Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-81/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, M.Arif küçəsi, ev 27, mənzil 213-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 25 avqust 2024-cü il tarixdə, axşam saatlarında Bakı şəhəri, Binə qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə olmaqla 5,239 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq 26 avqust 2024-cü il tarixdə ünvan 1 ünvanın yaxınlığına daşımış, həmin tarixdə saat 01:35 radələrində həmin ünvanın qarşısında dayanarkən, həmin ərazidə xidmət aparan Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə olmaqla təmiz çəkisi 5,239 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sosial şəbəkədə tanımadığı şəxsin kart hesabına 50 manat pul göndərməklə narkotik vasitə olan qurudulmuş marixuana almaq istədiyini ona bildirmiş, daha sonra həmin şəxs ona “whatsapp” tətbiqi vasitəsi ilə narkotik vasitənin yerinin şəklini ataraq Bakı şəhəri, Binə qəsəbəsinə getməsini bildirmişdir. Bundan sonra həmin yerə gedib narkotik vasitə olan qurudulmuş marixuananı götürmüş, bir qədərini istifadə etmiş, qalan hissəsini isə cibinə qoymuşdur. 26 avqust 2024-cü il tarixdə saat 01:35 radələrində ünvan 5 ünvanın qarşısında iki nəfər polis əməkdaşı yaxınlaşmış, suallardan yayınmağa çalışarkən polis əməkdaşları onu Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Bundan sonra üzərində videoçəkilişlə saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da əynində şalvarın cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Narkotik vasitəni 25 avqust 2024-cü il tarixdə gecə saatlarında tanımadığı şəxsdən özünün istifadə etməsi üçün aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş 1 ədəd büküm polis əməkdaşı tərəfindən zərfə qoyaraq qablaşdırılmış, möhürlənmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təxminən 6 aydır ki, narkotik vasitə istifadə edirdi, hazırda istifadə etmir, daimi iş yeri var, əməlindən peşmandır. Polis Şöbəsinə aparılarkən, üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir təzyiq göstərilməmişdir və müdafiəçi ilə təmin olunmuşdur. Əməlindən səmimi peşman olmasının, ilk dəfədir cinayət əməli törətdiyini, ailəsinin yeganə gəlir mənbəyi olmasının nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid1 Murad oğlu ifadəsində göstərmişdir ki, 26 avqust 2024-cü il tarixdə saat 01:35 radələrində Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində xidmət aparan zaman Nərimanov rayonu, Mayakovski küçəsi 9 saylı ünvanın qarşısında bir nəfər kişi cinsindən olan şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış və özlərini təqdim edərək Nərimanov RPİ-nin PPXB-nin polis nəfərləri olduqlarını bildirmişlər. Həmin vaxtı sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görmüş və ona özünü təqdim etməsini təklif etdikdə sonuncu, danışarkən suallardan yayınmağa başlamış və onun həmin yerdən uzaqlaşmağa çalışdığını görüb üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddələrin olmasından şübhələnərək Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və 01 ədəd bükümü həmin vaxt özü təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki maddə narkotik vasitə olan qurudulmuş marixuanadır, özünün istifadə etməsi üçün almış və üzərində saxlamışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş, imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsi iş üzrə dindirilmiş digər Şahid1 Murad oğlu ilə eyni məzmunlu olmuş, qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan "Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 avqust 2024-cü il tarixli protokoldan və işə əlavə edilmiş DVD diskə baxış keçirilərkən aydın olmuşur ki, 26 avqust 2024-cü il tarixdə saat 01:35 radələrində Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 6 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 18-ci PŞ-nə gətirilmişdir. 18-ci PŞ-də ona üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. İştirakçıların iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli sellofan kəsiyinə bükülmüş içərisində yaşıl rəngli, spesifik qoxuya malik kütləni təqdim etdi. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 01 ədəd "BirBank" plastik kartı və 01 ədəd "Samsung" markalı mobil telefon aşkar edildi. Əlavə olaraq onun üzərindən heç nə aşkar edilmədi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi maddə narkotik vasitə hesab olunan "marixuana”dur. Üzərindən aşkar edilmiş maddəni sosial şəbəkə vasitəsilə 50 manat müqabilində sifariş etmiş və “Binə” adlanan yerdən götürmüşdür. 26 avqust 2024-cü il tarixdə saat 01:35 radələrində isə ünvan 7 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş 01 ədəd qara rəngli sellofan kəsiyində büküm iştirakçılarm və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırıldı, 224 nömrəli möhürlə möhürləndi. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2024-cü il tarixli 7/1421 saylı rəyindən görünür ki, üzərində “vət. Təqsirləndirilən şəxs üzrərində aşkar edilmiş maddə...” yazısı və imalar olan kağız paketdə bir ədəd qara rəngli sellofan kəsiyi bükümdə təmiz çəkisi 5,239 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir-qurudulmuş marixuanadır. Məhkmədə tədqiq olunan Azərbaycan Respublika Narkoloji X3 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2024-cü tarixli, 5913 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefona baxış keçirilmiş və cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən hal qeydə alınmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 26 avqust 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu qeyd edilmişdir. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” 27 avqust 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 38 saylı Mənzil-Kommunal İstismarı Sahəsindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli Arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs M.Arif küçəsi 27 nömrəli ev, mənzil 213c ünvanında qeydiyyatdadır və ailə tərkibi - atası, anası və bacısından ibarətdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı, Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün (26-27 avqust 2024-cü il) müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Cinayət işində maddi sübut Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5,189 qram qurudulmuş marixuna məhv edilməlidir. Cinayət işinin materiallarında olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 01 (bir) ədəd DVD formatlı disk və "xxxx" MMCdən alınmış 01 (bir) ədəd CD formatlı disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclasında müdafiə etmiş Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 (iyirmi dörd) iş saatı üçün cəmi 144 (yüz qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Arbitrium» Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il, müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutma altında saxlanıldığı 02 (iki) gün (26-27 avqust 2024-cü il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5,189 qram qurudulmuş marixuna məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 01 (bir) ədəd DVD formatlı disk və "xxxx" MMC-dən alınmış 01 (bir) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 70 (yetmiş) manat təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 24 (iyirmi dörd) iş saatı üçün cəmi 144 (yüz qırx dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Arbitrium» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-81/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-81/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver