Məhkəmə qərarları › İş №1(005)-75/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-75/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-75/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi “ARBİTRİUM” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 2005-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Göbəktala Ə/D-nin Şahverdili kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küç.40, blok 6, mənzil 87-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə; xx xxxxxxxx 1997-ci ıl tarixdə İmişli rayonu. Qaragüvəndikli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qaragüvəndikli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Moskva pros. 56, ev 30, mənzil 36-da yaşayan, barəsində «polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olub özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah məqsədilə qohumu Təqsirləndirilən şəxs2 ilə özgənin xeyli miqdarda əmlakını talama barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, dayısı Zərərçəkmiş şəxs rəhbəri olduğu “Brend Plas" MMC ilə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu, X5 yerləşən "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Keşlə Yüklərin və X1 ərazisində saxlanılan “Brend Plas" MMC-yə məxsus "X15 xətti" lentlərini oğurlamaq üçün cinayətkar plana uyğun olaraq 30 may 2023cü il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun idarə etdiyi "Tofaş” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Keşlə Yüklərin və X6"nə gəlmiş, mühafizə olunan ərazidə xidmət göstərən və əvvəldən tanıdığı "Keşlə Yüklərin və X2 atıcı vəzifəsində çalışan Şahid3 və Şahid2 dayısı Zərərçəkmiş şəxs tapşırığı ilə orada saxlanılan "X15 xətti" lentlərini aparmaq adı ilə gəldiyini bildirməklə, onları aldadıb giriş qapısının açılmasına və avtomobil ilə mühafizə olunan əraziyə daxil olmağa nail olmuş, bundan sonra Şahid3 və Şahid2 onların hərəkətlərinin hüquqazidd olmasını dərk etmədiklərinə və sonuncular tərəfindən əks təsirə məruz qalmayacaqlarına arxayın olduğundan, sözügedən ərazidə saxlanılan ümumi dəyəri 8649 manat 60 qəpik olan cəmi 34 ədəd "X15 xətti” lentlərini Təqsirləndirilən şəxs2 köməkliyi ilə qeyd olunan avtomobilin yük hissəsinə yığıb onları gizli olaraq talamaqla oradan uzaqlaşaraq, zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyli miqdarda, yəni 8649 manat 60 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2 4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olub özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o tamah məqsədilə qohumu Təqsirləndirilən şəxs1 ilə özgənin xeyli miqdarda əmlakını talama barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, dayısı Zərərçəkmiş şəxs rəhbəri olduğu “Brend Plas" MMC ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X5 yerləşən “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Keşlə Yüklərin və X6"nin ərazisində saxlanılan "xxxx" MMC-yə məxsus ' X15 xətti” lentlərini oğurlamaq üçün cinayətkar plana uyğun olaraq 30 may 2023-cü il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə özünün idarə etdiyi "Tofaş” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "Keşlə Yüklərin və X3 gəlmiş, mühafizə olunan ərazidə xidmət göstərən və əvvəldən tanıdığı "Keşlə Yüklərin və X6”ndə atıcı vəzifəsində çalışan Şahid3 və Şahid2 dayısı Zərərçəkmiş şəxs tapşırığı ilə orada saxlanılan 'X15 xətti” lentlərini aparmaq adı ilə gəldiyini bildirməklə, onları aldadıb giriş qapısının açılmasına və avtomobil ilə mühafizə olunan əraziyə daxil olmağa nail olmuş, bundan sonra Şahid3 və Şahid2 onların hərəkətlərinin hüquqazidd olmasını dərk etmədiklərinə və sonuncular tərəfindən əks təsirə məruz qalmayacaqlarına arxayın olduğundan, sözügedən ərazidə saxlanılan ümumi dəyəri 8649 manat 60 qəpik olan cəmi 34 ədəd "X15 xətti" lentlərini Təqsirləndirilən şəxs1 köməkliyi ilə qeyd olunan avtomobilin yük hissəsinə yığıb onları gizli olaraq talamaqla oradan uzaqlaşaraq, zərərçəkmiş hüquqi şəxs "Brend Plas” Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyli miqdarda, yəni 8649 manat 60 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2 4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin yay aylarından dayısı Zərərçəkmiş şəxs tərəfindən Dərnəgül Tikinti bazarında yerləşən "xxxx" MMC-yə qeyri-rəsmi olaraq fəhlə kimi işə götürülmüş və ona dayısı Müzəffər tərəfindən aylıq 700 manat məvacib verilmişdir. 2023-cü ilin sonlarında işdə olarkən Dərnəgül Tikinti bazarında yerləşən dayısı Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC-nin arxa hissəsinə xaricdən su avadanlıqlarına aid malların yəni 'X15 Xətti” lentlərinin gətirildiyini müşahidə etmiş və həmin anda mallardan bir az götürüb satmaqla pul əldə etməyi qərara almışdır. Şəxsi nəqliyyat vasitəsi olmadığı üçün isə bu işə əvvəllər orada qeyri-rəsmi işləyib çıxmış xalası oğlu Təqsirləndirilən şəxs2 cəlb etməyi qərarlaşdırmışdır. 30 may 2023- cü il tarixdə axşam saat 22:30 radələrındə mühafizəçilər Bəşir və Rəhman darvazanı açmışlar və onlar maneəsiz şəkildə içəri daxil olmuşlar. Əslində o istədiyi zaman maneəsiz içəri daxil olur. Elsevər avtomobilin arxa hissəsini yük saxlanılan yerə hərəkət etdirmiş, daha sonra isə Elsevərin köməkliyi ilə avtomobilə 34 ədəd "X15 Xətti" lenti yığmış və onlar oradan bir başa Vətən adlı şəxsin işlətdiyi "Vətən Plast" adlı obyektə getmişlər. O, Vətənə 34 ədəd "X15 Xətti" lentini 1000 manata satdığını bildirmiş, Vətəndə onun təklifi ilə razılaşmışdır. Bundan sonra onlar malları avtomobildən Vətən adlı şəxsin obyektinə boşaltmış və həmin günü Vətən ona 100 manat, səhəri günü isə 900 manat pul vermişdir. O, mallara görə Vətəndən almış olduğu 1000 manatdan Elsevərə 20 manat avtomobillə daşıdıgına görə ödəmişdir. Xalası oğlu Təqsirləndirilən şəxs2 mal daşımalı olmasını demiş, ona oğurluq barədə heç nə deməmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, hərbi xidmətdən qayıtdıqdan sonra heyvandarlıqla məşğul olmuş, 2018-2019-cu illərdə dayısı Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC-də qeyri-rəsmi olaraq fəhlə kimi çalışmış, 2019-cu ildə isə öz arzusu ilə işdən çıxmışdır. 30 may 2023-cü ildə axşam saatlarında xalası oğlu Təqsirləndirilən şəxs1 vhatsapp proqramı vasitəsi ilə onun istifadəsində olan 077 ***-**-** saylı mobil nömrəsinin vhatsapp proqramına zəng vurmuş və telefonda ona dayısı Müzəffərin malı olduğunu və həmin malı Sabunçu rayonunda hazırda xatırlamadığı ünvana aparmağını ondan xahiş etmiş o, da 30 manat müqabilində həmin malı etibarnamə ilə idarə etdiyi "Tofaş" markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə sonuncunun qeyd etdiyi ünvana apara biləcəyini Təqsirləndirilən şəxs1 nəzərinə çatdırmışdır. 30 may 2023-cü il tarixdə saat 22 30 radələrində o, Təqsirləndirilən şəxs1 xahişi ilə dayısı Müzəffərin malları yığdığı Keşlə Yük stansiyasına gəlmiş, X9 darvazasının qarşısına çatanda Rəvan onu görüb mühafizəçilərə darvazanı açdırmış, o da idarə etdiyi avtomobilin arxasını dayısı Müzəffərin malları yığdığı yerə hərəkət etdirib dayanmış, bu zaman Rəvan "X15 Xətti" lentinin topalarını onun idarə etdiyi avtomobilin arxa yük yerinə yükləmiş, bundan sonra o, idarə etdiyi avtomobili ilə daxil olduğu yerdən çıxmışdır. O, idarə etdiyi avtomobli ilə darvazadan çıxdıqdan sonrada Rəvan gəlib onun avtomobilinin qabaq sağ oturacağında həmin vaxt oğurluq etdiklərini başa düşməmişdir. O, qeyd olunan ünvana çatdıqda idarə etdiyi avtomobili 'Vətən Plast" MMC-yə məxsus obyektin yan tərəfində saxlamış, bu zaman obyektin sahibi Vətən onları qarşılamış və Vətən Rəvanla xeyli söhbət etmiş, nəticədə avtomobilə yığmış olduqları yükləri onlar obyektə boşaltmağa başlamışlar. Bundan sonra o, Rəvanın xahişi ilə onu öz avtomobili ilə Memar Əcəmi metrostansiyasının yaxınlığında yaşayan dayısı Bəyşadgilə aparıb düşürmüş, Rəvan isə ona əziyyət haqqı olaraq 20 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs1 oğurluq etməsini həmin an bilməmiş, Rəvanda ona deməmiş, özü isə bu vaxta kimi hər hansı oğurluq hadisəsi törətmədiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrini “Təqsirləndirilən şəxs2 oğurluqdan xəbəri olmaması” hissəsində inandırıcı saymır və hesab edir ki, Təqsirləndirilən şəxs2 məsuliyyətdən boyun qaçırma kimi qiymətləndrir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o , 2005-ci ildə İmişli rayonu, Şahverdili kəndində doğulmuş, orta təhsilini Şahverdili kəndində yerləşən tam orta məktəbdə almış, 2021-ci ilin yay aylarından isə dayısı Zərərçəkmiş şəxs tərəfindən Dərnəgül Tikinti bazarında yerləşən "xxxx" MMC-yə qeyri-rəsmi olaraq fəhlə kimi işə götürülmüş və ona dayısı Müzəffər tərəfindən aylıq 700 manat məvacib verilmişdir. 2023-cü ilin sonlarında işdə olarkən Dərnəgül Tikinti bazarında yerləşən dayısı Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC-nin arxa hissəsinə xaricdən su avadanlıqlarına aid malların yəni 'X15 Xətti” lentlərinin gətirildiyini müşahidə etmiş və həmin anda mallardan bir az götürüb satmaqla pul əldə etməyi qərara almışdır. Şəxsi nəqliyyat vasitəsi olmadığı üçün isə bu işə əvvəllər orada qeyri-rəsmi işləyib çıxmış xalası oğlu Təqsirləndirilən şəxs2 cəlb etməyi qərarlaşdırmış, məhz xalası oğlu Elsevəri bu işə cəlb etməkdə məqsədi isə Elsevərin Müzəffərə məxsus obyektdən məxsus obyektdən oğurluq etmək barədə fikrinin olduğunu Elsevərə bildirdikdə Elsevərdə onun oğurluq etmək barədə təklifinə müsbət cavab vermişdir. O, cinayət hadisəsini törətməmişdən əvvəl Elsevər ilə arada vəzifə bölgüsü aparmış, vəzifə bölgüsünə əsasən oğurluq hadisəsi günün axşam saatlarında törədilməli, oğurluq hadisəsi törədilməmişdən əvvəl X9 mühafizəçıləri Bəşir, Rəhman və mühafizənin rəisi Elşənlə o danışmalı və mühafizə olunan yerdən Zərərçəkmiş şəxs məxsus malların maneəsiz şəkildə çıxarmağı o, təşkil etməli, Elsevər isə cinayət yolu ilə əldə edəcəkləri malları öz idarə etdiyi ** CN *** dövlət qeydiyyatlı nişanlı "Tofaş" markalı avtomobilin arxa yük yerinə yükləməli və daha sonra onunla birlikdə həmin malları Vətən adlı şəxsin işlətdiyi "Vətən Plast" adlı obyektə aparmağı təşkil etməyi öhdəsinə götürmüşdür. Belə də olmuş oğurluq hadisəsindən əvvəl o, Azərbaycan Dəmir Yollar QSC-nin X9 mühafizəçiləri Bəşir və Rəhmanla danışmış oğurluq edəcəyi barədə onlara əvvəlcədən məlumat vermiş və bildirmişdir ki, oğurladıqları malları satdıqdan sonra onlara əldə olunan gəlirdən pay veriləcək, onlarda onun bu təklifinə razılıq vermişlər. 30 may 2023- cü il tarixdə axşam saat 22:30 radələrındə mühafizəçilər Bəşir və Rəhman darvazanı açmış və onlar maneəsiz şəkildə içəri daxil olmuşlar. Elsevər avtomobilin arxa hissəsini yük saxlanılan yerə hərəkət etdirmiş, daha sonra isə Elsevərin köməkliyi ilə avtomobilə 34 ədəd "X15 Xətti" lenti yığılmış və onlar oradan bir başa Vətən adlı şəxsin işlətdiyi "Vətən Plast" adlı obyektə getmişlər. O, Vətənə 34 ədəd "X15 Xətti" lentini 1000 manata satdığını bildirmiş, Vətəndə onun təklifi ilə razılaşmışdır. Bundan sonra onlar malları avtomobildən Vətən adlı şəxsin obyektinə boşaltmış və həmin günü Vətən ona 100 manat, səhəri günü isə 900 manat pul vermişdir. O, mallara görə Vətəndən almış olduğu 1000 manatdan Elsevərə 100 manat, Bəşir adlı mühafizəçiyə 30 manat pul verdiyini yerdə qalan vəsaiti isə öz ehtiyaclarına xərclədiyini bildirmişdir. O, cəmi bır dəfə Elsevərlə birlikdə qeyd olunan oğurluq cinayət hadisəsini törətmiş olduğunu başqa hər hansı bir cinayət hadisəsi törətmədiyini bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, O, 1997-ci ildə İmişli rayonu, Qaragüvəndi kəndində doğulmuş, orta təhsilini Qaragüvəndi kəndində almış və 2015-ci ildə orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmətdə olmuş, 2017ci ildə isə hərbi xidməti başa vurub evə qayıtmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra heyvandarlıqla məşğul olmuş, 2018-2019-cu illərdə dayısı Zərərçəkmiş şəxs məxsus "xxxx" MMCdə qeyri-rəsmi olaraq fəhlə kimi çalışmış, 2019-cu ildə isə öz arzusu ilə işdən çıxmışdır. 30 may 2023-cü ildə axşam saatlarında xalası oğlu Təqsirləndirilən şəxs1 vhatsapp proqramı vasitəsi ilə onun istifadəsində olan 077 ***-**-** saylı mobil nömrəsinin vhatsapp proqramına zəng vurmuş və telefonda ona dayısı Müzəffərin malı olduğunu və həmin malı Sabunçu rayonunda hazırda xatırlamadığı ünvana aparmağını ondan xahiş etmiş o, da 20 manat müqabilində həmin malı etibarnamə ilə idarə etdiyi "Tofaş" markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə sonuncunun qeyd etdiyi ünvana apara biləcəyini Təqsirləndirilən şəxs1 nəzərinə çatdırmışdır. 30 may 2023-cü il tarixdə saat 22 30 radələrində o, Təqsirləndirilən şəxs1 xahişi ilə dayısı Müzəffərin malları yığdığı Keşlə Yük stansiyasına gəlmiş, X9 darvazasının qarşısına çatanda Rəvan onu görüb mühafizəçilərə darvazanı açdırmış, o da idarə etdiyi avtomobilin arxasını dayısı Müzəffərin malları yığdığı yerə hərəkət etdirib dayanmış, bu zaman Rəvan "X15 Xətti" lentinin topalarını onun idarə etdiyi avtomobilin arxa yük yerinə yükləmiş, bundan sonra o, idarə etdiyi avtomobili ilə daxil olduğu yerdən çıxmışdır. O, idarə etdiyi avtomobli ilə darvazadan çıxdıqdan sonrada Rəvan gəlib onun avtomobilinin qabaq sağ oturacağında həmin vaxt oğurluq etdiklərini başa düşmüşdür. O, qeyd olunan ünvana çatdıqda idarə etdiyi avtomobili 'Vətən Plast" MMC-yə məxsus obyektin yan tərəfində saxlamış, bu zaman obyektin sahibi Vətən onları qarşılamış və Vətən Rəvanla xeyli söhbət etmiş, nəticədə avtomobilə yığmış olduqları yükləri onlar obyektə boşaltmağa başlamışlar. Bundan sonra o, Rəvanın xahişi ilə onu öz avtomobili ilə Memar Əcəmi metrostansiyasının yaxınlığında yaşayan dayısı Bəyşadgilə aparıb düşürmüş. Rəvan isə ona əziyyət haqqı olaraq 100 manat pul vermişdi. O, Təqsirləndirilən şəxs1la cəmi bir dəfə 30 may 2023-cü il tarixdə oğurluq etdiyini, başqa hər hansı oğurluq hadisəsi törətmədiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən isə öz vəsaiti hesabına Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Dərnəgül qəsəbəsində "Brend Plas MMC” şirkətini təsis etmiş və təsis oldunduğu tarixdən də şirkətin direktoru vəzifəsini icra etmişdir. Şirkətin əsas fəaliyyəti tikinti avadanlıqları materiallarının satışını həyata keçirmək olmuşdur. O, malları əsasən ölkə daxilində fəaliyyət göstərən şirkətlərdən və həmçinin Türkiyə və Gürcüstan Respublikasında fəaliyyət göstərən şirkətlərdən alıb təsis etdiyi şirkətinə gətirməklə satışını həyata keçirmişdir. Gətirilən mallar əsasən çalışdığı şirkətin 400 kv metr olan anbarına yığılmış və eyni zamanda da mallar çox olduğundan şirkətlə Azərbaycan Respublikası Dəmir Yolu QSÇ-lə arasında müqavilə bağlanmış və müqavilə əsasında rəsmi qaydada 1008 manat ödəniş etməklə mallar X9 həyətinə yığılmışdır. 2023-cü ilin may ayının sonlarında karqo vasitəsi ilə Türkiyə Respublikasından sifariş əsasında şirkətlərinə 25.960 manat dəyərində 118 top “X15 Xətti" lentası malı gəlmiş və o, şirkətin anbardarı Bəyverdidən xahiş etmişdir ki, həmin malları X9 həyətinə yığsın. 31 may 2023-cü ildə anbar boşaldığı üçün o, anbardar Bəyverdiyə göstəriş vermişdir ki, X9 həyətində olan malları yük stansiyasının ərazisindən gətirib obyektin anbarına yığsın. Anbardar Bəyverdidə təxminən 10 dəqiqə sonra ona yaxınlaşmış və 34 ədəd “X15 Xətti" lentinin yerində olmadığını ona bildirmişdir. O, dərhal malların saxlanıldığı yerə qoymuş olduğu təhlükəsizlik kamerasına baxmış və həmin zaman müəyyən etmişdir ki, 30 may 2023-cü il tarixdə saat 22:30 radələrındə X9 həyətinə göy rəngli avtomobil daxıl olmuş və orada olan mühafızəçilər Bəşir və Rəhman həmin avtomobili maneəsiz olaraq Yük Stansiyasının içərisinə buraxmış, bır müddət sonra avtomobil stansiyadan çıxdığını müşahidə etmişlər O, oğurluq hadisəsi barədə rəsmi müraciət etməsədə cinayət hadisəsinin bacısı oğlu Təqsirləndirilən şəxs1 tərəfindən törətdildiyini öyrənmişdir. O, da Rəvandan hadisə barədə soruşanda Rəvan ona digər bacısı oğlu Elsevərlə qeyd olunan cinayət hadisəsini törətdiyini etiraf etmiş və ondan oğurladığı malları Vətən adlı şəxsə 1000 manata satdığını bildirmişdir. Bundan sonra o, malları Vətəndən geri almışdır.Hadisədən sonra o, şirkətdə nəzarəti gücləndirmiş və şirkətdə təftiş yoxlaması keçirmişdir. Təftiş nəticəsində müəyyən etmişdir ki, 2020ci ildən 2023-cü ilədək şirkətə məxsus 348119.00 (üç yüz qırx səkkiz min bir yüz on doqquz) manat dəyərində mal çatışmır. Bundan başqa o. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 X10n oğurlamış olduğu malların onun təsis etmiş olduğu “Brend Plas" MMC-yə məxsus olduğunu, 2023cü ilin may ayının sonlarında Türkiyə Respublikasından 118 top 'X15 Xətti” lentası aldığını, aldığı hər topun təxminən 848 metr olduğunu, 118 topun cəmi 100.000 (yüz min) metr təşkil etdiyini, hər metrini 22 qəpiyə aldığını malın üzərinə 18 faiz ƏDV gəldiyi üçün isə metrinin ona 0,259 yəni 26 qəpiyə başa gəldiyini bildirmişdir. O, da qazanc əldə etmək uçün metrini 30 qəpiyə satdığını bildirmişdir. Beləliklədə, 0, 34 top su lentinin oğurlanması nətıcəsində ona 8649 manat 60 qəpik maddi ziyan vurulduğunu bildirmişdir. Onun istintaq orqanına təqdim etmiş olduğu malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturada 1-ci sırada Azərsu su xəttinin kodu ilə 2-ci sırada qeyd edilmiş basqılı kanalizasiya xəttinin kodu eynilik təşkil etmiş yəni hər ikisində **********-kimi yazılmışdır O, hər iki malın eyni olduğunu lakin 2-ci sırada yazı zamanı texniki səfə yol verildiyi üçün Azərsu su xətinin yerinə basqılı kanalizasiya xəttinin qeyd edildiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi “ARBİTRİUM” Vəkil Bürosunun vəkili Nümayəndə bildirdi ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs dəymiş zərər tam ödənilmişdir, zərərçəkmişin təqsirləndirilən şəxslərə qarşı iddia və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 1993-cü ildən hal- hazıradək Azərbaycan Dəmir Yolları ‘Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin' Keşlə Yüklərin və X1 atıcısı vəzifəsində çalışdığını və vəzifəsinin Bakı şəhər Yük Stansiyasının qapalı ərazisinin mühafizəsini təmin etməkdən ibarət olduğunu bildirmişdir. O, 30 may 2023-cü il tarixdə saat 22:30 radələrində iş yoldaşı Şahid2 ilə birlikdə X10 növbədə olan zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 mühafizə olunan əraziyə yaxınlaşmış və ondan darvazanı açmağını belə ki, dayısı Müzəffərə məxsus yükü oradan aparacağını ona və növbədə olan digər mühafizəçi Rəhmana bildirmiş, həmin vaxt qrup rəisi Elşəndə onların yanında olmuşdur. O, da Rəvanın mütamadi dayısının mallarını apardığını düşünüb şübhələnmədən darvazanı açaraq Təqsirləndirilən şəxs1 dediyi “Tofaş" markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobili içəri buraxmış, Rəvan və avtomobildən düşən adını bilmədiyi digər tanışı gəldikləri avtomobilə yükü doldurduqdan sonra oradan çıxıb getmişlər. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 30 may 2023-cü il saat 22:30 radələrində mühafizə etdikləri Yük Stansiyasının qapalı sahəsinə buraxmaqda hər hansı maraqlarının olmadığını sadəcə Rəvanın dayısı Müzəffərin yanında işlədiyi üçün mütəmadi oradan mal aparması səbəbindən onun oğurluq edəcəyindən şübhələnmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən hal-hazıradək Azərbaycan Dəmir Yolları “Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin" Keşlə Yüklərin və X1 atıcısı vəzifəsində çalışdığını, vəzifəsinin isə Bakı şəhər, Yük Stansiyasının qapalı ərazisinin mühafizəsini təmin etməkdən ibarət olduğunu bildirmişdir. O, 30 may 2023-cü il tarixdə saat 22:30 radələrində iş yoldaşı Şahid3 ilə birlikdə X10 növbədə olan zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 mühafizə olunan əraziyə yaxınlaşmış və onlardan darvazanı açmağını belə ki, dayısı Müzəffərə məxsus yükü oradan aparacağını ona və növbədə olan digər mühafizəçi Bəşirə bildirmiş, Cəbrayılovun dediyi “Tofaş" markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobili içəri buraxmışdır. Rəvan və avtomobildən düşən adını bilmədiyi digər tanışı gəldikləri avtomobilə yükü doldurduqdan sonra oradan çıxıb getmişlər. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 30 may 2023-cü il saat 22:30 radələrində mühafizə etdikləri Yük Stansiyasının qapalı sahəsinə buraxmaqda hər hansı maraqlarının olmadığını sadəcə Rəvanın dayısı Müzəffərin yanında işlədiyi üçün mütamadı oradan mal aparması səbəbindən onun oğurluq edəcəyindən şübhələnmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, 1997-ci ildən hal-hazıradək Azərbaycan Dəmir Yolları “Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin' Keşlə Yüklərin və X2 çalışdığını, vəzifəsinində post rəisi olduğunu bildirmişdir. Post rəisi kimi vəzifəsinin postda olan şəxslərin fəaliyyətinə nəzarət etməkdən ibarət olduğunu bildirmişdir. O, işlədiyi yerə yaxın yerdə işdən sonra 2-cı iş yeri kimi ərzaq mağazasında satıcı kimi işlədiyini, mühafizədə isə iş saatının saat 17:00-kimi olduğunu bildirmişdir. O, 30 may 2023-cü ildə axşam saatlarında növbədə olan əməkdaşları Şahid3 və Şahid2 baş çəkməyə getdiyini, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tofaş” markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhər, Yük Stansiyasının qapalı ərazisinə daxıl olduğuna fikir vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən “Vatan Plast" Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyətinin su avadanlıqları materiallarının alışı və satışı ilə məşğul olmaq olduğunu bildirmişdir. O, “Vatan Plast" Məhdud Məsuliyyətli Cəmiyyətdə anbardar vəzifəsində X7, mühasib vəzifəsində Elvin Əliyevin, menecer vəzifəsində X4, satıcı vəzifəsini isə direktor olmağına baxmayaraq o və anbardar vəzifəsində çalışan Araz Məmmədovun həyata keçirdiyini bildirmişdir. O, obyekti ayda 800 manata Ərəstun adlı şəxsdən icarəyə götürmüş olduğunu və su avadanlıqları mallarını “Azertexnolayn”, Polimart" və digər yerli şirkətlərdən alıb obyektlərinə gətirməklə satışını təşkil etdiyini, iş saatlarının saat 09:00-da başladığını və saat 18:00-da başa çatdığını bildirmişdir. Cəfərovdan uzun müddət işləmiş olduğunu belə ki, ondan su avadanlıqları malı alıb-satdığını bildirmişdir.O, həmçinin Təqsirləndirilən şəxs1 tanıdığını, belə ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bacısı oğlu olduğunu və ona məxsus mağazada fəhlə kimi işlədiyini qeyd etmişdir. O, Təqsirləndirilən şəxs1 cəmi bir dəfə 2023-cü ilin may ayının sonları 1000 manata 34 top "X15 Xətti" lenti almış olduğunu və sonradanda malın oğurluq olduğunu bilib sahibinə yəni Zərərçəkmiş şəxs geri qaytardığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-kompüter-texniki ekspertizasının 9 yanvar 2024-cü il tarixli 5/1800 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş ‘Xiaomı Redmı 12" markalı, "Tecno Spark 10 Pro" markalı və X14 10 Pro" markalı mobil telefonlarda olan foto, video fayllar, İnstaqram, Tik-tok sosial şəbəkələri vasitəsi ilə aparılmış məlumat mübadilələri və yaddaşdan pozulmuş məlumatlar ekspertiza zamanı əldə edilmişdir. Yaddaş kartında olan məlumatlara baxış keçirilərkən istintaq orqanı üçün əhəmiyyət kəsb edən hal müəyyən olunmasada Təqsirləndirilən şəxs1 məxsus “Tecno Spark" markalı mobil telefondan Nigar adlı xanımla 30 may 2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsi barədə yazmış olduğu vhatsaap yazışması sübut əhəmiyyəti kəsb etdiyindən vhatsaap veb proqramı vasitəsi ilə canon markalı printerdən çıxarılaraq iş materiallarına əlavə edilmişdir. (ekspertiza tədqiqatının dəyəri 80 manat) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur. Müvəqqəti saxlama yerindən azad olunma və qətimkan tədbiri seçilməsi haqqında 26 iyun 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. Müvəqqəti saxlama yerindən azad olunma və qətimkan tədbiri seçilməsi haqqında 26 iyun 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 15 oktyabr 2024-cü il tarixdə iş üzrə cinayət hadisəsini özündə əks etdirən 01 ədəd CD diski, 02 vərəqədə Təqsirləndirilən şəxs1 vhatsapp yazışması və 1 top “X15 Xətti" lenti iş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd CD disk və 02 vərəqədə olan vhatsapp yazışması iş materiallarına, 1 top “X15 Xətti" lenti isə məhkəmə hökmünədək saxlanılması üçün Bakı şəhəri, Səbail RPİ-nə saxlanmaya verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 “vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə—bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, ona dəyən zərəri tam ödəməsini və ona qarşı şikayət tələblərinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, ona dəyən zərəri tam ödəməsini, ona qarşı şikayət tələblərinin olmamasını və qarabag müharibəsi iştirakçısı olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdir. Həmçinin məhkəmə hesab edir ki, maddi sübut - 15 oktyabr 2024-cü il tarixdə iş üzrə cinayət hadisəsini özündə əks etdirən 01 ədəd CD diski, 02 vərəqədə Təqsirləndirilən şəxs1 vhatsapp yazışması cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut - Səbail RPİ-də saxlanılan 1 top “X15 Xətti" lenti hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4 maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Presedent” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Presedent” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq zamanı həbsdə saxlanıldığı 02 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01(bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 istintaq zamanı həbsdə saxlanıldığı 02 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01(bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - 15 oktyabr 2024-cü il tarixdə iş üzrə cinayət hadisəsini özündə əks etdirən 01 ədəd CD diski, 02 vərəqədə Təqsirləndirilən şəxs1 vhatsapp yazışması cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut - Səbail RPİ-də saxlanılan 1 top “X15 Xətti" lenti hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Presedent” Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Presedent” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar