olmadı. -Təqdim olunmuş 02 ədəd (rəyin tədqiqi hissəsində qeyd olunmuş cədvəldə 5 nömrəli cihazlar) kart oxucu yerinə daxil olunması mümkün olan sxemlərin əsas təyinatı “ATM” bankomatlara daxil olunan bank kartın maqnit zolağında olan məlumatları oxumaq, mikrosxemdə saxlanılan məlumatları kompüterə xüsusi naqil vasitəsilə qoşulduğu halda köçürməkdir. Rəyin tədqiqi hissəsində qeyd olunan səbəblərə görə bank kart rekvizitlərinə aid məlumatların olub-olmamasını müəyyən eləmək mümkün olmamışdır. -Tədqiqata təqdim edilmiş (rəyin tədqiqi hissəsində qeyd olunmuş cədvəldə 4 nömrəli qurğu) yasəmən rəngli, sarı rəngli qurğusu lent ilə əhatə edilmiş enerji mənbəyinin əsas təyinatı sxemlərin elektrik qida ilə təmin edilməsidir. Diskə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən zaman bir nəfər şəxsin əlində ağ əlcək ünvan 1 ünvanında quraşdırılmış “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus 130 nömrəli ictimai infrastruktur obyekti sayılan “ATM” bankomatın kart oxuyucu və şifrə daxil etmə hissələrinə “SKİMMER” qurğusunu yerləşdirməsi, daha sonra həmin qurğunu çıxıb yenidən yerləşdirməsi müəyyən olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsini xx.xx.2020-ci il tarixli 4(005)-831/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-1 və 272.3cü maddələri ilə Təqsirləndirilən şəxs1 Tsvetanovun həbsdə saxlanılma müddəti xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsini xx.xx.2020-ci il tarixli 4(005)-830/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-1 və 272.3cü maddələri ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 5/403 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş 03 ədəd (rəyin tədqiqi hissəsində qeyd olunmuş cədvəldə 1,2,3 nömrəli cihazlar) kameradan, “Li-ion” enerji qida batareyasından təşkil olunmuş cihazın əsas təyinatı mikrosxemlərin əsas təyinatı gizli kamera vasitəsilə “ATM” bankomatların üzərində yerləşən klaviatur blokunda düymələrin basılma ardıcıllığının videoqeydiyyatını aparmaq, videoqeydiyyat məlumatlarını “MicroSD” tipli yaddaş kartında saxlamaqdır. Həmin cihazlarda “MicroSD” tipli yaddaş kartında saxlamaqdır. Təqdim olunmuş 02 ədəd (rəyin tədqiqi hissəsində qeyd olunmuş cədvəldə 5 nömrəli cihazlar) kart oxucu yerinə daxil olunması mümkün olan sxemlərin əsas təyinatı “ATM” bankomatlara daxil olunan bank kartın maqnit zolağında olan məlumatları oxumaq, mikrosxemdə saxlanılan məlumatları kompüterə xüsusi naqil vasitəsilə qoşulduğu halda köçürməkdir. Rəyin hissəsində qeyd olunan səbəblərə görə bank kart rekvizitlərinə aid məlumatların olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş (rəyin tədqiqi hissəsində qeyd olunmuş cədvəldə 4 nömrəli qurğu) yasəmən rəngli, sarı rəngli qoruyucu lent ilə əhatə edilmiş enerji mənbəyinin əsas təyinatı sxemlərin elektrik qida ilə təmin edilməsidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 61,17 manat müəyyən edilir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsini xx.xx.2020-ci il tarixli 4(005)-1100/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-1 və 272.3cü maddələri ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsini xx.xx.2020-ci il tarixli 4(005)-1099/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-1 və 272.3cü maddələri ilə Təqsirləndirilən şəxs1 Tsvetanovun həbsdə saxlanılma müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Diskə baxış keçirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən zamanı xx.xx.2020-ci il tarixdə saat 22:09-da ünvan 5 ünvanında quraşdırılmış “X13” ASC-nə məxsus “ATM” bankomata bir nəfər əynində kapşonlu qara gödəkcə olan şəxs yaxınlaşaraq bir neçə dəfə kartın bankomata daxil edərək pul vəsaitinin çıxararaq cibinə qoyması, daha sonra 22:13-də həmin yeri tərk etməsi müəyyən olunmuşdur. Baxışda iştirak edən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bildirmişlər ki, ünvan 5 ünvanında quraşdırılmış “X13” ASC-nə məxsus “ATM” bankomatdan pul vəsaitinin çıxaran şəxs “Sergey” adlı şəxsdir. Əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-1 və 272.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3-1 və 272.3-cü maddələrinə tövsif edilməsi və onlara qeyd olunan maddələrlə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kirayə yaşadıqları ünvan 12 ünvanından götürülmüş çamadandan aşkar olunaraq götürülmüş 2 ədəd kart oxuyucusu yerinə daxil edilməsi mümkün olan qurğular, 3 ədəd gizli çəkiliş üçün nəzərdə tutulmuş qurğu və 1 ədəd elektrik qida batareyası, 2 ədəd “Toshiba” markalı notebuk tipli kompüter, 1ədəd optik disk, 1 ədəd yaddaş kartı, 1 ədəd kart oxuyucu yerinə daxil edilməsi mümkün olan yaşıl rəngli qurğu, 1 ədəd bank kartına oxşar predmet və 1 ədəd rəqəmsal sübutların saxlanılması üçün optik disklər cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilməsi və saxlanılmasından ötrü BMCMİ-nin maddi sübutları saxlama kamerasına saxlanc yerinə verilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1 və 272.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elən olunmuşdur. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1 və 272.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elən olunmuşdur. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və X2 məhkəmə iclasında təqdim etdikləri ərizələrdən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışlar, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Onlara vurulmuş ziyan tam həcmdə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən, zərər çəkmiş şəxslərin ifadələri, şahidlərin məhkəmədə səsləndirdikləri və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli Plenum Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bank-emitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxşin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun Qərarında göstərilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.1-ci maddəsinə əsasən kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi – iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılmasıvə ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.2-ci maddəsinə əsasən kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.3-cü maddəsinə əsasən bu Məcəllənin 272.1 və ya 272.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 272.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu; 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinə əsasən məhkəmə baxışı bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda müvafiq mahkəmənin hökmündə bu Məcəllənin 353.2.3-353.2.9, 353.3-353.5-ci maddələrində göstərilmiş məsələlər təqsirləndirilən şəxslərdən hər birinə dair ayrı-ayrılıqda qeyd edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1və 272.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq informasiya texnologiyaları üzrə şəbəkəyə daxil olmaqla hər-hansı əməliyyatların aparılması fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlər daxil olduğundan Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 272.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq informasiya texnologiyaları üzrə şəbəkəyə daxil olmaqla hər-hansı əməliyyatların aparılması fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlər daxil olduğundan Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıvə onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - AR DİN-in BMCMİ-də maddi sübutların saxlama kamerasında saxlanılan ünvan 13 ünvanda çamadandan aşkar olunaraq götürülmüş 2 ədəd kart oxuyucusu yerinə daxil edilməsi mümkün olan qurğular, 3 ədəd gizli çəkiliş üçün nəzərdə tutulmuş qurğu və 1 ədəd elektirik qida batareyası, 2 ədəd “Toshiba” markalı notebuk tipli kompüter, 1 ədəd optik disk, 1 ədəd yaddaş kartı, 1 ədəd kart oxuyucu yerinə daxil edilməsi mümkün olan yaşıl rəngli qurğu, 1 ədəd bank kartına oxşar predmet və 1 ədəd rəqəmsal sübutların saxlanılması üçün optik disklər dövlət nəfinə müsadirə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və cinayət işinə əlavə edilmiş 02 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 122 (bir yüz iyirmi iki) manat 34 (otuz dörd) qəpik müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 272.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 272.3-cü maddəsi ilə 3 il müddətində informasiya texnologiyaları üzrə şəbəkəyə daxil olmaqla hər-hansı əməliyyatların aparılması fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 3 il müddətində informasiya texnologiyaları üzrə şəbəkəyə daxil olmaqla hər-hansı əməliyyatların aparılması fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 272.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 272.3-cü maddəsi ilə 3 il müddətində informasiya texnologiyaları üzrə şəbəkəyə daxil olmaqla hər-hansı əməliyyatların aparılması fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 3 il müddətində informasiya texnologiyaları üzrə şəbəkəyə daxil olmaqla hər-hansı əməliyyatların aparılması fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın İş üzrə maddi sübut kimi tanınmış və AR DİN-in BMCMİ-də maddi sübutların saxlama kamerasında saxlanılan ünvan 14 ünvanda çamadandan aşkar olunaraq götürülmüş 2 ədəd kart oxuyucusu yerinə daxil edilməsi mümkün olan qurğular, 3 ədəd gizli çəkiliş üçün nəzərdə tutulmuş qurğu və 1 ədəd elektirik qida batereyası, 2 ədəd “Toşhiba” markalı notebuk tipli kompüter, 1 ədəd optik disk, 1 ədəd yaddaş kartı, 1 ədəd kart oxuyucu yerinə daxil edilməsi mümkün olan yaşıl rəngli qurğu, 1 ədəd bank kartı.ıa oxar predmet və 1 ədəd rəqəmsal sübutların saxlanılması üçün optik disklər dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 02 ədəd CD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 122 (bir yüz iyirmi iki) manat 34 (otuz dörd) qəpik müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi AZ-1008 ünvan 15 ünvanı: mailto:contact@narimanovcourt.gov.azElektron ünvan xx xxxxxxx 2020-ci il № 1(005)- 329/2020 Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 1(005)- 329/2020 saylı hökmünün surəti məlumat üçün Sizə göndərilir. Qoşma: hökmün surəti. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar