Məhkəmə qərarları › İş №1(005)-8/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-8/2022

11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-8/2022 11.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işləyən tanışının vasitəsilə onu həmin Baş İdarəyə zabit kimi işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs2 vasitəçiliyi ilə 12 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı Bakı “ASAN xidmət" mərkəzində həmin dövrün məzənnəsi ilə 4930 manat təşkil edən 2900 ABŞ dolları pulunu, 2018-ci ilin mart ayının ortalarında isə ünvan 5 ünvanında yerləşən keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin yaxınlığında yerləşən ofisində 10000 manat pulunu, bununla ümumilikdə 14930 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 14930 manat xeyli miqdarda maddı ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, Azərbaycan Respublikası Vergilər Nazirliyində yüksək vəzifədə işləyən tanışının vasitəsilə Zərərçəkmiş şəxs2 tanışı Şahid1 oğlu X9 Nazirliyinin “Ət və ət məhsullarının idxalı və ixracı şöbəsi"nə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq 17 yanvar 2018-ci il tarixdə ünvan 5 ünvanında yerləşən keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin yaxınlığında yerləşən ofisində 10000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 10000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib, “Bakı Avropa məktəbi”ndə işləyən tanışının vasitəsilə onun nəvəsi Məhəmməd Məmmədovu “Bakı Avropa məktəbi”nə şagird kimi qəbul etdirəcəyi barədə yalan vəd verib aldadaraq 2018-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsində yerləşən «İmam Rza» məscidinin qarşısında 500 manat pulu, 2019-cu ilin oktyabr ayının ortalarında isə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında 1000 manat pulunu, bununla ümumilikdə 1500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 1500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib, oğlu Vasif Bədəlovun təhsilini başa çatdırdıqdan sonra aldığı “Dağıstan Dövlət Universitetinin diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirəcəyi barədə yalan vəd verib aldadaraq 13 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Naxçıvan” kafesində 8500 manat pulunu, 2019-cu ilin iyul ayının ortalarında isə ünvan 5 ünvanında yerləşən keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin yaxınlığında yerləşən ofisində 65 manat pulunu, bununla ümumilikdə 8565 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 8565 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 2017-ci ilin payız aylarından tanıyır, 2018-ci ilin yanvar ayının əvvəllərində Xədicə onu Zərərçəkmiş şəxs1 ilə tanış edib işə düzəlməsində köməklik etməsini xahiş etmiş, o, Fəridə demişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə zabit kimi işə düzəldə bilər, ancaq Fəriddən həmin işin düzəlməsi üçün 15000 manat pul istəməmiş və almamışdır. Bu iş üçün, yəni Fəridin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə zabit kimi işə düzəlməsi üçün Xədicə ona Notariat kontoru vasitəsilə 2900 ABŞ dolları pul vermişdir. O da həmin pulu manata dəyişdirdikdən sonra, yalnız adını bildiyi, yaşayış yeri, mobil telefon nömrəsi və digər anket məlumatlarını bilmədiyi «Lətif» adlı şəxsə Xədicədən aldığı 5000 manat puldan, yəni məzənnəsi 2900 ABŞ dolları olan puldan 4000 manatını verib, qalan 1000 manat pulu isə öz ehtiyaclarına xərcləmişdir. Belə ki, «Lətif» adlı şəxs əvvəlcədən ona demişdir ki, əgər ingilis, rus dillərini bilən uca boylu tanışı olarsa, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə işə düzəltməkdə köməklik edə bilər. Həmin iş üçün, yəni Zərərçəkmiş şəxs1 işə düzəlməsi üçün Xədicə ona notariat kontoru vasitəsi ilə cəmi 5000 manat pulun məzənnəsini təşkil edən 2900 ABŞ dolları vermiş, ona başqa pul verməmişdir. Sonra Binəqədi rayonu ərazisində yerləşən «Elit» ticarət mərkəzi ilə üzbəüz, adını xatırlamadığı restoranda qohumu Mais müəllimlə Fəridi tanış etmişdir. O, Mais müəllimi Fəridə göstərib demişdir ki, həmin şəxs, yəni Mais müəllim onu polisə zabit kimi işə düzəlməsinə köməklik edə bilər və eyni zamanda müəyyən məsləhətlər verə bilər. Mais müəllim də bildirmişdir ki, «sənədlərini İradə mənə göstərmişdir, mən ancaq serjant kimi səni polisə işə düzəlməyə köməklik göstərə bilərəm». Fərid buna razı olmamışdır. O, Fəridlə görüşüb müəyyən məsləhətlər verməsini və işə düzəlməkdə köməklik göstərə biləcəyi barədə Fəridə məlumat verməsini Mais müəllimdən xahiş etsə də, aralarında heç bir pul söhbəti olmamışdır, sadəcə bir qohum kimi xahiş etmişdir ki, Fəridə köməklik edib işə düzəltsin, çünki ətrafı genişdir, yüksək vəzifələrdə işləyən tanışları vardır. 2018-ci ilin yanvar ayının ortalarında, dəqiq günü xatırlamır, Xədicə tək onun ofisinə, yəni ünvan 7 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin inzibati binasının yanında yerləşən ofisinə, iş otağına gəlib bildirmişdir ki, Fəridin bibisi gəlib pulu geri istəyir. O isə demişdir ki, «sən nə danışırsan, mən onlardan pul almışam? sən mənə 5000 manat pul notariat kontoru vasitəsi ilə vermisən, vaxtı da gələndə alacaqsan».Bundan başqa onun Xədicə ilə danışığı olmamışdır. Həmçinin o, Xədicədən Samir adlı şəxsin Vergilər Nazirliyinə işə düzəlməsi üçün 10000 manat pul almışdır. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyində yüksək vəzifədə işləyən tanışının vasitəsilə Zərərçəkmiş şəxs2 tanışı Şahid1 oğlu X9 Nazirliyinin “Ət və ət məhsullarının idxalı və ixracı şöbəsi"nə işə düzəldəcəyi barədə vəd verərək 17 yanvar 2018-ci ıl tarixdə ünvan 5 ünvanında yerləşən keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin yaxınlığında yerləşən ofisində Zərərçəkmiş şəxs2 göstərilən məbləğdə pulu almışdır. Zərərçəkmiş şəxs3 şikayəti ilə bağlı bildirmişdir ki, Zərərçəkmiş şəxs3 2 ildən artıq müddətdir ki, tanıyır, onunla dostluq münasibəti olmuşdur. Elçinlə səhv etmirsə Suraxanı rayonunda tanış olmuşlar. Elçin nəvəsini «Avropa Liseyinə» şagird kimi qəbul etdirmək istəmiş, ona müraciət etmişdir, o da adını çəkmək istəmədiyi bir nəfər şəxsə bu məsələ ilə bağlı müraciət etmişdir. Elçinin qayınının uşağı orada təhsil almış və Elçin bildirmişdir ki, mütləq nəvəsi də orada təhsil almalıdır. Onun müraciəti əsasında adını çəkmək istəmədiyi şəxs Elçinin nəvəsi üçün imtahan təşkil etmiş, keçid balı 60 olduğu halda, Elçinin nəvəsi 13 bal toplamış və keçə bilməmişdir. O, Elçindən bu məsələ ilə bağlı 1500 manat pul almışdır, tarixi dəqiq yadında deyil və bu pulu, yəni aldığı 1500 manat pulu da adını çəkmək istəmədiyi həmin şəxsə vermişdir ki, Elçinin nəvəsinin məsələsini həll etsin. Şahid2 və Zərərçəkmiş şəxs4 şikayəti ilə bağlı bildirmişdir ki, hər iki şəxsi o Zərərçəkmiş şəxs3 görə tanımış, düşmənçiliyi və ədavəti olmamışdır, hər iki şəxslə normal münasibəti olmuşdur. Bu şəxslərlə 2019-cu ildə tanış olmuşdur. Zərərçəkmiş şəxs4 oğlu Dağıstan Dövlət Universitetini bitirmişdir və diplomunun Təhsil Nazirliyi tərəfindən təsdiq edilməsi üçün ona müraciət etmişlər. Onlar, Nərimanov rayonu ərazisindəki restoranda görüşmüş, Zərərçəkmiş şəxs4 orada ona 8000 manat pul vermiş, qalan 500 manatını sonra Cahangirin vasitəsilə ona göndərəcəyini bildirmiş, o da həmin 500 manat pulu Cahangirə onları tanış etdiyinə görə verməli idi. Bir sözlə həmin 500 manat pulu Cahangir Zərərçəkmiş şəxs4 sonra alıb özünə götürməli idi. Diplomun təsdiq edilməsi üçün Mayıldan aldığı 8000 manat puldan 1000 manatını isə o həmin gün, dəqiq tarixi yadında deyil, Mayıldan pulu aldıqdan və onlar ayrılandan sonra Zərərçəkmiş şəxs3 onları tanış etdiyinə və vasitəçilik etdiyinə görə vermişdir. 7000 manat pulu isə o adını çəkmək istəmədiyi bir nəfər şəxsə vermişdir ki, bu məsələni həll etsin, lakin həll edə bilməmişdir, o da pulu qaytara bilməmişdir. 2019-cu ilin iyul ayının ortalarında o Cahangirə zəng vurub demişdir ki, Mayıl kişi özünün pensiya kartının şəkilini çəkib ona göndərsin, onlayn şəkildə sonuncunun işi ilə bağlı, rüsum şəklində ödəniş etməlidir,. Zərərçəkmiş şəxs4 oğlu Vasif ona atasının pensiya kartının üz və arxa tərəfdən fotoşəkillərini göndərmiş və o 65 manat pulu iş yerindən personal kompyuter vasitəsilə «Kapital Bank»ın bol kartına olan borcunun onlayn şəkildə ödənilməsinə sərf etmişdir. Mülki iddianı qəbul etmir, belə ki, Zərərçəkmiş şəxs1 işə düzəlməsi üçün Zərərçəkmiş şəxs2 14930 manat deyil, 5000 manat almışdır. Həmin məbləği də Zərərçəkmiş şəxs2 istintaq zamanı iki dəfə olmaqla hissə-hissə qaytarmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs3 onun nəvəsinin «Avropa Liseyinə» şagird kimi qəbul edilməsi üçün 1500 manat pul almışdır. Lakin uşağın bilik səviyyəsi aşağı olduğundan bu iş mümkün olmamışdır. Zərərçəkmiş şəxs3 aldığı pulu isə ona geri qaytara bilməmişdir. Zərərçəkmiş şəxs3 nəvəsinin «Bakı Avropa məktəbi»nə təhsil almaq üçün şagird olaraq qəbul edilməsini özü şəxsən ondan xahiş etmişdir. Ona bildirmişdir ki, nəvəsi 3 dəfə imtahana çağırılıb, kəsilib və buna görə də nəvəsi pis olur. O, uşağın bilik səviyyəsini bildiyindən ona fərdi qaydada müəllim yanına getməyi məsləhət bilmişdir. Uşağın «Bakı Avropa məktəbi»nə qəbul olmaması ilə bağlı yox cavabı verməmişdir. Zərərçəkmiş şəxs2 ilə əvvəllər iş birliyi olmayıb. Onu tanımamışdır. Xədicənin niyyəti iş adamlarını aldadaraq əlavə pul qazanmaq idi. O, Zərərçəkmiş şəxs1 pul almamışdır. Zərərçəkmiş şəxs1 pulu Zərərçəkmiş şəxs2 verib. Zərərçəkmiş şəxs2 isə ona pul verməyib. O, Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ona borc üçün 5000 manat pul verib. Əgər Zərərçəkmiş şəxs1 işə düzəldilməsi ilə bağlı məsələ baş tutsa o, borca verdiyi pulu geri istəmir. Zərərçəkmiş şəxs4 və Şahid2 Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanımışdır. Onlar məsələ ilə bağlı birlikdə söhbət etmişlər. Söhbət onların aralarında olub. Sonda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı qismən ödəməsini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ailəvi tanışıdır. 2017-ci ilin dekabr ayında tanışlarının Bakı şəhərində yerləşən «Yeganə» şadlıq sarayında olan toyunda Xədicə xanımla görüşmüş, sonuncu söhbət əsnasında polisə işə düzəlmək istədiyini bildirmişdir. Xədicə isə ona demişdir ki, İradə adlı tanışı vardır, onunla söhbət edib köməklik etməsini xahiş edər. Aradan bir neçə gün keçmiş Xədicə ona zəng edib bildirmişdir ki, İradə adlı qadınla görüşüb danışmışdır, İradə bildirmişdir ki, onu polisə işə düzəldə bilər. Odur ki, o Bakı şəhərinə gəlib Xədicə ilə görüşmüş, Xədicə demişdir ki, İradə adlı qadın onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə zabit kimi işə düzədə bilər, bunun üçün 15000 manat pul istəyir. O, etiraz etməyib razılıq vermiş və gedib evdən 15000 manat pulun müqabilində 8800 ABŞ dolları gətirmiş və Bakı şəhəri, Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən 40 nömrəli notariat kontorunda 8800 ABŞ dollarının məzənnəsini təşkil edən 15000 manat pulu Xədicə ilə aralarında kredit müqaviləsi bağlanmaqla borc şəklində Xədicəyə vermişdir. Sonra Xədicə ona bildirmişdir ki, ondan aldığı 15000 manat pulu İradəyə vermişdir. Aradan bir müddət keçmiş, görmüşdür ki, iş düzəlmir, vaxt uzanır, odur ki, Xədicədən həmin qadınla onu görüşdürməsini tələb etmişdir. Xədicə bildirmişdir ki, onları görüşdürə bilər. Odur ki, Xədicə həmin qadınla mobil telefonu ilə danışmış, həmin qadın bildirmişdir ki, «Gənclik» metrosunun yanına gəlsinlər. Xədicə ona demişdir ki, gedib həmin qadını götürüb «Gənclik» metrosunun yanındakı «Bazarstore» marketinin yanına gələcək, orada görüşərlər. O özü həmin ünvana getmiş və görmüşdür ki, Xədicə öz avtomaşınında bir nəfər qadınla əyləşib, Xədicənin avtomaşınının sükanı arxasında tanımadığı bir kişi oturmuşdur. Həmin kişi, yəni sürücü avtomaşından düşüb «Bazarstore» marketinə getmişdir. Xədicə sükan arxasına keçmiş, həmin qadın, yəni sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs isə qabaqda sağ tərəfdə oturmuşdur. O da Xədicənin avtomaşının arxa oturacağına, sağ tərəfində oturmuşdur. Xədicə onu İradəyə göstərib bildirmişdir ki, 15000 manat pulu verib polisə işə düzəlmək istəyən həmin şəxsdir. İradə xanım ona bildirmişdir ki, «narahat olma, mən səni Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə polis zabiti kimi işə düzəldəcəyəm, sənədlərini mənə ver», odur ki, o şəxsiyyət vəsiqəsinin, diplomunun və digər sənədlərinin surətlərini Xədicəyə, Xədicə də həmin sənədləri onun yanında İradəyə vermişdir. İradə əvvəlcə Xədicəyə bildirmişdir ki, sənədlərin surətlərin gətirsin, o da sənədlərinin surətlərini çıxarıb gətirmişdir. İradə bildirmişdir ki, sənədlərin surətlərini kiməsə göstərəcək və sonra sənədlərin əslini gətirməyi ona bildirmiş və o çıxıb getmişdir. Daha sonra Xədicə ona bildirmişdir ki, özü gizlin olaraq avtomaşında İradənin dediklərini telefonuna çəkib səsini yazmışdır ki, ola bilsin ki, onları aldatmış olar. Sonradan işin uzandığını görüb Xədicədən işin nə yerdə olduğunu soruşanda, Xədicə bildirmişdir ki, İradə işi düzəldəcəyinə vəd versə də işi uzadır. Odur ki, o İradəyə zəng edib danışmışdır. İradə bildirmişdir ki, narahat olmasın, çalışır, işini düzəldəcəkdir. O isə etiraz edib pulunu geri istəyəndə, İradə bildirmişdir ki, «sən get pulunu Xədicədən istə, sən mənə pul vermisən?». O da gedib Xədicədən pulunu geri istədikdə, Xədicə pulun İradədə olduğunu bildirmişdir. Odur ki, o, İradəyə zəng edib təkidlə görüşmək istədiyini bildirmiş, İradə ona demişdir ki, Nərimanov rayonu ərazisində yerləşən, adını xatırlamadığı restorana gəlsin, o özünə məxsus «Mersedes-Benz» markalı avtomobillə həmin restorana getmiş, İradə orada bir nəfər tanımadığı, təxminən 60-65 yaşlarında, bir kişi ilə onu görüşdürmüşdür, adını xatırlamır. İradə ona həmin kişini göstərib bildirmişdir ki, «sənin işini düzəldən bu şəxsdir». Həmin kişi də İradənin dediklərini təsdiq edib bildirmişdir ki, onu polisə serjant kimi işə düzəldəcək, bir-iki il işləyəndən sonra zabit rütbəsi alar. O isə etiraz edib demişdir ki, istəmir və çıxıb getmişdir. Bu barədə Xədicəyə bildirmiş və pulu ona verdiyini deyib qaytarmasını istəmişdir. Xədicə isə bildirmişdir ki, pulun hamısını İradəyə vermişdir, ala bilmir. Həmçinin mülki iddia tələbini müdafiə edərək məhkəmədən törədilmiş cinayət əməli nəticəsində ona dəymiş 14930 manat məbləğində maddi zərərin mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə zabit kimi işə düzəlmək təklifini Zərərçəkmiş şəxs2 etmişdi. Lakin bu işi Təqsirləndirilən şəxs həll edəcəkdi. O, pulu Zərərçəkmiş şəxs2 vermişdir. Təqsirləndirilən şəxs da həmin pulu Zərərçəkmiş şəxs2 almışdır. Təqsirləndirilən şəxs özü Zərərçəkmiş şəxs2 15000 manat pulu aldığını təsdiqləmişdir. Dəqiq yadında olmasa da təxmini deyə bilər ki, Təqsirləndirilən şəxs ilə 2-3 dəfə görüşmüşdür. Təqsirləndirilən şəxs dövlət işində işlədiyini eşitmiş, amma dəqiq məlumatlı olmamışdır. Zərərçəkmiş şəxs2 ilə tanışlığı olmayıb. Onunla ortaq tanış vasitəsi ilə tanış olmuşdur. Hazırda təqsirləndirilən şəxs barəsində şikayətçidir. Təqsirləndirilən şəxs ilə Nərimanov rayonunda görüşmüşlər. Görüş zamanı işə düzəlməsi ilə bağlı məsələləri müzakirə etmişlər. Onlar üçü birlikdə də görüşmüşlər. Həmin görüşdə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 15000 manat pul verdiyini bildirmişdir. İşə düzəlmək üçün verdiyi pulu birinci Zərərçəkmiş şəxs2 istəmişdir. İlk günlər onu sakitləşdirməyə çalışsa da sonrakı günlər pulu Təqsirləndirilən şəxs istəməli olduğunu bildirdi. O, Təqsirləndirilən şəxs zəng etmiş və o da ona bildirmişdir ki, işi düzələcək. Lakin işi düzəlmədi və onun pulu da geri qaytarılmadı. O biləndə ki, Təqsirləndirilən şəxs yalan danışır artıq onunla görüşməmişdir. Sonuncu dəfə ona zəng edəndə ona bildirmişdir ki, pulu Zərərçəkmiş şəxs2 qaytaracaq, Zərərçəkmiş şəxs2 da ona pulu geri ödəyəcək. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2017-ci ilin sentyabr ayından tanıyır. Həmin ərəfədə bir nəfər şəxsdən eşitmişdir ki, İradə vətəndaşların işə düzəldilməsi işi ilə məşğul olur, bunu eşitdiyi şəxsin adını hazırda unutmuşdur. Odur ki, İradənin mobil telefon nömrəsini öyrənib zəngləşərək görüşmüşdür. O, əvvəlcə harada işləməsini soruşmuş, İradə bildirmişdir ki, vəzifədə işləyir, bu yaxınlarda hər hansı bir rayona İcra Başçısının müavini vəzifəsinə gedəcək, lakin hal-hazırda Bakıda işləyir, vəzifəsini bildirməsə də, demişdir ki, ofisi ünvan 8 ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin yanındadır. 2017-ci ilin dekabr ayında Bakı şəhərindəki «Yeganə» şadlıq sarayında qohumunun toyu olmuşdur, həmin toya Zərərçəkmiş şəxs1 da gəlmiş və söhbət zamanı ona bildirmişdir ki, polisə işə düzəlmək istəyir, əgər tanışı olsa köməklik etməsini xahiş etmişdir. O, bildirmişdir ki, bir nəfər tanış qadın var, bu işlərlə məşğul olur, istəsə onları görüşdürər, özləri söhbət edərlər. Fərid bildirmişdir ki, rayona gedəcəkdir, yeni ildən sonra gəlib söhbət edərlər. Odur ki, o bu barədə İradəyə bildirəndə, İradə, Fəridin boyunun hündürdürlüyü və yaşi ilə maraqlanmışdır. O bildirmişdir ki, Fərid cavan oğlandır, hündürboylu, idman bədən quruluşlu şəxsdir. İradə demişdir ki, Fəridi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə polis zabiti kimi işə düzəlməsinə köməklik edə bilər, ancaq bunun üçün özünə 15000 manat pul verilməlidir. Odur ki, o bu barədə Fəridlə danışıb bildirmişdir. Fərid demişdir ki, Bakıya gəlib söhbət edərlər. 2018-ci ilin yanvar ayının əvvəllərində Fərid Bakıya gəlmiş və bildirmişdir ki, İradə ilə görüşmək istəyir. Odur ki, o Fəridi İradə ilə «Gənclik» metrosunun yaxınlığındakı “Bazarstore” marketin yanında görüşdürmüşdür. Belə ki, onun avtomobilini tanışı Vidadi idarə edib onu və İradəni ora gətirmiş, Fəridlə görüşmüşlər, Fərid onun avtomobilinə əyləşmişdir. Həmin vaxt onları ora gətirən Vidadi avtomaşından düşüb marketə girmiş, o, İradə və Fərid avtomaşında oturub söhbət etmişlər, Fəridi İradə ilə tanış etmişdir. İradə özü Fəridə bildirmişdir ki Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə polis zabiti kimi işə düzəldə bilər, ancaq ona 15000 manat pul verilməlidir, Fərid razılaşıb demişdir ki, pulu ona verəcək, o İradəyə çatdırar. İradədə etiraz etməyib razılaşmışdır. Sonra çıxıb getmişlər. 11 yanvar 2018-ci il tarixdə Fəridlə notariat kontoruna getmişlər və Fərid 8800 ABŞ dolları vermişdir, aralarında həmin məbləğlə bağlı kredit müqaviləsi bağlanmışdır, çünki Fərid istəyirdi ki, pulu verməsini təsdiq edən sənədi olsun. Müqavilədə 8800 ABŞ dolları və 40 manat yazılmışdır, bunu ona görə yazdırmışlar ki, məbləğ vahid olsun, yəni 15000 manat. Əslində Fəridin ona verdiyi məbləğ 8800 ABŞ dolları olmuşdur. O İradəyə Fəridin ona 15000 manat pul verdiyini bildirmiş, lakin işi həll edəndən sonra pulu verəcəyini demişdir. Həmin gün, yəni 11 yanvar 2018-ci il tarixdə o İradənin Nərimanov rayonu ərazisindəki ofisinə gedib görüşmüş, İradə ofisdə tək idi, söhbət zamanı ona demişdir ki, əvvəlcə heç olmasa 5000 manat pul versin ki, aparıb işə düzəldən adama versin. İradə öz telefonu ilə özünün dediyi kimi Elman adlı şəxsə zəng etmiş və bildirmişdir ki, səhər yanına gələcək. Sonra o İradəyə təklif etmişdir kı, 5000 manat pulu notariusda versin, İradə razılaşmış və bildirmişdir ki, səhər tezdən saat 9-da ofisinə gəlsin ki, birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getsinlər. Odur ki, o Fəridin sənədlərinin kserosurətlərini İradəyə verib çıxıb getmişdir. Səhəri günü, yəni 12 yanvar 2018-ci il tarixdə o bir az gecikdiyi üçün İradəyə zəng etmiş, İradə bildirmişdir ki, özü gedir, əlavə etmişdir ki, gəlib onu oradan götürsün. Odur ki, Vidadi müəllim onun avtomobilini idarə edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin yanına gəlmişlər və gözləyərkən İradə gəlib avtomaşına əyləşib bildirmişdir ki, sənədləri həmin adama, yəni Elmana vermişdir. Sonra onlar Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən 5 saylı «Asan xidmət» mərkəzinə getmiş və o, Fəridin verdiyi puldan 2900 ABŞ dollarını, yəni həmin dövrün məzənnəsinə uyğun olaraq 4930 manat pulu İradəyə verib demişdir ki, qalan pulu iş həll olandan sonra verəcək. İradəyə 2900 ABŞ dollarını verməsini notariat kontorunda borc kimi rəsmiləşdirmişlər, çünki Fərid də pulu ona verəndə bunu rəsmiləşdirmişdir. Sonra İradəni ofisində düşürüb Vidadi müəllimlə getmişdir. 2018-ci ilin yanvar ayının ortalarında o rəfiqəsi X10 qəsəbəsində yaşadıqları evinə qonaq getmişdir. Samirənin anası Bahar xanım da orada idi. O, Fəridin işi ilə əlaqədar mobil telefonu ilə İradə ilə danışan zaman Bahar danışığı eşidib demişdir ki, oğlu Samirə də bir iş düzəltmək istəyir, ancaq Samirin bilməsini istəmir, iş düzələndən sonra deyər. Odur ki, o Baharın yanında İradəyə zəng etmiş və telefonu selektora qoyub danışaraq Samir haqqında, anket məlumatları barədə İradəyə məlumat vermişdir. İradə bildirmişdir ki, Samiri Vergilər Nazirliyinə, «ət və ət məhsulları yoxlaması şöbəsi»nə yüksək maaşla işə düzəldə bilər, çünki Nazir yeni təyin edilib və onun yaxını sonuncu ilə işləyir. Bahar eşidəndə razı olmuş və o bu barədə İradəyə bildirmişdir, iradə həmin işin düzəlməsi üçün 15000 manat, minimum isə 13000 manata düzəldəcəyini bildirib demişdir ki. 10000 manatı əvvəlcə versin, qalanını isə işə çıxdıqdan sonra verər. Bahar razı olduğunu və pulu 2-3 günə çatdıracağını demişdir. İradə isə əlavə etmişdir ki, Samir maksimum iki aya işə çıxacaqdır. 2018-ci ilin yanvar ayının təxminən 17 və 18-də, dəqiq günü xatırlamır, Baharla görüşmüş, bu məqsədlə Bahar ona Əhmədli metrostansiyası yanında, avtomobilində 10.000 manat pul vermiş, o avtomobili ilə X5 rayonu ərazisindəki ofisinə aparmışdır. Bahar onunla getməyib avtomaşında oturmuş və ona bildirmişdir ki, İradə ilə görüşərkən danışıqları görüntülü çəkib Whatsaap vasitəsi ilə ona göndərsin. Odur ki, o İradənin iş yerinə getmiş, otaqda tək idi, görüşüb, Whatsaapla Bahara görüntülü zəng edərək telefonu əlində saxlamışdır. O İradə ilə Samirin işi ilə əlaqədar söhbət etmiş və İadəyə otaqda 10.000 manat pul vermişdir. Bütün bu prosesləri Bahar avtomobildə öz mobil telefonu ilə görüb və danışıqları eşitmişdir. Sonra o İradədən ayrılıb Baharın yanına, yəni avtomobilinə gəlmiş, Bahar ona bildirmişdir ki, danışıqları, pulun İradəyə verilməsini görüb eşitmişdir. Sonra o Baharı aparıb Günəşlidə evlərinə düşürüb getmişdir. 2018-ci ilin fevral-mart aylarında Fərid hər gün öz işi ilə maraqlanırdı və çox narahat idi. Onun bildiyinə görə İradə Fəridi müxtəlif adamlarla görüşdürüb işi düzəldəcəyini bildirərək vaxtı uzadırdı. 2018-ci ilin mart ayının ortalarında Fərid ona zəng vurub bildirmişdir ki, artıq vaxt uzanır, ayın sonuna kimi işinin düzəlməsini xahiş etmişdir. O, İradə ilə görüşüb Fəridin dediklərini nəzərinə çatdırmışdır. İradə bildirmişdir ki, narahat olmasın, gəlib onu götürsün və aparıb Fəridlə görüşdürsün. Vidadi müəllimdən xahiş etmişdir ki, onları aparsın və Vidadi etiraz etməyib onun avtomaşınını idarə edib gedib İradəni iş yerindən götürmüş və Fəridlə «Gənclik» metrosunun yanında olan mehmanxananın yanında görüşmüşlər. İradə Fəridə söz vermişdir ki, işini ayın sonunadək düzəldəcək, narahat olmasın, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində iş gördüyü adam Gürcüstandadır. Fərid demişdir ki, əgər işi həll olunmursa, cənab Nazirin «Novruz bayramı» ilə əlaqədar polisə işə qəbul ediləcək şəxslərin sıra düzümü olacaq, o da ora qatılsın. İradə bildirmişdir ki, lazım deyil, qətiyyən narahat olmasın, işini özü düzəldəcək. Onlar Fəriddən ayrılaraq gəlib onun avtomaşınında oturmuşlar. İradə ona bildirdi ki, təcili Fəridin yerdə qalan 10000 manat pulunu ona çatdırsın, ondan həmin pulu tələb edirlər. O, İradəyə bildirmişdir ki, səhər pulu gətirəcək, ancaq işi tezləşdirsin. Həmin günün səhərisi Fərid ona zəng edib bildirmişdir ki, İradə Nərimanov rayonu ərazisindəki kafedə onu Lətif adlı şəxslə görüşdürmüş, Lətif bildirmişdir ki, narahat olmasın, iş məsələsi həll olunur. Bunu Fərid ona deyəndən sonra o Fəridin onda qalan 5900 ABŞ dollarını manata dəyişmiş, çünki İradə ondan 10000 manat pul istəmişdir və Vidadi müəllimin avtomobili ilə İradənin Nərimanov rayonu ərazisindəki ofisinə gedib 10000 manat pulu təklikdə İradəyə vermişdir, sonra qayıdıb gəlmiş və Vidadi müəllim onu evinə aparmışdır. Sonra İradədən soruşduqda ona hər dəfə işin düzələcəyini dedikdə inanmışdır. Ancaq Fərid işin gecikdiyini görüb ondan pulu tələb etməyə başlamışdır. O, həmin pulun hanısını İradəyə verdiyindən özü də pis vəziyyətdə qalmışdır. İradə heç bir işi həll etməmiş, Bahar pulunu tələb etdiyindən o məcbur olub borc pul taparaq Bahara 10000 manat pulu qaytarmışdır. Fəridin pulunu is qaytara bilməmişdir. Sonra ərizə ilə şikayət etmişdir. Araşdırma zamanı İradə ona 5000 manat pul qaytarmışdır ki, o da həmin pulu Baharın pulunu qaytarmaq üçün aldığı borcun qismən də olsa ödənilməsinə sərf etmişdir. Beləliklə Baharın işi ilə bağlı İradə ona 5000 manat qaytarmalı, Fəridin məsələsinə görə isə 15000 manat pulu Fəridə qaytarmalı idi. Onun bu işlərdə heç bir maddi marağı olmamışdır, ona müracət etmiş yaxın insanlarına kömək etmək istəyirdi, İradə onları aldatmışdır, onu da pis vəziyyətdə qoymuşdur. Fəridin verdiyi puldan onda qalmış məbləğdən daha artıq məbləğini, yəni 71 manat pulu Fəridin adına bank köçürməsi ilə göndərməklə qaytarmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı, yəni 5000 manat pulu hissə-hissə, 2 dəfəyə istintaq zamanı qaytarmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Fəridin işi təxminən 2-3 ay ərzində düzəlməli idi. Hardasa mart ayına düzəlməli idi. Hətta Fərid demişdir ki, aprel ayına da düzələ bilər. Bahar xanımın evinə gedəndə Fəridin işi üçün 5000 manat artıq İradə xanıma vermişdir. Notariat qaydasında müqaviləsi vardır. Yanvar ayında vermişdir. Fəridin işi ilə bağlı dekabr ayında danışmağa başlamışlar. Bahar xanımgilə getdiyi tarixi isə xatırlamır. İradə zərərçəkmiş Fəridi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə serjant kimi işə düzəlmək təklifinə razılıq vermişdi. Bu iş üçün İradə onlardan 15000 manat pul almışdı. Fərid ona 15000 manat pul verdi. Həmin pulun 5000 manatını o, İradə Muruqzovaya notariat kontorunda müqavilə bağlayaraq vermişdir. Qalan 10000 manatı isə təklikdə vermişdir. Pulu İradə xanıma iş yerində Nərimanov ərazisində vermişdir. Vidadi onu aşağıda gözləmişdir. Fəridlə İradə xanımı iki dəfə görüşdürmüşdür. Onlar konkret söhbət etdilər. Artıq işini istəyirdi. Birinci dəfə Bazarstore mağazasının yanında görüşmüşdür. Fərid arxa oturacaqda İradə isə onu yanında əyləşmişdir. Vidadi müəllim isə mağazaya girmişdi. BMCMİ-də İradə xanımın işi olduğu üçün getmişdir. Onun yanında idarənin əməkdaşı Elmar adlı şəxslə danışdı. O, razılaşmıdır ki, İradəyə 5000 manat pul verəcək. Pulu götürəndə çox həyəcanlı idi. Bilmirdi pulu versin ya yox. Elmar adlı şəxslə telefon əlaqəsi yaratdı. Çıxanda demişdir ki, səhər ona 5000 manat pul verəcək. İdarənin yanında Vidadi ilə avtomobildə əyləşmişdir, İradə gəlib avtomobilə əyləşdikdən sonra onlar notariat kontoruna getmişlər. İradənin idarədən çıxdığını görməmişdir. İdarəyə giribçıxmasını bilmir. İradə xanımla səs yazısı da var. O, BMCMİ-nin yanına Fəridin işi ilə bağlı getdiyini demişdir. Səhər İradə xanımla əlaqə saxlamışdır. Ona demişdir ki, “Sən gec gəlirsən” O, 10:00-da orada olmalı idi. Amma 10:15-də idarənin yanında oldu. Xanım ona demişdir ki, “Sən gecikirsən mən girirəm” O, da demişdir ki, “Yaxşı siz girin içəri mən idarənin yanına gəlib səni götürəcəm”. Maşının arxası idarəyə tərəf saxlanılmışdı. Düzü o, idarəyə yaxınlaşmış və orada xanımın olub-olmamasını soruşmuşdur. İdarənin əməkdaşı ona məlumat verə bilməyəciyini bildirmişdir. Avtomobildə Vidadi ilə söhbət edirdilər. Bir də görmüşlər ki, İradə xanım gəlib avtomobilə əyləşdi. Daha sonra oradan notariusa getmişlər. O, maşında işlə bağlı söhbət etmirdilər. Çünki onlar söhbətini artıq etmişdilər. İradə xanım Vidadinin yanında çox da söhbət etmirdi. Şahid1 pulu Əhmədli metrostansiyasının yanında götürmüşdür. Belə ki, Bahar xanımı həmin metrostansiyasının yanından götürmüş, pulu isə yolda vermişdir. İndi dəqiq harda verdiyini xatırlamır. Orda verdi yoxsa harda verdi. Bahar xanım ondan tələb etmişdir ki, “Sənə inanıram, güvənirəm amma qarşıdakına güvənmirəm”. Söhbət olanda onu videogörüntü ilə yığmışdır. Yenə deyir pulu orda saydı, yolda saydı verdi xatırlamır, amma pulu ona vermişdir. Bahar xanım oğlunun işi ilə bağlı danışanda İradə xanım demişdir ki, iş 2-3 ay ərzində düzələcək. Bahar xanımla danışanda İradə xanım əvvəl işin tez düzələcəyini desə də, iş gecikdiyi üçün sonra Bahar xanım demişdir ki, 2-3 ay vaxt verir ki, iş düzəlsin. Bahar xanımla İradə xanımla telefon vasitəsi ilə əlaqə saxlayıblar. İş gecikdiyi üçün Bahar xanımdan xahiş etmişdir ki, müəyyən problemlər yarandığından işin düzəlməsi uzanır, ona görə də vaxt verməsini xahiş etmişdir. Bahar xanımın pulunu aprel ayında qaytarmışdır. Bankdan kredit götürmüş və ondan sonra hissə-hissə 2000 manat olmaqla qaytarmışdır. İradə xanım Bakı şəhəri BPİ-də 5000 manat pul ödəmiş, həmin pulu da banka ödəmişdir ki, pulu Bahar xanıma qaytarmışdır. Fəridin pulu ilə ödəmişdir banka borcunu. Fərid pulunu 5000 manat məbləğində deyil, cəm şəkildə tələb edirdi. Bahar xanım ifadəsində göstərmişdir ki, pulu Əhmədli metrostansiyasında sayıb vermişdir. Onlar Nərimanov rayonu ərazisinə getmişlər. Həmin müddət aralığında pulu götürüb vermişdir. Bahar xanımda pulun verdiyini deyir, özü də pulu götürdüyünü bildirir. Bahar xanım istəmirdi yuxarı qalxmaq Bahar xanım məşhur xanım olduğundan özünün tanınmasını istəmirdi. Bahar xanımın pulunu qaytarsa da, pulun verilməsi ilə bağlı səsyazısı var. Hər ikisinin də səsi var. Hər ikisinin səsyazısı ilə bağlı yazısı məsuliyyəti olsa da, o polisə həmin yazıları təqdim etmişdir. Pulu İradəyə otağında vermişdir. Bahar xanımla videogörüntü ilə danışmışlar. Həmin an videoyazı olmamışdır. Sadəcə olaraq videogörüntü ilə Bahar xanımı yığıb telefonu cibinə qoymuşdur. Bahar xanım baxırdı ki, görsün pulu tam verir yoxsa yox. Bahar xanım hətta qayıdıb ona demişdir ki, “İradə xanım nə gözəl xanımdır.” Hətta özü də burada demişdir ki, Nə cana yatımlı xanımdır. İşi düzəldəcək”. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ilin əvvəllərindən ortaq tanışlarına görə tanımışdır. İradə ilə tanış olan ərəfədə ona demişdir ki, əvvəllər Xətai rayonu Əhmədli qəsəbəsində orta məktəbdə direktor vəzifəsində işləmişdir, hal-hazırda isə Təhsil Nazirliyində işləyir. 2018-ci ilin dekabr ayının ortalarında o İradəyə müraciət edib demişdir ki, 2010-cu il təvəllüdlü nəvəsi Məhəmməd Məmmədovu «Bakı Avropa məktəbinə şagird kimi qəbul etdirmək istəyir, bu barədə İradə ilə məsləhətləşmiş, ona demişdir ki, nəvəsini «Bakı Avropa məktəbi»nə şagird kimi düzəldə bilər, həmin məktəbə qəbul olmaq 3000 manat pula başa gəlir, onun üçün bu işi 1500 manata düzəldə bilər, ilkin olaraq 500 manat istəmiş, qalan məbləği isə iş həllini tapandan sonra verəcəyini bildirmiş, razılaşaraq həmin vaxt, yəni 2018-ci ilin dekabr ayının ortalarında İradə ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Sabunçu rayon İcra hakimiyyətinin yaxınlığında, Sülh küçəsindəki “İmam Rza" Məscidinin qarşısında görüşüb ilkin olaraq İradəyə 500 manat pulu, yəni razılaşdırdıqları məbləği vermişdir. 10.01.2019-cu ildə tanışı Şahid2 ona zəng vurmuşdur ki, özünün tanışı Zərərçəkmiş şəxs4 oğlu Dağıstan Dövlət Universitetini bitirib diplom alsa da Təhsil Nazirliyində təsdiq edildikdən sonra dövlət qulluğunda çalışa bilər, demişdir ki, tanışı vardırsa diplomu Təhsil Nazirliyində təsdiq etdirməkdə köməklik etsin. O da İradəyə zəng vurub bunları demiş, bildirmişdir ki, 10.000 manata düzələr. O bu barədə Cahangirə zəng vurub demiş, bildirmişdir ki, Mayıl kişinin bu məbləğə gücü çatmaz. O yenə İradəyə zəng vurub dediyi məbləğin çox olmasını, bir qədər aşağı məbləğə həll etməyin mümkün olub- olmamasını soruşan vaxt, ona demişdir ki, 8500 manata düzəldər. O bu barədə Şahid2 demiş və sonuncu da Mayıl kişi ilə danışandan sonra ona zəng edib demişdir ki, 13 yanvar 2019-cu il tarixdə Bakı şəhərinə gəlib görüşərlər və məsələni həll edərlər. 13 yanvar 2019-cu il tarixdə Şahid2 ora zəng vurmuşdur ki, Xaçmaz rayonundan Bakı şəhərinə gəlirlər. O da İradəyə zəng vurub demişdir ki, diplom məsələsinə görə müraciət edən adamlar Xaçmaz rayonundan çıxıb Bakı şəhərinə gəlib görüşmək istəyirlər. İradə ilə razılaşmışlar ki, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Naxçıvan" restoranında görüşsünlər. O, həmin restorana gəlib bir kabinetdə əyləşmiş və bir neçə dəqiqədən sonra İradə, bundan sonra Şahid2 və Zərərçəkmiş şəxs4 gəlmişlər. Tanış olandan sonra İradə Zərərçəkmiş şəxs4 söz vermişdir ki, 8500 manata oğlunun diplomunu 2019-cu ilin may ayına, qədər təsdiq etdirəcək. Zərərçəkmiş şəxs4 cibindən 8500 manat pulu çıxarıb Şahid2 vermiş, Şahid2 də orada, onların gözü qarşısında həmin 8500 manat pulu İradəyə vermişdir. İradə pulu sayıb götürmüş və demişdir ki, diplomun sahibi etibarnamə versin ki, adından çıxış edə bilsin. Bundan sonra Zərərçəkmiş şəxs4 oğlu Vasif Bədəlova zəng vurub çağırmışdır ki, İradəyə etibarnamə versin. Zərərçəkmiş şəxs4 oğluna istiqamət verəndən sonra sonuncu ‘‘Naxçıvan" kafesinə gəlmiş və Zərərçəkmiş şəxs4 oğluna demişdir ki, İradəyə notarial qaydada etibarnamə versin. Zərərçəkmiş şəxs4 və o kabinetdə qalmışlar, Şahid2, Vasif Bədəlov və İradə isə çıxıb Nərimanov rayonundakı notarial kontoruna getmişlər. Bir neçə dəqiqədən sonra geri qayıdıb etibarnamə məsələsinin həll olunduğunu demişlər. Sonra Cahangir, Mayıl və Vasif onlardan ayrılıb Xaçmaz rayonuna getmişlər. 2019-cu ilin may ayında o İradəyə zəng vurub nəvəsinin məsələsi və Mayılın məsələsi ilə maraqlananda, demişdir ki, səbr etsin, düzələcək. 2019-cu ilin sentyabr ayında o yenə İradəyə zəng vurub nəvəsi və Zərərçəkmiş şəxs4 məsələsim soruşanda, demişdir ki, danışıbdır, tezliklə düzələcək. 2019-cu ilin oktyabr ayında İradəyə zəng vuranda demişdir ki, Zərərçəkmiş şəxs4 məsələsini 10 gün müddətinə həll edəcək, nəvəsinin məsələsinə gəldikdə isə bildirmişdir ki, qalan 1000 manat pulu da təcili çatdırsın, aparıb verməlidir, çünki bir şagird ailəsi ilə xarici ölkəyə köçür, çıxan kimi onun nəvəsini həmin şagirdin yerinə qəbul edəcəklər. Həmin günü, yəni 2019-cu ilin oktyabr ayının ortalarında axşam tərəfi ona zəng vurmuş. Bakı şəhəri. Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 5 saylı “ASAN" xidmət mərkəzinin qarşısında görüşmüşlər və İradəyə qalan 1000 manat pulu da vermişdir, pulu alıb söz vermişdir ki, nəvəsinin işini qısa müddətə düzəldəcək. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs yalan danışır. O ona geri pul qaytarmamışdır. Sonra o bir neçə dəfə zəng vurub maraqlanan zaman hər dəfəsində bir bəhanə gətirib vaxtı uzatmağa başlamışdır. Bundan sonra Şahid2lə polisə şikayət etmişlər. Beləliklə İradə onu aldadıb 1500 manat, Zərərçəkmiş şəxs4 aldadıb 8500 manat pulu ələ keçirmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, oğlu Vasif Bədəlov 2010-cu ildə Xaçmaz rayon Mürşüdoba kənd orta məktəbini Azərbycan dilində bitirmiş və həmin ildə Dağıstan Dövlət Universitetinin Hüquq fakültəsinin əyani şöbəsinə tələbə kimi daxil olmuşdur. Oğlu universiteti 2015-ci ildə bitirməsinə dair diplom almış, 2015-2016-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Dağıstan Dövlət Universitetini bitirdiyi üçün verilən diplom Təhsil Nazirliyi tərəfindən təsdiq olunmalı idi və bundan sonra oğlu dövlət qulluğuna sənəd verə bilərdi. Bunun üçün o adam axtarırdı ki, oğlunun diplomunu Təhsil Nazirliyində təsdiq etdirə bilsin. Bu barədə 2019-cu ilin yanvar ayının 09 və ya 10-da tanışı, Xaçmaz rayonu, Cığatay kəndindən olan Şahid2 demiş, Cahangir bildirmişdir ki, Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs3 adlı tanışı vardır, bu barədə danışar. 11 yanvar 2019-cu ildə Cahangir ona zəng vurmuş və Xaçmaz rayonu, Sabiroba kəndində görüşmüşlər. Cahangir ona demişdir ki, Bakı şəhərində yaşayan tanışı Zərərçəkmiş şəxs3lə danışmışdır, Elçin demişdir ki, Təhsil Nazirliyində işləyən İradə adlı qadın vardır ki, onun oğlunun diplomunu təsdiq etdirməkdə köməklik edəcək. O, soruşmuşdur ki, diplomun təsdiq edilməsi üçün nə qədər pul lazımdır, Cahangir demişdir ki, İradə 10000 manata düzəldir. O, demişdir ki, 10000 manata gücü çatmır, Cahangir onun yanında mobil telefonla Elçinə zəng vurmuş, Elçin kiminləsə danışıb Cahangirə demişdir ki, İradə 8500 manata razıdır. Sonra razılaşmışlar ki, o və Cahangir birlikdə Bakı şəhərinə gedib Elçinlə görüşüb İradəyə 8500 manat versinlər ki, oğlunun diplomunu Təhsil Nazirliyində təsdiq etdirsin. 13 yanvar 2019-cu il tarixdə o, oğlu Vasif və Cahangir Xaçmaz rayonundan Bakı şəhərində gəlmişlər. O və Cahangir Elçinlə görüşmək üçün Nərimanov rayonu, Təbriz küçəsindəki “McDonalds" yaxınlığında olan “Naxçıvan" kafesinə gəlmiş və kabinetlərin birində Elçinlə görüşmüşlər. Həmin vaxtı Elçinin yanında İradə olmuşdur. İradə ona söz vermişdir ki, 8500 manata oğlunun diplomunu 2019-cu ilin may ayına qədər təsdiq etdirəcək. O, cibindən 8500 manat pulu çıxarıb Şahid2 tanıdığı üçün sonuncuya vermiş, Cahangir onun və Elçinin yanında 8500 manat pulu iradəyə vermişdir. İradə pulu sayıb götürmüş və demişdir ki, diplomun sahibi ona etibarnamə versin ki, adından çıxış edə bilsin. O, oğlu Vasifə zəng vurub çağırmış, o və Elçin kabinetdə qalmış, oğlu Vasif, Cahangir və İradə notariat kontoruna getmişlər. Təxminən 30-40 dəqiqə sonra qayıtmış və etibarnamə verildiyini bilmişdir. Bundan sonra o, oğlu və Cahangir Xaçmaz rayonuna getmişlər. 2019-cu ilin may ayında o İradəyə zəng vurub işlə maraqlanmış, ona demişdir ki, narahat olmasın, düzələcək. Sonra hər dəfə bir bəhanə gətirib deyirdi ki, düzələcək. 2019-cu ilin iyul ayında Cahangir ona zəng vurmuşdur ki, İradə onun pensiya kartının şəkilinin çəkilib göndərilməsini istəyir, həmin kartdan 65 manat götürüləcək və xidmət haqqı kimi veriləcək. Oğlu Vasif mobil telefonla onun pensiya kartının şəkilini çəkib İradəyə göndərmiş, iki gündən sonra onun mobil telefonuna mesaj gəlmişdir ki, pensiya kartından 65 manat çıxarılıb və o bu barədə Cahangirə demişdir. Bu məsələ 2019-cu ilin oktyabr ayına qədər uzanmış, həmin ərəfədə İradə ona zəng vurmuşdur ki, Xaçmaz şəhərində yerləşən “XXİ Əsr" restoranına gəlsin. O, tək ora gəlmiş və görmüşdür ki, İradə tanımadığı 40-45 yaşlarında bir kişi ilə orada əyləşib, İradə onu həmin kişi ilə tanış etmiş, həmin kişi ona demişdir ki, «iradə xanımı çox zəng edib narahat edirsən, mən sənə söz verirəm ki, sənin oğlunun diplom məsələsi 10 günə həll olunacaq, iş alınmasa mən sənin pulunu özüm qaytaracam». Razılaşmış və ayrılmışlar. Təxminən 10 gündən sonra o İradəyə yenə zəng vursa da telefonlarına cavab verməmişdir. O bu barədə Cahangir və Elçinə demiş, Elçin bildirmişdir ki, özü də İradəyə 1500 manat vermişdir ki, nəvəsini “Bakı Avropa" məktəbinə düzəltsin. Bundan sonra İradənin barəsində polisə şikayət vermişlər. Ona dəyən ziyandan təqsirləndirilən şəxs məhkəmə iclası zamanı 3000 manat ödəmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 2019-cu ilin yanvar ayının 10-da tanışı Zərərçəkmiş şəxs4 Xaçmaz rayonu, Sabir-oba kəndində görüşmüş və ona demişdir ki, oğlu X11 Dövlət Universitetini bitirib diplom alsa da Təhsil Nazirliyində təsdiq edildikdən sonra dövlət qulluğunda çalışa bilər. Zərərçəkmiş şəxs4 ondan xahiş etmişdir ki, oğlu Vasif Bədəlovun diplomunun Təhsil Nazirliyində təsdiq olunması üçün tanış adam tapılmasında köməklik etsin. O da tanışı Zərərçəkmiş şəxs3 zəng vurub bu barədə xahiş etmiş, Zərərçəkmiş şəxs3 ona demişdir ki, danışıb ona bir söz deyəcək. Təxminən bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs3 ona zəng vurmuşdur ki, Təhsil Nazirliyində işləyən İradə adlı qadın vardır, o, diplomun təsdiq edilməsində 10000 manata köməklik edər. Zərərçəkmiş şəxs4 ona demişdir ki, onun 10000 manata gücü çatmır. O, Zərərçəkmiş şəxs3 demişdir ki, “Mayıl kişinin 10000 manata gücü çatmır, sən həmin xanımla danış, bir az aşağı etsin”. Bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs3 zəng vurub demişdir ki, İradə adlı qadın 8500 manata razılaşır. Bundan sonra Zərərçəkmiş şəxs4 ona demişdir ki, Bakı şəhərinə gedib Zərərçəkmiş şəxs3lə görüşüb İradə adlı qadına 8500 manat versinlər ki, oğlu Vasif Bədəlovun diplomunu Təhsil Nazirliyində təsdiq etdirsin. 13 yanvar 2019-cu il tarixdə o, Zərərçəkmiş şəxs4 və oğlu Vasif Bədəlovla birlikdə Xaçmaz rayonu, Qadaş-oba kəndində yaşayan Muxtar Kərimovun idarə etdiyi “Priora” markalı avtomobillə Xaçmaz rayonundan Bakı şəhərində gəlmişlər. Vasif Bədəlov və Muxtar Kərimov Bakı şəhəri, Yasamal rayonunda yerləşən Respublika Xəstəxanasına getdilər, o və Zərərçəkmiş şəxs4 isə Zərərçəkmiş şəxs3lə görüşmək üçün Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “McDonalds” yaxınlığında olan “Naxçıvan” kafesinə gəlib, orada olan kebinetlərin birində Elçin Allahverdiylə görüşmüşlər. Həmin vaxtı Zərərçəkmiş şəxs3 yanında 50-55 yaşlarında bir qadın vardır. Onlar kabinetdə olan zaman İradə xanımla tanış olmuşdur. İradə Zərərçəkmiş şəxs4 söz vermişdir ki, “narahat olma, 8500 manata mən sizin oğlunuzun diplomunu 2019-cu ilin may ayına qədər təsdiq etdirəcəm”. Zərərçəkmiş şəxs4 cibindən 8500 manat pulu çıxarıb onu tanıdığı üçün ona vermiş, o da Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 yanında 8500 manat pulu İradə adlı qadına vermişdir. İradə onların iştirakları ilə həmin pulu sayıb götürmüş və demişdir ki, diplomun sahibi ona etibarnamə versin ki, o, onun adından çıxış edə bilsin. Bundan sonra Zərərçəkmiş şəxs4 oğlu Vasif Bədəlova zəng vurub demişdir ki, “Sən etibarnamə verməlisən, işlərini gör, tez Nərimanov rayonunda olan “Mcdonalds” qarşısına gəl.” Həmin vaxtı İradə Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** nömrəsini verdi ki, onunla əlaqə saxlasın. Təxminən bir saatdan sonra Vasif Bədəlov atası Zərərçəkmiş şəxs4 zəng vurmuşdur ki, Nərimanov rayonunda “Mcdonalds” qarşısına gəlibdir. Zərərçəkmiş şəxs4 oğluna istiqamət verəndən sonra Vasif Bədəlov onların olduğu “Naxçıvan” kafesinə gəlmiş və Zərərçəkmiş şəxs4 oğluna demişdir ki, “Sən İradə adlı qadına notaril qaydada etibarnamə ver, o, sənin diplomunu təsdiq etdirən zaman lazım olacaq.” Bundan sonra Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 kabinetdə qalmışlar, o, Vasif Bədəlov və İradə adlı qadınla kabinetdən çıxıb Nərimanov rayonunda olan notarial kontoruna getmişlər. X14 notarial qaydada İradəyə etibarnamə vermiş və sonra o, Vasif Bədəlov və İradə adlı qadınla kabinetə gəlib Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 demişdir ki, etibarnamə məsələsi düzəlib. Bundan sonra o, Zərərçəkmiş şəxs4 və Vasif Bədəlovla birlikdə onlardan ayrılıb Bakı şəhərindən Xaçmaz rayonuna getmişlər. 2019-cu ilin may ayında Zərərçəkmiş şəxs4 ona zəng vurub demişdir ki, “Bəs oğlumun diplom məsələsi nə yerdə qaldı? İradə hələ bu işi düzəldəyibdir.” O, İradə adlı qadına zəng vurub demişdir ki, diplom məsələsi niyə düzəlmir. İradə isə cavabında Təhsil Nazirliyində struktur dəyişikliyi vardır, onunla əlaqədar gecikmə olduğunu demişdir. 2019-cu ilin iyul ayında İradə ona zəng vurdu ki, “Zərərçəkmiş şəxs4 de, pensiya kartının şəkilini çəkib mənə göndərsin, həmin kartdan 65 manat götürüləcək, 65 manat xidmət haqqı veriləcək.” O da bu barədə Zərərçəkmiş şəxs4 demişdir. Zərərçəkmiş şəxs4 oğlunun mobil telefonu ilə pensiya kartının şəkilini çəkib İradəyə göndərmişdir. İki gündən sonra Zərərçəkmiş şəxs4 ona demişdir ki, onun mobil telefonuna mesaj gəlmişdir ki, pensiya kartından 65 manat götürülübdür. Bundan sonra o, İradəyə zəng vurub diplom məsələsi barəsində soruşanda, İradə ona demişdir ki, “Narahat olma, düzələcək.” O, 2019-cu ilin oktyabr ayında İradayə zəng vurub demişdir ki, gəl görüşsünlər, bu məsələ uzanır. İradə ona demişdir ki, o, pulu məhkəməyə və Təhsil Nazirliyinə vermişdir, iş düzəlir, o, gedib pulu geri istəyə bilməz. O, ona demişdir ki, “Gətir, Mayıl kişinin pulunu ver, yoxsa evinə gələcəm.” 2019-cu ilin oktyabr ayında İradə ona zəng vurub demişdir ki, o, bir nəfərlə Xaçmaz şəhərinə gəlir, görüşsünlər. O, ona demişdir ki, o, Qusar rayonuna getmişdir, özü Mayıl kişi ilə görüşsün. Bundan sonra o, Mayıl kişiyə zəng vurub demişdir ki, İradə Xaçmaz şəhərinə gəlir, onunla görüş, pulunu tələb etsin. Bir neçə saatdan sonra Mayıl kişi ona demişdir ki, Xaçmaz şəhərində olan “XXİ əsr” restoranında İradə ilə görüşmüşdür. İradə bir kişi ilə gəlmiş, həmin kişi söz vermişdir ki, oğlunun diplum məsələsi 10 günə həll olunacaq. Əgər iş alınmasa pulu özü qaytaracaqdı. Təxminən 10 gündən sonra o, İradəyə zəng vursa da o onun telefonlarına cavab verməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 ona demişdir ki, o da İradəyə 1500 manat vermişdir ki, nəvəsini “Bakı Avropa” məktəbinə düzəltsin. İradə onu aldadıb nəvəsini həmin məktəbə düzəltməyib. Bundan sonra İradə barəsində polisə şikayət etmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanımışdır. Söhbətlərin hamısında da iştirak etmişdir. Əvvəllər bir dəfə də onun belə bir köməyə ehtiyacı olmuşdu. O zaman Zərərçəkmiş şəxs3 ona kömək etmişdi və o, ona güvənərək yenə hər şeyin qaydasında olacağını düşünmüşdür. Ümumilikdə 8500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2018-ci ilin yanvar ayının 10-da Xədicə onlara gəlmiş, oturub söhbət edib çay içərkən kimsə Xədicənin mobil telefon nömrəsinə zəng vurmuş, Xədicə telefonla danışarkən o belə başa düşmüşdür ki, Xədicə zəng edən şəxsin vasitəsi ilə kimisə işə düzəldir. Xədicə telefon danışığını qurtarandan sonra o Xədicədən maraqlanmışdır ki, kiminlə danışırdı, Xədicə bildirmişdir ki, danışdığı şəxs İradə adlı qadındır, onun tanışı Fərid adlı oğlanı polisə işə düzəldir. Onun oğlu X1 Univesitetində təhsil alıb qurtarmışdır, o oğlu Samiri işə düzəltmək istəyirdi, Xədicəyə bu barədə bildirmiş, Xədicə Samirin hansı ali təhsil müəssisəsində oxuduğunu soruşanda, demişdir ki, İqtisadiyyat Universitetində oxuyub qurtarmışdır. Xədicə onun yanında həmin qadına mobil telefonu ilə zəng vurub bildirmişdir ki, bir nəfər oğlan İqtisadiyyat Universitetini oxuyub qurtarıb, nə iş tapmaq olar. Həmin qadın isə telefonda Xədicəyə demişdir ki, Vergilər Nazirliyində «ət və ət məhsullarının idxal və ixracat şöbəsi»ndə yer var, aylıq maaşı 1870 manat olacaqdır. Xədicə həmin qadınla telefonda danışarkən selektorda danışdığı üçün səs gur gəlmiş və danışıqlarını aydın eşitmişdir. Həmin qadın Xədicəyə bildirmişdir ki, həmin işi 10 günə düzəldəcək və həmin müddətdə işə çıxacağına zamindir, ancaq bunun müqabilində ona 15000 manat pul verilməlidir, pul onun özünə çatacaqdır, orada yüksək vəzifədə işləyən yaxın qohumu vardır, xahiş edəcək və iş düzələcək. İlkin olaraq 10000 manat, qalan 5000 manatı isə oğlan işə qəbul olunub işə çıxan gün verəcəyini bildirmişdir. O, etiraz etməyib Xədicəyə həmin köməkliyi etməsini bildirmişdir. Bu barədə oğlu Samirə bildirməmişdir ki, iş düzələndən sonra sürpriz edər. 17 yanvar 2018-ci ildə Xədicənin idarə etdiyi qara rəngli xarici avtomobillə Nərimanov rayonu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin binasının qarşısında 10.000 manat pulu Xədicəyə, avtomobilində vermiş, Xədicədən xahiş etmişdir ki, pulu qadına verərkən ona görüntülü zəng etsin, bilsin ki, pulu kimə verir. Xədicə həmin pulu sonradan şəxsiyyəti ona məlum olan İradə adlı qadının işlədiyi ofisdə İradəyə verərkən Xədicə ona «Whatsaap»la görüntülü zəng etmiş və o həqiqətən də Xədicənin İradəyə 10.000 manat pulu və oğlunun sənədlərinin surətlərini verdiyini görmüşdür, İradə Xədicəyə bildirmişdir ki, «Bahar xanıma bildir ki, narahat olmasın, ən geci 15 günə oğlu işə çıxacaqdır, mən buna cavabdehəm». İradənin vəd verdiyi vaxt başa çatdıqdan sonra görmüşdür ki, iş düzəlmir, odur ki, Xədicədən pulunu tələb etməyə başlamış, Xədicə bildirmişdir ki, onun özünün də gördüyü kimi pulu İradəyə vermişdir, pulu istəsə də qaytarmır. Odur ki, o Xədicə ilə birlikdə iki dəfə İradənin işlədiyi yerə getsələr də İradəni orada tapa bilməmişlər. Ona görə də o pulunu Xədicədən tələb etmiş və Xədicə məcbur olub onun verdiyi 10.000 manat pulun hamısını özü hissə-hissə ona qaytarmışdır. Odur ki, Xədicədən heç bir şikayəti, tələbi yoxdur, çünki həmin 10.000 manat pulu Xədicə özü ona qaytarmışdır. Həmin iş üzrə ona maddi ziyan dəyməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, İradəni Xədicə vasitəsi ilə tanımışdır. Xədicə onun həm qızını, həm də oğlunu işə düzəldəcəkdi. Oğlu üçün 10000 manat qızı üçün isə 5000 manat pul vermişdir. O, yaxşı ki, onların dələduz olduğunu tez öyrənmiş və pulunu da geri almışdır. Onun pulunu Xədicə geri qaytardı. O, öz maşınını satdı və borcunu ödədi. Xədicə İradəyə pulu verəndə ona mobil telefon vasitəsi ilə görüntülü telefon zəngi etmiş və o, pulu ona verdiyini görmüşdür. Xədicə İradə ilə telefonla danışanda o, bilmişdir ki, onlar Fəriddən də pul alıblar. Xədicəni uzaq bir tanış şəxs vasitəsi ilə tanımışdır. Xədicəni ona Azərbaycan Respublikası Təhsil Nazirliyində işləyən biri kimi tanıtmışlar. O, maraqlanmış və öyrənmişdir ki, Xədicə Azərbaycan Respublikası Təhsil Nazirliyində kuryer kimi fəaliyyət göstərir. İradə ilə canlı görüşməmişdir. İradə Xədicə ilə telefonla danışan zaman onun yanında çox yüksək vəzifəli adamların adını çəkirdi və o, da onlara inanmışdır. Onun borcunu Xədicə öz maşınını sataraq geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 2011-ci ildən tanımaqla ailəvi dostluq edirlər. Zərərçəkmiş şəxs2 təxminən 2017-ci ilin axırlarında özünə «Volkswagen Golf» markalı avtomobil almış və avtomobili Bakı şəhərində yaxşı idarə edə bilmədiyindən ona müraciət edib xahiş etmişdir ki, vaxtı olanda avtomaşınını idarə edib onu istədiyi yerlərə aparsın. O, etiraz etməyib boş vaxtı olanda, Xədicə ona müraciət edəndə avtomobilini idarə edib istədiyi yerlərə aparırdı. Təxminən 2018-ci ilin yanvar ayında, dəqiq xatırlamadığı gündə Xədicə xahiş etmişdir ki, Nərimanov rayonu ərazisində yerləşən Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin Bakı Ərazi idarəsinin binasının yanına aparsın, o etiraz etməyib avtomobilini idarə edərək Xədicəni Nərimanov rayonu ərazisində, göstərdiyi ünvana aparmış, avtomobildə oturmuş, Xədicə isə avtomaşından düşüb iki mərtəbəli bir binaya qalxmışdır. Həmin gün hava çox soyuq olduğundan bir az keçmiş, Xədicə onun mobil nömrəsinə zəng vurub soyuq olduğunu, yuxarı çıxmasını bildirdikdə o həmin binanın ikinci mərtəbəsinə qalxmış və iş otağı, yəni ofis olduğunu görmüşdür. Xədicə orada olan qadını, yəni sonradan şəxsiyyəti ona məlum olan İradə ilə onu tanış etmiş, o İradə ilə söhbət etdikdən sonra bilmişdir ki, İradə xanımın əmisi əvvəllər onunla birlikdə Pedaqoji Universitetdə işləmişdir. İradə hörmət əlaməti olaraq onu çay süfrəsinə qonaq etmiş, qutab da gətizdirmiş, o orada oturub Xədicə ilə İradə arasındakı söhbəti eşitmişdir. Söhbətdən belə başa düşmüşdür ki, İradə Xədicənin xahişinə əsasən kimisə polisə işə düzəltmək istəyir, lakin o diqqətlə qulaq asmadığından, dəqiq kimi işə düzəldəcəkləri ilə maraqlanmamış və çay içib çıxıb getmişlər. Həmin günün səhərisi, yenə də xatırlamadığı gündə Xədicə onun mobil nömrəsinə zəng edib şəhərə getməyi xahiş etmiş, odur ki, o avtomobilini idarə edərək Xədicəni İradənin işlədiyi ünvana aparmışdır. İradə aşağı düşüb avtomobildə Xədicənin yanında əyləşmiş və onları dediklərinə əsasən «Gənclik» metrostansiyasının yaxınlığında yerləşən «Bazarstore» marketinin yanına aparmışdır. Orada tanımadığı bir cavan oğlan yolun sağ kənarında gözləyirdi, Xədicənin sözünə əsasən o avtomaşını saxlamış, həmin oğlan avtomaşına əyləşmiş, Xədicə ona bildirmişdir ki, marketə getsin, onların söhbəti vardır, zəng edəndə gələr. Odur ki, o etiraz etməyib maşından düşmüş, hava soyuq olduğundan «Bazarstore» marketinə girmiş, aradan təxminən 10-15 dəqiqə keçdikdən sonra Xədicə ona zəng edib avtomaşının yanına gəlməyi bildirmiş və o gələndə həmin cavan oğlanı orada görməmişdir. Avtomaşına sükan arxasına oturub idarə edib gedərkən İradə ilə Xədicənin söhbətlərindən belə başa düşmüşdür ki, İradə kimisə polisə işə düzəldir və səhəri gün hansısa generalla görüşdürəcək. Sonra o Xədicə ilə İradəni gətirib iş yerində düşürüb çıxıb evə getmişlər. Səhəri günü Xədicə ona zəng edib həyəcanlı şəkildə Xətai rayonu ərazisində yerləşən «Bizim marketin» yanına gəlməyi xahiş etmiş, həmin yer onun evinə yaxın olduğundan piyada gedib görmüşdür ki, Xədicə oradadır, ancaq çox həyəcanlı vəziyyətdədir. O, nə baş verdiyini soruşanda Xədicə bildirmişdir ki, notariusdan gəlir, ona pul veriblər, sumkasındadır, ona görə onu çağırmışdır ki, aparsın. O, Xədicənin sözünə əsasən sonuncunu İradənin iş yerinə aparmış, avtomaşında oturmuş, Xədicə düşüb İradənin iş yerinə getmiş, təxminən yarım saatadan sonra qayıtmış və o avtomaşınla Xədicəni evlərinə aparmışdır. Səhəri günü Xədicə ondan xahiş etmişdir ki, avtomaşını idarə edib şəhərə aparsın və o avtomobili ilə Xədicəni Nərimanov rayonu ərazisində yerlləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin yanına aparmışdır. Xədicə ona bildirmişdir ki, İradə deyib ki, həmin idarədə olacaqdır. Onlar avtomaşını orada saxlayıb bir az gözləmiş və iradə arxadan gəlib avtomobilə əyləşmişdir. O, iradənin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin binasından çıxıb-çıxmadığını görməmişdir. İradə maşına oturandan sonra Xədicə bildirmişdir ki, onları notariat kontoruna aparsın, odur ki, onları yolunu göstərdikləri bir notariusa aparmış, onlar düşüb gedib bir müddətdən sonra qayıtmışlar, sonra onları sözlərinə əsasən Bakı şəhəri Heydər Əliyev prospektində, «Koroğlu» metrosunun yaxınlığında yerləşən «Asan» xidmət binasının yanına aparmış, özü avtomaşında oturub gözləmiş, Xədicə və İradə düşüb «Asan» xidmətə getmiş və təxminən yarım saatdan sonra qayıtdıqda, onları aparıb düşürmüşdür. Sonradan o Xədicədən eşitmişdir ki, Xədicə notarius vasitəsi ilə İradəyə pul verib, ancaq nə qədər məbləğdə pul verdiyini bilməmişdir. Sonra 2018-ci ilin mart ayının ortalarında Xədicənin sözünə əsasən sonuncunu və İradəni «Gənclik» metrosunun yanına aparmış, onlar avtomaşından düşüb orada metalik rəngli «Mersedes» markalı avtomobilə əyləşmiş, orada kiminləsə söhbət etdiklərini görsə də həmin şəxsin kim olmasını görməmişdir, sonra maşından düşüb gəlmişlər. O Xədicəyə işinin olduğunu, Təhsil Nazirliyinə gedəcəyini bildirmiş, ona görə də Xədicə özü avtomaşını idarə edib onu Təhsil Nazirliyinin yanında düşürüb İradə ilə getmişlər. Sonradan Xədicədən bilmişdir ki, İradənin sözünə əsasən işə düzəldəcəyi bir neçə nəfərdən pul alıb İradəyə vermişdir, lakin İradə aldadıb pulları ələ keçirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, İ. Murquzova ilə heç bir qohumluq əlaqəsi, ədavəti yoxdur. İş ilə bağlı Zərərçəkmiş şəxs2 tanıyır, zərər çəkmiş şəxsləri ilə tanımır. Təqribən ili xatırlamasa da, yanvar ayları idiş X. Əhmədova onlara yaxın ünvanda yaşayırdı. O, özünə təzə avtomobil almışdı. O da işdən yeni ayrılmış və depressiyada olmuşdur. Avtomobilin idarəetməsinin yeni dövründə o, Xədicə xanıma köməklik göstərirdi. Bir dəfə İradə xanımın iş yerinə, iki dəfə də Gənclik metrostansiyası istiqamətinə getmiş, bir dəfə də bu istiqamətə ümumilikdə üç dəfə getmişdir. Hər üç görüşdə də avtomobil idarə etmişlər. Bir dəfə də İradə xanımın otağına kim isə gəlmişdir onu digər otağa keçirmişdir. İradə xanımla Xədicə xanım arasında olan söhbətlərdə o, orada olmamış, onu uzaqlaşdırırdılar. Digər qonşu otağa keçirirdilər. İradə xanım Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin Bakı Ərazi idarəsinin binasının yanında ofisdə otururdu. O, İradə xanımı tanıyır. Belə ki, üç dəfə görüşmüşlər. Əmisini də tanıyır. Belə ki, birlikdə bir yerdə işləmişlər. Bir dəfə Xədicə xanımla birlikdə İradə xanımla görüşməsi üçün Gənclik metrostansiyasına tərəf aparmışlar. O, Xədicə xanımın maşınında oturmuşdur. Xədicə xanım maşından düşüb başqa bir maşına əyləşmişdir. Maşını bir kişi idarə edirdi. Aralarında olan söhbətlərdən heç bir zaman məlumatlı olmamışdır. Bir dəfə özü yaxınlaşıb Xədicə xanımdan soruşmuşdur ki, nə məsələdir?! Artıq polisə verilən ərəfədə demişdir ki, İradə xanıma işə düzəltmək adı ilə xeyli miqdarda pul verib, lakin o, pulu qaytarmamışdır. Sonra o bir dəfə İradə xanıma zəng edərək demişdir ki, Xədicə xanım belə bir məsələdən danışır. İki xanım olduğunu və aralarında həll etmələrini bildirmişdir. Bir dəfə Xədicə xanımı BMCMİ-nin yaxınlığına gətirmişdir. Xədicə ona demişdir ki, İradə xanım bu yaxınlıqdadır onu götürəcək. O, hiss etmişdir ki, onların aralarında olan məsələ nədir. Onlar nə alıb, heç biri onun yanında olmamışdır. Belə ki, gizli işarələrlə danışdığından başa düşürdü ki, kimisə bir yerə işə düzəltməyə çalışırlar. Amma hara və kimi düzəldirlər, ondan məlumatsız idi. O, ümumiyyətlə başqa heç bir şey bilmir. İşə hər-halda İradə xanım düzəldirdi. Sonradan da bəlli oldu ki, işə düzəldən İradə xanımdır. Xədicə xanımı institutda işləyəndən tanımışdır. O, İradə xanımı ümumilikdə 3 dəfə görmüşdür. İradə xanımı bir dəfə otağında, ikinci dəfə dəqiq bilmir ofisə qalxdıq ya yox, onlar Gənclik ərazisində olmuş və hər ikisi başqa maşına minmişlər, üçüncü dəfə də BMCM-nin yanında görmüşdür. Xədicə xanımla Xətai rayonu ərazisində ona birindən pul aldığını və təcili o əraziyə gəlməsi ilə bağlı çağırışı olmayıb. Həmin ərəfədə Xədicə xanım, İradə xanım və onun Bakı şəhərində hər-hansı Asan xidmət mərkəzinə getməsini xatırlamır. Bir dəfə Asan xidmət mərkəzinə gedib. Amma xatırlamır Xədicə xanımla idi, yoxsa İradə xanımla. Bir dəfə Nərimanov rayonu, Koroğlu küçəsi istiqamətində yerləşən Asan xidmət mərkəzinə hər üçü getmişlər. Olub elə şey. BMCMİ-nin yanında İradə xanımı maşına mindirmişlər. İradə xanım maşına əyləşəndə onu avtomobildən düşürtməmişlər. Harasa getmişlər. İki il keçdiyindən hara getdiklərini xatırlamır. Ola bilsin İradə xanım BTE-yə işə qayıtdı. Onun səhəri günü Xədicə və İradə xanımla görüşməmişdir. Ona ümumiyyətlə pulla bağlı heç bir söz deyilməyib. Sonradan polisə şikayət olduqdan sonra Xədicə xanımdan soruşmuşdur ki, polisə çağırış ediblər. Nə məsələdir. Bundan sonra Xədicə xanımla görüşmüşdür. Hadisə təqribən qış ayında baş vermişdir. Soyuq qış aylar idi. Ona heç bir təklif olunmamışdır ki, İradə xanımın əlehinə ifadə versin. Xədicə xanım da ona demişdir ki, nə görmüşdürsə onu da demişdir. Onun yanında nə pul söhbəti olub, nə də ki, pul alqışı olub. Hər iki xanım ona hörmətlə yanaşmışdır. Gənclik metrostansiyasında olan xanımların görüşündən də məlumatı yoxdur. Qarşıdakı maşında onunla yanyana saxlamışdı. X13 xanım o maşına əyləşdilər. Təqribən 10-15 dəqiqə vaxt keçdikdən sonra onlar qayıdıb maşına əyləşdikdə ona heç nə bildirməmişlər. Ümumiyyətlə onunla elə bir söhbət aparılmırdı. Gizli saxlanılırdı. Həmin o müddət ərzində də o avtomobildə əyləşmişdir. O, rayonda idi İradə xanımı yığanda. İradə xanımla əlaqə saxlayıb demişdir ki, ona böyük hörməti var. Xədicə xanım demişdir ki, pul söhbəti olub. Kimisə işə düzəltmək adı ilə. İradə xanıma demişdir ki, siz də gözəl xanımsız. X6 tanıyır. İradə xanımda ona cavab olaraq demişdir ki, pul məbləği o qədər olmayıb. Elə bir söhbət olmadığını bildirmişdir. Təxmini 3000 manat olub. İradə xanım el desə də, Xədicə xanım isə məbləğin 35000 manat olduğunu bildirirdi. İradə xanım isə məbləğin o qədər olmadığını bildirmişdir. İradə xanıma demişdir ki, Xədicə xanım belə bir söz deyir. Nəyə görə İradə xanımın belə bir hərəkəti etdiyini bildirmişdir. Gənclik metrostansiyasının digər tərəfində görüşmüşlər. Həmin vaxtı İradə xanımla Xədicə xanım o, maşını saxlayanda qarşıda olan metal rəngli Mercedes markalı avtomobilə əyləşmişdir. Ümumiyyətlə Xədicə xanım Hövsan tərəfdə olurdu, onu yoldan götürürdü. Belə ki, şəhərdaxili avtomobili idarəedəndə çətinlik çəkdiyindən, özü idarə ediri. Xətai rayonu ərazisində Bizim marketin yanında Xədicə xanımla görüşməmişdir. Xədicə xanımın elə bir zəngi olmamışdır ki, o marketin yanında görüşsünlər. Elə bir şeyi xatırlamır. Xədicə xanımla müxtəlif yerlərdə görüşürlər. Ona görə dəqiq xatırlamır ki, dəqiq olaraq Xətai rayonu ərazisində Bizim marketin yanında görüşmüşlər ya yox. Eyni zamanda İradə xanıma pul verməsi ilə bağlı həyəcanlı olduğu, habelə avtomobili sürüb İradə xanımın iş yerinə getməsi ilə bağlı epizod xatırlamır. Gənclik metrostansiyasından sonrakı tarixdə nə üçün zəng etməsini xatırlamır. Xədicə xanım ona çox zəng edərdi, amma dəqiq nə üçün idi xatırlamır. BMCMİ-nin yanına Xədicə xanım demişdir ki, İradə xanım oradadır. Onu harasa aparacaqdılar. Nə üçün İradə xanım orada idi onu xatırlamır. Bir dəfə Asan Xidmət mərkəzinə getmişdilər. Amma o həmin gün idi yoxsa başqa gün idi ya yox. Təhsil Nazirliyinin yanına Xədicə xanımla ola bilər ki, gediblər. O ərəfədə Xədicə xanım bildirməmişdir ki, İradə xanım kimisə işə düzəldir. İş işdən keçəndən sonra və polisə Xədicə xanım müraciət etdikdən sonra, demişdir ki, o Xədicə xanımdan ailə vəziyyəti ilə bağlı, həmçinin uşağının təhsili ilə bağlı 500 manat pul istəmişdir. Ona demişdir ki, pul yoxudur. Onun Xədicə xanıma ərki çatdığından demişdir ki, “Xədicə mən səndən 500 manat pul istəyirdim bəs deyirdin pul yoxdur?” Belə bir söhbət aralarında olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 40 saylı notariat kontorunda rəsmiləşdirilmiş 11 yanvar 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Zərərçəkmiş şəxs1 borc alan Zərərçəkmiş şəxs2 8800 ABŞ dolları (kursla azərbaycan manatına ekvivalentdə 14960 manat) və 40 manat, cəmi 15000 manat məbləğində 11.03. 2018-ci il tarixə kimi qaytarmaq şərtilə borc vermişdir. “Təqdim edilən fləşkartda olan videogörüntüyə baxış keçirilməsi və səsyazısına qulaq asma haqqında” 04 avqust 2018-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər BPİnin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı içəsinin baş müstəntiqi, X8 icraatında vətəndaş Zərərçəkmiş şəxs2 şikayət ərizəsi əsasında toplanmış materiala əlavə edilmiş bir ədəd fləşkartı X3 təqdim etdiyindən onun iştirakı ilə Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat idarəsinin 318 nömrəli iş otağında kompyüterə qoşularaq baxış keçirildi. 20180110 İMG 1236, faylda qeyd edilən görüntüyə baxış keçirilərkən Zərərçəkmiş şəxs2 bildirdi ki, həmin videolentə alınmış səs yazısı ona məxsus “Volsfaqen-Qolf» markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilində onun tərəfindən özünə məxsus «Ayfon-6» markalı mobil telefon vasitəsi ilə özünün Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 aralarında olan səs yazılarını gizli yazmışdır. Minik avtomobilinin salonunda çəkiliş müəyyən edilsə də, ancaq avtomaşının salonunun ön hissəsi, görüntüləri olsa da, danışan şəxslərin özlərinin görüntüləri müəyyən olunmamış, ancaq öz aralarında danışıq səs yazıları vardır. Baxış zamanı aşağıdakılar müəyyən olundu. -İradə: (Fəridə) Sən nazir getmirsən, nazir müavini getmirsən, hər halda sən zabit kimi otuzduracaqlar hüquqşünassan pamoimu müstəntiq kimi otuzduracaqlar, mənə deyiləni deyirəm yəni bax belə. Qalanını mən Xədicə xanıma demişəm, prosta dedim .alideynlərinlə görüşsəydim daha yaxşı olardı. -Xədicə: O, özü dedi ki, özüm həll edirəm, ortadakı adam elə bir şeydiki valideynlərindən yaxındır bu adama. -Fərid: Heç ehtiyac yoxdu valideynimə, mən özüm burda yaşayıram. -İradə:Valideynin rayondadımı eləmi? -Fərid:Valideynim xaricdə yaşayır, -İradə: Hə oldu, heç bir problem yoxdur. -Xədicə: Magistraturanda var. Apostru gözləyir. -İradə: Mən onu deyəcəkdimki baxdım bakalavrdı, magistratura mütləq lazımdır mütləq! -Fərid: O, problem deyil bir ay ərzində alaram. -Xədicə: Gətirəcək, arayış alıb gətirərik. -İradə: Bir ay ərzində 40 gün patoloku iki ay ərzində, sən dinləniləcəksən. Artıq hərəkət □ir dənə bilirsənki, ora nədir də? Adamsız heç nə mümkün deyil, onu da bilirsən, adamın olmadı get görüm orda necə oturursan? Təkcə o deyil, hər yerdə. Hansı idarəyə getmisən sadə bir adam görmüsən? Prokurorun oğlu prokuror olmalıdı. Müstəntiqin oğlu prokuror olmalıdır. Ali bir məhkəmədə işləyənin oğlu mütləq gedib, hansısa bir məhkəmənin sədri olmalıdır. Bura Azərbaycandır da balam düz demirəm? -Fərid: Mənə bu dəqiqə maraqlı olan mənim işə girməyimdir. Ondan sonrası asandır. -İradə: Bilirəm sənə qurban. -Xədicə: (Fəridə) Ümumiyyətlə işləmirsən hələ? -Fərid:Yox! -İradə: Bilirəm. Boyun nə qədərdir? Fərid. -Fərid: 1.76 -İradə: Hə super. -Xədicə:(Fəridə) İdmanala məşğulsan? -Fərid: Güləşçiyəm özümdə. -İradə: Hə çox gözəl. -Xədicə: Bu mənim (yəni Fərid) ata tərəfdən qohumumdur, demək istəmirdim. -İradə: Hə nə olsun.Ata tərəfdən qohumundur, mənim də qohumumdur. Goranboy Qazax yan-yana olan bir şeydir. Bir tərəfimiz Qazax, bir tərəfimiz Göyçədir. Goranboydanda dostlarımız var ailəvi dostuq Elman müəllim zad burda yaxşı yerdə işləyən adamlardır. Mən bunu (sənəti) səndən götürürəm. Qalanını mən Xədicəyə demişəm. Bir dənə də bir şey deyimdə fərid,Xədicəni tanıyırsan, məni tanıyırsan, mənim sənin boyda oğlum var, prosta mənim oğlum Polşada magistraturanı oxuyur. Qızım burda neft şirkətində işləyir, “Yəni belə deyəkdə mənim vəzifəm olmasaydı, mənim qızımı neft şirkətinə götürməzdilər də". 50 dəfə 1000 dəfə sivi verirlər deyir mama hamısı atılıb qalır qıraqda. Mən indi bir dostumuz var, onun oğlunu üzr istəyirəm arvadını ora neft şirkətinə düzəldirəm. Martda indi işə çıxmalıdırlar, şivini zadını götürüblər. Tanışlıq bu olmasa (əli ilə pulu işarə edir) heç nə mümkün deyil. Bunu da verməsən (pulu yəni) sənin telefonun prosluşka -da ehtiyac yoxdur. -Fərid: İndi, mən hara, hal-hazırda inşallah. -İradə: Banditizmə. -Xədicə:Banditizmə. Bura? Buraların yanındakı korpusa? -Fərid: Bir ay ərzində? -İradə: Bir ay 40 gün ərzində mamanı yoxlayacaqlar, papanı yoxlayacaqlar, bacını yoxlayacaqlar. Ən çoxda sənin danışığını. -Xədicə: Bütün əlaqə nömrələrini verəcəm (İradəyə). -İradə: Maşallah xarici görünüşün var, boyunda pozvolyat allaha -Xədicə: Maşının nömrəsində? Maşının var sənin? -Fərid: Yox. -Xədicə: Hə maşını yoxdur yox. -İradə: Sabah birisigün zvaniyanı alanda Allah haqqı bizi tanımayacaq. -Xədicə: Sözsüz. -İradə: Gedib deyəcəyik Fərid müəllim bizə kömək elə. (gülür) -Xədicə:(gülür) Sizi bilmirəm amma məni tanımaya bilməz, çünki mənim onunla müqaviləm olacaq. -İradə: Sənə qurban (Fəridə) inanki bez problemdi. Yəni belə deyəkdə. -Fərid: Sizə belə deyimdə, bu işin mən çoxdan üzərinə düşmüşəm. -Xədicə: Xanım içərinin adamıdır da deyir. Orda işləyən adamdır. -Fərid: Elə içərinin adamları söz veribdi. Mən onları atkaz getmişəm, çünki. -İradə: Sağ ol. -Fərid: Xədicə xanım bizim yaxınımızdır, onu sözünə inanıram. O, birisilərə baxanda ona görə siz boyun olursunuz 100 faizdirsə, o birisilərə atkaz gedirəm. -İradə: MirQafar müəllimin. Bir dəfə getmişəm onun yanına, qardaşımla. -Xədicə: Üzr istəyirəm sözünü kəsirəm, o qədər o, uşağın hər şeyi danışmışam ki, onun yanında hər şeyi danışmaq olar. Ona görə də biz hər şeyi danışırıq. -iradə: Fərid, Fərid oldunda? -Fərid: Bəli. -İradə: MirQafar müəllimgilin vaxtında qardaşımgili guya neft şirkətinə düzəldirdilər. Qardaşımda ali təhsillidir. Hərəsindən beş min-beş min pul götürürlər. Qardaşımada deyirlər ki, yaxın adamları götür ki. kənar adam olmasın ki, sabah problem olmasın. Bu da öz qonşunuzun arvadı. Məni də təsəvvür elə ki, qardaşımın da imkanı yox idi. uşaqlar olmurdu. 14 il mən bunları müalicə, müalicə day nə bilim bəlkə 200 min onların üstünə pulum gedib. Nə isə götürdüm mən də qardaşımın əvəzinə verdim. Qardaşım götürüb xalaoğluna deyib, xalaoğlu o, biri xalaoğluna, xalaoğlu altda qonşuları var, o da türmədə yatıb çıxan adamdır. Hamısından beş min-beş min tanış adamlardan 30 min yığıb aparıb verib üzr istəyirəm o, qancığa. Sən demə maşennikdilər, bunlar kurs təşkil edirlər, ingilis dilindən. İngilis dilini bilirsənmi (Fəridə). -Fərid:Xeyr. -Xədicə: Rus dilini amma bilir. -İradə:Rus dilini -Fərid: Hə -İradə: Hə vsyo. Deməli otururlar, səni gətirib otuzdururlar sən nə biləsən müəlliməsən. Bir ofis təşkil edirsən başlayırsan bu 20 nəfər, 30 nəfərə ingilis dilindən salam - sağ ol öyrətməyə. Qardaşımda gedib gəlir, gör afiristliyə baxki, bir ay tamam olan kimi başlayırlar bunların öz pullarından 500 - 500 pul verirlər, məsələn 100 neçə min 300. -Xədicə: Hə mən eşitmişəm nəsə elə bir haqq hesab. -İradə: 100 neçə minin müqabilində olmasın 20 min belə bir. Gəldi ki, bunlar qaçıblar gediblərki nə, nə ofis var, nə bir şey var. Gəldim bura banditizmə tapşırıqsız zadsız kimə tapşırmalıyamki. -Xədicə: Hə də vəzifəniz var. -İradə: Mən əslində heç kimə demək istəmirdim, özüm utanırdım deyəcəklər gör özü nəylə məşğuldu, gedib kiməsə şey eləyir, maşenniklərə rast gəlir.Gəldim şeyin yanına nə isə də müavinlərdən birinin yanına. O qədər başım qarışıb ki. -Xədicə: Talışın yanma? -İradə: O qədər başım qarışıb ki, girmişəm MirQafar müəllimin yanına. Gedib girmişəm deyir ki, nə olub xanım? Deyirəm ki, aa mən sizin yanınıza gəlməmişəm axı. Elə bil ki, mənim başım havalanmışdır. Bilirsən niyə mənim qardaşımın pulu cəhənnəm, bəs qohum əqrəbalarımın pulu, tanış bilişlərimin pulundan xəbər gedir. Sən inanırsan hamısını mən ödəməliyəm (İradəyə zəng gəlir, mobil telefonunda danışır). -Alo, ay can salam Anar., salam ...... Aha, Aha hə sənə qurban çox sağ ol. Anar öpürəm atam, öpürəm. Allah yaxşı insanlara can sağlığı versin (danışıq bitir). Getdim girdim arvadın yanına onu tapdıq. Əri qalıb burda, qardaşı gəlib döyüb, ütünü götürdüm az qaldı sifətinə vurum. -Xədicə: Axırı pulu aldız. -İradə: Hardan aldım? Demirəm getdim gördüm. MirQafar müəllimin yanına. MirQafar müəllim təzədən aləmi tökdükü bu dəqiqə məşğul olursuz, adamlar yoxdur, deməli pulu götürüb hamilədir, hər dəfə hamilə olur, ondan bundan üzr istəyirəm ki, tutulmasın. Deməli maşenniklərlə məşğuldur. Hər dəfə onunla bununla yatır hamilə, 3 dənə - 4 dənə uşağı var. 1-2 dəfə hamilə olduğuna görə iş vermirlər. 1-2 dəfə domaşnıy dustaq etmişdilər, yəni bu cür maşenniklər olur. Mənim balam Xədicəni tanıyırsan. -Fərid:Siz özünüz harda işləyirsiniz, yoxsa? -İradə:Gəl onu deməyəkdə, mənim balam. Sənə qurban soruşma. -Xədicə: Fərid qohumumdu. -İradə: 5 minə 3 minə görə mənim balam heç kim öz mənliyini yerə vura bilməz. Mənim sən boyda oğlum var, nəvələrim var. -Xədicə: Ehtiyacda yoxdur. Mən xahiş etmişəm ki, xanıma ehtiyac yoxdu ki, sənin işini düzəltsin. -İradə: Mənim kürəkənim xalq ulduzundan Xəlil Niftəliyev. Elə belə adamlar deyilik, yəni belə. -Fərid: Əstafurullah ona görə demirəm prosta maraqlanıram. -İradə: Narahat olma prosta telefonla hətta başqa nömrə taxsanda, sən onları tanıyırsan. -Fərid:Narahat olma heç o barədə. -Xədicə:Onda sən belə etdə sən bu günə şivini mənə bu günə çatdırarsan? -İradə: şiviyə ehtiyac yoxdur. -Xədicə: Əlaqə nömrələri yoxdur axı. Məndə ruçka yoxdur. -İradə:Hə əlaqə nömrəsi burda sənədlərdə yoxdur? -Fərid: Hə problem yoxdur, onu verərəm, istəsən gedim dəftər ruçka alım. -İradə: Hə bax burdan içəridən (Bazarstore işarə edir) al. -Xədicə: Hə onda məndə düşüm. 20180111 İMG 1264 faylda qeyd edilən görüntüyə baxış keçirilərkən Zərərçəkmiş şəxs2 bildirdi ki, həmin videolentə alınmış səs yazısı Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən işlədiyi ofisdə özü və Təqsirləndirilən şəxs ilə danışıq aparılarkən özünə məxsus «Ayfon-6» markalı mobil telefon vasitəsi ilə gizli videogörüntünü çəkmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi, iki qadın bir-biriləri ilə danışıq aparırlar. 2 dəfə İradə Murpquzovanın özünün görüntüsü olsada, ani olaraq görüntü qapanır və öz aralarında danışıq səs yazıları davam etdirilir. -İradə: Keçən dəfə bir zibili var idi. Magistraturanı qurtarmalı idi. qurtarmamışdı, mütləq magistratura qurtarmalıdır mütləq. İradə kiməsə zəng edir (zəng çatmır). -Xədicə: Deyirəm o, səs hardan gəlir. Banditizmlə görüşməli idiz? -İradə: Hə mən gedəcəkdim, daha hara gedim boş-boşuna -Xədicə: Səhər gedərsiz həll edək -İradə: Səhər 11-ə qədər getməliyəm. -Xədicə: 11-ə kimi gəlim. Mən yazıq neyləyim? Bir qəpik xeyrimiz yoxdur, bilirsiz. -İradə: Mənim sənə yox, özümə yazığım gəlir ki, mən 100 faizli ilə demişəm. Bütün biabır olmuşam. -Xədicə: Hə 100 faizli demişəm. -İradə: Biabırçılıqdır sən prosta zəng et, Fəridə yığ -Xədicə: Mən ona yığmıram. -İradə: Sən özün yığ deyirəm. 20180111 İMG 1265 faylda qeyd edilən görüntüyə baxış keçirilərkən Zərərçəkmiş şəxs2 bildirdi ki, həmin videolentə alınmış səs yazısı Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən işlədiyi ofisdə özü və Təqsirləndirilən şəxs ilə danışıq aparılarkən özünə məxsus «Ayfon-6» markalı mobil telefon vasitəsi ilə gizli videogörüntünü çəkmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi, iki qadın bir-biriləri ilə danışıq aparırlar. Ekranda heç bir görüntü yoxdur və öz aralarında danışıq səs yazıları davam etdirilir. -İradə: Dedim on mindi amma Qoşqar sənin xətrinə beş minə edəcəm, mənim özümə 500 manat hörmət edərsən. Bir yerdə işləyirik. Bu elə-belə adam deyil. Bu adama caveryat eləyir, bu adama mart ayında təzə ştat açılacaq. Amma indidən pulumu verdim, mən o pulu aparıb verdim ki, mən burda bir yerdə işləyirəm. Burda beş-üç manat çörək pulum olur. Mən onun yanında pis vəziyyətdə qalmayım. Mobil telefona zəng gəlir: (Banditizmdən Elmandi deyir) Bir az xəstələnmişəm öskürür) görürsən iynə dərman əlim buz kimi oldu. Demirəm xəstələnmişəm bir azda buna əsəbləşdim (pulu gətirmədiyi üçün) ayıbdı, məni gözləyir. Tezdən saat üçdən -Xədicə: İndi qulaq as onda səhər tezdən beş min manatı gətirəcəm, notariusda müqavilə bağlayaq. Mən orda (yəni telefonda Elman) gördüm. Banditizmdə eşitmişəm Elman Banditizmdə. -İradə:Sənə qurban ad çəkmə. -Xədicə: Mən sizə deyirəm. -İradə: Bir yerdə iş görək gətir Socara, fövqəladəyə, Prezident Aparatına mütləq boybuxun olan gətir. Mən onları eləyim səndə məndə 5 manat çörək pulu qazanaq. -Xədicə: İradə xanım dövlət qulluğuna imtahan oldu təsnifat üzrə. Bir də Azəroteldə tanışınız var. Orda bir qız var deyir ki, 1000 manat verim maaşı artır. 170 manat maaş alır. -İradə:Gətirib ortaya çıxart da. Qurtarıb bir yeri? -Xədicə: Hə institutu bitirib. -İradə: Gətir şirkətə düzəldək. 5-dən bizə 7000 versin düzəldək. Socarada yeddi min versin. Mən bir nəfəri düzəldirdim, mən nə bilim qabaqdakı Hacıdı yaxınımdı, kirvəmin qızıdı, dedim ki, belə filan hə 5 deyirdi mən buna dedim yeddi min . Vobşim qızın birbaşa özünə anası ilə danışdım. Getdim bir də gördüm Hacı zəng elədi. Siz niyə aparıb qiymət danışdız, mən onlara 15 min manat demişdim. Onlarda verirdi. O, pulu ona görə o kişi pul qalmalıydı deyə şey eləmədi. Dedim eləmirsən eləmə, cəhənnəmə elə. -Xədicə: Hacı o bizim tanış ortaya girmişdi. -İradə: Yox sən onu tanımırsan, mən özümdə onu üç-dördə dəfə görmüşəm. Onu da məndən xahiş eləmişdilər. Neft şirkəti zad bez problem. O, dediyim bir nəfər var onun qardaşı oğlu vergilərdə, bax sən dediyin adamı - vergilərə, orda birinci müavindi, özüdə deyir ki, İradə bez problem. -Xədicə: Vergilərə çağıracaq sonra pul veriləcək də? -İradə: Sən, heç nə yoxdur məni biabır etmisən. Hamısını şifahi danışırsan. Məni bu adamın yanında biabır eləməyin xahiş edirəm sizdən. -Xədicə: Yox, yox görün, nə deyirəm səhər gedək natariusa beş mini müqavilə bağlayaq özləri də görsün, qalanı da o, pul mən də. -İradə: Mən onda səni gözləyirəm ki, mən on birə iyirmi dəqiqə işləmiş mən çıxım gedim ora . Orda görüşək, orda kamera zad, orda niyə görüşək. -Xədicə: Mən düşürəcəyəm sizi. -İradə: Sən düşürdəsəndə məni. -Xədicə: Onda natariusda görüşək, sonra gedək, hələ 100 manatda natarius puludur. -İradə: Yalan olmasın xahiş edirəm ki, canlan çıxsın 100 manat özləri versin. (Nəvələrindən danışır). Sabah on, on birin yarısı gözləyirəm olmasa, kimisə tapıb şey eləyəcəm, vsyo oldu. -Xədicə:Gələcəm oldu. 20180622-22-17-52 faylda olan Audi səs yazısına qulaq asma zamanı aşağıdakılar müəyyən edildi. -Xədicə: Yalandan deyirsən yenə məni fırladırsan. -İradə: Sənin başın çatmıre zəng etmərəm də, nə boş-boşuna danışırsan. Sabah zəng et bir şey var onu götürək pula çevirək, verək (evi yəni). -Xədicə:Yalan deyirsən sənin sabahların qurtarmıre. Nədir o şey, sən nə qədər pul verə bilirsən ver. -İradə: Sabah zəng et on iki bir arası görüşək. -Xədicə:Baxarıq onda oldu. -İradə: Oldu. Fləşkartda olan videogörüntüyə və audi səs yazısına baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30.08.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Ziyanın könüllü ödənilməsi haqqında” 30 avqust 2018-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi polis polkovnik-leytenantı X8 icraatında olan ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar protokol tərtib etmişdir. Təqsirləndirilən şəxs istintaqa 25 ədəd 100 manatlıq pul əskinazlarını, yəni ümumi 2500 (iki min beş yüz ) manat pulu təqdim edərək bildirdi ki, o, Zərərçəkmiş şəxs2 notariat kontoru vasitəsi ilə 5000 manat borc almış, həmin pulun 2500 manatını təqdim edir, 2500 manatını isə 10 gün müddətinə təqdim edəcəkdir. Odur ki, 25 ədəd 100 manatlıq pul əskinazları, yəni 2500 ( iki min beş yüz ) manat pul protokola əlavə olunaraq götürüldü; Zərərçəkmiş şəxs2 yazaraq imzaladığı 31 avqust 2018-ci il tarixli qəbzdən görünür ki, o, Təqsirləndirilən şəxs verdiyi pullardan 2500 manat pulu qəbul etmişdir; Bakı şəhər 5 saylı “Asan xidmət” mərkəzində notariat kontorunda rəsmiləşdirilmiş 12 yanvar 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Zərərçəkmiş şəxs2 borc alan Təqsirləndirilən şəxs 4930 manat ekvivalenti 2900 ABŞ dolları, cəmi məbləğində 12.03.2018-ci il tarixə kimi qaytarmaq şərtilə borc vermişdir. Zərərçəkmiş şəxs2 yazaraq imzaladığı 07 fevral 2019-cu il tarixli qəbzdən görünür ki, o, Təqsirləndirilən şəxs verdiyi pullardan hissə-hissə 5000 manat pulu qəbul etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 32193 nömrəli 19.03.2019-cu il tarixli rəyindən görünür ki, 2.1. Ekspertizaya təqdim olunmuş 1 ədəd “hp” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 2.2.Ekspertizaya təqdim olunmuş 1 ədəd “hp” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Zərərçəkmiş şəxs1 məxsusdur. 2.3.Ekspertizaya təqdim olunmuş 1 ədəd “hp” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. 2.4.Ekspertizaya təqdim olunmuş 1 ədəd “hp” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «Q2» kimi işarə olunmuş diktorun səsi və nitqi - Zərərçəkmiş şəxs2 məxsusdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. ********* nömrəli 20 aprel 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, Zərərçəkmiş şəxs1 poşt vasitəsilə 71 manat göndərilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 20 aprel 2020-ci il tarixli qərardan görünür ki, 71 manat pulun Zərərçəkmiş şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 qaytarılması ittihamda nəzərdə alınmış, istintaq zamanı Zərərçəkmiş şəxs2 təqdim etdiyi, məzmununda səs yazıları və video görüntü olan 1 ədəd yaddaş kartı cinayət təqibi üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmişdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 aprel 2020-ci il taixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Zərərçəkmiş şəxs4 məhkəmə iclasında təqdim etdiyi 20 oktyabr 2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ona olan 8500 manat pulun 3000 manatını almışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-24/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsi və tutularaq dərhal həbs olunması qərara alınmışdır. Məhkəməyə 05.11.2021-ci il tarixdə daxil olmuş Bakı şəhər Xətai rayon Polis İdarəsinin 01-34608-1221 nömrəli, 03 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs tərəflərindən keçirilmiş ƏAT nəticəsində 25.10.2021-ci il tarixdə saxlanılaraq Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün qismən etirafedici ifadəsindən başqa , mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi, yəni Zərərçəkmiş şəxs1 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə zabit kimi işə düzəldə biləcəyi barədə yalan vədlər verərək Zərərçəkmiş şəxs2 14930 manat deyil, cəmi 5000 manat alması, Zərərçəkmiş şəxs1 14930 manat məbləğində pulunun ələ keçirməsi ilə bağlı ona verilən ittihamın uydurma olması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, maddi sübut, ekspert rəyi və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla, o cümlədən : - Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 arasında notariat qaydasında rəsmiləşdirilmiş 11 yanvar 2018-ci il tarixli kredit müqaviləsi; -iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1, həmçinin Zərərçəkmiş şəxs2 ilə aralarında olan səs yazılarını əks etdirən fləşkartda olan videogörüntüyə baxış keçirilməsi və səsyazısına qulaq asma haqqında” 04 avqust 2018-ci il tarixli protokolun məzmunu, həmin səs yazılarının göstərilən şəxslərə məxsus olmasını təsdiq edən məhkəmə-fonoskopik ekspertizasının 32193 nömrəli 19.03.2019-cu il tarixli rəyi ; - ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında aparılmiş üzləşdirmə istintaq hərəkəti protokolu (cinayət işi, cild İ, iş vərəq 133-138) ilə tam təkzib olunur. CM-in 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 177- 183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Məhkəmə istintaqında araşdırılan sübutlarla Təqsirləndirilən şəxs işə düzəltmək adı altında etibardan sui-istifadə edərək və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 pulnu 14930 manat məbləğində ələ keçirməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs bu məqsədlə 5000 manat pul alması barədə dəlillərinin isə özünü müdafiə üçün irəli sürülən əsassız fərziyyələrdən ibarət olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, Təqsirləndirilən şəxs göstərilən ifadəsini zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın məbləğini azaltmağa yönəlmiş, cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilən və məhkəmə istintaqı zamanı araşdırılan, yuxarıda qeyd olunan sübutlarla təkzib olunan ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs ifadəsində irəli sürülən dəlillər tam təkzib olunur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxslərə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir və onun qismən etirafedici ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Beləliklə də, CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini, qadın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 dəyən ziyanı qismən ödəməsin nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - məzmununda səs yazıları və video görüntü olan 1 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb edə bilər; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə həmçinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 dəyən ziyana görə 5000 manat məbləğində pulu Zərərçəkmiş şəxs2 ödəməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, hazırki cinayət üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxsdir və ödənilən 5000 manat onun özünə qarşı törədilmiş dələduzluq əməli nəticəsində vurulan ziyanla əlaqədar olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 14930 manat dəyməsini, həmin məbləğdən 71 manat pulun ödənilməsini nəzərə alaraq, mülki iddianın qismən, yəni 14.859 manat məbləğində təmin edilməsini mümkün hesab edir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 25 oktyabr 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübüt kimi tanınmış yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 300 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 14.859 manat məbləğində maddi ziyan tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar