Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-74/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs4 Məhəmmədoviçin, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Ağdam şəhəri, M.Quliyev küçəsi, ev 8-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgə əmlakını gizli olaraq talama məqsədilə 29 iyun 2022-ci il tarixdə saat 10:30 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs4 Məhəmmədoviçə məxsus 01 ədəd 550 manat dəyərində “Adidas” markalı velolosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 Məhəmmədoviçə cəmi 550 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyətilə özgə əmlakını gizli olaraq talama məqsədilə 04 iyul 2022-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılmış “Toyota Prius” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd **********69083 İ M E İ kodlu, 600 manat dəyərində “Samsung A32” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 cəmi 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgə əmlakını gizli olaraq talama məqsədilə 04 iyul 2022-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılmış “Opel” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd daxilində 5 manat dəyərində ***-***-**-** saylı və 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrələr olan, **********2945 və **********12952 İMEİ kodlu, 700 manat dəyərində “X11 10” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 cəmi 710 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgə əmlakını gizli olaraq talama məqsədilə 07 iyul 2022-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılmış “İsuzu” markalı avtomobilin içərisindən Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd daxilində 10 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan, **********87959 və **********87821 İMEİ kodlu, 2161 manat dəyərində “İphone 11 128Gb Black” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 cəmi 2161 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 iyun 2022-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən Dərnəgül bazarına gəlmişdir. Bazarın arxa tərəfinə keçmiş və orada fərdi yaşayış evinin qarşısında velosiped olduğunu görüb mobil telefonu ilə “Bolt” taksi xidmətinə zəng vuraraq Sabunçu bazarına taksi sifariş etmişdir. Bundan sonra, taksi həmin ünvana yaxınlaşmış və o, velosipedi evin qarşısındar oğurlayaraq taksinin arxa yük yerinə qoyub Sabunçu bazarına sürməsini xahiş etmişdir. Taksi ilə Sabunçu bazarına getmiş, taksinin pulunu verib yola saldıqdan sonra həmin bazarda “Adidas” markalı velosipedi 110 manata tanımadığı şəxsə satmışdır. Bundan başqa, 04 iyul 2022-ci il tarixdə saat 16 radələrində Nərimanov rayonu Ziya Bünyadov prospektində olarkən taksi kimi gəldiyi “Toyota Prius” markalı avtomaşını orada saxladaraq “Arzu” marketə düşdüyünü və qapının açıq olduğunu görüb həmin avtomaşına yaxınlaşmış, avtomobilin qabaq alın şüşəsinə qoyulmuş “Samsung” markalı mobil telefonu oğurlayıb 20 yanvar metrostansiyası istiqamətinə gedib orada, yəni metronun ətrafında tanımadığı şəxsə 90 manata satmışdır. Bundan başqa həmin tarixdə yəni xx.xx.2022-ci il tarxidə yenə Z.Bünyadov prospektində yerləşən “Arzu” marketin qarşısına gəlmişdir. Təxminən saat 21- 30 radələrində “Opel” markalı avtomobilin sürücüsünün avtomobilini “Arzu” marketin yanında saxladaraq marketə girdiyini görmüşdür. Bundan sonra, həmin avtomaşına yaxınlaşmış və pəncərəsinin açıq olduğunu görüb sükanın qarşısına qoyulmuş “Redmi” markalı mobil telefonu götürüb çıxıb getmişdir. Həmin mobil telefonuda səhərisi gün 20 yanvar metrostansiyası qarşısında tanımadığı şəxsə 80 manata satmışdır. Bundan başqa, 07 iyul 2022-ci il tarixdə Nərimanov rayonu Z.Bünyadov prospekti “Arzu” marketin qarşısına taksi ilə gəlmişdir. Avtomaşından yerə düşüb taksi sürücüsünə onu bir neçə dəqiqə gözləməsini xahiş edərək yaxınlıqda olan “İsuzu" markalı avtomaşına yaxınlaşmışdır. Ətrafa nəzər salıb ətrafda kimlərinsə olmadığını görüb həmin avtomaşının qabaq sərnişin oturacağında "İphone 11” markalı mobil telefonu oğurlayaraq onu gözləyən taksiyə əyləşib 20 yanvar metrostansiyası istiqamətinə sürməsini xahiş etmişdir. Həmin mobil telefonuda metronun qarşısında tanımadığı şəxsə 300 manata satmışdır. O, həmçinin bildirmişdir ki, “Arzu” marketin qarşısına gəlməkdə məqsədi oğurluq etmək olmuş, həmin ünvana gəlib avtomaşın sahiblərinin marketə və ya yaxınlıqda olan digər obyektlərə girməsini gözləmişdir. Bundan sonra, avtomaşınlara yaxınlaşıb hər hansı bir qiymətli əşyanın olub olmamasını dəqiqləşdirdikdən sonra qapının və ya şüşənin açıq olmasından istifadə edib oğurluq etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək bunun nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə məxsus “X11 10” markalı mobil telefonu hadisədən təxminən 7-8 ay öncə 700 manata almışdır. 04 iyul 2022-ci il tarixdə təxminən saat 22 radələrində idarə etdiyi “Opel” markalı avtomobillə Nərimanov rayonu, Ziya Bünyadov prospekti 20/61 saylı ünvanın qarşısından keçərkən avtomobili elə orada saxlayıb enmişdir ki, “Arzu” mağazasına daxil olaraq oradan alış-veriş etsin. O, avtomobildən endikdən sonra avtomobilin qapı və yan şüşələrini bağlamamışdır. Bundan sonra, o, mağazaya daxil olmuş və alış-veriş etdikdən sonra, yəni təxminən 3-5 dəqiqəyə çölə çıxıb avtomobilinə yaxınlaşmışdır. Elə həmin vaxt o, avtomobilin içərisində saxladığı özünə məxsus 01 ədəd “X11 10” markalı mobil telefonunun avtomobilin daxilində olmadığını, yəni oğurlandığını aşkar etmişdir. Bundan sonra, o, hadisə barədə DİN-in 102 zəng mərkəzinə məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünə məxsus “İpione 11” markalı mobil telefonu kreditə almışdır. Kredit müqaviləsində qeyd olunduğu kimi yekunda mobil telefona görə o, ümumilikdə 2161 manat pul ödəmişdir. 07 iyul 2022-ci il tarixdə təxminən saat 15 radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən "Arzu” mağazasının yaxınlığından dayısı ilə birlikdə onun idarə etdiyi “İsuzu” markalı avtomobillə keçərkən dayısı avtomobili mağazanın yanında yerləşən avtomobil ehtiyat hissələri satışı mağazasının qarşısında saxlamışdır ki, onlar mağazaya daxil olub özlərinə nəsə alsınlar. Bundan sonra, onlar birlikdə avtomobildən enib mağazaya daxil olmuşlar və o, özünə məxsus “İphone 11” markalı mobil telefonu avtomobilin qabaq oturacağının üzərində saxlamışdır. Avtomobildən enərkən dayısı avtomobilin qapısını və yan şüşələrini açıq qoymuşdur ki, mağazaya daxil olub geri qayıtmağı bir neçə dəqiqə çəkəcək. Mağazaya daxil olub alışveriş etmələri və yenidən avtomobili saxladığları yerə geri qayıtmağları təxminən 5-10 dəqiqə çəkmişdir. Avtomobilə geri qayıdıb əyləşmək istəyərkən isə o, özünə məxsus qeyd etdiyi markada mobil telefonunun saxladığı yerdə olmadığını, yəni oğurlandığını aşkar etmişdir. Bundan sonra, o, hadisə barədə DİN-in 102 zəng mərkəzinə məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, özünə məxsus “Samsung A32” markalı mobil telefonu 2021-ci ilin tarixdə kreditə olmaqla “Kontakt Home” mağazasından 600 manata almışdır. 04 iyul 2022-ci il tarixdə təxminən saat 16:30 radələrində idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Nərimanov rayonu, Ziya Bünyadov prospekti 20/61 saylı ünvanın qarşısından keçərkən avtomobili elə orada saxlayıb enmişdir ki, “Milli ön” aparatı vasitəsilə kreditini ödəsin. O, avtomobildən endikdən sonra qapı və yan şüşələrini bağlamamışdır. Bundan sonra, o, orada yerləşən “Gəncə təndiri" adlanan mağazaya daxil olub kreditini “Milli ön” aparatı vasitəsilə ödəmiş, təxminən 5-10 dəqiqəyə çölə çıxıb avtomobilinə yaxınlaşmışdır. Elə həmin vaxt özünə məxsus “Samsung A32” markalı mobil telefonunun avtomobilin daxilində olmadığını, yəni oğurlandığını aşkar etmişdir. Bundan sonra o, hadisə barədə DİN-in 102 zəng mərkəzinə məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Məhəmmədoviç ifadəsində göstərmişdir ki, o, “Dərnəgül bazarı” adlanan ərazidə dəmir obyektində fəhlə işləyir. İşlədiyi obyektin müdiri öz işlərinə, evə gedib-gəlməyə və obyektin işi ilə əlaqədar ona 01 ədəd qırmızı rəngli “Adidas” markalı velosiped vermişdir ki, harasa gedib-gəlmək lazım olanda velosipeddən istifadə etsin. 29 iyun 2022-ci il tarixdə təxminən saat 10:30 radələrində o, yaşadığı evə gəlib velosipedi evin giriş qapısının qarşısında saxlayıb evə daxil olmuşdur. Təxminən 10-15 dəqiqə keçdikdən sonra işə getmək üçün evdən çölə çıxmış, lakin velosipedin evə gələrkən saxladığı yerdə olmadığını, yəni oğurlandığını aşkar etmişdir. Bundan sonra, o, DİN-in 102 zəng mərkəzi xidməti ilə mobil telefon əlaqəsi saxlayıb baş vermiş hadisə barədə məlumat vermiş, daha sonra isə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə gedib velosipedinin oğurlanmasına dair şikayət ərizəsi ilə müraciət etmişdir. O, həmçinin bildirmişdir ki, baş vermiş hadisə nəticəsində ona 550 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs4 Məhəmmədoviç ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Cinayət işinin 11-13-cü vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Nərimanov rayonu, Z.Bünyadov prospekti 14 ünvanında yerləşən avtomobil sexinin qarşısıdır. Həmin yerdə Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “İphone 11 128GB Black” markalı mobil telefon “İsuzu” markalı avtomobilin içərisindən oğurlanmışdır. Cinayət işinin 50-51-ci vərəqələrində olan “Təqdim edilmiş CD-R formatlı diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 13 iyul 2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd CD-R formatlı diskin yaddaşında olan videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılmış “İsuzu” markalı avtomobilin qabaq sağ yan qapısı tərəfindən yaxınlaşaraq pəncərənin açıq olmasından istifadə edib avtomobilin daxilindən Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “İphone 11 128Gb Black ” markalı mobil telefonu oğurlayıb ətrafa baxıb onu heç kəsin görməməsindən əmin olduqdan sonra X1 idarə etdiyi üzərində “Bolt” yazısı olan, ağ rəngli, **-PK-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı avtomobilə tərəf qaçaraq avtomobilə əyləşir və onlar hadisə yerindən uzaqlaşırlar. Baxış zamanı iştirak edən X6 müdafiəçisinin iştirakı ilə bildirmişdir ki, 2022-ci ilin iyun ayında idarə etdiyi avtomobillə Binəqədi rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan zaman “Bolt” taksi şirkəti tərəfindən müştərinin sifarişi ona yönlədirilmiş və həmin vaxt ona məlum olmuşdur ki, əvvəllər tanımadığı, heç bir münasibətinin, ədavət və ya düşmənçiliyinin olmadığı müştəri Ziya Bünyadov prospekti Dərnəgül bazarının arxasından Sabunçu bazarı adlanan əraziyə səfər edəcək. O, idarə etdiyi avtomobillə həmin müştərinin qeyd etdiyi ünvana gəlmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, müştərini gətirdiyi ünvan Dərnəgül bazarının arxasında fərdi yaşayış evlərinin qarşısıdır. Bir nəfər 30-35 yaşlarında qara bəniz oğlan ona yaxınlaşaraq maşının yük yerini açmasını və gözləməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra müştəri maşının yük yerinə velosiped qoyaraq maşına əyləşmiş və Sabunçu bazarına sürməsini bildirmişdir. Yolda həmin müştəri onunla söhbət edən zaman ondan mobil nömrəsini istəyərək bildirmişdir ki, gələcəkdə ona gediş haqqından əlavə pul verəcək və istədiyi vaxt onu istədiyi yerə aparıb gətirsin. O, həmin şəxsə mobil nömrəsini vermiş və onun təklifinə razı olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə mobil nömrəsinə hal-hazırda xatırlamadığı nömrədən zəng gəlmişdir. Həmin şəxs telefonda özünü ona xatırlatmış və o, həmin şəxsi tanımışdır. Həmin şəxs ona 20 yanvar metrostansiyasının qarşısına gəlməsini xahiş etmişdir. O, təxminən saat 14 radələrində 20 yanvar metrostansiyasının qarşısına gəlmiş və həmin şəxs maşınına əyləşərək Ziya Bünyadov prospekində yerləşən “Arzu” marketin qarşısına sürməsini xahiş etmişdir. O, onun dediyi ünvana maşını sürmüş və həmin şəxs “Arzu” marketin qarşısında düşərək ondan gözləməsini xahiş etmişdir. Təxminən 2-3 dəqiqə sonra həmin şəxs tələsik maşının arxa oturacağına əyləşərək təkrar 20 yanvar metrostansiyasına getmələrini bildirmişdir. O, həmin şəxsi 20 yanvar metrostansiyasının qarşısına aparmış və gediş haqqının 10 manat olduğunu ona bildirmişdir. Həmin şəxs ona 20 manat pul verərək çıxıb getmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, onunla birlikdə oğurluq etmədiyini, yəni Təqsirləndirilən şəxs iştirakı olmadan tək olaraq oğurluq etdiyini, əvvəlcədən və ya daha sonra ona törətdiyi oğurluq cinayət əməllərindən məlumat vermədiyini bildirmişdir. Cinayət işinin 113-115-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Belə ki, o, sonuncu dəfə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 02 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ona 01 il 04 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Amnistiya Qərarının 2.4-cü bəndi tətbiq edilərək cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilmişdir. Cinayət işinin 120-123-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(007)-473/2022 saylı qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəllinin 27 avqust 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 147-148-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Dərnəgül bazarının ərazisinə daxil olarkən NRS otelin sağ tərəfindən dalanda yerləşən həyət evinin qarşısıdır. Cinayət işinin 185-186-cı vərəqələrində olan “Qətimkan tədbirinin nəzərə alınması haqqında” 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X2 barəsində 29 avqust 2022-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 192-197-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(103)-864/2020 saylı qərarından görünür ki, apellyasiya protestinin təmin olunması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəmsinin 28 iyul 2020-ci il tarixli, 1(001)-189/2020 saylı hökmünün məhkuma cəza təyin edilməsi hissəsində dəyişdirilməsi, X5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X2 həbsdə saxlanıldığı 47 (qırx yeddi) günün ona təyin edilmiş azadlıqdan məhrum emtə cəzasından çıxılması və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması qərara alınmışdır. Cinayət işinin 198-209-cu vərəqələrində olan “Cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlinə hissəvi xitam verilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın ləğv edilməsi və toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 Məhəmmədoviçə məxsus velosipedin oğurlanması faktına dair videogörüntünü yaddaşında əks etdirən 01 ədəd CD-R formatlı diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-444/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməsi və ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə isə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaların təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın müəyyən edilməsi, cəzanın çəkilməsinin Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə hesablanması və cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni 27 avqust 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli, 026624 nömrəli vəsiqənin surətindən görünür ki, X3 şəhid ailəsi üzvüdür. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 018408 nömrəli vəsiqənin surətindən görünür ki, X3 şəhid ailəsi üzvüdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-444/2022 saylı hökmünə əsasən məhkum olunsa da, onun hazırki iş üzrə törətdiyi cinayət əməlini həmin məhkumluğun yaranmasından əvvəl törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-444/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə müəyyən edilmiş 27 avqust 2022-ci il tarixdən hesablanmalı (CPM- 158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), onun hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya gəldikdə isə mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə mülki iddia təqdim edərək 2161 (iki min yüz altmış bir) manat maddi ziyan, 1000 (bir min) manat isə mənəvi zərərin əvəzi olaraq mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 108.1.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir; Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Məhkəmə hesab edir ki, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən cinayət əməlinin törədilməsi nəticəsində mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs2 2161 (iki min yüz altmış bir) manat maddi zərər vurulması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilir. Mülki iddiaçı tərəfindən irəli sürülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair isə məhkəmənin mövqeyi aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə “Smirnova Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, mülki iddiaçı mənəvi sarsıntı keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat ağlabatan məbləğ kimi müəyyənləşdirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilməli, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 2161 (iki min yüz altmış bir) manat maddi ziyan, 500 (beş yüz) manat mənəvi ziyanın əvəzi tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs2 ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 42 (qırx iki) iş saatına görə 252 (iki yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-444/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 27 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut olan 01 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 2161 (iki min bir yüz altmış bir) manat məbləğində maddi zərər və 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs2 İxtiyar oğlunun xeyrinə ödənilsin, mülki iddia qalan hissədə təmin edilməsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 42 (qırx iki) iş saatına görə 252 (iki yüz əlli iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-74/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-74/2023
01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver