Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-81/2024 10.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Rəqsanə Suliddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və 02 azyaşalı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə təmiz çəkisi 1,283 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Nərimanov RPİ-ni NMB-nin əməkdaşları tərəfindən 17 oktyabr 2023-cü il tarixdə saat 19:20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 652B ünvanın qarşısında özünü şübhəli apardığı üçün saxlanılıb, ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin inzibati binasına gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,283 qram olan ağ rəngli kristalşəkilli kütlə şəklində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvlində özünü ona elan edilmiş ittihamda tam təqsirli bilsədə, sonrakı məhkəmə iclasında və sonda özünü təqsirli bilmədiyini qeyd etmiş, ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, lakin polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində ittihamda qeyd edilən miqdarda psixotrop maddə metamfetamin olmamışdır. Narkotik vasitədən istifadə etməsi ilə bağlı şübhəli bilindiyindən idarəyə gətirilmiş, daha sonra orada 1 büküm psixotrop maddə ona təqdim edilmiş və videoçəkiliş zamanı özününmüş kimi təqdim edilməsi tələb edilmişdir. İlkin olarq o, bundan imtina etmək istəmiş, lakin polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması səbəbilə üzərinə videoçəkiliş zamanı qeyd edilən 1 büküm psixotrop maddə metamfetaminin ona məxsus olduğunu bildirmişdir. Son olaraq himayəsində 02 azyaşlı övladının, həyat yoldaşının və atasının olmasını nəzərə alaraq ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nərimanov RPİ-nin NMBnin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanıdır. 17 oktyabr 2023-cü il tarixdə Nərimanov RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2lə birlikdə inzibati ərazidə xidmət aparmışlar. Həmin gün saat 19:20 radələrində ünvan 5 ünvanının yaxınlığında xidmət aparan zaman bir nəfər şəxsin narkotik vasitələrin istifadəsində şübhəli olduğunun və onları görən zaman özünü şübhəli aparmasının şahidi olmuşlar. Buna görə də, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını görüb sonuncunu saxlayaraq Nərimanov RPİ-nə gətirmişlər. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Natiqə üzərində qeyri qanuni maddə və ya əşya olduğu halda çıxarıb təqdim etməsi təklif edilmişdir. Natiq də əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofon bükümü, sol yan cibindən 01 ədəd göy rəngli “Redmi” markalı mobil telefonu, 01 ədəd 20 manat, 01 ədəd 10 manat, 03 ədəd 5 manat pul əsginasını çıxarıb təqdim edərək, həmin bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni öz istifadəsi üçün həmin gün Bakı şəhəri, Nərimanov rayonu, Montin adlanan yerdə “Aqşin” adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Daha sonra protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Natiq tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində digər Şahid2 məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında adıçəkilən şahidin ibtidai istintaqda vermiş olduğu ifadəsi elan edilmiş və ifadəsi digər Şahid1 ilə eyni məzmunlu olmuş, qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan "Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan və işə əlavə edilmiş DVD diskə baxış keçirilərkən aydın olmuşur ki, Təqsirləndirilən şəxs əvvəlcə əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd göy rəngli “Red Mi” markalı mobil telefonu və 01 ədəd 20 (iyirmi) manatlıq, 01 ədəd 10 (on) manatlıq, 03 ədəd 5 (beş) manatlıq pul əskinazı çıxararaq masanın üzərinə qoydu. Daha sonra o sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq masanın üzərinə qoydu. Daha sonra onun üzərində olan paltarlarına baxış keçirildi və başqa hər hansısa bir əşya aşkar edilmədi. Həmin bükümün nə olması barədə sual verildikdə o bildirdi ki, həmin bükümün içərisində psixotrop maddə metamfetamin vardır və şəxsi istifadəsi üçün bu gün saat 19:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, - “Montin” adlanan ərazidə 20 manat pul müqabilində “Aqşin” adlı şəxsdən əldə etmişdir. Daha sonra tərəfimdən həmin bükümün ağzı açılaraq içərəsinə baxış keçirildikdə bükümün içərisində ağ kristallik maddə olması aşkar edildi. Daha sonra həmin bükümün ağzı bağlandı və tərəfimdən ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd göy rəngli “Red Mi” markalı mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən qablaşdırılaraq götürüldü, maddələr iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən götürülərək qablaşdırıldı və Bundan başqa Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd göy rəngli “Redmi” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün tərəfimdən qablaşdırılaraq götürüldü. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd 20 (iyirmi) manatlıq, 01 ədəd 10 (on) manatlıq, 03 ədəd 5 (beş) manatlıq pul əskinazı iş üçün əhəmiyyət kəsb etmədiyi üçün şəxsin özünə qaytarılmışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/5569 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 44 ” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, iştirakçılar: üç-imza, M.Ağalarov-imza..” yazısı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01(bir) ədəd bükümdəki təmiz çəkisi -1,283 qram ağ rəngli kristallardan ibarət maddə kutar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkmədə tədqiq olunan Azərbaycan Respublika Narkoloji X6 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2023-cü tarixli, 7203 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs X5 X4 Sindromu (Narkomaniya Xəstəliyi) Aşkar Olunur. Lakin, Hal-Hazırda Abstinenslya, İntoksikasiya əlamətlərinin olmamsını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji Dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan “Mobil telefona baxış keçirilməsi” haqqqında xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi 9” markalı mobil telefona baxış keçirilmiş və iş üzrə sübut əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada son 10 ildə müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş götürülmüş tədqiqata təqdim edilmiş təmiz çəkisi 1,283 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalan təmiz çəkis 1,233 qram psixotrop maddə metamfetamin Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin saxlancına verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Məhkəmədə tədqiq olunan Xətai Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmədə tədqiq olunan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmədə tədqiq olunan Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il, 06 ay müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmədə tədqiq olunan Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü təyin edilmiş azadlıqdan məhumetmə cəzasından 15 gün müddət vaxtından əvvəl azad edilmişdir. xx.xx.2017-ci il tarixində sinaq müddəti başa çatmışdır. Məhkəmədə tədqiq olunan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(005)-169/2020 saylı hökmündən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 11 ay, 26 gün müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmədə tədqiq olunan Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhumetmə cəzasından vaxtından əvvəl azad edilmişdir. xx.xx.2021-ci il tarixində cəza müddəti başa çatmışdır. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə saat 19:20də şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan “Qətimkan tədbirinin seçilməsi barədə” 19 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 31 yanvar 2024-cü il tarixidən hesablanmışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Baş Prokurorluğuna Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfinən hər hansı fiziki şiddət və təzyiqə məruz qalıb-qalmaması barədə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. “Elektron Məhkəmə İnformasiya” sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü Əli Xəlilli və xx.xx.2010-cü il təvəllüdlü Fərid Xəlilli adlı azyaşlı övladları, həyat yoldaşı və atası vardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.9-cu maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərin edilməsini, 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərin edildiyini nəzərdə tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində heç bir narkotik vasitənin olmaması, polis idarəsinə gətirildikdən sonra üzərinə 1 büküm psixotrop maddə metamfetamin qoyulması, polis əməkdaşları tərəfindən şiddət və təzyiq olunduğundan qeyd edilən psixotrop maddənin özünün olması barədə etirafedici ifadələr verdiyini, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hesab edir ki, cinayət işinin materiallarına və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsasən aydın olur ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlindən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, həmçinin Təqsirləndirilən şəxs 17 oktyar 2023-cü il tarixdə şübhəli şəxsi qismində tutulmuş və 19 oktyabr 2023-cü il tarixdə barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməklə azad edilmişdir. Məhkəmə hesab edir ki, əgər həqiqətən də təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyi təqdirdə qorxduğundan müvafiq narkotik vasitənin ona aid olduğunu bildirmişdirsə, onun polis idarəsinin müvəqqəti saxlama yerindən azad edildiyi vaxtdan bu barədə müvafiq dövlət orqanlarına müraciət etmək, ona göstərilmiş təzyiqlər və məruz qaldığı qanunsuzluqlar barədə məlumat vermək imkanı olmuşdur. Lakin, Təqsirləndirilən şəxs hər hansı səlahiyyətli dövlət orqanına bu məzmunda şikayəti və ya digər müraciəti müəyyən edilməmişdir. Bundan başqa məhkəmənin hazırlıq iclasında və ilkin baxış iclaslarında ifadə verərəkən ittiham olunduğu cinayət əməlində özünü tam şəkildə təqsirli bilmiş və saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir şiddət və təzyiqə məruz qalmadığını söyləmişdir. Məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsində üzərindən aşkar edilmiş psixotrop maddənin özünə aid olduğunu bildirmişdir. Daha sonradan barəsində aparılan ********* saylı cinayət işi ilə bağlı həbs qətimkan tədbiri seçildikdən sonra məhkəmə iclasında fərqli məzmunlu ifadə verərək şiddət və təzyiqə məruz qaldığını bildirmişdir. Bununla əlaqədar məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmanın nəticəsində Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan hallar bir daha Təqsirləndirilən şəxs verdiyi ifadəsinin özünü müdafiə xarakterli ifadə olmasını və məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyünü təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı övladının, həyat yoldaşının və atasının olması, ailəsinin yeganə gəlir mənbəyi olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun əvvəllər eyni məzmunlu cinayət əməli törətməklə dəfələrlə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, onun fərdi xüsusiyyətləri və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (17-19 oktyabr 2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərinə qəti cəza saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respulikası DİN-in Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,233 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki manat) pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından görə “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur və Ərazi Narkoloji Dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (17-19 oktyabr 2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 02 (iki) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və ********* saylı cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut - Azərbaycan Respulikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 1,233 qram psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut 01 (bir) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «De Fendo» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-81/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-81/2024
10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver