Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-78/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Masallı rayonu, Sığıncaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təklə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 29,32.3,321.1 və 32.3,321.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbadov X4 Respublikasında yaşayan tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girərək hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə 2021-ci ilin iyun ayında birbaşa özünə müraciət etmiş Şahid4 qeyd olunan cinayəti təşkil etməsi üçün telefon danışıqları zamanı 2.445 (iki min dörd yüz qırx beş) manat məbləğində pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid4 2021-ci ilin iyun ayında hissə-hissə olmaqla 2.445 manat pul vəsaitini vahid niyyətlə nağd qaydada Yasamal rayonu ərazisində yerləşən “Bəyaz” marketin yaxınlığında almaqla, ümumilikdə 2.445 manat pul vəsaitini X5 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, aldıqları pulun müqabilində verdiyi vədə əməl edərək sonuncu ilə əvvəlcədən planlaşdırdıqları qaydada yəni, Şahid4 hərbi xidmətdən yayınmasına köməklik etmək məqsədilə qabaqcadan əlbir olduğu Şəhriyar Nağıyev vasitəsilə 2021-ci ilin iyul ayında Ukraynada istintaqla müəyyən edilməyən yerdə hüquq verən rəsmi sənəd hesab edilən, Ukrayna dilində tərtib edilmiş, Şahid4 “KROK Universiteti”nin magistr pilləsində oxuması, eləcə də təhsil müddətinin 30 iyun 2023-cü il tarixdə başa çatması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş, o cümlədən qeyd edilən Universitetin “Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri A.Q.Lotarev tərəfindən imzalanması görüntüsü yaratmaqla və üzərində “Ali Təhsil Müəssisəsi, Ukrayna, Kiyev şəhəri, İqtisadiyyat və Hüquq Universiteti “KROK”, eyniləşdirmə kodu 04635922” sözləri həkk olunmuş dairəvi möhürlə təsdiqlənmiş saxta arayışın qanunsuz olaraq hazırlanmasına və həmin arayışın sonuncunun istifadəsində olan +**********1 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramı vasitəsilə özünün +**********78 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramı hesabına göndərilməsinə nail olaraq, 2021-cü ilin iyul ayının dəqiq müəyyən olunmayan günündə Şahid4 təqdim etməklə, sonuncu öz növbəsində 2021-ci ilin iyul ayının dəqiq müəyyən olunmayan günündə biləbilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə rəsmi sənəd hesab olunmaqla Şəhriyar Nağıyev və Siruz Süleymanov tərəfindən saxtalaşdırmaqla hazırlanmasına nail olduğu “KROK Universiteti”nin magistr pilləsində oxuması, eləcə də təhsil müddətinin 30 iyun 2023-cü il tarixdə başa çatmasına dair saxta arayışı ünvan 2 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə təqdim etməsinə baxmayaraq, qeyd edilən sənədin gec təqdim edilməsi səbəbindən növbəti hərbi çağırışdan möhlət alınmasına nail ola bilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid4 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən Ukrayna Respublikasında yaşayan tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib "xxxx" MMCnin Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev 11A ünvanında yerləşən ofisində fəaliyyət göstərərək “İnstagram” sosial şəbəkəsində “Asangroup Xaricdə Təhsil” səhifəsini yaratmaqla “tam qanuni formada əsgərlikdən möhlət hüququ-universiteti və məktəbi yeni bitirmiş şəxslər üçün” başlıqlı reklamlar paylaşaraq, müxtəlif şəxslərə Ukrayna Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almalarına dair verəcəkləri arayışları çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəyinə inandırması səbəbindən hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə xx.xx.2023-cü tarixdə bilavasitə özünə müraciət etmiş Şahid5 qeyd olunan cinayəti təşkil etməsi üçün telefon danışıqları və "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev 11A ünvanında yerləşən ofisində görüşləri zamanı 2.980 (iki min doqquz yüz səksən) manat məbləğində pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid5 2023cü ilin iyun ayında hissə-hissə olmaqla vahid niyyətlə 2.980 manat pul vəsaitinin 980 manat hissəsinin ünvan 5 ünvanında yerləşən “Rahat” marketdə olan “Milliön” ödəmə terminalından öz adına olan "xxxx" ASC-yə məxsus 4098********8714 nömrəli “Albalı” kartına köçürüb Bakı şəhəri ərazisində, İnşaatçılar metrostansiyası yaxınlığındakı bankomatdan çıxarmaqla və onlayn ödənişlər etməklə ələ keçirib, geridə qalan hissəsini isə "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev 11A ünvanında yerləşən ofisində nağd qaydada almaqla, ümumilikdə 2.980 manat pul vəsaitini X5 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, aldıqları pulun müqabilində verdiyi vədə əməl edərək sonuncu ilə əvvəlcədən planlaşdırdıqları qaydada yəni, Şahid5 hərbi xidmətdən yayınmasına köməklik etmək məqsədilə qabaqcadan əlbir olduğu Şəhriyar Nağıyev vasitəsilə 2023-cü ilin iyun ayında Ukraynada istintaqla müəyyən edilməyən yerdə hüquq verən rəsmi sənəd hesab edilən, Ukrayna dilində tərtib edilmiş, Şahid5 "xxxx" MMC-nin magistr pilləsində oxuması, eləcə də təhsil müddətinin 30 iyun 2025-ci il tarixdə başa çatması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş, o cümlədən qeyd edilən universitetin “Rektorunun səlahiyyətlərini icra edən Y.O.Bezukladnikov tərəfindən imzalanması görüntüsü yaratmaqla və üzərində “Kiyev Turizm, Mehmanxana və Otelçilik Universiteti, eyniləşdirmə kodu 41891827” sözləri həkk olunmuş dairəvi möhürlə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli 237-01-04/y nömrəli saxta arayışın təkrarən qanunsuz olaraq hazırlanmasına və həmin arayışın sonuncunun istifadəsində olan +**********1 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramı vasitəsilə özünün +**********78 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramı hesabına göndərilməsinə nail olaraq, 13 iyun 2023-cü il tarixdə Şahid5 təqdim etməklə, sonuncu öz növbəsində 2023-cü ilin iyun ayının dəqiq müəyyən olunmayan günündə bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə rəsmi sənəd hesab olunmaqla Şəhriyar Nağıyev və Siruz Süleymanov tərəfindən saxtalaşdırmaqla hazırlanmasına nail olduğu "xxxx"nin magistr pilləsində oxuması, eləcə də təhsil müddətinin 30 iyun 2025-ci il tarixdə başa çatmasına dair saxta arayışı ünvan 6 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinə təqdim edərək, növbəti hərbi çağırışdan xx.xx.2025-ci il tarixədək möhlət alınmasına nail olaraq X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə təkrarən qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid5 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etmişdir. Bundan başqa o, təkrarən Ukrayna Respublikasında yaşayan tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev 11A ünvanında yerləşən ofisində fəaliyyət göstərərək “İnstagram” sosial şəbəkəsində “Asangroup Xaricdə Təhsil” səhifəsini yaratmaqla “tam qanuni formada əsgərlikdən möhlət hüququ-universiteti və məktəbi yeni bitirmiş şəxslər üçün” başlıqlı reklamlar paylaşaraq, müxtəlif şəxslərə Ukrayna Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almalarına dair verəcəkləri arayışları çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəyinə inandırması səbəbindən hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə bilavasitə özünə müraciət etmiş Şahid2 qeyd olunan cinayəti təşkil etməsi üçün telefon danışıqları zamanı 1.190 (bir min bir yüz doxsan) manat məbləğində pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid2 vahid niyyətlə xx.xx.2023-cü il tarixdə hissə-hissə olmaqla 935,0 manat məbləğində pul vəsaitini "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev 11A ünvanında yerləşən ofisində nağd qaydada alaraq, həmin tarixli xidmət müqaviləsi və eləcə də, hüquq verən rəsmi sənəd hesab edilən, 935 manat məbləğində pul vəsaitinin mədaxil olunmasını təsdiq edən, həmin ofisdə fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus 0052 nömrəli kassa mədaxil orderini doldurub, müəssisənin dairəvi möhürü ilə təsdiq edərək istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlayıb sonuncuya təqdim edərək, Şahid2 tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 27 ünvanında yerləşən “Bravo Express” marketdə olan “Milliön” ödəmə terminalından öz adına olan "xxxx" ASC-yə məxsus 4098********8714 nömrəli “Albalı” kartına köçürülmüş 255 manat məbləğində pul vəsaitini ələ keçirib, ümumilikdə 1.190 manat pul vəsaitini X5 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, aldıqları pulun müqabilində verdiyi vədə əməl edərək sonuncu ilə əvvəlcədən planlaşdırdıqları qaydada yəni, Şahid2 hərbi xidmətdən yayınmasına köməklik etmək məqsədilə qabaqcadan əlbir olduğu Şəhriyar Nağıyev vasitəsilə 2023-cü ilin iyun ayında Ukraynada istintaqla müəyyən edilməyən yerdə hüquq verən rəsmi sənəd hesab edilən, Ukrayna dilində tərtib edilmiş, Şahid2 "xxxx" MMC-nin magistr pilləsində oxuması, eləcə də təhsil müddətinin 30 iyun 2025-ci il tarixdə başa çatması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş, o cümlədən qeyd edilən universitetin “Rektorunun səlahiyyətlərini icra edən Y.O.Bezukladnikov tərəfindən imzalanması görüntüsü yaratmaqla və üzərində “Kiyev Turizm, Mehmanxana və Otelçilik Universiteti, eyniləşdirmə kodu 41891827” sözləri həkk olunmuş dairəvi möhürlə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli 269-01-04/y saylı nömrəli saxta arayışın təkrarən qanunsuz olaraq hazırlanmasına və həmin arayışın sonuncunun istifadəsində olan +**********1 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramı vasitəsilə özünün +**********78 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramı hesabına göndərilməsinə nail olaraq, 25 iyun 2023-cü il tarixdə Şahid2 təqdim etməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılması ilə əlaqədar Şahid2 növbəti hərbi çağırışdan möhlət alınmasına nail ola bilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətlə rəsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə təkrarən qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid2 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təkrarən təşkil etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən Ukrayna Respublikasında yaşayan tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev 11A ünvanında yerləşən ofisində fəaliyyət göstərərək “İnstagram” sosial şəbəkəsində “Asangroup Xaricdə Təhsil” səhifəsini yaratmaqla “tam qanuni formada əsgərlikdən möhlət hüququ-universiteti və məktəbi yeni bitirmiş şəxslər üçün” başlıqlı reklamlar paylaşaraq, müxtəlif şəxslərə Ukrayna Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almalarına dair verəcəkləri arayışları çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəyinə inandırması səbəbindən hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə xx.xx.2023-cü tarixdə bilavasitə özünə müraciət etmiş Şahid3 qeyd olunan cinayəti təşkil etməsi üçün telefon danışıqları zamanı 1.190 (bir min bir yüz doxsan) manat məbləğində pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid3 vahid niyyətlə xx.xx.2023-cü il tarixdə hissə-hissə olmaqla 550 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 935,0 manat) pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “KFC” restoranında nağd qaydada alaraq, sonuncuya həmin tarixli xidmət müqaviləsi təqdim etməklə, xx.xx.2023-cü il tarixdə sonuncu tərəfindən öz adına olan "xxxx" ASC-yə məxsus 4098********8714 nömrəli “Albalı” kartına köçürülmüş 255 manat məbləğində pul vəsaitini onlayn ödənişlər etməklə ələ keçirərək, ümumilikdə 1.190 manat pul vəsaitini X5 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, aldıqları pulun müqabilində verdiyi vədə əməl edərək sonuncu ilə əvvəlcədən planlaşdırdıqları qaydada yəni, Şahid3 hərbi xidmətdən yayınmasına köməklik etmək məqsədilə qabaqcadan əlbir olduğu Şəhriyar Nağıyev vasitəsilə 2023-cü ilin iyun ayında Ukraynada istintaqla müəyyən edilməyən yerdə hüquq verən rəsmi sənəd hesab edilən, Ukrayna dilində tərtib edilmiş, Şahid3 "xxxx" MMC-nin magistr pilləsində oxuması, eləcə də təhsil müddətinin 30 iyun 2025-ci il tarixdə başa çatması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş, o cümlədən qeyd edilən universitetin “Rektorunun səlahiyyətlərini icra edən Y.O.Bezukladnikov tərəfindən imzalanması görüntüsü yaratmaqla və üzərində “Kiyev Turizm, Mehmanxana və Otelçilik Universiteti, eyniləşdirmə kodu 41891827” sözləri həkk olunmuş dairəvi möhürlə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli 297-01-04/y nömrəli saxta arayışın təkrarən qanunsuz olaraq hazırlanmasına və həmin arayışın sonuncunun istifadəsində olan +**********1 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramı vasitəsilə özünün +**********78 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramı hesabına göndərilməsinə nail olaraq, 28 iyun 2023-cü il tarixdə Şahid3 təqdim etməklə, sonuncu öz növbəsində 2023-cü ilin iyul ayının dəqiq müəyyən olunmayan günündə biləbilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə rəsmi sənəd hesab olunmaqla Şəhriyar Nağıyev və Siruz Süleymanov tərəfindən saxtalaşdırmaqla hazırlanmasına nail olduğu "xxxx"nin magistr pilləsində oxuması, eləcə də təhsil müddətinin 30 iyun 2025-ci il tarixdə başa çatmasına dair saxta arayışı Masallı şəhəri, Heydər Əliyev prospekti 25 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə təqdim edərək, növbəti hərbi çağırışdan xx.xx.2025-ci il tarixədək möhlət alınmasına nail olaraq X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətlə rəsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə təkrarən qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid3 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təkrarən təşkil etmişdir. Bundan başqa o, təkrarən Ukrayna Respublikasında yaşayan tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev 11A ünvanında yerləşən ofisində fəaliyyət göstərərək “İnstagram” sosial şəbəkəsində “Asangroup Xaricdə Təhsil” səhifəsini yaratmaqla “tam qanuni formada əsgərlikdən möhlət hüququ-universiteti və məktəbi yeni bitirmiş şəxslər üçün” başlıqlı reklamlar paylaşaraq, müxtəlif şəxslərə Ukrayna Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almalarına dair verəcəkləri arayışları çağırışçı kimi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə təqdim etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil edə biləcəyinə inandırması səbəbindən hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə xx.xx.2023-cü tarixdə birbaşa özünə müraciət etmiş Şahid1 qeyd olunan cinayəti təşkil etməsi üçün telefon danışıqları zamanı 1.035 (bir min otuz beş) manat məbləğində pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid1 tərəfindən “Milliön” ödəmə terminalından öz adına olan "xxxx" ASC-yə məxsus 4098********8714 nömrəli “Albalı” kartına köçürülmüş vahid niyyətlə, yəni xx.xx.2023-cü il tarixdə 935,0 manat və xx.xx.2023-cü il tarixdə isə 100,0 manat pul vəsaitini Bakı şəhəri ərazisində, İnşaatçılar metrostansiyası yaxınlığındakı bankomatdan çıxarmaqla və onlayn ödənişlər etməklə ələ keçirib, ələ keçirib, ümumilikdə 1.035 manat məbləğində pul vəsaitini X5 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, aldıqları pulun müqabilində verdiyi vədə əməl edərək sonuncu ilə əvvəlcədən planlaşdırdıqları qaydada yəni, Şahid1 hərbi xidmətdən yayınmasına köməklik etmək məqsədilə qabaqcadan əlbir olduğu Şəhriyar Nağıyev vasitəsilə 2023-cü ilin iyun ayında Ukraynada istintaqla müəyyən edilməyən yerdə hüquq verən rəsmi sənəd hesab edilən, Ukrayna dilində tərtib edilmiş, Şahid1 "xxxx" MMC-nin magistr pilləsində oxuması, eləcə də təhsil müddətinin 30 iyun 2025-ci il tarixdə başa çatması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş, o cümlədən qeyd edilən universitetin “Rektorunun səlahiyyətlərini icra edən Y.O.Bezukladnikov tərəfindən imzalanması görüntüsü yaratmaqla və üzərində “Kiyev Turizm, Mehmanxana və Otelçilik Universiteti, eyniləşdirmə kodu 41891827” sözləri həkk olunmuş dairəvi möhürlə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli 293-01-04/y nömrəli saxta arayışın təkrarən qanunsuz olaraq hazırlanmasına və həmin arayışın sonuncunun istifadəsində olan +**********1 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramı vasitəsilə özünün +**********78 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramı hesabına göndərilməsinə nail olaraq, 28 iyun 2023-cü il tarixdə Şahid1 təqdim etməklə, sonuncu öz növbəsində 2023-cü ilin iyul ayının dəqiq müəyyən olunmayan günündə bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə rəsmi sənəd hesab olunmaqla Şəhriyar Nağıyev və Siruz Süleymanov tərəfindən saxtalaşdırmaqla hazırlanmasına nail olduğu "xxxx"nin magistr pilləsində oxuması, eləcə də təhsil müddətinin 30 iyun 2025-ci il tarixdə başa çatmasına dair saxta arayışı Masallı şəhəri, Heydər Əliyev prospekti 25 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə təqdim etməsinə baxmayaraq, qeyd edilən sənədin gec təqdim edilməsi səbəbindən növbəti hərbi çağırışdan möhlət alınmasına nail ola bilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətlə rəsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə təkrarən qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid1 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təkrarən təşkil etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 29,32.3,321.1 və 32.3,321.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, 2020-ci ildə X7 Hüquq Universitetinin hüquq fakültəsinə attestatla qəbul olmuş, həmin il sosial şəbəkələrdə "xxxx" MMC adlı şirkətin Ukrayna və Rusiya Federasiyasında universitetlərə tələbə qəbul etdirdiyini görmüş, bundan sonra həmin şirkətə müraciət edərək universitetə qəbul edilməyi müqabilində xidmət haqqı kimi "xxxx" MMC-nin rəhbəri Şahid6 590 manat pul vermiş, bir müddət sonra Ukraynada müharibə başladığından təhsilini davam etdirə bilməmiş və Bakı şəhərinə gələrək kuryer kimi fəaliyyət göstərməyə başlamışdır. Ukraynaya oxumağa gedərkən orada X5 ilə tanış olmuş, sonuncu Azərbaycandan Ukraynaya oxumağa gedən tələbələri qarşılayaraq, onların yataqxanalara yerləşdirilməsi, universitetdə və miqrasiyada sənədləşdirmə işlərini həll etmişdir. Şəhriyarla tanışlığı da bu formada yaranmışdır. Ukraynada olan müharibə dövründə o, Azərbaycana qayıdası olmuş, Azərbaycanda olarkən Şəhriyarla daimi olaraq əlaqə saxlamışlar. Söhbətlərinin birində Şəhriyar Ukraynada fəaliyyət göstərən universitetlərə öz tanışları vasitəsilə tələbə düzəldə biləcəyini bildirmişdir. Ona da, əgər tələbə tapsa, ödəniləcək pul vəsaitindən faiz verəcəyini qeyd etmişdir. O, da razılaşmışdır. Təxminən 2021-ci ilin iyun-iyul aylarında öz tanışları vasitəsilə tanıdığı Şahid4 ona müraciət edərək ali təhsil aldığını, hazırda hərbi xidmətə çağrıldığını, lakin magistr təhsili də almaq istədiyini bildirmiş, o da bununla əlaqədar Şəhriyara müraciət etmişdir. Şəhriyara vəziyyəti izah edəndən sonra sonuncuya tez bir zamanda Əlinin universitetə qəbul olmalı olduğunu, əks halda hərbi xidmətə gedəcəyini bildirmişdir. Şəhriyar qısa müddət ərzində ona Əlinin Ukraynada fəaliyyət göstərən KROK universitetinə qəbul olması və orada oxuması barədə arayış göndərmişdir. Şəhriyarla danışıqlarına əsasən, Əlidən hissə-hissə olmaqla 2.445 manat pul almış, həmin puldan 680 manat hissəsini Şəhriyara göndərmişdir. Daha sonra qeyd edilən arayışı Şahid4 təqdim etmiş və sonuncu ilə birlikdə həmin arayışı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə aparmışlar ki, Əliyə hərbi xidmətdən möhlət hüququ alsınlar. Lakin, idarədə arayışı təqdim etmə müddətinin keçdiyi və bu səbəbdən də Əlinin hərbi xidmətə cəlb edildiyi bildirilmişdir. Lakin, bir müddətdən sonra sonuncuda onkoloji xəstəlik müəyyən edildiyi üçün hərbi xidmətə yararsız olduğu müəyyən edilmişdir. Bundan sonra o, Əlidən aldığı puldan 400 manat pul vəsaitini qaytarmışdır. Bundan sonra, təxminən 2022-ci ilin iyul ayında Şəhriyarla söhbətləri əsnasında “İnstagram” sosial şəbəkəsində “Asan Group” adlı səhifə yaradaq müraciət edən şəxslərin Ukrayna, Türkiyə və Polşadakı universitetlərə tələbə qəbulunu həyata keçirmələrini qərarlaşdırmışlar. Bu məqsədlə səhifəni yaratmış və pul müqabilində səhifənin reklamını həyata keçirmişlər. Səhifədə reklam edərək, hərbi xidmətdən qanuni əsaslarla möhlət hüququ təşkil etdiklərini qeyd etmişlər. Lakin səhifəni işlədə bilmədikləri üçün bir müddət sonra fəaliyyətini dayandırmışlar. Təxminən 2023-cü ilin iyun ayında Şəhriyarla məsləhətləşərək səhifəni yenidən aktivləşdirmiş, yenidən səhifədə reklam edərək hərbi xidmətdən qanuni əsaslarla möhlət hüququ təşkil etdiklərini qeyd etmişlər. Bundan sonra çoxlu sayda şəxs ona hərbi xidmətdən möhlət almaqla bağlı müraciət etmişdir. Həmin şəxslərdən biri Şahid5 olmuşdur. Sonuncu, hərbi xidmətdən möhlət verilməsinin təşkili ilə əlaqədar reklamı görüb onlara müraciət etmişdir. Şahid5 ona BDU-də ali təhsil aldığını, lakin universitetdən çıxmaq istədiyini, lakin hərbi xidmətlə əlaqədar çağırıldığı üçün onlara müraciət etdiyini bildirərək, ondan möhlət hüququnu təşkil edib-etməyəcəyini soruşmuşdur. O, da Şəhriyarla məsləhətləşib, təşkil edəcəklərini, lakin bunun üçün ödəniş etməli olduğunu bildirmişdir. Bu məqsədlə İsadan 2.980 manat pul almışdır. Həmin pulun bir hissəsini İsa onun bank kartına, bir hissəsini isə nağd qaydada Nərimanov rayonu, Əlicabbar Orucəliyev 11A ünvanında yerləşən ofisdə təqdim etmişdir. O, da həmin pulun bir hissəsini Şəhriyara göndərmiş, Şəhriyar da bunun müqabilində X13, Mehmanxana və Otelçilik Universitetinin magistr pilləsində təhsil alması barədə arayış təqdim etmişdir. Şəhriyar arayışı ona “WhatsApp” proqramı vasitəsilə göndərmişdir. O, həmin sənədi İsaya təqdim etmiş, arayışda İsanın xx.xx.2025-ci ilə kimi qeyd edilən universitetdə magistr təhsili aldığı qeyd edilmişdi. Sonuncu həmin arayışı müvafiq komissarlığa təqdim edərək, möhlət hüququ almışdır. Bundan sonra, 2023-cü ilin iyun ayında ona Masallı rayonundan Şahid3 və onun qrup yoldaşı Şahid1 müraciət etmişdirlər. Onlar da Şahid5 kimi hərbi xidmətdən möhlət hüququnun təşkil edilməsi ilə əlaqədar “İnstaqram” sosial şəbəkəsində olan reklamı görüb onlara müraciət etmişdilər. Mehman və Ələsgərlə zəngləşib danışaraq və ümumilikdə, 1.190 manat müqabilində həmin şəxslərin hərbi xidmətdən qanuni əsaslarla, yəni Ukraynada fəaliyyət göstərən Kiyev Turizm, Mehmanxana və Otelçilik Universitetinin magistr pilləsinə qəbul etdirərək möhlət hüququ almalarına köməklik edəcəyini bildirmişdir. Bununla əlaqədar “WhatsApp” proqramında Şəhriyarla danışıb razılaşdıqdan sonra onlara məlumat vermişdir. Mehman və Ələsgərlə İnşaatçılar metrostansiyasının çıxışında yerləşən KFC restoranında görüşmüş, Mehman 935 manat pul vəsaitini “Milliön” aparatı vasitəsilə onun kartına köçürmüş, Ələsgər isə nağd şəkildə ona təqdim etmişdir. Daha sonra sonuncularla xidmət müqaviləsi bağlamış və müqavilənin surətlərini Ələsgər və Mehmana təqdim etmişdir. Arayış hazır olandan sonra isə onlardan pulun qalığını tələb etmiş, lakin, Ələsgər 255 manat tam olaraq göndərsə də, Mehman cəmi 100 manat pulu onun bank kartına göndərmişdir. O, da arayışları sonunculara təqdim etmişdir. Arayışları ona Şəhriyar “WhatsApp” proqramı vasitəsilə göndərmişdir. 2023-cü ilin iyun ayında Şahid2 eyni məqsədlə, yəni hərbi xidmətdən möhlət almaq üçün ona müraciət etmiş, həmin vaxt "xxxx" MMC-nin ofisində müəssisənin rəhbəri Şahid6 icazə alaraq bir otaq götürüb fəaliyyət göstərmişdir. Kənanı söhbət edib razılaşmaq məqsədi ilə həmin ofisə dəvət etmiş, Kənan hərbi xidmətdən möhlət almaq istədiyini bildirmişdir. O, da eyni qaydada 1.190 manat müqabilində ona köməklik edəcəyini bildirmişdir. Kənan da danışıqlarına əsasən 935 manat pulu ofisdə ona ödəmiş, bundan sonra onunla xidmət müqaviləsi bağlamışdır. 935 manat ödəniş etməyi ilə əlaqədar Kənan ondan qəbz istədikdə onunla eyni ofisdə fəaliyyət göstərən "xxxx" MMCyə məxsus mədaxil qəbzindən istifadə edərək ondan 935 manat pul aldığını qeyd edərək, həmin müəssisənin möhrü ilə təsdiq edib qəbzi Kənana təqdim etmişdir. Həmin vaxt qəbzdən və möhürdən istifadə etməyi barədə "xxxx" MMC-nin direktoru Ramindən icazə almamışdır. Sadəcə olaraq, Kənan ondan qəbz istədiyi üçün Raminə məxsus qəbz və möhürdən istifadə edərək, Kənandan pulu qəbul etdiyini qeyd edib, sənədi Kənana təqdim etmişdir. Bundan sonra, Şəhriyarla danışmış və sonuncu Kənanın da Kiyev Turizm, Mehmanxana və Otelçilik Universitetin magistr pilləsində təhsil alması barədə arayış hazırlayıb ona göndərmişdir. O, da bundan sonra Kənandan əlavə ödənişləri etməyini tələb etmiş və sonuncu onun bank kartına əlavə 255 manat pul gödəmişdir. Kənana qeyd edilən arayışın “pdf” variantını mobil telefon vasitəsilə göndərmişdir. O, həmin arayışın Kənanın həmin universitetə şərti qəbul edilməsinə dair arayış olduğunu, Şəhriyarla birlikdə Kənana ilkin olaraq hərbi xidmətdən möhlət ala bilməsi üçün yuxarıda göstərilən arayışı verdiklərini, sonradan Kənanı köçürmə yolu ilə Ukraynadakı universitetlərdən birinə köçürəcəklərini planlaşdırdıqlarını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədn xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2017-ci ildən 2021-ci ilə kimi Xarici Dillər Universitetinin Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsinin Regionşünaslıq C.Ş.Asiya və İndoneziya ixtisası üzrə əyani təhsil alaraq, həmin universitetdən məzun olmuşdur. Xarici Dillər Universitetindən məzun olduqdan sonra, hərbi səfərbərlik üzrə çağırışla əlaqədar hərbi xidmətə çağrılmış, lakin, ali təhsilini davam etdirmək istədiyi üçün hərbi xidmətdən möhlət almaq istəmişdir. O, 2021-ci ilin iyul ayında ortaq tanışları vasitəsilə tanıdığı Təqsirləndirilən şəxsla tanış olmuşdur. Siruz Ukraynada fəaliyyət göstərən universitetlərdən birinə onu tələbə kimi qəbul etdirib, həmin universitetdə oxumağı ilə əlaqədar ona təhsil arayışı verəcəyini və həmin arayış əsasında hərbi xidmət üzrə möhlət ala biləcəyini bildirmişdir. O, da bununla razılaşmış və Siruz bununla əlaqədar sənədləşmə işlərini Ukraynada yaşayan Şəhriyar adlı tanışının edəcəyini bildirmişdir. Şəhriyarı şəxsən görməsə də, cəmi bir dəfə telefon vasitəsilə əlaqə saxlamışdır. Siruz onu Ukraynada yerləşən universitetlərdən birinə düzəltmək və hərbi xidmətdən möhlət almaq üçün təhsil arayışının hazırlanması məqsədi ilə 1.000 manat və əlavə olaraq, 1.800 ABŞ dolları da təhsil haqqı olaraq, verməli olduğunu bildirmişdir. O, da Siruzun dediyi şərtlərlə razılaşaraq, öz sənədlərini Siruza “Whatsapp” proqramı vasitəsilə göndərmiş, təxminən 3-4 gün ərzində sənədləşmə işləri aparılmış və Siruz 1.800 ABŞ dollarının da ödənilməli olduğunu bildirmişdir. O, da həmin puldan 850 ABŞ dolları məbləğində pul vəsaitini hissə-hissə olmaqla, sonuncuya məxsus bank kartına göndərmişdir. Bundan sonra Siruz onun Ukraynada fəaliyyət göstərən “KROK” Universitetində təhsil almağı barədə arayışı “Whatsapp” proqramı vasitəsilə ona göndərmiş, o da qeyd edilən arayışı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə təqdim etsə də, idarədən onun sənədləri gec təqdim edildiyindən qəbul edilməmişdir. Bundan sonra hərbi səfərbərlik üzrə qeydiyyata alınaraq N saylı hərbi hissəyə göndərsələr də, belində daxili şiş, şevroma çıxdığı üçün təkrar hərbi müayinəyə göndərilmiş və ona sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə qismən yararlı statusu verilərək hərbi xidmətə getməmişdir. Hərbi xidmət üzrə yararsız hesab edildikdən sonra, bu barədə Siruza məlumat vermiş, Siruz onu universitetə qəbul etdirdiyini, lakin Ukraynada müharibə olduğu üçün gedə bilməyəcəyini bildirmişdir. O, da həqiqətən qəbul olduğunu düşünərək, təhsilini də Ukraynada davam etdirmək istəmişdir. Lakin bir müddət sonra Siruz universitetdən qovulduğu barədə ona məlumat vermiş və bundan sonra Siruzdan ona verdiyi pul məbləğini geri tələb etmişdir, amma o hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2019-cu ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olmuş, 2023-cü ildə universiteti bitirməli olduğu halda 20-yə yaxın kəsri olduğundan ali təhsilini başa vura bilməmişdir. 2023-cü ilin təxminən aprel-may aylarında ona hərbi səfərbərlik üzrə çağırış gəlmiş, universiteti bitirə bilmədiyi üçün orta təhsilli olaraq 1 il 6 ay hərbi xidmət etməli olduğunu bilmiş, bu səbəbdən, yəni həm hərbi xidmətdən möhlət hüququ ala bilmək, həm də təhsilini davam etdirə bilmək üçün xaricdə təhsil ilə maraqlanmışdır. Həmin vaxt İnstagram sosial şəbəkəsində “Asan Group” xaricdə təhsil səhifəsi qarşısına çıxmışdır. Səhifədə hərbi xidmətdən qanuni əsaslarla möhlət hüququnun təşkil edilməsi qeyd edildiyindən həmin səhifənin səlahiyyətli şəxsi ilə əlaqə saxlamışdır. Belə ki, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsə “Whatsapp” proqramı vasitəsilə yazıb, əlaqə saxlamışdır. Siruzla danışıqları zamanı sonuncu 2.000 manat müqabilində onu Ukraynada fəaliyyət göstərən universitetlərdən birinə magistr pilləsinə düzəldəcəyini bildirmiş, o da razılaşmışdır. Bu məqsədlə atası ilə birlikdə Siruzun fəaliyyət göstərdiyi, “Nərimanov” metrostasiyasının yaxınlığında yerləşən ofisə yaxınlaşmışdır. Ofisdə "xxxx" MMC-nin reklam lövhələri olmuşdur. Siruz "xxxx" MMC-nin ofisində fəaliyyət göstərsə də, həmin müəssisədən ayrılıqda işlədiyini bildirmiş, Siruzun "xxxx" MMC-nin ofisində fəaliyyət göstərdiyini görüb ona daha çox inanmışlar. Bundan sonra atası 2.000 manat pul vəsaitini onun yanında çıxardıb Siruza vermişdir. Siruz 1 həftə ərzində sənədlərin hazır olacağını bildirmiş, həmin dövr ərzində komissarlıqdan ona bir neçə dəfə də zəng olduğu üçün Siruzu tələsdirmiş və Siruz tez bir zamanda həmin sənədin PDF formatda olan variantını “Whatsapp” proqramı vasitəsilə ona göndərmişdir. Siruz 10 gün ərzində sənədin əslinin də Ukraynadan göndəriləcəyini bildirmişdir. Sənəddə onun xx.xx.2025-ci il tarixədək "xxxx" MMC-nin magistr pilləsində oxumağı barədə qeyd olmuşdur. Əslində həmin sənədin əslini komissarlığa təqdim etməli olduğu halda komissarlıqdan tələsdirdikləri üçün sənədin PDF formatda olan variantını tərcümə elətdirərək Binəqədi rayon komissarlığına təqdim etmişdir. Lakin komissarlıqdan həmin sənədin əsli tələb olunduğundan, əsli Ukraynadan gələndən sonra Siruz ona bu barədə məlumat vermiş və o, həmin sənədin əslini hava limanından tanımadığı şəxsdən götürüb tərcümə elətdirərək Binəqədi rayon komissarlığına təqdim etmişdir. Bundan sonra ona xx.xx.2025-ci il tarixədək möhlət hüququ verilmişdir. Sənəd Azərbaycan Respublikasına gələnə kimi Siruz ondan əlavə olaraq, 980 manat da pul almışdır. Həmin pul vəsaitini də Təqsirləndirilən şəxs məxsus bank kartına Milliön vasitəsilə göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Lənkəran Dövlət Universitetində oxuyur, 4-cü kursu yeni bitirmiş, lakin kəsrləri olduğu üçün və dövlət imtahanını vermədiyindən məzun ola bilməmişdir. İyun ayının 20-si əvvəllər sinif yoldaşı olmuş, hazırda universitet yoldaşı olan Şahid1 vasitəsi ilə Siruz adlı şəxslə tanış olmuş, Mehmana xaricdə təhsil almaq istədiyini bildirmişdir və sonuncu da ona “İnstaqram” sosial şəbəkəsində tanış olduğu Siruz adlı şəxsin əlaqə nömrəsini verərək sonuncunun xaricdə yerləşən universitetlərə tələbə qəbulunu həyata keçirdiyini bildirmişdir. Təxminən 20 iyun 2023-cü il tarixində “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Siruz adlı şəxslə əlaqə saxlamış, sonuncu ona tələb edilən sənədləri verəndən təxminən 3 gün ərzində onun qəbul məsələsini həll edəcəyini bildirmişdir. İyun ayının 26-sı xarici pasportu istisna olmaqla, bütün tələb edilən sənədləri “İnşaatçılar” metrosunun çıxışında yerləşən “KFC” restoranında Siruza vermişdir. Həmin vaxt Siruzun yanında Şahid5, onun yanında isə Şahid1 olmuşdur. Belə ki, Siruza inanmadığı üçün onun universitetə qəbul etdirdiyi tələbələrdən biri ilə tanış olmaq istədiyini bildirmiş, Siruz da bu səbəbdən İsanı özü ilə birlikdə gətirmişdir. Siruza güvəni az olduğundan sonuncu İsanın qəbul sənədlərinin fotoşəklini göndərəcəyini bildirmişdir. Bundan sonra Siruza inam yaranmış və 550 ABŞ dollarını Siruza vermişdir. Siruz özü ona pulu dollar vasitəsi ilə verməyi demişdir. Mehman əlində olan pulu dollara çevirə bilmədiyindən 955 manat pul vermişdir. Lakin daha sonra Mehmanın pulunu geri alıb Siruzun bank kartına göndərmişlər. Bunu etməkdəki məqsədləri Siruzun kartını öyrənmək olmuşdur ki, sonradan problem yaransa sübut etmək üçün mümkün olsun. Bundan sonra Bakıdan geri qayıtmışlar. Təxmini olaraq bu hadisədən 2-3 gün sonra Siruz “Whatsapp” proqramı vasitəsi ilə ona və Şahid1 “pdf” formatda universitetə qəbul sənədini göndərmişdir. 1 iyul 2023-cü il tarixdə Siruz ona zəng edərək, sənədlərin əsillərinin Ukraynadan-Azərbaycana Türkiyə vasitəsi ilə gələcəyindən əlavə olaraq 150 ABŞ dolları da ödəməli olduğunu bildirmişdir. Bundan sonra məcbur qalıb 255 manat pulu 03 iyul 2023-cü il tarixdə sonuncuya məxsus bank kartına göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2018-ci ildə "xxxx" MMC-ni təsis etmiş, həmin cəmiyyətin fəaliyyəti xarici ölkələrdə yerləşən ali təhsil müəssisələrinə tələbə göndərilməsindən ibarət olmuşdur. Bununla əlaqədar Rusiya Federasiyasında yerləşən Moskva İdarəetmə və İstehsalat Akademiyası və Ukrayna Respublikasında yerləşən Kiyev Turizm Universiteti ilə rəhbəri olduğu Cəmiyyət arasında təhsil agenti komissiyası müqaviləsi bağlanmışdır. Bundan sonra beynəlxalq normativ sənədlərə əsasən həmin ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşları ona müraciət etmiş, həmin şəxslərlə ali təhsil müəssisəsi və Cəmiyyət arasında üçtərəfli müqavilə bağlanmışdır. Qeyd edilən müqaviləyə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan abituriyent həmin ali təhsil müəssisələrinə qəbul edilmiş, tələbə tərəfindən ali təhsil müəssisəsinə ödənilən illik təhsil haqlarının müəyyən hissəsi, yəni Moskva İdarəetmə və İstehsalat Akademiyası üzrə təhsil haqqının 40%-i, Kiyev Turizm Universiteti üzrə təhsil haqqının 20%-i məbləğdə vəsait Cəmiyyətə ödənilmişdir. Belə ki, qeyd edilən üçtərəfli müqavilələrə əsasən, tələbələr pul vəsaitlərini ona təqdim etmiş, o, cəmiyyətə aid komissiyanı özünə qazanc kimi götürdükdən sonra qalan vəsaiti ali təhsil müəssisələrinə köçürmüşdür. Təqsirləndirilən şəxs 2020-ci ildən tanıyır. Belə ki, sonuncu xaricdə təhsil almaq üçün ona müraciət etmiş və onun vasitəsilə Ukraynada olan Kiyev Turizm Universitetinə qəbul olmuşdur. 2023-cü ilin iyun ayında Siruz ona müraciət edərək özünün Ukraynada əlaqələrinin və müştərilərinin olduğunu bildirmiş, onun ofisindən müştəri qəbul etmək üçün istifadə eləməyi xahiş etmiş, o, da razılıq vermişdir, amma ofisdə əlavə yerin olmadığını, verdiyi otağı da müvəqqəti verdiyini Siruza bildirmişdir. Siruz onun müqavilələrindən də istifadə etmək istəsə də, o razılıq verməyərək, özünə müəssisə təsis edərək bu fəaliyyətlə məşğul olmağı məsləhət görmüşdür. xx.xx.2023-cü il tarixdə ofisdə əməliyyat tədbiri keçirilən zaman ona məlum olmuşdur ki, Siruz ona müraciət edən müştərilərlə müqavilə bağlayıb və "xxxx" MMC-nin möhüründən istifadə edərək, ödəniş qəbzi vermişdir. "xxxx" MMC tanışı X8 məxsus müəssisədir və xaricdə təhsil ilə əlaqədar tələbələri xarici universitetlərə qəbul işi ilə məşğul olur. Təqsirləndirilən şəxs Ukraynada kiminlə əlaqə saxlaması, eləcə də hansı universitetə tələbə göndərməsi barədə məlumatı olmamışdır. O, həmçinin X2 tanıdığını, sonuncunun onun tələbəsi olduğunu, Ukraynada taksi fəaliyyəti ilə məşğul olduğunu, bir neçə dəfə Ukraynada işlədiyi universitetlərdən sənəd götürməyi və ona göndərməyi xahiş etdiyini, rus dilində yaxşı bilmədiyi üçün sözlərini universitetə çatdırmağa köməklik etdiyini, lakin, heç vaxt Şəhriyar vasitəsilə universitetə tələbə qəbul etdirmədiyini, universitetlərlə birbaşa özü əlaqə saxladığını bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 və Şahid2 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 18-19-cu vərəqələrində olan “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 03 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Orxan Əsgərli Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə riayət etməklə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, baxış keçirilən ünvan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev 11 A ünvanında yerləşən yenitikili binanın 17-ci mərtəbəsndə fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru X3 iş otağıdır. Baxış zamanı həmin iş iş otağından "xxxx" MMC və "xxxx" MMC-yə məxsus möhürlər, müxtəlif şəxslərin adına olan 31 ədəd ümumi orta təhsil haqqında attestat, 1 ədəd ümumi orta təhsil haqqında şəhadətnamə, 1 ədəd əsas təhsil haqqında şəhadətnamə, 2 ədəd orta təhsil haqqında attestat, 3 ədəd doğum haqqında şəhadətnamə, 4 ədəd xarici pasport, 7 ədəd diplom , 14 ədəd tələbə biletləri maddi sübut kimi protokola əlavə edilmişdir. Cinayət işinin İ cildinin 20-ci vərəqində olan 0052 nömrəli “Kassa mədaxil orderi”ndən görünür ki, cinayət işinin materiallarında olan hüquq verən rəsmi sənəd hesab edilən, Şahid2 tərəfindən 935 manat məbləğində pul vəsaitinin mədaxil olunmasını təsdiq edən, "xxxx" MMC-yə məxsus 0052 nömrəli kassa mədaxil orderinin “satış təmsilçisi” qrafasında Dream Study, “müştəri adı” qrafasında Şahid2, “ödənilən məbləğ” və “verildi” qrafasında 935 AZN yazılaraq, “alındı” qrafası imzalanmış və aşağı orta hissədə müəssisənin dairəvi möhürü ilə təsdiq edilmişdir. Həmçinin "xxxx" QSC-yə məxsus xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 255,0 manat pul vəsaiti Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus 4098********8714 nömrəli “Albalı” kartına köçürülmüşdür. Cinayət işinin İ cildinin 54-64-cü vərəqələrində olan “Mobil telefona baxış keçirilməsi haqqında” 3 iyul 2023-cü il tarixli protolokdan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi X6 Baş idarənin inzibati binasında icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 236 və 236.5-ci maddələrinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs məxsus qara rəngli “İphone 7” markalı mobil telefona baxış keçirmişdir. Mobil telefonda “Whatsapp Business” tətbiqinə daxil oldum. “Whatsapp Business” tətbiqi Təqsirləndirilən şəxs məxsus +**********78 mobil nömrəsi vasitəsilə qeydiyyatdan keçmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxsla Şahid4, Şahid2, Şahid5, Şahid1 və Şahid3 arasında möhlət hüququnun alınması ilə əlaqədar “Whatsapp” proqramında çoxsaylı danışıqlar olmuş, eləcə də Təqsirləndirilən şəxsla Şəhriyar Nağıyev arasında qeyd edilən platforma üzərindən “İnstagram” sosial şəbəkəsində sonuncular tərəfindən yaradılmış “Asan Group” səhifəsinin fəaliyyəti və inkişaf etdirilməsi ilə əlaqədar məsləhətləşmələr aparılmış, qeyd edilən şəxslərin Ukraynada fəaliyyət göstərən "xxxx" MMC-də təhsil almaqları barədə təhsil arayışlarını Şəhriyar Nağıyev “pdf” formatda özünə məxsus +**********1 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs məxsus +**********78 mobil nömrəsində qeydiyyatda olan “WhatsApp” proqramına göndərmişdir. Qeyd edilən yazışmalar 1 ədəd CD diskə əlavə olunaraq, baxış protokoluna əlavə edilmişdir. Şahid4 (***-***-**-**) ilə Təqsirləndirilən şəxs (***-***-**-**) arasında aşağıdakı məzmunda yazışmalar müəyyən edilmişdir (yazışmalar xx.xx.2021-ci il tarixdən başlanır): S: Abi sən diplomu bir də zaqran pasportu tercume eletdir at da mene sene zehmet S: Fakultet ne isteyirsen? Ə: Abi diplom hele yoxdu uni gec verir diplomu onun yerine transkripti eliyib vererem. Burda men beynelxalq munasibetler idareetme region cenub serqi asia oxumusam S: (səs göndərir) – Mən uşaqla danışdım (Şəhriyar), dedi ki, xidmət haqqı 1000 manatdır. Deyir mən ayın 20-nə kimi komissarlığa vermək üçün, saxlatmaq üçün sənədləri göndərirəm, xidmət haqqını ödəyir, inşallah oktyabr ayında da özü hissə-hissə illiyini ödəyər, KROK universitetidir, o da məşhur universitetdir. İndi onu da xəbər edəcək hansı fakultə, mən də sənə xəbər edəcəm. (xx.xx.2021-ci il) Ə: Onu aşağı eləmək olmur heç cürə? (xx.xx.2021) S: KROK Universitetinin xx.xx.2021-ci il tarixli 948 saylı arayışını göndərir (KROK universiteti Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1999-cu il təvəllüdlü, C 03379656 nömrəli pasport sahibi Şahid4 X1 Münasibətlər ixtisası, X9 təhsil proqramı üzrə əyani təhsil formasında təhsilinin davamı üçün, magistr dərəcəsi alması üçün universitetə qəbul qaydalarının tələblərinə uyğun olaraq lazımi sənədləri təqdim etməklə qəbuluna razılıq verir.) (xx.xx.2021) Ə: (Səs göndərir) – Hardasan, neynirsən? Bank işini həll elədin? Gedək vaykomata? Şahid5 (***-***-**-**) ilə Təqsirləndirilən şəxs (***-***-**-**) arasında aşağıdakı məzmunda yazışmalar müəyyən edilmişdir (yazışmalar xx.xx.2023-cü il tarixdən başlanır): [11.06.23, 08:26:42] İsa: Salam [11.06.23, 08:27:06] İsa: Asangrupdu? [11.06.23, 08:27:17] İsa: Sizin ofisin konumun göndererdiz [11.06.23, 08:27:45] Siruz: Salam [11.06.23, 08:27:48] Siruz: Beli [11.06.23, 08:27:59] Siruz: Bey sizde ne ile bagli idi? [11.06.23, 08:28:12] Siruz: Bu gun is gunu deyil sabah ofise gedim ele gondere bilerem [11.06.23, 08:34:59] İsa: Men Şahid5, o biri nömrenizle danışmışdım [11.06.23, 08:35:06] İsa: Aha yaxşı [11.06.23, 08:37:00] Siruz: Beli İsa bey anladim [12.06.23, 17:14:55] İsa: Siruz bey [12.06.23, 17:14:58] İsa: Vacibdi baxardız [12.06.23, 17:15:07] İsa: Vayenkomatdan yığıblar meni [12.06.23, 17:41:06] İsa: (səs göndərir) Mənə sonra deyirlər ki adın komandaya yazılıb, sən onsuz da magistr üçün kağız gətirsən də qəbul olunmayacaq. [12.06.23, 18:15:49] Siruz: Yalan sohbetdi narahat olmuyun [12.06.23, 17:41:06] İsa: Siruz bəy burda vaxt qalmadı həqiqətən, bu sabaha çıxsa əgər kağız, bunun tərcüməsi olacaq, ondan sonra o biri gün biz təhvil verə bilərik və ayın 14-nə düşür, heç olmasa sabah çıxsa, birisi günə bəlkə biz çatdıra bilərik, ona görə deyirəm maksimum tez çıxsaydı. [12.06.23, 21:15:57] İsa: Bunu biraz tezleşdirek xahiş edirem [12.06.23, 23:26:57] Siruz: İsa bey 15-ne kimi vaxtiniz var o tehvil verildikden sonrada 1-hefte erzinde originali gelir teqdim edirsiz [12.06.23, 23:27:07] Siruz: Ureyinizi cox sixmayin cox asan prosesdir [12.06.23, 23:27:13] Siruz: Hell edeceyik insAllah [13.06.23, 00:03:18] Siruz: İsa bey men emekdasnan danisib arayisin alinmasi haqqinda melumat verecem ve xercini oyrenecem [13.06.23, 00:03:42] Siruz: Calisacamki maximum az olsun xerci [13.06.23, 00:04:19] İsa: Esas işimiz alınsın artıq 2aydı bu işin dalınca düşmekden halım qalmayıb artıq [13.06.23, 00:04:22] İsa: İşim gücüm qalıb [13.06.23, 00:05:03] İsa: Hemde müalice de alıram, çoxlu xerc qoymuşam, hamısı da yarım qalıb [13.06.23, 00:05:26] Siruz: Yaxshi İsa bey insAllah yaxshi xeberler vereceyik size [13.06.23, 00:05:59] İsa: Var olun [13.06.23, 08:15:07] Siruz: Salam İsa bey sabahiniz xeyir [13.06.23, 08:15:17] Siruz: Sizin pdf-niz hazirdir tebrik edirik [13.06.23, 08:16:37] İsa: Salam sabahınız xeyir, ne yaxşı, ela, teşekkür [13.06.23, 08:21:44] Siruz: Qardas arayisin qiymeti bahadi biraz [13.06.23, 08:21:55] Siruz: Yari pulun evvel isdiyirler [13.06.23, 08:22:29] Siruz: 700-azn dir 2-defeye odemey olar indi elimde is var isimi bitirim zeng edib etrafli izah edecem sizde ataniza izah edersiz [13.06.23, 08:24:04] İsa: Olsun [13.06.23, 08:24:56] İsa: Razıyam [13.06.23, 08:26:23] İsa: O pdf i mene de ata bilersiz baxm mende [13.06.23, 08:26:55] Siruz: Arayışı göndərir. buyurun [13.06.23, 08:39:08] İsa: bu gune tercüme olunub bitirseydik, sabaha vererdik ora [13.06.23, 09:48:06] Siruz: Saat 15:00 hazir olacaq [13.06.23, 09:48:18] Siruz: Arayis isinede start vermisem sadece ilkin odenis isteyirler dediyim kimi [13.06.23, 09:48:25] Siruz: Pulun 50% ni [13.06.23, 09:50:35] İsa: Yaxşı [13.06.23, 09:50:53] İsa: Siz başlayın men bu gun 50% ödeyecem [13.06.23, 10:33:39] Siruz: bank kartının şəklini göndərir. [13.06.23, 10:33:54] Siruz: Odenisi bura edersiz zehmet olmasa ad soyad Təqsirləndirilən şəxs [13.06.23, 10:34:15] İsa: Yaxşı [13.06.23, 10:34:19] İsa: 350 gönderirem [13.06.23, 11:12:22] İsa: ödəniş çekini göndərir [13.06.23, 11:12:32] İsa: 400azn gönderdim [13.06.23, 11:15:43] Siruz: Geldi [13.06.23, 11:15:47] Siruz: Sagolun [14.06.23, 10:08:47] İsa: Salam, 2deyqe danışsaq olar zengle? [14.06.23, 10:35:14] Siruz: (səs göndərir) İsa bəy dediyim kimi vaykomatdan nəsə desələr deyin mənə məlumatım olsun [14.06.23, 10:38:06] İsa: (səs göndərir) Prosta dirəşiblər ki, oğlun gəlsin, rəisin yanına dəysin, mən də atama deyirəm, atam deyir gəl də nə var ki burda? [14.06.23, 10:38:26] Siruz: Yox getmeyin [14.06.23, 10:38:49] Siruz: Hec bir halda getmeyin olar ozleri aldadir sizi getsez imzalatadiracaqlar [14.06.23, 12:15:21] İsa: Atama deyibler bu gün gelsin oğlun... indi deyirem birden uzadaram sonra sened qebul olunmaz [14.06.23, 13:19:31] İsa: Siruz bəy, orda mənə deyə bilər ki, Ukraynada bakalvra dair bir kağız göstər? [14.06.23, 13:28:54] Siruz: Ola biler [14.06.23, 13:29:08] Siruz: İsteseler veressiz narahat olmayin [14.06.23, 13:29:30] Siruz: Prosda deyersizki ukrainadan gelir yoldadi gelsin teqdim edecem [14.06.23, 13:29:41] Siruz: Qoy gorsunler ki heqiqetende ciddi meseledi ukrainadadi kagiz [14.06.23, 13:33:37] İsa: Bakalavr hansl ixtisas oxumuşam men? [14.06.23, 13:33:51] Siruz: Bayaq dedim axi [14.06.23, 13:33:53] Siruz: Turizm [14.06.23, 13:34:08] İsa: He fso bildim [14.06.23, 13:46:07] İsa: Dersler hansl dilde olub dediler misalçün [14.06.23, 13:46:10] İsa: Onu deyerdiz [14.06.23, 13:46:15] Siruz: Rus [14.06.23, 13:46:33] İsa: Bilmirem axı [14.06.23, 13:47:45] Siruz: Deyin ki pulnan baglamisam imtahanlari [14.06.23, 18:00:48] İsa: Kutet oldu uninin adı? [14.06.23, 18:01:09] İsa: Bakalavr kutet [14.06.23, 18:01:30] İsa: Magistrdakl deqiq deyil hele? Bes hara qebul olmusan soruşsa [14.06.23, 18:01:34] İsa: Hansı uni deyim [14.06.23, 19:06:43] Siruz: Kutep [14.06.23, 19:06:48] Siruz: Kutet yox KUTEP [14.06.23, 19:07:27] İsa: Yaxşı [14.06.23, 19:07:37] İsa: Bes dese indi hara qebul olmusan [14.06.23, 19:07:48] Siruz: KUTEP [14.06.23, 19:42:29] İsa: Kutep sozunun açılışı nece idi, bayaq dediz yazacam [15.06.23, 00:18:52] İsa: Siruz bey [15.06.23, 00:19:29] İsa: Sabah deyirler iş günü deyil, qurtuluş günüdü, vayenkomat açıq olar göresen? [15.06.23, 00:24:20] İsa: Ayda gerek bu gun gederdim [15.06.23, 08:40:41] İsa: Sabahınız xeyir [15.06.23, 08:42:03] İsa: Ayın 15ine qeder vaxt qoymaq meselesi göresen ne qeder heqiqetdi [17.06.23, 10:04:10] Siruz: Şahid5 köçürülməsi ilə bağlı sənədi göndərir. [17.06.23, 10:04:16] Siruz: Tebrikler buda hazir [17.06.23, 10:06:20] İsa: Salam Sabahın xeyir bu hansıdıki [17.06.23, 10:06:52] İsa: Perevoddu? [17.06.23, 10:07:49] İsa: Soyadım niye ele yazılıb? Ukraynca ele olur? [17.06.23, 10:19:27] İsa: Bunu da o biri senedle birge göndere bilerler her ehtimala qarşı? [20.06.23, 14:22:23] Siruz: İsa bey emekdaslarimiz odenisi teleb edir [20.06.23, 14:22:32] Siruz: Odeye bilersiz zehmet olmasa [20.06.23, 14:30:34] İsa: Yaxşı [20.06.23, 14:30:39] İsa: İndi ele ödemeye gedirdim [20.06.23, 14:41:26] İsa: 580 manatın ödənişi ilə əlaqədar çeki göndərir. [20.06.23, 14:42:48] Siruz: Oldu ise bey tesekkurler [22.06.23, 13:04:52] İsa: Salam, vayenkomatdan 1heftedi ses çıxmır) göresen bu deyesen fırtına öncesi sessizlikdi deyesen [22.06.23, 13:06:50] Siruz: 100% eledi isa bey senedleri tez vermek lazmdi [22.06.23, 13:07:44] İsa: Eledi elbette tez vermek lazımdı [22.06.23, 13:57:27] Siruz: Uzanmagi hec meslehet deyil [22.06.23, 13:57:34] Siruz: Calisriq uzanmaz isa bey [22.06.23, 14:04:13] İsa: Sabah inşallah gedek vayenkomata [22.06.23, 14:16:08] İsa: Orda meselen en pis veziyyetde yeqin prakraturaya verecek he? [22.06.23, 14:30:42] Siruz: En pis vezyetde beli [23.06.23, 10:29:57] İsa: Siz ofisdesiz? [23.06.23, 10:30:03] İsa: Nerimanovda [23.06.23, 10:30:44] Siruz: Xeyir isa bey [23.06.23, 10:30:49] Siruz: İnsaatcilardayam men [23.06.23, 10:41:42] İsa: Mende sahildeyem hazır olmaq üzredi sened [23.06.23, 10:45:52] İsa: Hazır olsun gedek inşallah ora [23.06.23, 10:47:41] Siruz: Harda gorusek? [23.06.23, 10:47:50] Siruz: Metro uygundur size? [23.06.23, 10:50:09] İsa: Ele inşaatçılara gelim görüşek sosda [23.06.23, 19:40:24] İsa: Çox sağol bir daha, var ol [23.06.23, 19:47:40] Siruz: Xosdur İsa bey esas siz razi olun [23.06.23, 19:55:13] İsa: Həqiqətən çox təşəkkür edirəm yəni, indi bilirəm ki artıq rahatam, gedib öz işlərimlə məşğul ola bilərəm. Şahid1 (***-***-**-**) ilə Təqsirləndirilən şəxs (***-***-**-**) arasında aşağıdakı məzmunda yazışmalar müəyyən edilmişdir (yazışmalar xx.xx.2023-cü il tarixdən başlanır): [23.06.23, 15:56:40] Mehman: Şahid1 [23.06.23, 15:56:45] Mehman: ********** [23.06.23, 15:56:49] Siruz: Tesekkurler bey [23.06.23, 15:57:07] Mehman: Buyurunn [25.06.23, 21:35:40] Mehman: Lənkəran Dövlət Universitetindən təqdim edilmiş arayışın şəklini göndərir [26.06.23, 15:07:20] Mehman: 935 manatın ödənişi ilə əlaqədar çeki göndərir. [26.06.23, 21:37:23] Mehman: X15 [26.06.23, 21:37:45] Mehman: Sənədləri gönədərdiz əmkdaşlara? [26.06.23, 21:40:01] Siruz: Salam bey beli gondermisem [26.06.23, 21:40:16] Siruz: Siz narahat olmayin hazir olanda xeber edecem size [26.06.23, 21:40:42] Mehman: Oldu bəy [27.06.23, 19:30:02] Mehman: Salam Siruz məllim bayaq vayonkomat zəng vurmuşdu ki sənəd gətirəcəkdin nə oldu bəs [27.06.23, 19:30:16] Mehman: Dedim sabah gətirəcəm inşallah [27.06.23, 21:55:53] Siruz: (səs göndərir) Bəli sabah sizin sənədlər gələcək mənə, mən elektron variantını atacam sizə, orginal forması isə gələn həftəyə gələcək [27.06.23, 22:05:27] Mehman: Oldu bəy [28.06.23, 10:58:44] Siruz: Ukrayna dilində sənədi göndərir. [28.06.23, 10:58:55] Siruz: Salam Mehman bey tebrik edirem sizin qebulunuz hazirdir [28.06.23, 11:03:38] Mehman: X15 çox sağolun minnətdaram [28.06.23, 11:03:46] Mehman: Bunu elə bu formada aparım [28.06.23, 11:03:54] Mehman: Ya tərcümə eləydirim [28.06.23, 11:04:01] Mehman: Nə məsləhət görürsüz [28.06.23, 11:09:25] Siruz: Açığı təqdim eləməkdə problem yoxdur, sadəcə təqdim edəndə deyin ki, orginalı da yoldadır, orda nə isə desələr deyin ki, sizin işiniz sənədi incələməkdi, işinizi görün. [28.06.23, 11:19:01] Siruz: Vaenkomat uzadsa onda bunu teqdim edin deyibki originalida yoldadi [28.06.23, 11:19:14] Siruz: Bunu teqdim eliyennen sonra gozleyiller [28.06.23, 11:19:34] Mehman: Orginal təxmini nə vaxta gələr [28.06.23, 11:20:48] Siruz: Gelen hefte maksimum 3-4-cu gune azerbaycanda olacaq [28.06.23, 11:21:10] Mehman: Hə oldu bəy [01.07.23, 12:11:40] Mehman: Siruz bəy [01.07.23, 12:11:53] Mehman: Mən o pulu tapa bilməyəcəm [01.07.23, 12:12:05] Mehman: O imkanım yoxdu mənim vallah [01.07.23, 12:12:40] Mehman: Özüm ailə başçısın itirmişəm həsas ailə qrupuna aidəm [01.07.23, 13:47:22] Siruz: Salam mehman bey [01.07.23, 14:00:16] Siruz: Sizinle danisdim men? [01.07.23, 14:11:00] Mehman: Danışdıq Sirz bəy [01.07.23, 18:04:14] Siruz: Ela [01.07.23, 18:04:47] Mehman: Kartın kodun göndərərsiz [01.07.23, 18:05:44] Siruz: bank kartının şəklini göndərir. [01.07.23, 18:05:49] Siruz: Buyurun [01.07.23, 18:06:26] Mehman: 4098 0944 2026 8714 [01.07.23, 18:06:30] Siruz: Beli [01.07.23, 18:12:08] Mehman: 100 manatın ödənişi ilə əlaqədar çeki göndərir. [01.07.23, 18:12:13] Mehman: Siruz bəy göndərdim [01.07.23, 18:12:55] Mehman: Daha həll olar inşAllah [01.07.23, 18:22:19] Siruz: Geldi Mehman bey [01.07.23, 18:22:21] Siruz: İnsAllah Şahid3 (***-***-**-**) ilə Təqsirləndirilən şəxs (***-***-**-**) arasında aşağıdakı məzmunda yazışmalar müəyyən edilmişdir (yazışmalar xx.xx.2023-cü il tarixdən başlanır): [22.06.23, 14:09:23] Ələsgər: Salam aleykum [22.06.23, 14:30:50] Siruz: Eleykim salam buyurun [22.06.23, 17:32:47] Ələsgər: (səs göndərir) Qardaş, Masallı vaykomatından sizinlə danışan oğlan, şərtlərlə maraqlanıram, bugün sabah həll edim, gətirim sizə təqdim edim. [22.06.23, 20:51:48] Siruz: Beli bildim kimsiz o oglan demisdi deyecey [22.06.23, 22:26:10] Ələsgər: Sizden bir seyde sorusum [22.06.23, 22:26:21] Ələsgər: Ne vaxda qeder saxliya bilir [22.06.23, 22:26:25] Ələsgər: Bizi magisdr [22.06.23, 22:26:29] Siruz: 2-il [22.06.23, 22:26:49] Ələsgər: 850 manati veririy iki illiy [22.06.23, 22:26:51] Ələsgər: Saxliyir [22.06.23, 22:26:55] Siruz: Beli [22.06.23, 22:26:59] Ələsgər: Dersdere falan qosulmuruq? [22.06.23, 22:27:04] Siruz: Xeyir [22.06.23, 22:27:07] Siruz: Birdeki xirda xercler olacaq [22.06.23, 22:27:24] Siruz: 20-30-40 dollar kimi xirda xerclerde ola biler [22.06.23, 22:28:09] Ələsgər: Qardas siz bizle muqavile bagliya bilrisiz ki resmi sekilde yuz faiz alinacaq [22.06.23, 22:28:16] Siruz: Beli [22.06.23, 22:28:15] Ələsgər: Eminliy problemi var biraz [22.06.23, 22:28:28] Siruz: Muqavilede baglanir size odenis edende cekde verilir [22.06.23, 22:28:42] Ələsgər: Onda 26 na qeder ordayiq [22.06.23, 22:28:46] Siruz: Normaldi musterilerimizin ekseriyyeti bele deyir ofise gelene kimi [22.06.23, 22:28:56] Siruz: Calisin saat 4-5 sirketde olun [22.06.23, 22:29:06] Ələsgər: Olaciq [23.06.23, 11:13:09] Ələsgər: Qardas sizun insda seyfenin adi nedi [23.06.23, 15:32:57] Siruz: asangroup [24.06.23, 14:00:47] Ələsgər: (səs göndərir) Salam, deməli, dünən idi sizlə danışanda demişdiniz ki, vaykomata gedəndə sizin adınız verməyim, düzdür vaykomata getməmişəm heç, indi fikirləşdim ki, vaykomat sizin sənədi tanımaqda problem yaradıbdır, ya başqa bir işə görə? [25.06.23, 14:30:59] Ələsgər: (səs göndərir) Salam, mənə vaykomat yenə zəng eləmişdi, bir təhər onları fırlatdım, rəsmi qəbul sənədi bayram günlərində gələrmi, qorxuram ki, vaykomat evə gedər, zəhlə töküblər. [25.06.23, 14:31:42] Siruz: Salam bey [25.06.23, 14:36:11] Ələsgər: Bir daha salam [25.06.23, 14:44:54] Siruz: (səs göndərir) Sabah ofis bağlı olacaq, mən müqavilələri götürərəm, çöldə bir yerdə görüşərik, tək sizlə deyil bir neçə müştəri ilə [25.06.23, 14:47:41] Ələsgər: Olar ferqi yoxdu harda lazim olsa goruseriy [26.06.23, 17:03:21] Ələsgər: Qaqa [26.06.23, 17:03:24] Ələsgər: Sabahdan sizde [26.06.23, 17:03:28] Ələsgər: Odenis ne qederdi [26.06.23, 17:03:39] Ələsgər: Maraqlanirlar [26.06.23, 17:04:21] Siruz: Sizin tanislar ucun 1350 [26.06.23, 17:04:39] Siruz: Normalda 2000+ du [26.06.23, 17:05:49] Ələsgər: Bizim senedler pdfi geksin nomrenizi verecem olara [26.06.23, 17:06:03] Siruz: Buyurun problem deyil [26.06.23, 18:03:53] Ələsgər: Qaqa soz sorusme kecen defe dedin odediyimiz unverstetin iki illiy odenisdi amma arada 40 dollar falan xercimiz cxacaq pullari unverstin hesabina oduyeriy yoxsa sene vereriy [26.06.23, 18:33:54] Ələsgər: Birde zehmet olmazsa odenisi oduyende pecatli cekin seklin atarsiz [26.06.23, 19:05:09] Siruz: O bilirsiz neyin xercidi [26.06.23, 19:05:24] Siruz: Hem vaenkomatdan geden sorgunun vaxtinin uzadilmasi ucundur [26.06.23, 19:05:35] Siruz: Hemde adivizin siyahidan silinmemeyi ucun [26.06.23, 19:05:45] Siruz: Buda ne vaxta kimi cixir onuda deyim [26.06.23, 19:05:57] Siruz: Ta ki sizin herbi vesiqenize mohlet pecati vurulur [26.06.23, 19:06:04] Siruz: Ona kimi cixa biler [26.06.23, 19:06:17] Siruz: Pecat vurulannan sonra demey olarki proses bitir [26.06.23, 19:06:23] Ələsgər: Bu yay yani [26.06.23, 19:06:31] Siruz: Beli [26.06.23, 19:07:05] Siruz: Bu idenisleri siz mene atirsiz tek siz yox butun telebeler atir mene men toplu sekilde odeyirem [26.06.23, 19:07:19] Siruz: Yeni menim tapsiriqimnan gedir ve bolunur [26.06.23, 19:07:34] Ələsgər: Bildim basa dusdum onda sizinle mutamadi maraqlanmaq lazimdi [26.06.23, 19:07:44] Siruz: Xeyir eslinde [26.06.23, 19:08:01] Siruz: Sizin isinizle bagli nese sual sorgu olarsa men ozum sizinle elaqe saxlayiram [26.06.23, 19:08:34] Siruz: Odenis online transfer seklinde olur [26.06.23, 19:09:51] Ələsgər: Muqavilde pecat yoxdu dediz cekde olacaq [26.06.23, 19:09:54] Siruz: Gelen hefte insAllah gelim ataram [26.06.23, 19:10:24] Ələsgər: Gelen hefdeye qebullar geler ehdiyac olmaz o vaxda [26.06.23, 19:10:27] Ələsgər: Daha ceke [26.06.23, 19:10:56] Siruz: Calisaram en tez muddetde atim [26.06.23, 19:11:08] Ələsgər: He basa dusdum [26.06.23, 19:11:18] Ələsgər: İnsallah goruseriy [26.06.23, 19:11:34] Ələsgər: Valdiyinlerimdi [26.06.23, 19:11:37] Ələsgər: Olarda narhatdi [26.06.23, 19:11:39] Siruz: İnsAllah bey buyurun nese sualiniz olarsa buyurun [26.06.23, 19:11:47] Ələsgər: Cunki bu alinmasa esger gediremde [26.06.23, 19:11:50] Ələsgər: Basa dusersiz [26.06.23, 19:11:50] Siruz: Basa dusurem sizide valideyinlerinizide [26.06.23, 19:12:02] Siruz: Alinmasa sohbeti yoxdu narahat olmayin alinacaq [26.06.23, 19:12:10] Ələsgər: İnsallah [26.06.23, 19:12:11] Siruz: Rahat olun [26.06.23, 19:12:13] Ələsgər: Siz [26.06.23, 19:12:16] Ələsgər: İki gune [26.06.23, 19:12:20] Ələsgər: Pdf formasini atirsize [26.06.23, 19:12:28] Siruz: Beli atacam insAllah 2-gune [26.06.23, 19:12:28] Ələsgər: O seneti ele vainkamata [26.06.23, 19:12:29] Ələsgər: Gosdersey [26.06.23, 19:12:40] Ələsgər: Pramoy saxlamazlar ki [26.06.23, 19:12:58] Siruz: Yox bir basa saxlamaqlari artiq olardan asilidir [26.06.23, 19:13:06] Siruz: Cox vaxt senedin ozunu isteyirler [26.06.23, 19:13:14] Ələsgər: Hee [26.06.23, 19:13:17] Ələsgər: Basa dusdum [26.06.23, 19:13:31] Siruz: Bu senedi teqdim edin deyinki ozude yoldadir gelende gelib teqdim edecem [26.06.23, 19:13:35] Siruz: Onda sizi narahat elemirler [26.06.23, 19:13:48] Ələsgər: Teqdim edende [26.06.23, 19:13:56] Ələsgər: Yoxlanisa salsalae [26.06.23, 19:14:00] Ələsgər: Girim yoxlanisa [26.06.23, 19:14:03] Ələsgər: Yoxsa firladim [27.06.23, 12:42:28] Ələsgər: Salam qaqa [27.06.23, 12:42:32] Ələsgər: Alinir nese [27.06.23, 12:45:46] Siruz: Salam proses gedir [27.06.23, 12:52:46] Siruz: Gelen heftenin evveline insAllah senedler gelecek [27.06.23, 12:59:49] Ələsgər: Pdf ni ele oldugu kimi gosderim vainkamata yoxsa tercume eletdirim [27.06.23, 13:06:05] Siruz: Oldugu kimi gosterersen deyersenki bu elektron formasidi ozu gelsin ozunun tercume tesdiqini getirecem [27.06.23, 14:00:21] Ələsgər: He basa dusdum [28.06.23, 10:14:28] Ələsgər: Salam aleykum [28.06.23, 10:14:30] Ələsgər: Qardas [28.06.23, 10:14:44] Ələsgər: Senedler ne yerdedi [28.06.23, 10:57:57] Siruz: Aleykum salam [28.06.23, 10:57:59] Siruz: Hazirdi atiram [28.06.23, 10:58:24] Siruz: Arayışı göndərir [28.06.23, 10:58:31] Siruz: Tebrik edirem buyurun [28.06.23, 10:59:39] Ələsgər: (səs göndərir) Çox sağolun təşəkkür edirəm, İsa ilə danışdım bu sənədi təqdim edəndə vaykomat deyir saxtadır, mən indi gedib aparıb bunu vaykomata versəm, mənə desələr ki, saxtadır, mən rahat deyə bilərəm ki orginaldır? [28.06.23, 11:00:59] Siruz: (səs göndərir) bəli tam rahatlıqla deyə bilərsiniz. [01.07.23, 09:21:59] Ələsgər: Salam aleykum [01.07.23, 09:22:04] Ələsgər: Senedler ne yerdedi [01.07.23, 09:22:08] Ələsgər: Geldi turkiyeye [01.07.23, 18:02:19] Siruz: Elesger bey bu qebul pulu deyil qebul pulu olsa bu qeder olmaz axi cox olar sadece vaenkomat sorgusuynan qebul sorgusunun vaxtini uzatmaq ucunduki vaenkomat sorgu gonderende tesdiqlesin sorgunu indi gonderse eyer indi sizin proses aktivdi amma vaenkomat gecikdirir bezen ele olur 45-50 gun sonra sorgu gonderir o sorgunun prosesini daim aktiv tutmaq ucundu esas pul birde turkiyeye ve azerbaycana gelene kimi xercler cixir olar daxildi sizin vesiqenizin orda tercume tesdiqi flan gelir bu qiymete cixir [02.07.23, 22:31:19] Ələsgər: Salam siruz [02.07.23, 22:31:25] Ələsgər: Sen mene kartivi at [02.07.23, 22:31:30] Ələsgər: Sabah [02.07.23, 22:31:42] Ələsgər: Sen asan xidmetden sekil atarsan [02.07.23, 22:31:48] Ələsgər: Mende pulu atim [02.07.23, 22:31:57] Siruz: Salam [02.07.23, 22:32:02] Siruz: Tamam [02.07.23, 22:32:10] Siruz: Men onda karti indi atiram [02.07.23, 22:32:14] Ələsgər: Manatla ne qeder edir [02.07.23, 22:32:39] Siruz: 255 azn [03.07.23, 10:42:54] Ələsgər: Siruz [03.07.23, 10:42:57] Ələsgər: Karti atda [03.07.23, 10:43:17] Siruz: bank kartının şəklini atır [03.07.23, 10:43:22] Siruz: Buyurun bey [03.07.23, 12:14:11] Ələsgər: Çeki göndərir Şahid2 (***-***-**-**) ilə Təqsirləndirilən şəxs (***-***-**-**) arasında aşağıdakı məzmunda yazışmalar müəyyən edilmişdir (yazışmalar xx.xx.2023-cü il tarixdən başlanır): [22.06.23, 14:33:39] Kənan: sənədlərini göndərir. [22.06.23, 16:30:23] Kənan: Abi [22.06.23, 16:30:30] Kənan: Mende bakalvr olacaq? [22.06.23, 16:30:40] Kənan: Nece il otsrochkam olacaq? [22.06.23, 17:08:13] Siruz: Master [22.06.23, 17:08:19] Siruz: 2-il [25.06.23, 14:29:04] Siruz: Sizin sened hazirdi bu gun elektron formasini atacaqlar [25.06.23, 14:29:36] Siruz: Bu hefte erzinde senediniz azerbaycana catacaq [25.06.23, 14:30:19] Siruz: Sadece sabah saat 13:00 a kimi size dediyim (150$) odeniside odeye bilersiz? [25.06.23, 14:42:55] Kənan: Abi [25.06.23, 14:43:00] Kənan: 150$ yadimnan cixdi ee [25.06.23, 14:43:05] Kənan: Neycuniydu? [25.06.23, 14:56:22] Siruz: Rüsumlardır. Sənədlərinizin Ukraynada təsdiq, tərcümə olunması üçündür. [25.06.23, 15:05:56] Siruz: Arayışı göndərir. [25.06.23, 15:07:56] Siruz: Tebrikler [25.06.23, 15:08:08] Kənan: Gebul oldum? [25.06.23, 15:08:16] Siruz: Beli [25.06.23, 15:08:28] Kənan: 40 yasjinda birde olacam😂 [25.06.23, 15:08:51] Siruz: Onda uje doktoranturaya olarsiz [26.06.23, 12:09:35] Kənan: Qardaş, 150-ni ödəyə bilməyəcəm indi, sənədi götürəndə ödəyərəm, 550-ni ödədim, üstümdə daha pul yoxdur. [26.06.23, 12:11:12] Siruz: Basa dusurem Kenan bey [26.06.23, 12:11:55] Siruz: Sadece senedin gecikmesi sohbet var [02.07.23, 12:27:33] Siruz: Salam Kenan bey necesiz? [02.07.23, 12:28:03] Siruz: Kenan bey sizin 150-dollar odenisiniz qalib zehmet olmasa onu odeyerdiz gun erzinde [03.07.23, 11:54:12] Siruz: Bu hefte sonu catacaq sened [03.07.23, 11:54:43] Siruz: Men size kart atim kenan bey ora vurun zehmet olmasa [03.07.23, 11:54:52] Siruz: Ofisde deyilem men yoldayam ofise gedirem [03.07.23, 11:55:14] Siruz: Ofisden qabaq banka getmeliyem pullari vurmaqa siz atin karta ordan cixarim vurum [03.07.23, 11:55:21] Siruz: Bank kartını göndərir [03.07.23, 13:04:05] Kənan: 255 manat pul vəsaitinin ödənilməsi ilə əlaqədar çeki göndərir. Cinayət işinin İ cildinin 69-cu vərəqində olan “KROK Universitetinin” rekvizitləri olan, “Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri A.Q.Lotarev tərəfindən imzalanması görüntüsü yaradılan Arayışdan görünür ki, Azərbaycan vətəndaşı, xx.xx.1999-cu il təvəllüdlü Şahid4 (passport C0379656) 2021-ci ildə “İqtisadiyyat və Hüquq Universiteti KROK”a daxil olmuş və hazırda əyani təhsil formasının magistr səviyyəsi üzrə təhsil alır. Təhsilin başa çatdığı tarix: 30 iyun 2023-cü il. Arayış hərbi komissarlığa təqdim etmək üçün verilir. Cinayət işinin İ cildinin 71-ci vərəqində olan "xxxx" MMC-nin adı, telefon, faks nömrələri və elektron poçt ünvanı və ortada universitetin gerbi, aşağı sol tərəfdə məktubun tarixi və nömrəsi qeyd edilən Arayışdan görünür ki, Azərbaycan vətəndaşı, xx.xx.1998-ci il təvəllüdlü Şahid5 2023-cü ildə "xxxx" MMC-yə daxil olmuş və hal-hazırda əyani təhsil formasının magistr səviyyəsi uzrə təhsil alır. Təhsilin başa çatdığı tarix: 30 iyun 2025-ci il. Arayış hərbi komissarlığına təqdim etmək üçün verilir. Cinayət işinin İ cildinin 72-ci vərəqində olan "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 580,0 manat pul vəsaiti Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus 4098********8714 nömrəli “Albalı” kartına köçürülmüşdür. Cinayət işinin İ cildinin 73-cü vərəqində olan "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 400,00 manat pul vəsaiti Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus 4098********8714 nömrəli “Albalı” kartına köçürülmüşdür. Cinayət işinin İ cildinin 75-ci vərəqində olan "xxxx" MMC-nin adı, telefon, faks nömrələri və elektron poçt ünvanı və ortada universitetin gerbi, aşağı sol tərəfdə məktubun tarixi və nömrəsi qeyd edilən Arayışdan görünür ki, Azərbaycan vətəndaşı, xx.xx.2002-ci il təvəllüdlü Şahid1 2023-cü ildə "xxxx" MMC-yə daxil olmuş və hal-hazırda əyani təhsil formasının magistr səviyyəsi uzrə təhsil alır. Təhsilin başa çatdığı tarix: 30 iyun 2025-ci il. Arayış hərbi komissarlığına təqdim etmək üçün verilir. Cinayət işinin İ cildinin 76-cı vərəqində olan "xxxx" ASC KB-yə məxsus xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 935,00 manat pul vəsaiti Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus 4098********8714 nömrəli “Albalı” kartına köçürülmüşdür. Cinayət işinin İ cildinin 77-ci vərəqində olan qəbzdən görünür ki, 100,00 manat pul vəsaiti Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus 4098********8714 nömrəli “Albalı” kartına köçürülmüşdür. Cinayət işinin İ cildinin 79-cu vərəqində olan "xxxx" MMC-nin adı, telefon, faks nömrələri və elektron poçt ünvanı və ortada universitetin gerbi, aşağı sol tərəfdə məktubun tarixi və nömrəsi qeyd edilən Arayışdan görünür ki, Azərbaycan vətəndaşı, xx.xx.2002-ci il təvəllüdlü Şahid3 2023-cü ildə "xxxx" MMC-yə daxil olmuş və hal-hazırda əyani təhsil formasının magistr səviyyəsi uzrə təhsil alır. Təhsilin başa çatdığı tarix: 30 iyun 2025-ci il. Arayış hərbi komissarlığına təqdim etmək üçün verilir. Cinayət işinin İ cildinin 82-ci vərəqində olan "xxxx" MMC-nin adı, telefon, faks nömrələri və elektron poçt ünvanı və ortada universitetin gerbi, aşağı sol tərəfdə məktubun tarixi və nömrəsi qeyd edilən Arayışdan görünür ki, Azərbaycan vətəndaşı, xx.xx.1993-cü il təvəllüdlü Şahid2 2023-cü ildə "xxxx" MMC-yə daxil olmuş və hal-hazırda əyani təhsil formasının magistr səviyyəsi uzrə təhsil alır. Təhsilin başa çatdığı tarix: 30 iyun 2025-ci il. Arayış hərbi komissarlığına təqdim etmək üçün verilir. Cinayət işinin İ cildinin 83-cü vərəqində olan "xxxx" QSC-yə məxsus xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 255,00 manat pul vəsaiti Təqsirləndirilən şəxs “Debet” kartına köçürülmüşdür. Cinayət işinin İ cildinin 104-105-ci vərəqələrində olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 149-cu vərəqində olan "xxxx" MMC-nin adı, telefon, faks nömrələri və elektron poçt ünvanı və ortada universitetin gerbi, aşağı sol tərəfdə məktubun tarixi və nömrəsi qeyd edilən Arayışdan görünür ki, Azərbaycan vətəndaşı, xx.xx.2002-ci il təvəllüdlü Şahid1 2023-cü ildə "xxxx" MMC-yə daxil olmuş və hal-hazırda əyani təhsil formasının magistr səviyyəsi uzrə təhsil alır. Təhsilin başa çatdığı tarix: 30 iyun 2025-ci il. Arayış hərbi komissarlığına təqdim etmək üçün verilir. Cinayət işinin İ cildinin 180-181-ci vərəqələrində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cildinin 26-56-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus və sonuncu ilə Şahid4, Şahid2, Şahid5, Şahid1 və Şahid3, eləcə də Şəhriyar Nağıyev arasında “Whatsapp” proqramı vasitəsilə aparılmış yazışmaların əks olunduğu 1 ədəd qara rəngli “İphone 8 Plus” markalı mobil telefon, eləcə də xx.xx.2023-cü il tarixli xidmət müqavilələri, Şahid4 guya “KROK Universitetinin magistr pilləsində oxuması barədə xx.xx.2021-ci il tarixli 948 saylı, Şahid3 guya "xxxx" MMC-nin magistr pilləsində oxuması barədə xx.xx.2023-cü tarixli 297-01-04/y saylı, Şahid1 guya "xxxx" MMC-nin magistr pilləsində oxuması barədə xx.xx.2023-cü il tarixli 293-01-04/y saylı, Şahid5 guya "xxxx" MMC-nin magistr pilləsində oxuması barədə xx.xx.2023-cü il tarixli 237-01-04/y saylı və Şahid2 guya "xxxx" MMC-nin magistr pilləsində oxuması barədə xx.xx.2023-cü il tarixli 269-01-04/y saylı arayışlar, Şahid5 tərəfindən 400,0 manat pul vəsaitinin ödənişinə dair xx.xx.2023-cü il və 580,0 manat pul vəsaitinin ödənişinə dair xx.xx.2023-cü il, Şahid1 tərəfindən 935,0 manat pul vəsaitinin ödənişinə dair xx.xx.2023-cü il və 100,0 manat pul vəsaitinin ödənişinə dair xx.xx.2023-cü il, Şahid3 tərəfindən 255,0 manat pul vəsaitinin ödənişinə dair xx.xx.2023-cü il tarixli, Şahid2 tərəfindən 255,0 manat pul vəsaitinin ödənişinə dair xx.xx.2023-cü il tarixli ödəniş qəbzləri və Şahid2 tərəfindən 935 manat məbləğində pul vəsaitinin mədaxil olunmasını təsdiq edən, "xxxx" MMC-yə məxsus 0052 nömrəli kassa mədaxil orderi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 23 avqust 2023-cü il tarixli və "xxxx" MMC-nin 04 avqust 2023-cü il tarixli 284-1-04/y saylı məktubun maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 96-cı vərəqində olan Masallı rayon İHB-nın Təklə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 29,32.3,321.1 və 32.3,321.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Eyni zamanda məhkəmə araşdırması nəticəsində o da müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi ilə bağlı Şahid4 aid epizod üzrə cinayət əməllərini 2021-ci ilin iyul ayında törətmişdir və həmin vaxtdan da iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna olmaqla) cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şahid4 aid epizodla bağlı cinayət əməllərinə dair Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın bu hissəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cinayət təqibinə xitam verilməlidir. Şahid1, Şahid2, Şahid3 və Şahid5 aid epizodlar üzrə törədilmiş cinayətə görə məsuliyyətə cəlbetmə müddəti keçmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 29,32.3,321.1 və 32.3,321.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona cəza təyin olunmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun gənc olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmənin, təqsirləndirilən şəxsə cəza təyin edilməsinə dair mövqeyi aşağıdakılardan ibarətdir: Əvvəla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1, 29,32.3,321.1 və 32.3,321.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bununla belə, məhkəmə, cinayət törətmiş şəxsi xarakterizə edən halların məcmusunu, xüsusilə onun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, gənc olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq təqsirləndirilən şəxsin məhz azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsini məqsədəuyğun hesab edir və hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 320.1, 29,32.3,321.1 və 32.3,321.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməli, lakin onun cəza çəkmədən islah olunması mümkün hesab edilərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona sınaq müddəti verilməli və təyin olunmuş cəza şərti hesab olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, onun üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan –xx.xx.2023-cü il tarixli xidmət müqavilələri, Şahid4 guya “KROK Universitetinin magistr pilləsində oxuması barədə xx.xx.2021-ci il tarixli 948 saylı, Şahid3 guya "xxxx" MMC-nin magistr pilləsində oxuması barədə xx.xx.2023-cü tarixli 297- 01-04/y saylı, Şahid1 guya "xxxx" MMC-nin magistr pilləsində oxuması barədə xx.xx.2023cü il tarixli 293-01-04/y saylı, Şahid5 guya "xxxx" MMC-nin magistr pilləsində oxuması barədə xx.xx.2023-cü il tarixli 237-01-04/y saylı və Şahid2 guya "xxxx" MMC-nin magistr pilləsində oxuması barədə xx.xx.2023-cü il tarixli 269-01-04/y saylı arayışlar, Şahid5 tərəfindən 400,0 manat pul vəsaitinin ödənişinə dair xx.xx.2023-cü il və 580,0 manat pul vəsaitinin ödənişinə dair xx.xx.2023-cü il, Şahid1 tərəfindən 935,0 manat pul vəsaitinin ödənişinə dair xx.xx.2023-cü il və 100,0 manat pul vəsaitinin ödənişinə dair xx.xx.2023-cü il, Şahid3 tərəfindən 255,0 manat pul vəsaitinin ödənişinə dair xx.xx.2023-cü il tarixli, Şahid2 tərəfindən 255,0 manat pul vəsaitinin ödənişinə dair xx.xx.2023-cü il tarixli ödəniş qəbzləri və Şahid2 tərəfindən 935 manat məbləğində pul vəsaitinin mədaxil olunmasını təsdiq edən, "xxxx" MMC-yə məxsus 0052 nömrəli kassa mədaxil orderi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 23 avqust 2023-cü il tarixli və "xxxx" MMC-nin 04 avqust 2023-cü il tarixli 284-1-04/y saylı məktub cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut olan – 1 ədəd qara rəngli “İphone 8 Plus” markalı mobil telefon cinayət törədilərkən istifadə edilən alət olduğundan dövlət nəfinə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 04 dekabr 2023-cü il – 08 may 2024-cü il tarixlərdə keçirilmiş 13 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 45 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 29,32.3,321.1 və 32.3,321.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,32.3,321.1 və 32.3,321.1-ci maddələri ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Şahid4 aid epizodla bağlı cinayət əməllərinə dair Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın bu hissəsi üzrə cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut olan –xx.xx.2023-cü il tarixli xidmət müqavilələri, Şahid4 guya “KROK Universitetinin magistr pilləsində oxuması barədə xx.xx.2021-ci il tarixli 948 saylı, Şahid3 guya "xxxx" MMC-nin magistr pilləsində oxuması barədə xx.xx.2023-cü tarixli 297- 01-04/y saylı, Şahid1 guya "xxxx" MMC-nin magistr pilləsində oxuması barədə xx.xx.2023cü il tarixli 293-01-04/y saylı, Şahid5 guya "xxxx" MMC-nin magistr pilləsində oxuması barədə xx.xx.2023-cü il tarixli 237-01-04/y saylı və Şahid2 guya "xxxx" MMC-nin magistr pilləsində oxuması barədə xx.xx.2023-cü il tarixli 269-01-04/y saylı arayışlar, Şahid5 tərəfindən 400,0 manat pul vəsaitinin ödənişinə dair xx.xx.2023-cü il və 580,0 manat pul vəsaitinin ödənişinə dair xx.xx.2023-cü il, Şahid1 tərəfindən 935,0 manat pul vəsaitinin ödənişinə dair xx.xx.2023-cü il və 100,0 manat pul vəsaitinin ödənişinə dair xx.xx.2023-cü il, Şahid3 tərəfindən 255,0 manat pul vəsaitinin ödənişinə dair xx.xx.2023-cü il tarixli, Şahid2 tərəfindən 255,0 manat pul vəsaitinin ödənişinə dair xx.xx.2023-cü il tarixli ödəniş qəbzləri və Şahid2 tərəfindən 935 manat məbləğində pul vəsaitinin mədaxil olunmasını təsdiq edən, "xxxx" MMC-yə məxsus 0052 nömrəli kassa mədaxil orderi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 23 avqust 2023-cü il tarixli və "xxxx" MMC-nin 04 avqust 2023-cü il tarixli 284-1-04/y saylı məktub cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan – 1 ədəd qara rəngli “İphone 8 Plus” markalı mobil telefon cinayət törədilərkən istifadə edilən alət olduğundan dövlət nəfinə alınsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-78/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-78/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver