Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-80/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi – Nümayəndə, Müdafiəçi – Bakı şəhəri “Kaspian” Vəkil Bürosunun vəkili X8, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1995-ci ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Salyan rayonunun Çuxanlı Ərazi Dairəsi, Çuxanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdə saat 14:29:46-da idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “BMW” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətinə doğru hərəkətdə olarkən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 58 ünvanında yerləşən “Azərbaycan Dövlət Rəssamlıq Akademiyası”nın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək həmin qaydaları pozmaqla idarə etdiyi avtomobilin ön tərəfi ilə yolu sağdan sola adi yeriş addımları ilə keçən piyada 1945-ci il təvəllüdlü X6 vuraraq Lidiya Penkovaya dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan qapalı kəllə-beyin travması, baş beyin toxumasına, yan mədəciklərə və yumşaq beyin qişası altına qansızmalar, döş qəfəsin sol yarısının İ-İİ-İİİ-İV- V-Vİ-Vİİ qabırğaların yerini dəyişən, sol baldır və sol said sümüklərinin orta üçdə birinin qapalı yerdəyişən, sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları, alının tüksüz hissəsinin sol və sağ yarısının, burun belinin, sol bazunun, sol saidin və sol əlin, sağ bazu və sağ baldırın sıyrıqları, qarının sol yarısının ön səthinin qançır sıyrıqları, sağ və sol göz yuvasının, sol baldırın, sağ budun qançırları, sağ budun, sağ diz oynağının, sağ baldırın əzilmiş yaraları xəsarətlərini yetirmişdir ki, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlığından X10 aldığı qapalı kəllə-beyin travması nəticəsində baş beyin toxumasına, yan mədəciklərə və yumşaq beyin qişası altına qansızmalar kimi xəsarətlər X5 yol-nəqliyyat hadisə yerində ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublıkası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə 01 avqust 2023-cü il tarixdə baş vermişdir. Həmin gün günorta saatlarında avtomobili ilə hərəkətdə olduğu zaman H.Əliyev prospektində “Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına çatmamış öz yolu ilə 1-ci zolaq ilə hərəkətdə olarkən qəfil avtomobil yolunun hərəkət hissəsinə Lidiya xanım çıxmışdır. Lidiya xanımı gördükdən sonra hadisənin qarşısını almaq istəsə də, mümkün olmamışdır və nəticədə avtomobilinin ön sol hissəsi ilə onu vurmuşdur. O, dərhal avtomobili saxlayıb yerə düşmüş və Lidiya xanıma yaxınlaşmış və görmüşdür ki, Lidiya xanımın başından qan axır. O, ilk olaraq təcili tibbi yardıma zəng etmişdir. Hazırda zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, piyadanı görən zaman avtomobilin sükanını qaçırtmış, həmçinin əyləcə basmışdır. Buna baxmayaraq piyadaya çırpılmışdır. Həmin vaxt avtomobili 60 km/saat surətlə idarə etmişdir. Əlində mobil telefon olmamışdır. Təqdim edilmiş ekspertiza rəyləri ilə razı deyil. Onun yerində kim olsa hadisədən yayına bilməzdi. O, hadisədən yayınmaq üçün əlində olan bütün vasitələrdən istifadə etmişdir. Piyada onun qarşısına qəfil çıxmışdır. Məhkəmə iclasına zərər çəkmiş şəxsin hüquqi varisi qismində çağırılmış X4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X9 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, ev 118, mənzil 41 ünvanında ailəsi ilə birlikdə yaşayır. 09 sentyabr 1945-ci ildə Bakı şəhərində anadan olmuş X3 anasıdır. Onun anası X2 eyni ünvanda yəni, ünvan 5ış və anası təqaüdçü olduğundan heç bir yerdə işləməmişdir. Anası şəxsi işləri ilə bağlı 01 avqust 2023-cü il tarixdə yaşadığı mənzildən çıxıb getmişdir. X14 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi barədə ona polis əməkdaşı 01 avqust 2023-cü ildə axşam tərəfi telefon vasitəsilə məlumat vermişdir. Bu məlumatı eşidən kimi o və qohumları morqa gedib anasını oradan götürmüşlər. Həmin günü ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdə idarə etdiyi **-VZ-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində onun anası X6 vurmuş və anası X10 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Yas mərasimini yola verdikdən sonra anası X1 qorunan hüquq və mənafelərini qorumaq üçün anası X5 hüquqi varisi qismində tanınmağı ilə bağlı ərizə ilə müraciət etmişdir. Hadisənin hansı şəraitdə baş verdiyini bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə” 01 avqust 2023-cü il tarixli, 1/3027 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 09 avqust 2023-cü il tarixli, 3-13-50/2-22197/23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə “B,C” kateqoriyalı, AE 523914 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi xx.xx.2027-ci il tarixədək aktivdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 09 avqust 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2016-cı ildə cəzasını çəkib qurtarmışdır. “Videodiskə baxış keçirilməsi haqqında” 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, DİN-in TŞX-nin müşahidə kamerasında qeydə alınmış görüntünün video diskinə baxış keçirilmişdir. Baxış zamanı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində piyada hərəkətdə olan zaman Koroğlu metrostansiyası istiqamətində yol ilə hərəkətdə olan tünd yaşıl rəngli **-VZ-*** dövlət qeydiyyat nişanlı, “BMW 323” markalı minik avtomobil ön sol hissəsi ilə piyadanı vuraraq hərəkət zolağının sola hərəkət istiqamətinə atması müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 X15 25 avqust 2023-cü il tarixli, 89 nömrəli ekspert rəyindən görünür ki, 1945-ci il təvəllüdlü piyada X7 bədən səthində qapalı kəllə-beyin travması, baş beyin toxumasına, yan mədəciklərə və yumşaq beyin qişası altına qansızmalar, döş qəfəsin sol yarısının İ-İİ-İİİ-İV- V-Vİ-Vİİ qabırğaların yerini dəyişən, sol baldır və sol said sümüklərinin orta üçdə birinin qapalı yerdəyişən, sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları, alının tüksüz hissəsinin sol və sağ yarısının, burun belinin, sol bazunun, sol saidin və sol əlin, sağ bazu və sağ baldırın sıyrıqları, qarının sol yarısının ön səthinin qançır sıyrıqları, sağ və sol göz yuvasının, sol baldırın, sağ budun qançırları, sağ budun, sağ diz oynağının, sağ baldırın əzilmiş yaraları xəsarətləri həyatidir, küt əşyanın təsirindən törənmişdir, belə ki, qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd edilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyır. Piyada X5 ölümünə səbəb almış olduğu qapalı kəllə-beyin travması nəticəsində baş beynin toxumasına, yan mədəciklərə və yumşaq beyin qişası altına qansızmalar olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olduğu vaxtdan təqribən 4-6 saat əvvələ uyğun gəlir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-8/2884- 4/1581 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş “TŞ6- 026 2-2023-08-01_14H27min00s000ms” adlı videoyazıya görə piyada Piyada X5 hərəkət hissəsinin kənarında dayandığı yerdən **-VZ-*** dövlət qeydiyyat nişanlı, “BMW 323” markalı minik avtomobili ilə vurulma yerinə kimi qət etdiyi məsafəyə sərf olunan vaxtı və yol-nəqliyyat hadisə iştirakçılarının digər hərəkət parametrlərini müəyyən etmək mümkün olmamışdır. İstintaq tərəfindən verilən məlumatlara əsasən **-VZ-*** dövlət qeydiyyat nişanlı, “BMW 323” markalı minik avtomobilin sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manatdır. “Ölüm haqqında” 19 avqust 2023-cü il tarixli şəhadətnamədən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə baş beynin diffuz travmasından ölmüşdür. “Sübutların qiymətləndirilməsi haqqında” 15 noyabr 2023-cü il tarixli qərardan görünür ki, hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmiş və Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X4 26 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxs məhkəmə istintaqında ittiham edildiyi əməldə özünü təqsirli hesab etməyərək, ümumiyyətlə hər hansı cinayəti törətməməsi bağlı ifadəsinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Beləliklə məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş ifadənin və ekspert rəylərinin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilinmədiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərər çəkmiş şəxsin hüquqi varisinin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-8/2884-4/1581 nömrəli ekspert rəyindən görünür ki, **-VZ-*** dövlət qeydiyyat nişanlı, “BMW 323” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxs X5 hüquqi varisi X9 ilə barışıq əldə etmiş, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 DVD ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 150,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri – 150,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-80/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-80/2024
26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver