Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-77/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X14 Bəhram oğlunun sədrliyi, Məmmədova Aygün Fərhad qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Sumqayıt şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3, “Sirius” Vəkil Bürosunun vəkili Müdafiəçi4, tərçüməçi X2, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Oğuz rayonu, Qarabulaq kəndində anadan olmuş, subay, orta-ixtisas təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həbs edilənədək həmin ünvanda yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirli bilinir ondan ötrü ki, o, ön dörd yaşına çatmayan şəxs barəsində zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospekti 32 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 3-cü girişinin 3-cü və 4-cü mərtəbələri arasında yerləşən ümumi istifadəli dəhlizdə öz cinsi ehtirasını təmin etmək məsədilə xx xxxxx 2012-ci il təvəllüdlü olmaqla onun üçün aşkar surətdə 14 yaşına çatmayan Zərərçəkmiş şəxs arxa tərəfdən yaxınlaşıb ona qarşı zor tətbiq etmədən əlləri ilə Zərərçəkmiş şəxs qollarından tutaraq Zərərçəkmiş şəxs əynində olan qısa şalvarı topuqlarına doğru aşağı dartıb çəkməklə 14 yaşına çatmayan Zərərçəkmiş şəxs zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, bir ədəd kağız bükümdə təmiz çəkisi 0, 217 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 20 manata əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhəri, Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən 06 sentyabr 2023-cü il tarixdə saat 15:30 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4da yerləşən Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada onun üstünə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,217 qram ağ rəngli kristallardan ibarət maddə küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyərək bildirdi ki, o, "xxxx" MMC-də satış operatoru vəzifəsində işləyib. 05 sentyabr 2023-cü il tarixdə günorta saat 15 radələrində Kooperasiya texnikomuna sənəd təqdim etmək üçün Z.Bünyadov prospekti 32 ünvanında yerləşən Kooperasiya universitetinə gedərkən yolun kənarı ilə gedən bir nəfər 12-13 yaşlarında qız uşağını görüb ona yaxınlaşaraq yaxınlıqda market olub olmamasını soruşduqda qız ondan qorxduğu üçün qışqırmağa başlaladığından o, özünü itirib oradan uzaqlaşmışdır. 06 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində işlədiyi "xxxx" şirkətində işdə olan zaman mühafizəçi ona yaxınlaşaraq üç nəfər mülki geyimli polis əməkdaşının onu çağırdığını bildirdiyindən o, mühafizə otağına yaxınlaşmış, o, polis əməkdaşları ilə Nərimanov rayon polis idarəsinin 16-cı polis şöbəsinə getmişdir. Daha sonra o, digər narkotiklə bağlı ittiham olunduğu maddə ilə özünü təqsirli bilmədiyini, onun üzərində olan narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotik vasitəni onun üzərinə qoyduqlarını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, ev 32, mənzil 11-də atası X6 və anası Qanuni nümayəndə ilə birlikdə yaşayır və Bakı şəhəri, Binəqədi rayonu 102 nömrəli tam orta məktəbin V sinifində oxuyur. 05 sentyabr 2023-cü il tarixdə günorta vaxtı, saat 15 radələrində anası Cəmalə ona 5 (beş) manat pul verərək yaşadığı binanın yanında yerləşən “Cıdır” aptekə gedib baş ağrısını kəsmək üçün dərman alıb gətirməsini söylədiyindən aptekə getdiyini, aptekdən qayıdarkən bloka daxil olub pilləkənlərlə 5-ci mərtəbəyə doğru qalxan zaman tanımadığı təxminən 25-30 yaşlarında bir kişinin onun ardınca hərəkət etdiyini gördüyünü, 3-cü və 4-cü mərtəbələr arasında yerləşən dəhlizdə həmin şəxs arxadan qəflətən ona yaxınlaşıb əlləri ilə onun hər iki qolundan tutub sıxaraq əynindəki şortu (qısa şalvarı) aşağı topuqlarına doğru çəkərkən qorxduğu üçün bərkdən qışqırdığından həmin şəxs ondan aralanıb pilləkənlərlə aşağı düşərək qaçıb getdiyini, dərhal evə qalxıb bu barədə anasına dediyindən anası 102 xidmətinə zəng edib hadisə barəsində məlumat verdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, ev 32, mənzil 11-də yaşayır. 05 sentyabr 2023-cü il tarixdə qızı Zərərçəkmiş şəxs aptekə dərman almaq üçün göndərmişdir. Həmin gün qızı Aylin aptekdən gələndə həyəcanlı vəziyyətdə evə girdiyini gördüyündən ondan nə baş verdiyini soruşduqda qızı Aylin səsi titrək halda aptekdən qayıdıb gələndə üçüncü mərtəbə ilə dördüncü mərtəbənin ortasında bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb, əvvəlcə qollarını tutduğunu, daha sonra isə qızı Aylinin əynində olan şortiki aşağı çəkərkən qızı Aylin qışqırdığına görə həmin şəxs onu buraxıb dərhal qaçdığını ona bildirdiyindən o, dərhal bu barədə polis orqanlarına yəni 102 xidmətinə zəng edib məlumat verdiyini bildirdi. Hazırda o, Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və qanunla müəyyən edilmiş qaydada ona cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Nərimanov rayon Polis İdarəsinin 16-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 sentyabr 2023-cü il tarizdə azyaşlı Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər olunması ilə bağlı daxil olmuş müraciətə dair 06 sentyabr 2023-cü il tarixdə əməliyyat müəvəkkilləri Şahid3, Şahid1 Sübhan oğlu birlikdə əməliyyat-axtarış tədbiri zamanı ünvan 6 ünvana gedərək "xxxx" şirkətinin qarşısında mühafizəçiyə yaxınlaşıb Təqsirləndirilən şəxs çağırmalarını bildirərkən onu çağırdıqlarını, Təqsirləndirilən şəxs onlara yaxınlaşan zaman özlərini təqdim edərək ona 16-cı Polis Şöbəsinin əməkdaşları olduqlarını, onlarla birlikdə şöbəyə getməli olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs həmin vaxt onlardan bu olanlar barədə şirkətdə deməmələrini xahiş etdiyini, daha sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasına gətirildikdən sonra raportla təhqiqatçı Asif Qubadova həvalə etdiklərini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən siqaretin ağ rəngli kağızına bükülmüş 1 ədəd büküm, sağ yan cibindən 1 ədəd «Redmi Note 11 pro» markalı mobil telefonu və digər ciblərindən pul əskinaslarını təqdim etdiyini gördüyünü bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsi ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun ifadə verərək Təqsirləndirilən şəxs cinayət əməlini təsdiq etmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid1 Sübhan oğlunun məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, 06 sentyabr 2023-cü il tarixdə əməliyyat müəvəkkilləri Şahid3, Şahid1 Sübhan oğlu birlikdə əməliyyat-axtarış tədbiri zamanı ünvan 6 ünvana gedərək "xxxx" şirkətinin qarşısında mühafizəçiyə yaxınlaşıb Təqsirləndirilən şəxs çağırmalarını bildirərkən onu çağırdıqlarını, Təqsirləndirilən şəxs onlara yaxınlaşan zaman özlərini təqdim edərək ona 16-cı Polis Şöbəsinin əməkdaşları olduqlarını, onlarla birlikdə şöbəyə getməli olduğunu bildirmişlər, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 16-cı PŞnin inzibati binasına gətirilmiş və raportla təhqiqatçı Asif Qubadova həvalə edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən siqaretin ağ rəngli kağızına bükülmüş 1 ədəd büküm, sağ yan cibindən 1 ədəd «Redmi Note 11 pro» markalı mobil telefonu və digər ciblərindən pul əskinaslarını təqdim etdiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, "xxxx" şirkətində mühafizəçi işləyib. O, işdə olarkən üç nəfər polis əməkdaşları ofisə yaxınlaşaraq Təqsirləndirilən şəxs soruşduqlarını və polis bölməsinə aparacaqlarını bildirdiklərindən həmin vaxt o, Təqsirləndirilən şəxs oturduğu otağa daxili nömrə ilə yığaraq aşağı mühafizə otağına düşməsini dediyini, Təqsirləndirilən şəxs aşağı düşdükdən sonra onu polis əməkdaşları apardıqlarını gördüyünü bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, 06 sentyabr 2023-cü il tarixdə təxminən saat birə işləmiş oğlu Təqsirləndirilən şəxs iş yoldaşı Elnur Əhmədov onu yığaraq oğlunu polis bölməsinə apardıqlarını bildirdirərkən nə səbəbə apardıqlarını soruşduqda onun dalaşdığını dedilər. Daha sonra o, digər oğlunu yığaraq qardaşını polis bölməsinə apardıqlarını bildirərək, özü isə həmin günü saat təxminən iki, üçə işləmiş polis bölməsinə gəlmişdir. Orada 15-20 dəqiqə gözlədikdən sonra polis bölməsinə yaxınlaşanda kənardan oğlu Renadı görmüş, daha sonra oğlunun işini Asif Qubadov adlı polis əməkdaşının apardığını öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05 sentyabr 2023-cü il tarixdə xx xxxxx 2012-ci il təvəllüdlü Aylin Mizəyevaya qarşı naməlum kişi tərəfindən əxlaqsız hərəkətlər edilməsi faktı ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X5 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 32 ünvanında hadisə yerinə baxış aparılmış və baxış zamanı həmin ünvanda quraşdırılmış videomüşahidə kamerası ilə qeydə alınmış videogörüntülər “DVD” diskə köçürülərək götürülmüş və “DVD” disk iş materiallarına əlavə edilmişdir (cild 1, i.v 6-8) 06 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X5 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən gümüşü rəngli kağız bükümün içərisində olan 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,217 qram ağ rəngli kristallardan ibarət olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmiş, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatı videoçəkilişlə qeydə alınalaraq videogörüntü “DVD” diskə köçürülərək “DVD” disk iş materiallarına əlavə edilmişdir. (Cild 1, i.v.33-35) İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 07 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4742№-li rəyindən göründüyü kimi ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhür əksi və “…Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza…” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi- 0,217 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” 1 siyahısına daxildirlər. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,217 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş və 0,167 qram qalıq qalmışdır. (Cild 1, i.v.45-47) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 5809№-li rəyindən görünürki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xətəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.(Cild 2 i.v 203-204) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2585 nömrəli ekspertiza rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cianayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri aşkar olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində əqli-intelektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmalqa, özünə məsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməllərini törətdiyi zaman öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək onun məsuliyyətini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici yönəlməsi) daha yaxındır. İnadkarlıq, emosionallıq, situativlik, adaptivlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs emosinal halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əmələrini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət edəcək hər hansı dəyişiklik yaranmamışdır. Emosional halından asılı olaraq hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (Cild 2 i.v 205-208) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi tərəfindən verilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 420 nömrəli canlı şəxsin ekspertizası rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. (Cild 2 i.v 209-211) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi tərəfindən verilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 473 nömrəli canlı şəxsin ekspertizası rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Qeyr-təbii yolla cinsi əlaqə zamanı xəsarət və ya xəsarət izi qalmadıqda müdəti haqqında fikir söyləmək mümkün deyil. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşlu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir.(Cild 2 i.v 220-223) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş məhkəmə psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2964 nömrəli ekspertiza rəyindən göründüyü kimi aparılmış eksperimental-psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Xarakter etibarilə adaptiv, aktiv, fikirlərini və hisslərini ifadə etməyi bacaran şəxsdir. Onun əqli və psixi inkişafında, emosional-iradi sferasında, ümumilikdə psixoloji vəziyyətində hər hansı dəyişikliyin olması kimi hallar müşahidə olunmadı. Zərərçəkmiş şəxs ünsiyyətçilik, hər kəslə yaxşı yola getmək, aktvlik, düşdüyü mühitə tez uyğunlaşmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə hadisə zamanı ona qarşı qanunazidd hərəkət edən Təqsirləndirilən şəxs müqavimət göstərə bilmişdir. Zərərçəkmiş şəxs onunla edilən hərəkətlərin xarakter və mənasını yaş xüsusiyyətləri çərçivəsində dərk etmək iqtidarında olmuşdur. Qərarın təsviri hissəsində qeyd olunan hadisə zamanı Zərərçəkmiş şəxs psixi-emosional vəziyyətində qorxu, həyəcan kimi hallar əmələ gəlmişdir. Ona qarşı edilən hüquqazidd hərəkətlərdən sonra psixi-emosional vəziyyətində qorxu, həyəcanlılıq kimi hallar yaranmışdır. Onun hazırkı psixi-emosional vəziyyəti norma səviyyəsindədir. Zərərçəkmiş şəxs əqli-intelektual inkişafına görə yaranmış şəraitin mahiyyətini dərk etmək və davranışlarının ola biləcək nəticələrini proqnozlaşdırma qabiliyyətinə malikdir. (Cild 2 i.v 225-227) 05 sentyabr 2023-cü il tarixdə xx xxxxx 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı naməlum kişi tərəfindən əxlaqsız hərəkətlər edilməsi faktı ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X5 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 32 ünvanında hadisə yerinə baxış aparılan zaman götürülümş vidogörüntülər “DVD” diskə tərəfimdən cinayət işi üzrə Təqsirləndirilən şəxs iştirakı ilə baxış aparılmış və baxış zamanı Təqsirləndirilən şəxs qeyd olunan ünvanda olması və daha sonra qaçaraq həmin ünvandan uzaqlaşması bir daha öz təsdiqini tapmışdır.(Cild 2 i.v 8-11) 06 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X5 tərəfindən Təqsirləndirilən şəxs oğlunun üzərinə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeyd edildiyi videogörüntü olan “DVD” diskə cinayət işi üzrə Təqsirləndirilən şəxs iştirakı ilə tərəfimdən baxış aparılmış və “DVD” diskə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən gümüşü rəngli kağız bükümün içərisində olan 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,217 qram ağ rəngli kristallardan ibarət olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfeatmin aşkar edilərək götürülməsi faktı bir daha öz təsdiqini tapmışdır. (Cild 2 i.v 12-16) 05 sentyabr 2023-cü il tarixdə xx xxxxx 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı naməlum kişi tərəfindən əxlaqsız hərəkətlər edilməsi faktı ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X5 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 32 ünvanında hadisə yerinə baxış aparılan zaman götürülmüş “DVD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və “DVD” disk iş materiallarına əlavə edilmişdir. (Cild 2 i.v 55-71) 06 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X5 tərəfindən Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış aparılan zaman götürülmüş 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,217 qram ağ rəngli kristallardan ibarət olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfeatmin cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,167 qram qram psixotrop maddə metamfetamin saxlanması üçün Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmişdir. (Cild 2 i.v 55-71) 06 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X5 tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə” aparılması haqqında protokol iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. (Cild 2 i.v 55-71) “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış və “DVD” disk iş materiallarına əlavə edilmişdir. (Cild 2 i.v 55-71) İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 07 sentyabr 2023-cü tarixli 3-16- 16/2-6/4742 №-li rəyi cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir.(Cild 2 i.v 55-71) “Şəxsi axtarış və götürmə” istintaq hərəkətlərinin nəticələrini özündə əks etdirən videogörüntülər olan 01 ədəd “DVD” diskə baxış aparılması haqqında tərtib edilmiş 14 noyabr 2023-cü il tarixli protokol cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. (Cild 2 i.v 55-71) Hadisə yerinə baxış aparılan zaman götürülmüş videogörüntülər olan 01 ədəd “DVD” diskə baxış aparılması haqqında tərtib edilmiş 14 noyabr 2023-cü il tarixli protokol cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir.(Cild 2 i.v 55-71) Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, onun məhkumluğuna dair hər hansı bir məlumat yoxdur.(Cild 1 i.v 177-178) Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarını dinləyib məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilsə də, onun CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 06 sentyabr 2023-cü il tarixdə saat 15:30 radələrində saxlanılıb azadlığı məhdudlaşdırılandan sonra polis bölməsinə gətirildikdən sonra dərhal deyil, təxminən üç saatdan artıq bir vaxt keçdikdən sonra onun üzərinə şəxsi axtarış aparılmışdır. Bu müddət ərzində onun cibində saxladığı psixotrop maddə olan bükümü atmaq və ya özündən kənarlaşdırmaq üçün kifayət qədər vaxtı və imkanları olmuşdur. Qeyd olunan səbəblərə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əldə edib üzərində saxladığı bir büküm psixotrop maddəni bu qədər müddət ərzində cibində saxlaması və onu polis bölməsində şəxsi axtarış keçirilərkən təqdim etməsi barədə istintaq orqanının gəldiyi nəticə kifayət qədər şübhəlidir, inandırıcı deyildir və ona görə də əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Təqsirləndirilən şəxs 06 sentyabr 2023cü il tarixdə, saat 15:30-da saxlanılmış, üzərinə baxış isə 03 saat 05 dəqiqə sonra, saat 18:35-də keçirilməyə başlamışdır ki, belə olan halda Təqsirləndirilən şəxs saxlanılması ilə baxışın keçirilməsi arasında üç saatdan artıq bir vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlığa zəmin yaradır. Belə ki, həmin müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuş, Təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı isə hər hansı sübut iş materiallarında mövcud deyildir. X13 Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı digər bir maraqlı məqam ondan ibarətdir ki, 06 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan həmin istintaq hərəkətinin 35 dəqiqə, yəni saat 18:35-dən 19:10-dək aparılması göstərilsə də, lakin məhkəməyə təqdim edilmiş həmin istintaq hərəkətinin aparılmasını özündə əks etdirən videodiskdən həmin istintaq hərəkətinin cəmi 07 dəqiqə 54 saniyə ərzində həyata keçirilməsi görünür. Göstərilən bu hal şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı sənədləşmənin düzgün aparılmamasına dəlalət edən haldır ki, bu hal iş üzrə araşdırmanın AR CPM-nin tələbləri pozulmaqla aparılmasının, sənədlərin formal şəkildə reallığı əks etdirmədən tərtib edilməsinin göstəricisidir. Belə olan halda Təqsirləndirilən şəxs reallıqda hansı saatda üzərinə şəxsi axtarış və götürmənin həyata keçirilməsi, həmin hərəkətlər arasında olan saat fərqi məhkəmə üçün aydın olmadığından bu hal özü də təqsirləndirilən şəxsin hansı müddət ərzində polis bölməsində qanunsuz olaraq saxlanılmasının, həmin müddət ərzində narkotik vasitənin şəxsin üzərinə qoyulmasının mümkünlüyü ehtimallarını daha da artırır. Qeyd olunanlardan əlavə Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən tərəfindən hər hansı cinayətin törədilmədiyini, o cümlədən narkotik vasitənin ona aid olmamasını bildirmişdir. İş materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 09 sentyabr 2023-cü il tarixli, 5809 nömrəli rəyindən də görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyi aşkar edilmişdir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bu hal da məhkəmədə onun narkotik vasitənin istifadəçisi olmadığına inam yaradır. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 07 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4742 nömrəli rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. Bütün bu qeyd edilənlər Təqsirləndirilən şəxs üzərindən narkotik maddə aşkar olunması faktını və onun narkotik vasitənin istifadəçisi olmasını şübhə altına alır. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33-cü maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində hec bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallara görə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X9 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayətprosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin hissədə bəraət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqında ittiham edildiyi bu əməldə də özünü təqsirli hesab etməyərək, ümumiyyətlə hər hansı cinayəti törətməməsi bağlı ifadəsinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Beləliklə məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin və ekspert rəylərinin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 153.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilinmədiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsinə əsasən eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyy edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 06 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 0,167 qram çəkidə psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin metamfetamin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan 0,167 qram metamfetamin araşdırma sona çatanadək Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılmalıdır. Həmçinin ekspertiza tədqiqatının dəyəri 92 manat dövlət büdcəsinə aid edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “DVD-R” formatlı disk və hadisə yerinə baxış aparılan zaman götürülmüş “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Habelə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə mülki iddia qaldıraraq maddi zərər əvəzinə 5000 (beş min) manat, mənəvi zərərə görə isə 4000 (dörd min) manat, 130 (yüz otuz) manat məbləğində vəkilə ödənilmiş qonorar, ödədiyi 120 (yüz iyirmi) manat dövlət rüsumunun, cəmi 9250 (doqquz min iki yüz əlli) manat məbləğində pulun Təqsirləndirilən şəxs onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iddia maddi zərərin vurulması hissəsində məhkəməyə təqdim edilmiş sübutlara, yəni müvafiq sənədlər əsaslanaraq 121,53 (yüz iyirmi bir manat əlli üç qəpik) manat maddi ziyan qismən təmin edilməli, mənəvi zərərin vurulması hissəsində isə Avropa Məhkəməsinin presedentləri nəzərə alınıb qismən, yəni 1000 (min) manat məbləğində təmin olunmalı, həmçinin 130 (yüz otuz) manat məbləğində vəkilə ödənilmiş qonorar, 120 (yüz iyirmi) manat dövlət rüsumu pulun qaytarılmasına dair iddia tam təmin olunmaqla Təqsirləndirilən şəxs cəmi 1371, 53 manat (min üç yüz yetmiş bir manat əlli üç qəpik) manat məbləğində pul tutulub zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Həmçinin məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 0,167 qram çəkidə psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin metamfetamin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 0,167 qram metamfetamin araşdırma sona çatanadək Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılsın. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs 121,53 maddi ziyanın, 1000 (min) manat mənəvi ziyanın, 130 manat məbləğində vəkilə ödənilmiş qonorar və 120 manat dövlət rüsumu, cəmi 1371,53 manat məbləğində pul tutulsun və iş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ödənilsin. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “DVD-R” formatlı disk, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 32 ünvanında hadisə yerinə baxış aparılan zaman götürülmüş “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 92 manat dövlət büdcəsinə aid edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X17
Məhkəmə qərarları › İş №1(005)-77/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-77/2024
29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver