Məhkəmə qərarları › İş №1(005)-75/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-75/2023

06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-75/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1970-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində ünvanı istintaqa tam bəlli olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə Zərərçəkmiş şəxs2 razılığını aldıqdan sonra 2021-ci ilin qış aylarından 2022-ci ilin fevral-mart aylarınadək olan müddət ərzində Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif hotellərdə kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 40 manat pulu müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim edərək, qalan 10 manat pulu isə fahişəliyə cəlb etdiyinə görə özünə götürərək Zərərçəkmiş şəxs2 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində ünvanı istintaqa tam bəlli olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə Zərərçəkmiş şəxs1 razılığını aldıqdan sonra 2018-ci ilin iyul ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif hotellərdə kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 50 manat pulu müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim edərək, qalan 50 manat pulu isə fahişəliyə cəlb etdiyinə görə özünə götürərək Zərərçəkmiş şəxs1 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Eləcə də, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə Abşeron rayonu, Saray qəsəbəsi, Bağlar massivində yaşayan tanışı Zərərçəkmiş şəxs4 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə Zərərçəkmiş şəxs4 razılığını aldıqdan sonra 2022-ci ilin fevral ayı ərzində Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif hotellərdə kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 40 manat pulu müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim edərək, qalan 10 manat pulu isə fahişəliyə cəlb etdiyinə görə özünə götürərək Zərərçəkmiş şəxs4 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə ünvan 5 ünvanında yaşayan tanışı X2 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə Sevil Əliyevanın razılığını aldıqdan sonra 2022-ci ilin fevral-mart ayları ərzində Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif hotellərdə kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 40 manat pulu müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim edərək, qalan 10 manat pulu isə fahişəliyə cəlb etdiyinə görə özünə götürərək Sevil Əliyevanı gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, barəsində ifadə verən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və X1 tanıyır, həmin şəxslərin fahişəliklə məşğul olduqlarını bilmişdir. Ondan tanışları xahiş etdikdə həmin qadınlarla əlaqə saxlayıb tanışları ilə görüşdürmüşdür. Lakin buna görə nə həmin tanışlarından, nə də qadınlardan pul almamışdır. Buna görə adlarını qeyd etdiyi qadınlar heç özləri də ona pul verməmişlər. Sadəcə olaraq o, tanışlarının xətrinə dəyməmək üçün ondan fahişəliklə məşğul olan qadın istədikdə etiraz etməmiş, bunu etməkdə hər hansı maddi marağı olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onu müştərilərlə cinsi əlaqədə olmaq üçün apararkən bilmişdir ki, o, müştərilərlə 100 manat pul müqabilində görüşür, buna görə də Vüqar onunla əlaqə saxlayıb bildirmişdir ki, onu özünün müştərilərinin yanına aparacaq, müştəri verəcəyi 100 manat puldan 50 manatı Vüqarın, qalan 50 manatı isə onun olacaqdır. Vüqar onu 2018-ci ilin iyul ayından 2022-ci ilin fevral aymadək xeyli sayda müştəriləri ilə pul müqabilində görüşdürüb cinsi əlaqədə olmağını təşkil etmiş, Vüqar onu özü idarə etdiyi avtomobillə olduğu ünvandan götürüb Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif hotellərə aparmış, onu müştəriyə təqdim etdikdən sonra müştəri ilə cinsi əlaqədə olmuşdur. Vüqar müştəridən 100 manatı alıb 50 manatını ona vermiş, qalan 50 manatını isə özünə götürmüşdür. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs on il olar ki tanıyır, Vüqar onun fahişəliklə məşğul olduğunu bildikdən sonra 2021-ci ilin qış aylarından 2022-ci ilin fevral-mart aylarında onunla əlaqə saxlayıb bir neçə dəfə öz müştərilərinin yanına cinsi əlaqədə olmaq üçün aparmışdır. Vüqarla aralarında olan razılaşmaya əsasən sonuncu onu 50 manat pul müqabilində müştərisinə təqdim etmiş, hər müştəridən aldığı puldan da ona 40 manat pul vermiş, qalan 10 manat isə onu müştəriyə təqdim etdiyinə görə Vüqara çatmışdır. Vüqar onu cinsi əlaqədə olmaq üçün Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif hotellərə aparmış, hər dəfə onu özü idarə etdiyi avtomobillə müştərinin olduğu hotelə aparır, onu müştəriyə təqdim etdikdən sonra gözləyirdi. O, müştəri ilə cinsi əlaqədə olduqdan sonra Vüqar aldığı puldan ona çalan hissəsini vermiş və onu yaşadığı ünvana qaytarmışdır. Vüqarın müştəriləri özünün tanışları olmuş, əksərən rayondan gələn şəxslər olmuş, o həmin şəxsləri tanımır, hərəsi ilə cəmisi bir dəfə görüşmüşdür. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımış, o fahişəliklə məşğul olarkən Vüqar da bunu görmüş, Vüqarla münasibəti yaranmış, Vüqar onun istifadəsində olan mobil telefon nömrəsini götürüb arabir özü onunla əlaqə saxlamışdır. Vüqarın onunla əlaqə saxlamaqda məqsədi onu fahişəliyə cəlb etmək olmuşdur. Vüqarla aralarında olan razılaşmaya əsasən sonuncu müştəridən onunla cinsi əlaqədə olmağa görə 50 manat pul alacaq, həmin pulun 10 manatı onu müştəri ilə tanış etdiyinə görə Vüqarın, qalan 40 manatı isə onun olacaqdır. Vüqar hər dəfə onu özünün idarə etdiyi avtomobillə götürüb Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif hotellərə aparır, onu müştərinin olduğu otağa göndərdikdən sonra hotelin qarşısında gözləyirdi. O müştəri ilə cinsi əlaqədə olduqdan sonra müştəri Vüqara bunun müqabilində 50 manat pul verilir, Vüqar da həmin pulun 10 manatını özünə götürüb qalanını ona vermişdir. Vüqar onu 2022-ci ilin fevral-mart ayları ərzində fahişəliyə cəlb etmiş, sonuncu dəfə Vüqar onunla əlaqə saxladıqda sonuncuya izah etmişdir ki, artıq Vüqarın onu fahişəliyə cəlb etməsini istəmir. Vüqar onu fevral-mart ayları ərzində 10-15 dəfə müştəriləri ilə görüşdürüb cinsi əlaqədə olmağını təşkil etmişdir. Sonda zərərçəkmiş şəxs X2 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayı ərzində Təqsirləndirilən şəxs bir neçə dəfə onunla əlaqə saxlayıb öz müştərilərinin yanına Bakı və Sumqayıt şəhərlərində yerləşən hotellərə onu cinsi əlaqədə olmaq üçün aparmışdır. Vüqarla əvvəlcədən danışıb razılaşmışlar ki, onu hər müştərinin yanına cinsi əlaqədə olmaq üç-ün apardıqda müştəridən ona görə 50 manat pul alacaq, həmin pulun 10 manatı ona müştəri tapdığına görə Vüqarın, qalan 40 manatı isə onun olacaqdır. Vüqarın onu müştəri ilə görüşüb cinsi əlaqədə olmaq üçün apardığı hotellər Bakı və Sumqayıt şəhərlərində olmuş, hotelləri xatırlamır, Vüqar onu təqdim etdiyi müştərilərdən pulu özü alır, o müştəridən heç bir zaman pul almamışdır. Vüqar 3-4 nəfər müştərisi ilə onu görüşdürüb cinsi əlaqədə olmağını təşkil etmişdir. Sonda Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1 və Şahid2 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 24-43-cü vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 5(001)-159/2022 və 28 yanvar 2022-ci il tarixli 5(001)-157/2022 nömrəli qərarları əsasında keçirilmiş telefon danışıqlarına qulaq asma əməliyyat-axtarış tədbirinin nəticəsinə dair məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan +994 55 *** ** ** və +994 50 *** ** ** nömrəli mobil telefon nömrələri ilə aparılan danışıqlarında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs tərəfindən fahişəliyə cəlb edilmələri, Şahid1 isə Təqsirləndirilən şəxs fahişəliklə məşğul olan qadınları cinsi əlaqədə olmaq üçün təşkil etməsi barədə danışıqlar aparılmışdır. Cinayət işinin 61-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 73-74-cü vərəqələrində olan “Şübhəli şəxsin tutulması haqqında” 23 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 127-128-ci vərəqələrində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 25 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X2 tərəfindən yazılmış ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 tərəfindən yazılmış ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncuların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən yüngülləşdirilməli və üzərində qəti cəza müəyyən edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 11 noyabr 2022-ci il – 06 mart 2023-cü il tarixlərdə keçirilmiş 9 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən yüngülləşdirilsin və üzərində qəti olaraq 2800 (iki min səkkiz yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan təbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar