Məhkəmə qərarları › İş №1(005)-74/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-74/2022

25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-74/2022 25.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi -Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1980-cı ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Muradxan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağ massivi, 2536 saylı bağ evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlakın texniki inventarlaşdırılması şöbəsində yerquruluşu üzrə mühəndis vəzifəsində işləyərkən öz qulluq mövqeyinə görə ona olan inam və etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə və ona ünvan 1 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində, ümumi sahəsi 404,1 kv.metr olan qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə keçirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağına dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, ilk dəfə 2018-ci ilin sentyabr ayının son günlərində Şahid1 vasitəsi ilə ünvan 2 ünvanında yerləşən «N.Nərimanov» adına istirahət parkının qarşısında 15.000 manat, bundan sonra 2018-ci ilin oktyabr ayının son günlərində yenidən Şahid1 vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 205 saylı yaşayış binasının qarşısında 17.000 manat, sonuncu dəfə isə 2019-cu ilin iyul ayının son günlərində ünvan 4 ünvanında yerləşən «N.Nərimanov» adına istirahət parkının qarşısında 8.000 manat olmaqla, ümumilikdə 40.000 (qırx min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, o, 2004-cü ildən 2008-ci ilədək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində, 2008-ci ildən 2019-cu ilin avqust ayınadək isə Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi idarəsində yer quruluşu üzrə mühəndis vəzifələrində işləmişdir. Zərərçəkmiş şəxs bir həmyerli kimi qiyabi olaraq uzun illərdir tanıyır. 2018-2019-cu illərdə Zərərçəkmiş şəxs Yasamal rayonu ərazisində restoran işlədirdi və o, həmin restoranın daimi müştərisi olmuşdur. 2018-ci ilin sonlarında Zərərçəkmiş şəxs Rusiya Federasiyasından ona zəng etmiş və onunla məsləhətləşmək istədiyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona demişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisindəki hündürmərtəbəli yaşayış binalarının birində ona məxsus qeyri-yaşayış sahəsi vardır, lakin həmin qeyri-yaşayış sahəsini MTK-dan müqavilə əsasında əldə etmişdir. Hazırda həmin qeyri-yaşayış sahəsini mülkiyyətinə keçirmək istəyir. Bundan sonra Zərərçəkmiş şəxs sözügedən qeyri-yaşayış sahəsinin sənədlərini ona göndərmişdir. O, həmin sənədlərlə tanış olduqdan və ƏMDK-də olan hüquqşünaslarla məsləhətləşdikdən sonra müəyyən etmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər həmin ünvanda qeydiyyat vəsiqəsi əsasında obyekti olmuş, sonradan həmin obyekt sökülərək yerində hansısa MTK tərəfindən bina tikilmiş, sonra həmin MTK-nın rəhbərliyi Zərərçəkmiş şəxs binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsi vermiş, lakin hazırda həmin binanın istismar aktı mövcud olmadığından Ramizə verilmiş qeyri-yaşayış sahəsinə mülkiyyət hüquq almaq mümkün deyildir. O, bunları Zərərçəkmiş şəxs bildirmiş və başa salmışdır ki, obyektə çıxarış vərəqəsi almaq üçün MTK ilə onun arasında notarial qaydada rəsmiləşdirilmiş əvəzetmə müqaviləsi olmalıdır, bundan sonra həmin müqavilə məhkəməyə təqdim olunmalı və çıxarış alınmalıdır. Həmin obyektə çıxarış alınması üçün ümumilikdə Zərərçəkmiş şəxs 40000 manat pul almışdır. Daha sonra Zərərçəkmiş şəxs verdiyi vədə əməl etməmişdir. Hazırda Zərərçəkmiş şəxs vurulmuş ziyan tərəfindən tam olaraq ödənilmişdir. Bundan əlavə vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2013-cü ildə Yasamal rayonu, Hüseyn Cavid prospektində "xxxx" MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 404,1 kv.metr olan 100, 102, 104. 106, 106B saylı qeyri-yaşayış sahəsini alğı-satqı müqaviləsi əsasında almışdır. 2018-ci ildə həmin qeyriyaşayış sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq qərarına gəlmiş, lakin sənədləşmə işləri ilə məşğul olmaq üçün zamanı və bu sahədə anlayışı olmadığı üçün müxtəlif tanışlarına müraciət edərək bu sahədə kömək etmələrini xahiş etmişdir. 2018-ci ilin sentyabr ayının əvvəllərində işləri ilə əlaqədar Rusiya Federasiyasının Moskva şəhərində olarkən Şahid1 oğlu ona zəng etmişdir. Həmin telefon danışığı Şahid1 ona, özünü Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olduğunu və Təqsirləndirilən şəxs 40.000 manat pulun qarşılığında ona məxsus qeyri-yaşayış sahəsinə dair DƏDRX-dən çıxarış alıb verə biləcəyini bildirmişdir. O, həmin təkliflə razılaşmış, lakin pulun hamısını əvvəlcədən verməyəcəyini, bir hissəsini verib qalan hissəsini çıxarış hazır olandan sonra verəcəyini bildirmişdir. Tanışı Şahid1 də bu barədə Təqsirləndirilən şəxsla danışaraq sonuncunun razı olduğunu bildirmişdir. İlk dəfə 2018-ci ilin sentyabr ayının son günlərində Təqsirləndirilən şəxs Şahid1 müraciət edərək, sənədləşmə işlərinə başlamaq üçün ilkin olaraq 15.000 manat pul lazım olduğunu demişdir. O, razılaşaraq həmin məbləğdə pulu Şahid1 göndərmiş və Nicat da öz növbəsində pulu Təqsirləndirilən şəxs vermişdir. Təxminən bir ay sonra, yəni 2018-ci ilin oktyabr ayının son günlərində Şahid1 yenə də ona zəng etmiş və Təqsirləndirilən şəxs əlavə 17.000 manat pul istədiyini, həmin pulu verdikdən sonra ən geci bir ay ərzində çıxarışın hazır olacağını və onlara təqdim ediləcəyini, bundan sonra qalan 8.000 manat pulu alacağını bildirmişdir. O, yenə də etiraz etməyərək Şahid1 17.000 manat pul göndərmiş və Şahid1 həmin pulu da Təqsirləndirilən şəxs təqdim etmişdir. Lakin Təqsirləndirilən şəxs vədinə əməl etməyərək bir aydan sonra ona məxsus qeyri- yaşayış sahəsinə dair çıxarışı təqdim etməmişdir. 2019-cu ilin yanvar ayının əvvəllərində o, Moskva şəhərindən Bakı şəhərinə gəlmiş və Təqsirləndirilən şəxsla görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs ona, həqiqətən də Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşı olduğunu, tanışı Şahid1 32.000 manat pulu aldığını, ona məxsus qeyri-yaşayış sahəsinə dair DƏDRX-dən çıxarış almaqla məşğul olduğunu, ondan asılı olmayan səbəblərdən çıxarışın alınma məsələsinin bir qədər uzanmasını, lakin yaxın zamanlarda çıxarışı alıb ona təqdim edəcəyini bildirmişdir. Buna baxmayaraq sonrakı dövrdə də Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamışdır. 2019-cu ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs onunla görüşmüş, onu təbrik etmiş, işlərin qaydasına düşdüyünü, ən geci bir ay ərzində ona məxsus qeyri-yaşayış sahəsinin çıxarışını alıb təqdim edəcəyini, lakin çıxarışın əldə edilməsi üçün mütləq qalan pulun verilməli olduğunu bildirmişdir. O, etiraz etməyərək 2019-cu ilin iyul ayının sonlarında, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «N.Nərimanov» istirahət parkının qarşısında Təqsirləndirilən şəxs qalan 8.000 manat pulu vermişdir. Təxminən 10 gün sonra, yəni 11 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ona, «Whatsapp» proqramı vasitəsi ilə DƏDRX-nə müraciət edilməsi və sənədin 30.08.2019-cu il tarixdə hazır olacağı məzmunlu qəbz şəkli göndərmişdir. O, həmin qəbzi gördükdən sonra tam arxayın olmuş və avqust ayının sonunda çıxarışın ona təqdim ediləcəyinə inanmışdır. Lakin nə avqust, nə də növbəti aylarda DƏDRX tərəfindən ona məxsus qeyri-yaşayış sahəsinə dair çıxarış verilməmişdir. Həmin ərəfədə isə Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək hər dəfə bir yalan danışırmış. Sonra o, Təqsirləndirilən şəxs göndərdiyi qəbzin şəklini hüquqşünas dostlarına göstərmiş və həmin dostlarının deməsinə əsasən ona məlum olmuşdur ki, həmin qəbzin heç bir hüquqi qüvvəsi yoxdur, ümumiyyətlə həmin qəbz DƏDRX-nə istənilən müraciətlə bağlı ola bilər və qəbzə əsasən söhbətin ona məxsus qeyri-yaşayış sahəsindən gedib-getmədiyini də müəyyən etmək mümkün deyildir. Bundan sonra o, Təqsirləndirilən şəxs tərəfindən aldanılmağını başa düşmüş, onunla görüşmüş və aldığı pulları qaytarmasını tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs həmin vaxtdan hazırki günə kimi onun pulunu qaytaracığını vəd etməsinə baxmayaraq yenə də müxtəlif bəhanələrdə onu aldatmağa davam etmişdir. Sonuncu dəfə o, Təqsirləndirilən şəxsla 2021-ci ilin yanvar ayında Nərimanov rayonu ərazisində görüşmüş, həmin görüş zamanı Təqsirləndirilən şəxs ən geci fevral ayında onun pulunu qaytaracağını vəd etmiş, lakin yenə də onu aldadaraq vədinə əməl etməmişdir. Bu səbəbdən də o, Nərimanov rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmyerliləri, yəni Kürdəmir rayonunun sakinləri kimi xeyli müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxsla qohumluq əlaqələri də vardır. 2018-ci ildə o, Zərərçəkmiş şəxs məxsus olan, Yasamal rayonu ərazisində yerləşən «Everest» restoranında inzibatçı işləyirmiş. Təqsirləndirilən şəxs da hərdən müştəri qismində həmin restorana gəlib-gedirmiş. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona Əmlak Məsəlləri Dövlət Xidmətində işləməsini bildirmişdir. Bununla yanaşı həmin ərəfədə Zərərçəkmiş şəxs ona Yasamal rayonu, Hüseyn Cavid prospektində "xxxx" MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 404,1 kv.metr olan qeyri-yaşayış sahəsini özəlləşdirib mülkiyyət hüququ əldə etmək istəməsini bildirmişdir. 2018-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs müştəri qismində onun işlədiyi restorana gəlmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs özünə məxsus olan qeyri-yaşayış sahəsini özəlləşdirmək istəməsi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs da ona bildirmişdir ki, obyektin sənədləri ilə tanış olduqdan sonra bir söz deyəcəkdir. Həmin ərəfədə Zərərçəkmiş şəxs işləri ilə əlaqədar Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Buna görə də o, Zərərçəkmiş şəxs zəng etmiş. Təqsirləndirilən şəxs dediklərini bildirmiş və qeyri-yaşayış sahəsinin sənədlərini göndərməsini xahiş etmişdir. Sonra o, Zərərçəkmiş şəxs göndərdiyi sənədləri götürüb Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs sənədlərlə tanış olduqdan sonra ona demişdir ki, 40.000 manat pulun qarşılığında həmin qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs mülkiyyətinə keçirilməsinə dair DƏDRX-dən çıxarış alıb verə bilər. O, bu barədə Zərərçəkmiş şəxs məlumat vermiş və Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. 2018-ci ilin sentyabr ayının son günlərində Təqsirləndirilən şəxs ona, sənədləşmə işlərinə başlamaq üçün ilkin olaraq 15.000 manat pul lazım olduğunu bildirmişdir. O, bu barədə Zərərçəkmiş şəxs məlumat vermiş, bundan sonra Zərərçəkmiş şəxs ona 15.000 manat pul göndərmiş və həmin gün, yəni 2018-ci ilin sentyabr ayının sonunda o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «N.Nərimanov» istirahət parkının qarşısında həmin pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin yerə sürücüsü kimi təqdim etdiyi Rəvan adlı şəxslə gəlmiş və o, Ramizin göndərdiyi 15.000 manat pulu idarə etdiyi avtomobilin içərisində, Rəvanın yanında Zərərçəkmiş şəxs vermişdir. Bundan təxminən bir ay sonra, yəni 2018-ci ilin oktyabr ayının son günlərində Təqsirləndirilən şəxs yenə də onunla görüşmüş və bildirmişdir ki, Zərərçəkmiş şəxs qeyriyaşayış sahəsinə çıxarış alınması ilə bağlı təcili olaraq 17.000 manat pul lazımdır. O, yenə də Zərərçəkmiş şəxs məlumat vermişdir. Zərərçəkmiş şəxs razılaşaraq ona 17.000 manat pul göndərmiş, bundan sonra o, işlədiyi «Everest» restoranın yanında, yəni Yasamal rayonu, N.Nərimanov prospekti, 205 saylı yaşayış binasının qarşısında həmin pulu Təqsirləndirilən şəxs vermişdir. 2019-cu ilin yanvar ayında Zərərçəkmiş şəxs Bakı şəhərinə gəlmiş və özü Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin vaxta kimi Təqsirləndirilən şəxs çıxarışı Zərərçəkmiş şəxs təqdim edəcəyini vəd etmiş, lakin vədinə əməl etməyərək vaxtı uzatmağa başlamışdır. Bununla bağlı həm o, həm də Zərərçəkmiş şəxs tez-tez Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq çıxarışın nə vaxt hazır olacağını soruşurmuşlar, Təqsirləndirilən şəxs isə hər dəfə qısa zaman ərzində işin həll olunacağını desə də, sonra yenə vaxtı uzadırmış. 2019-cu ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs onun yanında Zərərçəkmiş şəxs ilə görüşmüş, işlərin qaydasına düşdüyünü, çıxarışın hazır olduğunu və çıxarışı DƏDRX-dən götürməsi üçün təcili olaraq qalan 8.000 manat pulu vermək lazım olduğunu bildirmişdir. Bu söhbətdən bir neçə gün sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla görüşərək qalan 8.000 manat pulu da vermişdir. Lakin sonradan Təqsirləndirilən şəxs yenə də Zərərçəkmiş şəxs aldadaraq vədinə əməl etməmiş, heç bir çıxarış təqdim etməmiş və aldığı pulu da qaytarmamışdır. Sonrakı aylar ərzində o, özü də dəfələrlə Təqsirləndirilən şəxsla görüşərək onun vasitəsi ilə Zərərçəkmiş şəxs aldığı pulları qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxs da hər dəfəsində guya qısa müddət ərzində qaytaracağını vəd etsə də, nəticədə verdiyi vədlərin heç birinə əməl etməmişdir. Sonradan ona məlum olmuşdur ki. Zərərçəkmiş şəxs öz əlaqələri vasitəsi ilə sözügedən qeyri-yaşayış sahəsini özəlləşdirərək DƏDRX-dən çıxarış əldə etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində şikayət etdikdən sonra Təqsirləndirilən şəxs bir neçə dəfə ona zəng edərək görüşməyi təklif etmişdir. O, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onunla görüşərkən istintaqa çağırıldığı halda onun xeyrinə ifadə verməyini xahiş edəcəkdir, buna görə də həmin görüşdən imtina etmişdir. Təqsirləndirilən şəxs verdiyi pulların hamısı Zərərçəkmiş şəxs məxsus olmuş, buna görə də Təqsirləndirilən şəxs hərəkətləri ilə bağlı ona heç bir maddi ziyan dəyməmişdir. O, həmin ərəfədə Zərərçəkmiş şəxs məxsus restoranda işlədiyi üçün, eyni zamanda Təqsirləndirilən şəxs həmyerli kimi uzun illər tanıdığı üçün məhz Zərərçəkmiş şəxs köməklik etmək məqsədi ilə onları tanış etmiş, bu işdə heç bir maddi marağı olmamış və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pullardan ona heç bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs onun uzaq qohumudur. O, 2016-2018-ci illər ərzində qeyri-rəsmi olaraq Təqsirləndirilən şəxs yanında sürücü işləmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs Əmlak Məsələləri Dövlət Xidmətində işləyirmiş. O, Təqsirləndirilən şəxs konkret olaraq hansı vəzifədə işlədiyini bilməmiş, bir sürücü kimi sonuncunu müxtəlif ünvanlara aparırmış, lakin onun konkret olaraq kimlərlə və hansı işlərlə bağlı görüşməsini bilməmişdir. 2018-ci ilin sentyabr ayının sonunda, hazırda tarixini dəqiq xatırlamadığı günlərin birində o, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «N.Nərimanov» istirahət parkının qarşısına gətirmişdir. Təqsirləndirilən şəxs orada həmyerliləri, yəni Kürdəmir rayon sakini olan Şahid1 adlı şəxslə görüşəcəyini bildirmişdir. Onlar «N.Nərimanov» istirahət parkının qarşısına çatdıqdan sonra avtomobildən düşmüşlər və həmin ünvanda onları gözləyən Şahid1 qara rəngli «Nissan Altima» markalı avtomobilinə əyləşmişlər. Təqsirləndirilən şəxs qabaq sərnişin oturacağında, o, isə arxa sərnişin oturacağında əyləşmişdir. Orada Şahid1 onun yanında Təqsirləndirilən şəxs bir büküm pul vermiş və 15.000 manat olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin pulu saymaq üçün ona vermişdir. O, Şahid1 və Təqsirləndirilən şəxs yanlarında həmin pulu sayaraq həqiqətən də 15.000 manat olduğunu bildirmiş və pulu Təqsirləndirilən şəxs qaytarmışdır. Sonra onlar avtomobildən düşərək çıxıb getmişlər. Hadisənin üzərindən xeyli müddət keçdiyi üçün oradan konkret olaraq hara getdiklərini xatırlamır. 2018-ci ilin sonlarında o, Təqsirləndirilən şəxs yanında sürücü işindən çıxmış və başqa yerdə sürücü işləməyə başlamışdır. Bu hadisədən bir neçə ay sonra, 2019-cu ilin sonlarında Şahid1 onunla əlaqə saxlayaraq. Təqsirləndirilən şəxs şikayətlənməyə başlamışdır. Həmin vaxt Şahid1 deməsinə əsasən ona məlum olmuşdur ki, sonuncunun onun yanında Təqsirləndirilən şəxs verdiyi pul müdiri Ramiz adlı şəxsə məxsus olmuşdur, onlar həmin pulu Təqsirləndirilən şəxs Ramiz adlı şəxsə hansısa sənəd almaq üçün vermişlər, lakin nəticədə Ramin vədinə əməl etməyərək söz verdiyi sənədi təqdim etməmiş və aldığı pulu da qaytarmamışdır. Həmin vaxt o, Şahid1, artıq Təqsirləndirilən şəxsla işləmədiyini və onun işlərindən anlayışının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Şahid1 aldığı 15.000 manat puldan ona heç bir məbləğdə pul verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 17.06.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Şübhəli şəxsin tutulması haqqında 01.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-672/2021 nömrəli, 03 iyul 2021ci il tarixli qərarından görünür ki, CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində istintaq müddəti həddində, yəni 21 sentyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 01 iyul 2021-ci il tarixdən hesablanmışdır; Götürmə və baxış keçirilməsi haqqında 25 iyul 2021-ci il tarixli protokoldan görünür ki, diskin içərisində “Audio 1”, “Audio 2” və “Audio 3” adlanan audio faylların olması müəyyən edilmişdir. Həmin fayllara baxış zamanı iki nəfər kişi cinsli şəxslərin telefon danışıqlannın qeydə alınması müəyyən edilmiş və baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin səs yazılarında olan səslərdən biri ona, digəri isə Təqsirləndirilən şəxs məxsusdur, o, Təqsirləndirilən şəxsla telefonla danışarkən həmin danışıq istifadəsində olan mobil telefonda quraşdırılmış xüsusi proqram vasitəsilə qeydə alınmışdır. “Audio 1”, “Audio 2” və “Audio 3” adlanan fayllardakı səs yazılarına baxış zamanı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, “Mən səndən pulumu istəyirəm də, sənə əlimlə pul vermişəm, onu istəyirəm, mən səni qorxutmuram” sözlərini deməsi, bundan sonra R. Məmmədovun Zərərçəkmiş şəxs, “Mən də sənə deyirəm ki, indi verə bilmirəm də qardaş, sən nətər insansan, adamın adama borcu olar da, nolub?” cavabını verməsi, bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, “Hələ məni 1 il aldatmağın bəs deyil, deyirsən ki, adamın adama borcu olar?” sualını verməsi, bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs, “narahat olma, telefonda danışmayaq, gəlim söhbət edərik, belə danışıb gərginləşirik, düzələcək e, düzəlməyən iş yoxdur, həll olunacaq, narahat olma” sözlərini deməsi, bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs, “Qulaq as, söz deyirəm sənə. Deyirəm ki, bu gün hesabatları veririk, sabaha cavab gözləyirik, komitəyə çıxarırlar, sabah Allah qoysa adam özü gedir ora, çıxır, ondan sonra səninlə əlaqə saxlayıram" sözlərini deməsi, ümumiyyətlə isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulunun qaytarılmasını tələb etməsi, Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək vəd etdiyi işi görəcəyini bildirməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi, cinayət işi üzrə əməlin tövsif edilməsi və maddi sübut kimi tanınma haqqında 21 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməlin AR CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilməsi, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 01 ədəd “CD” formatlı disk iş üzrə sübut əhəmiyyəti kəsb etməsi nəzərə alınmaqla maddi sübut kimitanınması və iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs 01 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı şikayətçi deyil, ona dəymiş zərər tam ödənilib, hazırda təqsirləndirilən şəxs R.Məmədov ilə barışmışdır, şikayət və tələbi yoxdur. "xxxx" ASC-nin vasitəsi ilə ödənilmiş ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 10000 manat dövlət büdcəsinə ödənilmişdir Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs hazırda Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham olunan əməllərə görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Cinayət işi üzrə maddi sübut - 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar