Məhkəmə qərarları › İş №1(005)-76/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-76/2023

13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-76/2023 13.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:50 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi “Yusifbəli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Sabirabad şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Aərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcrixanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə X3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət İdarəsinə işə düzəldəcəyinə dair İlkin Mustafayevin atası Zərərçəkmiş şəxs yalan vəd verib onu aldadaraq bu adla 2021-ci ilin noyabr ayının ortalarında ünvan 4 ünvanında yerləşən “Life Centre” ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs məxsus “Kia Optima” minik markalı, **-UT-*** dövlət nömrə nişanlı avtomobildə Zərərçəkmiş şəxs 20.000 (iyirmi min) manat pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 20.000 (iyirmi min) manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2006-cı ildən 2015-ci ilədək olan müddət ərzində o, Fövqəladə Hallar Nazirliyinin Xilasetmə İdarəsində qeyri rəsmi olaraq köməkçi kimi işləmiş və hazırda işlədiyi şəxslər təqaüddədir və onlarla heç bir əlaqəsi qalmamışdır. Şahid1 2006-cı ildən tanıyır. Şahid1 həmin ildə FHN-nin Xilasetmə və Yanğından Mühafizə İdarəsində işləmişdir. Şahid1 FHN-dən pensiyaya çıxandan sonra da onunla münasibəti olub. Şahid2 tanımır, sonradan ona məlum olmuşdur ki, Şahid1 yanında gələn şəxs Şahid2 imiş, Zərərçəkmiş şəxs isə Şahid1 vasitəsilə tanımışdır. 2021-ci ilin sentyabr ayında Şahid1la söhbəltərdən birində Şahid1 bir nəfər Əziz adlı tanışının vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs adında bir nəfərin oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəldə bilib bilməyəcəyini ondan soruşduqda o, Şahid1 bu barədə maraqlanıb məlumat verəcəyini demişdir. Başqa bir gün Şahid1 onun istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsinə zəng edib onu adı və şəxsiyyəti həmin günü ona məlum olan Rüfət Musatafayevlə danışdırmışdır. O, Zərərçəkmiş şəxs oğlu X5 Hallar Nazirliyində Yanğından Mühafizə İdarəsində hər hansı bir işə 25.000 manat müqabilində düzəldə biləcəyini dedikdə nədənsə Zərərçəkmiş şəxs onun dediklərinə əvvəl inanmamışdır. 2021-ci ilin noyabr ayının ortalarında Şahid1 ona zəng edib Zərərçəkmiş şəxs oğlunun işi ilə bağlı onunla görüşmək istədiyini dedikdə o, razılıq vermişdir. 2021-ci ilin noyabr ayının ortalarında o, kirayə yaşadığı evin yaxınlığında, yəni ünvan 4 ünvanında yerləşən “Life Centre” ticarət mərkəzinin qarşısına görüş təyin etdiyi üçün Şahid1, tanımadığı və daha sonra adı ona məlum olan Əziz “Kia Optima” markalı, dövlət nömrə nişanını unutduğu avtomobillə gəlmişlər. Avtomobildə Zərərçəkmiş şəxs başqa oğlu İlkin də var idi. Şahid1 və Əziz “Kia Optima” markalı avtomobildən düşdükdən sonra avtomobildə o, Zərərçəkmiş şəxs və oğlu İlkin Mustafayev qalmışdır. Əziz adlı şəxs və Şahid1 həmin vaxt avtomobildən çöldə və biraz aralıda dayanıb onları gözləmişlər. Avtomobildə Zərərçəkmiş şəxslə onun arasında olan söhbət zamanı belə razılaşmışlar ki, Rüfət oğlu İlkinin FHN-nin Yanğından Mühafizə İdarəsində hər hansı bir işə düzəlməsi üçün ilkin olaraq 20.000 (iyirmi min) manat, əmr verildikdən sonra isə 5.000 (beş min) manat verəcək. Həmin günü Zərərçəkmiş şəxs avtomobilində ona sayıb 20.000 manat pul vermişdir. O, 20.000 manat pulu Zərərçəkmiş şəxs aldıqdan sonra avtomaşından düşüb orada olan şəxslərlə sağollaşıb çıxıb getmiş, Şahid1 və onun yanında olan Əziz adlı şəxs isə orada qalmışdır. Həmin ərəfədə respubika ərazisində yayılmış “Covid 19” pandemiyasına görə Zərərçəkmiş şəxs oğlunun işini düzəldə bilməmişdir. Uşağı xəstə olduğu üçün onun əməliyyatına pul lazım olduğuna görə Zərərçəkmiş şəxs almış olduğu 20.000 manat pulu qızının əməliyyatına xərcləmişdir. Daha sonra maddi vəziyyətdən çətinlik çəkdiyi üçün Zərərçəkmiş şəxs pulunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs almış olduğu puldan nə hər hansı bir vəzifəli şəxsə, nə Şahid1, nə də Şahid1 tanışı Əziz adlı şəxsə verməmişdir. Əksinə Zərərçəkmiş şəxs pulunu qaytara bilmədiyini görüb Şahid1 xahiş etmişdir ki, ona 4000 manat borca pul versin və 4000 manat pulu aparıb Zərərçəkmiş şəxs versin. Şahid1 da onun dediyi kimi öz şəxsi vəsaitindən 4000 manatı pulu aparıb Şahid1 vermişdir. Zərəçəkən tərəfindən təqdim olunan bir vərəq aktın imzalandığını təsdiq etmişdir. Zərərçəkmiş şəxs aldığı 20.000 manat pulu övladının əməliyyatı üçün xərcləmiş və həmin pulu hər hansı bir vəzifəli şəxsə verməmiş və ümumiyyətlə belə bir niyyəti olmamışdır. Hər hansı bir vəzifəli şəxs İlkin Mustafayevi işə düzəltməsi ilə bağlı ona vəd verməyib və ondan hər hansı bir məbləğdə pul istəməyib. Etdiyi əməli tək törətmiş və bu barədə keç kimin məlumatı olmayıb. Əməlindən peşmandır, aldığı pulu qızının əməliyyatına xərcləmişdir. Bunun nəzərə alınmasını barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bir neçə ildir ki Şahid2 ev təmiri ustası kimi tanıyır. Şahid2 onun hazırda yaşadığı evdə usta kimi işləmiş və evinin təmir işlərini görmüşdür. 2021-ci ilin sentyabr ayında Şahid2la onun arasında olan söhbətlərdən birində Şahid2 oğlu X5 Hallar Nazirliyinə işə düzəltmək istədiyini dedikdə Şahid2 Şahid1 adlı bir nəfər tanışının olduğunu, Şahid1 Fövqəladə Hallar Nazirliyində işlədiyini və hazırda həmin nazirlikdən təqaüdə çıxdığını bildirib Şahid1 bu barədə deyib ona məlumat verəcəyini demişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində Şahid2 Şahid1la Bakı şəhəri, Xətai rayonu, hamının “Radio zavod” kimi tanıdığı ərazidə yerləşən çayxanada görüşdürüb onu Şahid1la tanış etmişdir. Çayxanada olan söhbət zamanı Şahid1 oğlu X5 Hallar Nazirliyinə işə düzəltmək istədiyini dedikdə Şahid1 Təqsirləndirilən şəxs adında bir nəfər tanışının bu işlə məşğul olduğunu ona bildirib Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə onun yanında zəng etmiş və o, Şahid1 mobil telefonu ilə Fikrətlə danışmış, Fikrət onun oğlunu Fövqəladə Hallar Nazirliyində Tikintiyə Nəzarət İdarəsinə 25.000 manata işə düzəldə biləcəyini dedikdə o, Fikrətin dediklərinə əvvəl inanmamışdır. 2021-ci ilin noyabr ayının ortalarında o, Şahid2 oğlu İlkinin işə düzəlmək məsələsi ilə bağlı Fikrətlə görüşüb danışmaq istədiyini Rəhbər müəllimə deməsini və onu Rəhbər müəllimlə yenidən görüşdürməsini xahiş etmiş, daha sonra özü, oğlu İlkin, Şahid2 və Şahid1 ünvan 5 ünvanında yerləşən “Life Centre” ticarət mərkəzinin qarşısında Fikrətlə görüşmüşlər. Hələ avtomobilində olan zaman Şahid1 Təqsirləndirilən şəxs oğlu İlkinin işə düzəlməsi üçün ondan 25.000 manat pul istədiyini deyəndə Şahid1 ona Fikrətə pulu verməyini və Fikrətin onun oğlu İlkini işə düzəldəcəyini bildirib bu işdə zamin olduğunu demişdir. Həmin ünvana gəldikdən sonra Şahid1 və Şahid2 küçədə dayanıb onları gözləmiş, onun özü, oğlu İlkin və Fikrət isə onun avtomobilinə oturmuşlar. Avtomobildə olan söhbət zamanı Fikrətlə belə razılaşmışlar ki, oğlu İlkinin FHN-nin Tikinti İdarəsinə işə düzəlməsi üçün ilkin olaraq 20.000 (iyirmi min) manat, daha sonra əmr verildikdə 5.000 (beş min) manat verəcək. Bununla da o, həmin günü avtomobilində Təqsirləndirilən şəxs 20.000 manat vermişdir. Hətta Təqsirləndirilən şəxs ona Əhməd Rəcəbli küçəsi 5 ünvanda yerləşən bina evini göstərib həmin binada yaşadığını da demişdir. Elə həmin bina evinin qarşısında atvomobilinin salonunda Təqsirləndirilən şəxs 20.000 manat pul vermiş və Fikrət istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini ona verib onunla birlikdə avtomobildən düşüb Əziz və Şahid1la söhbət etmişlər, Şahid1 yenə də onun oğlunun işinə görə zamin durmuş və Fikrət onu aldatdığı halda pulu özünün ona qaytaracağını demişdir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxslə mobil telefon vasitəsilə əlaqə saxlayıb onunla Nərimanov rayonunda yerləşən istirahət parkında olan kafelərdən birində görüşüb söhbət etmiş və söhbət zamanı Təqsirləndirilən şəxs tezliklə onun oğlu İlkinin FHN-nin Tikintiyə Nəzarət İdarəsində işə düzəlməsi barədə əmrin veriləcəyini və sonradan oğlunun Ukrayna Respublikasına təhsil almaq üçün də göndəriləcəyini demişdir. Müəyyən vaxt keçdikdən sonra Təqsirləndirilən şəxslə yenidən mobil telefon vasitəsilə əlaqə saxlayıb oğlunun işinin nə yerdə olması barədə məlumat almaq istədikdə Təqsirləndirilən şəxs hər dəfə bir bəhanə gətirməyə başlamışdır. Təqsirləndirilən şəxs onu aldatdığını görüb ondan 20.000 manat pulunu tələb etməyə başlamış və Fikrətin pulunu qaytarmadığını görüb Şahid2 bu barədə danışıb Fikrətin onu aldatdığını, oğlunu işə düzəltmədiyini və 20.000 manatı qaytarmadığını deyib Fikrətdən pulu almaqda ona köməklik etməyini xahiş etmişdir. Bundan sonra Rəhbər müəllim Fikrətlə telefon əlaqəsi salxayıb onun pulunu qaytarmasını deyəndə Fikrət müxtəlif bəhanlər gətirib evini satıb onun pulunu qaytaracağına söz versə də pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs vəd verdiyi vaxtdan təxminən 1 ay 15 gün sonra o, Təqsirləndirilən şəxs verdiyi 20.000 manat pulu sığortalamaq üçün Rəhbər və Əziz ilə görüşmüş və bundan sonra Təqsirləndirilən şəxs zəng edərək onu “Life Centre” ticarət mərkəzinin qarşısına çağırmışlar, Təqsirləndirilən şəxslə görüşdükdən sonra onun özü Təqsirləndirilən şəxs 20.000 manat pulu verməyi barədə akt tərtib etmiş və imzalamışlar. Rəhbər müəllim, Şahid2 və o, bir neçə dəfə Fikrətin Sabirabad rayonunda yaşadığı evə getsələr də Fikrəti rayonda tapa bilməmişlər, lakin Fikrətin qaynı Sabiti tapıb Fikrətin etdiklərini ona danışmışlar. Fikrətin qaynı da Fikrətlə telefon əlaqəsi saxlayıb danışanda Fikrət qaynına evi satıb onun pulunu qaytaracağını desə də bu günə kimi Fikrət onun 20.000 manat pulunu qaytarmamışdır. Bundan sonra Şahid1 və Əziz ona 3000 manat pulunu Bakı şəhəri, Xətai rayonunda yerləşən “Radiozavod” adlanan yerin yaxınlığında çayxanada, 1000 pulu isə Əziz ona yaşadığı bina evinin həyətində qaytarmışdır. Bundan başqa Fikrət ondan oğluna aid şəxsiyyət vəsiqəsinin, diplomun, hərbi biletin surətini, qiymət cədvəlini və fəxri fərmanları alsa da qaytarmamışdır. Təqsirləndirilən şəxs ona bu işdə 20.000 manat zərər vurmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir və pulunun tam olaraq qaytarılmasını tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, neçə vaxtdır ki, Şahid2 tanıyır. Belə ki, Şahid2 onun yaşadığı evin təmir işlərini görüb və elə həmin ərəfədən Əzizlə bu günə kimi münasibəti var. Zərərçəkmiş şəxs 2021-ci ilin noyabr ayından tanıyır və onu Zərərçəkmiş şəxslə Əziz tanış etmişdir. Əziz həmin dövrdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində yerləşən evinin təmir işlərini görmüşdür. Əzizlə söhbətlərdən birində Əziz ona Zərərçəkmiş şəxs oğlu X5 Hallar Nazirliyinə işə düzəltmək istədiyini dedikdə Əzizə Təqsirləndirilən şəxs adında tanışının olduğunu və bu işlərlə məşğul olduğunu deyib Fikrətlə söhbət edib ona xəbər verəcəyini demişdir. Təqsirləndirilən şəxslə əvvəllər görüşən zaman Fikrət bir neçə dəfə FHN-nə işə adam düzəltməsi barədə ona məlumat vermişdir. Bundan bir neçə gün sonra isə o, Əziz və Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, hamının “Radio zavod” kimi tanıdığı ərazidə yerləşən çayxanada görüşmüş və Əziz onu Zərərçəkmiş şəxslə tanış etmişdir. Ona oğlu X9 Nazirliyinə işə düzəltmək istədiyini dedikdə o, Rüfətə Fikrət adında bir nəfərin bu işlə məşğul olduğunu deyib Fikrətin istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsini Rüfət Musatafayevə vermiş və sonra Rüfət Fikrətlə mobil telefonla əlaqə saxlayıb danışmışdır. Rüfət Fikrətlə mobil telefonla danışdıqdan sonra onlara Fikrətlə danışdığını və nədənsə Fikrətə inanmadığını deyib həmin günü Rüfət Fikrətlə razılaşmamışdır. 2021-ci ilin noyabr ayının ortalarında Rüfət onunla görüşüb oğlunun iş məsələsi ilə bağlı yenidən Fikrətlə görüşüb danışmaq istədiyini və Fikrətin onun oğlunu işə düzəltməsinə razı olduğunu dediyi üçün Rüfət müəllim Əzizə və ona telefon zəngi edib onları Xətai rayonunda yerləşən “Radiozavod” deyilən yerə çağırdıqda onlar da ora gəlmiş və birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Təbriz küçəsinin kəsişməsində olan çıxışında Təqsirləndirilən şəxslə görüşmüşlər. O, və Əziz küçədə poliklinikanın qarşısında dayanıb Rüfəti, Fikrəti və İlkini gözləmiş, Rüfət, İlkin və Fikrət Rüfətin avtomaşınında oturmuşlar. Rüfət müəllimlə Fikrət bir qədər avtomaşında söhbət etdikdən sonra Fikrət maşından düşüb çıxıb getmişdir. Daha sonra onun özü və Əziz avtomaşına oturmuş, avtomaşında olan söhbət zamanı Rüfət müəllim Fikrətə oğlunun Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsi üçün 20.000 manat pul verdiyini demişdir. Rüfət müəllim onu və Əzizi avtomaşını ilə “Radiozavod” deyilən yerə gətirib düşürmüşdür. Bundan 2-3 ay sonra Rüfət ona və Əzizə Fikrətin onu aldatdığını, oğlunu işə düzəltmədiyini və 20.000 manatı qaytarmadığını deyib Fikrətdən pulu almaqda ona köməklik etmələrini ondan və Əzizdən xahiş etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Fikrətlə telefon əlaqəsi salxayıb Rüfətin pulunu qaytarmasını deyəndə Fikrət müxtəlif bəhanlər gətirib evini satıb Rüfət müəllimin pulunu qaytaracağına söz vermişdir. Fikrət ondan Rüfətə pul qaytarması üçün 4000 manat borca pul istəyib ona demişdir ki, 4000 manat pulu aparıb onun əvəzindən Rüfətə versin. Fikrətdən Rüfətdən almış olduğu pulu nə zaman qayataracağını deyəndə Fikrət Sabirabad rayonundakı evini satıb onun borcunu və Rüfətin pulunu tam qaytaracağını demişdir. Fikrət onun tanışı olduğundan o, Fikrətin əvəzindən 4000 manat pulu Rüfətlə görüşüb Rüfətə qaytarmaq qərarına gəlmişdir. Belə ki, 2022-ci ilin əvvəllərində 3000 manat pulu onun özü Şahid2 yanında Rüfətə vermişdir. Bundan bir neçə gün sonra isə 1000 manat pulu Əzizin vasitəsilə Rüfətə göndərmişdir. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs özləri öz arasında İlkin Mustafayevin FHN-nə işə düzəlməsi barədə söhbət edib və razılığa gəliblər. O, onları ancaq tanış etmiş və heç kimə zamin durmamışdır və pul barəsində də Rüfətlə Fikrət özləri danışıb razılaşmışdır. Məhkəmədə dindirilmiş Şahid2 da digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək faktla bağlı dediklərini bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və foto cədvəllərdən görünür ki, hadisə yeri ünvan 6 ünvanında yerləşən “Life Center“ ticarət mərkəzinin qarşısıdır. Həmin ünvanda “Life Center” 18 mərtəbəli yaşayış binasının altında yerləşir. Hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs ünvan 6 ünvanında yerləşən “Life Center“ ticarət mərkəzini göstərib bildirdi ki, 2021-ci ilin noyabr ayının ortalarında həmin binanın qarşısında özünə məxsus olan “Kia Optima” markalı **- UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda oğlu İlkin Mustafayevi FHN-nə işə düzəltmək üçün Təqsirləndirilən şəxs 20.000 (iyirmi min) manat pulu oğlu İlkin Mustafayevin yanında vermişdir. Həmin vaxt Şahid1 və Şahid2 küçədə dayanıb onu gözləmişdir. Məhkəmədə tədqiq edilmiş “Götürmə aparılması haqqında” 25 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, araşdırma zamanı Zərərçəkmiş şəxs 01 ədəd vərəqi təqdim edərək bildirdi ki, Təqsirləndirilən şəxs verdiyi 20.000 manat pulu sığortalamaq üçün o, Şahid1 və Şahid2la ilə görüşmüş və bundan sonra Təqsirləndirilən şəxs zəng edərək onu “Life Centre” ticarət mərkəzinin qarşısına çağırmış, Təqsirləndirilən şəxslə görüşdükdən sonra onun özü Təqsirləndirilən şəxs 20.000 manat pulu verməyi barədə akt tərtib etmiş, akt tərtib edərkən iştirak edənlər arasında həm özünü, həm də Rəhbər Vəlimotovu və Şahid2, pulu təhvil alan olaraq isə Təqsirləndirilən şəxs adını qeyd edərək hər bir iştirak edənə imza etdirmiş və o cümlədən də özü də akta imza etmişdir. Məhkəmədə tədqiq edilmiş “CD diskin götürülməsi, baxış aparılması və səs yazısının dinlənilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli protokolun məzmunundan və CD diskdin dinlənilməsindən aydın olur ki, 01 ədəd “CD” diskdə olan 3 ədəd fayldakı nitqlər Təqsirləndirilən şəxs məxsusdur. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Naziriyi Respublika Psixiatriya X6 Şəxsə ünvanlanmış sorğuya əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 16 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 20.000 manat pul vəsaitinin Zərərçəkmiş şəxs alınması faktını təsdiq edən zərərçəkmiş şəxsdən götürülmüş vərəqə və 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 833/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsini 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair barəsində istintaq müddətini sonunadək, yəni 11 sentyabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 25 iyul 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 470/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən aydın olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il, 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı X1 əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-470/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il, 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, cəzasının əvvəli 25 iyul 2022-ci il tarixdən hesablanmış və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən Fikrət Zərbəliyevə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 1(005)-470/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, X2 çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1(005)-833/2022 nömrəli qərarından görünür ki, X4 barəsində istintaq müddətinin sonunadək, yəni 11 sentyabr 2022-ci ilədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 iyul 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, X4 məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 25 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X4 barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs X4 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin cinayət işi üzrə maddi sübut - Zərərçəkmiş şəxs alınması faktını təsdiq edən zərərçəkmiş şəxsdən götürülmüş vərəqə və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs oğu ibtidai istintaq müddətində hüquqlarını müdafiə etmiş “Yusifbəli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Yusifbəli və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35(otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 1(005)-470/2022 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2ci maddələrinə əsasən bu hökmlə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə hesablanaraq, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - zərərçəkmiş şəxsdən götürülmüş vərəqə və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. “Yusifbəli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatı üçün cəmi 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar