Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-79/2025 09.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-ъц илдя Бакы шящяриндя анадан олмуш, Азярбайъан Республикасы вятяндашы, ишсиз, фярди əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, orta təhsilli, subay, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış massivi, ev 54, мянзил 53-дя гейдиййатда олмагла Бакы шящяри, Няриманов району, А.Немятулла кцчяси, ев 69-да кирайядя йашамыш, барясиндя «щябс» гятимкан тядбири сечилмякля щазырда Азярбайъан Республикасы Ядлиййя Назирлийинин Пенитенсиар Хидмятин Бакы Истинтаг Тяъридханасында Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs texniki cəhətdən saz və atəş üçün yararlı, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 5,6 mm kalibrli, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş, sonradan lüləsi və qundağı kustar üsulla kəsilməklə öz ilkin təyinatını itirmiş, lüləsinin uzunluğu 331 mm, ümumi uzunluğu 543 mm olmaqla nömrəsi silinmiş, odlu silah hesab edilən 01 ədəd TOZ-8 modelli odlu yivli ov tüfənginin kəsiyini istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib saxlayaraq həmin odlu silahı 24 iyul 2024-cü il tarixdə saat 11:30da ünvan 1 ünvanın yaxınlığında əlindəki qara rəngli sellofan torbanın içərisində daşımaqla öz üzərində gəzdirərkən onun bu qanunsuz əməli barədə əvvəldən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 24 iyul 2024-cü il tarixdə saat 11:30-da ünvan 1 ünvanın yaxınlığında müəyyən edilib saxlanılmış və DİN-in ünvan 2 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirilməklə orada həmin gün saat 13:05-dən etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən qeyd edilən odlu silah 01 ədəd TOZ-8 modelli yivli ov tüfənginin kəsiyi Təqsirləndirilən şəxs əlində saxladığı həmin qara rəngli sellofan torbanın içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləməsə də ətir məhsullarının xırda ticarəti ilə məşğul olur, bu yolla özünü və ailəsini dolandırır. Əvvəllər 2020ci ildə qanunsuz odlu silah saxlama cinayətinə görə məhkum olunmuş, 2021-ci ildə azadlığa buraxılmışdır. Təxminən 3-4 ay qabaq özü Bakı şəhəri Nərimanov rayonu ərazisində anket məlumatlarını bilmədiyi, təsadüfən rastlaşdığı bir nəfər kişidən 200 manat pul müqabilində TOZ-8 modelli bir ədəd «obrez», yəni tüfəng kəsiyi almışdır. Həmin silahın qundağı və lülə hissəsi kəsilmiş vəziyyətdə olmuşdur. Qeyd olunan tüfəng kəsiyini almaqda başqa heç bir kriminal məqsədi və ya niyyəti olmamışdır, onu alandan bəri heç istifadə də etməmişdir. Sadəcə marağı olduğu üçün almış və Bakı şəhəri Nərimanov rayonunda hazırda kirayədə yaşadığı evə gətirib qoymuşdur. Lakin evdə silah saxlamağından heç kimin, nə də ailə üzvlərinin xəbəri və məlumatı olmamışdır. 24 iyul 2024-cü il tarixdə səhər saatlarında həmin silahı evdən çıxartmaq və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisinə aparıb oralarda tanıdığı, diqqət cəlb etməyən bir ərazidə torpağa basdırmaq, yaxud bir yerə qoymaq qərarına gəlmişdir. Belə ki, qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi tanıdığı ərazi olduğu üçün silahı oralarda bir yerə qoymaq fikrinə düşmüşdür. Elə bu məqsədlə həmin TOZ-8 modelli tüfəng kəsiyini qara sellofan torbaya qoyub özü ilə götürmüş və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisinə aparmaq fikri ilə küçəyə çıxmışdır. Elə həmin gün, yəni 24 iyul 2024-cü il tarixdə saat 11:30-da ünvan 1 ünvanın yaxınlığında əlində həmin silahın olduğu qara rəngli sellofan torba ilə olduğu zaman kənardan özünə tərəf mülki geyimli üç nəfər şəxs yaxınlaşaraq onu saxlamışdır. Həmin şəxslər özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirəndən sonra ona da təklif etmişlər ki, özünü təqdim etsin. Öz anket məlumatlarını bildirəndən sonra həmin polis əməkdaşları ona demişlər ki, onun qanunsuz odlu silah və döyüş sursatı saxlamağı, gəzdirməyi barədə özlərində əməliyyat məlumatı vardır, onunla bağlı əməliyyat axtarış tədbiri keçirilir. Polis əməkdaşları özlərində olan bu barədə qərarı ona elan etmişlər, həmçinin üzərində bu kimi qanunsuz əşyaların olub-olmadığını soruşanda özü səmimi etiraf edib demişdir ki, əlindəki qara sellofan torbada bir ədəd tüfəng kəsiyi var. Polis əməkdaşları onu özləri ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. Orada polis əməkdaşları onu şübhəli şəxs kimi tutmuş və özünə hüquqlarının müdafiəsi üçün vəkil də dəvət edilib təqdim olunmuş, heç bir etiraz etməmişdir. Sonra isə hüquq və vəzifələri izah olunmuş, üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş, etiraz etməmişdir. Həmin idarədə otaqların birində vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkiliş edilməklə özünün üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşı əvvəlcə ona təklif etmişdir ki, üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, maddə varsa təqdim etsin. Həmin vaxt özü əlində saxladığı qara sellofan torbadakı TOZ-8 modelli tüfəng kəsiyini təqdim etmişdir. Polis əməkdaşı həmin qara torbanı açıb içərisinə baxış keçirməklə TOZ-8 modelli tüfəng kəsiyini aşkar edib çıxartmış, silaha baxış keçirmişdir. Həmçinin özü üzərində olan, özünə məxsus bir ədəd «Honor» markalı mobil telefonunu da çıxarıb baxışa təqdim etmişdir. Polis əməkdaşı həmin tüfəng kəsiyinə baxış keçirməklə ondan həmin silahı haradan əldə etdiyini soruşmuş, özü isə silahı 3-4 ay qabaq tanımadığı bir nəfərdən maraq üçün 200 manata aldığını etiraf etmişdir. Polis əməkdaşı həmin silahı götürüb elə həmin qara sellofan torbaya qoyaraq qablaşdırmışdır. Sonra şəxsi axtarış prosesi başa çatdığı üçün videoçəkiliş dayandırılmış, polis əməkdaşı tərəfindən həmin prosesdə aşkar edilənlərlə bağlı protokol yazılmış, özü də protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Odlu silah hesab edilən həmin TOZ-8 modelli yivli ov tüfənginin kəsiyini sadəcə silaha marağı olduğu üçün onu almış, başqa heç bir cinayət məqsədi və ya kriminal niyyəti olmamışdır. Həmin tüfəng kəsiyini ona satmış şəxsi tanımır, anket məlumatları da özünə məlum deyil, həmin şəxs orta yaşlı arıq bədənli, qarayanız, təxminən 40-45 yaşlarında bir kişi olmuş, başqa əlamətləri yadında deyil. Onunla Bakı şəhəri Nərimanov rayonu ərazisində təsadüfən rastlaşmış, həmin şəxs özü ona bildirmişdir ki, maddi çətinliyinə görə silahını 200 manata satmaq istəyir. Əməlindən peşmandır.Himayəsində 3 yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 iyul 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlaması, üzərində daşıyıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupuna rəhbərlik özünə həvalə olunmuş, Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 isə əməliyyat qrupuna üzv daxil edilmişlər. Əməliyyat müəyyənləşdirməsi ilə Təqsirləndirilən şəxs anket məlumatları özlərinə artıq məlum olmuş, həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi 24 iyul 2024-cü il tarixdə saat 11:30-da ünvan 1 ünvanın yaxınlığında müəyyən edib onu dərhal saxlamışlar. Saxladıqları ərəfədə həmin şəxs əlində tutduğu qara rəngli sellofan torba ilə hərəkətdə olmuşdur. Xidməti vəsiqələri ona göstərməklə özlərini təqdim etmiş, təkliflərinə əsasən həmin şəxs də özünü təqdim edərək anket məlumatlarını söyləyib Təqsirləndirilən şəxs olduğunu təsdiqləmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah etmişlər, onunla bağlı əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etməklə bildirmişlər ki, onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlaması və üzərində daşıyıb gəzdirməsi barədə əməliyyat məlumatı var, əgər üzərində qanunsuz saxladığı bu kimi predmetlər varsa məlumat versin. Təqsirləndirilən şəxs də səmimi etiraf edib demişdir ki, əlindəki qara sellofan torbanın içərisində bir ədəd “obrez” kimi tanınan silah, yəni bir ədəd tüfəng kəsiyi var. Dərhal vaxt itirmədən Təqsirləndirilən şəxs elə əlindəki qara sellofan torbada daşıdığı pedmetlə birgə özləri ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. Baş İdarəyə gələndən sonra Təqsirləndirilən şəxs Baş X1 xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı Orxan Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquqlarının müdafiəsi üçün vəkil də dəvət olunaraq təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuş və üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Sonra xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, maddə varsa çıxarıb təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs əlindəki qara sellofan torbada “obrez” kimi tanınan bir ədəd tüfəng kəsiyi olduğunu bir daha bildirmiş və həmin torbanı masanın üzərinə qoymaqla təqdim etmişdir. X2 tərəfindən həmin qara sellofan torba açılıb içərisinə baxış keçirilmiş, torbanın içərisindən lüləsi və qundaq hissəsi kəsilmiş vəziyyətdə olan, içərisində patron olmayan bir ədəd tüfəngə bənzər predmet aşkar olunmuş, həmin predmetə əlamətləri üzrə baxış keçirilmişdir. Həmin tüfəng kəsiyinə bənzər predmetlə bağlı şifahi sorğu sual edilərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin silahı təxminən 3 ay əvvəl Bakı şəhəri Nərimanov rayonu ərazisində tanımadığı bir nəfərdən 200 manata almış, sadəcə silahlara marağı olduğu üçün alıb saxlamışdır. Sonra həmin bir ədəd tüfəng kəsiyi X2 tərəfindən götürülüb elə həmin qara sellofan torbaya qoyularaq qablaşdırılmışdır. Sonda isə videoçəkiliş dayandırılaraq şəxsi axtarış və götürmə prosesi başa çatdırılmış, həmin prosesdə aşkar edilənlərlə bağlı X2 tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, özü və digər iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiqləmişlər. Məhkəmə iclasına şahid qismində çağırılmış Азярбайъан Республикасы Дахили Ишляр Назирлийинин Баш Мцтяшяккил Ъинайяткарлыгла Мцбаризя Идарясинин диэяр ямякдашлары Язими Самир Пярвин оьлу вя Зейналов Мящяммяд Мещман oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş oldugu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:40-da şübhəli şəxs qismində tutulmuşdur; Şəxsi axtarış və götürmə aparılması haqqında 24 iyul 2024-cü il tarixli protokola və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlaması, üzərində daşımaqla gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə saat 11:30-da ünvan 1 ünvanın yaxınlığında müəyyən edilib saxlanılmış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirilməklə orada həmin gün saat 13:05-dən etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əlində saxladığı qara rəngli sellofan torbanın içərisindən qundaq və lülə hissəsi kəsilmiş halda 01 ədəd tüfəngə bənzər predmet aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. İş üzrə təyin edilmiş məhkəmə-ballistik ekspertizasının 24 iyul 2024-cü il tarixli 24/1280 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş əşya ilkin variantda keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 5,6 mm kalibrli, TOZ-8 modelli odlu yivli ov tüfəngi olub quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur. Lakin sonradan həmin silahın lüləsi və qundağı kustar üsulla kəsilmiş, hal-hazırda lüləsinin uzunluğu 331 mm, ümumi uzunluğu 543 mm olan silah öz ilkin təyinatını itirmiş 5,6 mm kalibrli TOZ-8 modelli odlu yivli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-958/2024 nömrəli qərarından görünür ki, CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Şəxsi axtarış və götürmə aparılması haqqında 24 iyul 2024-cü il tarixli protokola əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD disk və iş üzrə götürülmüş 5,6 mm kalibrli, lüləsinin uzunluğu 331 mm, ümumi uzunluğu 543 mm olmaqla nömrəsi silinmiş odlu silah hesab edilən 01 ədəd TOZ-8 modelli yivli ov tüfənginin kəsiyi maddi sübutlar hesab edilmişdir. Maddi sübutlardan yaddaşında videogörüntü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılır, 5,6 mm kalibrli, lüləsinin uzunluğu 331 mm, ümumi uzunluğu 543 mm olmaqla nömrəsi silinmiş odlu silah hesab edilən 01 ədəd TOZ-8 modelli yivli ov tüfənginin kəsiyi isə saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İşdə olan 68 saylı MKİS tərəfidən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən onun etirafedici ifadəsi, şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hal kimi nəzərə alır: cinayəti etiraf etməsi, əməlindən peşman olmasını Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cinayət işi üzrə maddi sübut – DİN BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmiş 5,6 mm kalibrli, lüləsinin uzunluğu 331 mm, ümumi uzunluğu 543 mm olmaqla nömrəsi silinmiş odlu silah hesab edilən 01 ədəd TOZ-8 modelli yivli ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, “Şəxsi axtarış və götürmə aparılması” haqqında 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur.Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 24 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 5,6 mm kalibrli, lüləsinin uzunluğu 331 mm, ümumi uzunluğu 543 mm olmaqla nömrəsi silinmiş odlu silah hesab edilən 01 ədəd TOZ-8 modelli yivli ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. “Şəxsi axtarış və götürmə aparılması” haqqında 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxılanılsın. “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-79/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-79/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver