Məhkəmə qərarları › İş №1(005)-72/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-72/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-72/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1992-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, "xxxx" MTK-da satış meneceri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni xidmət vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş, eyni zamanda zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir. Belə ki, 01 mart 2021-ci il tarixdən – 03 aprel 2023-cü il tarixədək olan dövrdə Bakı şəhərinin Nərimanov rayonu ərazisində, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 31 mart 2017-ci il tarixdə qeydiyyatdan keçmiş "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN № **********) icraçı direktoru vəzifəsində işləyərkən MTK tərəfindən həvalə edilmiş əmək funksiyalarına əsasən kooperativin istehsalat sahəsində işləri təşkil etmək, görüləcək işlərin planlaşdırılmaq və nəticələri barədə kooperativin sədrinin məlumatlandırmaq, tikinti sahəsində maddi-məhsul şəxslərə, bütün işçilərə görüləcək işlərlə bağlı sərbəst sərəncam vermək və işçilərin məsul olduqları vəzifələrinin yerinə yetirilməsinə nəzarət etmək, kooperativin inşa edəcəyi çoxmərtəbəli yaşayış binasında istifadə olunan mal-materialların, ləvazimat və avadanlıqların təhcizatını təşkil etmək səlahiyyətlərinə malik olan, o cümlədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 saylı qərarı ilə təsdiq edilmiş «Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğusu»na əsasən cavabdeh olan təşkilatı-sərəncamverici funksiyaları həyata keçirən vəzifəli şəxs kimi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 21 avqust 2020-ci il tarixli, 163 №-li sərəncamına əsasən MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, ünvan 3 ünvanlarında yerləşən sahədə 0.72 ha torpaq sahəsində daşınmaz əmlak mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyinin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında sökülüb yerində müasir tipli çoxmərtəbəli və çox mənzilli yaşayış binasının inşası aparılan zaman özü və üçüncü şəxs, yəni təmsil etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* çıxarışa əsasən ümumi sahəsi 58.7 kvadratmetr və 3 (üç) otaqdan ibarət olmaqla 20 kv.m sahəsi Zərərçəkmiş şəxs, 22.7 kv.m sahəsi Şahid2, 16 kv.m sahəsi isə X7 məxsus olduğu göstərilsə də, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 02 mart 2012-ci il tarixli, **********62-05101-093003 reyestr №-li “daşınmaz əmlakın texniki pasportu”na əsasən faktiki olaraq ümumi sahəsi 111.2 kvadratmetr və 3 (üç) otaqdan ibarət olmaqla 38.07 kv.m sahəsi Zərərçəkmiş şəxs, 40.47 kv.m sahəsi Şahid2, 32.67 kv.m sahəsi isə X7 məxsus yaşayış sahəsi kimi istifadə olunan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində yerləşən 41-ci evin 25 №-li mənzilin sökülməsi barədə mülkiyyətdə payları olan Şahid2 və 22 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində “ürəyin kəskin işemik xəstəliyinin digər formaları” səbəbindən vəfat etmiş X4 vərəsəsi olmaqla arvadı Şahid1 razılığı olsa da, mülkiyyətdə payı olan Zərərçəkmiş şəxs razılığı və qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarı olmadığını bildiyi halda, bunu söküntü işini aparacaq işçilərdən gizlətməklə əvvəlcədən planlaşdırdığı vahid qəsdə uyğun olaraq, törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişə maddi ziyan vuracağına səbəb olacaq ictimai-təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, 22 fevral 2023cü il tarixdən – 23 fevral 2023-cü il tarixədək olan müddət ərzində MTK-nın işçiləri tərəfindən söküntü işləri aparılarkən fərdi sahibkar olmaqla tikililərin sökülməsi və söküntülərin daşınması üzrə xidmət göstərilməsinin həyata keçirilməsi məqsədilə 22 sentyabr 2022-ci il tarixdə MTK ilə aralarında “söküntü işlərinin aparılması üzrə” müqavilə bağlanmış və onun niyyətindən məlumatı olmayan Şahid3 işçisi olmaqla onun göstərişlərini yerinə yetirən Şahid4 həmin mülkiyyətçilərlə onlara məxsus tikilinin sökülməsi ilə bağlı razılığın əldə edildiyini yalandan bildirib öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əvvəlcədən planlaşdırdığı vahid niyyətə uyğun olaraq, Zərərçəkmiş şəxs, Şahid2 və Bəşir Cəfərova məxsus ümumi sahəsi 111.2 kvadratmetr olan yaşayış sahəsi kimi istifadə olunan, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində yerləşən 41-ci evin 25 №-li mənzili də sökülən obyektlərin siyahısına daxil edib qəsdən sökülməsinə nail olaraq Zərərçəkmiş şəxs mülkiyyətdə payı olmaqla faktiki sahib olduğu 71457,39 manat dəyərində mənzildən istifadə, yəni əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, eyni zamanda vahid qəsdlə Zərərçəkmiş şəxs aid həmin mənzilin 38.07 kv.metr sahəsinin sökülməsinə dair razılığın olması barədə rəhbərlik etdiyi hüquqi şəxsin söküntü işlərini yerinə yetirən və onun cinayətkar niyyətindən məlumatı olmayan işçilərdə yalnış fikir formalaşdırmaqla onların vasitəsilə qeyd olunan mənzilin sökülməsinə nail olaraq, Zərərçəkmiş şəxs ümumillikdə 71457,39 (yetmiş bir min dörd yüz əlli yeddi manat otuz doqquz qəpik) manat məbləğində, yəni külli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, o, ev sökülən zaman "xxxx" MTK-nın icraçı direktor vəzifəsində işləmişdir, hazırda isə o, MTK-nın sədri vəzifəsində işləyir. Evin sökülməsinə dair göstərişi o, vermişdir. Söküntünü podratçı şirkət həyata keçirmişdir. Əməlindən peşmandır. Yekunda məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, söküntü işləri aparılmasına dair məhkəmə qərarı olmamışdır. İcra Hakimiyyətinin sərəncamı olmuşdur. Zərərçəkmiş şəxsin razılığı alınmışdır, onun anasına və qardaşına iki ədəd mənzil verilmişdir. Şirkətə gələn malları qəbul etmək, onlara nəzarət etmək, işçilərə nəzarət etmək onun səlahiyyətinə aiddir. Zərərçəkmiş şəxsin narazılığından onun məlumatı olmamışdır, düşünür ki, söküntü vaxtı zərərçəkmiş şəxs etiraz etməmişdir. Podratçı şirkətin rəhbərinin adını bilmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bir neçə illərdir ki, ağır dərəcəli “Hepatit-C” xəstəliyindən əziyyət çəkir. Anadan olandan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 41 ünvanında yaşamışdır. 2014-cü ildə həyat yoldaşından ayrıldıqdan sonra həmin mənzildə tək yaşamış, həmçinin əvvəllər sözü gedən mənzildə qardaşları X8 və Şahid2 qeydiyyatda olsalar da, sonradan sözü gedən mənzilin çıxarışı dəyişilməklə yeni reyestr çıxarışı verilmişdir. Mənzilin çıxarışına əsasən həmin mənzilin 16 kv.m mərhum atası Bəşir Cəfərovun, 22.7 kv.m sahəsi Şahid2, 20.0 kv.m sahəsi isə onun adına qeydiyata alınmışdır. "xxxx" MTK tərəfindən təxminən 4 il bundan öncə ona məxsus mənzilin yerləşdiyi ərazidə çoxmərtəbəli yeni binanın tikiləcəyini bildirilmişdir. 2022-ci ilin may ayında isə MTK-nın nümayəndələri onu və orada mənzilləri olan şəxsləri ofisə dəvət edərək onlarla danışıqlar aparmağa başlamış, danışıqlar zamanı isə 41 saylı evdə yerləşən onlara məxsus mənzillərin sökülməsi müqabilində orada tikiləcək binadan mənzillərin veriləcəyini bildirmişlər. Belə ki, onlara məxsus mənzillərin sökülməsi müqabilində MTK tərəfindən mənzilin sahəsindən 20% artıq kv.m təmirli mənzilin verilməsi nəzərdə tutulmuşdur. Həmin vaxt bəzi sakinlər razılaşmış və müqavilələr bağlayaraq mənzillərini təhvil vermişlər. 2022-ci ilin yay aylarından - 2023-cü ilin fevral ayınadək olan müddət ərzində demək olar ki, MTK tərəfindən həmin 41 saylı evdə yerləşən mənzillərin əksəriyyətinin sahibləri ilə razılıq əldə edilərək sökülmüş, lakin o və orada digər iki mənzil sahibi ilə razılıq əldə edilmədiyindən onlara məxsus mənzillər sökülməmişdir. Həmçinin MTK nümayəndəliyi ilə onun arasında razılıq əldə edilməsə də, o cümlədən o, MTK nümayndələri tərəfindən təhdid olunsa da, sonuncular ona məxsus mənzili razılıq əldə edilmədiyi təqdirdə, geci - tezi sökəcəklərini bildirmişlər. Buna baxmayaraq isə o, həmin mənzildə yaşamağa davam etmişdir. xx.xx.2023-cü il tarixdə MTK nümayəndələri olan Vüsal və Elnur, həmçinin bildiyi qədəri ilə iş icraçısı olan Cəmil evin həyətinə gələrək yenidən onu və orada mənzilləri sökülməmiş digər qonşuları təhdid edərək dedikləri şərtlərlə razılaşmağı söyləmiş, o cümlədən, razılaşmadıqları təqdirdə mənzildə yaşadıqları halda mənzillərinin sökəcəklərini bildirmişlər. Onun yaşadığı ümumi sahəsi 58.7 kv.m olan 25 №-li mənzil paylı mülkiyyət olmaqla mənzilin çıxarışına əsasən həmin mənzilin 16 kv.m mərhum atası Bəşir Cəfərovun, 22.7 kv.m sahəsi Şahid2, 20.0 kv.m sahəsi isə onun adına qeydiyyata alındığından, o, MTK nümayəndələri ilə mənzilin sökülməsi ilə bağlı razılıq əladə etməsə də, onun iştirakı olmadan MTK rəhbərliyi ilə qardaşı Sərxan və mərhum atasının varisi kimi çıxış edən anası Şahid1 ilə danışıqlar aparılaraq sonuncularla fevral ayının ortalarında müqavilə bağlanılmış, yəni mənzilin sökülməsi müqabilində MTK ilə mənzilə dair payları üzrə orada tikiləcək binadan mənzilin verilməsi ilə bağlı razılıq əladə edərək bununla bağlı aralarında müqavilə bağlanılmış, lakin mənzildə onun çıxarış üzrə payı olsa da, o cümlədən o, həmin mənzildə yaşayaraq sözü gedən mənzil ona məxsus olsa da, o MTK ilə hər-hansı razılıq əldə etməmişdir. MTK tərəfindən ona məxsus mənzil qanunsuz olaraq sökülmüşdür. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onların yaşadıqları ünvan 4 ünvanı qəzalı vəziyyətdə olmasa da köhnə tikili olmuşdur. "xxxx" MTK tərəfindən onlara məxsus mənzilin yerləşdiyi ərazidə, yəni Nərimanov rayonu, Xətai prospektində olaraq çoxmənzilli yaşayış binasının tikintisi nəzərdə tutulmuş, bu səbəbdən də, həmin MTK tərəfindən ərazidə yerləşən 39 saylı evin mənzil sahibləri ilə razılaşdırılaraq sökülmüşdür. Həmçinin həmin ərazidə MTK tərəfindən 16 mərtəbəli yeni yaşayış binası tikilmişdir. Bundan əlavə 2021-ci ilin sonlarında MTK əməkdaşları tərəfindən onların yaşadıqları 25 №-li mənzilin yerləşdiyi 41 saylı evin mənzillərinin ölçülməsinə başlanmışdır. O cümlədən həmin vaxt MTK tərəfindən onların yaşadıqları 25 №-li ev də ölçülmüş, onların yaşadıqları mənzilin ümumi sahəsi reyestr çıxarışına əsasən 58.7 kv.m olmaqla, eləcə də, paylı mülkiyyət olmaqla mənzilin 16 kv.m mərhum həyat yoldaşı Bəşir Cəfərovun, 22.7 kv.m sahəsi doğma oğlu Şahid2, 20.0 kv.m sahəsi isə ögey oğlu Zərərçəkmiş şəxs adına qeydiyyata alınmışdır. Mənzilin resyestr çıxarışına əsasən ümumi sahəsi 58.7 kv.m olmasına baxmayaraq, mənzil 6 otaqdan ibarət olmaqla, mənzilin texniki pasportuna əsasən yaşayış sahəsi 64.5 kv.m, ümumi sahəsi isə 111.2 kv.m olmuşdur. Həmçinin MTK tərəfindən onların yaşadıqları mənzilin sahəsi ölçülən zaman mənzilin ümumi sahəsi təxminən 122 kv.m kimi nəzərə alınmışdır. MTK tərəfindən onların yaşadıqları binada mənzilləri olan sakinlərlə demək olar ki, razılıq əldə edilmiş və mənzillərinin sökülməsi müqabilində həmin ərazidə tikiləcək binadan yeni mənzillərin verilməsi ilə bağlı müqavilələr bağlanmışdır. 17 fevral 2023-cü il tarixdə MTK ilə aralarında müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən MTK tərəfindən onlara 2 ədəd 65 kv.m təmirli mənzilin verilməsi, o cümlədən tikinti gedən müddət ərzində onlara aylıq olaraq 300.0 manat kirayə pulunun verilməsi nəzərdə tutulmuşdur. Onlar MTK ilə müqavilə bağlasalar da, lakin Həsən MTK ilə razılıq əldə etməmişdir. 2023-cü ilin fevral ayının sonlarında isə onlara məlum olmuşdur ki, Həsənlə MTK arasında razılığın əldə olunmamasına baxmayaraq yaşadıqları sözü gedən mənzil MTK tərəfindən sökülmüş, bundan sonra isə Həsən razılığın əldə edilməyib, mənzilin sökülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, "xxxx" MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən onların obyektində söküntü işləri aparmışlar. Artıq bütün sakinlərlə razılıq əldə olunmuş və onlar öz evlərini tərk edib çıxmışlar, orada yaşayan yalnız zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs idi. Söküntü aparılan günü isə Zərərçəkmiş şəxs MTK tərəfindən otelə yerləşdirilmişdir. Şirkət həmin obyektin razılığı ilə orada söküntü aparmışdır. O, söküntü gedən əraziyə gəldikdə orada artıq söküntü işləri başlamışdır. Söküntü işlərinin aparılması üçün Təqsirləndirilən şəxs göstəriş vermişdir və onlara anası və qardaşı ilə razılıq verdiyi bildirilmişdir. Göstəriş olmadığı halda onların söküntü aparmağa ixtiyarı olmamışdır. Söküntü müqavilə əsasında aparılıb, onlara iki ədəd mənzil verilərək, razılıq əldə olunmuşdur. Söküntü vaxtı zərərçəkmiş şəxs etiraz etməmişdir, belə ki, özü də həmin vaxtı orada idi. O, gecə vaxtı hara gedəcəyini soruşdu və onu otelə yerləşdirdilər. Həmin mənzildə başqa heç kəs yox idi və əşyalar da yararsız vəziyyətdə olmuşdur. MTK onlara zərərçəkmiş şəxsin anasının və qardaşının razılığının olduğunu bildirmiş və onların razılıq kağızını təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin əvvəllərində Şahid3 götürmüş olduğu sifariş üzrə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ünvanında yerləşən "xxxx" MTK-nın ərazisində istifadə etdiyi ekskavatorla söküntü işləri aparmışdır. O, binaların söküntüsündə iştirak etmişdir. Söküntü işlərinin aparılmasına dair göstərişi ona Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin tikintidə hansı vəzifədə olduğun bilmir. Ona söküntüyə dair göstəriş verilib və o, göstərişi icra etmişdir. Söküntü aparılan evdə heç kəs yox idi, qapı, pəncələri və əşyalar da yox idi. Ona sakinlərin narazılığı ilə bağlı məlum olan hal o olmuşdur ki, onlar söküntü işləri apardıqları tərəfdə yox, digər tərəfdə yaşayış var idi və orada yaşayanlar sakinlər evlərinə zərər dəyməsin deyə narazılıq edirdilər. Gecə vaxtı söküntü işləri aparmışdır, sonradan 18-ci PB-dən polis əməkdaşı gəlmiş və söküntü işlərini dayandırmışdır. Podrat müqaviləsi müdiriyyət tərəfindən başlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, "xxxx" MTK-nın sədri vəzifəsində işləyir. Söküntü aparılan ərazidə bütün sakinlərlə razılıq əldə olunmuş, həmçinin Zərərçəkmiş şəxsla da razılıq olmuşdur. Buna dair tərəflər arasında müqavilə tərtib edilmiş və bu müqavilə söküntü işlərinin aparılması üçün podratçı şirkətə təqdim olunub. Podratçı şirkət isə öz növbəsində ona tərəflərindən müqavilə təqdim olunduğundan söküntü işlərinin icrasına başlamışdır. Qeyd edim ki, Təqsirləndirilən şəxs həmin MTK-da əvvəllər anbardar vəzifəsində işləmiş, sonra isə MTK-nın icraçı direktoru olmuşdur. İcraçı direktor olaraq Təqsirləndirilən şəxs söküntü aparılmasına dair göstəriş vermək səlahiyyəti olmamışdır. Bu səlahiyyət MTK-da yalnız ona məxsusdur, o isə öz növbəsində belə bir göstəriş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, "xxxx" MTK-nın fəaliyyəti hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisindən ibarət olmuşdur. Belə ki, şəhər ərazisində qəzalı və ya şəhərin ümumi görünüşünə xələl gətirən, istismar müddətini başa vurmuş tikililər sökülərək, Məqam MTK tərəfindən yeni tikililər inşa olunur və qarşılıqlı razılıq əsasında sakinlər yeni mənzinlərlə təmin olunurlar. Hazırda sözügedən MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində yeni tikili inşa edir. Demək olar ki, bütün sakinlərlə MTK-nın rəhbərliyi tərəfindən razılıq əldə olunmuşdur. Onun söküntüyə heç bir aidiyyatı və bülə bir səlahiyyəti yoxdur. O, mühasib olaraq işim yalnız tərəflər arasında olan razışlaşmanı rəsmiləşdirməkdən ibarətdir. MTK tərəfindən aparılan tikinti işləri ilk öncə Bakı Şəhər İcra Hakimiyyətinin sərancamına əsaslanır. Həmin sərəncamda vətəndaşlar vətəndaş məmnuniyyəti əsasında köhnə mənzillərin əvəzinə yeni mənzillərlə təmin edilirlər. Məndə olan məlumata görə həmin ərazidə yaşayan hər bir sakinlə ayrı-ayrılıqda görüşüb, mənzilə dair razılaşma əldə olunub. Vətəndaşlarla şirkətin imkanları daxilində razılaşırlar. Məsələn, əgər vətəndaş bizə 50 m2 ölçüdə olan mənzilə dair çıxarış təqdim edirsə, onlar həmin vətəndaşa ona məxsus mənzilin ölçüsünə əlavə olaraq 20 m2 verilməsinə dair razılaşırlar. Yəni razılıq şirkətin imkanları daxilində olmalıdır. Belə ki, onlar tərəfindən vətəndaşa təqdim olunmuş hər kvardrat metrə görə vergi orqanları şirkəti vergiyə cəlb edir. Zərərçəkmiş şəxs 85 m2 ölçüdə mənzilin verilməsi təklif olunub, lakin o bununla razı olmamışdır. Ondan başqa nəzərə almaq lazımdır ki, zərərçəkmiş şəxsin anasına və qardaşına da mənzillər verilmişdir. Tam təmirli və təmirli mənzillər bir-birindən heç bir fərqi yoxdur, onlar hər ikisi eyni anlayışdır. Söküntü işləri aparılmamışdan 10 gün əvvəl vətəndaşa kirayə ev tapmaq üçün vaxt verilir. Zərərçəkmiş şəxsə kirayə haqqı verilməmişdir. Zərərçəkmiş şəxs şirkətdən 50 min manat məbləğində təzminat və 100 kvadrat metr ölçüdə mənzil tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, "xxxx" MTK-da xəzinədar vəzifəsində işləyir, Təqsirləndirilən şəxs isə icraçı direktordur. Zərərçəkmiş şəxsla aralarında razılaşma olmuşdur. Daha sonra Zərərçəkmiş şəxs 65 m2 ölçüdə mənzillə razılaşmadığını və 110 m2 ölçüdə mənzil istədiyini bildirdi. Tərəflərindən tərtib edilmiş müqaviləyə imza etmək üçün ona təqdim etdikdə, o, müqaviləni vəkilinə göstərmək üçün götürdü. Lakin sonradan qayıdanda o, mənzilində əşyaların korlandığına və dərmanların olmasına əsaslanaraq, əşyaları və dərmanların pulunu tələb etmişdir. Onların MTK-nın işçisi olan Sənan adlı şəxs zərərçəkmiş şəxslə razılaşmamışdır. Lakin onda bu şirkətdə həmtəsisçi olduğundan zərərçəkmiş şəxsi razılaşma üçün dəvət etmişdir. Bu dəfə gələndə mənzildə həmçinin mətbəx mebelinin quraşdırılmasını, daha sonra sanuzelin təmir olunmasını, daha sonra isə 8000 manat məbləğində mənzildə dərmanlarının olduğunu və onların pulunu tələb etməyə başladı. Onlar bütün şərtlərlə razılaşdıqca zərərçəkmiş şəxs pulun məbləğini qaldırırdı. Son olaraq isə bizdən 30-40 min manat məbləğində pul istəmişdir. Hadisə baş verən vaxtı xəzinədar olmuşdur. Cəmil icraçı direktor olub, Sənan isə müqavilələr bağlayırmış. Zərərçəkmiş şəxsin etirazı olsa idi, oteldə qalmağa razılaşmazdı. Şifahi razılıq zərərçəkmiş şəxslə əldə olunmuşdur, lakin o müqaviləni vəkilinə göstərəcəyini dediyi üçün imza edilməmişdir. Zərərçəkmiş şəxsə, onun qardaşı və anasına məxsus olan mənzillər əslində bir evdi, sadəcə olaraq üç yerə bölünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MTK-da bina tikintisi ilə məşğul olan şəxs kimi, Zərərçəkmiş şəxs isə sakinim və keçmiş hərbçi kimi tanıyır. Zərərçəkmiş şəxs mənzili sökülən zaman mən həmin ərazidə olmamışdır, lakin baş vermiş hadisədən xəbərdardır. Şirkətin təklifi ilə Zərərçəkmiş şəxs razılaşmadığını və zərərəçəkmiş şəxsin vəziyyətdən narazılığı bilirmiş. Zərərçəkmiş şəxsin polis şöbəsinə müxtəlif məzmunlu müraciətləri olmuşdur. Bundan başqa, dəfələrlə 102 Zəng Xidmətinə müraciət etmişdir. Lakin vətəndaşın ərizəsi olmadığı halda mən onun müraciətinə dair hər hansı hərəkətləri icra edə bilmir. Onun müraciətləri əsasında bir neçə dəfə onunla söhbət aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 01 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 41 ünvanıdır. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin ərazi bütovlüklə hasarlanmış və hasarlanmış əraziyə giriş Xətai prospekti istiqamətindən, “LUXEN” Plaza ilə üzbə-üz olan hissədəndir. Əraziyə daxil olduqda 41 saylı binanın tikinti işlərinin aparılması ilə əlaqədar tam olaraq söküldüyü müəyyən olundu. Həmçinin əraziyə daxil olduqda qarşıda “Soilmec” markalı texnikanın, ondan sağ hissədə isə “Hyundai” markalı texnikanın, yəni “ekskavator”un olduğu müşahidə edildi. Əraziyə giriş hissəsində daxil olduqda, 41 saylı evin əvvəllər ərazinin sağ hissəsində olduğu müəyyən olundu. Sökülmüş 41 saylı evin əvvəllər yerləşdiyi hissəyə isə yeni armatur və s. tikinti materiallarının gətirildiyi müəyyən olundu. Baxış zamanı həmin ərazidə, qırılmış və ya zədələnmiş hər-hansı məişət əşyası və ya digər əşya aşkar edilmədi. Baxışda iştirak edən Zərərçəkmiş şəxs onun qeydiyyatda olduğu və əvvəllər yaşadığı 41 saylı evin, 25-ci mənzilin yerləşdiyi yeri əyanı şəkildə göstərmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2473 nömrəli, 06 iyun 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində yerləşən, 41 saylı evin, 25 saylı mənzilinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 110000 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5259 nömrəli, 07 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunan mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli texniki pasportda tərəfin payına düşən sahələrin göstərilmədiyini nəzərə alaraq həmin texniki pasporta əsasən hər bir payçıya düşən mənzilin sahəsinin orta bazar qiymətinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4819 nömrəli, 14 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 41 ünvanında yerləşən tikilinin sökülməsi işi aparılmazdan əvvəl iş sahəsində müvafiq təşkilatı və texniki tərkibli tədbirlərin həyata keçirilməməsi, o cümlədən özündə söküntü üsulu, əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə zəruri texniki halları əks etdirən söküntü işlərinin təşkili layihəsinin tərtib olunmaması, sökülməsi nəzərdə tutulan tikinti obyektlərinin təhlükəzi vəziyyətə, yəni əhaliyə təsadüfən ziyanın vurulması hallarını istisna edəcək vəziyyətə gətirilməsinin təmin edilməməsi AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının 6.3.1, 6.3.2, 6.3.7 bəndlərinin tələblərinə zidd olmuşdur. AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının 6.3.1, 6.3.2, 6.3.7 bəndlərinin tələbi Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 41 ünvanında yerləşən tikilinin sökülməsinə göstəriş vermiş şəxslər tərəfindən pozulmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 31 avqust 2023-cü il tarixli, 2469 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. X2 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. “İnformasiya daşıyıcısı olan diskə baxış keçirilməsi haqqında” 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: İnformasiya daşıyıcı olan disk dairəvi formada, ağ rəngli olmaqla ön tərəfinin yuxarı hissəsində boz rəngdə “Verbatim” sözü, orta sol hissəsində “CD-R compact disc Recordable” yazıları, orta sağ hissədə “700MB, 52X speed vitesse velocidad, 80 min” yazıları, aşağı hissəsində isə göy rəngli qələmlə “16004, 04.09.23” rəqəmləri yazılmışdır. Disk “DELL” markalı stolüstü kompyuterin “DVD RW” disk yerinə yerləşdirildi. “My Computer” bələdçi proqramı vasitəsilə daxil olaraq (E:) diskinin “DVD RW” adı altında olan bölməsini açdıqda diskin içərisində “16004-xx.xx.2023” adlı “WinRAR” qovluq vardır, həmin qovluqa daxil olduqda orada “16004-ant.xlsx” yazılmış, “16004k.m..xlsx”yazılmış,“SMS_Tarixcəsi__**********4429__552108541”yazılmış,“503088309_S MS.txt” yazılmış, “**********09.txt” yazılmış və “**********13.txt” yazılmış 05 ədəd qovluq vardır. “16004-ant.xlsx” yazılmış qovluqa daxil olduqda, Şahid4 istifadəsində olan ***-***- **-** saylı mobil nömrənin xx.xx.2023-cü il tarixdən – xx.xx.2023-cü il tarixədək olan müddət ərzində “anten” məlumatlarının əks olunduğu görünür. “16004-k.m..xlsx” yazılmış qovluqa daxil olduqda, Şahid4 istifadəsində olan ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrin və həmin nömrələ daxil olan və xaric olan zənglərlə bağlı həmin nömrələrin məxsusluq tarixçələrinin əks olunduğu görünür. “503088309_SMS.txt” yazılmış qovluqa daxil olduqda Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdən – xx.xx.2023-cü il tarixədək olan müddət ərzində daxil olan və xaric olunan SMS-lərin əks olunduğu görünür. “**********09.txt” yazılmış qovluqa daxil olduqda Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və xaric olunan zənglərin əks olunduğu görünür. “**********13.txt” yazılmış qovluqa daxil olduqda Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdən – xx.xx.2023-cü il tarixədək olan müddət ərzində daxil olan və xaric olunan zənglərin əks olunduğu görünür. Baxış zamanı Şahid4 istifadəsində olan ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrin 22 fevral 2023-cü il və 23 fevral 2023-cü il tarixlərdə anten məlumatlarının olmadığı müəyyən olunmuşdur. “İnformasiya daşıyıcısı olan diskə baxış keçirilməsi haqqında” 30 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: İnformasiya daşıyıcı olan disk dairəvi formada, ağ rəngli olmaqla ön tərəfinin yuxarı hissəsində qırmızı rəngdə "xxxx" sözləri, ön tərəfin aşağı hissəsində isə qara rəngli flamaster vasitəsi ilə “BKC/LGL-13751-23” hərfləri və hərfləri və rəqəmləri yazılmışdır. Disk “DELL” markalı stolüstü kompyuterin “DVD RW” disk yerinə yerləşdirildi. “My Computer” bələdçi proqramı vasitəsilə daxil olaraq (E:) diskinin “DVD RW” adı altında olan bölməsini açdıqda diskin içərisində nömrənin_Mexsusluq_Tarixcesi__**********2453__552108541” yazılmış, “SMS_Tarixcesi__**********4427__552108541” yazılmış, “SMS_Tarixcesi__**********4429__552108541 ”yazılmış”, Zenglerin_Detallasmasi__**********2446___552108541 ”yazılmış” və Zenglerin_Mexsusluq_Tarixcələri__**********2527___552108541_BKC” yazılmış ümumi 05 ədəd “PDF” formatlı qovluq vardır. “Nomrenin_Mexsusluq_Tarixcəsi__**********2453__552108541” yazılmış qovluqa daxil olduqda, ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçdiyi müəyyən olunur. “SMS_Tarixcesi__**********4427__552108541” yazılmış qovluqa daxil olduqda Təqsirləndirilən şəxs oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarix, saat 00:00:00-dan – xx.xx.2023-cü il tarix, saat 00:00:00dək daxil olan və xaric olunan SMS-lərin əks olunduğu görünür. Həmçinin “SMS_Tarixcesi__**********4429__552108541” yazılmış qovluqa daxil olduqda Təqsirləndirilən şəxs oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarix, saat 00:00:00-dan – xx.xx.2023-cü il tarix, saat 00:00:00-dək daxil olan və xaric olunan SMS-lərin əks olunduğu görünür. “Zenglerin_Detallasmasi__**********2446___552108541” yazılmış qovluqa daxil olduqda Təqsirləndirilən şəxs oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarix, saat 00:00:00-dan – xx.xx.2023-cü il tarix, saat 00:00:00-dək daxil olan və xaric olunan zənglərin, həmçinin sözü gedən tarixlərdə nömrənin olduğu ünvanlara dair “anten” məlumatlarının əks olunduğu görünür. “Zenglerin_Mexsusluq_Tarixceleri__**********2527___552108541_BKC” yazılmış qovluqa daxil olduqda Təqsirləndirilən şəxs oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarix, saat 00:00:00-dan – xx.xx.2023-cü il tarix, saat 00:00:00dək daxil olan və xaric olunan zənglərə dair zəng etmiş və zəng edilən nömrələrin rekvizitlərinin, yəni məxsusluq tarixcələrinin əks olunduğu görünür. Həmin məlumatlardan görsənir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə “anten” məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdən – xx.xx.2023-cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq "xxxx" MTK tərəfindən söküntü və tikinti işlərinin aparıldığı Bakı şəhəri, Nərimanov rayonu, ünvan 3 ünvanlarının yaxınlığında olmuşdur. Bundan əlavə məlumatlardan görsənir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə “anten” məlumatlarına əsasən cinayət işi materiallarında qeyd olunan, yəni Şahid2, X7 və Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində yerləşən 41-ci evin 25 №-li mənzilin söküldüyü 22 fevral 2023-cü il və 23 fevral 2023-cü il tarixlərdə həmin ünvanda olmuşdur. “İnternet səhifəsinə baxış keçirmə haqqında” 31 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, informasiya daşıyıcı olan disk dairəvi formada, qırmızı rəngli olmaqla ön tərəfinin yuxarı hissəsində “nar” sözləri, ön tərəfin aşağı hissəsində isə qara rəngli flamasterlə “230066036 M-” rəzəmləri və hərfi yazılmışdır. Disk “DELL” markalı stolüstü kompyuterin “DVD RW” disk yerinə yerləşdirildi. “My Computer” bələdçi proqramı vasitəsilə daxil olaraq (E:) diskinin “DVD RW” adı altında olan bölməsini açdıqda diskin içərisində “Nomrenin_Mexsusluq_Tarixcesi__**********3949__777218899”yazılmış,SMS_Tarixcesi__ **********4333__777218899”yazılmış və SMS_Tarixcesi__**********4336__777218899 ”yazılmış”, Zenglerin_Detallasmasi__**********3941___777218899 ”yazılmış” və Zenglerin_Mexsusluq_Tarixceleri__**********4042___777218899_NAR” yazılmış ümumi 05 ədəd “PDF” formatlı qovluq vardır. “SMS_Tarixcesi__**********4333__777218899” yazılmış qovluqa daxil olduqda Zərərçəkmiş şəxs oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarix, saat 00:00:00-dan – xx.xx.2023-cü il tarix, saat 00:00:00dək daxil olan və xaric olunan SMS-lərin əks olunduğu görünür. Həmçinin “SMS_Tarixcesi__**********4336__777218899” yazılmış qovluqa daxil olduqda Zərərçəkmiş şəxs oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023cü il tarix, saat 00:00:00-dan – xx.xx.2023-cü il tarix, saat 00:00:00-dək daxil olan və xaric olunan SMS-lərin əks olunduğu görünür. “Zenglerin_Detallasmasi__**********3941___777218899” yazılmış qovluqa daxil olduqda Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarix, saat 00:00:00-dan xx.xx.2023-cü il tarix, saat 00:00:00-dək daxil olan və xaric olunan zənglərin, həmçinin sözü gedən tarixlərdə nömrənin olduğu ünvanlara dair “anten” məlumatlarınınəksolunduğugörünür.Zenglerin_Mexsusluq_Tarixceleri__**********4042___7 77218899_NAR” yazılmış qovluqa daxil olduqda Təqsirləndirilən şəxs oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarix, saat 00:00:00-dan – xx.xx.2023-cü il tarix, saat 00:00:00-dək daxil olan və xaric olunan zənglərə dair zəng etmiş və zəng edilən nömrələrin rekvizitlərinin, yəni məxsusluq tarixcələrinin əks olunduğu görünür. Həmin məlumatlardan görsənir ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrə “anten” məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdən – xx.xx.2023cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq, demək olar ki, gün boyu sonuncunun əvvəllər mülkiyyətçisi olmaqla yaşadığı və "xxxx" MTK tərəfindən söküldüyü Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində yerləşən 41-ci evin 25 №-li mənzilin yerləşdiyi ərazidə olmuşdur. Bundan əlavə məlumatlardan görsənir ki, Zərərçəkmiş şəxs mülkiyyətçisi olmaqla əvvəllər yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində yerləşən 41-ci evin 25 №-li mənzil 22 fevral 2023-cü il və 23 fevral 2023-cü il tarixlərdə "xxxx" MTK tərəfindən söküldükdən sonra sonuncunun istifadəsində olduğu ***-***-**-** saylı mobil nömrə “anten” məlumatlarına əsasən mütəmadi olaraq həmin ünvanda əks olunmur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluqları barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. “Vəsatətin depozit hesabında saxlanılması haqqında” 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi "xxxx" MTK tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına 40000.00 manat iş üzrə vurulmuş ziyanın ödənişi kimi nəzərə alınmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 04 noyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd (CD) disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd (CD) disk və “internet səhifəsinə baxış keçirmə haqqında” 31 oktyabr 2023-cü il tarixli protokola əlavə edilmiş 01 ədəd (CD) disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs yazmış olduğu xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmiş, hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. "Kapital Bank” ASC-nin vasitəsi ilə ödənilmiş ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə17864,40 manat dövlət büdcəsinə ödənilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 04 noyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd (CD) disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd (CD) disk və “internet səhifəsinə baxış keçirmə haqqında” 31 oktyabr 2023-cü il tarixli protokola əlavə edilmiş 01 ədəd (CD) disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 186.2.1 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 308.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin barışmasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs hazırda Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsi ilə ittiham olunan əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in: 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6 - 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. Bununla belə məhkəmə hesab edir ki, həmin maddə üzrə cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi ayrıca qərarla həll edilməli olduğundan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-72/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə həmin hissədə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Lakin Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 308.2-ci maddəsi üzrə isə ittiham hökm çıxarılmalıdır. Belə ki, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda –iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsinə bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin qeydinə əsasən bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür:

1. hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;

2. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;

3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;

4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;

5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;

6. xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri;

7. beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli Qərarında göstərilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar;- dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Şərh edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ziyan vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyekti dövlət orqanlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində vətəndaşların və ya təşkilatların hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: 1) vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; 2) fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; 3) əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrini həyata keçirməsi ilə bağlı olan hərəkətlərdə ifadə oluna bilər. Lakin belə hərəkətlər qulluq mənafeyinə zidd olaraq həyata keçirildikdə təhlil edilən cinayət tərkibi yaranır. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinərək tikintitəmir və quraşdırma sahəsində rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin az ağır cinayətlər kateqoriyasına aid olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, vurulmuş zərərin ödənilməsini, habelə onun şəxsiyyətini xarakterizə edən halları, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları və törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-nin depozit hesabına köçürülmüş 40.000 manat pul "xxxx" MTK-ya qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut "xxxx" MMC-dən daxil olmuş 01 ədəd (CD) disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd (CD) disk və “internet səhifəsinə baxış keçirmə haqqında” 31 oktyabr 2023-cü il tarixli protokola əlavə edilmiş 01 ədəd (CD) disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X3 Cinayət Məcəlləsinin 186.2.1 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə tikinti-təmir və quraşdırma sahəsində rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut "xxxx" MMC-dən daxil olmuş 01 ədəd (CD) disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd (CD) disk və “internet səhifəsinə baxış keçirmə haqqında” 31 oktyabr 2023-cü il tarixli protokola əlavə edilmiş 01 ədəd (CD) disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-nin depozit hesabında saxlanılan 40.000 manat pul "xxxx" MTK-ya qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar