Məhkəmə qərarları › İş №1(005)-73/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-73/2021

18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-73/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 mənzil 7 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan metamfetamini və narkotik vasitələr siyahısına daxil olan heroini əldə edərək, icarə əsasında idarə etdiyi «Chevrolet Gruze» markalı, **-VG-*** nömrə nişanlı avtomobildə saxlamaqla daşımış və xx xxxxxxxx 2020-ci il saat 23 radələrində Bakı şəhəri Nərimanov rayonu, Z.Xəlil 19/21 ünvanın yaxınlığında olan zaman idarə etdiyi avtomobili Bakı şəhəri BPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol patrul inspektorları tərəfindən saxlanılmış, davranışları və avtomobilin qabaq sağ oturacağında narkotik vasitəyə bənzər maddə olması şübhə doğurduğu üçün Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet Gruze» markalı, **-VG-*** nömrə nişanlı avtomobillə birlikdə 18-ci PŞ-nə gətirilmiş, PŞ-də Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet Gruze» markalı, **-VG-*** nömrə nişanlı avtomobildə şəxsi axtarış və götürmə aparılan zaman avtomobilin ön sağ oturacağının üzərində olan “Samsung” markalı mobil telefon qutusunun içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 0,065 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,322 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə bədənində ağrıları olduğundan özü istifadə etmək üçün Qaradağ qəsəbəsində “Bizim marketin” yanına getmişdir. Orada üzdən tanıdığı “Kamran” adlı şəxsdən 37 manata sellofan kəsiyinə bükülmüş 01 ədəd narkotik vasitə olan “şüşə” və sellofan kəsiyinə bükülmüş 01 ədəd narkotik vasitə olan “kokos” almışdır. Həmin narkotik vasitələrin bir hissəsini istifadə etmişdir. Qalan hissəsini isə özü istifadə etmək üçün icarəyə götürdüyü “Chevrolet Cruze” markalı, **-VG-*** dövlət nömrə nişanlı avtomaşında «Samsung» markali mobil telefonun qutusunda saxlamışdır. Həmin avtomaşını o, xx.xx.2020-ci il tarixdə «Rent A Car»dan icarəyə götürmüşdür. xx.xx.2020-ci il tarixdə saat təxminən 20:00 radələrində o, qonşusu Şahid1 birlikdə avtomaşına əyləşib avtomaşını «Montin» qəsəbəsində yerləşən ofisinə təhvil verməyə getmişlər. Həmin gün saat artıq 23:20 radələri olarmış, “Montin” qəsəbəsində olanda yol patrul xidmətinin əməkdaşı ona avtomaşını saxlama işarəsi vermişdir. Lakin, o, icarə müqaviləsinin vaxti bitdiyi üçün avtomobili saxlamamışdır. Yol patrul xidmətinin əməkdaşı isə onu təqib etməyə başlamışdır. “Montin” qəsəbəsində yol bitdiyi üçün o, saxlamaq məcburiyyətində olmuşdur. Həsən qorxmuş, avtomaşından enib çıxıb getmişdir. Yol patrul xidmətinin əməkdaşı isə onun idarə etdiyi avtomaşına yaxınlaşıb özünü təqdim etmişdir. Ona nə üçün əmrə tabe olmadığını soruşmuş, suallar vermişdir. Daha sonra isə sürət qutusunun yanında olan telefon qutusunun içərisindəki şəffaf sellofan kəsiyinə bükülmüş qəhvəyi rəngli maddəni görüb həmin maddənin nə olduğunu soruşmuşdur. O isə polis əməkdaşına dərman olduğunu demişdir. Yol patrul xidmətinin əməkdaşı ona inanmamış və həmin maddənin narkotik maddəyə bənzədiyini demişdir. Bu zaman Həsən də qayıdıb gəlmişdir. Yol patrul xidmətinin əməkdaşları onları avtomaşınla birlikdə 18-ci PŞ-nə gətirmişlər. 18-ci PŞ-nə gəldikdən sonra şöbədə xidməti otaqda dəvət edilmiş vəkilin iştiraki ilə üzərinə baxış keçirilmiş və baxış zamanı ona təklif olunmuşdur ki, onda qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etsin. O, bundan sonra üzərində 23 manat pulu, “Hoffman” markalı mobil telefonunu, “Pall Mall” siqaretini çıxardaraq təqdim etmişdir. Bunlardan başqa üzərində heç nə olmamışdır. Bundan sonra icarəyə götürüb idarə etdiyi avtomaşına baxış keçirilmişdir. Avtomaşının sürət qutusunun yanındakı ön sərnişin oturacağının üzərində olan “Samsung” markali mobil telefon qutusunun içərisindən 01 ədəd sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan “şüşə”, 01 ədəd sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan “kokos” və 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümün içərisində özü üçün öskürəyə qarşı dərman kimi düzəltdiyi bükümü aşkar etmişlər. Bundan başqa avtomaşının sürət qutusunun yanında alışqan, qoltuq altından daraq, saxlanc yerindən isə üzərində “RENT A CAR 444” yazısı olan etibarnamə, avtomaşına məxsus etibarnamə və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətləri aşkar olunmuşdur. Şahid1 onun idarə etdiyi avtomaşında narkotik vasitə olması barədə məlumatı olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol patrul inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci ildə saat 23 radələrində iş yoldaşı Şahid3 ilə birlikdə Nərimanov rayonu, “Montin” qəsəbəsi ərazisində xidmətdə olan zaman «Chevrolet Gruze» markalı, **-VG-*** nömrə nişanlı avtomobilin hərəkət etdiyini, sürücünün təhlükəsizlik kəmərini istifadə etmədiyini görüb həmin sürücüyə saxla işarəsi vermişlər. Lakin, sürücü saxla işarəsinə məhəl qoymayaraq kobud qayda pozuntuları etməklə hərəkətini davam etdirmişdir. Buna görə də, o və iş yoldaşı İsmayıl xidməti avtomobillərilə həmin avtomobili müşahidə etməyə başlamışlar. Qeyd edilən avtomobil tərəflərindən Nərimanov rayonu, Z.Xəlil küçəsi 19/21 ünvanın yaxınlığında saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra sürücünün niyə saxla işarəsinə tabe olmadığını soruşan zaman sürücünün suallara aydın və rabitəsiz cavab verdiyini görmüşdür. O, sürücünün danışığından və hərəkətlərindən narkotik vasitələrin təsiri altında olmasından şübhələnmişdir. Sürücü ilə danışıq zamanı qabaq ön sərnişin oturacağının üzərində şəffav sellofana bükülmüş bükümləri görüb həmin bükümlərin narkotik vasitə olmasından şübhələnmişdir. Qeyd etmişdir ki, onlar sürücünü saxlayan zaman arxa sərnişin oturacağında olan sərnişin avtomobildən düşüb uzaqlaşsa da, sonradan onlara yaxınlaşıb həmin avtomobildə olan sərnişin olduğunu bildirmişdir. Bu zaman iş yoldaşı İsmayıl xidməti avtomobildən düşüb ona yaxınlaşan zaman sürücünün narkotik vasitələrin təsiri altında olmasından şübhələndiyini və qabaq sağ oturacaqda nakrotik vasitəyə bənzər şəffav sellofana bükülmüş bükümlərin olduğunu bildirmidir. Bundan sonra o və iş yoldaşı «Chevrolet Gruze» markalı, **-VG-*** nömrə nişanlı avtomobilin sürücüsünü və avtomobildə olan sərnişini idarə etdikləri avtomobillə birlikdə 18-ci PŞ-nə gətirib təhvil vermişlər və bu barədə protokolla rəhbərliyə məruzə etmişlər. Şöbədə olan zaman onlara məlum olmuşdur ki, həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və sərnişin Şahid1dur. PŞ-də dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə ilk əvvəl Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Lakin, iş üzrə heç bir sübut əhəmiyyəti kəsb edən əşya və ya maddə aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib edilərək tərəflərindən doğruluğu imzalarla təsdiqlənmişdir. Lakin, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet Gruze» markalı, **-VG-*** nömrə nişanlı avtomobilinə öz razılığı ilə axtarış və götürmə keçirilən zaman qabaq sağ oturacağın üzərindəki “Samsung” markalı mobil telefon qutusunun içərisindən 01 ədəd sellofan kəsiyinə bükülmüş, ağ rəngli kristal şəkilli narkotik vasitəyə bənzər maddə, 01 ədəd sellofan kəsiyinə bükülmüş qəhvəyi rəngli, toz halında narkotik vasitəyə bənzər maddə, 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Avtomaşının saxlanc yerindən isə üzərində “RENT A CAR 444” yazısı olan etibarnamə, avtomaşına məxsus isə etibarnamə və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətləri aşkar olunmuşdur. Bundan başqa avtomobildən heç bir şey aşkar edilməmişdir. Avtomobildə axtarış və götürmə keçirilən zaman videoçəkilişdən istifadə edilmişdir. Avtomobildə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə aşkar edilmiş bükümlər qablaşdırılmış və bununla bağlı protokol tərtib edilərək həmin protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra, PŞ-də həmin avtomobildə olan sərnişin Şahid1 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və istifadə etməsində şübhəli bilindiyinə görə şübhəli şəxs qismində tutulmuşdur. Dəvət edilmiş müdafiəçinin və onların iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Şahid1 üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Lakin, iş üzrə heç bir sübut əhəmiyyəti kəsb edən əşya və ya maddə aşkar edilməmişdir. Bununla bağlı PŞ-də protokol tərtib edilmiş və həmin protokolun doğruluğu imzalarla təsdiqlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol patrul inspektoru Şahid3 digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 21-22-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Protokolun tərtibatının 00:10 da başlanması, 00:40-da qurtarması göstərilmişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan “Avtomaşın üzərində axtarış və götürmə aparılması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİnin 18-ci PŞ-nin baş təhqiqatçısı X6 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51, 246.2.1 və 247-ci maddələrinin tələbinə əsasən Bakı şəhəri BPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol patrul inspektorları Şahid2 və Şahid3, şübhəli şəxsin və müdafiəçinin iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet Gruze» markalı, **-VG-*** dövlət nömrə nişanlı avtomaşın üzərində axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Axtarış zamanı avtomobilin oturacağının üzərindəki “Samsung” markalı mobil telefon qutusunun içərisindən 01 ədəd sellofan kəsiyinə bükülmüş, ağ rəngli kristal şəkilli narkotik vasitəyə bənzər maddə, 01 ədəd sellofan kəsiyinə bükülmüş qəhvəyi rəngli, toz halında narkotik vasitəyə bənzər maddə, 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Axtarış aparılan zamanı “Panasonic HC-V770” video kamerası vasitəsilə çəkiliş aparılmışdır. Cinayət işinin 79-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 6/1879 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №224” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr” sözləri, adlar və və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,322 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,065 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş təmiz çəkisi 6,161 qram olan qəhvəyi rəngli kütlənin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri yoxdur. Cinayət işinin 103-cü vərəqində olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqələrinin müvafiq olaraq AZE seriyalı 12509680 nömrəli və AZE seriyalı 10588568 nömrəli surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü Solmaz Nəcəfzadənin və xx.xx.2017-ci il təvəllüdlü Sultan Nəcəfzadənin atası Təqsirləndirilən şəxs, anası isə Nəcəfova Səbinədir. Cinayət işinin 106-108-ci vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi, həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin müvəqqəti saxlama təcridxanasından azad edilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Elşən Zamanovun xx xxxxxxxx 2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 109-110-cu vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 115-116-cı vərəqələrində olan “Maddi sübut qismində tanımaq haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş və sonuncuya məxsus 01 ədəd bükümdə təmiz çəkisi 0,322 qram psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 0,065 qram narkotik vasitə heroinin sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut qismində tanınması və tədqiqatlardan sonra qalan qalıq, yəni 01 ədəd bükümdə 0,272 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə 0,06 qram olan narkotik vasitə heroinin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc kamerasına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 131-133-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 32.5, 234.1ci maddələrinə tövsif edilərək ona 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ləğv edilərək yeni məhkəmə baxışına qaytarılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 03 ay 17 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 162-170-ci vərəqələrində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(089)-24/2012 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib əmlakı müsadirə olunmamaqla 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2011-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 171-184-cü vərəqələrində olan Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(106)-71/2013 nömrəli qərarından görünür ki, apelyasiya şikayətinin təmin edilməməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(089)-24/2012 nömrəli hökmünün dəyişdirilməməsi qərara alınmışdır. Cinayət işinin 188-192-ci vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(003)-493/2019 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 3 (üç) ay 17 (on yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması qərara alınmışdır. Cinayət işinin 195-196-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 2551 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 199-209-cu vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet Gruze» markalı, **-VG-*** dövlət nömrə nişanlı avtomobildə şəxsi axtarış və götürmə aparılan zaman video kamera vasitəsi ilə qeydə alınan video görüntünün əks edildiyi 1 ədəd CD diskin maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021ci il tarixli, 1(005)-73/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 15:30 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək axtarışda olan Təqsirləndirilən şəxs Nəsimi rayonu, Azadlıq prospektində tutularaq 18-ci PŞ-nə gətirilmiş və saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet Gruze» markalı, **- VG-*** dövlət nömrə nişanlı avtomobildə şəxsi axtarış və götürmə aparılan zaman video kamera vasitəsi ilə qeydə alınan video görüntünün əks edildiyi 1 ədəd CD diskə baxış keçirilərkən, avtomobilin oturacağının üzərindəki “Samsung” markalı mobil telefon qutusunun içərisindən 01 ədəd sellofan kəsiyinə bükülmüş, ağ rəngli kristal şəkilli narkotik vasitəyə bənzər maddənin, 01 ədəd sellofan kəsiyinə bükülmüş qəhvəyi rəngli, toz halında narkotik vasitəyə bənzər maddənin, 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddənin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının xx xxxx 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,322 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və himayəsində 2 (iki) az yaşlı övladlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(089)- 24/2012 nömrəli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 6 il müddətinin axımı onun Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 17 (on yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx xxxxxxxx 2020-ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə eyni zamanda xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokolda Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə (Protokolun tərtibatının 00:10 da başlanması, 00:40-da qurtarması) şübhəli şəxs qismində tutulması göstərilsə də, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Nərimanov rayonu, Z.Xəlil 19/21 ünvanın yaxınlığında olan zaman idarə etdiyi avtomobil Bakı şəhəri BPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol patrul inspektorları tərəfindən saxlanılmış, davranışları və avtomobilin qabaq sağ oturacağında narkotik vasitəyə bənzər maddə olması şübhə doğurduğu üçün Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet Gruze» markalı, **-VG-*** nömrə nişanlı avtomobillə birlikdə Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmişdir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırılması xx xxxxxxxx 2020-ci il tarixdə saat 00:10-da deyil, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində baş vermişdir və Təqsirləndirilən şəxs cəza təyin edilərkən, yuxarıda qeyd olunan hallar mütləq nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet Gruze» markalı, **-VG-*** dövlət nömrə nişanlı avtomobildə şəxsi axtarış və götürmə aparılan zaman video kamera vasitəsi ilə qeydə alınan video görüntünün əks edildiyi 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 01 ədəd bükümdə 0,272 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə 0,06 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Gruze” markalı, **-VG-*** dövlət nömrə nişanlı avtomobildə şəxsi axtarış və götürmə aparılan zaman video kamera vasitəsi ilə qeydə alınan videogörüntünün əks edildiyi 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65,0 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar