Məhkəmə qərarları › İş №1(005)-72/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-72/2023

03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-72/2023 03.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) X2 və onun nümayəndəsi və vəkili Nümayəndə, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, 22 saylı şəhər poliklinikasında həkim işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X4 icarəyə işlətdiyi ünvan 2 ünvanda yerləşən “Ayan” klinikasında gözəllik salonunda birgə iş qurmağı, avadanlıqlar alacağına, onu həmin salona işə götürəcəyinə, epillyasiya lazer aparatı ilə işləməyi öyrədəcəyinə, sertifikat təşkil edəcəyinə dair yalandan vəd verərək, 2021-ci ilin iyun ayından həmin ilin noyabr ayınadək olan müddət ərzində ondan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cuma küçəsi 32 ünvanında “Ayan” klinikasında hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 22.000 manat məbləğində nağd pul alıb ələ keçirməklə zərərçəkmiş şəxs Samirə Heydərovaya qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhər 22 saylı poliklinikada həkim-lobarant kimi çalışmışdır. Həmçinin 2018-ci ildən isə öz adına fiziki şəxs olaraq VÖEN açdırmaqla fərdi olaraq kosmetoloji fəaliyyət göstərdiyini bildirmişdir. X5 təxminən 2020-ci ildən etibarən tanımış, belə ki, o, Samirənin müraciəti əsasında ona kasmetoloji xidmətlər göstərmiş və daha sonra aralarında yaxın münasibətlər yaranmışdır. 2020-ci ilin dekabr ayında isə o, Samirəyə 200 manat dəyərində olan kosmetoloji xidmət göstərmiş, lakin Samirə sonradan həmin xidmətini bəyənmədiyindən o, məcbur olaraq həmin pul müqabilində Samirəyə daha bir neçə dəfə kasmetoloji xidmət göstərsə də, Samirə sonuncu dəfə onun barəsində Nərimanov RPİ-nin 17-ci PŞ-nə müraciət etmiş və artıq o, buna görə məcbur olub, ona həmin 200 manat pulu qaytarmışdır. Lakin, sonradan 2021-ci ilin təxminən iyun ayında Samirə yenidən onun yanına xidmət üçün gəlməyə başlamış və aralarındakı münasibətləri yenidən bərpa olunmuşdur. 2021-ci ilin iyul ayının ortalarında o, “Ayan” klinikasında həkim kosmetoloq kimi fəaliyyət göstərdiyi zaman Samirə onun yanına müştəri kimi gəlib-getmiş və həmin vaxt onun fəaliyyətinin reklam edilməsi üçün onun təxminən 1500 manat pula ehtiyacı olduğunu, bu barədə də Samirənin də bildiyini və buna görə də, Samirə ona aylıq 10 faiz olmaqla, 1500 manat pul verə biləcəyini bildirmişdir. O, da onunla razılaşmış və Samirədən 1500 manat pul almışdır. Bundan sonra, o, iyul-avqust ayları ərzində həmin 1500 manata görə 150 manatdan olmaqla, cəmi 300 manat pulu Samirəyə ödəmişdir. Sentyabr ayında isə Samirə ona həmin 1500 manat pulu ona başqa bir adamdan alıb verdiyini və pulun sahibinin pulu geri istədiyini demişdir. O, isə Samirəyə həmin məbləği hazırda verə bilməyəcəyini dedikdə, Samirə ona başqa bir şəxsdən pul alıb, həmin 1500 manat pulu bağlaya biləcəyini, lakin artıq faizin 20 faizdən hesablanacağını demişdir. O, da məcbur qalaraq həmin 1500 manatı başqa bir yolla ödəyə bilməyəcəyindən Samirə ilə razılaşmışdır. Samirə onun yerinə 1500 manat pulu bağlayacağını və o, Samirənin növbəti kimdənsə aldığı 1500 manat pula görə hər ay 20 faizdən olmaqla pul ödəyəcəyini bildirmişdir. Həmçinin, həmin müddət ərzində Samirə onun işlədiyi klinkaya gələrək, özünə müxtəlif xidmətlər göstərməsini xahiş etmiş və pulunu isə ona verdiyi faizləri özünün ödəyəcəyini və həmin pullardan çıxacağını, bildirirmişdir. O, da buna görə Samirəyə kasmetoloji xidmətlər göstərirmişdir. Belə ki, Samirənin ikinci dəfə onun üçün götürdüyü pula görə 20 faizdən olmaqla o, sentyabr ayı üçün 300 manat faiz pulunu da Samirəyə vermişdir. Lakin, artıq 2021-ci ilin noyabr ayında Samirə ona 7500 manat borcu olduğunu və pulu ona ödəməsini tələb etdiyini bildirmişdir. O, isə Samirədən həmin məbləğdə borcunun haradan yaranmasını soruşduqda, Samirə ona ondan aldığı 1500 manat pula görə hazırda faizi ödəyə bilmədiyi üçün 7500 manat olaraq hesablandığını və o, həmin pulu ona ödəməli olduğunu bildirmişdir. O, Samirəyə etiraz etdikdə isə Samirə onun işlədiyi klinikada onunla mübahisələr yaratmağa, səs-küy salmağa, hətta onun ailə üzvlərinə ondan aldığı borcla bağlı məlumat verəcəyi ilə hədələməyə başlamışdır. O, isə ailə üzvlərinin onun Samirədən borc almasını bilmələrini istəmədiyindən, məcbur olaraq onun dediyi həmin 7500 manat məbləğlə razılaşdığını və ona ümumilikdə ondan aldığı borc pulu faizləri ilə birlikdə tam olaraq 2022-ci ilin fevral ayında ödəyəcəyini bildirmişdir. Həmin vaxt isə Samirə ona 2022-ci ilin fevral ayında ona borcunun 7500 deyil, 12000 manat olacağını və bununla bağlı da, notariat vasitəsi ilə borc müqaviləsi bağlamağını təklif etmişdir. O, da onunla razılaşmış, lakin Samirə ilə notariat kontoruna getsə də, pul ortada olmadığından notarius həmin müqaviləni bağlaya bilməyəcəyini bildirmişdir. Həmin vaxt Samirənin təklifi ilə o, Samirəyə 12000 manat borcun olması və həmin borcu 2022-ci ilin fevral ayında tam ödəyəcəyi ilə bağlı öz aralarında qəbz tərtib edərək Samirəyə vermişdir. Bundan sonra, Samirə ona müraciət edərək, 12000 manat pula görə çətinliyə düşdüyünü, buna görə onu sıxışdırdıqlarını, pulların əvəzinə ona «İphone 13 Pro Max» markalı mobil telefonu öz adına kreditlə alıb ona verməsini və həmin 12000 manat pulu siləcəyini bildirmişdir. O, da buna görə onunla razılaşıb «Kontakt Home» mağazasından həmin mobil telefonu ümumi dəyəri 5868 manat olmaqla öz adına kreditlə almış, həmin məbləğdən 1000 manatı Samirənin özü tərəfindən ödənilmiş, qalan 4868 manatı isə o, özü aylıq kredit olaraq ödəməyə razılaşmışdır. Bunu Samirə həmin 12000 manat borcu ondan tələb etməsin deyə etmişdir. Bundan sonra, 2021-ci ilin dekabr ayında isə Samirə ondan yenidən 12000 manat pulun da, əlavə olaraq faiz pullarını ondan tələb etməyə başlamış və buna görə də o, artıq məcbur qalaraq onun barəsindən DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, bundan sonra bu barədə ilkin olaraq Nəsimi RPİ-nin 20-ci PB-də araşdırma aparılmışdır. Bundan sonra artıq Samirə ilə münasibətləri korlanmış və daha sonra Samirə ondan pulunu tam şəkildə tələb etdiyindən o, da fevral ayında öz adına kreditə alıb verdiyi mobil telefonu ərizə yazaraq bloklatdırmışdır. O, Nəsimi RPİ-nin 20-ci PB-də ərizə və izahat verdiyini nə, Samirənin ona qarşı etdiyi bu hərəkətlərdən həyacanlı və çox narahat olduğundan, tam ona olan borcunun nə qədər olmasını qarışdırdığından 5000 manat olaraq göstərdiyini bildirmişdir. O, Samirədən 5000 manat pul aldığını və bütün bunları Samirənin ailəsi onu şantaj etməsinə görə, yəni həyat yoldaşına lazım olmayan məlumatlar verməklə hədələdiyi üçün onun tələbləri ilə razılaşaraq yazdığını bildirmişdir. Bir daha bildirirki, Samirənin bu barədə göstərdikləri tamamilə yalan və böhtandır, o, Samirədən iş qurmaq adı ilə pul almamış, yalnız ondan faizə 1500 manat pul almışdır. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmü qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, təxminən 3 ilə yaxındır ki, Təqsirləndirilən şəxs kosmetoloq kimi tanımışdır. 2021-ci ilin təxminən iyun-iyul ayında o, Günay ilə “Ayan” klinikasında görüşmüş və onunla söhbət zamanı Günay ona birlikdə iş qurmağı təklif etmişdir. Günay ona arıqlama, tük təmizləmə lazer aparatı aldığını, həmin aparat ilə işləməyi öyrədəcəyinə, bununla bağlı sertifikat təşkil edəcəyini, lakin həmin aparatların pulunu onun tərəfindən ödənilməsini təklif etmişdir. Günay ona, aparatın birinin dəyərinin 30-35 min manat olduğunu, ona birlikdə “Ayan” klinikasında işləməyi təklif etmişdir. Sonda o, aparatların pulunu hissə-hissə ödədikdən sonra həmin aparatlar ona qalacağını bildirmişdir. Bundan sonra Günay ona aparatın birində o, digərində isə özü işləyəcəyini demişdir. O, Günaya inanmış və onda Günaya qarşı heç bir şübhə yaranmamışdır. Günay onu inandırdığı üçün və edilən təklif ona sərf etdiyindən o, Günayın təklifinə razılıq vermişdir. 2021-ci ilin iyun-iyul ayında həmin ilin noyabr ayının ortalarınadək tanışı Günaya gözəllik salonu açmaq və gözəllik salonu üçün aparatların alınması, birgə iş qurmaq adı ilə ümumilikdə ona 22.000 manat məbləğində pulu hissə-hissə təxminən 10 dəfəyə Ayan klinikasında işlədiyi otaqda əlbəəl verdiyini bildirmişdir. 2021-ci ilin noyabr ayının ortalarında o, Günayın yanına getmiş, ona verdiyi vədə artıq inanmadığını, onu aldatdığını bildirmişdir. Pulunun geri qaytarılmasını ondan tələb etməyə başlamışdır. Bundan sonra Günay pulu verməmək üçün ona müxtəlif bəhanələr deməyə başlamış, güya onların məsələsini onun əri bildiyindən bu məsələnin yaxış bitməyəcəyini demişdir. Sonra ərinə o, güya ona 12.000 manat pul verildiyini və ərinə artıq ona pul verməsini bildirmədiyini demişdir. Əgər əri bu barədə bilsə ailəsi dağıla biləcəyini ona demişdir. O, 23.000 manat pulu ondan aldığını və həmin pulu ona qaytaracağını bildirmişdir. Günay ona ərinin bildiyi 12.000 manat pula dair qəbz verə bilməsini, qəbzi də notariusda təsdiqlədirəcəyini, bunu ona inamsızlığın yaranmaması məqsədi ilə demişdir. Onlar birlikdə Qaradağ rayonunda notariusa getmiş, lakin notarius pulun real şəkildə verilmədiyindən təsdiq edə bilməyəcəyini bildirmişdir. Sonra oradan onlar yaxınlıqda olan Qlobus dəftərxanasına getmiş və orada Günay ona öz əlyazması ilə qəbz-iltizam yazmış, 12.000 manat pulu tam şəkildə 2022-ci ilin fevral ayında qaytaracağını bildirmişdir. 23 noyabr 2021-ci ildə o, Günaydan pulunun bir hissəsini qaytarmasını, yəni qəbzdə qeyd olunmayan 10.000 manat pulunun qaytarılmasını israrla tələb etmiş, ona “Kontak Homdan” İphone 13 Pro Max markalı mobil telefon kreditə öz adına götürüb verməsini, telefonun kredit pulunu isə özünün ödəməsini bildirmişdir. O, bu yolla Günayın onu aldadaraq aldığı 22.000 manat pulun bir hissəsini geri qaytarmaq üçün etdiyini bildirmişdir. Günay razılaşmış və birlikdə “Kontak Homdan" 4100 manat nağd qiyməti olan İphone 13 Pro Max markalı mobil telefon götürmüş və həmin telefonun ilkin ödənişini, yəni 1050 manatını o, öz vəsaiti hesabına “Kontak Höma” ödəmişdir. Beləliklə, həmin məbləğdən, yəni ilkin ödənişi nəzərə almaqla 23.050 manat puldan 4000 manat çıxacaqlarını razılaşmışlar. Bundan sonra o, pulunun qalan hissəsini ondan israrla istəməyə başlamış, Günay isə müxtəlif bəhanələrə onu aldatmaqda davam etmişdir. 2021ci ilin dekabr ayının 17-də Günay ona mesaj göndərərək, Nərimanov parkının yanına gəlməsini, 13.000 manat pulu bankdan götürüb ona verəcəyini demişdir. O, Nərimanov rayonu ərazisində yerləşən “Mado” kafesinə gəlmiş, Günayı gözləmişdir. Lakin 1-2 saat keçmiş ona 20-ci polis bölməsindən zəng gəlmiş və Günay və Elşənin ondan polis bölməsinə şikayət etdikləri bildirilmişdir. O, polis bölməsinə getmiş və orada izahat vermiş, izahatında 17.000 manat pulun Günayın ona verəcəyini bildirmişdir. Lakin, onun əlində 17.000 manat pula aid sübut olduğundan o, qeyd olunan məbləğdə pulun geri qaytarılmasını tələb etmişdir. Polis bölməsində araşdırma zamanı Günayın ona qarşı dələduzluq etdiyi məlum olmuş və həmin material aidiyyəti üzrə 18-ci PB-nə göndərilmişdir. Günaydan pulunu yenə tələb etsə də, Günay ona məlumat vermədən öz adına alıb ona verdiyi mobil telefonu Kontakt Homda bağlatdırmışdır. Ona telefona görə 1050 manat pul ödətdirmiş və nəticədə ona 2350 manat məbləğində maddi ziyan vurduğunu bildirmişdir. Günay pulu ona qaytara bilmədiyini, vaxt istədiyini, pulun üzərində hər ay əlavə faizdə verəcəyini bildirsə də o, pulu qaytarmamışdır. Günay ona ortaq pul qoymağı və ortaq işləməyi təklif etmişdir. O, da Günaya işi bilmədiyini bildirmiş, Günay ilkin olaraq avadanlıq almaq üçün 30.000 manat pul lazım olduğunu, avadanlıq alınandan sonra ona işi öyrədəcəyini və onlar ortaq işləyəcəklərini bildirmişdir. Onun Günaya verdiyi pul ilə arıqlama və lazer aparatları alınmalı idi, icarə və digər xərclər ödənildikdən sonra qalan məbləğ aralarında bölünməli idi. Günay ona yalan danışdığını, alınmalı olan avadanlığı almadığını, ona işi öyrətməkdən yayındığını və verdiyi vədlərə əməl etmədiyinə görə o, ilk vaxtlarda sakit formada pulunu geri tələb etmişdir. Ona görə də o, Günayın haqqında hüquq mühafizə orqanlarına müraciət etmək istəməmişdir. Daha sonra Günay ondan aldığı pulu vermək fikri olmadığından və hər dəfə ona müxtəlif yalanlar danışdığından aralarında ciddi mübahisə olmuş və mübahisə zamanı polisə şikayət edəcəyini bildirmişdir. Özünə haqq qazandırmaq üçün və pulu geri qaytarmamaq məqsədi ilə Günay onu qabaqlayacağını düşünərək ondan polisə şikayət etmişdir. Bundan başqa o, Günayın ailəsində problem yaranmasın deyə və pulu Günaya verdiyini sübuta yetirmək üçün əlində sənəd olsun deyə həmin müqaviləni bağladığını bildirmişdir. Günay qalan məbləği bağlamaq üçün borc müqaviləsini imzladıqdan sonra öz adına nağd satış dəyəri 4100 manat olan İPHON 13 PROMAX markalı telefonu alıb ona vermişdir. Nağd satış qiymətinin üstünə əlavə olaraq hesablanan 1768 manat kredit faizi isə Günay tərəfindən ödəniləcəkdi və həmin kredit faizi olan 1768 manat məbləğ Günayın ona olan borcundan çıxılmayacaqdır. Bundan başqa telefonun alınması üçün 1050 manat ilkin ödəniş etmək lazım olduğuğu üçün və Günay həmin 1050 manat ilkin ödənişi özü ödəyə bilmədiyi üçün onun ödəyəcəyini istəmişdir. O, da razılaşmış 1050 manat ilkin ödəniş etmiş və Günayın adına kredit faizi ilə birlikdə ümumi dəyəri 5868 manat olan İPHON 13 PROMAX markalı telefonu almışdır. Daha sonra aralarında mübahisə olduğuna görə Günay ona alıb verdiyi telefonu bağlatdırdığını bildirmişdir. Beləliklə Günay onu əlavə olaraq 1050 manat ziyana salmışdır. Borc müqaviləsi bağlandıqdan sonra Günayın ona yazdığı mesajda onun 16000 verəcəyi pul olduğunu və əlavə olaraq tanışından (müəllimədən) aldığı 2000 manat ödəyəcəyi pulun qaldığını bildirmişdir. Günay ilə onun arasında pul mübahisəsi olan vaxtı Xanım Qurbanova ondan öz pulunu tələb etməyə başlamış, o, da bu barədə Günaya bildirmişdir. Xanım Qurbanova onu sıxışdırdığını və pulunu tələb etdiyini bildirmişdir. Günay ona Xanım Qurbanova ilə özü danışacağını, ona vaxt verməsini, onu sıxışdırmamasını və lazım olsa verdiyi pulun müqabilində ona əlavə faiz verəcəyini demişdir. Onlar bu danışıqdan sonra Xanım ilə görüşəndə vəziyyəti ona demiş və həmin vaxtı ona məxsus mobil telefonun vatsap zəngi vasitəsi ilə Günay ilə Xanımın danışdığını, ona bir az vaxt verməsini və ona həmin pulun üstündə faiz verəcəyini bildirmiş, lakin Günay nə qədər faiz verəcəyini deməmişdir. Xanım da bu şərt ilə razılaşsa da, Günay Xanıma verdiyi sözə əməl etməmiş və hər hansı faiz ödəməmişdir. Bu səbəbdən də təkrar olaraq Günayla verdiyi sözə əməl etməsi barədə danışıqlar aparmışdır. Qeyd edilən faiz söhbəti isə həmin faiz söhbəti olmuşdur. O, heç vaxtı heç kimə, nə faizə və nə də sələmə pul verməmişdir. Onun Təqsirləndirilən şəxs verdiyi pul vəsaiti ilə arıqlama və lazer aparatları almalı olduğunu bildirmişdir. Günay onu aldadaraq ona qarşı dələduzluq etmişdir. Sonda zərərçəkmiş şəxs X7, ona vurulmuş ziyanın tam ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, həmçinin verilmiş mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, X5 təxminən 7 ildir ki, tanıyır, onunla münasibətləri həmişə yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Samirə ilə aralarında olan münasibətlərə görə bir-birinə ehtiyacı olduğunda müəyyən məbləğlərdə pul alıb-vermişlər. 2021-ci ilin təxminən iyun-iyul aylarında Samirə ona müraciət edərək, bir nəfər tanışının kosmetoloji xidmətlə məşğul olduğunu və həmin xanımın ona birlikdə iş qurmağı təklif etdiyini, bunun üçün isə ona müəyyən məbləğdə pul lazım olacağını deyərək, ona bununla bağlı köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. O da Samirə ilə aralarında olan münasibətlərə görə ona etiraz etməmiş və özündə bir qədər pul olduğunu və ona verə biləcəyini bildirmişdir. Bundan sonra. Samirə ona lazım olduqca müəyyən məbləğdə pulları alacağını demişdir. Belə ki, həmin vaxtdan başlayaraq. Samirə ondan hissə-hissə olmaqla iyun ayından noyabr ayına kimi olan müddət ərzində dəqiq məbləğlər və tarixləri xatırlamasa da, özünə məxsus 22000 manat pulu Samirəyə verdiyini bildirmişdir. Samirə ona hər dəfə həmin kosmetoloji xidmət göstərən tanışının, yəni Günayın aparatların alınması üçün həmin pulları istədiyini, həmçinin həmin aparatlardan onun istifadə etməsini öyrədəcəyini və nəticə olaraq onlar birlikdə lazer və epilasiya xidmətləri göstərməklə ondan borc olaraq aldığı pulları tam olaraq ona qaytaracağını demişdir. O da Samirə ilə arasında olan dostluq münasibətlərinə görə Samirəyə həmin pulları vermişdir. Lakin, təxminən 2021-ci ilin noyabr-dekabr aylarından başlayaraq, Samirə Günayın onu aldatdığını, ondan borc olaraq alıb Günaya verdiyi 22000 manat müqabilində Günayın ona hər hansı bir aparatla işləməyi öyrətmədiyini, Günayın onu aldatdığından şübhə etdiyini bildirərək, pulları Günaydan tələb etmiş, lakin Günay hər dəfə müxtəlif bəhanələr gətirməklə pulları qaytarmamış, nə də aparatları ona təqdim etməmişdir. Bundan sonra isə Samirə ilə Günay arasında narazılıqlar yaranmağa başlamış, o da ehtiyat edərək, Günayın Samirəyə pul ödəməməsi və ya onların işinin alınmaması nəticəsində pullarının Samirə tərəfindən ona geri ödənilməsinə görə problemlər yaşayacağını düşünərək, Samirədən pullarını tələb etməyə başlamışdır. O, Samirəyə həmin 22000 manat pulu borc olaraq versə də, lakin Günay Samirəni onunla birlikdə iş qurmaq, yəni birlikdə kosmetoloji xidmətlər göstərmək məqsədi ilə aparatların alınması və Samirəyə həmin xidməti göstərməsini öyrədəcəyini vəd edərək, aldatmış və pulu qaytarmamışdır. Onun hazırda Samirə Heydərovadan pul ilə bağlı hər hansı bir şikayəti yoxdur. Samirə ilə arasında olan həmin pul mübahisəsini rəfiqə olduğuna görə sonradan özü həll etməyə razılaşmışdır. Samirə ilə Günay arasında işlə bağlı həmin razılaşma barədə məlumatı olmamış və pulların Günaya verilməsində onun şəxsən iştirakı olmamışdır. Əlavə olaraq bildirmişdir ki, Samirəni tanıdığı vaxtdan indiyə qədər kimlərəsə faizə və ya sələmə pul verdiyini eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun arvadıdır. Günay 22 saylı şəhər poliklinikasında həkim-lobarant və “Ayan" klinikasında həkim kosmetoloq işləmişdir. O, Heydərova Samirəni 2020-ci ilin son aylarında Günay xanımın müştərisi qismində tanımış, sonradan aralarında olan narazılıqlarla bağlı araşdırma zamanı Nərimanov RPİ-nin 17-ci PŞ-də görüşmüşlər. 2021ci ilin sentyabr ayında o, evdə təsadüfən Günayın telefonuna baxarkən, Samirə adlı bir şəxsdən gələn mesajları oxumuş və bunun nə məqsədlə yazıldığını Günaydan soruşmuşdur. Günay, Samirə adlı qadına 12.000 manat məbləğində pul borcunun olduğunu demişdir. Günay borcun yaranma səbəbi ilə bağlı bildirmişdir ki, 2021-ci ilin iyun ayında 20 faiz olmaqla 1500 manat borca pul götürmüş, həmin borcu ödəyə bilmədiyi üçün həmin borcun üzərinə faizlər yığılaraq 12.000 manat olmuşdur. O da Günaya Samirə ilə əlaqə saxlamasını demişdir. Təxminən bir saatdan sonra Samirə onun istifadəsində olan nömrəyə zəng etmiş və ona 12.000 pulun faizlə olduğunu nəzərə alaraq əsas məbləği yəni 1500 manatı ödəyəcəyini, faizləri isə ödəməyəcəyini bildirmişdir. Samirə də and içərək ona borc pulun məbləğinin faizsiz 12.000 manat olduğunu bildirmişdir. O, da bu təqdirdə ona əgər borc pulun məbləği faizsiz 12.000 manatdırsa, onda ona gözləməsini, banka olan kredit borclarını bağlayıb sonra onun borclarını ödəməyə başlayacağını bildirmişdir. O, da ona gözləməsi üçün ailədə problem yaranmasın deyə o, yoldaşına İphone” 13 markalı Pro MAX - telefon aldığını və Günay xanıma icazə verilməsini, onun Kontakt Home'’ mağazasından öz adına həmin telefonu götürməsini xahiş etdiyini bildirmişdir. Samirə telefonun ilkin aylıq ödənişini də özü edəcəyinə söz vermişdir. Telefonun aylıq ödənişini etmədiyi təqdirdə telefonun bloklanacağı barədə xəbərdar etmişdir. O da razılaşmış, ertəsi günü Günay xanımın etirazı olmasına baxmayaraq, Samirə onlara borcun ödənilməsinə möhlət verəcəyini bildirmişdir. Ona görə də telefonu götürüb ona verməməsini demişdir. Samirə onun Günaya faiz ödəməyəcəyini bilib Günaydan və ondan xəbərsiz evin küpça sənədini götürüb Qaradağ rayonu Lökbatan qəsəbəsinə gəlməyini tələb etmiş, Günaydan notarial qaydada qəbz almaq istəmiş, lakin notarius bunu təsdiq etməkdən imtina etmiş və bu səbəbdən də Günay Samirəyə 12.000 manat borcunun olmasına dair yazılı qəbz vermişdir. Nəticədə Günay telefonu öz adına götürüb Samirəyə vermişdir. Samirə telefonu əldə edən günün səhəri Günayın yanına gələrək ondan borc pulun ödənilməsini tələb etməyə başlamışdır. Günay bu barədə ona bildirəndə o, Günayın iş yerinə gedib Samirəni gözləmişdir. Samirə gəlmiş və orada onu görən kimi dərhal poliklinikanı tərk etmiş və ona arxadan səslənsə də Günay dayanmayaraq uzaqlaşmağa çalışmışdır. O, Samirəyə çataraq onu saxlatmış və ona onu tanıdığını, nə səbəbə görə sən Günayın yanına gəlib ondan borcun ödənilməsini istədiyini soruşmuşdur. Samirə hirsli halda onu təhqir etmiş və Ayan klinikasına qayıdaraq orada səs-küy salmış, orada onu təhqir edib hədələməyə davam etdiyini bildirmişdir. O, məcbur olaraq oranı tərk etmişdir. Bank onlara istədiyi məbləği götürməsi üçün evin sənədini girov kimi qoyulmasını bildirmişdir. Onlar Samirədən evin sənədini geri istədikdə o, da evin sənədini ona qaytarmışdır. Dekabr ayının sonlarında Bank Respublikadan borc kredit məbləği 13.000 manat pul götürmüş və Samirə ilə əlaqə saxlasa da ona telefonu gətirib qaytarmasını, əvəzində 12.000 manat pulu verə biləcəyini, əlavə telefonun ilkin ödənişinin 1000 manatını da ona verəcəyini demişdir. O, isə əvəzində heç bir vaxtı telefonu qaytarmayacağını və ondan 13.000 manatı tələb edəcəyini bildirmiş və Günay da buna etiraz olaraq DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmiş, araşdırma 22-ci PB-də aparılmış və sonra material Nərimanov RPİ-nə göndərilmişdir. Arvadı Günay, Samirə Heydərovaya heç vaxtı iş birliyi təklif etməmiş və vəd verməmişdir. Samirə borc pulu faizlərini Günaydan almaq məqsədi ilə ona şər və böhtan ataraq güya pulu o, borca deyil, sadəcə olaraq iş birliyi adı ilə Günaya vermişdir. Samirə düşünülmüş surətdə Günayı şərləmək istədiyini bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə birlikdə işlədiyindən, həmçinin, qızını onun yanına masaja apardığından onunla tanışlığı olmuşdur. Eyni zamanda, Samirə xanım da “Ayan” klinikasında ətir satışı ilə məşğul olduğundan onunla da əvvəllər tanışlığı olmuşdur. Bir neçə dəfə qızının müalicəsi ilə bağlı həmin klinikaya, Günay xanımın yanına gedərkən Samirənin Günaydan pulunu tələb etdiyinin, həmin klinikada səs-küy salmasının şahidi olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Samirə sələmə pul verməklə məşğul olur. Hətta onun özünə də lazım olduqda faizlə pul verə biləcəyini təklif etmişdir. Hadisənin nə vaxt olduğunu dəqiq xatırlamır. Lakin, artıq xeyli müddət keçmişdir. Cinayət işinin İ cildinin 25-26-cı vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X4 qarşı törədilmiş dələduzluq hadisəsi ünvan 3 ünvanında yerləşən “Ayan” klinikasında baş verməsi qeydə alınmışdır. Cinayət işinin İ cildinin 51-ci vərəqəsində olan 07 noyabr 2021-ci il tarixdə X7 və Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş 01 vərəqdən ibarət qəbzdən görünür ki, X1 Günay Saleh qızına 12.000 manat nağd pul verməsini və həmin pulu 2022-ci ilin fevral ayında hamısının bütün şəkildə qaytarmaq şərti ilə verdiyini qeyd etmiş, Təqsirləndirilən şəxs da Samirə Heydərovadan 12.000 manat nağd pul aldığını və bütöv şəkildə 2022-ci ilin fevral ayında qaytaracağını imzası ilə təsdiq etmişdir. Həmin qəbzə qeyd olunan şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əlavə edilmişdir Cinayət işinin İ cildinin 155-ci vərəqəsində olan “Şübhəli şəxsin tutulması haqqında” 21 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 174-cü vərəqəsində olan “Maddi ziyanın ödənilməsi haqqında” 23 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs anası X6 iş üzrə zərərçəkmiş şəxs X4 vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə təqdim etdiyi 70 (yetmiş) ədəd 100 (yüz) dollarlıq əskinazlardan ibarət cəmi 7.000 ABŞ dolları və 2 (iki) ədəd 50 (əlli) manatlıqdan ibarət 100 (bir yüz) manat pul müstəntiq tərəfindən sayılaraq götürülmüşdür. Cinayət işinin İ cildinin 175-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 70 (yetmiş) ədəd 100 (yüz) dollarlıq əskinazlardan ibarət cəmi 7.000 ABŞ dolları və 2 (iki) ədəd 50 (əlli) manatlıqdan ibarət 100 (bir yüz) manat pul X7 tərəfindən qəbul edilmişdir. Cinayət işinin İ cildinin 176-177-ci vərəqələrində olan “Təqsirləndiirlən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunması barədə” 23 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 188-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cildinin 16-23-cü vərəqələrində olan “01 ədəd CD formatlı diskin yaddaşına baxış keçirilməsi haqqında” 20 avqust 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd 'kAUD- 20220314-WA0000” adlı faylın 00:26 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının davam edən hissəsində bir nəfər kişi cinsli şəxsin danışığı qeydə alınıb. Belə ki, K : Samirə narahat olma mən sənin pulunu verəcəm ama 13 yox, mən 12 danışmışam səniynən, 12 verəcəm Samirə o, 1000 (min)-i Günaynan danışırsan, çünki mən danışdığımız pulu başa düşdün 13 biz danışmamışıq, biz 12-yə danışmışıq, yaxşı qızım, sən onu şey vəsiqə söhbətini həll elə, mütləq həll elə çünki vəsiqəsi iltizamnamə yazılmır . 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd “AUD- 20220314- WA0001” adlı faylm 01:39 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının davam edən hissəsində bir nəfər kişinin digər kişi ilə danışığı qeydə alınıb. Belə ki, K 1: Mən, nəsə, nəsə, sən o biri qızları çıxart, heç olmasa qohum əqrəba, mən diməmişəmki saxtadır, prosto tut, saxtalıqdadır günah, o telefonu dimişdi bizə hansınan alım, bunlara dedim ki, mən başqa yerdə; K 2: yox elə söhbət yoxdu , qulaq as bidənə, orda qardaşım bidənə, dimə gəliblər ; Q : Mən ora dəvəynən gəlmişəmaa, o nədi elə, mən buları sizə göstərəcəm, buların içində çoxdu məndə video; 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd “AUD-20220314- WA0003'’ adlı faylın 00:27 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının davam edən hissəsində bir nəfər kişinin digər kişi ilə danışığı qeydə alınıb. Belə ki, Q : Muğu, yandığım dediyim buduki, xırda-xırda vermiyim də, bütöv verim, hər qapını döyəndə, sən iki gündü deyəndə, görürsən iki gündü müraciət etmişəm, mən özüm gedib götürüb aparıram, o, az məbləğ deyil, mən məllimə deyirsən ki, məllimə belə bir damcı elə bil gözdə bir xahiş eliyim, gözdəsin bir gətirim verim, gətirim verim rahat olumda məndə qutarım. 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd “AUD-20220314-WA0004’7 adlı faylın 00:33 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının davam edən hissəsində bir nəfər kişinin digər kişi ilə danışığı qeydə alınıb. Belə ki, Q : Hə Günay öylə, elə danışırsan 13000 (on üç min) pul verəcəm sənə, qurban olum, sən mənə pul vermirsən eee öz borcundu verirsən, aldığın puldu qaytarırsan başuva dönüm, bu nə cür danışığdı, 13000 (on üç min) verceyəm sənə, borc alduğun adamlara verirsən, arada qalan mən olmuşam sadəcə, başuva dönüm, elə danışdun ki, elə bil sən elə, maaşdan götürüb mənə hədiyə eliyirsən, bacı elə bil sənün borcundur almısan indi qaytarırsan, hhhhəəə. 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd “AUD-20220314- WA0005” adlı faylın 00:36 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısı qeydə alınıb. Belə ki, Q : Samirə o qədər, 13000 (on üç min) verəjəm mən sənə, elə bil bunu hər diyəndə vermirlər ki, elə bir birinci gündüdə, bu günləri gedirəm bunu bankın nümayəndəsini mən bunu anamın evinə baxsın, orda mənə bir qərar verəceylər ki, mən bu gün götürürəm pulu, ya sabah götürüm pulu, ona görə bir şey eliyərsən, bu gün götürsəm bu gün xəbər edəcəm, yəni az pul deyil, mən pulu verirəm sənə. 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd “AUD-20220314- WA0006” adlı faylın 00:19 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısı qeydə alınıb. Belə ki, K : Gördün mən üzərimə düşəni elədim, sənin 12000 (on iki min)-i verəcəm, ammaa iltizamnamə yazılmasa mən o pulu verə bilməyəcəm axı, onda sənin vəsiqən lazımdır, ; çalış bu vəsiqə işini həll edək ki, sənin pulunu da çatdıra bilim, biz aramızda 12000 min danışmışıq, on iki mini gətirim verim, on iki mində qəpiyinə kimi gəlib sənə çatacaq, narahat olma. K : Hə Günay başuva dönərəm, birincisi arvad bilir ki, sən mənə pulsuz iş verir, mən arvada dedim, sən pulsuz elədiyün işi arvad sənnən alacey, o da ikinciyə qalan yerdə, məni sinədən çıxardan sənin yalannarundı, qurban olum mənn uşağ deyiləm, mən istiyirəm aramızda söz-söhbət olmasın, bilirsən insan kimi, mən göndərdim diyə mən sənə satdım, sən ucuzduğa satırsan, özüdə mən vaxtında qayıdımda evə, yəni qoy biraz götürəy, özüdə narahat olma, mənə elə minnət eliyirsən ki, yəni olmaz belə, sən mənə nə eləsəən onsuzda heş keçmir bular, ərin iki günə səndən diriyib pul istiyəndə, mən az qalıb ki, sənin qapım açmıram dinmirəm, yəni yola verirəm, sənə görə kimlərinsə götünnən öpməyə çalışıram, özü do belə çox olub, yəni düşəndə bunu Gülbadam kimi, 2 manatı 3 manatı, bilmirəm özün çəkirsən qardaşıvın pulunu, mənim adımnan pul alıb verirsən qardaşıva, neynədün sən, qardaşım deyir iki aydır pul göndərir sənə, sənin pulun çatmır, qardaşım deyir sən çəkirsən, mən sakit durmuşam sən məni uje qoyun kimi otarmağa çalışırsan, mən ağzımı açıram sən deyirsən pul yoxdur, ayıb deyil, mən baxıram sən hamının pulunu verməyə çalışırsan 5 manatını üş manatını, bacı konkret borcuvu bağla, konkret, mən ayın 9-da 12- də 1 1-də, konkret ayın 11-də bir, 29-da bir, yanvar ayında konkret borcuvu bağla, uje sən məni yormağa çalışırsan, mən sənin xətrinə, bilirsən sənə görə nə qədər ... çağlamışam, gözünə qaşına süzülə-süzülə camaat içində yəni mənə soxmağıva görə, sən elə hərəkət elədin ağladın, yəni elə bil məcbursan buna, elə bil mən səni zorluyuram buna, Günay sən mənə günlərlə yalvarsan borcunnan çıxa bilirsən, sənin ərinin altına girib ərin sənə borc verir 2 günnən sora diyir pulu qaytar, mən sənə gözün üstə qaşın 1 var demirəm, dedikcə, deyirəm öpüşəciy-görüşəciy, ayıb deyilən bir şey varee ayıbdı. 1 Belə ki. baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd "WhatsApp Audio 2022-01-03 at 15.28.08” adlı faylın 00:41 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : İlə, Günay dedi get qızın qaşını sil, heşnə lazım deyil, özdə usta dedi ki, yəni sənin xətrinə, bax elə sənin xətrinə, onsuzda sənin xətrinə belədi ki, mən orda qaş sildirməzdim, məniynən dirəşdi dedi orda pulsuz silirlər, dedim ona, dedi ona allah canıva deyməsin, vallah incirəm sənnən, mənim ... sənnən incimirəm, mən də Gülbadam kimi qoyursan özünü axırıncı yola, məndə sənin ərin kimi ... eləsəm, yəni mənimdə pulum vaxtı-vaxtında ödənilər. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd "WhatsApp Audio 2022-01-03 at 15.28.09 (1)’' adlı faylın 00:08 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : Nərimanova zada baxırıayee mən yaxçi tanımıram buraları. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd "WhatsApp Audio 2022-01-03 at 15.28.09 (2)" adlı faylın 00:08 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : Günay arvad bilirki sən mənə pul iş görmürsən, arvad dəqiq bilirki sən mənə pulnan iş görmürsən, arvad dedi ki heşnə lazım deyil çıxıb getsin, ama sənin hərəkətlərin məni açmır uje. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd "WhatsApp Audio 2022-01-03 at 15.28.09" adlı faylm 00:30 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : Get, məndə gəlmişəm, burdayam xarabada, vallah tapa bilmirəm, qoy görüm buları tapım görüm mən Könülnən danışım mən inanmıram uje, sənin üçündə dilim-dodağım yanır uje, birazdan çıxım gələm yanaaa, tapammıram Günay nəfəs ala bilmirəm uje, hösələm çıxdı. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd "WhatsApp Audio 2022-01-03 at 15.28.10 (1)" adlı faylm 00:43 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : Heşnə maraqlanarsan gələrəm götürərəm, hər satdığın duxunun 20 manatı sənindi qoy cibivə başuva dönərəm bu günləri mənə lazımdı, birdə qızdan dükannan o kurtkanı götürdüm, başıma pul gəldi, nisyə götürmüşəm olardan, satdaa, əlündə 1-2 qəpiy pulun olsun. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd "WhatsApp Audio 2022-01-03 at 15.28.10 (2)" adlı faylm 01:00 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : Qatışdırmısan o üz bu üz, yoldada boynumnan sürüşüb düşüb harda qalıb, tapsalar deyərsən mənimkidi, inasan qaşına 83 manat pul vermişdim, 45 manat, yada 35 manat, ya 38 ya da 35 manat belə pul verdim, tək kulonuna 83 manat pul verdim, gərək birində alım onnan əlimə pul düşəndə, yəqin orda qarışdırmısız şey eləmisiz, yəqin orda burda harda, kurilkada düşər yəqin, orda düşsə tapacığ, ama yolda düşsə day getdi. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd "WhatsApp Audio 2022-01-03 at 15.28.10" adlı faylm 00:07 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : saxlıyırdım, dünənnən başım ağrıyır hələ sağalmamışam. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd WhatsApp Audio 2022-01-03 at 15.28.11 (1)” adlı faylın 01:36 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : Günay o kulçanı satmısan pulunu verməmisən, sən uje görürəm başqa cür danışırsan, yəni ərün qəşəy öyrədir səni, mənim beynimi oynatmayın aa, allah şahiddir ki nervimnən oynayırsan, sən mənim adımdan qardaşunnan pul alıb yeyirsən, qardaşının artım alıb qoyursan, ayda pul alırsan 300 manat, bütün danışıqlar durub gətirim gör, sən neynirsən, qardaşın elə bilir mənə pul gətirib verirsən, sən mənim beynimnən oynıyırsan, sənin ərün nalayiq hərəkətlər edib əl-qol atdı dinmədim, Günay borcuvı ödə, Günay borcuvı ödə. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd WhatsApp Audio 2022-01-03 at 15.28.11 (2)” adlı faylın 00:07 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : Sabahın xeyir necesən, yaman başım ağrıyır bu gün. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd WhatsApp Audio 2022-01-03 at 15.28.12 (2)” adlı faylm 00:42 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : Günay sən məni tanıyırsan, mənnən pul almısan, mənə pulu alıb verəceysən, indi onnan pul almısan, sən mənnən pul almısan əlbə-əl, gətirib mənnən alıceysan pulunu, əlbəəl sənəddə məndən alacey pulunu, kiminsə sənədini oyana-buyana eliyər adamın ..., hansı zəmanədi kiminsə sənədini. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd WhatsApp Audio 2022-01-03 at 15.28.12” adlı faylm 01:33 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə dilir. Belə ki, Q : Prosta mənə əvvəlcədən denən, yoldaşın deyəndə, özü gələ bilməsə işi olsa, Nərimanov da polis dostlar var, göndərəcəm ki, pulu onlar götürsün, orda mənim qohumlarım var, yoldaşımın dosdarı var, yoldaşıma zəng eliyib deyiblər, tapşıracağ ki, pulu götürəndə orda olsunlar, pulu götürəndə yanında olsunlar, uşağlara demişəm Nərimanovun uşağlarına orda olsunlar başına iş gələr, birdə duxunu gör istiyən var? Heşnə Günay. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd WhatsApp Audio 2022-01-03 at 15.28.13 (1)12” adlı faylın 00:03 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : aa bacı. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd WhatsApp Audio 2022-01-03 at 15.28.13 (2)” adlı faylm 00:27 saniyə davam etdiyi ıüəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : ay Günay ... məni qatmayın, məni arada qoymağa haqqın yoxdu sənin, mənimlə razılaşıb söz danışırsan, indi məni arada qoymağa haqqın yoxdu sənin, görüm indi neynirəm mən, birinci gün deyə, birinci gün, sən xalxın pulunu verirsən ki, pul söhbəti eliyəsən sən. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd "WhatsApp Audio 2022-01-03 at 15.28.13” adlı faylm 00:27 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q: Günay mənə maraxlı deyil ki, 50 min yada 60 min verib, məni natariusa aparırsan deyirsənki sən ged kurtkanı gətir, bilmirəm eee sən ərünnən nə oyun qurmusan, Günay mən bu oyunnara gedən deyiləm, ged pulunu ver xalxın borcunu bağla. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd “WhatsApp Audio 2022-01-03 at 15.28.14 (1)” adlı faylın 00:26 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : Günay mən kişənnən qoxmuram, Elşən mənnən qorxur, sən nə danışırsan, sən nə danışdığlarva fikir verirsən, mən Elşənən qorxmuram ama Elşən mənnən qorxsa yaxşı olar, onnansa sabah ayın 14-ü axırıncı günündü, sabah axırıncı günündü. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd "WhatsApp Audio 2022-01-03 at 15.28.14 (2)” adlı faylın 00:13 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : Mən özüm sənin yerivə qoya qoya, sən naxaq o pulu qoyursan mənim boynuma, mən özüm sənin yerinə qoya-qoya sən bu qədər yükləmisən məni. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd "WhatsApp Audio 2022-01-03 at 15.28.14” adlı faylm 00:22 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : Sən istiyirsən yığım sənin ərinin ..., sən istiyirsən bu dəyqə yığım 102-yə, sən yenə keçən dəfəki söhbətə gətirib çıxarırsan, ..., bu danışığıva görə. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd 'WhatsApp Audio 2022-01-03 at 15.28.15 (1)” adlı faylın 00:23 saniyə davam etdiyi nüəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə idilir. Belə ki, Q : Sən ged anavın evini qoy, qardaşıvın evini qoy 20000 minivi götür, uje mənim, mən saba gələcəm sənin iş yerivə görüm nə söhbət edirsən məynən. Belə ki. baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd WhatsApp Audio 2022-01-03 at 15.28.16 (1)” adlı faylın 00:52 saniyə davam etdiyi nüəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə dilir. Belə ki. Q : Günay mən ona ötən ayın faizini demişdim də bu ayın faizini deməmişdim ki, indi kişi kimi danışda Günay, mən sənə dedim ki, yanvar ayında sənə demişdim bu ayın faizini o şey eliyirdi, xalx pulunu dövriyyəyə buraxır, vermir ki, üstünnən su içib gedey, mən sənə dedim ki, qoymaram sənnən 1 faiz pul ala, ama bu ayın faizi işdənildi. Günay, yəni haqqına danış, mən sənin tərəfindəyəm, sən nə desən onu eliyirəm, ama düz danış. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd "WhatsApp Audio 2022-01-03 at 15.28.16 (2))” adlı faylın 00:33 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : Sən elə ilk vaxtdan deyirdin vermiyəcəm, indi də qoy bari işimi görüm, vaxtında pulunu ver görüm, sən o günün dedin ki, pulunu verəcəm, o gün aylığını ödəyəcəm, səs atım indi qulaq asasan, mən həmişə deyirəm əsəbləşməyim diyən, ama sən həddini aşırsan, razılaşmayardın, özün razılaşırsan məni zibildə qoyursan. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd "WhatsApp Audio 2022-01-03 at 15.28.17 (1)” adlı faylın 00:28 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : Sənin gəzmədiyin bank qalmayıbsa, mənimdə yesirim çıxıbe ortalıqda, sən indi oturubsan mən burdan gedəcəm Ələtə, indi 28-dən gedən uşağı atam evimə, təkrar çıxım gedəm Ələtə bu gecə, başuva dönüm mən az əziyyət çəkmirəmeee, sən məni orta da qoyursan, mənim 10 minniy qızılım ortada var ee sən nə danışırsan. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd "WhatsApp Audio 2022-01-03 at 15.28.17 (1)” adlı faylın 00:28 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : Mən qoymuram, bu adam deyir puluvu götür get, pulu götürən adam deyir gəlsin pulunu versin, pulu 1 saatın içində alsın versin, sən nə uzadırsan, sən nə fırladırsan, yola verir deyir, pul götürən adam deyir gəlsin 45 dəqiqəyə pulu verirüy. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd "WhatsApp Audio 2022-01-03 at 15.28.17 (2)” adlı faylın 01:31 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, K. : Ay gecikmə var, ay nəbilim ödənilmir, pul başqasına çatır, elə bir söhbətdər olmasın ; Q : Məllim mən elə bildim ki, özü verməy istəmir yubadır ; K: Bunnan qabaq Nərimanovda işi olub yubadır, siz o xanımı götürüb gəlirsiz banka, işə baxıldı ya yox, Q : Biz indi gətirsey o xanımı, bu gün həll eliyə biliriy o məsələni ? K : insan var bir aya da həll eləməy var , o baxır işin gedişatına, insan var deyir mənə yarımsaata kredit lazımdı, prosta o sənədlə lazımdı, filan sənədlər lazımdı, deyirsən gəl götür buyur, insan var məsəlçün bizim vaxtımız olmur, Q : Yoxee, sənədlər var eeee dediyinə görə, K : Deyirdə indi, yenə də mən birdə baxaram, filialla danışım görüm məsələ nə yerdədi, diyərsən ki, Tural baxır, Nərimanovda, onu xitam eliyib görüm danışa bilərəm, Q : Çox xahiş eliyirəm Aslan məllim, görün alınırsa mən taksiyə oturub gəlim gedəcəm onun dalınca, K : Yaxşı, Q : Sizdən xəbər gözdiyirəm, K : Yaxşı. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd "WhatsApp Audio 2022-01-03 at 15.28.17” adlı faylm 00:32 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : Oktyabrdan 1-2 gün gözdədiin, sən məni daramısan, sən mənim həyatımı alt-üst elədin, sən məni özüvün yanında özün kimi yaltaq elədün, sən nə istiyirsən məndən, sən nə istiyirsən məndən, pulumu qaytar, birinci gün dedin, iki elədin, üç elədin, dörd elədin, beş elədin, sən məni .... Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd "WhatsApp Audio 2022-01-03 at 15.28.18” adlı faylın 00:16 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : Sən ərünnən məni səf salma, axırıncı birinci olsun mənnən bu səs tonuynan danışasan, sənin səs tonuvu dibinnən kəsdirərəm, o ərünnən məni səf salma, ağıllı ol, ağlıvı yerinnən alaram sənin. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd “WhatsApp Audio 2022-01-03 at 15.29.39” adlı faylın 00:20 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : O səsi də atmıyanın lişni ölüsünə nələt, balam ölsün mənnən incimə, balam ölsün mənnən incimə, keçən dəfə məni 102-nən hədələdün, sən məni polisdə dirəmişdün, sən məni hədələdiiiiin, indi yenə 102 adı çəkirsən atmıyanın ölüsünə lənət. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd "WhatsApp Audio 2022-01-03 at 15.29.40 (1)” adlı faylın 00:10 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : İndi mən sənin anavı yığım, səynən sənin anavın evinə gedim, sənin anava yediyin ... danışım, sənə anavın yediyin ... danışım səndə bax. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd "WhatsApp Audio 2022-01-03 at 15.29.40” adlı faylın 00:28 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : Mən səni hədələmirəm, belə canıvı da alıram, az pulumu gətir ver, sən yaxşı qadın olsaydın ərünnən xəbərin oleydi, gətir mənə pulumu ver, ərimi salıb dalımca, onnarın paqonundan istifadə edib qadının qolundan tutub, o, səsdəri sənin gözüvə soxarameee az. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd “WhatsApp Audio 2022-01-03 at 15.29.42 (1)” adlı faylın 01:16 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : Samirə bu ayın faizi 2400-dü, 9000 min keçən ay idi qızım, at səsdər bax, dekabr bir ayın içərisində 12000 oldu, 300-400-nü artıqlamasıynan qoy əlivi üreyivin üstünə denən ki səf deyirsən, onun artıq istəməyə zadı yoxdu, o yenə deyirəm çıxarmaqdan ötrü, anamın evinin kupçası köhnədi, o pulu çıxarmaqdan ötrü heç olmasa gözlə keçən ayın pulu çıxsın, dabro versə gedəriy kupçanı bankın adına keçirəriy. Belə ki. baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd “WhatsApp Audio 2022-01-03 at 15.29.42” adlı faylın 00:18 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : Gedirəm Xatirə gilə, gedirəm şəkilləri çəkəm atam, onsuzda bütün qanımı qaraltdı, gedim şəklini çəkəm atam. Belə ki, baxış zamanı 01 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 01 ədəd "WhatsApp Audio 2022-01-03 at 15.29.43” adlı faylın 00:18 saniyə davam etdiyi müəyyən edildi. Həmin 01 ədəd fayl açıldıqda səsyazısının qeydə alındığı müşahidə edilir. Belə ki, Q : Keçən ayın faizi 12 min oldu, sən bir düşündə, sən bir düşün ay Xatirə, sənin noyabrda 9000 borcun olanda, dekabrda 12000, mən bunun dalınnan qaçmıram, sən mənim dalından qaçmıram, 1 aya 2 dəfə faiz olur aa bajı, day 12000 pulunu bu hara istiyir, qoy yanvara uzansın yanvarda verəy faizini, nəisə ged danış oynan gör kupçanı ala bilsənsə al, gətir oğlana göstərim görüm nə deyir, Elşən sən mən gedirüy evi keçirirüy bankın adıma pulu götürürəm verirəm sənə, yoxsa bu söhbət uzanajaxdı. Beləliklə də. 01 ədəd CD formatlı diskə baxış keçirilərək yekunlaşdırıldı. Yuxarıda qeyd olunan danışıqlarla X11 Heydərova arasında mütamadi olaraq aralarında yaranmış münasibətlər zəminində pulun qaytarılması və sair mövzuda söhbətlərin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin danışıqların, səslərin onun və Samirə Heydərovanın olduğunu bildirdi. Cinayət işinin İİ cildinin 148-ci vərəqində olan “Azercell və Bakcell MMC-dən daxil olmuş məlumatlara baxış keçirilməsi haqqında” 12 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il 17898 saylı məktuba əlavə edilmiş 01 ədəd DVD-diski HP- markalı kompyuterə yerləşdirilərək həmin diskdəki məlumatlar nəzərdən keçirildi. Həmin məlumatlardan görünür ki, zərərçəkmiş şəxs X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrəyə bir dəfə zəng olunduğu aşkar edilmişdir. Mobil telefon zənglərinə dair diskə köçürülmüş məlumatlar A-4 vərəqlərinə çıxarış şəkilində köçürülərək protokola əlavə edildi. Bundan sonra, Bakcell” MMC-dən daxil olmuş 05 oktyabr 2022-ci il 13716/22 saylı məktuba əlavə edilmiş 01 ədəd DVD-diski HP-markalı kompyuterə yerləşdirilərək həmin diskdəki məlumatlar nəzərdən keçirildi. Baxış zamanı zərərçəkmiş şəxs X2 istifadəsində olan 055- ***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 8-dəfə, ***-***-**-** saylı mobil nömrəyə 15 dəfə zənglərin edilməsi qeydə alınmışdır. ***-***-**-** saylı mobil telefon nömrəsində SMS-lər müəyyən edisə də, onların Təqsirləndirilən şəxs istifadəsində olan həmin nömrələrlə əlaqəsi olması müəyyən edilməmişdir. Mobil telefon zənglərinə dair diskə köçürülmüş məlumatlar A-4 vərəqlərinə çıxarış şəkilində köçürülərək protokola əlavə edildi. Zərərçəkmiş şəxs X2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə Samirə Heydərovanın istifadəsində olmuş "xxxx" MMC-dən ***-***- **-** mobil nömrəsin bir dəfə, "xxxx" MMC- ***-***-**-** saylı mobil telefon nömrəsinə 8dəfə, ***-***-**-** saylı mobil nömrəyə 15 dəfə zənglərin edilməsinə dair çıxarışlar və iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edildi. Cinayət işinin İİ cildinin 154-164-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi barədə” 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X7 ilə Təqsirləndirilən şəxs arasında tərtib edilmiş pulun verilməsinə və qaytarılmasına dair bir vərəqdə olan yazılı qəbzin, mobil telefon vasitəsi ilə aparılmış yazışmalar və "xxxx" MMCdən və "xxxx" MMC-dən daxil olmuş mobil telefon danışıqlarına dair məlumatlarla bağlı dair çıxarışların maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, həmin müqavilə "xxxx" MMC və Təqsirləndirilən şəxs arasında bağlanmışdır. Həmin müqavilə ilə bir ədəd “İphone 13 Pro Max” telefonun alqı-satqısına dair tərəflərin öhdəlikləri müəyyən edilmişdir. Məhkəməyə xx.xx.2022-ci il tarixdə zərərçəkmiş şəxs X7 tərəfindən təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş mülki iddia ərizəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ondan ələ keçirilmiş 22.000 (iyirmi iki min) manat pul vəsaitindən qalan 10.000 manat hissəsini, telefon almaq məqsədi ilə ona ödətdirdiyi 1050 manat pul vəsaitini, dövlət rüsumu qismində ödənilmiş 124 manat, cəmi 11174 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş X10 verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, 124,00 (bir yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəməyə xx.xx.2023-cü il tarixdə zərərçəkmiş şəxs X2 vəkili Nümayəndə tərəfindən təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş mülki iddia ərizəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ondan ələ keçirilmiş 22.000 (iyirmi iki min) manat pul vəsaitindən qalan 10.000 manat hissəsini, telefon almaq məqsədi ilə ona ödətdirdiyi 1050 manat pul vəsaitini, mənəvi zərərə görə 10.000 manat, dövlət rüsumu qismində ödənilmiş 154 manat, cəmi 21184 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş X10 verilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, 30,00 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəməyə müdafiə tərəfindən təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 42 vərəq “whatsapp” yazışmalarına dair mobil telefondan köçürülmüş çıxarışlara və əlavə edilmiş 03 ədəd səsyazmaları əks etdirən diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin yazışmalar və danışıqlar Təqsirləndirilən şəxs ilə Samirə Heydərova arasında aparılmışdır. Məhkəmə istintaqı zamanı həmin yazışmalara dair mobil telefondan köçürülmüş çıxarışlara və ona əlavə edilmiş 02 ədəd səsyazmaları əks etdirən diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs X7 arasında mobil telefonun “whatsapp” proqramı ilə mütamadi olaraq yazışmalar və danışıqlar aparılmışdır. Həmin yazışmalardan və danışıqlardan X15 Süleymanovadan ona vermiş olduğu pulların geri qaytarmasını israrla tələb etdiyi müəyyən edilir. Məhkəməyə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq İdarəsinin rəisi Bəkir Qarayev tərəfindən ünvanlanmış və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-13-50/2-5719 nömrəli məktuba əlavə edilmiş mobil telefon vasitəsi ilə aparılmış telefon danışıqlarını əks etdirən 01 ədəd diskdən görünür ki, Samirə Heydərova ilə Təqsirləndirilən şəxs arasında aparılmış həmin danışıqlarda X15 Süleymanovadan ona vermiş olduğu pulların geri qaytarmasını israrla tələb etdiyi müəyyən edilir. Məhkəmədə digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə, müdafiə tərəfinin Samirə Heydərovadan aldığı pulların müqabilində onunla birgə iş birliyi yaratmaq, gözəllik salonuna avadanlıqlar almaq və sair vədlər verməklə, sonuncunu aldatmaq və onun pulunu ələ keçirmək niyyəti olmadığını, ondan almış olduğu pulları faizlə borca aldığını, ona olan borcunun 22.000 manat deyil 12.000 manat olduğunu, almış olduğu pulları faizləri ilə bərabər ona qaytardığını, Samirə Heydərovaya qarşı dələduzluq etmədiyinə dair irəli sürdüyü dəlillərə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Samirə Heydərovadan pulların borca faizlə deyil, sonuncuya gözəllik salonunda iş birliyi yaratmaq, avadanlıqlar almaq məqsədi ilə alındığı müəyyən edilmişdir. Beləliklə, zərərçəkmiş şəxsdən pul vəsaitlərini borc alarkən Təqsirləndirilən şəxs bunları qaytarmaq məqsədi güdmədiyi müəyyən edilmişdir. Bu hal istintaq materialları ilə yanaşı, həmçinin, müdafiə tərəfindən təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 42 vərəq “whatsapp” yazışmalarına dair mobil telefondan köçürülmüş çıxarışlar və əlavə edilmiş 03 ədəd səsyazmaları əks etdirən disk, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq İdarəsinin rəisi Bəkir Qarayev tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş mobil telefon vasitəsi ilə aparılmış telefon danışıqlarını əks etdirən 01 ədəd disk və digər sübutlarla müəyyən edilir. Məhkəmə, həmçinin cinayət işinin İİ cildinin 44-45-ci vərəqələrində olan “Mobil telefon vasitəsi qeydə alınmış yazışmalara baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolun sübutedici əhəmiyyətinə münasibətdə qeyd edir ki, həmin protokol iş üzrə sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. “Mobil telefon vasitəsi qeydə alınmış yazışmalara baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol isə məhkəmə istintaqında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin protokol müstəntiq tərəfindən təqsirləndirilən şəxs və müdafiəçinin iştirakları ilə tərtib edilsə də, nə müstəntiqin, nə də tərəflərin imzası ilə təsdiq edilməmişdir. Bu səbəbdən həmin protokol prosessual qanunvericiliyin tələblərinin pozulması ilə alındığından əldə olunmasının qanuniliyinə görə, yəni mümkünlüyü baxımından sübut kimi qəbul edilən deyildir. Beləliklə, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyandan 12000 manat hissəsinin ödənilməsini, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan - zərərçəkmiş şəxs X7 ilə Təqsirləndirilən şəxs arasında tərtib edilmiş pulun verilməsinə və qaytarılmasına dair bir vərəqdə olan yazılı qəbz, mobil telefon vasitəsi ilə aparılmış yazışmalar və "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş mobil telefon danışıqlarına dair məlumatlara dair çıxarışlar və telefon danışıqlarına dair 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) X7 mülki iddia verərək, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ondan ələ keçirilmiş 22.000 (iyirmi iki min) manat pul vəsaitindən qalan 10.000 manat hissəsini, telefon almaq məqsədi ilə ona ödətdirdiyi 1050 manat pul vəsaitini, mənəvi zərərə görə 10.000 manat, dövlət rüsumu qismində ödənilmiş 154 manat, cəmi 21184 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Məhkəmə, iddia tələbinin mənəvi ziyana görə 10.000 manat ödənilməsinə dair hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı tələb etdiyi məbləğin hansı qaydada hesablanması və nəyə əsaslanması məhkəmə araşdırması zamanı sübut edilməmiş və həmin halları təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən iddianı təsdiq edəcək sübutları məhkəməyə təqdim etmək, yəni qeyd etdiyi halları sübut etmək bir mənalı olaraq iddiaçının vəzifəsidir. Bu baxımdan mülki iddia tələb edilən mənəvi zərərlə bağlı pul məbləğində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Beləliklə məhkəmə hesab edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) X2 mülki iddiası qismən təmin edilməli, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 11.174 (on bir min yüz yetmiş dörd) manat məbləğində vəsait tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) X2 xeyrinə ödənilməli, iddia tələbinin mənəvi ziyana görə hissəsinə dair ödənilmiş 30 (otuz) manat dövlət rüsumu mülki iddiaçıya aid edilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi gün) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - zərərçəkmiş şəxs X7 ilə Təqsirləndirilən şəxs arasında tərtib edilmiş pulun verilməsinə və qaytarılmasına dair bir vərəqdə olan yazılı qəbz, mobil telefon vasitəsi ilə aparılmış yazışmalar və "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş mobil telefon danışıqlarına dair məlumatlara dair çıxarışlar və telefon danışıqlarına dair 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 11.174 (on bir min yüz yetmiş dörd) manat məbləğində vəsait tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) X2 xeyrinə ödənilsin, iddia tələbinin mənəvi ziyana görə hissəsinə dair ödənilmiş 30 (otuz) manat dövlət rüsumu mülki iddiaçıya aid edilsin, mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar