Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-79/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Tərcüməçi – X1 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində ünvan 2 ünvanının qarşısında hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə əlindəki plastik materialdan olan borudan silah qismində istifadə etməklə xalası Zərərçəkmiş şəxs döyərək ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alının sağ yan səthinin, sol qulaqdibi nahiyənin şişkinli hematomaları, sağ bud-çanaq oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan sağ sağrının şişkinli hematoması, sağ və sol dirsək oynağının, sağ əlin 2-ci daraq falanqasının ön səthinin, sol bazunun, sağ və sol budun qançırları, sol daban nahiyəsinin səthi əzilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmiş, bu hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib həmin hərəkətləri bir dəqiqə ərzində davam etdirərək ətrafda olan şəxslərin rahatlıq və dincliklərini pozmaqla xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalasıdır. Mənzərin müraciəti ilə PŞ-də tanış olmuş, onun ifadəsi ilə də tanış olaraq qeyd etmişdir ki, Mənzərin dedikləri yalandır. Onun xalası X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Xalasının övladı olmadığı üçün o və bacısı Arzu həmişə ona dəstək olmuş, onun evində qalmışlar. Onlar Mahizər xalası ilə çox yaxın olmuşlar. Xalası vəfat etdikdən sonra onun yas mərasimini və digər işlərini bacısı və o görmüşdür. Həmin vaxt nə xalası Mənzər olmuş nə də ki dayısı Knyaz. Onlar heç biri yaxın gəlməmişdir. Mərasimlər bitdikdən sonra xalasına aid avtomobil və 2 ədəd ev qeyrirəsmi olaraq bacısı və onun öhdəliyinə keçmişdir. Həmin evlərdə kirayə qalan şəxslər ödənişləri onlara vermişlər. Avtomobil isə xalası rəhmətə getdiyi vaxtdan onların Şəmkir rayonunda olan evlərindədir. Xalası xəstə olarkən hər kəsə məlumat vermişlər. Lakin, nə qardaşı nə də bacısı gəlməmişdir. Təxminən 4-5 ay bundan öncə xalası Mənzər və dayısı Knyaz birləşərək vəfat etmiş xalası Mahizərin əmlakını onlardan tələb etmişdir. Onlar da həmin şəxslərə etiraz edərək bu vaxta kimi harada olmalarını soruşmuşlar. Bundan sonra onlarla mübahisə və münaqişələri başlamışdır. Onlar özbaşınalıq etməyə başlamışlar. Bundan sonra dayısı və xalası Mahizər xalasına məxsus ünvan 3 ünvanına gedərək özlərini vərəsə kimi təqdim edərək orada kirayə yaşayan şəxsləri evdən çıxarmışlar. Buna baxmayaraq nə o, nədə bacısı Arzu buna etiraz etməmişdir ki, məhkəmə prosesi gedir və məhkəmə nə qərar versə o da olacaqdır. Bundan bir neçə gün sonra xalası Mahizərə məxsus ünvan 4 ünvanında kirayə yaşayan Mürvət adlı şəxs onun ilə əlaqə saxlayaraq bildirmişdir ki, xalası Mənzər həmin ünvana gəlmiş və özünü vərəsə kimi təqdim etmiş, kirayə haqqını ona verməsini tələb etmiş və əks halda evdən çıxmasını istəmişdir. Arzu və o, həmin vaxt Şəmkir rayonunda olmuş və Mürvətə bildirmişdir ki, Bakı şəhərinə gəldikdə məsələni həll edəcəklər. Bundan sonra dayısı Knyaz və xalası Mənzər mütəmadi həmin ünvana gedib onları narahat etmişdir. Mürvət mütəmadi əlaqə saxlayaraq onların narahat edilməsini bildirmişdir. Məhkəmə prosesi ilə əlaqədar o və Arzu Bakı şəhərində olarkən Mürvət yenidən əlaqə saxlamış və onların yenidən narahat edildiyini bildirmişdir. Həmin vaxt Mürvət yenidən zəng etdikdə Arzu ona bildirmişdir ki, əgər bir daha gələrsə xəbər etsin və onlar gəlib onlara izah edəcək. xx.xx.2022-ci il tarixdə Mürvət əlaqə saxlayaraq Mənzərin gəldiyini bildirmişdir və Arzuda qeyd etmişdir ki, onlar Bakıdadırlar və gəlirlər. O, Arzu ilə həmin ünvana getmişdir. Ora çatdıqda onlar həyətə daxil olmuşlar və həyətdə Mənzərlə qarşılaşmışlar. Bu zaman Mənzər onları təhqir etməyə başlamışdır. Bundan sonra o yerdə olan güldanı götürərək onların üzərinə atmışdır. Həmin güldan onun başına dəymişdir. O, zərbədən yıxılmışdır. Həmin vaxt Mənzər özü də yerə yıxılmışdır. Bacısı Arzu onun durub onlara hücum etməməsi üçün onun durmasına imkan verməmiş və oturmasını tələb etmişdir. Bu zaman Mənzər yanında olan ağ rəngli kiçik borunu əlini alıb onu yenidən vurmaq istəmişdir. O isə özünü qoruyaraq ondan həmin borunu almış və onun arxa, bud tərəfindən 1-2 zərbə vurmuşdur. Bu zaman Mənzər yalandan yerdə fırlanmağa başlamışdır. O nə Mənzərin başına, nə də başqa yerinə zərbə vurmamışdır. Sadəcə olaraq onun qeyd etdiyi hissələrinə vurmuşdur. Bundan sonra Arzu da onu saxlamışdır və polisə zəng etməsini bildirmişdir. Həmin vaxt Mənzər yerdən daş götürərək onlara tərəf atmışdır. Həmin daş onun kürək nahiyəsinə dəymişdir. Bundan sonra polislər gəlmiş və onları polis şöbəsinə dəvət etmişlər. Konkret olaraq hadisə xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi 27 ünvanında baş vermişdir. Hadisə zamanı ətraflarında Mürvət və digər qonşular olmuş, həmin qonşular bütün hadisələrə şahidlik etmişlər. Qeyd etmişdir ki, ümumilikdə Arzunun əlində heç nə olmamış və o, Mənzəri vurmamışdır. Sadəcə o yerdə olarkən onun ayağa durmasına icazə verməmişdir. Onun əlində ağac olmamış, o, həyətdə olan kiçik ağ plastik borunu Mənzərin əlindən alaraq Mənzərə sadəcə 1-2 zərbə vurmuşdur. Hal-hazırda onlar arasında olan mülki proses onun xeyrinə bitmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, xalası Mənzəri vurmaq istəməmişdir. Aralarında yaranmış mübahisədə əsəbiləşmiş və xalasını ağ plastik boru ilə vurmuşdur. Eyni zamanda xalası yerdə olan daşı götürərək ona tərəf atmışdır. Daş isə onun kürək nahiyəsinə dəymişdir. Mənzər ilə aralarında məhkəmə mübahisələri vardır. O, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə mirasla bağlı müraciət etmişdir. Eyni zamanda xalası Mənzər və dayısı Knyaz da qarşılıqlı iddia ilə müraciət etmişlər. Hazırda həmin məhkəmə prosesi yekunlaşmışdır. Bakı şəhər Səbail Rayon Məhkəməsində xx.xx.2022-ci il tarixdə qətnamə qəbul edilmişdir. Məhkəmənin yekun qətnaməsindən xalası tərəfindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Hadisə gününə qədər dəfələrlə aralarında mübahisə olmuşdur və məhz onlar arasında mirasla bağlı olan məhkəmə prosesi də uzun müddətdir davam etmişdir. O, Mənzərə xalası Mahizər xəstə olduğu zamanlar onun harada olmasını və gəlib bacısının qayğısına niyə qalmadığını soruşduqda Mənzər ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır və o da bundan qəzəblənmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirmişdir ki, X3 onun bacısıdır. Mahizər Əsgərova xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Lakin, o bunu 1 həftə sonra bilmişdir. O, həmin vaxt Rusiya Federasiyasında olduğu üçün həmin ərəfədə Azərbaycan gəlməmişdir. Bacısının qızları Təqsirləndirilən şəxs və Şahid2 həmin əmlaklardan özlərinə pay istəmiş və bunun üçün onlarla mübahisəyə başlamışlar. O, əvvəl əmlaklardan özünə düşən payları istəməmişdir. Çünki o, ilin çox hissəsini Rusiyada olduğu üçün həmin paydan götürmək istəməmişdir. Lakin Arzu və Aynurənin bu hərəkətlərindən sonra o, öz payını götürəcəyini bildirmişdir. Bundan sonra 2021-ci ilin yay ayında o, Bakı şəhərinə gəlmişdir. Burada özünə vəkil tutub, ona etibarnamə vermişdir ki, onun adından işlər görsün. Bundan sonra o, çıxıb getmişdir. Aynurə və Arzu bunu bildikdən sonra artıq onunla düşmənçilik aparmağa başlamışlar. Buna baxmayaraq Arzu və Aynurə evlərdə kirayə qalan şəxslərdən kirayə haqqını alıb öz şəxsi işlərinə xərcləmişlər. Onlar isə buna heç bir etiraz etməmişdir. Çünki, bu barədə məhkəməyə müraciət etmişlər. Hal-hazırda həmin işlərlə əlaqədar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində prosesləri gedir. Onun Aynurə və Arzunun pulu alıb xərcləməsinə etiraz etməmə səbəbi ondan ibarət olmuşdur ki, məhkəmə sonra qərarını verəcəkdir. Lakin, onun qızı Bakı şəhərinə gəldikdə Mahizər bacısının evində gecələdiyi üçün Arzu və Aynurə buna etiraz etmiş və buna görə onlarla münaqişələr etməyə başlamışlar. Bundan sonra o artıq dözməyərək bu işin sonuna gedəcəyini və kimin hansı haqqı varsa onu götürəcəyini icra etmək üçün Bakı şəhərinə gəlmişdir. İlk olaraq ünvan 3 ünvanında yerləşən mənzilə qardaşı Knyazla birlikdə gedərək evdə kirayə yaşayan şəxsdən ev sahibinin vərəsəsi olduğunu bildirib evdən çıxmasını istəmişlər. Bundan sonra həmin şəxslər heç bir etiraz etmədən evdən çıxıb getmişlər. Bundan bir neçə gün sonra o və qardaşı bacısı Mahizərin digər mənzili olan ünvan 2 ünvanına getmişlər. Evdə yaşayan şəxslərə bildirmişlər ki, 3 nəfər vərəsədirlər və evdən çıxmasını istəmişlər. Lakin, evdə qalan şəxslər xahiş etmişdir ki, evə öyrəşiblər imkan varsa evdə yaşasınlar. Bundan sonra o, həmin şəxsə bildirmişdir ki, onlar 3 nəfər vərəsədirlər. Onlarla söhbət edib bir cavab deyəcək. O həmin şəxsə bildirmişdir ki, məhkəmə qurtarana kimi qalsınlar lakin, kirayə pulunu özü götürəcək. Çünki, vəfat edən bacısının həkimlərə verəcəyi vardır. Onları ödəyəcəyəkdir. Bu razılıqdan sonra o, oradan getmişdir. xx.xx.2022-ci il tarixdə evdə qalan Mürvət adlı şəxs onun telefonuna mesaj yazaraq bildirmişdir ki, kirayə pulu hazırdır və gəlib götürə bilər. Bundan sonra xx.xx.2022ci il tarixdə saat təxminən 12 radələrində o, həmin ünvana getmişdir. O, evə çatdıqda Mürvət evdə olmamışdır. Bir neçə dəqiqə keçdikdən sonra Mürvət evə gəlmiş və pulu verə bilmədiyini, buna Aynurənin icazə vermədiyini, hal-hazırda Aynurənin ünvana gəldiyini bildirmişdir. Aynurənin necə insan olduğunu bildiyi üçün o, təcili evdən çıxmışdır ki, onunla qarşılaşmasın. Məhəlləyə çıxdıqda saat təxminən 13 radələrində Mürvət də onunla birlikdə çıxmışdır. Bu zaman Aynurə və Arzu onunla qarşılaşmışdır. Həmin vaxt Aynurənin əlində uzun bir ağac, Arzunun əlində isə ağ rəngli plastikdən boru olmuşdur. Ona çatan kimi Aynurə əlində olan ağacla başına 1 dəfə vurmuşdur və o, həmin an yıxılmışdır. Bu zaman Aynurə və Arzu onun ilk öncə baş və üz nahiyəsinə vurmağa başlamışlar. Bu zaman o, içində sənədləri olan çantasını qucaqlayaraq onların zərbəsindən yayınmaq üçün yerdə fırlanmağa başlamışdır. Bu zaman Aynurə və Arzu onun bədəninin müxtəlif hissələrinə, yəni, baş, üz, bud və bel nahiyəsinə vurmuşlar. Bundan sonra onun yanında olan azyaşlı nəvəsi Şahid3 polisə zəng etmişdir. Polislər hadisə yerinə gəldikdən sonra onları polis şöbəsinə aparmışlar və orada müraciətini etdikdən sonra o, tibbi müayinədən keçmək üçün polis şöbəsindən kənarlaşmışdır. Konkret olaraq hadisə xx.xx.2022-ci il tarixdə saat 13 radələrində baş vermişdir. Onu Aynurə döymüşdür. Aynurə əlində olan ağacla birinci onun başından vuraraq onu yıxmış, daha sonra Aynurə əlində olan ağacla onun baş, üz, boyun nahiyəsinə, Arzu isə əlində olan ağ rəngli plastik boru ilə baş, kürək, yan hissəmə vurmuşdur. Hadisə zamanı o, Arzu, Aynurədən başqa nəvəsi Şahid3, evdə kirayə yaşayan Mürvət və digər qonşular orada olmuşdur. Həmin qonşuları tanımır. Hadisə təxminən 10 dəqiqəyə yaxın davam etmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, diskə baxış zamanı Arzu tərəfindən deyil Aynurə tərəfindən döyüldüyünü aşkar etmişdir. Hadisə anını tam xatırlamır. Diskə baxış zamanı xatırlamışdır ki, Arzu onu tutmuş və Aynurə də əlində olan ağ plastik boru ilə onu döymüşdür. Həmin vaxt isə o, özünü müdafiə etmək üçün başını tutmuş və gözünü bağlamışdır. Hadisə zamanı Mürvət onların yanında olmuşdur. Bacısı Mahizər öldükdən sonra Rusiyadan Bakıya nə vaxt qayıtdığını xatırlamır. Bacısı öləndən bir həftə sonra öldüyündən xəbər tutmuşdur. Bakıya bu dəfə nəvəsinin əməliyyatı üçün gəlmişdir. Həmin evləri kirayəyə bacısı Mahizər vermişdir. O, öldükdən sonra isə kirayə pulunu Aynurə və Arzu götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2018-ci ildən ünvan 6 ünvanında kirayə qalmışdır. Kirayə haqqı 200 manat olmuşdur. Hər ay kirayə haqqını ev sahibi Mahizərə ödəmişdir. xx.xx.2021-ci il tarixdə Mahizər vəfat etmişdir. Bundan sonra özünü Mahizər xanımın bacısı qızı kimi təqdim edən Aynurə xanım gəlib onunla tanış olmuş və vərəsəliyin onda olması səbəbindən kirayə haqqını ona ödəməyini istəmişdir. O da onun dediyi kimi hər ay 200 manat pulu kart vasitəsi ilə Aynurəyə ödəmişdir. 2022-ci ilin aprel ayında özünü Mahizərin bacısı kimi təqdim edən Mənzər adlı şəxs həmin ünvana gəlmiş, vərəsənin özünün olmasını bildirib evdən çıxmağını və ya kirayə haqqını ödəməyini istəmişdir. O da həmin şəxsə bildirmişdir ki, kirayə haqqını Aynurəyə ödəmişdir. Bundan sonra bildirmişdir ki, 1 ay sonra pulu ona ödəsin. O, onunla ilkin olaraq razılaşsa da sonradan düşünmüşdür ki, Aynurəyə bu barədə məlumat versin. Bəlkə həmin şəxs yalan deyir. O, Aynurəyə bu barədə məlumat verdikdə o bildirmişdir ki, həmin şəxs yalan deyir. xx.xx.2022-ci il tarixdə o, Mənzər adlı qadına səsli mesaj göndərərək Aynurə ilə problemi həll edib etməməsini soruşmuşdur. Lakin, həmin qadın onun mesajına cavab verməmişdir. xx.xx.2022-ci il tarixdə evdə olarkən Mənzər adlı qadın mənzilə gəlmiş və pulu tələb etmişdir. O da bu barədə Aynurəyə xəbər vermişdir ki, sonra ona problem yaranmasın. Aynurə yolda olduğunu və çatdığını bildirib gözləməyini xahiş etmişdir. O, bu barədə Mənzərə məlumat verdikdə Mənzər onların gəldiyi təqdirdə dava olacağını, onları gözləməyəcəyini bildirmişdir. Bu zaman o, mənzildən çıxıb həyətə keçmişdir. O da onun arxasıyca həyətə keçdikdə Aynurə və bacısı Arzu həyətə daxil olmuş və bununla da onların münaqişəsi başlamışdır. Mənzər oranı tərk etməyə çalışmışdır. Bu zaman Aynurənin əlində ağ rəngli plastik boru olmuşdur. Aynurə və Arzu münaqişə zamanı Mənzəri itələyib yerə yıxmışdır. Bundan sonra Aynurə əlindəki ağ plastik boru ilə bir neçə dəfə yerdə olan Mənzəri vurmuşdur. Çünki Mənzər artıq yerdən dura bilməmişdir. Arzunun əlində heçnə görməmişdir. Lakin, o da Mənzərlə münaqişə etmişdir. Onu yerdən durmağa qoymamışdır. Arzunun onu vurmasını görməmişdir. Bundan sonra o, oradan uzaqlaşmaq istəyərkən, polislər ora gəlmişdir. Bundan sonra onlar aralaşmış və polislərlə getmişlər. Hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə zamanı orada Mənzərin adını bilmədiyi nəvəsi və həyətdə olan digər qonşular olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Mənzər, Aynurə və Arzu arasında mübahisə yaranmış və ilk öncə Mənzər yerdə olan güldanı Aynurəyə tərəf atmışdır. Daha sonra yerdəki ağ plastik borunu əlinə almışdır. Bu zaman Arzu borunu onun əlindən almışdır. Arzunun əlində telefon var idi və o, çəkiliş etmişdir. Aynurə plastik borunu əlinə alaraq Mənzəri vurmuşdur. Kirayə pulunu öncə Mahizərə vermişlər. Mahizər öldükdən sonra kirayə pulunu almağa Aynurə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun xalasıdır. Onun müraciəti ilə PŞ-də tanış olmuşdur. Hal-hazırda onun ifadəsi ilə də tanış olduqdan sonra qeyd etmişdir ki, onun dedikləri yalandır. Onun xalası X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Xalasının övladı olmadığı üçün o və bacısı Aynurə həmişə ona dəstək olmuş, onun evində qalmışlar. Onlar Mahizərlə çox yaxın olmuşlar. Xalası vəfat etdikdən sonra onun yas mərasimini və digər işlərini bacısı və o görmüşdür. Həmin vaxt nə xalası Mənzər olmuş, nədə ki dayısı Knyaz. Onlar heç biri yaxın gəlməmişdir. Mərasimlər bitdikdən sonra xalasına aid avtomobil və 2 ədəd ev qeyrirəsmi olaraq bacısı və onun öhdəliyinə keçmişdir. Həmin evlərdə kirayə qalan şəxslər ödənişləri onlara vermişlər. Avtomobil isə xalası rəhmətə getdiyi vaxtdan onların Şəmkir rayonunda olan mənzillərindədir. Xalası xəstə olarkən hər kəsə məlumat vermişlər. Lakin, nə qardaşı nədə bacısı gəlməmişdir. Təxminən 4-5 ay bundan öncə xalası Mənzər və dayısı Knyaz birləşərək vəfat etmiş xalası Mahizərin əmlakını onlardan tələb etmişdir. Onlarda xalası və dayısına etiraz edərək bu vaxta kimi harada olmalarını soruşmuşlar. Bundan sonra onların mübahisə və münaqişələri başlamışdır. Onlar özbaşınalıq etməyə başlamışlar. Bundan sonra dayısı və xalası Mahizər xalasına məxsus ünvan 7 ünvanına gedərək özlərini vərəsə kimi təqdim edərək orada kirayə yaşayan şəxsləri evdən çıxarmışlar. Buna baxmayaraq nə o nədə bacısı Aynurə buna etiraz etməmişdir ki, məhkəmə prosesi gedir və məhkəmə nə qərar versə o da olacaqdır. Bundan bir neçə gün sonra xalası Mahizərə məxsus ünvan 4 ünvanında kirayə yaşayan Mürvət adlı şəxs Aynurə ilə əlaqə saxlayaraq bildirmişdir ki, xalası Mənzər həmin ünvana gəlmiş və özünü vərəsə kimi təqdim etmiş, kirayə haqqını ona verməsini tələb etmiş və əks halda evdən çıxmasını istəmişdir. Aynurə və o, həmin vaxt Şəmkir rayonunda olmuş və Mürvətə bildirmişdir ki, Bakı şəhərinə gəldikdə məsələni həll edəcəklər. Bundan sonra dayısı Knyaz və xalası Mənzər mütəmadi həmin ünvana gedib onları narahat etmişdir. Mürvət mütəmadi əlaqə saxlayaraq onların narahat edilməsini bildirmişdir. Məhkəmə prosesi ilə əlaqədar o və Aynurə Bakı şəhərində olarkən Mürvət yenidən əlaqə saxlamış və onların yenidən narahat edildiyini bildirmişdir. Həmin vaxt Mürvət yenidən zəng etdikdə o Mürvətə bildirmişdir ki, əgər bir daha gələrsə xəbər etsin və o gəlib onlara izah edəcək. xx.xx.2022ci il tarixdə Mürvət əlaqə saxlayaraq Mənzərin gəldiyini bildirmiş və onda qeyd etmişdir ki, Bakıdadırlar və gəlirlər. O, Aynurə ilə həmin ünvana getmişdir. Ora çatdıqda onlar həyətə daxil olmuş və həyətdə Mənzərlə qarşılaşmışdırlar. Bu zaman Mənzər onları təhqir etməyə başlamışdır. Bundan sonra o yerdə olan güldanı götürərək onların üzərinə atmışdır. Həmin güldan bacısı Aynurənin başına dəymişdir. Aynurə zərbədən yıxılmışdır. Həmin vaxt Mənzər özü də yerə yıxılmışdır. O, Mənzərin durub hücum etməməsi üçün onun durmasına imkan verməmiş və oturamasını tələb etmişdir. Bu zaman Aynurəyə dəyən zərbədən sonra o əsəbləşərək həyətdə olan plastikdən kiçik borunu götürüb onun arxa, bud tərəfindən 1-2 zərbə vurmuşdur. Bu zaman Mənzər yalandan yerdə fırlanmağa başlamışdır. Aynurə nə onun başına, nədə başqa yerinə zərbə vurmamışdır. Sadəcə olaraq onun qeyd etdiyi hissələrinə vurmuşdur. Bundan sonra o Aynurənidə saxlamış və polisə zəng etməsini bildirmişdir. Həmin vaxt Mənzər yerdən daş götürərək onlara tərəf atmışdır. Həmin daş Aynurənin kürək nahiyəsinə dəymişdir. Bundan sonra polislər gəlmiş və onları polis şöbəsinə dəvət etmişdirlər. Konkret olaraq hadisə xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi 27 ünvanında baş vermişdir. Hadisə zamanı ətraflarında Mürvət və digər qonşular olmuş, həmin qonşular bütün hadisələrə şahidlik etmişdirlər. Ümumilikdə onun əlində heçnə olmamış və o Mənzəri vurmamışdır. Sadəcə o yerdə olarkən onun ayağa durmasına icazə verməmişdir. Bacısı Aynurənin əlində ağac olmamış, o həyətdə olan kiçik ağ plastik borunu götürərək Mənzərə sadəcə 1-2 zərbə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, onunla birlikdə eyni həyətdə illərlə X3 yaşamış və xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onunla birgə həmin ünvanda Mahizərin bacısı qızları Arzu və Aynurə yaşamışdır. Onlar daim orda olmasalar da mütəmadi olaraq gəlib getmişlər. Mahizər vəfat etdikdən sonra həmin ünvana onun qardaşı və bacısı gəlmiş, evin onların olmasını bildirmişlər. xx.xx.2022-ci il tarixdə o, yaşadığı ünvanda olarkən özünü Mahizərin bacısı Mənzər kimi təqdim edən şəxs həmin ünvana gəlmiş, orada kirayə yaşayan Mürvətlə söhbət etmiş, həmin vaxt o, öz qapısından onların mübahisəsinə qulaq asmışdır. Bu zaman yəni saat təxminən 13 radələrində Arzu və Aynurə həyətə gəlmiş, qonşu Sevdanın qapısında Mənzərlə mübahisə etməyə başlamışdırlar. Bundan sonra Mənzər Sevdanın qapısında şkafın üstündə olan gül qabını Arzu və Aynurəyə tərəf atmış, həmin gül qabı Aynurəyə dəymiş və yerə düşərək dağılmış, həmin yerdə olan ağ rəngli borunu götürmüş və Aynurəyə hücum etmək istədikdə Aynurə borunu onun əlindən alaraq bir neçə dəfə onu vurmuşdur. Bundan sonra polislər gəlmiş və onları polis şöbəsinə aparmışdırlar. Hadisə zamanı o, Mürvət, qonşu Sevda orada olmuş və onları ayırmışlar. Arzu Mənzəri vurmamışdır. Sadəcə olaraq o yerə yıxıldıqdan sonra Arzu ona durmamasını tapşırmışdır. Həmin vaxt Arzunun əlində heç bir şey olmamış, Aynurənin əlindəki boruda qonşu Sevdaya məxsus olmuş, hadisədən sonra onu tapa bilməmişdir. Mənzərin Aynurəyə tərəf daş atmasını görməmişdir. Ümumilikdə isə Aynurənin xəsarətlərini hadisədən sonra görmüşdür. Konkret olaraq ümumilikdə Arzunun əlində heçnə olmamış və o, Mənzəri vurmamışdır. Sadəcə o yerdə olarkən onun ayağa durmasına icazə verməmişdir. Aynurənin əlində ağac olmamış, o, həyətdə olan kiçik ağ plastik borunu Mənzərin əlindən alaraq Mənzərə sadəcə 1-2 zərbə vurmuşdur. Həmin boru və gül qabı qonşu Sevdaya məxsus olduğu üçün bu barədə mənim məlumatım yoxdur. Həmin boru təxminən 25-30 sm uzunluğunda plastikdən olmuş, gül qabı ağ rəngli təxminən 8-10 kiloqramlıq emusiya vedrəsi olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hadisə başlayandan bitənə qədər orada olmuşdur. Mübahisəni Mənzər başlatmışdır. Aynurə gələnə qədər Mənzər əlindəki sənədi hamıya göstərirmiş. Mənzər ilk öncə yerdəki gül qabını götürüb Aynurəyə atmışdır, lakin gül qabının içərisində gül olmamışdır, yalnız torpaq olmuşdur. Daha sonra polis əməkdaşları gələrək hamısını polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə nənəsinə səsli mesaj ataraq kirayə pulunu gəlib almasını bildirdilər. Kirayəçilər orada kirayə pulunu verə bilmədiklərini və Arzu ilə Aynurənin gəlməsini gözlədiklərini bildirdilər. Onlar gözləyə bilməyəcəyini bildirsələr də, qonşular israr etmişlər. Sonradan Aynurə ilə Arzu gəlmişdir. O, daha öncə həmin qadınların nənəsinin qardaşı qızları olduğunu düşünmüşdür. Həmin qadınlar gələn kimi nənəsini təhqir etməyə başlamış və üzərinə hücum etmişlər. Qadınlardan biri video çəkmişdir. Birinin əlində ağac, birinin əlində isə ağ plastik boru olmuşdur. Qadınlardan biri nənəsinin çiynindən vurmuşdur. Bu zaman qorxmuş və dərhal çölə çıxaraq polisi yığmışdır. Polislər ünvana gələrək onları qarşılamağı istəmişlər. Daha sonra içəri qayıtdıqda qadınların hələ də nənəsini döydüyünü görmüşdür. O, nənəsinin öldürülməsindən qorxmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyi” X8 xx.xx.2022-ci il tarixli, 487 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə - tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, alının sağ yan səthinin qulaqdibi nahiyənin şişkinli hematoması, sağ və sol dirsək oynağının, sağ əlin daraq falanqasının ön səthinin, sol bazunun, sağ və sol budun qançırları, sol daban nahiyəsinin səthi əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarın göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyi” X8 xx.xx.2022-ci il tarixli, 492 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə - tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ və sol saidin, sol bazunun, sol əlin ovuc səthinin, sol sağrının qançırları, sol aşıq – baldır oynağının sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarın göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərin xarakterinə və yerləşdiyi nahiyəyə əsaslanaraq demək olar ki, həmin xəsarətləri şəxsin özü-özünə yetirə bilməsi inandırıcı deyil. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyi” X8 xx.xx.2022-ci il tarixli, 26/487 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə - tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, alının sağ yan səthinin qulaqdibi nahiyənin şişkinli hematoması, sağ və sol dirsək oynağının, sağ əlin daraq falanqasının ön səthinin, sol bazunun, sağ və sol budun qançırları, sol daban nahiyəsinin səthi əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarın göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcələrinə görə alının sağ səthinin yan səthinin qulaqdibi nahiyənin şişkinli hematoması ilə müşayiət olunan qapalı kəllə-beyin travması , baş beynin silkələnməsi ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sağ bud – çanaq oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan sağ sağrının şişkinlik hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sağ və sol dirsək oynağının, sağ əlin daraq falanqasının ön səthinin, sol bazunun, sağ və sol budun qançırları, sol daban nahiyəsinin səthi əzilmiş yarası isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ünvan 9 ünvanının qarşısında dayanaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Arzu və Aynurə onunla həmin ünvanda qarşılaşmışlar. Onlar həyətə çatan kimi Aynurə əlindəki ağacla onun başından bir dəfə vuraraq yerə yıxmışdır. O, yerə yıxıldıqdan sonra Arzu və Aynurə onun baş, üz, bud və bel nahiyələrinə dəfələrlə vurmuşdur. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Şahidin ifadəsinin yerində yoxlanılması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 ünvan 9 ünvanının qarşısında dayanaraq bildirmişdir ki, Mənzərlə həmin yerdə mübahisə etmişlər. Mənzər əlinə plastik boru götürüb onu vurmaq istəyəndə bacısı Aynurə onun əlindən almış və onun arxa və bud nahiyəsindən vurmuşdur. O, Mənzəri döyməmiş və heç bir xəsarət yetirməmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Şahidin ifadəsinin yerində yoxlanılması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanının qarşısında dayanaraq bildirmişdir ki, Mənzərlə həmin yerdə mübahisə etmişlər. Mənzər əlinə plastik boru götürüb onu vurmaq istəyəndə o, borunu Mənzərin əlindən almış və onun arxa və bud nahiyəsindən vurmuşdur. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Əşyanın götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 könüllü olaraq istintaqa təqdim etdiyi 01 ədəd DVD disk götürülmüşdür. “Təqdim olunmuş diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, videoda görünür ki, bir ədəd qadın çəkiliş aparır. Qarşısında qırmızı rəngli paltar geyinən qadın irəliləyir və əlində heç nə yoxdur. Bundan sonra yaşlı qadınla qarşılaşırlar. Aralarında mübahisə baş verir. Qırmızı rəngli geyinən qadın əlində ağ plastik boru ilə təhqirlər edir. “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid2 könüllü olaraq istintaqa təqdim etdiyi 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə düzgün tövsif edilməmişdir. Onun törətdiyi əməl Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli olduğuna dair mövqeyini məhkəmə aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsbit edilmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericilklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Cinayət qanununun bu maddəsinin tərkibi üçün istər əşyaların məhv etmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd olunur ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib Zərərçəkmiş şəxs silah qismində istifadə olunan əşya (ağ plastik boru) ilə qəsdən vuraraq ona qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, alının sağ yan səthinin qulaqdibi nahiyənin şişkinli hematoması, sağ və sol dirsək oynağının, sağ əlin daraq falanqasının ön səthinin, sol bazunun, sağ və sol budun qançırları, sol daban nahiyəsinin səthi əzilmiş yarası, yəni sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vuraraq xuliqanlıq etmişdir. Məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibinin olmadığı, onun əməlində yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibinin aşkar müəyyən edildiyi halda ibtidai istintaq orqanı iş üzrə düzgün nəticəyə gəlinməsi və təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları ümumiyyətlə nəzərə almadan onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli olması qənaətinə gəlmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün 15 may 2022-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını əhəmiyyətli hesab edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə istintaq zamanı elan olunmuş ittihamın mahiyyəti, yəni Təqsirləndirilən şəxs təqsirləndirildiyi xuliqanlıq hərəkətlərinin mahiyyəti açıqlanmamışdır. İşin obyektiv vəziyyətindən isə aydın olur ki, ictimai qaydanın kobud surətdə pozulması hadisənin baş verdiyi ünvan 10 ünvanın qarşısı ilə ifadə olunmuş, lakin ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxsə elan olunmuş xuliqanlıq ittihamında onun ünvan 10 ünvanın qarşısında zərərçəkmişə xəsarət yetirməsi göstərilsə də bununla yanaşı xuliqanlıq cinayətinin qanunda təsbit olunmuş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin konkret hansı hərəkətlərdə ifadə olunması göstərilməmişdir. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hadisə vaxtı hadisə yerində kənar şəxslərin olması ibtidai istintaqda olduğu kimi məhkəmə istintaqı zamanı da sübut olunmamışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs ictimai qaydanı pozmasına istinad etsə də, ibtidai istintaq orqanı tərəfindən konkret olaraq həmin vaxt hadisə yerində cəmiyyətin, yəni kənar şəxslərin toplaşması (halbuki yuxarıda qeyd olunan ünvanda baş vermiş hadisədə yalnız Zərərçəkmiş şəxs, onunla bir yerdə hadisə yerinə gəlmiş nəvəsi A.Tagieva, mübahisəli evdə kirayə yaşayan Şahid1, təqsirləndirilən şəxslə hadisə yerinə gəlmiş bacısı Təqsirləndirilən şəxs və hadisənin əvvəlindən axırına qədər orada olmuş Şahid4 olmuşdur), hansı kənar şəxslərin toplaşması, mübahisənin aradan qaldırılması məqsədi həmin şəxslərin hadisəyə müdaxilə etməsi müəyyən edilməmiş, əgər kənar şəxslər olmuşlarsa da, həmin şəxslərin ifadələri alınmamış, şahidlər siyahısında göstərilməmişdir. Bundan əlavə məhkəmə, baş vermiş hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri və hadisənin səbəbi barədə qeyd edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xalasıdır və onların münasibətləri baş vermiş hadisədən daha əvvəl normal olmamışdır. Onların arasında yaranmış mübahisə Təqsirləndirilən şəxs digər xalası X2 vəfat etməsindən sonra miras qalmış ünvan 11 ünvanında kirayəşin yaşayan Şahid1 aylıq kirayə pulunun kim tərəfindən alınması, həmçinin həmin mübahisəli mənzil ilə bağlı hazırda vərəsəliklə bağlı məhkəmə mübahisələrinin olmasıdır. Bu hal həmçinin Şahid1 ifadəsi ilə də təsdiq olunur. Belə ki, Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ildən ünvan 6 ünvanında kirayə qalmışdır. Hər ay kirayə haqqını ev sahibi Mahizərə ödəmişdir. xx.xx.2021-ci il tarixdə Mahizər vəfat etmişdir. Bundan sonra özünü Mahizər xanımın bacısı qızı kimi təqdim edən Aynurə xanım gəlib onunla tanış olmuş və vərəsəliyin onda olması səbəbindən kirayə haqqını ona ödəməyini istəmişdir. O da onun dediyi kimi hər ay 200 manat pulu kart vasitəsi ilə Aynurəyə ödəmişdir. 2022-ci ilin aprel ayında özünü Mahizərin bacısı kimi təqdim edən Mənzər adlı şəxs həmin ünvana gəlmiş, vərəsənin özünün olmasını bildirib evdən çıxmağını və ya kirayə haqqını ödəməyini istəmişdir. O da həmin şəxsə bildirmişdir ki, kirayə haqqını Aynurəyə ödəmişdir. Bundan sonra bildirmişdir ki, 1 ay sonra pulu ona ödəsin. O, onunla ilkin olaraq razılaşsa da sonradan düşünmüşdür ki, Aynurəyə bu barədə məlumat versin. Bəlkə həmin şəxs yalan deyir. O, Aynurəyə bu barədə məlumat verdikdə o bildirmişdir ki, həmin şəxs yalan deyir. xx.xx.2022-ci il tarixdə evdə olarkən Mənzər adlı qadın mənzilə gəlmiş və pulu tələb etmişdir. O da bu barədə Aynurəyə xəbər vermişdir ki, sonra ona problem yaranmasın. Aynurə yolda olduğunu və çatdığını bildirib gözləməyini xahiş etmişdir. O, bu barədə Mənzərə məlumat verdikdə Mənzər onların gəldiyi təqdirdə dava olacağını, onları gözləməyəcəyini bildirmişdir. Bu zaman o, mənzildən çıxıb həyətə keçmişdir. O da onun arxasıyca həyətə keçdikdə Aynurə və bacısı Arzu həyətə daxil olmuş və bununla da onların münaqişəsi başlamışdır. Əlavə olaraq bu hal iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-973/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli məhkəmə qətnaməsi ilə təsdiq olunur. Belə ki, məhkəmə qətnaməsindən görünür ki, cinayət hadisəsi baş vermiş ünvan 11 ünvanında yerləşən mənzilə və digər əmlaklara dair miras payının müəyyən edilməsinə dair təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs və digərləri arasında mülki məhkəmə mübahisəsi olmuş və həmin məhkəmə mübahisəsi hazırda yekunlaşmış və vərəsələrin miras pay hüquqları müəyyən edilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı qeyd olunan xüsusatların üstündən keçərək, iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırmadan təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu, həmçinin baş vermiş hadisənin qohumlar arasında şəxsi münasibətlər zəminində olması müəyyənləşdirilməmişdir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməsi zərurəti olduğu halda bunu etməyərək, eyni zamanda baş vermiş hadisənin qohumlar arasında şəxsi münasibətlər zəminində törədilməsini nəzərə almayaraq təqsirləndirilən şəxs X4 əməlin əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Pelnumunun qərarlarına uyğun olaraq belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlər mövcud olmadığından onun əməli xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı yönəlmiş qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, habelə Təqsirləndirilən şəxs tərəfindən silah qismində plastik borudan istifadə etməsi cinayətin tövsifinə təsir etmədiyindən onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını və bir övladının (Şəxs. vəs. AA3642891) olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 iş saatına görə 300 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.8, 43.1.2, 175, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 iş saatı üçün cəmi 300 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-79/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-79/2023
29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver