Məhkəmə qərarları › İş №1(005)-77/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-77/2022

28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-77/2022 28.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4 vəkili Nümayəndə, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi 9 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə ünvanında yerləşən ərzaq mağazasının məhkəmə qərarı ilə sökülmüş 27 kvadratmetrlik hissəsinin kompensasiyasının ödənilməsi, həmin mağazanın 8 kvadratmetrlik söküləcək hissəsinin qarşısının alınması, bacısı oğlu X9 həbsdən azad ediləcəyini yalandan vəd edib, Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib aldadaraq, 27 sentyabr 2020-ci il tarixdən 23 oktyabr 2020-ci il tarixədək olan müddət ərzində hissəhissə olmaqla müxtəlif miqdarlarda Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən ərzaq mağazasında Hafiz Cavadov vasitəsi ilə 18800 manat və 5000 manat dəyərində qızıl-zinyət əşyası, sonuncu dəfə isə xx.xx.2020-ci il tarixdə dəqiq xatırlamadığı saatda ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs9 1200 manat pul alıb ələ keçirərək, sonuncuya xeyli ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Nərimanov rayon polis idarəsinə sürücü vəzifəsinə işə düzəldəcəyini yalandan vəd edib, Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib aldadaraq, 24 yanvar 2021-ci il tarixdə saat 11:30-da ünvan 4 ünvanda Zərərçəkmiş şəxs5 4.500 manat pul alıb ələ keçirərək, sonuncuya ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldadaraq «Tap.az» elan saytında yerləşdirilmiş mobil telefonu almaq istəyində olduğunu bildirib, pulunu evdən götürüb gələcəyini yalandan vəd edib, 17 mart 2021-ci il tarixdə saat 17 radələrində ünvan 5 ünvanda bir ədəd «İphone» markalı, «11 Pro» modelli, **********27175 İMEİ kodlu mobil telefonu ələ keçirib, Zərərçəkmiş şəxs1 1.700 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldadaraq, «Tap.az» elan saytında yerləşdirilmiş mobil telefonu almaq istəyində olduğunu bildirib, pulunu evdən götürüb gələcəyini yalandan vəd edib, 20 mart 2021-ci il tarixdə saat 17 radələrində ünvan 6 ünvanda bir ədəd «İphone» markalı, «11 Pro Max» modelli, **********91585 və **********29254 İMEİ kodlu mobil telefonunu ələ keçirib, Zərərçəkmiş şəxs2 1.700 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldadaraq, «Tap.az» elan saytında yerləşdirilmiş mobil telefonu almaq istəyində olduğunu bildirib, pulunu evdən götürüb gələcəyini yalandan vəd edib, 23 mart 2021-ci il tarixdə saat 15 radələrində ünvan 5 ünvanda bir ədəd 1.400 manat dəyərində Çin istehsalı olan “İphone” markalı, «11 Pro» modelli, **********60737 İMEİ kodlu, 64 GB yaddaş tutumlu mobil telefonu ələ keçirib, Zərərçəkmiş şəxs3 1.400 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib aldadaraq, “Kapital Bank”da girovda olan “Chevrolet Cruze” markalı avtomobili ucuz qiymətə alınmasında köməklik göstərəcəyini yalandan vəd edib, 14 aprel 2021-ci il tarixdə saat 22 radələrində ünvan 7 ünvanda Zərərçəkmiş şəxs4 8.000 manat pul alıb, sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq elmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib aldadaraq «Tap.az» elan saytında yerləşdirilmiş mobil telefonu almaq istəyində olduğunu bildirib, sonuncunun şəxsiyyət vəsiqəsini götürüb gələcəyini gözləməsini yalandan vəd edib, 06 may 2021-ci il tarixdə saat 15 radələrində ünvan 8 ünvanın qarşısında bir ədəd «İphone» markalı, «12 Pro » modelli, **********08550 İMEİ kodlu mobil telefonu ələ keçirib, Zərərçəkmiş şəxs8 1850 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib aldadaraq «Tap.az» elan saytında yerləşdirilmiş mobil telefonu almaq istəyində olduğunu bildirib, pulunu evdən götürüb gələcəyini yalandan vəd edib, 20 may 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, ünvan 14ın qarşısında bir ədəd «Samsung» markalı, «S21 ULTRA» modelli, **********008369 İMEİ kodlu mobil telefonu ələ keçirib, Zərərçəkmiş şəxs7 2100 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib aldadaraq «Tap.az» elan saytında yerləşdirilmiş mobil telefonu almaq istəyində olduğunu bildirib, pulunu evdən götürüb gələcəyini yalandan vəd edib, 17 may 2021-ci il tarixdə saat 16 radələrində ünvan 10 ünvanda bir ədəd «İphone» markalı, «11 Pro Max» modelli, **********54413 İMEİ kodlu mobil telefonu ələ keçirib, Zərərçəkmiş şəxs6 2.000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs9 əvvəldən tanıdığı Şahid13 vasitəsi ilə tanımışdır. Hatls Cavadovu 2020-ci ilin yay aylarından etibarən tanıyır. Birlikdə “Ev Azərbaycan” şirkətində işləmişlər. 2020-ci ilin sentyabr ayında Hafis ona müraciət edərək bildirmişdir ki, qonşusu Zərərçəkmiş şəxs9 adlı şəxsin mağazası məhkəmə qərarı əsasında sökülməlidir. Hafis ondan həmin söküntünün qarşısının alınması üçün köməklik göstərib göstərə bilməyəcəyini soruşmuşdur. O da Sərastanla görüşüb danışmaq lazım olduğunu bildirmiş, həmin gün gecə 23 radələrində Hafis ona zəng edərək Sərastanla danışdırmış və Sərastan ona hər şeyi danışdıqda o, Sərastana kömək edə biləcəyini bildirmişdir. SabAlısı gün o, Sərastanla onun mağazasında görüşmüşdür. Bundan sonra Abşeron rayon icra şöbəsinə getmiş və işlə maraqlanmışdır. O, Hafislə görüşərək söküntünün dayandırılması üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. Hafis sonradan onunla əlaqə saxlayaraq Sərastanın bu işə razılıq verməsini bildirmişdir. 2020-ci ilin oktyabr ayında Sərastanın Xırdalan şəhərində yerləşən ərzaq mağazasında görüşdükdə Sərastan 1000 manat pulu Hafisə, Hafis isə ona vermişdir. Bir neçə gün sonra Hafis telefon vasitəsi ilə ona bildirmişdir ki, Sərastan Hafisə 1000 manat pul verib, həmin pulu ona vermək istəyir. Həmin gün Hafislə ünvan 11 ünvanında yerləşən 5 saylı şəhər xəstəxanasının qarşısında görüşmüş və Hafis ona 1000 manat pul vermiş və o da həmin puldan 200 manat pulu Hafisə vermişdir. Bundan sonra yaddaşında qalmayan vaxtda və ünvanda Sərastan ona 1500 manat pul göndərmişdir. Bundan 1 həftə sonra Sərastan pulu olmadığı üçün pulun əvəzində qızıl vermək istədiyini bildirmiş, o həmin qızıları özündə saxlamalı Sərastan pul verdikdə ona qaytarmalı idi. Sərastan Hafis vasitəsi ilə ona 01 ədəd qızıl sep üzərində kolye, 01 ədəd üzük və 01 cüt sırğa göndərmişdir. Sonuncu dəfə 2020-ci ilin oktyabr ayında Sərastan onunla Nəsimi rayonu, Moskva prospketi 54 ünvanında yerləşən “Huqqa” restoranının qarşısında görüşərək 1200 manat pul vermişdir. Həmin pulu aldıqdan sonra o, qızılları Sərastanın mağazasında özünə qaytarmışdır. Lena Şıxkərimovnadan təxminən 20 və 30 manat pul almışdır. O, Sərastandan ümumilikdə 4750 manat pul almışdır. Qızılları isə qaytarmışdır. Hafisə tanıdığı dövrdən etibarən hissə-hissə olmaqla təxminən 1500 manat pul vermişdir. Verdiyi pulların Sərastanın işi ilə əlaqəsi yoxdur. Çünki, işi tək görüb pulları mənimsəmişdir. Hafisə pul verməsinin səbəbi o olmuşdur ki, Hafis onu işdən evə gətirir, işə aparır, nə vaxt lazım oldu onun arxasınca taksi kimi gəlmişdir. Bu səbəbdən o, Hafisə çəkdiyi əziyyətə görə pul vermişdir. Sərəstandan 20000 manat pul almamışdır. Qızılları isə dediyi kimi geri qaytarmışdır. Öz əl yazısı ilə yazılmış və ona təqdim edilmiş sənədi isə Sərastanın təziqi ilə yazmışdır. Buna dostu Şahid14da şAlıid olmuşdur. O, Sərastandan yalnız ərzaq mağazasının söküntüsü nəticəsində dəymiş ziyanın ödənilməsi və 8 kvadratmetrlik hissəsinin sökülməməsi üçün pul almışdır. Hal-hazırda Zərərçəkmiş şəxs9 pulunu qaytara bilmir. Bundan sonra tanışı Zərərçəkmiş şəxs5 ilə 2021-ci ilin yanvar ayında telefon danışığı zamanı Elməddin ona işsiz olmasını bildirmişdir. O isə Elməddini Nərimanov rayon polis idarəsinə sürücü vəzifəsinə işə düzəldə biləcəyini bildirmişdir. Çünki, o Elməddinin etibarını qazanmaq üçün özünü polis kimi təqdim etmişdir. 2021-ci ilin yanvar ayında onlar Nərimanov rayon polis idarəsinin qarşısında görüşmüş, onunla görüşərkən üzərində özü tərəfindən müxtəlif üsullarla hazırlanmış, üzərində “polis” yazısı olan gödəkçə geyinmişdir. Elməddin istədiyi sənədləri ona verdikdə o, Elməddinə işə düzəlmək üçün 4500 manat pul verməli olduğunu bildirmişdir. Elməddin isə onunla razılaşmışdır. 24 yanvar 2021-ci il tarixdə saat təxminən 11.30-da onlar yenidən Nərimanov rayonu, H.Məmmədov küçəsi 9 ünvanın qarşısında görüşmüş və Elməddin işə düzəlmək üçün ona 4500 manat pul vermişdir. O həmin pullar ilə öz şəxsi ehtiyaclarını ödəmişdir. Bundan sonra Elməddin ona zəng etdikdə müxtəlif bəhanələrlə onu gözlətmişdir. Cinayət işi üzrə mobil telefonları satarkən istifadə etdiyi şəxsiyyət vəsiqələrindən biri Zərərçəkmiş şəxs5 məxsus olmuşdur. Onun hal-hazırda Zərərçəkmiş şəxs5 aldığı 4.500 manat pulu qaytarmağa imkanı yoxdur. Bundan sonra 17 mart 2021-ci il tarixdə «Tap.az» elan saytında «İphone» markalı, «11 Pro» modelli mobil telefon görmüş və elanda yerləşdirilmiş nömrəyə zəng edib elanı yerləşdirmiş əvvəllər tanımadığı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlamış, onu aldadıb telefonunu ələ keçirmək məqsədi ilə onunla həmin gün saat 16 radələrində Nərimanov rayonu 45 saylı tam orta məktəbin yanında görüşmüş və birlikdə gedib telefonu «28 May» metrostansiyasının yaxınlığında yerləşən telefon dükanında yoxlatdırıb, yaşadığı Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 79 saylı ünvana qayıtmışdırlar. Zərərçəkmiş şəxs1lə telefonu 1.700 manata almağa razılaşmışdır. Qeyd olunan ünvanda saat 17 radələrində mobil telefonu Valehdən götürüb, evdən pulu götürüb gələcəyini deyib, ondan aralanıb binaya daxil olmuş və arxa girişdən çıxıb gedərək Valehi aldadıb telefonunu ələ keçirmişdir. Həmin telefonu sonradan «28 May» metrostansiyasının yaxınlığında yerləşən dükanlardan birinə satmışdır. Məqsədi əvvəlcədən Valehi aldadıb telefonunu ələ keçirmək olmuşdur. Bundan sonra o yenidən eyni üsulla pul əldə etmək qərarına gəlmiş və 20 mart 2021- ci il tarixdə «Tap.az» elan saytında «İphone» markalı, «11 Pro Max» modelli mobil telefonun satıldığını görüb, elanda olan telefon nömrəsinə zəng edib, telefon satan şəxslə, əvvəllər tanımadığı, istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs2 ilə əlaqə saxlamış və onunla görüş təyin etmişdir. Məhəmmədi «Xətai» metrostansiyasının yaxınlığından götürüb birlikdə «28 May» metrostansiyasının yanında yerləşən telefon alqı-satqı dükanında yoxlatdırmış, sonra birlikdə yaşadığı Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 79 saylı ünvana qayıtmışlar. Məhəmmədlə telefonu 1.700 manata almağa razılaşmışdır. Qeyd olunan ünvanda saat 17 radələrində mobil telefonu Məhəmməddən götürüb, evdən pulu götürüb gələcəyini deyib, ondan aralanıb binaya daxil olmuş və arxa girişdən çıxıb gedərək Məhəmmədi aldadıb telefonunu ələ keçirmişdir. Həmin telefonu sonradan «28 May» metrostansiyasının yaxınlığında yerləşən dükanlardan birinə satmışdır. Məqsədi əvvəlcədən Məhəmmədi aldadıb telefonunu ələ keçirmək olmuşdur. Bundan sonra 23 mart 2021-ci il tarixdə «Tap.az» elan saytında "İphone” markalı, «11 Pro» modelli mobil telefonun satıldığını görüb, elanda olan telefon nömrəsinə zəng edib, telefon satan şəxslə, əvvəllər tanımadığı, istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs3 ilə əlaqə saxlamış və onunla görüş təyin etmişdir. Xətai rayonu ərazisində yerləşən «Maşın Bazarı»nın yanında Rüfətlə görüşmüş, birlikdə «28 May» metrostansiyasının yanında yerləşən telefon alqı-satqı dükanında yoxlatdırmış, sonra birlikdə yaşadığı ünvana qayıtmışlar. Rüfətlə telefonu 1.500 manata almağa razılaşmışdır. Qeyd olunan ünvanda saat 15 radələrində mobil telefonu Rüfətdən götürüb, evdən pulu götürüb gələcəyini deyib, ondan aralanıb binaya daxil olmuş və arxa girişdən çıxıb gedərək Məhəmmədi aldadıb telefonunu ələ keçirmişdir. Həmin telefonu sonradan «28 May» metrostansiyasının yaxınlığında yerləşən dükanlardan birinə satmışdır. Məqsədi əvvəlcədən Rüfəti aldadıb telefonunu ələ keçirmək olmuşdur. Telefonları onda olmuş tanışları X16 və Zərərçəkmiş şəxs5 şəxsiyyət vəsiqələri ilə satmışdır. Əldə etdiyi pula o, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən «Askar» oteldə gecələmiş, «Rent a Car» dan icarəyə avtomobil götürüb bir neçə gün idarə etmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs4 müraciəti əsasında ilkin olaraq bildirmişdir ki, təxminən 11-12 aprel 2021-ci il tarixlərindən əvvəldən tanıdığı X17 ilə SAlıil Bulvarında Raminin işlədiyi restoranda olarkən Raminlə həm söhbət olmuşdur. Raminə bankda girovda avtomobillər olmasını, həmin avtomobilləri ucuz qiymətə çıxaran adamın olması və satdıqları təqdirdə qazanclarının olacağını bildirmişdir. Ramində bacanağının avtomobil axtarmasını bildirərək onunla əlaqə saxlamışdır. Həmin şəxs də avtomobilin markasını soruşmuş, oda da bu işlə məşğul olan əvvəldən tanıdığı Alı adlı şəxsə zəng etmişdir. Alı ilə danışıqlar apardıqdan sonra Alı onda “Sonata” və “Chavralet Cruz” markalı avtomobilin olmasını demişdir. Onlar Raminin bacanağı ilə danışıqlardan sonra vaxt təyin olunması və avtomobilə baxmaq istədiyini bildirmişdir. O da Alı ilə danışıqlar apararaq avtomobili istəyən olmasını bildirmişdir. Alı əlində qırmızı rəngli Chavralet Cruz markalı avtomobil olması, həmin avtomobili 8000 manata verəcəyini bildirmişdir. 14 aprel 2021-ci il tarixdə saat 17 radələrində Cavidanla Nərimanov rayon məhkəməsinin köhnə inzibati binasının yaxınlığında görüşmüşlər. Alı ilk öncə özünün gələcəyini bildirmiş, lakin sonradan bankın nümayəndəsini göndərəcəyini deyib telefon vasitəsi ilə avtomobilin harada olmasını ona izAlı etmişdir. Cavidanla birlikdə avtomobili tapmışdırlar. Avtomobilin üzərində heç bir dövlət qeydiyyat nişanı olmamışdır. O Alı ilə əlaqə saxlayaraq harda olmasını soruşduqda bu zaman Alı ona bildirmişdir ki, bankın nümayəndəsinə xəbər verir və bankın nümayəndəsi onlara yaxınlaşacaq. Bir nəfər əvvəldən tanımadığı şəxs onlara yaxınlaşmış və avtomobilin açarlarını təqdim etmişdir. Cavidan avtomobilə baxış keçirdikdən sonra bəyəndiyini bildirirək avtomobili götürəcəyini qeyd etmişdir. O Alı ilə əlaqə saxlayaraq bildirmişdir ki, avtomobili alan şəxs pulu alqısatqıda vermək istəyir. Alı isə bildirmişdir ki, pul səhər 09.00-da banka köçürülməlidir ki, alqı-satqıya gedə bilək. O bu barədə Cavidana məlumat vermiş, Cavidan isə evə getməsi və pulu götürməsi üçün ondan vaxt istəmiş və getmişdir. Həmin gün saat təxminən 22 radələrində Cavidanla Nərimanov rayon polis idarəsinin yanında görüşmüş, görüş zamanı Cavidan ona 8000 manat pul vermişdir. O isə həmin pulları ünvan 13 ünvanın qarşısında Alı adlı şəxsə vermişdir. Alı isə həmin puldan ona 200 manat əziyyət haqqı vermişdir. Əslində ona 500 manat pul verməli olsada, Alı bildirmişdir ki, sənədləşmədən sonra 300 manatda verəcək. Səhəri gün o sənədləşmə işləri üçün Alı adlı şəxslə əlaqə saxladıqda saat 12.00-dək telefonlarına cavab verməmiş, lakin 12.00-dan sonra telefonlarına zəng çatmamışdır. Lakin sonradan o, ərizə ilə müraciət edərək yenidən ifadə vermək istədiyini bildirmişdir. Səbəb kimi isə, əvvəlki ifadəsində göstərdiyi faktlar üzrə istintaqa ifadə verərkən demədiyi xüsusatların olmasını bildirmişdir. Əlavə ifadə verərkən o, Zərərçəkmiş şəxs4 8000 manat alaraq “Chevrolet Cruz” markalı avtomobil satmaq ideyasını ona tanışı X13 verməsini bildirmişdir. Həmin ideya əsasında o qırmızı rəngli “Chevrolet Cruz” markalı avtomobil təşkil etmişdir. Həmin avtomobil Nihatın tanışı Əlinin olmuşdur. Nihat həmin şəxsdən avtomobili idarə etmək üçün götürüb ona vermişdir ki, o Cavidana həmin avtomobili göstərsin. Cavidanın ifadədə göstərdiyi, avtomobilin qapılarını açan şəxsi isə o əvvəldən tanımamış, həmin şəxsdə Nihatın tanışı olmuşdur. O Cavidandan 8000 manat pulu aldıqdan sonra Nihatla Nərimanov polis idarəsinin yanında görüşərək ona vermişdir. Danışıqlarına əsasən Nihat ona 3500 manat pul verməli idi, Nihat ona 3500 manat verdikdən sonra təxminən 1 saat sonra 1500 manatını ehtiyacı olduğu üçün geri almış. 1 gün sonra isə 2000 manatı qaytaracağı adı ilə ondan almışdır. Həmin hadisəni o Nihatla birlikdə törətmişdir. Bundan sonra, o «Tap.az” elanlar saytında mobil telefonlara baxırkən, həmin elanlardan biri fikrini cəlb etmişdir. Elanda İphone 12 Pro markalı mobil telefon 1850 manata satışa qoyulmuşdur. O həmin mobil telefonu ələ keçirmək üçün elanda yerləşdirilmiş mobil nömrə ilə əlaqə saxlamış və mobil telefonu alacağını bildirib görüş təyin etmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 14 radələrində Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığında mobil telefonun sahibi, özünü Hüseyn kimi təqdim edən şəxslə görüşmüşdür. Həmin mobil telefonu yoxlatdırdıqdan sonra o təklif etmişdir ki, gedək evə üzərində pul yoxdur, evdən götürüb versin. O həmin şəxsi metrostansiyanın yaxınlığında yerləşən yeni tikiliyə aparmış və ondan mobil telefonu istəmişdir ki, evdə göstərib pulunu gətirsin, lakin həmin şəxs telefonu verməmişdir. O məcbur taksidən düşüb həmin binaya daxil olmuş və geri qayıdaraq evdə heç kimin olmaması bu səbəbdən pulu atasının gətirəcəyini bildirmişdir. O düşdükdə Hüseynə təklif etmişdir ki, şəxsiyyət vəsiqəsini gətirsin, mobil telefon oğurluq olar. Onlar birlikdə saat təxminən 15 radələrində Hüseynin yaşadığı ünvanın qarşısına gəlmişdirlər. Bu zaman Hüseyn şəxsiyyət vəsiqəsini gətirmək üçün avtomobildən düşərkən mobil telefonu saxlamaq üçün ona vermişdir. Oda fürsətdən istifadə edib Hüseyn evə daxil olduqda taksi sürücüsündən təcili işinin olduğu üçün getməsini xahiş etmişdir. Taksi sürücüsünün olanlardan heç bir məlumatı olmamışdır. Onun əvvəldən niyəti həmin mobil telefonu ələ keçirmək olmuşdur. O bundan sonra gəlib mobil telefonu satması üçün Nihada vermişdir. Nihadda mobil telefonu özü işlədəcəyini bildirib ona təxminən 500 manat pul vermişdir. Bundan sonra o yenidən pul əldə etmək qərarına gəlmiş və 17 may 2021-ci il tarixdə «Tap.az» elan saytında «İphone» markalı, «11 Pro Max» modelli mobil telefonun satıldığını görüb, elanda olan telefon nömrəsinə zəng edib, telefon satan şəxslə, əvvəllər tanımadığı, istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs6 ilə əlaqə saxlamış və onunla görüş təyin etmişdir. Elvinlə Nərimanov rayon ərazisində yerləşən Nərimanov parkında görüşmüşdür. O özünü Elvinə Nicat kimi təqdim etmişdir. Elvinə ondan alacağı telefonu format elətdirmək istədiyini deyib Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən telefon alqı-satqı dükanına gedib orada tanımadığı satıcıya telefonu format elətdirmişdir. Daha sonra o yoldan keçən taksi avtomobilə əyləşib 45 saylı məktəbin yanına gəlmişlər. Orada avtomobildən düşmüş və o saat 16 radrlərində Elvinə tanışına telefonu göstərib gələcəyini deyib Elvini aldadıb telefonu ondan alıb ələ keçirərək ondan uzaqlaşmışdır. Elvinlə telefonu 2000 manata alacağını razılaşmışdır. Elvini aldadıb həmin İphone 11 PRO MAX markalı mobil telefonu ələ keçirdikdən sonra Nihatın vasitəçiliyi ilə 28 may metroslansiyasında yerləşən "Vinil Azərbaycan" telefon mağazasında işləyən satıcıya Nihatın tanışı vermişdir. Bunun müqabilində satıcı ona 1100 manat pul vermiş, o da 200 manat pul götürərək 900 manatı Nihatın tanışına vermişdir ki, Nihata çatdırsın. Həmin cinayət əməlinidə Nihatla birlikdə törətmişdir. Bundan sonra o yenidən pul əldə etmək qərarına gəlmiş və 20 may 2021-ci il tarixdə «Tap.az» elan saytında «Samsung» markalı, «S21 ULTRA» modelli mobil telefonun satıldığını görüb, elanda olan telefon nömrəsinə zəng edib, istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs7 ilə əlaqə saxlamış və onunla görüş təyin etmişdir. Orxanla Bakıxanov qəsəbəsində yerləşən “ASAN" xidmətin qarşısında görüşmüşlər. Onlar birlikdə 28 may metrostansiyasının yaxınlığında yerləşən telefon mağazalarının birində mobil telefonu yoxlatdırdıqdan sonra həmin mobil telefonu ev üçün aldığını bildirərək yaşadığı ünvana getməyi təklif etmişdir. Orxanla birlikdə ünvan 14ın qarşısına gəlmişdir. Orada avtomobildən düşmüş və o saat 17 radələrində Orxana evdəkilərə telefonu göstərib gələcəyini deyib Orxanı aldadıb telefonu ondan alıb ələ keçirərək ondan uzaqlaşmışdır. Orxanla telefonu 2.100 manata alacağını razılaşmışdır. Orxanı aldadıb telefonunu ələ keçirdikdən sonra Nihatla onun yaşadığı ünvanda görüşmüş və Samsung S21 ULTRA markalı mobil telefonu satması üçün ona vermişdir. Nihat isə ona 100 manat pul vermişdir ki, qalanınıda satdıqdan sonra verəcək. Həmin cinayət əməlinidə Nihatla birlikdə törətmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2021-ci ilin yanvar ayında kredit şərtləri ilə 2500 manata İphone 11 Pro markalı mobil telefon almışdır. Daha sonra avtomobil almaq qərarına gəlmişdir və pulu çatmadığı üçun həmin telefonu satmaq qərarına gəlmişdir. Bu səbəbdən həmin telefonu satmaq üçün “Tap.az” saytında 1700 manata yerləşdirmişdir. xx.xx.2021-ci il tarixdə saat 15.30 radələrində bir nəfər şəxs ona zəng edərək həmin telefonu almaq istədiyini bildirmişdir. O da həmin şəxslə Nərimanov rayonu, 45 saylı məktəbin yanında görüşmüşdür. Həmin şəxs telefona baxmış və yoxlamaq üçün telefon mağazalarına aparacağını bildirmişdir. Özünü Naib adı ilə təqdim edən şəxs onun görüş yerinə gəldiyi “Mercedes” markalı avtomobillə 28 may metrostansiyasının yanında olan mobil telefon mağazalarına getmişdir. Həmin şəxs telefonu yoxlatdırdıqdan sonra yenidən Nərimanov rayonu, “Nənəmin təndiri” kafesinin yaxınlığında yerləşən hündürmərtəbəli binanın yanına gəlmişdir. Həmin şəxs telefonu 1700 manata alacağını deyib telefonu ondan götürmüş və pulu gətirmək üçün binaya daxil olmuşdur. O və həmin şəxsi gətirmiş taksi sürücüsü həmin şəxsi 15-20 dəqiqə gözləsələrdə həmin şəxs gəlməmişdir. Bundan sonra onlar aldadıldıqlarını başa düşərək polisə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, özünə məxsus İphone 11 Pro Max markalı mobil telefonu satmaq qərarına gəlmiş və bu səbəbdən həmin telefonun satmaq üçün “Tap.az” saytında yerləşdirmişdir. xx.xx.2021-ci il tarixdə elanda yerləşdirdiyi mobil nömrəsinə zəng edən şəxs telefonu 1700 manata almaq istədiyini bildirmişdir və həmin gün taksi ilə onu yaşadığı ünvandan götürərək telefonu yoxlatdırmaq üçün 28 may metrostansiyasının yanında olan mobil telefon mağazalarına getmişlər. Həmin şəxs telefonu yoxlatdırdıqdan sonra yenidən Nərimanov rayonu, Mono Liza şadlıq sarayının yanına gəlmişdir. Həmin ünvanda yerləşən hündürmərtəbəli binanın yanında telefona baxmaq istədiyini bildirdib telefonu ondan almış və evdən pulu gətirmək üçün binaya daxil olmuşdur. O həmin şəxsi 2 saat gözləsə də, həmin şəxs gəlməmişdir. Bundan sonra o aldadıldığn başa düşərək polisə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, maddi sıxıntıları olduğu üçün özünə məxsus "İPHONE 11 Pro" markalı mobil telefonu satmaq qərarına gəlmiş və həmin mobil telefonu satmaq üçün ‘Tap.az” saytına dəyəri 1500 manat olmaqla yerləşdirmişdir. Həmin saytda əlaqə nömrəsi olaraq ***-***-**-** nömrəsini qeyd elmişdir. 23 mart 2021-ci il tarixdə saai 13 radələrində həmin nömrəyə ***-***-**-** nömrəsindən zəng gəlmiş və özünü Nərimanov rayon polis idarəsinin əməkdaşı və adının Naim olduğunu qeyd edən şəxs telefonu almaq isdədiyini bildirmişdir. O təxminən saat 13:30 da Naim adlı şəxslə Xətai rayonu ərazisində yerləşən “Maşın Bazarı” adlanan yerdə görüşmüşdür. Bu zaman onun yanında tanışı Şahid1da olmuşdur. Naim sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs onlarla birlikdə telefonu yoxlatdırmaq məqsədi ilə Nəsimi rayonu, 28 May metrostansiyası yaxınlığında olan telefon mağazalarına getmiş və bir neçə mağazada Naim telefonu yoxlatdırdıqdan sonra Naim telefonu 1450 manata alacağını demiş, o da Naimlə razılaşmışdır. Lakin Naim üstündə az pul olduğunu, birlikdə onun yaşadğını mənzilə gedib oradan pulu götürüb verə biləcəyini bildirmiş, oda razılaşmış və ünvan 16 ünvanda yerləşən yaşayış binasına gəlmişlər və Naim telefonla birlikdə evə qalxıb pulu götürüb düşəcəyini bildirmiş, oda tanışı Asif ilə aşağıda gözləmişdir. Lakin təxminən yarım saat keçməsinə baxmıyaraq Naim gəlməmiş və o artıq basa düşmüşdür ki, Naim onun telefonunu ələ keçirərərk ona qarşı dələduzluq etmişdir və dərhal bu barədə artıq onun telefonu üstündə olmadığı üçün tanışı Asif öz telefonu ilə 102 xidmətinə məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 13 aprel 2021-ci il tarixdə bacanağı X17 ona zəng edərək tanışının “Kapital” bankda olan “Chevrolet Cruze” markalı maşını ucuz qiymətə alqısatqısını həyata keçirə biləcəyi haqda məlumat vermişdir. Oda maşını ala biləcəyini bildirmiş və sabahısı günü yəni 14 aprel 2021-ci il tarixdə saat 17 radələrində Nərimanov rayonu O.Əliyev küçəsinə maşına baxmaq üçün getmişdir. Orada o maşına baxmaq üçün bacanağının tanışı Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Bir neçə dəqiqə sonra başqa bir şəxs avtomobilin açarını gətirmiş və o avtomobilə baxmışdır. Naim ona avtomobili 8.500 manata bankdan çıxararaq adına keçirdə biləcəyini bildirmişdir. O da Naim ilə razılaşmışdır və həmin gün yəni 14 aprel 2021-ci il tarixdə saat 22 radələrində Nərimanov rayonu, H.Məmmədov küçəsi 9 sayı ünvanda Naim ilə görüşmüş və Naimə 8.000 manat pul vermişdir. 500 manatı isə sabahısı gün verəcəyini bildirmişdir. Naimdə ona sabah zəng edərək maşını adına keçirdəcəyini bildirmişdir. Lakin sabahısı gün o Naimə zəng etdikdə telefonlarına cavab verməmiş və o başa düşmüşdür ki, Naim onun etibarımdan sui istifadə edərərk aldadıb ona məxsus 8.000 manat pulu ələ keçirmişdir. Sonda Zərərçəkmiş şəxs4 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, təxminən 2019-ci ildən etibarən Bakı Dövlət Universitetinə nişanlısını apararkən orada Ekologiya fakültəsində təhsil alan Təqsirləndirilən şəxs Tannverdi oğlu ilə tanış olmuşdur. Həmin şəxs özünü polis əməkdaşı kimi təqdim etmişdir. O, əməliyyatçı olması və polis kapitanı rütbəsində olmasını bildirmişdir. Bundan sonra onların yaxın münasibətləri yaranmışdır. 2021-ci ilin yanvar ayında Naimlə telefon əlaqəsi saxlamışdır. Söhbət zaman Naimə işsiz olduğunu bildirmişdir. Naim ona bildirmişdir ki, əgər istəsə onu Nərimanov polis idarəsinə sürücü vəzifəsinə işə düzəldə bilər. Oda bu barədə Naimə razılıq vermişdir. Naim ona telefonda çox danışa bilmədiyini bildirib ondan şəxsiyyət, sürücülük vəsiqələri, hərbi bilet və attestatını götürərək Nərimanov polis idarəsinin qarşısına gəlməyini xahiş etmişdir. Onlar 2021-ci ilin yanvar ayının ortalarında Naimlə Nərimanov polis idarəsinin qarşısında görüşmüşlər. O Naimə dediyi sənədləri verdikdə, o sənədləri götürdükdən sonra işin düzəlməsi üçün 4500 manat pul verməli olduğunu bildirmişdir. Naim həmin pulu adını demədiyi rəisə verəcəyini bildirmişdir. O Naimlə razılaşmışdır. Səhəri gün saat 11.30 radələrində Naimə zəng edib onunla yenidən Nərimanov polis idarəsinin inzibati binasının qarşısında görüşmüşlər. Naim onun yanında arxasında polis yazısı olan gödəkçədə və sifətində polis yazısı olan maskada gəlmişdir. O Naimə 4500 manat pul vermiş və o pulu ötəri baxıb yarı gödəkçənin cibinə qoymuş və dördüncü gün onu Gənclikdə olan komissiyaya aparacağını və bu səbəbdən ona ağ köynək, qalstuk, qara kastyumda gəlməsini bildirmişdir. O Naimin dediyi gündə gəlmişdir. O Naimə bir neçə dəfə zəng etmiş, lakin Naim telefon zənglərinə cavab verməmişdir. Həmin gün saat 13.00 kimi idarənin yanında gözləmiş daha sonra yenə onun nömrəsinə zəng etmiş, Naim telefon zənginə cavab verərək iclasda olmasını, evə getməsini və özünün ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra dəfələrlə Naimə zəng etsə də, Naim telefon zənglərinə cavab verməmiş və o bu səbəbdən Nərimanov polis idarəsinə gedərək oradan Naim barədə maraqlandıqda belə bir şəxsin idarədə işləmədiyini bilmişdir. O Naimin istifadəsində olan mobil nömrələrə dəfələrlə zəng etsə də nömrələr bağlı olmuşdur. Sonda Zərərçəkmiş şəxs5 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, maddi sıxıntıları olduğu üçün özünə məxsus “İPHONE 11 Pro Max 256” markalı mobil telefonu satmaq qərarına gəlmiş və həmin mobil telefonu “Tap.az” saytına yerləşdirmişdir. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində ona bir nəfər əvvəllər tanımadığı şəxs zəng edərək mobil telefonu almaq istədiyini bildirmişdir. Onlar danışaraq Nərimanov parkında görüşmüşlər. Ona məxsus mobil telefonu almaq üçün 2000 manata razılaşmışlar. Bundan sonra özünü Nicat kimi təqdim edən şəxs mobil telefonu xanıma almasını və bu səbəbdən telefonu format etmək istədiyini bildirmiş, o buna etiraz etməmiş və həmin şəxs Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən telefon mağazalarından birində telefonu format etdirmişdir. O sonradan həmin şəxsin adının Naim olmasını bilmişdir. Daha sonra Naim adlı şəxs yoldan keçən taksi saxlamış və onlar həmin taksi ilə 45 nömrəli məktəbin yaxınlığında düşmüşdür. Orada Naim mobil telefonu bir nəfər qadına göstərmək adı ilə ondan götürmüş və gələcəyini deyərək binanın həyətinə girmişdir. Lakin, nə qədər gözləsədə həmin şəxs gəlməmişdir. O daha sonra ona zəng etdikdə telefonun şəbəkə xidməti xaricində olmasını görüb aldadıldığını başa düşmüşdür. Həmin telefonu 2021-ci ilin yanvar ayında təzə vəziyyətdə 2350 manata almışdır. Lakin 2000 manata satdığı barədə elan yerləşdirmişdir. Naim özünü ona polis əməkdaşı kimi təqdim etmişdir. Ona heç bir vəsiqə və ya fərqləndirici nişan göstərməmişdir. Sadəcə olaraq özünün Nərimanov rayonu polis idarəsində müstəntiq kimi işləməsini bildirmişdir. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, özünə məxsus olan “Samsung S21 ULTRA” markalı mobil telefonunu satmaq qərarına gəlmişdir. Bundan sonra həmin mobil telefonu satış elanlar saytı olan Tap.az saytına yerləşdirmişdir. Həmin elanda mobil telefonun qiymətini 2200 manat olaraq qeyd etmişdir. xx.xx.2021-ci il tarixdə mobil nömrədən zəng edən şəxs özünü Naim kimi təqdim edərək mobil telefonu almaq istədiyini bildirmiş və onlar görüş təyin edərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “ASAN” xidmətin qarşısında görüşmüşdür. Onlar birlikdə 28 may metrostansiyasının yaxınlığında yerləşən telefon mağazalarından birində mobil telefonu yoxlatdırdıqdan sonra Naim adlı şəxs mobil telefonu arvadına almasını bildirib onunla birlikdə yaşadığı evə getməyi təklif etmişdir. O da Naimlə razılaşmışdır. Naimlə mobil telefonu 2100 manata alması barədə razılıq əldə etmişdir. Onlar saat 17.00-da birlikdə ünvan 14ın qarşısına gəlmişlər. Naim mobil telefonu arvadına göstərmək və pulu evdən götürüb gəlmək üçün icazə istəmişdir. Naim özünü polis əməkdaşı kimi təqdim etdiyi üçün ona etibar edərək mobil telefonu ona vermişdir. Naim həmin ünvana daxil olduqdan sonra o təxminən 1 saat orada gözləmiş, lakin Naim geri qayıtmamışdır. Bundan sonra Naimin ona məxsus mobil telefonu ələ keçirdiyini anlamışdır. Sonda Zərərçəkmiş şəxs7 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, özünə məxsus olan “İphone 12 Pro” markalı mobil telefonunu satmaq qərarına gəlmişdir. Bundan sonra həmin mobil telefonu satış elanlar saytı olan Tap.az saytına yerləşdirmişdir. Həmin elanda mobil telefonun qiymətini 1850 manat olaraq qeyd etmişdir. xx.xx.2021-ci il tarixdə mobil nömrədən zəng edən şəxs özünü Naim kimi təqdim edərək mobil telefonu almaq istədiyini bildirmiş və onlar görüş təyin edərək saat təxminən 14 radələrində “Memar Əcəmi” metrostansiyasının qarşısında görüşmüşlər. Onlar həmin ünvanda yerləşən telefon mağazalarından birində mobil telefonun sazlığını yoxlatdırmış və Naimlə satışda razılaşmışdırlar. Naim ona bildirmişdir ki, üzərində pul yoxdur onunla birlikdə evinə getsələr orada pulu verəcəkdir. Onlar taksi ilə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən yeni tikilinin yanına getmiş və Naim ondan mobil telefonu istəmişdir ki, telefonu evdəkilərə göstərəcək. Lakin, o Naimə telefonu verməmiş və pulu verdikdən sonra telefonu verəcəyini bildirmişdir. Naim təxminən 10 dəqiqə sonra geri qayıdaraq evdə pul olmadığını, atası ilə danışmasını, atasının pulu metro tərəfə gətirəcəyini bildirmişdir. Naim ondan atası pulu gətirənədək şəxsiyyət vəsiqəsini gətirməyini xahiş etmişdir ki, arxayın olsun ki, mobil telefon oğurluq deyil. Onlar birlikdə onun kirayə yaşadığı Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 14 ünvanın qarşısına gəlmişdirlər. O taksidən düşüb şəxsiyyət vəsiqəsini gətirmək üçün yaşadığı binaya daxil olmuşdur. Mənzilə qalxarkən mobil telefonu taksidə saxlaması üçün Naimə vermişdir. Çünki, artıq Naim mobil telefonu almışdır və pulunu ödəyəcəkdir. Bundan sonra o şəxsiyyət vəsiqəsini götürüb geri qayıtdıqda taksinin yerində olmadığını görmüşdür. O həmin vaxt Naimin istifadəsində olan mobil nömrəyə davamlı olaraq zəng etmiş, Naim mobil nömrəni söndürmüşdür. Sonda Zərərçəkmiş şəxs8 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllədə ona məxsus ərzaq mağazası vardır. Həmin ərzaq mağazası ümumən 65 kvadratmetrlik sahə olmuşdur. Həmin sahənin 27 kvadratmetrlik hissəsi sökülmüşdür. 2013-cu ildə 8 kvadratmetrlik hissə Bələdiyyə tərəfindən Şirəli Tağıyevə verilmişdir. 2015-ci ildə Şirəli Tağıyev 8 kvadratmetrlik hissəni sökmək üçün Abşeron rayon məhkəməsinə müraciət etmiş, həmin məhkəmədə qalib gəlmişdir. 2017-ci ildə Şirəli Tağıyev rəhmətə getmişdir. Şirəli Tağıyevin varisləri onun hərəkətlərini davam etmişdir. 2019-cu ildə appellyasiya şikayəti təmin edilməmişdir. Artıq 2019-cu ildə o məhkəmədə sözü keçən, iş görə bilən şəxslər axtarmağa başlamışdır. Bu zaman qonşuluqda yaşayan Şahid13 ilə görüşüb olanları bir daha ona bildirmişdir. Hafis də bu işi görəcək tanışı olmasını, həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Naim onun məhkəmə işlərini görəcəkdir. O Hafislə bu barədə razılaşmışdır. xx.xx.2020-ci il tarixdə Hafis Təqsirləndirilən şəxs ona məxsus Xırdalan şəhərində yerləşən mağazaya gətirmişdir. Onlar Naimlə danışıqlar apardıqdan sonra Naim ona bildirmişdir ki, hakimə, qərarlara görə, MMC-lərə və sonra həbsdə olan bacısı oğlu X9 cəzasının 1/4 hissəsində ödənilərək həbsdən çıxarılmasına görə pullar verilməlidir. Sonda əziyyət haqqı kimi isə Hafis və özünə ayrı ayrılıqda 5000 manat pul istəmişdir. O çarəsiz olduğu üçün Naimə inanmışdır. O həmin pulları xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdək olan müddət ərzində hissə hissə olmaq Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən ərzaq mağazasında 13800 manat, 5000 manat dəyərində qızıl, qızılı almaq üçün 5000 manat pul, sonuncu dəfə isə xx.xx.2020-ci il tarixdə dəqiq xatırlamadığı saatda Nəsimi rayonu, Moskva prospekti 54 ünvanında yerləşən “Huqqa” restoranının qarşısında 1200 manat pul vermişdir. Naim bu pullar qarşılığında onun ərzaq mağazasının sökülmüş 27 kvadratmetrlik hissəsinin kompensasiyasını almalı, söküləcək 8 kvadratmetrlik hissənin söküntüsünün qarşısını almalı və əlavə olaraq həbsdə olan bacısı oğlu X14 həbsdən azad etdirməli idi. O Təqsirləndirilən şəxs verdiyi pulların ümumi məbləğini xatırlayır, hansı işə nə qədər verdiyi yaddaşında deyil. Çünki onlar əvvəldən bütün işi danışmışdırlar. Reallıqda bu qədər pul verilməməliymiş. Lakin, hər dəfə pul istəyərkən o düşünmüşdür ki, artıq pulu çıxıb heç olmasa axıra kimi olsun, sonra Naim onu işin alınmamağında günahlandırmasın. O, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Naim və Hafisə ümumilikdə 20000 manat pul vermişdir. Bundan əlavə o Naimə verməsi üçün Hafisə 5000 manat dəyərində qızıl zinyət (01 ədəd qızıl kişi üzüyü 15 qramlıq, 01 cüt sırğa və üzük, 01 ədəd boyunbağı ilə birlikdə kolye) əşyalarını vermişdir. Lakin, Hafis və Naim ona məxsus pulları və qızıl zinyət əşyalarını mənimsəyərək işini görməyərək onu aldatmışlar. Bundan əlavə bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan pul və qızıl-ziynət əşyalarını almasına dair öz xətti ilə iltizam yazmışdır ki, aldığı məbləği borc kimi alır və geri ödəyəcəyinə söz verir. Sonda Zərərçəkmiş şəxs9 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o ünvan 17 ünvanında yerləşən “Azercel Brend” telefon mağazasında satıcı kimi işləyir. Həmin mağazanın iş fəaliyyəti işlənmiş və yeni mobil telefonların alqı-satqısıdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 20 radələrində müştəri qismində bir nəfər şəxs mağazaya daxil olaraq özünə məxsus İphone 11 Pro markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. O da həmin şəxsin təqdim etdiyi mobil telefonu təxminən 15-20 dəqiqə yoxlamışdır. Telefonda heç bir nasazlıq aşkar etmədiyi üçün həmin mobil telefonu 1100 manata alacağını bildirmişdir. Çünki, mobil telefonun qutusu və aksesuarları olmamışdır. Onlar qiymətdə razılaşdıqdan sonra o, həmin şəxsə 1100 manat ödəniş etmişdir. O, mobil telefonu alarkən həmin şəxs ona Zərərçəkmiş şəxs5 İmaməii oğluna məxsus şəxsiyyət vəsiqəsini təqdim elmişdir. O da həmin şəxsin maskada olması səbəbindən təqdim etdiyi sənəddə olan şəxs zənn edərək telefonu almışdır. xx.xx.2021-ci il tarixdə polis əməkdaşları işlədiyi mağazaya yaxınlaşmış və həmin şəxsin mobil telefonu başqa şəxsdən oğurlayaraq ona satdığını qeyd etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 ifadəsində bildirmişdir ki, o, Nəsimi rayonu Azadlıq prospekti 41B ünvanında yerləşən X50 mağazasında satıcı kimi işləyir. Həmin mağazanın iş fəaliyyəti işlənmiş və yeni mobil telefonların alqı-satqısıdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 17 radələrində müştəri qismində bir nəfər şəxs mağazaya daxil olaraq özünə məxsus İphone 11 Pro Max markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Oda həmin şəxsin təqdim eldiyi mobil telefonu təxminən 30 dəqiqə yoxlamışdır. Telefonda heç bir nasazlıq aşkar etmədiyi üçün həmin mobil telefonu 1350 manata alacağını bildirmişdir. Çünki, həmin mobil telefonun satış qiyməti odur. Onlar qiymətdə razılaşdıqdan sonra o, həmin şəxsə 1350 manat ödəniş etmişdir. O mobil telefonu alarkən həmin şəxs ona X21 məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Oda həmin şəxsin maskada olması səbəbindən təqdim etdiyi sənəddə olan şəxs zənn edərək telefonu almışdır. xx.xx.2021-ci il tarixdə polis əməkdaşları işlədiyi mağazaya yaxınlaşmış və həmin şəxsin mobil telefonu başqa şəxsdən oğurlayaraq ona satdığını qeyd etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, özünə məxsus Mercedes markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə saat təxminən 17 radələrində avtomobil ilə Nərimanov rayonu, H.Əliyev küçəsində yol kənarında saxlayıb müştəri gözləmişdir. Həmin vaxt əvvəldən tanımadığı 20-23 yaşlarında bir nəfər şəxs yaxınlaşaraq ünvan 19 ünvana çatdıqda avtomobildən düşmüş və bir neçə dəqiqə sonra başqa bir şəxslə yenidən avtomobilə yaxınlaşaraq 28 may metrostansiyasının yanına getmək istədiklərini bildirmişdir. O həmin şəxsləri birlikdə həmin ünvana aparmışdır. Onlar birlikdə telefon mağazasına daxil olduqdan bir müddət sonra yenidən avtomobilə əyləşmişdirlər və birinci sifariş edən şəxs yenidən Nərimanov rayonuna, “Nənəmin Təndiri” adlanan yerin yaxınlığında yerləşən hündür mərtəbəli binanın yanına getmək istədiklərini bildirmişdir. O deyilən ünvana gəldikdə sifarişçi aldığı mobil telefonun pulunu gətirmək üçün həmin binaya daxil olmuş, digər şəxs və onu avtomobildə gözləməyə başlamışdırlar. Lakin, həmin şəxs geri qayıtmamışdır. Həmin şəxs xidmət haqqı olan 20 manat pulu ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs4 onun bacanağıdır. Təqsirləndirilən şəxs isə təxminən 11 ildir tanıyır. Onun işlədiyi restorana gəlib getmişdir. Hadisədən təxminən 10 gün öncə Naim işlədiyi restorana gəlmiş, orada ona bank yolu ilə avtomobillər təşkil edəcəyini bildirmişdir. O da maraqlandıqda özünə Kia Optima markalı avtomobili bank yolu ilə 14500 manata aldığını və hal hazırda həmin avtomobilin özünə məxsus “Rent A Car”-da icarəyə verildiyini bildirmişdir. Oda bu barədə ətraflı maraqlandıqda Naim ona bildirmişdir ki, banklarda tanışları var və onların əli ilə kreditdə olan avtomobilləri çıxararaq satır. Hal-hazırda Chevrolet Cruz markalı avtomobil var və onu 8500 manata alıb sata bilər. İlk öncə həmin avtomobilin ağ rəngli olmasını bildirsədə sonradan ağ rəngli avtomobilin sahibi tərəfindən alınması, əlində qırmızı rəngli Chevrolet Cruz markalı avtomobilin olmasını qeyd etmişdir. O bu barədə bacanağı Cavidana bildirmiş və Cavidanda həmin avtomobilə baxmaq istədiyini demişdir. O işdən çıxa bilmədiyi üçün Naimə Cavidanın mobil nömrəsini vermişdir ki, avtomobil atqı-satqısı üçün görüşsünlər. Bundan sonra o xx.xx.2021-ci il tarixdə Cavidanla Naimin görüşməsini, axşam saatlarında isə Cavidanın 8000 manat pulu avtomobili almaq üçün Naimə verməsini bilmişdir. xx.xx.2021-ci il tarixdə artıq Naimin Cavidandan yalandan pul alaraq aldatmasını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Tanırverdi oğlunu 2008-ci ildən etibarən tanıyır. Naim Sülcymanlının vermiş olduğu ifadə şər və böhtandan ibarətdir. “Chevrolet Cruz” markalı avtomobili o tanışı Əlidən götürüb Naimə vermişdir. Çünki, Naim ona nişanlısını götürmək üçün avtomobilə ehtiyacı olmasını bildirmiş və bu səbəbdən o Əlidən xahiş etmişdir ki, avtomobili ona versin. 3 saat ərzində Naim avtomobili gətirib qaytarmışdır. Naim ona İphone 12 Pro markalı mobil telefon satmışdır. Çünki, Naimin ona 400 manat borcu olmuşdur. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə Naim onunla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, əmisi oğluna məxsus İphone 12 Pro markalı mobil telefonu satır. Oda Naimin ona borcu olmasını nəzərə alaraq telefonu ona satmasını xahiş etmişdir. Naim onunla razılaşmışdır. Mobil telefonu ona 1000 manata vermişdir. Razılığa əsasən Naim ona olan borcuna görə ondan 600 manat pul almışdır. Lakin, sonradan o, mobil telefonun İCLOUD kod sistemində olmasını bilmişdir. Bu barədə Naimə bildirdikdə, Naim əmisi oğlunun əsgərlikdə olması, əlaqə saxlaya bilməməsinə görə kodu bilmədiyini bildirmişdir. Oda bu səbəbdən kodu 200 ABŞ dolları pul ödəyərək ləğv etmişdir. Həmin mobil telefonun cinayət yolu ilə ələ keçirildiyini bilməmişdir. Sonradan Naimi tutulduqda o həmin telefonun cinayət yolu ilə əldə edildiyini bilmişdir. Lakin, o mobil telefonu almaq üçün 1340 manat pul ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, o, Vinil Azərbaycan telefon mağazasında satıcı kimi işləyir. Həmin mağaza telefon alış-satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs cəmi 3 dəfə görmüşdür. Birinci dəfə əvvəldən tanıdığı Şahid10 vasitəsi ilə görmüşdür. Nihad Vaqifə zəng edərək planşet satmasını bildirmiş və bir nəfərdən planşeti göndərəcəyini, planşetin satılmasını xahiş etmişdir. Vaqifdə bu barədə ona məlumat vermişdir ki, planşet gətirəcəklər, həmin planşeti yoxla və satılması barədə köməklik et. Planşeti ona Naim gətirmiş və o maraqlandıqda həmin planşeti alan olmadığı üçün Naim çıxıb getmişdir. İkinci dəfə Nihad və Naim birlikdə mağazaya gələrək Vaqiflə salamlaşaraq çıxıb getmişdirlər. Həmin vaxt heç bir söz söhbət olmamışdır. Üçüncü dəfə Naim yanında bir nəfər tanımadığı şəxslə gəlib 110 manata Çin istehsalı olan Vertu markalı mobil telefon alaraq getmişdir. Bundan başqa o Naimi bir daha görməmişdir. Onunla hər hansı alış verişi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, o, telefon mağazalarında telefon alış-şatışı ilə məşğuldur. “Vinil Azərbaycan” telefon mağazasını icarə əsasında işlədir. Şahid10 təxminən 2-3 ildirki tanıyır. Onun əvvəllər polis işçisi olduğunu bilmişdir. Bir neçə dəfə müştəri kimi ondan İphone markalı mobil telefonlar almış, sonradan həmin mobil telefonları geri sataraq başqa mobil telefonlar almışdır. Təqsirləndirilən şəxs cəmi 1 dəfə görmüşdür. Həmin şəxsi Nihadın yanında görmüş, sonra Naim adlı şəxs onun işlətdiyi mağazadan Vertu markalı mobil telefon almışdır. Nihad və Naimin onun mağazasına planşet gətirməsi onun yadında deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin mart ayından bəri tanıyır. Həmin şəxsi Nihad adlı dostunun yanında görüb tanımışdır. O Naimin polis bölməsində köməkçi kimi işləməsini bilmişdir. Çünki, hər kəsə elə məlumat vermişdir. **-OV-*** dövlət qeydiyyat nişanlı “CHEVROLET CRUZE MİNİK” markalı avtomobil ona məxsusdur, hal-hazırda onun istifadəsindədir. xx.xx.2021-ci il tarixdə saat təxminən 18 radələrində Nihad ona müraciət edərək Naimə avtomobil lazım olduğunu bildirib avtomobili ona verməyini xahiş etmişdir. O nə üçün istədiyini soruşduqda ailəsini harasa aparacağını bildirmişdir. Oda Nihadla 11 il qonşu olduğu üçün, bundan əlavə Naimin polis şöbəsində işləməsi səbəbindən ona etibar edərək avtomobili ona vermişdir. Naim avtomobili ondan 2 saatlıq götürmüş, lakin Naim 3 saatdan sonra gəlmişdir. Sadəcə olaraq benzin çənini doldurduğu üçün ona nəsə deməmişdir. Avtomobilini götürüb işləri ilə məşğul olmuşdur. O xx.xx.2021-ci il tarixdə bilmişdir ki, Naim onun avtomobilindən istifadə edərək dələduzluq cinayəti törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs9 onun ailəvi dostudur. Sərastan 2020-ci ilin sentyabr ayında ona müraciət edərək borc pul istəmiş və oda Sərastanı tanıdığı və ona etibar etdiyi üçün 16500 manat pulu borc olaraq vermişdir. Bundan sonra Sərastan ona müraciət edərək onların küçəsində yerləşən ərzaq mağazasında bir neçə saat onu əvəz etməsini istəmişdir. Bu bir neçə gün davam etmişdir. O Hafisi əvvəldən, Naimi isə sonradan Hafis vasitəsi ilə tanımışdır. O Sərastanla birlikdə mağazada olduğu üçün Hafis yanında Naimlə mağazaya daxil olmuş və qapıları bağlamışlar. Onlar oturub söhbət edərkən o kənarda dayanmışdır. Onların nə barədə söhbət etdiklərini bilməmişdir. Bir neçə gün sonra o, X20 nə üçün gəldiyini soruşduqda bilmişdir ki, mağazanın sökülməsinin qarşısını almaq üçün gəliblər. Bundan sonra ondan aldığı pullarıda onlara verməsini bilmişdir. Hafis tez-tez mağazaya gələrək mağazanın sökülməsinin qarşısını özünün almasını bildirmişdir. Hətda bir dəfə mağazaya daxil olaraq onun küçəyə çıxmağını istəmiş, küçədə bir neçə şəxs ətrafın şəkillərini çəkən zaman Hafis bildirmişdir ki, həmin şəxslər MTK işçiləridir, onları məhkəmə göndərib, mağazanın sökülməməsi üçündür. Bundan əlavə Naim müxtəlif vaxtlarda mağazaya gələrək Sərastanın xəbərinin olması səbəbindən 30-50 manat miqdarında pullar götürmüşdür. Bundan əlavə sonuncu dəfə 2020-ci ilin oktyabr ayında Naim ona zəng edərək iş yoldaşını göndərməsi və ona 200 manat pul verməyini istəmişdir. Oda bu barədə Sərəstana məlumat verdikdən sonra Naimin göndərdiyi şəxsə həmin ərzaq mağazasında 200 manat pul vermişdir. O ümumilikdə Naimə nə qədər pul verməyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Tanırverdi oğlunu 2020-ci ilin ortalarından etibarən tanımışdır. Naim onun işlədiyi “Ev Azərbaycan” şirkətində işləməyə başlamışdır. Naim bir neçə dəfə iş yoldaşlarında yaranmış problemləri həll etmişdir. Zərərçəkmiş şəxs9 onun qonşusudur. Sərastan onların küçəsində ərzaq mağazası işlədir. 2020-ci ilin sentyabr ayında Sərəstan ona müraciət edərək ərzaq mağazasının məhkəmə tərəfindən sökülməsini, bu sökülmənin qarşısını almaq istəməsini bildirdib belə işləri görə biləcək şəxs axtardığını demişdir. Oda bu işləri görə biləcək Naim adlı şəxsi tanımağını bildirib ona kömək edə biləcəyini qeyd etmişdir. Sərəstan onunla razılaşmışdır. Bu səbəbdən o Naimlə telefon əlaqəsi yaradaraq olanları danışmış, Naim isə bu barədə tam ətraflı danışdıqdan sonra işi həll edib edə bilməyəcəyini demişdir. Sabahısı gün o Sərəstan və Naimi Sərəstanın mağazasında görüşdürmüşdür. Onlar arasında olan söhbət zamanı Naim bu işi həll etmək üçün 5000 manat lazım olduğunu bildirmişdir. Sərastan isə onunla razılaşmışdır. Razılıqdan sonra oranı tərk etmişdirlər. Həmin gün axşamı Naim onunla əlaqə saxlayaraq bildirmişdir ki, işi danışıb 2000 manat əvvəldən verməlidir, sonradan isə 3000 manat. O Naimin səs yazısını Sərastana qulaq asdırmışdır. Sərastan razılıq verdikdən sonra sabahısı gün Naim özü həmin ünvana gəlmiş və Səraslana təqdim etdiyi ərizəni yazdırıb 1000 manat pulu Sərastandan alaraq oranı tərk elmişdir. Çünki, həmin vaxt Sərastanın 1000 manat pulu var idi. 2 gün sonra Naim ona zəng edərək pulun qalanını istəmişdir. Oda bu barədə Sərastana demişdir. Sərastan 1000 manat pulu ona vermiş, oda Nərimanov rayonu ərazisində yerləşən “Rent A Car”-lardan birinin qarşısında 1000 manat pulu Naimə vermişdir. Təxminən 1 həftə sonra Naim onunla əlaqə saxlayaraq Sərastanın ona 1500 manat pul verəcəyini, həmin pulu onun götürüb ona çatdırmağını istəmişdir. Oda Sərastandan 1500 manat pulu götürərək Nərimanov rayon ərazisində Naimə çatdırmışdır. Təmxinən 1 həftə sonra yəni 2020-ci ilin oktyabr ayının əvvələrində Naim ona zəng edərək Sərəstanın ona “Dəmir Dümür” verəcəyini, həmin əşyaları gətirməyini istəmişdir. Daha sonra ona bildirmişdir ki, Sərastanıda özü ilə gətirsin. X42 məhkəmənin pul ödənişi ilə əlaqədar bank kartı verəcəyini bildirmişdir. Daha sonra Naim zəng edərək Sərastanla danışmasını, Sərastanın gəlməsinə ehtiyac olmamasını, onun həmin əşyaları çatdırmağını xahiş etmişdir. O Sərastana bu barədə məlumat verdikdə Sərastan həmin “Dəmir dümürün” qızıl zinyət əşyaları olmasını bildirmişdir. O həmin qızılları eyni “Rant A Car”ın qarşısında Naimə vermişdir. Bundan təxminən 1 həftə sonra o ikinci Vətən müharibəsinə getmişdir. O müharibə vaxtı Sərastanla telefon əlaqəsi saxlamış və məhkəmə prosesinin nə yerdə olmasını soruşmuşdur. Bu zaman Sərastan ona bildirmişdir ki, Naim sənədləri gətirməlidir. Bundan sonra o Naimlə telefon əlaqəsi saxladıqda Naim avtomobil qəzası keçirməsini və hal-hazırda xəstəxanada olmasını bildirmişdir. Bundan sonra Naimlə əlaqələri kəsilmişdir. xx.xx.2020-ci il tarixdə o, müharibədən qayıtmışdır. Bundan sonra daima Naimlə görüşüb Sərastana məxsus pulları tələb etsə də, Naim onu müxtəlif bəhanələrlə aldatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Tanrıveıdi oğlunu təxminən 6-7 ay tanımışdır. O, Hafis adlı şəxslə birlikdə onun iştirakı ilə gəlib ondan icarəyə avtomobillər götürmüşdür. Naimlə münasibətiləri yaranmışdır. O mütamadi Rent A Car-dan avtomobillər götürmüşdür. Yaddaşında qalmayan vaxtda və yerdə o avtomobili təmir etdirərkən özünü Sərastan kimi tanıdan şəxs onun icarəyə verdiyi avtomobillə onun başına oyun açılmasını bildirmişdir. O həmin şəxsi gətirib ofisini göstərmişdir. Sərastan həmin şəxsin Naim olduğunu dedikdə o onları görüşdürmüş və Sərastandan xahiş etmişdir ki, Naimlə işini həll etsin və bir daha ofisə gəlməsin. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2, Şahid1 və Şahid6 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda Şahid2 məhkəməyə teleqram ünvanlayaraq istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclaslarına iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin Şahid1 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilmədiyini və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1, Şahid2 və Şahid6 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 11-13-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X24 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat qrupu və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu: Baxış Bakı şəhəri, Nərimanov rayonu, “Nənəmin təndiri” kafesinin yaxınlığında yerləşən hündürmərtəbəli binaya baxış keçirilmişdir. Baxış zamanı hadisəni görə biləcək müşahidə kamerası müəyyən olunmadı. Baxış zaman Zərərçəkmiş şəxs1 şifahi olaraq bildirdi ki, xx.xx.2021-ci il tarixdə qeyd olunan ünvanda Naim adlı şəxs ona məxsus İPHONE 11 pro markalı mobil telefonu alaraq naməlum istiqamətə getmişdir. Faktla əlaqədar olaraq hadisə yerinin fooşəkilləri çəkilərək protokola əlavə olunmuş, hal şahidlərinin iştirakları ilə imzalanmışdır. Cinayət işinin İ cildinin 72-73-cü vərəqələrində olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 24 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 108-110-cu vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 26 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Şahmar Qurbanovun 26 mart 2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edillməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 111-112-ci vərəqələrində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 26 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cildinin 135-136-cı vərəqələrində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 173-174-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı X31 hal şahidlərin iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu: Baxış keçirilən yer ünvan 20 ünvanının qarşısıdır. Baxış keçirilən yerin qarşısında Nərimanov RPİ-nin inzibati binası yerləşir. Baxışda iştirak edən vətəndaş Zərərçəkmiş şəxs5 bildirdi ki, baxış keçirilən yerdə 2021-ci ilin fevral ayında tanıdığı, özünü polis əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs polisə sürücülük vəzifəsinə işə qəbul olunmaq üçün 4500 manat pul və özünə aid sənədləri vermişdir. Hadisə yerinin fotoşəkili çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin İ cildinin 221-222-ci vərəqələrində olan “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında” 01 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə 01 iyun 2021-ci il tarixli qərara əsasən tutulmuşdur. Cinayət işinin İ cildinin 225-226-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2021-ci il tarixli 9/2133 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Çin istehsalı olan “İphone” markalı, “11 Pro” modelli, **********60737 İMEİ kodlu, 64 GB yaddaş tutumlu mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, işlənmə dərəcəsi nəzərə alınmaqla 2021-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 1400,00 manat müəyyən edilir. Cinayət işinin İ cildinin 237-238-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 17 may 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X25 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat qrupu və vətəndaş Zərərçəkmiş şəxs6 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu: Hadisə yeri ünvan 22 ünvanın qarşısıdır. Hadisə yeri Zərərçəkmiş şəxs6 tərəfindən əyani olaraq göstərilmişdir. Baxış zamanı hadisə yerindən iş üzrə maddi sübut əhəmiyyətli hər hansı əşya və ya dəlil aşkar edilməmişdir. Cinayət işinin İ cildinin 239-cu vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” 17 may 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin təhqiqatçısı X25 icraatında olan, Azərbaycan Respublikası CPM-nin 51, 86 və 236-cı maddələrinin tələblərini rəhbər tutub, vətəndaş Zərərçəkmiş şəxs6 şikayət ərizəsi əsasında özünü Nicat kimi təqdim edən şəxs Nərimanov rayonu A.Neymətulla küçəsində olan telefon mağazasının müşahidə kamerasına düşdüyü üçün həmin görüntülər tərəfindən götürülmüşdür. Həmin video görüntüyə xidməti iş otağında baxış keçirilmişdir. Baxış zamanı həmin görüntüdən görünür ki, telefon mağazasına iki vəntəndaş daxil olur, qara rəngli kastyumda ag rəngli köynəkdə və tünd rəngli qalstukta olan şəxs əlində tün rəngli salafandan qara qutu çıxararaq telefon mağasanıda işləyən şəxsə verir və bir neçə saniyədən sonra mağazanı tərk edir. Bu barədə tərəfindən protokol tərtib olunaraq materiala əlavə edilmişdir Cinayət işinin İ cildinin 307-309-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-548/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, vəsatət təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçillməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 01 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 310-cu vərəqində olan “Təqdim edilən diskə baxış keçirilməsi haqqında” 02 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstinaq Şöbəsinin müstəntiqi X18 Azərbaycan Respublikası CPM-nin 51, 85, 91, 92 və 236-cı maddələrinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-dən daxil olmuş, 01 ədəd ağ rəngli CD diskə Nərimanov RPİ-nin MSYnin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs və onun müdafiəçisi X15 iştirakı ilə personal kompüter vasitəsi ilə baxış keçirmişdir. Həmin 01 ədəd CD diskdə 2 nəfər şəxsin telefon mağazasına daxil olması, həmin şəxslərdən birinin Zərərçəkmiş şəxs6 olması, digər şəxsin isə qara rəngli kostyumda, ağ rəngli köynəkdə və tünd rəngli qalstukda olması və əlində tünd rəngli selofan torbadan qara qutu çıxararaq mağazada işləyən şəxsə təqdim etməsi müşahidə edilmişdir. Təqsirləndirilən şəxs videogörüntüyə baxdıqdan sonra bildirmişdir ki, həmin qara rəngli kostyumda, ağ rəngli köynəkdə və tünd rəngli qalstukda olan və əlində tünd rəngli selofan torbadan qara qutu çıxararaq mağazada işləyən şəxsə təqdim edən şəxs onun özüdür. CD disklə bağlı protokol tərtib edilərək disklə birlikdə ********* nömrəli cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin İİ cildinin 2-4-cü vərəqələrində olan “Maddi sübut kimi tanımaq haqqında” 14 iyun 2021-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs mobil telefonlar satarkən istifadə etdiyi, Zərərçəkmiş şəxs5 Nərimanov rayon polis idarəsinə sürücü vəzifəsinə işə düzəldəcəyi vədini verib aldadarkən ondan aldığı və könüllü təqdim etdiyi, Zərərçəkmiş şəxs5 adına olan AA1052789 seriyalı şəxsiyyət vəsiqəsinin, hərbi biletin, attestatın, sürücülük vəsiqəsinin cinayət işi üzrə maddi sübut kimi tanınması, Zərərçəkmiş şəxs5 ərizəsi nəzərə alınaraq qeyd olunan AA1052789 seriyalı şəxsiyyət vəsiqəsinin, hərbi biletin, attestatın, sürücülük vəsiqəsinin zərərçəkmiş şəxsə geri qaytarılması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 8-10-cu vərəqəsində olan “Maddi sübut kimi tanımaq haqqında” 15 iyun 2021-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən dəldəzuluq yolu ilə ələ keçirilmiş 1.400 manat dəyərində Çin istehsalı olan “İphone” markalı, «11 Pro» modelli, **********60737 İMEİ kodlu, 64 GB yaddaş tutumlu mobil telefonun cinayət işi üzrə maddi sübut kimi tanınması, Zərərçəkmiş şəxs3 ərizəsinin nəzərə alınaraq qeyd olunan 1.400 manat dəyərində Çin istehsalı olan “İphone” markalı, «11 Pro» modelli, **********60737 İMEİ kodlu, 64 GB yaddaş tutumlu mobil telefonun zərərçəkmiş şəxsə geri qaytarılması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 39-41-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 22 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin müstəntiqi X18, Zərərçəkmiş şəxs7 müraciətinin araşdırması ilə əlaqədar olaraq vətəndaş Zərərçəkmiş şəxs7 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Müəyyən olundu: Hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 21 ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasının həyətidir. Zərərçəkmiş şəxs7 bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 17:00-da onunla birlikdə məhz bu ünvana gəlib orada gizlənmiş, mobil telefonu məhz həmin ünvanda alıb getmişdir. Cinayət işinin İİ cildinin 95-96-cı vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021 il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞnin təhqiqatçısı X22 vətəndaş Zərərçəkmiş şəxs8 müraciəti əsasında hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Hadisə yerinə baxış zamanı müəyyən olundu: Bakı şəhəri Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığında olan “Embavood” mebel evinin yanında yerləşir. Hadisə yerində vətəndaş Zərərçəkmiş şəxs8 bildirdi ki, xx.xx.2021-ci il tarixdə internet sosial şəbəkədə tanış olduğu şəxslə həmin yerdə görüşüb özünə məxsus İPHONE - 12 PRO markalı mobil telefonunu satmış, həmin şəxs telefonu ondan alsa da telefonun pulunu ödəməyərək ona qarşı dələduzluq etmişdir. Cinayət işinin İİ cildinin 128-129-cu vərəqələrində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə” xx.xx.2021 il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəriman RPİnin istintaq şöbəsinin müstəntiqi X18 Zərərçəkmiş şəxs4 və hal şahidlərinin iştirakları ilə nəqliyyat vasitəsinə baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu: Zərərçəkmiş şəxs4 “Chevrolet Cruze” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən borcundan çıxılaraq ona satılacağı adı ilə təqdim edilmiş avtomobil məhz bu avtomobildir. Avtomobilin kapotunun sol hissəsində olan naqillərin səliqəsizliyindən tanıyır. Baxış zamanı avtomobilin qırmızı rəngli olması aşkardır. Baxışda avtomobil sahibi Şahid11 iştirak emişdir. Cinayət işinin İİ cildinin 175-176-cı vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı X1 Səristan Əmirxan oğlunun və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Hadisə yerinə baxış zamanı müəyyən olundu: Hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllədə yerləşir. Baxış zamanı yaşayış binasının qabağında bir mərtəbədən ibarət ərzaq mağazasının qarşısında olduğu müəyyən olundu. Cinayət işinin İİ cildinin 208-210-cu vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı X2 Sərəstan Əmirxan oğlunun və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Hadisə yerinə baxış keçirilərkən müəyyən olundu: Baxış keçirilən yer Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasından Şamaxinka adlanan əraziyə gedən yolun sağ kənarında yerləşən “Hoqqa” restoranının arxa tərəfində Moskva prospektində yerləşən binanın qarşısıdır. Baxış zamanı Sərəstan Nuriyev məhkəmədə ona kömək etdirəcəyi məqsədilə Təqsirləndirilən şəxs sonuncu dəfə 1200 manat pulu Bakı şəhəri, Nəsimi rayounu, Moskva prospekti “Hoqqa” restoranının arxasında xx.xx.2020-ci il tarixdə verdiyini bildirmiş və həmin yeri göstərmişdir. X40 Süleymanlıya ümumilikdə isə 20000 manat pul və 5000 manat qızıl əşyaları verdiyini qeyd etmişdir. Baxış zamanı X33 Süleymanlıya sonuncu dəfə pul verdiyi yerin fotoşəkilləri çəkilmiş, bu barədə protokol tərtib olunmuşdur. Cinayət işinin İİİ cildinin 28-ci vərəqində olan “Könüllü təqdim etmə və baxış keçirmə barədə” 30 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X18, icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrini rəhbər tutub həmin protokolu ondan ötrü tərtib etmişdir ki, həmin gün iş üzrə Nuriyev X3 Naim Tanrıverdi oğlu tərəfindən pulları mənimsənilərkən onun etibarını qazanmaq üçün sonuncu tərəfindən ona verilmiş 01 ədəd üzərində “İNTERNATİONAL” kredit təşkilatı, **********756525, 09/22, İNTERNATİONAL bokt, GOLD EXPRES CARD sözləri olan plastik bank kartını, 01 ədəd AA ******* seriyalı Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsini və 01 ədəd üst hissəsi kvadrat şəkilli, ortasında Azərbaycan Respublikasının bayraq rənglərinin təsviri, ona birləşik, alt hissəsində dairəvi forması olan üzərinə Azərbaycan Ordusu 100 il yazıları olan medalı könüllü olaraq istintaqa təqdim etmişdir. Cinayət işinin İİİ cildinin 38-ci vərəqində olan “Könüllü təqdim etmə və baxış keçirmə barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X18, icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrini rəhbər tutub, həmin protokolu ondan ötrü tərtib etmişdir ki, həmin gün iş üzrə X32 01 ədəd kserosurət, kserosurətdə “Mən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs9 8920 azərbaycan manatı və digər 1500 azərbaycan manatı olan qızıl-ziynət əşyasını borc olaraq qəbul etdim. xx.xx.2020-ci il tarixinədək geri ödəyəcəyimə söz verirəm. Əks təqdirdə məsuliyyət daşıyacağımı qəbul edirəm. İltizam mənim hüsn-xəttimlə yazıldı və imzamla təsdiq edirəm. Solda -Borc alan Təqsirləndirilən şəxs yazının altında imza, onun altında borc verən, altında Zərərçəkmiş şəxs9 altında imza, sağda imza: S.N.T altında xx-xx/2220 yanında imza, altında ***-***-**-** altında Nərimanov Orucəliyev küçəsi ev Q m 60” yazıları olan kserosutəti könüllü olaraq istintaqa təqdim etmişdir. Cinayət işinin İİİ cildinin 39-cu vərəqində olan “Əşyanın təqdim edilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X18, icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrini rəhbər tutub, həmin protokolu ondan ötrü tərtib etmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs9 Əmrixan oğluna Şahid13 tərəfindən istintaq orqanına təqdim edilmiş “Mən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs9 8920 azərbaycan manatı və digər 1500 azərbaycan manatı olan qızıl-ziynət əşyasını borc olaraq qəbul etdim. xx.xx.2020-ci il tarixinədək geri ödəyəcəyimə söz verirəm. Əks təqdirdə məsuliyyət daşıyacağımı qəbul edirəm. İltizam mənim hüsn-xəttimlə yazıldı və imzamla təsdiq edirəm. Solda -Borc alan Təqsirləndirilən şəxs yazının altında imza, onun altında borc verən, altında Zərərçəkmiş şəxs9 altında imza, sağda imza: S.N.T altında xx-xx/2220 yanında imza, altında ***-***-**-** altında Nərimanov Orucəliyev küçəsi ev Q m 60” yazıları olan 01 ədəd kserosurətini təqdim etmişdir. Zərərçəkmiş şəxs9 təqdim edilmiş kserosurətdə olan yazının Təqsirləndirilən şəxs tərəfindən yazıldığını, digər imzanın isə ona məxsus olmasını bildirmişdir. Cinayət işinin İİİ cildinin 53-cü vərəqində olan “Təqdim edilən diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstinaq Şöbəsinin müstəntiqi X18 Azərbaycan Respublikası CPM-nin 51, 85, 91, 92 və 236-cı maddələrinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-dən daxil olmuş, 02 ədəd ağ rəngli CD diskə Nərimanov RPİ-nin MSYnin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs və onun müdafiəçisi X15 iştirakı ilə personal kompüter vasitəsi ilə baxış keçirmişdir. Həmin 02 ədəd CD diskdə əməliyyat yolu ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** və şahid qismində dindirmiş Şahid10 oğfunun istifadə etdiyi ***-***-**-** mobil nömrələrdən 14 aprel 2021-ci il tarixdən 01 iyun 2021-ci il tarixdək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, siyahıda göstərilən abonentlərin anket məlumatlarını əks etdirən, edilən zənglər zamanı zəng edən və zəng olunan nömrələrin hansı ötürücü antenin əhatə dairəsində olması, həmçinin göndərilən və qəbul edilən SMS-lərin mətnlərini əks etdirən məlumatların çıxarışları vardır. Həmin 02 ədəd ağ rəngli CD diskdə olan fayllara baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir. CD disklə bağlı protokol tərtib edilərək disklə birlikdə ********* nömrəli cinayət işi materiallarına əlavə edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş. Heç bir şikayət və vəsatət daxil olmamış, düzgün tərtib edilmişdir. Cinayət işinin İİİ cildinin 55-ci vərəqində olan “Əşyanın təqdim edilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X18, icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrini rəhbər tutub, həmin protokolu ondan ötrü tərtib etmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs X32 tərəfindən istintaq orqanına təqdim edilmiş “Mən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs9 8920 azərbaycan manatı və digər 1500 azərbaycan manatı olan qızıl-ziynət əşyasını borc olaraq qəbul etdim. xx.xx.2020-ci il tarixinədək geri ödəyəcəyimə söz verirəm. Əks təqdirdə məsuliyyət daşıyacağımı qəbul edirəm. İltizam mənim hüsn-xəttimlə yazıldı və imzamla təsdiq edirəm. Solda -Borc alan Təqsirləndirilən şəxs yazının altında imza, onun altında borc verən, altında Zərərçəkmiş şəxs9 altında imza, sağda imza: S.N.T altında xxxx/2220 yanında imza, altında ***-***-**-** altında Nərimanov Orucəliyev küçəsi ev Q m 60” yazıları olan 01 ədəd kserosurəti təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim edilmiş kserosurətdə olan yazının özü tərəfindən yazıldığını, digər imzanın isə Zərərçəkmiş şəxs9 məxsus olmasını bildirmişdir. Cinayət işinin İİİ cildinin 114-147-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 04 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonlar satarkən istifadə etdiyi, Zərərçəkmiş şəxs5 Nərimanov rayon polis idarəsinə sürücü vəzifəsinə işə düzəldəcəyi vədini verib aldadarkən ondan aldığı və könüllü təqdim etdiyi, Zərərçəkmiş şəxs5 adına olan AA1052789 seriyalı şəxsiyyət vəsiqəsinin, hərbi biletin, attestatın, sürücülük vəsiqəsinin cinayət iş üzrə maddi sübut əhəmiyyəti daşıdığı üçün maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs5 ərizəsi nəzərə alınaraq özünə geri qaytarılmasının, Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilmiş 1.400 manat dəyərində Çin istehsalı olan “İphone” markalı, «11 Pro» modelli, **********60737 İMEİ kodlu, 64 GB yaddaş tutumlu mobil telefonun cinayət işi üzrə maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs3 ərizəsinin nəzərə alınaraq özünə qaytarılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd X21 məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi, Zərərçəkmiş şəxs9 tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd Təqsirləndirilən şəxs məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsi, 01 ədəd üzərində “İNTERNATİONAL” kredit təşkilatı, **********756525, 09/22, İNTERNATİONAL bokt, GOLD EXPRES CARD sözləri olan plastik bank kartının və 01 ədəd üst hissəsi kvadrat şəkilli, ortasında Azərbaycan Respublikasının bayraq rənglərinin təsviri, ona birləşik, alt hissəsində dairəvi forması olan üzərinə Azərbaycan Ordusu 100 il yazıları olan medalın iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, şəxsiyyət vəsiqəsinin və bank kartının saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi, medalın isə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi, Zərərçəkmiş şəxs6 məxsus mobil telefonun telefon mağazasında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs6 tərəfindən yoxlatdırılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd CD diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** və şahid qismində dindirilmiş Şahid10 istifadə etdiyi ***-***-**-** mobil nömrələrdən 14 aprel 2021-ci il tarixdən 01 iyun 2021-ci il tarixdək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, siyahıda göstərilən abonentlərin anket məlumatlarını əks etdirən, edilən zənglər zamanı zəng edən və zəng olunan nömrələrin hansı ötürücü antenin əhatə dairəsində olması, həmçinin göndərilən və qəbul edilən SMS-lərin mətnlərini əks etdirən məlumatların əməliyyat yolu əldə edilmiş çıxarışları olan 02 ədəd CD diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Şahid13 tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli İltizamın surətindən görünür ki, onun vasitəsilə X11 3500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. O, Sərəstan Nuriyevə söz vermişdir ki, Təqsirləndirilən şəxs həmin pulu ona qaytarmadığı təqdirdə o, qaytaracaqdır. Bu səbəbdən onun hal-hazırda Zərərçəkmiş şəxs9 3500 manat borcu var. Həmən borcu xx.xx.2022-ci il tarixdə qaytaracaq. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş X4 iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməli nəticəsində ona vurduğu 25000 (iyirmi beş min) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sAlıiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islAlı edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59 maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM - 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM - 56.1.2), cəza çəkməsinin əvvəli 01 iyun 2021-ci il tarixdən hesablanmalı (CPM - 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). İş üzrə maddi sübut olan – Zərərçəkmiş şəxs5 adına olan AA1052789 seriyalı şəxsiyyət vəsiqəsinin, hərbi biletin, attestatın, sürücülük vəsiqəsinin Zərərçəkmiş şəxs5, Çin istehsalı olan “İphone” markalı, «11 Pro» modelli, **********60737 İMEİ kodlu, 64 GB yaddaş tutumlu mobil telefonun isə Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan – X21 məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsi qanuni sahibinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsi, 01 ədəd üzərində “İNTERNATİONAL” kredit təşkilatı, **********756525, 09/22, İNTERNATİONAL bokt, GOLD EXPRES CARD sözləri olan plastik bank kartı, 03 ədəd CD disk və 01 ədəd üst hissəsi kvadrat şəkilli, ortasında Azərbaycan Respublikasının bayraq rənglərinin təsviri, ona birləşik, alt hissəsində dairəvi forması olan üzərinə Azərbaycan Ordusu 100 il yazıları olan medal cinayət işinin materiallarında saxlanılmalıdır. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) X11 mülki iddia verərək, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 25.000 (iyirmi beş min) manatın onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) X4 mülki iddiası təmin edilməli, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 25.000 (iyirmi beş min) manat tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) X4 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi keçirilmiş 31 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 96 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 96 (doxsan altı) iş saatına görə 576 (beş yüz yetmiş altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 01 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – Zərərçəkmiş şəxs5 adına olan AA1052789 seriyalı şəxsiyyət vəsiqəsinin, hərbi biletin, attestatın, sürücülük vəsiqəsinin Zərərçəkmiş şəxs5, Çin istehsalı olan “İphone” markalı, «11 Pro» modelli, **********60737 İMEİ kodlu, 64 GB yaddaş tutumlu mobil telefonun isə Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan – X21 məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsi qanuni sahibinə qaytarılsın. İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsi, 01 ədəd üzərində “İNTERNATİONAL” kredit təşkilatı, **********756525, 09/22, İNTERNATİONAL bokt, GOLD EXPRES CARD sözləri olan plastik bank kartı, 03 ədəd CD disk və 01 ədəd üst hissəsi kvadrat şəkilli, ortasında Azərbaycan Respublikasının bayraq rənglərinin təsviri, ona birləşik, alt hissəsində dairəvi forması olan üzərinə Azərbaycan Ordusu 100 il yazıları olan medal cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 50,00 (əlli manat) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X7, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Mülki iddia təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 25.000 (iyirmi beş min) manat maddi ziyan tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) X6 ödənilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 96 (doxsan altı) iş saatına görə 576 (beş yüz yetmiş altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar