Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-82/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 may 2020-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı binanın onuncu mərtəbəsinin dəhlizindən sonuncuya məxsus 1 ədəd 650 manat dəyərində “Bernir” markalı velosipedi gizli yolla talayıb Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 may 2020-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanda yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı binanın on üçüncü mərtəbəsinin dəhlizindən sonuncuya məxsus 1 ədəd 470 manat dəyərində velosipedi gizli yolla talayıb zərərçəkmiş şəxs Masoid Soltanygerimə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20.05.2020-ci il tarixdə saat 20:00 radələrində yaşadığı evdən çıxıb Nərimanov rayonu Ə.Əliyev küçəsi ərazisində piyada gəzməyə başlamışdır. Həmin vaxt maddi vəziyyəti pis olmaqla yanaşı cibində də hər hansı məbləğdə pul olmadığından oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. Müxtəlif binaların həyətlərində gəzdikdən sonra saat 22 radələrində Nərimanov rayonu Ə.Əliyev küçəsi ərazisində yerləşən yeni tikilmiş binanın həyətinə daxil olmuşdur. Binaya çöl tərəfdən baxdıqda yuxarı mərtəbələrin dəhlizinin eyvanında velosiped olduğunu görüb binaya daxil olmuş, liftlə 12-ci mərtəbəyə qalxmış və mərtəbələrin eyvanlarına baxabaxa pilləkanlarla aşağı düşməyə başlamışdır. 10-cu mərtəbənin ümumi istifadədə olan eyvanına baxdıqda orada dəmir iplə bağlanmış vəziyyətdə velosiped olduğunu görmüş və üzərində olan kəlbətinlə həmin ipi kəsmişdir. Daha sonra velosipedi götürüb pilləkanlarla aşağı düşərək binadan çıxmışdır. Binadan çıxdıqdan sonra velosipedlə yaşadığı evə getmişdir. Həmin vaxt saat 23:00 radələri olmuşdur. Bundan sonra oğurladığı velosipedi yaşadığı evin həyətyanı sahəsində gizlədib evə getmişdir. Ailə üzvlərinin velosiped oğurlamağı barədə hər hansı məlumatı olmamışdır. Həmin günün səhəri velosipedi götürüb satmaq məqsədilə “Sabunçu bazarı” adlanan əraziyə getmişdir. Orada əvvəllər tanımadığı bir nəfər şəxs ona yaxınlaşmış və velosipedi 80 manat müqabilində satmağa razılaşmışlar. Oğurluq velosipedi satıb əldə etdiyi 80 manat pulu ailəsinin şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 25 may 2020-ci il tarixdə saat 15:00 radələrində əvvəl oğurluq etdiyi, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi ərazisində piyada gəzən zaman yenidən oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. Ona görə də həmin günü saat 16:00 radələrində ünvan 4 ünvanda yerləşən əvvəl oğurluq etdiyi yeni tikilmiş binanın həyətinə daxil olmuş, binaya çöl tərəfdən baxdıqda 13-cü mərtəbənin dəhlizindəki eyvanda velosiped olduğunu görmüşdür. Bundan sonra binaya daxil olub liftlə 13-cü mərtəbəyə qalxmış, 13-cü mərtəbənin ümumi istifadədə olan eyvanına baxdıqda orada velosiped olduğunu görmüşdür. Daha sonra velosipedi götürüb pilləkanlarla aşağı düşərək binadan çıxmışdır. Binadan çıxdıqdan sonra velosipedlə Bakı şəhəri, Sabunçu rayonu ərazisinə getmiş, orada olan zaman 100 manat borclu olduğu Sərvər adlı şəxs zəng edərək ona olan borcunu istəmişdir. Sərvər adlı həmin şəxslə Sabunçu rayonu ərazisində görüşmüş, Sərvərə pulunun olmadığını, borcunun əvəzində özünə məxsus olan velosipedini ona verə biləcəyini demiş, Sərvər isə onunla razılaşmışdır. Bundan sonra velosipedi Sərvərə verib yaşadığı evə getmişdir. Yekunda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını, onlarla barışdığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 17 may 2020-ci il tarixdə oğluna ad günü münasibətilə “Bernir” markalı velosiped almış və həmin velosipedi yaşadığı binanın sonuncu mərtəbəsinin dəhlizində saxlamışdır. Oğurlanmasın deyə velosipedin təkərlərini dəmir parçası ilə bağlamışdır. 20 may 2020-ci il tarixdə saat 22:00 radələrində həmin velosipedin saxladığı yerdə olmadığını görüb oğurlandığını bilmişdir. Ona görə də Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə gedib baş vermiş hadisə barədə məlumat vermiş və ərizə ilə müraciət etmişdir. “Bernir” markalı velosipedin oğurlanması nəticəsində ona 650 manat maddi ziyan dəymişdir. Belə ki, həmin velosipedi 17 may 2020-ci il tarixdə 650 manata almışdır. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəmə ərizə təqdim etdi. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə iclasında elan olunarkən aydın olur ki, o, İran İslam Respublikasının vətəndaşıdır. 2007-ci ildən Azərbaycan Respublikasında siyasi sığınacaq almışdır və həmin vaxtdan da davamlı olaraq Azərbaycanda yaşayır. Fars və azərbaycan dilləri üzrə tərcüməçi kimi fəaliyyət göstərir, azərbaycan dilində latın əlifbası ilə yazıb-oxumağı sərbəst bacardığı üçün tərcüməçi yaxud mütəxəssisin iştirakına ehtiyacı yoxdur. 25 may 2020-ci il tarixdə ona məxsus velosiped yaşadığı binanın dəhlizindən oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 470 manat maddi ziyan dəymişdir. Oğurlanmış velosipedinin üzərində hansısa bəzək, yaxud da digər əşyalar olmamışdır. Həmçinin, iş materiallarında Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən bütövlükdə qaytarılmışdır. Hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 31 may 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X5 baş vermiş hadisə ilə əlaqədar İran İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 müraciəti əsasında hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Zərərçəkmiş şəxs2 velosipedinin oğurlanması faktı əsasında hadisə yerinə gəlmişdir. Hadisə yeri onun yaşadığı ünvan 5 ünvanının 10cu mərtəbəsinin dəhlizidir. Baxış zamanı müəyyən olundu ki, velosiped dəhlizdə açıq halda olmuşdur. Baxış zamanı fotoçəkilişdən istifadə olunmuşdur. Baxış keçirilən bloka vətəndaşların giriş-çıxışı sərbəstdir; “Şahidin ifadəsinin yerində yoxlanması haqqında” 03 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X5, icraatında olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar, sahə inspektoru Rəşad Rzazadə və əməliyyat müvəkkili Elçin Zülfiqarovun iştirakı ilə şahid - Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanmasını keçirtmişdir. Şahid Təqsirləndirilən şəxs təklif edildi ki, 25.05.2020-ci tarixdə saat 21:00-da Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26 ünvandan blokda saxlanılmış bir ədəd 470 manat dəyərində olan velosipedi hansı şəraitdə oğurlaması barədə ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərsin. Bundan sonra Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasından birlikdə çıxaraq xidməti avtomobilə əyləşərək bilavasitə özünün göstərdiyi istiqamət üzrə gəlib ünvan 6 ünvanın qarşısına çatmışlar. Həmin yerdə Təqsirləndirilən şəxs avtomobilin dayandırılmasını təklif etdi və avtomobildən düşərək vermiş olduğu ifadəsinə uyğun olaraq göstərdi ki, 25.05.2020-ci il tarixdə təxminən saat 21 radələrində bloka daxil olub liftlə yuxarı mərtəbəyə qalxmış və pilləkanlarla aşağı mərtəbəyə düşəndə 13-cü mərtəbədə dəhlizdə qoyulan velosipedi oğurlamaq qərarına gəlmişdir. Həmin velosipedi götürüb pilləkanla aşağı endirmişdir. Sonra da binadan çıxaraq sürə-sürə oradan uzaqlaşmışdır. Velosipedi sürərək Zabrat 2 qəsəbəsinə aparıb gecəni evinin həyətində saxlamış və səhər tezdən Sabunçu Bazarı adlanan yerə aparıb orada heç bir anket məlumatlarını bilmədiyi, təxminən 30-35 yaşlarında olan bir oğlana satdığını bildirmişdir; “Hadisə yerinə baxış keçirilməsi barədə” 21 may 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X3 baş vermiş hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs1 müraciəti əsasında hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Zərərçəkmiş şəxs1 məxsus velosipedin oğurlanması faktı əsasında hadisə yerinə gəlmişdir. Hadisə yeri Nərimanov rayonu, Ə.Əliyev 26 saylı binanın dəhlizidir. Zərərçəkmiş şəxs1 məxsus olan 650 manat dəyərində olan “Bernir” markalı velosipedi binanın 10-cu mərtəbəsinin dəhlizindən naməlum şəxs götürüb çıxıb getmişdir. 21.05.2020-ci il tarixdə saat 21:32-də bir nəfər binaya daxil olub velosipedi götürüb çıxıb getmişdir. Hadisə yeri binanın müşahidə kamerasına düşmüşdür. Hadisə yerində fotoşəkil çəkilmişdir; “Şahidin ifadəsinin yerində yoxlanması haqqında” 03 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X3, icraatında olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar, sahə inspektoru Rəşad Rzazadə və əməliyyat müvəkkili Elçin Zülfüqarovun iştirakı ilə şahid - Təqsirləndirilən şəxs ifadəsinin yoxlanmasını keçirtmişdir. Şahid Təqsirləndirilən şəxs təklif edildi ki, 20.05.2020ci tarixdə saat 21:45-də Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26 ünvanda blokda saxlanılmış bir ədəd 650 manat dəyərində olan velosipedi hansı şəraitdə oğurlaması barədə ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərsin. Bundan sonra Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasından birlikdə çıxaraq xidməti avtomobilə əyləşərək bilavasitə özünün göstərdiyi istiqamət üzrə gəlib ünvan 7 ünvanın qarşısına çatmışlar. Həmin yerdə Təqsirləndirilən şəxs avtomobilin dayandırılmasını təklif etdi və avtomobildən düşərək vermiş olduğu ifadəsinə uyğun olaraq göstərdi ki, 21.05.2020-ci il tarixdə təxminən saat 21:45 radələrində bloka daxil olub liftlə yuxarı mərtəbəyə qalxmış və pilləkanlarla aşağı mərtəbəyə düşəndə 10-cu mərtəbədə dəhlizdə qoyulan velosipedi oğurlamaq qərarına gəlmişdir. Həmin velosipedi götürüb pilləkanla aşağı düşmüşdür. Sonra da binadan çıxaraq sürə-sürə oradan uzaqlaşmışdır, velosipedi sürərək yaşadığı Zabrat 2 qəsəbəsinə aparıb gecəni evinin həyətində saxlamış və səhər tezdən Sabunçu Bazarı adlanan yerə aparıb orada heç bir anket məlumatlarını bilmədiyi, təxminən 30-35 yaşlarında bir oğlana satdığını bildirmişdir; “CD diskə baxış keçirilməsi haqqında” 03 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı polis mayoru Çingiz Səfərov icraatında olan ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs iştirakı ilə istintaq dövründə əldə edilmiş Təqsirləndirilən şəxs oğurluq edərkən çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd CD diskə Nərimanov RPİ-nin inzibati binasındakı xidməti otağında baxış keçirmişdir. Baxış zamanı təxminən 30-35 yaşlı, arıq bədən quruluşlu, kişi cinsindən olan şəxsin velosipedi oğurladığı aşkar edildi. Təqsirləndirilən şəxs bildirdi ki, görüntüdəki 30-35 yaşlı, arıq bədən quruluşlu, kişi cinsindən olan şəxs onun özüdür, 20 may 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 26 ünvanın dəhlizindən 1 ədəd “Bernir” markalı velosipedi oğurlamışdır; “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 03 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 05 iyun 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Vüqar Əliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİnin İŞ-nin müstəntiqi Şamxal Nəcəfovun 05.06.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır; “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 13.10.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 07.08.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 69.3, 221.2.1-ci maddələri ilə 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 05 fevral 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-187/2020 nömrəli, 18.09.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs 05 aprel 2020-ci il tarixdən 07 aprel 2020-ci il tarixinədək həbsdə saxlanıldığı 02 gün, təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır; “Sübutların qiymətləndirilməsi haqqında” 23 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu oğurluq hadisəsini özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdır; Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-154/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qərarından görünür ki, məhkum edilmiş şəxslər X6 və Təqsirləndirilən şəxs apellyasiya şikayətləri təmin olunmuşdur. X6 və Təqsirləndirilən şəxs CM-in 177.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli hökmü məhkum edilmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmişdir. Təqsirləndirilən şəxs CM-in 177.2.1-ci maddəsi ilə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05.04.2020-ci il tarixdən 07.04.2020-ci tarixədək tutma altında saxlandığı 02 (iki) gün və 29.08.2020-ci il tarixdən 27.01.2021-ci il tarixədək həbsdə olduğu 04 (dörd) ay 29 (iyirmi doqquz) gün, cəmi 05 (beş) ay 01 (bir) gün müddəti bir günə iki gün hesabı ilə hesablanaraq 10 (on) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və təyin olunmuş cəzadan çıxılaraq sonuncunun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Probasiya İdarəsinin 27.04.2021-ci il tarixli, 21-1/3-437 nömrəli məktubundan görünür ki, CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı Apellyasiya Məhkəməsinin 1(103)-154/2021 nömrəli, 27.01.2021-ci il tarixli qərarı ilə 01 il 01 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəzasından 01 ay 17 gün çəkmişdir və onun 01 il 11 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. CM-in: 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətidyi əməlləri etiraf edib peşman olmasını; Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanı ödəməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını; Zərərçəkmiş şəxs1 ilə barışdığını, Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmamasını. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməllərini Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 1(011)-187/2019 nömrəli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Həmçinin, sözügedən hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-154/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qərarı ilə dəyişdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və Təqsirləndirilən şəxs 10 mart 2021-ci il tarixdən həmin cəzanı çəkmək üçün qeydiyyata götürülmüşdür. Məhkəmə hesab edir ki, CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-154/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, tutma altında saxlanıldığı 02 (iki) gün (03-05 iyun 2020-ci il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 (103)-154/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli (CM-66.2, 66.5), cəzaçəkmə müddətinin başlanğıcı 10 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs törətmiş olduğu oğurluq hadisəsini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, həmin məsrəflər qanunvericiliyin aşağıdakı normalarına uyğun həll edilməlidir. Belə ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən təqdim edilmiş hesabatı iş materialları ilə qarşılıqlı surətdə nəzərdən keçirərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 48 (qırx səkkiz) iş saatının sərf edilməsi ilə razılaşmayaraq həmin müddəti ağlabatan hesab etmir və bu müddətin 20 (iyirmi) iş saatı olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi X1 iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına və Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 03-05 iyun 2020-ci il tarixlərdə tutma altında saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və ona 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-154/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 01 (bir) ay 28 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti 10 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs törətmiş olduğu oğurluq hadisəsini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-82/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-82/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver