Məhkəmə qərarları › İş №1(005)-79/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-79/2020

02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-79/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçisi “A.İ.M” Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Cəlilabad rayonu, Göytəpə şəhərində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanasında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə saat 00:30 radələrində, şəxsiyyəti istintaqa məlum olmayan bir qrup şəxslə birlikdə, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 127A ünvanında yerləşən çamaşırxana ofisinin qarşısında, Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə nəticəsində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanışı Şahid2 söyüş söyməsinə görə Zərərçəkmiş şəxs ona iradını bildirməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə, özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, ətrafda olan vətəndaşların gözü qarşısında, eləcə də uzun müddət ərzində cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının pozulmasına səbəb olan qərəzli hərəkətlər edərək, silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyyəsindən qəsdən bir dəfə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vuran xəsarət, yəni qarının ön divarının 1 ədəd çapıq toxuması, deşilmiş-kəsilmiş yarası xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki,o, Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alır. Nihad ilə o, eyni universitetdə oxuyur, Nihad onun patok yoldaşıdır, Məhəmməd isə onun həmyerlisidir. Mahiyəti üzrə onu deyə bilər ki, Məcid ilə onun arasında qız üstündə mübahisələri olmuşdur. Məcid Ləman adlı bir qız ilə danışmışdır. O bir neçə dəfə Məcid ilə görüşən zaman Ləman da orada olmuşdur. Onlar bir neçə dəfə bir-birləri ilə baxışmışlar. Daha sonra onlar nömrələrini tapıb danışmışlar. Məcid də bunu bildikdə ona qızla danışmamasını demişdir. O da Məcidə “Ləman onsuzda həm səninlə həm də mənimlə danışır, qıza görə nə ehtiyac var ki, mübahisə edək” demişdir. Buna görə aralarında mübahisə yaranmışdır. Mübahisə yarandıqdan sonra o, Məcidi “Nərimanov” metrostansiyasının yanında söhbətə dəvət etmişdir. Lakin Məcid gəlməmişdir. Sonra xx.xx.2019-cu il tarixdə saat təxminən 23 radələrində o, dostu Məhəmməd ilə görüşmüşdür. Məhəmməd həmin vaxt içkili olmuşdur. O Məhəmmədə Məcid ilə aralarında olan mübahisəni danışmışdır. Dəqiq xatırlamadığını, Məcidə ya o, yada Məhəmməd zəng edib harada olduğunu soruşmuşdur. Məcid də “28 May” metrostansiyasında olduğunu demişdir. Onlar Məcidə orada gözləməsini, ora gələcəklərini demişlər. Bir az keçdikdən sonra onlar Məcid ilə əlaqə saxlamışlar, Məcid Nərimanovda olduğunu demişdir. O da Məhəmməd ilə “Nərimanov” metrostansiyasına getmişdir. Orada Məcid ilə əlaqə saxlamışlar. Məcid “Baxaradabir” çay evində olduğunu, ora gəlmələrini demişdir. O da Məhəmməd ilə həmin çay evinə getmişdir. Çay evinə daxil olub Məcidin əyləşdiyi masaya yaxınlaşmışlar. Qeyd etmişdir ki, Məcidin yanında sonradan adının Sabir olduğunu bildiyi və iki nəfər tanımadığı oğlan olmuşdur. Bir də onlarla birlikdə çay evinə girən, sonradan onunla mübahisə edən və sonradan adının Məhəmməd olduğunu bildiyi oğlan olmuşdur. Məhəmməd içkili olduğundan Məcidi aqresiv formada çölə çağırmışdır. Məcid Məhəmmədə “gəl otur çay içək” demişdir. Lakin Məhəmməd onunla razılaşmamış və ona “gəl çıx çölə” demişdir. X11 qolundan tutub onu çölə çıxartmışdır. Həmin vaxt onlar çay evinə daxil olan zaman Məcidin yanında olan adını bilmədiyi iki nəfər tanımadığı oğlanlar oradan getmişlər. Məhəmməd Məcidi kənara çəkmişdir. Həmin vaxt o da onların arxasınca getmişdir. Məcidin tanışı onlarla birlikdə çay evinə girən Məhəmməd də onların arxasınca getmişdir. O,əsəblərini cilovlaya bilməyib Məcidi nalayiq sözlə təhqir edib “hardasan ə sən, yarım saatdır səni 28 may metrostansiyasında gözləyirik” demişdir. Bu zaman Məcidin tanışı Məhəmməd ona söyüş söyməməsini demişdir. Buna görə aralarında mübahisə yaranmışdır. O da Məhəmmədə gücü çatmayacağını görmüşdür. Həmin vaxt yerdə iti uclu dəmir parçasının olduğunu görmüşdür. O da həmin iti uclu dəmir parçasını götürüb Məhəmmədin, yəni Maqa ləqəbli oğlanın üzərinə getmiş və yüngülcə onun qarın nahiyyəsindən bir dəfə vurmuşdur. Həmin vaxt Məhəmmədin həkim çağıraraq qışqırdığını eşitmişdir. Bu anda Məcidin qaçdığını görmüş, o da Məcidin arxasınca qaçmışdır. Qaçan zaman ayağı sim tellərə ilişib yıxılmışdır. Yıxılan zaman ağzında ağrı hiss etmişdir, lakin fərqinə varmamışdır. Məcid isə qaçaraq oradan uzaqlaşmışdır. O da Məhəmmədi yaxınlıqda olan taksilərdən birinə qoyub “Semaşka” xəstəxanasına aparmışdır. Yolda o ağız, nahiyyəsindən qan gəldiyini, ağız nahiyyəsindən xəsarət aldığını görmüşdür. Məhəmmədi xəstəxanaya qoyduqdan sonra həmin taksi ilə patok yoldaşı Nihadın yaşadığı Abşeron rayonu, Xırdalan şəhərinə getmişdir. Evinin yanına çatdıqdan sonra taksi sürücüsünün telefonu ilə Nihada zəng edib halının pis olduğunu, aşağı düşüb ona kömək etməsini demişdir. Nihad onun yanına gəlmişdir və onlar birlikdə “Semaşka” xəstəxanasına getmişlər. O yolda Nihada “mən xəstəxanaya getmirəm” demişdir. Taksi sürücüsü də bir az əvvəl bir nəfər oğlanı da xəstəxanaya apardıqlarını demişdir. Nihad ondan həmin oğlanın kim olduğunu soruşmuş, o da Məhəmməd olduğunu demişdir. Xəstəxanaya çatdıqdan sonra Nihad maşından düşüb xəstəxanaya getmiş, o isə oradan başqa yerə getmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını qeyd edərək bunların nəzərə alınmasını və barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Məcid onun həmyerlisidir, onu uzun müddətdir tanıyır, Naməddini isə Məcidin vasitəsi ilə tanımışdır. Qeyd etmək istəyir ki, Sabir də onun həmyerlisidir. xx.xx.2019-cu il tarixdə saat 23:30 radələrində o, işlədiyi “Altun” çay evində olan zaman Məcidə zəng edib hal-əhval tutmuş və harada olduğunu soruşmuşdur. Məcid də “Baxaradabir” çay evində olduğunu bildirmiş, o da bir azdan həmin çay evinə gələcəyini demişdir. Təxminən bir saat sonra, yəni xx.xx.2019-cu il tarixdə saat 00:30 radələrində o, Məcidin olduğu “Baxaradabir” çay evinə getmişdir. Məcidin yanında Naməddin, Sabir və bir nəfər tanımadığı oğlan olmuşdur. O çay evinə daxil olub Məcid ilə görüşən zaman bir nəfər tanımadığı oğlan yanında bir neçə şəxs ilə çay evinə daxil olub Məcidin əyləşdiyi masaya yaxınlaşıb Məcidin kim olduğunu soruşmuşdur. Məcid onun adını çəkən şəxsə Məcidin özü olduğunu demişdir. Məcid həmin şəxsləri çay içmək üçün masaya dəvət etmişdir. Lakin sonradan adının Məhəmməd olduğunu bildiyi şəxs Məcidə “gəl çıx çölə” demişdir. Məcid isə təkrar olaraq Məhəmmədi masaya dəvət etmişdir. Ancaq Məhəmməd isə Məcidə yenidən “gəl çıx çölə” demişdir. Məcid də ayağa qalxmış və onlar birlikdə çölə çıxmışlar. O, Sabir, Naməddin və yanlarında olan digər oğlan ilə birlikdə Məcidin arxasınca getmişlər. Çay evinin qarşısında Məcidi çölə dəvət edən oğlanın tanışlarından təxminən bir neçə şəxs olmuşdur. Məcid və onu çölə dəvət edən oğlan birlikdə kənara çəkilmişlər. Həmin vaxt Məcid ilə söhbət edən oğlanın tanışlarından biri sonradan adının Yusif olduğunu bildiyi şəxs onların arxasınca getmişdir. O da onların arxasınca getmiş və Məcidgilin yanına həmin oğlandan tez çatmışdır. Yusif Məcidə nalayiq ifadə işlədərək “hardasan, səni 28-də axtarırdıq Nərimanovdan çıxdın” demişdir. O da sonradan adının Yusif olduğunu bildiyi oğlana söyüş söyməməsini demişdir. Yusifdə ona “sən nə deyirsən ə?” deyib yanında olan bir neçə şəxs ilə üzərinə gəlmiş və əlində olan dəmir parçası ilə onun qarın nahiyyəsindən yüngül vurmuşdur. Daha sonra kimsə “məni bıçaqladı” deyərək qışqırmışdır. Bundan sonra onun üzərinə gələn şəxslər, həmçinin onu vuran Yusif Məcidin qaçdığını görüb onun arxasınca qaçmışlar. O,əynində olan köynəyi qaldırıb yaranın çox da dərin olmadığını görmüşdür. O da daha sonra Sabir ilə birlikdə hadisə yerindən uzaqlaşmışdır. Qeyd etmişdir ki, o çay evinə girib Məcid ilə görüşən zaman onun yanında Sabir, Naməddin və bir nəfər tanımadığı oğlan olmuşdur. Lakin çölə çıxdıqdan sonra həmin şəxslərin kobud danışdığını görüb Naməddin və onun yanında olan şəxs oradan qaçmışdır. Sabir isə xəstə olduğu üçün mübahisəyə müdaxilə etməmişdir. Qeyd etmişdir ki, onu yalnız Yusif vurmuş, Yusifin yanında gələn şəxslər onun üzərinə gəlmələrinə baxmayaraq ona heç bir xəsarət yetirməmişlər. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsilə barışdığını, ona vurulmuş maddi və mənəvi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı bir mülki iddia, şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Məcid və “Maqa” ləqəbli Məhəmməd onun həmyerlisidir. O, hadisə baş verən gündən təxminən 4-5 gün əvvəl Zaqatala rayonunda Bakıya işləmək üçün gəlmişdir. O, Məcidin yaşadığı Nərimanov rayonunda ünvanını dəqiq bilmədiyi evə getmiş və orada onunla birlikdə qalmışdır. Qeyd edir ki, o şəkərli diabet xəstəsidir. xx.xx.2019-cu il tarixdə təxminən saat 23:30 radələrində o, evdə olan zaman Məcid evə gəlmiş, elə həmin vaxt Məcidin mobil telefonuna zəng gəlmişdir. Məcid telefonda danışdığı şəxsə Nərimanovda olduğunu demişdir. Sonra Məcid hazırlaşıb evdən çıxmaq istədikdə o nə baş verdiyini soruşmuşdur. Məcid isə narahat olmamasını, problem olmadığını demişdir. Həmin vaxt onun temperaturu olmuş və həmçinin şəkəri də qalxmışdır. O, Məcidə onunla gedəcəyini demiş, Məcid isə onunla razılaşmamışdır. Anacaq Məcid aşağı düşən kimi o da Məcidin arxasınca getmişdir. Onlar birlikdə “Baxaradabir” çay evinə getmişlər. Yolda Məcidə yenidən zəng gəlmiş, Məcid “Baxaradabir” çay evinə gəlmələrini demişdir. Həmçinin yolda Məcidin tanışı olan sonradan adının Naməddin olduğunu bildiyi oğlan ilə rastlaşmışlar. Naməddin Məciddən danışması üçün telefonunu istəmiş, Məcid də kontur vurub verəcəyini demişdir. Sonra onlar birlikdə “Baxaradabir” çay evinə getmişlər. Çay evində olan zaman Məcidin dostu Naməddin zəng edəcəyi şəxsə zəng etmişdir, o da onların yanına gəlmişdir. Məcid masaya əlavə stəkanlar sifariş vermişdir. O da Məciddən nə baş verdiyini soruşmuş, Məcid də gələn adamlarla mübahisə etmək istəmədiyini, onları çaya dəvət edəcəyini, oturub söhbət edəcəyini demişdir. Bir az keçdikdən sonra, yəni xx.xx.2019-cu il tarixdə saat təxminən 00:30 radələrində tanışları Maqa çay evinə gəlmişdir. Maqa masaya yaxınlaşan zaman bir nəfər oğlan içəri daxil olmuşdur. Onun yanında sonradan adının Yusif olduğunu bildiyi şəxs və əlavə tanımadığı iki nəfər şəxsdə olmuşdur. Sonradan adının Məhəmməd olduğunu bildiyi şəxs aqresiv formada “kimdi ə Məcid?” demişdir. Məcid də özü olduğunu demişdir. Məhəmməd isə təkrar yüksək səslə “gəl çıx çölə” demişdir. Məcid də həmin şəxsləri masaya dəvət etmiş və çay içməyi təklif etmişdir. X12 yenidən “gəl çıx çölə” demişdir. Daha X11 qolundan tutub ona çölə çıxartmışdır. Onlar da Məcid ilə Məhəmmədin arxasınca çölə çıxmışlar. Həmin vaxt Məcidin tanışı olan Naməddin və onun yanına gələn adını bilmədiyi tanışı oradan getmişlər. Məhəmməd Məcidi kənara çəkmişdir. Həmin vaxt Məhəmmədin tanışı olan Yusif onların arxasınca getmişdir. “Maqa” da onların arxasınca getmişdir. O, həmin vaxt xəstə olduğu üçün onlara yaxınlaşmamışdır. Kənara çəkilən zaman Yusif Məcidə nalayiq söz işlətmişdir. Maqa da ona söyüş söyməməsini bildirmişdir. Bu zaman Yusif yanında olan bir neçə şəxs ilə birlikdə Maqanın üzərinə getmiş və əlində olan dəmir parçası ilə Maqanı vurmuş, lakin Yusifin yanında olan şəxslər Maqaya heç bir xəsarət yetirməmişdir. Məcid Məhəmməd ilə kənara çəkilən zaman onların arxasınca bir nəfər idmançı bədən quruluşlu oğlan da getmişdir. Bu zaman Məhəmməd qışqıraraq “həkim” demişdir. Həmin vaxt Məcid qaçmış, Yusif də onun arxasınca qaçmışdır, o isə“Maqa” ilə birlikdə oradan getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, “Maqa” kimi tanınan, əsl adı Zərərçəkmiş şəxs olan şəxs onun dostudur. Onunla yaxın münasibəti var, həmçinin həmyerlisidir. Yusifi isə həmyerlisi Nihadın vasitəsi ilə tanımışdır. Belə ki, Nihat “28 May” metrosunun yaxınlığında kirayədə yaşayır. O, Nihadgilə gedən zaman Yusifi onun evində görmüş, hər ikisi bir yerdə kirayə yaşamışlar. Onun Ləman adlı bir qızla sevgili münasibəti olmuş, həmin qız bəzən onunla görüşən zaman Yusif də yanlarında olmuşdur. Ona məlum olmuşdur ki, Yusif həmin qıza mesaj yazmışdır. O, Yusifə Ləman adlı qıza mesaj yazmamasını demiş, Yusif də yazmayacağına dair ona söz vermişdir. Lakin hadisədən bir həfdə əvvəl yenə Yusifin qıza mesaj yazdığını bilmiş və Yusifə mesaj yazaraq niyə Ləmana mesaj yazdığını soruşmuşdur. Yusif də ona “get işinlə məşğul ol” demişdir. Sonra Yusif ona görüşüb söhbət etməyi təklif etmiş, səhəri gün onu söhbət üçün Nərimanov metrosunun çıxışına çağırmışdır. O əvvəl gələcəyini desə də, lakin sonradan bu söhbəti uzatmaq istəməmiş və dediyi gün həmin yerə getməmişdir. xx xxxxx 2019-cu il tarixdə təxminən saat 23 radələrində ona bir nəfər tanımadığı şəxs zəng edib Yusifin dostu olduğunu, Yusifə qarşı səhv hərəkət etdiyini bildirib, “hardasan gəl söhbət edək” sözünü demişdir. O da 28 may metrosunun yaxınlığında olduğunu bildirmişdir. Ona gözləməsini demişlər. O bir saat gözləsə də, həmin şəxs gəlməmişdir. O həmin şəxsə zəng edib harada olduğunu soruşmuş, həmin şəxsdə “gözlə də gəlirəm” demişdir. Lakin o, metro bağlanacağına görə, metro ilə saat 23:30 radələrində kirayədə yaşadığı evə getmişdir. Evə gələn zaman Sabir də evdə olmuşdur. Həmin gün Sabirin temperaturu çox yuxarı olmuş, həmçinin Sabir diabetli şəkər xəstəsi olduğu üçün onun şəkəri də qalxmışdır. Bu zaman onun mobil telefonuna həmin şəxs yenə zəng edib yüksək səs tonu ilə “hardasan sən, biz gəlmişik 28 may metrosunda səni tapa bilmirik” demişdir. O da “gəlmədiniz deyə gəlmişəm Nərimanova” demişdir. Həmin şəxs də ona “gözlə gəlirik ora” demişdir. Bu zaman Sabir nə baş verdiyini ondan soruşmuş, o da narahat olmamasını, problem olmadığını demişdir. Sabir isə onunla gəlməkdə israr etmiş, o isə gəlməməsini bildirmişdir. Aşağı düşən zaman Sabirin də gəldiyini görmüşdür. Yolda olan zaman bir neçə dəfə parkda görüb salam sağol etdiyi Naməddin adlı oğlanı görmüşdür. Naməddin bir nəfərə zəng etməsi üçün mobil telefonunu ona verməsini demişdir. O da kontur vurub verəcəyini demişdir. Daha sonra onunla söhbət edə edə “Baxaradabir” çay evinə getmişlər. Çay evində olan zaman yanında Sabir və Naməddin olmuşdur. Naməddin zəng etməli dostuna zəng edib onu da yanlarına çağırmışdır. Naməddin və onun yanında olan şəxsin mövzudan xəbəri olmamışdır. Orada olan zaman dostu Maqa ona zəng edib harada olduğunu soruşmuşdur. O da Maqaya “Baxaradabir” çay evində olduğunu demişdir. Maqa da bir azdan gələcəyini demişdir. Təxminən yarım saat sonra ona həmin şəxs zəng edib harada olduğunu soruşmuşdur. O da yerini ona demiş, lakin səs tonundan çox aqresiv olduğunu hiss etmişdir. Həmçinin Zaqatala rayonundan Bakı şəhərinə təzə gəldiyi üçün və heç kimi tanımadığı üçün ümumiyyətlə söhbətin uzanmasını istəməmişdir. Buna görə də aranı sakitləşdirməkdən ötrü əlavə stəkanlar sifariş vermişdir. Düşünmüşdür ki, həmin şəxslər gələn zaman onlara şirinlik etsin, onları masaya dəvət etsin. xx xxxxx 2019-cu il tarixdə saat təxminən 00:30 radələrində tanışı Maqa çay evinə girib salam deyən kimi, onun arxasından bir nəfər şəxs yüksək səslə “Kimdi ə Məcid?” demişdir. O da özü olduğunu demişdir. Həmin şəxsin adının sonradan Məhəmməd olduğunu bilmişdir. Məhəmmədin yanında Yusif də olmuşdur. Onlardan başqa onun yanında iki nəfər də olmuşdur. O, Məhəmməd adlı şəxsə gəlib masada əyləşmələrini və çay içməklərini təklif etmişdir. Ancaq Məhəmməd adlı şəxs ona “gəl bura ə” demişdir. O bir daha ona çay içib söhbət etmələri üçün masaya dəvət etmişdir. Məhəmməd isə təkrar ona “ə gəl çıx çölə” demişdir. O da ayağa qalxmış, Məhəmməd onun qolundan tutub kənara aparmışdır. Həmin vaxt içkili olmuşdur. Digərləri isə onun dostu Maqa ilə arxada dayanmışlar. Məhəmmədlə təxminən 10 metr kənara getmişdir. Bu zaman qəfil Məhəmmədin yanında olan idmançı bədən quruluşlu şəxs onun başından yumruqla vurmuş, onun gözü qaralmış və özünə gəlmək üçün o bir neçə metr kənara çəkilmişdir. Görmüşdür ki, onu vuran şəxs Maqanın üzərinə getmişdir. Həmin vaxt Məhəmməd də, onun üzərinə gələn zaman davanın düşdüyünü və onların sayının çox olduğunu görüb, üzərində meyvə doğramaq üçün aldığı kiçik cib bıçağı ilə Məhəmmədin qarın nahiyyəsindən bir dəfə vurmuşdur. Onun yerə yıxıldığını görüb hadisə yerindən qaçaraq uzaqlaşmışdır. O qaçan zaman həmin şəxslərin hamısı Maqa ilə dava etmişdir. Onun qaçdığını görüb onun arxasınca qaçmışlar. O isə sürətli qaçaraq oradan uzaqlaşmışdır. Qaçan zaman ağacların arasına bağlanmış sim tellərə ilişib yıxılmış, lakin buna baxmayaraq özünü ələ alıb qaçmışdır. Arxasınca gələn şəxslər də bir-bir həmin yerdə yıxıldıqları üçün sürətləri zəifləmiş və o qaçaraq uzaqlaşmışdır. Sonradan o bilmişdir ki, həmin vaxt Maqa ilə orada olan şəxslər, həmçinin Yusif dava etmiş, dava zamanı Yusif Maqanı vurmuşdur. Qeyd etmişdir ki, həmin davada Sabir olsa da, lakin o müdaxilə elməmişdir. Nə o heç kimi vurmamış, nə də onu heç kim vurmamışdır. Çünki Sabir həmin vaxt xəstə olmuşdur. Həmçinin yanında olan Naməddin və Raul da davaya müdaxilə etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o Dünya məktəbində qəssab işləyir. Təqsirləndirilən şəxs onun həmyerlisidir. Hadisə günü Yusif bir nəfər şəxs ilə mobil telefonla danışan zaman görmüşdür ki, Yusif həmin şəxslə mübahisə edir. O, həmin şəxsin kim olmasını soruşmuşdur. Yusif ona Məcid adlı oğlan ilə aralarında qız üstündə mübahisələrinin düşdüyünü demişdir. Yusif xx.xx.2019-cu il tarixdə saat təxminən 23 radələrində Məcidə zəng edib harada olduğunu soruşmuşdur. Məcid də 28 may metrostansiyasında olduğunu demişdir. Onlar da gözləməsini, ora gələcəklərini demişlər. Bir az keçdikdən sonra onlar Məcid ilə əlaqə saxlayıb harada olduğunu soruşmuşlar. Məcid Nərimanovda olduğunu demişdir. O da Yusif ilə birlikdə Nərimanov metrostansiyasının çıxışına gedib Məcid ilə əlaqə saxlayıb harada olduğunu soruşmuşdur. Məcid “Baxaradabir” çay evində olduğunu demişdir. O da Yusif ilə birlikdə həmin çay evinə getmişdir. Qeyd etmişdir ki, həmin gün o, Yusif ilə görüşməmişdən əvvəl günorta radələrində spirtli içki qəbul etmişdir. Onlar çay evinə daxil olmuşlar. Onlarla birlikdə Məcidin tanışı sonradan adının Məhəmməd olduğunu bildiyi Maqa ləqəbli oğlan da çay evinə girmişdir. Həmçinin Məcidin yanında sonradan adının Sabir olduğunu bildiyi şəxs və iki nəfər tanımadığı şəxs də olmuşdur. O, Məcidin kim olduğunu soruşmuşdur. Məcid isə Məcidin o olduğunu demişdir. Məcid onu çay içmək üçün masaya dəvət elmişdir. O isə Məcidi çölə dəvət etmişdir. Məcid də ayağa qalxmış və onlar birlikdə çay evindən çıxıb kənara çəkilmişlər. Yusif ilə Məcidin tanışı Maqa ləqəbli oğlan isə onların arxasınca gəlmişlər. Həmin vaxt Yusif nalayiq söz işlədib Məcidə “hardasan ə sən, yarım saatdır səni 28 may metro stansiyasında gözləyirik” demişdir. Məcidin tanışı Məhəmməd isə Yusifə söyüş söyməməsini bildirmişdir. Buna görə onların arasında mübahisə yaranmışdır. Bu zaman o, arxaya çönüb Yusifin yanına getmək istədikdə Məcid onun qarın nahiyyəsindən bıçaqla vurmuşdur. Daha sonra o, sol budunda ağrı hiss etdiyinə görə ayaq üstdə dayana bilməmişdir və yerə yıxılmışdır. Həmin vaxt bilmişdir ki, Məcid onun sol budundan da bıçaqla vurmuşdur. Məcid isə hadisə yerindən qaçmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə qeyd edilən şahidlərin məcburi qaydada gətirilməsi qərara alınmış və şahidlərin yaşayış yeri üzrə polis orqanlarına icra edilməsi üçün göndərilmişdir. Abşeron Rayon Polis İdarəsinin 12818155 nömrəli, xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Şahid3 hal-hazırda yeri müəyyən edilmədiyindən, onun Nərimanov Rayon Məhkəməsinə gətirilməsinin təmin edilməsi tərəflərindən mümkün olmamışdır. Cinayət işinin 15-16-cı vərəqələrində olan Şahid3 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 2-ci kurs tələbəsidir. Yusif Yusfizadə onun patok yoldaşıdır, eyni universitetdə oxuyurlar. Şahid2 isə Yusifilə birlikdə tanımışdır. Bundan başqa Şahid1 isə Yusifin dostu olaraq tanımışdır. xx.xx.2019-cu il tarixdə saat 20 radələrində o, Yusif ilə “20 yanvar” metrostansiyasının yaxınlığında görüşüb çay içəcəkmiş. Ancaq o, dəfələrlə Yusifə zəng etsə də, Yusif telefona cavab verməmişdir. Bir neçə saatdan sonra, saat 23 radələrində Yusif onun yanına gəlmişdir. O Yusifə “nəsə problemin var? niyə gec gəldin” demişdir. Yusif də heçnə olmadığını demişdir. Ancaq Yusif telefonda kiminləsə mesajlaşmışdır. O Yusifə təkrar olaraq “telefonda kiminlə danışırsan? nəsə olubsa mənə de” demişdir. Yusifdə ona 1 həftə əvvəl Məcid ilə aralarında söz-söhbət olduğunu, boş verməsini demişdir. O, Yusifdən telefonunu alıb kiminlə danışdığını öyrənmək istəmişdir, lakin Yusif telefonunu ona verməmişdir. Sonra o, Yusif ilə sağollaşıb evə getmişdir. Bir neçə saatdan sonra, yəni xx.xx.2019-cu il tarixdə saat təxminən 01:30 radələrində o, evdə olan zaman tanımadığı nömrədən ona zəng gəlmişdir. Telefonda danışan Yusif olmuşdur. Yusif ona “aşağı düş vəziyyətim pisdi, kömək et mənə” demişdir. O tez aşağı düşmüş və Yusifin ağız nahiyyəsindən qan gəldiyini, danışa bilmədiyini görmüşdür. O da Yusifi gəldiyi taksi ilə birlikdə “Semaşka” xəstəxanasına aparmışdır. Yolda taksi sürücüsü bir az əvvəl bir nəfər oğlanı da semaşkaya apardıqlarını, onun da vəziyyətinin pis olduğunu demişdir. O, Yusifdən həmin oğlanın kim olduğunu soruşmuşdur. Yusif Məhəmməd olduğunu demişdir. Yusif onu xəstəxanaya aparmamasını demişdir. Onlar “Semaşka” xəstəxanasına çatan kimi o, Məhəmmədin vəziyyətinin necə olduğunu öyrənmək üçün maşından düşüb xəstəxanaya girmişdir. Xəstəxanadan ona Məhəmmədin vəziyyətinin ağır olduğunu demişlər. Bir neçə dəqiqədən sonra taksinin yanına qayıtmışdır. Həmin vaxt Yusifin də taksi ilə birlikdə olmadığını görmüşdür. O da sonra evə getmişdir. Cinayət işinin 20-21-ci vərəqələrində olan Şahid4 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o Məcidi təxminən 4 ildir ki, Nərimanov parkından tanıyır. Qeyd etmişdir ki, onlar bir-birlərini tanısalar da, tez-tez görüşməmişlər. Hadisə günü yəni xx xxxxx 2019-cu il tarixdə o, Məcidlə təxminən 19 radələrində Nərimanov istirahət parkında görüşmüşdür. Lakin tez sağollaşmışlar. xx xxxxx 2019-cu il tarixdə saat təxminən axşam 23 radələrində dostu Raulun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə Nərimanov metrosunun yanında olan taksafon aparatı ilə zəng etmişdir, lakin o mobil telefonu götürməmişdir. Həmin vaxt Məcidlə elə həmin yerdə qarşılaşmışlar. Məcidin yanında sonradan adının Sabir olduğunu bildiyi tanışı olmuşdur. O, Məcidə dostu Raula zəng etməli olduğunu, zəng etməsi üçün telefonu ona verməsini demişdir. Məcid “gedək kontur alaq verərəm zəng edərəsən” demişdir. Həm də orada çay evində oturmalarını dostu gələndən sonra getməsini demişdir. O da Məcid ilə razılaşmışdır. Kontur aldıqdan sonra gedib “Baxaradabir” çay evində Məcidlə birlikdə oturmuşdur. O, dostu Raula zəng edərək oturduğu yeri demişdir və Raul da onların yanına gəlmişdir. Bir az keçdikdən sonra, yəni xx.xx.2019-cu il tarixdə saat təxminən 00:30 radələrində Məcidin tanışı Maqa dedikləri oğlan çay evinə gəlmişdir, onların masasına yaxınlaşan zaman bir nəfər oğlan içəri daxil olmuşdur. Həmin oğlanın adını bilməmişdir. Həmin şəxs aqresiv formada “kimdi ə Məcid?” demişdir. Məcid də özü olduğunu demişdir. Həmin oğlan Məcidə çölə çıxmasını demişdir. Məcid də həmin şəxsləri masaya dəvət etmiş və çay içməyi təklif etmişdir. Lakin həmin oğlan Məcid ilə razılaşmamış və onu yenidən çölə çıxmağı təklif etmişdir. Daha sonra həmin şəxs Məcid ilə birlikdə çölə çıxmışdır. Həmin vaxt onlar da çölə çıxıb hadisəyə kənardan baxmışlar. Çöldə olan zaman həmin şəxslərin sayının çox olduğunu görmüşdür. O, şəxslərdən birinin adını Yura deyə çağırdıqlarını eşitmişdir. Nə baş verdiyini anlamamışdır. Lakin həmin Yura deyə çağırılan oğlan Məcidi nalayiq ifadə ilə təhqir edib “hardasan səni 28 may metrosunda axtarırdıq” demişdir. Sonra Maqa söyüş söyməməsini bildirmişdir. Bundan sonra dava düşmüşdür. Məcid ilə birlikdə gedən oğlan “həkim çağırın məni bıçaqladılar” deyərək qışqırmışdır. Yura isə Maqanın üzərinə gəlmişdir. Qəfil hamı Məcidin arxası ilə qaçmışdır. Bundan sonra Maqa “məni də bıçaqladı” demişdir. Maqanı Yura deyilən oğlan bıçaqla vurmuşdur. Qeyd etmişdir ki, o və Raul kənardan bu hadisəni müşahidə etmişlər. Həmin şəxslər Məcidin arxası ilə qaçandan sonra Maqa və Sabir də hadisə yerindən uzaqlaşmışlar. Onlar da oradan uzaqlaşıb getmişlər. Qeyd etmişdir ki, o Məcidin həmin şəxslər ilə arasında nə üçün mübahisəsi olduğunu və nə üçün Məcidi çölə dəvət etdiyini bilməmişdir, bu barədə heç bir məlumatı olmamışdır. Həmçinin onlar oradan getdikdən sonra onlardan sonra nə baş verdiyini də bilməmişdir. Onu qeyd etmişdir ki, Məcidi çölə dəvət edən şəxslər təxminən 4-5 nəfər olmuşlar. Cinayət işinin 40-41-ci vərəqələrində olan “İfadənin yerində yoxlanılması və götürülməsi haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X8 Azərbaycan Respublikası CPMnin 260-cı və 261-ci maddələrinə əsasən həmin protokolu tərtib edir ona görə ki, ********* nömrəli cinayət işi üzrə istintaqın gedişində Zərərçəkmiş şəxs ifadəsini yerində yoxlamışdır. İfadənin yerində yoxlanılması zamanı müəyyən edildi ki, xx.xx.2019-cu il tarixdə saat 00:30 radələrində o, tanışı Şahid2 olduğu Nərimanov rayonu, F.X.Xoyski 115 ünvanında yerləşən “Baxaradabir” çay evinə getmişdir. O, içəri daxil olan zaman X1 Yusif Natiq oğlu və bir neçə şəxs ilə birlikdə çay evinə daxil olub Məcidin kim olduğunu soruşmuş, Məcid də həmin şəxsin onun özü olduğunu demişdir. Məcid həmin şəxsləri masaya dəvət edib çay içməyi təklif etmişdir. Məhəmməd Məcid ilə razılaşmamış onu çölə çıxartmışdır. Onlar “Baxaradabir” çay evindən bir neçə metr kənara çəkilərək Nərimanov rayonu, F.X.Xoyski 127A ünvanında yerləşən çamaşırxana ofisinin qarşısına getmişlər. Həmin ünvanda Məhəmmədin tanışı Təqsirləndirilən şəxs Məcidi nalayiq ifadələrlə təhqir etmişdir. O da Yusifə söyüş söyməməsini demişdir. Yusif isə bir neçə şəxslə onun üzərinə gələrək əlində olan bıçaq ilə onun qarın nahiyyəsindən yüngül vurmuşdur. Fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 49-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X3 xx.xx.2019-cu il tarixli, 575 nömrəli rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, vətəndaş Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət – qarının ön divarının 1 (bir) ədəd çapıq toxuması, deşilmiş-kəsilmiş yara izi olub, deşici-kəsici alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2019-cu il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi inandırıcı deyil. Cinayət işinin 94-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 100-cü vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi Xosrov Şükürova ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayəti və tələbi yoxdur. Xahiş edir ərizəsi nəzərə alınsın. Cinayət işinin 158-ci vərəqində olan Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin xx.xx.2019-cu il tarixli, ********* nömrəli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməliyyat tapşırığına cavab olaraq bildirilir ki, tapşırıqda göstərilənlərlə bağlı olaraq tərəflərindən bir sıra tədbirlər həyata keçirilmişdir, lakin xx.xx.2019-cu il tarixdə saat 00:30 radələrində Nərimanov rayonu, F.X.Xoyski 127A ünvanında baş vermiş hadisə zamanı cinayətin törədildiyi bıçağın müəyyən edilməsi mümkün olmamışdır. Müsbət nəticə əldə olunarsa bu barədə məlumat veriləcəkdir. Cinayət işinin 193-cü vərəqində olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs iləbarışmış, ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı hər hansı bir mülki iddia, şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.». Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cümaddəsinəəsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək peşman olmasını, gənc olmasını, Zərərçəkmiş şəxs ilə barışmasını, dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsinonaqarşışikayətvətələbininolmamasını nəzərə alır və onları cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqalar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, lakin onun cəza çəkmədən islah olunması mümkün hesab edilərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona sınaq müddəti verilməli və təyin olunmuş cəza şərti hesab olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, onun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Rayon (şəhər) İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş“başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanun qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və yaapelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar