Məhkəmə qərarları › İş №1(005)-82/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-82/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-82/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-cı ildə Naxçıvan MR, Culfa rayonu, Dizə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, Naxçıvan MR, Culfa rayonu, Dizə kəndində qeydiyyatda olan, barəsində Bakı şəhəri Nizami rayon məhkəməsinin 4(005)-334/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda ƏNnin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) sahə rəisi vəzifəsinə işə düzəldəcəyini yalan vəd verib aldadaraq onun təkidi ilə Zərərçəkmiş şəxs tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon, Koroğlu küçəsində yerləşən “Araz” minimarketdə “MilliÖN” terminalı vasitəsilə Şahid4 adına olmaqla "xxxx" ASC-yə məxsus, 5103-0714-6941-1371 nömrəli bank kart hesabına 17 iyul 2020-ci il tarixdə, saat 18:24 dəqiqədə 1300 manat, 18 iyul 2020ci il tarixdə, saat 16:40 dəqiqədə 500 manat, həmçinin Zərərçəkmiş şəxs xahişi ilə Şahid2 tərəfindən “Birbank” mobil tətbiqi vasitəsi ilə 19 iyul 2020-ci il tarixdə, saat 13:59 dəqiqədə 300 manat və Zərərçəkmiş şəxs xahişi ilə Şahid1 tərəfindən 19 iyul 2020-ci il tarixdə, 14:25 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən “Stop” marketdə “MilliÖN” terminalı vasitəsi ilə 300 manat köçürülməklə Zərərçəkmiş şəxs ümumilikdə 2400 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən hərbiçilər üçün tikilmiş binalardan ev verilməsini təmin edəcəyini yalan vəd verib aldadaraq Şahid3 hər iki tərəfin razılığı ilə Zərərçəkmiş şəxslə görüşdürüb sonuncunun 2020-ci ilin iyul ayında Abşeron rayonu, Saray qəsəbə ərazisində yerləşən “Araz” supermarketin yaxınlığında Şahid3 verdiyi 3000 manat pul, Zərərçəkmiş şəxs onun təkidi ilə sonuncuya göndərmiş olduğu Şahid3 adına olmaqla "xxxx" ASC-yə məxsus, 6****9981 nömrəli bank kart hesabına 23 iyul 2020-ci il tarixdə, saat 14:16 dəqiqədə Sumqayıt şəhəri, Sülh küçəsi, “İdeal” parfümeriya mağazasında “MilliÖN” terminalı vasitəsi ilə köçürdüyü 400 manat pul, 25 iyul 2020-ci il tarixdə, saat 16:23 dəqiqədə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Koroğlu küçəsində yerləşən “Araz” minimarketdə “MilliÖN” terminalı vasitəsi ilə köçürdüyü 200 manat pul, Zərərçəkmiş şəxs 2020-ci ilin avqust ayında Bakı şəhər ərazisində Müdafiə Nazirliyinin inzibati binasının qarşısında 300 manat və sonuncudan 2020-ci ilin avqust ayında ünvan 1 ünvanında 500 manat pul olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 4400 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, 1980-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonunda anadan olmuş, evlidir. Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissədə 2004-2015-ci il tarixlərdə məxfi hissə rəisi vəzifəsində işləmişdir. Daha sonra hərbi xidmətdən uzaqlaşdırılmışdır. Bundan sonra müxtəlif yerlərdə fərdi əməklə məşğul olub qazanc əldə etsə də, daha sonra heç bir iş yeri tapa bilmədiyindən qazanc yeri olmamışdır. 2020-ci ilin iyul ayında öz istifadəsində olan profillə “facebook” sosial şəbəkəsində olarkən hərbi hissədə xidmətdə olduğu müddətdən tanıdığı Zərərçəkmiş şəxs profili ilə qarşılaşmış və söhbətləşmək adı ilə həmin profilə mesaj yazmışdır. Mesajlaşdığı zaman tanışlıq verdikdən sonra söhbətləşməyə başlamışlar. Söhbət ərəfəsində Zərərçəkmiş şəxs heç bir yerdə işləmədiyini, işsiz olduğundan ailəsini dolandırmağa heç bir qazanc əldə edə bilmədiyini demişdir. Ondan harada işlədiyini soruşduqda o, heç bir yerdə işləməsə də, “Socar” şirkətində sahə rəisi işlədiyini, onu “Socar” şirkətində işə düzəldə biləcəyini, bunun üçün pul lazım olduğunu demişdir. Belə deməyinə səbəb isə, Zərərçəkmiş şəxs işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq pulunu ələ keçirmək olmuşdur. Ondan əldə edəcəyi pulla da öz dolanışığını təmin edəcəkmiş. Həmçinin Zərərçəkmiş şəxs “Socar” şirkətində tanışlarının olduğunu, o cümlədən qaynının da orada işlədiyini, həmin şəxslərin vasitəsi ilə onu həmin şirkətdə sahə rəisi vəzifəsində işə düzəldə biləcəyini, köhnə dostu olduğunu, onu işsiz qoymayacağını, bunun üçün ilk əvvəl 1500 manat, işə düzəldikdən sonra isə əlavə 1500 manat olmaqla ümumilikdə 3000 manat pul verməli olduğunu demişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və onu işə düzəltməyini istəmiş, lakin ilkin olaraq verməli olduğu 1500 manatın 1300 manatını verə biləcəyini, geri qalanını daha sonra verməsinin mümkün olub-olmadığını soruşmuşdur. O da ona köməklik etdiyinə inandırmaqdan və yalan danışdığını başa düşməməsindən ötrü 200 manat pulu özü onun əvəzinə verəcəyini, 1300 manat pulu da işə düzəlməsinə köməklik edəcək olan və qaynı olduğunu dediyi şəxsin istifadəsində olan bank kart hesabına köçürməli olduğunu deyib, həmin şəxsin bank kartının şəklini göndərməsindən ötrü Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəni deməsini istəmiş, Zərərçəkmiş şəxs ona istifadəsində ***-***-**-** saylı mobil nömrə olduğunu demiş və o da əlaqə saxlamasından ötrü öz istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri ona demişdir. Bundan sonra o, qohumu, yəni atasının əmisi nəvəsi olan Şahid4 ilə telefon əlaqəsi yaradaraq qazanc əldə etmək üçün fərdi qaydada işlərlə məşğul olduğunu, buna qarşılıq ona pul göndərilməli olduğunu deyib adına olan bank kartından istifadə etmək istədiyini ona demişdir. Əvvəllər Şahid4 bank kartından istifadə etdiyindəm, bu dəfə də Şahid4 ona etiraz etməmiş və bank kartından istifadə etməyinin mümkün olduğunu deyib, bank kartının şəklini ona göndərmişdir. Daha sonra o, öz istifadəsində və adına olan Zərərçəkmiş şəxs demədiyi ***-***-**-** saylı digər mobil nömrə ilə “whatsapp” ani mesajlaşma mübadiləsi sistemində Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə Şahid4 adına olan "xxxx" ASC-yə məxsus 5103-0714-6941-1371 nömrəli bank kartının şəklini göndərmişdir. Onun adı ilə Zərərçəkmiş şəxslə mesajlaşmağa başlamış və 1300 manat pulu həmin bank kartına köçürməsini ondan istəmişdir. Zərərçəkmiş şəxs 17 iyul 2020-ci il tarixdə, saat 18 radələrində sözügedən bank kartına 1300 manat pulu köçürdükdən sonra, qəbzi ***-***-**-** saylı mobil nömrənin “whatsapp” hesabına göndərib, həmçinin zəng edib onunla əlaqə saxlayaraq bu barədə məlumat vermişdir. Planına uyğun olaraq növbəti gün, yəni 18 iyul 2020-ci il tarixdə yenidən ***-***-**-** saylı mobil nömrə ilə Sərxanın adı ilə Zərərçəkmiş şəxs mesaj yazıb ona təcili olaraq Təqsirləndirilən şəxslə, yəni onunla əlaqə saxlamalı olduğunu demişdir. Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi yaradaraq, Sərxanın onunla təcili olaraq əlaqə saxlamalı olduğunu dediyini, buna görə ona zəng etdiyini demişdir. O da işə düzəlməsi ilə bağlı əvvəlcədən 1500 manatdan əlavə 500 manat da istənildiyini, işin həll olunmasının yubanmamasından ötrü həmin gün 500 manat pulun da Şahid4 adına olan bank kart hesabına köçürməli olduğunu demişdir. 18 iyul 2020-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs sözügedən bank kartına 500 manat pul köçürməsini əks etdirən qəbzin şəkilini ***-***-**-** saylı mobil nömrənin “whatsapp” hesabına göndərmiş və həmçinin onunla əlaqə saxlayıb bu barədə məlumat verərək Şahid4 bank kartına 500 manat pul köçürdüyünü demişdir. Bir gün sonra isə Şahid4 tərəfindən istifadə olunduğunu dediyi ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs mesaj yazılaraq sənədlərinin təsdiqə verildiyi deyərək, işə düzəlməsindən ötrü hələ də 1000 manat pul verməli olduğunu xatırladıb, əgər işə başlamazdan əvvəl ümumilikdə verməli olduğu pulun tamamından geriyə qalan 1000 manatın 600 manatını əvvəlcədən verəcəyi təqdirdə geri qalan 400 manat pulun istənməyəcəyini ona demiş və onu inandırmağa davam etmişdir ki, heç bir problemsiz tezliklə işə düzələcəkdir. Həmçinin 21 iyul 2020-ci il tarixdə müqavilə bağlanılacağı, 25 iyul 2020-ci il tarixdə isə işə başlayacağını demişdir. Həmin gün, yəni 19 iyul 2020-ci il tarixdə iki dəfəyə və hər dəfəsində 300 manat olmaqla ümumilikdə 600 manat pul Şahid4 bank kart hesabına köçürüldüyünü Zərərçəkmiş şəxs ona zəng edərək məlumat vermişdir. Bank kartı Şahid4 özündə olduğundan, kart hesabına köçürülmüş ümumilikdə 2400 manat pulu Şahid4lə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəbəsində yerləşən bankomata gedib bankomatdan çıxartmışlar. Pulun tamamını özünə götürüb Sərxana heçnə verməmişdir. Pulları əldə etdikdən sonra şəxsi təlabatına və ailəsi üçün xərcləməyə başlamışdır. Bundan sonra ***-***-**-** saylı mobil nömrə ilə “whatsapp”da Zərərçəkmiş şəxslə Sərxanın adı ilə “Socar” şirkətində işə düzəlməsi barədə danışdıqda, ona olan etibarının davam etdiyini müşahidə edib, bu dəfə də Müdafiə Nazirliyinin hərbiçilər üçün tikilmiş binalardan ona ev verilməsini köməklik edərək təmin etməyi adı ilə aldadıb pullarını ələ keçirmək qərarına gəlmiş və Sərxanın adından həmin mobil nömrə ilə Zərərçəkmiş şəxs mesaj yazıb Təqsirləndirilən şəxs həmin binaların birində özünə ev aldığını deyib, onun da alıb-almadığını soruşmuşdur. Zərərçəkmiş şəxs almadığını dedikdə isə Təqsirləndirilən şəxs, yəni onun bu barədə ona köməklik edə biləcəyini bir neçə dəfə təkrarən deyib Davudla əlaqə saxlamasını bildirdikdən sonra Zərərçəkmiş şəxs, ona istifadəsində olduğunu dediyi mobil nömrəsinə zəng etdiyini görmüşdür. Telefon əlaqəsi zamanı Zərərçəkmiş şəxs bu barədə onunla danışdıqda ona Müdafiə Nazirliyində tanışlarının olduğunu, özü üçün ev götürdüyünü, uzun müddət hərbiçi işlədiyindən onun üçün də həmin binalardan ev verilməsini təmin edə biləcəyini demiş və bunun üçün isə ümumilikdə 5000 manat pul lazım olduğunu, əvvəlcədən 3000 manat pul verməli olduğunu, ev verildikdən sonra isə 2000 manat verəcəyini demişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və ona bu barədə tələsməli olduğunu demişdir. Təxminən iki gün sonra onunla telefon əlaqəsi yaradıb 3000 manat pul borc aldığını ona ev verilməsini təmin etməyindən ötrü 3000 manat pulu ona harada görüşüb verməsini soruşmuşdur. Şahid4 banklara borcu olduğundan, bank kartına pulların köçürüləcəyi təqdirdə həmin pulların bank tərəfindən götürüləcəyini ona dediyi üçün həmin bank kartına köçürməsini deməmiş, 3000 manat pulu əlbəəl verməsini, lakin halhazırda uzaqda olduğunu, mütəmadi olaraq taksi fəaliyyətində istifadə etdiyi və güvəndiyi Vasif adı ilə tanınan Şahid3 mobil telefon əlaqə nömrəsini ona verib, 3000 manat pulu Şahid3 verməsini, Şahid3 həmin pulu ona çatdıracağını demişdir. Zərərçəkmiş şəxslə telefon əlaqəsindən sonra Şahid3la əlaqə saxlayıb Zərərçəkmiş şəxs ilə görüşüb ondan çatacaq pulu götürməsini və ona verməsini, bunun qarşılığında taksi kimi haqqını verəcəyini demiş və onlar razılaşmışlar. Şahid3 pulun nə məqsədlə Zərərçəkmiş şəxs alınıb ona verilməsindən məlumatlı olmamışdır. Daha sonra həmin gün Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi yaradıb Şahid3la Abşeron rayonu, Saray qəsəbəsində görüşdüyünü, hal-hazırda yanında olduğunu və 3000 manat pulu ona çatdırması üçün ona verdiyini demiş və həmin gün Şahid3 3000 manat pulu ona vermişdir. O da İkramın gedib pulu Abbasəlidən götürüb verməsi qarşılığında hal-hazırda dəqiq olaraq xatırlamadığı miqdarda ona pul vermişdir. 3000 manat pulun tamamını özünə götürmüşdür. Pulu götürərkən Şahid3 adına bank kartının olub-olmadığını, əgər vardırsa istifadə etməyinin mümkün olub-olmadığını soruşmuş və Şahid3 bank kartının olduğunu və həmin bank kartına onun üçün pulun köçürülməsinə etiraz etmədiyini demişdir. Bundan sonra o, Zərərçəkmiş şəxslə yenidən telefon əlaqəsi yaradıb ona ev verilməsindən ötrü, sənədləşdirmələrlə bağlı əlavə olaraq pulların istənildiyini deyib Şahid3 adına olan "xxxx" ASC-yə məxsus bank kartının şəklini ona göndərmişdir. 23 iyul 2020-ci il tarixdə 400 manat, 25 iyul 2020-ci il tarixdə isə 200 manat olmaqla ümumilikdə 600 manat pulun Şahid3 bank kart hesabına köçürülməsi və daha sonra Şahid3 tərəfindən bankomatdan həmin pulların çıxarılaraq ona verilməsi nəticəsində əldə etmişdir. Onunla əlaqə saxlayıb pulları əldə etdiyini və ona ev verilməsini həll etməyindən ötrü həmin pulları Müdafiə Nazirliyindəki tanışlarına verdiyini demişdir. İşə düzəlməyi, həm də ona ev verilməsi ilə bağlı mütəmadi olaraq Zərərçəkmiş şəxslə aralarında telefon əlaqəsi olmuşdur. Daha sonra, yəni 2020-ci ilin avqust ayında onunla telefon əlaqəsi yaradaraq Müdafiə Nazirliyi tərəfindən ev verilməsi ilə bağlı ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədləri nazirliyə verməli olduğunu, həmçinin ev verilməsi ilə bağlı əlavə olaraq 300 manat istənildiyini demişdir. Onlar Bakı şəhəri, Parlament propektində, Müdafiə Nazirliyinin inzibati binasının qarşısında görüşdükləri zaman Zərərçəkmiş şəxs 300 manat pul və ailə üzvlərinə aid sənədlərin surətlərini almışdır. Ona olan etibarını itirməməsindən ötrü, yalan danışaraq pulu və sənədləri Müdafiə Nazirliyinin inzibati binasınakı tanışlarına verib geri qayıdacağını, həmin vaxta kimi onu gözləməsini demişdir. Müdafiə Nazirliyinin inzibati binasında bir neçə dəqiqə qaldıqdan sonra Zərərçəkmiş şəxs yalan danışaraq sənədləri və pulu bu məsələni həll edəcək şəxsə verdiyini, tez bir zamanda həll olunacağını bildirmişdir. Zərərçəkmiş şəxs işə nə vaxt düzələcəyini soruşduqda isə, bu məsələnin də dəqiqləşdirilməsindən ötrü iki gün sonra Bakı şəhəri, Nərimanov rayonunda, Nərimanov parkının yaxınlığında görüşüb, “Socar” şirkətində işləyəcəyi yerə getməyi təklif etmiş və təxminən iki gün sonra Zərərçəkmiş şəxslə telefon əlaqəsi zamanı görüşəcəkləri ünvanın yerləşdiyi ərazini “whatsapp”da ona göndərib, həmin ərazidə onu gözlədiyini, həmçinin ona ev verilməsini təmin etməsindən ötrü əlavə olaraq 500 manat pul istənildiyini, 500 manat da gəldiyi zaman özü ilə götürüb ona verməsini istəmişdir. Ev verilənə kimi daha pul istənməyəcəyini demişdir. Həmin tarixdə onlar Bakı şəhəri, Nərimanov rayonunda, Nərimanov parkının yaxınlığında onunla görüşdüyü zaman ondan 500 manat pulu götürmüşdür. İş düzəlməsini dəqiqləşdirəcəkləri şəxsin isə hal-hazırda işdə olmadığı üçün oraya getmələrinin mənasız olduğunu, daha sonra getməli olacaqlarını yalan deyib səbrli olmasını demiş və sağollaşmışlar. Bundan başqa o, Zərərçəkmiş şəxslə görüşməmiş və ondan pul götürməmişdir. Ona götürdüyü ümumilikdə 6800 manat pulu geri qaytaracağını bildirsə də, nə vədlərinə əməl etmiş, nə də ondan götürdüyü pulları geri qaytarmışdır. Verilmiş mülki iddianı qəbul edir, əməlindən peşmandır, müddət keçməsi ilə bağlı işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, “Gesco” mühafizə şirkətində xidmət rəisi vəzifəsində işləyir. X6 Respublikasında hərbi hissədə xidmət etmiş, daha sonra təqaüdə çıxmışdır. Təqsirləndirilən şəxs hərbi hissədə xidmət etdiyi zamandan tanımışdır. Mütəmadi əlaqələri olmamışdır. Belə ki, 2020-ci ilin iyul ayında “facebook” sosial şəbəkəsində ona məxsus profilə Təqsirləndirilən şəxs mesaj yazıb tanışlıq verdikdən sonra aralarında söhbət zamanı o, Təqsirləndirilən şəxs heç bir yerdə işləmədiyini, işsiz olduğundan ailəsini dolandırmaqda çətinlik çəkdiyini demişdir. Buna cavab olaraq Təqsirləndirilən şəxs özünün Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) işlədiyini, tanışları vasitəsi ilə onu da orada sahə rəisi vəzifəsinə işə düzəldə biləcəyini, onu işə düzəltməsi üçün 3000 manat pul lazım olduğunu, ilk başdan 1500 manat, sənədləşdirmələr başladıqdan sonra geri qalanını verməli olduğunu bildirmişdir. O da həmin zaman heç bir yerdə işləmədiyindən, Təqsirləndirilən şəxs hərbi hissədə xidmət etdiyi zamandan tanıdığından, həmin zamana qədər özünə qarşı Təqsirləndirilən şəxs tərəfindən heç bir etibarsızlıq görmədiyindən, işə düzəlməyinə köməklik edəcək tanışları olduğunu dediyindən ona inanıb onunla razılaşmışdır. Lakin Təqsirləndirilən şəxs hal-hazırda 1300 manat pulunun olduğunu demişdir. Təqsirləndirilən şəxs isə 1300 manatı ona verməyini, 200 manatı isə öz cibindən onun yerinə verəcəyini demişdir. Təqsirləndirilən şəxs bu dediklərini ona dost kimi kömək etməsi və işə düzəlməsi üçün özünün də pul xərcləməsi kimi başa düşüb ona artıq tamamilə inanmışdır. O, Təqsirləndirilən şəxs 1300 manat pulu harada verməsini soruşduqda, onun istifadəsində olan mobil nömrəni soruşub, qaynının həmin şirkətdə işlədiyini, həmin şəxsin “whatsapp” ani mesajlaşma mübadiləsi sistemində ona bank kartının şəklini göndərəcəyini, 1300 manat pulu da həmin kart hesabına köçürməli olduğunu bildirmişdir. O, istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəni “facebook” sosial şəbəkəsində Təqsirləndirilən şəxs göndərdikdən sonra, 17 iyul 2022-ci il tarixdə həmin nömrə vasitəsi ilə işlətdiyi “whatsapp”da ***-***-**-** saylı mobil nömrədən Şahid4 adına olan "xxxx" ASC-yə məxsus 5103-0714-6941-1371 nömrəli bank kartının şəkli göndərilib həmin bank kart hesabına pulu köçürməyi istənilmişdir. Təqsirləndirilən şəxs ona “Socar” şirkətində işləyən qaynının, ona aid bank kartının şəklini ona göndərəcəyini dediyindən və həmin bank kartı Şahid4 aid olduğundan o, ***-***-**-** saylı mobil nömrə ilə onunla mesajlaşan şəxsin Şahid4 olduğunu fikirləşmişdir. O, ilk əvvəl sənədləşdirmələr aparılmasından ötrü şəxsiyyətini təsdiq edən sənədləri göndərdikdə, ona 1300 manat pulun bank kart hesabına tezliklə köçürülməsini dediyi üçün həmin tarixdə sözügedən bank kart hesabına Sumqayıt şəhəri, 9-cu mikrorayon, Koroğlu küçəsində yerləşən “Araz” minimarketdəki “MilliÖN” terminalı vasitəsi ilə 1300 manat pul göndərmişdir. Bundan sonra ondan 3x4 formatında 02 ədəd şəkli istənib, daha sonra şirkətin binasına gəlməyi deyilmişdir. 18 iyul 2020-ci il tarixdə həmin nömrədən ona mesaj yazılaraq Təqsirləndirilən şəxslə təcili əlaqə saxlamağı bildirilmişdir. O, Təqsirləndirilən şəxs ona əlaqə nömrəsi kimi verdiyi ***-***-**-** saylı və ***-***-**-** mobil nömrədən ***-***-**-** saylıya zəng edib Təqsirləndirilən şəxslə əlaqə saxladıqda, Təqsirləndirilən şəxs işə düzəlməyi ilə bağlı həmin gün ərzində 500 manat pul verməli olduğunu deyib, həmin pulu da Şahid4 adına olan bank kartına köçürməyini istəmişdir. O da həmin gün, yəni 18 iyul 2020-ci il tarixdə yenidən Sumqayıt şəhəri, 9-cu mikrorayon, Koroğlu küçəsində yerləşən “Araz” minimarketə gedib, orada “MilliÖN” terminalı vasitəsi ilə Şahid4 adına olan "xxxx" ASC-yə məxsus 5103-0714-6941-1371 nömrəli bank kart hesabına 500 manat pul köçürmüşdür. Bir gün sonra Şahid4 tərəfindən istifadə olunduğunu bildiyi ***-***-**-** saylı mobil nömrədən ona mesaj yazılaraq sənədlərinin təsdiqə verildiyi, işə düzəlməyindən ötrü hələ də 1000 manat pul verməli olduğu, əgər işə başlamazdan əvvəl verməli olduğu pulun 600 manatını verəcəyi təqdirdə geri qalan 400 manat pulun istənməyəcəyi deyilmişdir. O, son olaraq kart hesabına köçürdüyü 500 manat pulu borc olaraq aldığını, 600 manat pulu da borc olaraq götürəcəyini, əgər işə düzəlməyəcəyi və ya prosesin uzun müddət çəkəcəyi təqdirdə borc pul götürməməyini demişdir. Buna cavab olaraq ona işin həll olunacağı, 21 iyun 2020-ci il tarixdə müqavilə bağlanılacağı, 25 iyun 2020-ci il tarixdə isə işə başlayacağı deyildiyi üçün o, ilk öncə dostu Şahid2 ilə telefon əlaqəsi yaradaraq 600 manat pul lazım olduğunu ona demişdir. O, isə istifadəsində olan bank kartında 300 manat olduğunu və həmin 300 manat pulu borc olaraq verə biləcəyini demişdir. O, Valehin 300 manat pulu Şahid4 istifadəsində olan bank kartına köçürməsindən ötrü “whatsapp”da həmin bank kartının şəklini Valehə göndərmişdir. Qalan 300 manatı isə digər dostu Şahid1 borc olaraq istəmişdir və 19 iyul 2020-ci il tarixdə hər iki şəxs ayrı-ayrılıqda Şahid4 istifadəsindəsində olan sözügedən kart hesabına 300 manat pul köçürmüşlər. Ümumilikdə Təqsirləndirilən şəxs tərəfindən “Socar” şirkətinə sahə rəisi vəzifəsinə işə düzəlməyi adı ilə 2400 manat pul Şahid4 adına olan bank kart hesabına köçürülmüşdür. ***-***-**-** saylı mobil nömrə ilə işə düzəlməyi ilə əlaqədar olaraq mesajlaşdığı zaman ona Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən hərbi qulluqçular üçün tikilmiş yaşayış binalarının birindən ev aldığı deyilərək, onun ev alıb-almadığı soruşulmuşdur. O, ev ala bilmədiyini dedik də, Təqsirləndirilən şəxs ona ev verilməsi məsələsini də həll edə biləcəyi, bunun üçün onunla əlaqə saxlamağı deyilmişdir. O, əvvəllər də ev verilməsindən ötrü cəhdlər etdiyini, lakin bunun mümkün olmadığını dedikdə, təkidlə bu məsələ ilə bağlı Təqsirləndirilən şəxslə əlaqə saxlamağı və onun ev verilməsi məsələsini də həll edə biləcəyi deyildiyindən həmin tarixdə Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaradıb bu barədə Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs də özünün Müdafiə Nazirliyində tanışlarının olduğunu, özü üçün ev verilməsi məsələsini həll etdiyini, tanışları vasitəsi ilə ona da ev verilməsini təmin edə biləcəyini, bunun üçün ümumilikdə 5000 manat pul verməli olduğumu, ilk əvvəl 3000 manat, ev verildikdən sonra isə 2000 manat pul verməli olacağını demişdir. O, hal-hazırda bunun üçün maddi imkanının olmadığını, işə düzəldikdən sonra qazanc əldə edib ona ev verilməsi məsələsini həll etməyindən ötrü pul verə biləcəyini dedikdə Təqsirləndirilən şəxs ona ev verilməsi məsələsi üçün uzun müddət gözləyə biləməyəcəyini, işə tez bir zamanda düzələcəyini, ona ev verilməsini də tez bir zamanda həll edəcəyini demişdir. O, Təqsirləndirilən şəxs əvvəllər hərbiçi işlədiyini, onunla səmimi münasibət saxladığını fikirləşib onun həqiqətən ona ev verilməsini təmin edəcəyinə inanıb onunla razılaşmışdır. Buna görə də, təxminən iki gün sonra qardaşı X5 3700 manat pul borc alıb Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaradaraq ona ev verilməsi məsələsini həll etməsindən ötrü 3000 manat pulu ona harada görüşüb verməyi soruşmuşdur. Təqsirləndirilən şəxs də hal-hazırda uzaqda olduğunu, mütəmadi olaraq taksi fəaliyyəti kimi istifadə etdiyi və güvəndiyi Vasif adı ilə tanınan Şahid3 mobil telefon əlaqə nömrəsini ona verib, 3000 manat pulu ona verməyini, Şahid3 həmin pulu ona çatdıracağını demişdir. Buna uyğun olaraq o, Şahid3la bu barədə əlaqə saxlayıb, həmin tarixdə Abşeron rayonu, Saray qəsəbə ərazisində yerləşən “Araz” supermarketin yaxınlığında 3000 manat pulu Şahid3 özünə verib, yanında Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq pulu İkrama verdiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs 3000 manat pulun ona çatdığını, həmin pulu Müdafiə Nazirliyindəki ona ev verilməsini həll edəcək şəxsə verdiyini deyib, ev verilməsindən ötrü, sənədləşdirmələrlə bağlı əlavə olaraq pulların istənildiyini bildirmiş və həmin pulların əldə olunmasından ötrü Şahid3 adına olan "xxxx" ASC-yə məxsus bank kartının şəklini ona göndərmişdir. O da 23 iyul 2020-ci il tarixdə 400 manat, 25 iyul 2020-ci il tarixdə isə 200 manat olmaqla ümumilikdə 600 manat pulu İkram Həminovun bank kart hesabına köçürmüşdür. Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb pulları əldə etdiyini və ona ev verilməsini həll etməsindən ötrü adını ona demədiyi müvafiq şəxslərə verdiyini demişdir. Bundan sonra o, həm işə düzəlməyi, həm də ona ev verilməsi ilə bağlı mütəmadi olaraq Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaratmışdır. Daha sonra, yəni 2020-ci ilin avqust ayında onunla telefon əlaqəsi yaradaraq Müdafiə Nazirliyi tərəfindən ev verilməsi ilə bağlı ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədləri nazirliyə verməli olduğunu, həmçinin ev verilməsi ilə bağlı əlavə olaraq 300 manat istədiklərini demişdir. O, Bakı şəhər ərazisində Müdafiə Nazirliyinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxslə görüşüb ona 300 manat pul və ailə üzvlərinə aid sənədlərin surətlərini vermişdir. Təqsirləndirilən şəxs pulu və sənədəri ondan götürüb Müdafiə Nazirliyinin inzibati binasına daxil olub, pul və sənədləri ev məsələsini həll edəcək şəxsə verib geri qayıdacağını demişdir. Daha sonra binadan çıxıb yanına gələrək hər şeyin qaydasına olduğunu tezliklə ev verilməsinin həll olunacağını demişdir. Həmin zaman ona “Socar” şirkətində işə nə vaxt düzələcəyini soruşduqda, Təqsirləndirilən şəxs iki gün sonra iş ilə bağlı Bakı şəhəri, Nərimanov rayonunda, Nərimanov parkının yaxınlığında görüşüb iş yerinə gedəcəklərini demişdir. O, oraya gəldiyi gün isə onunla telefon əlaqəsi yaradaraq ona ev verilməsinin həll edilməsindən ötrü 500 manat pul istənildiyini dediyi üçün onunla Nərimanov rayonunda, parkın yaxınlığında görüşdüyü zaman 500 manat pulu orada Təqsirləndirilən şəxs vermişdir. Ümumilikdə Müdafiə Nazirliyi tərəfindən hərbiçilər üçün tikilmiş binalardan ev verilməsi adı ilə Təqsirləndirilən şəxs onun 4400 manat pul ələ keçirmişdir. Lakin daha sonra o, işə düzəlməyi və ev verilməsi ilə bağlı Təqsirləndirilən şəxslə əlaqə saxladıqda müxtəlif bəhanələr gətirərək hər iki məsələnin tez bir zamanda həll olunacağını demiş, o, artıq Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşüb pulunu tələb etdikdə isə yenidən bəhanələrinə davam edərək pulunu qaytarmamışdır. Ona qarşı Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edildiyi, onu nə iş düzəldəcəyi, nə ev verilməsini təmin edəcəyi, nə də bu səbəblərlə verdiyi pulları geri qaytarmayacağı aydın olduğundan şikayət edib qanuni tədbir görülməsini xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia ərizəsi verərək mülki cavabdeh Təqsirləndirilən şəxs ona dəyən zərər 6.800 manatın onun xeyrinə tutulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o 5-6 aydır ki "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, həmin şəxs atasının əmisi nəvəsi olmaqla aralarında qohumluq əlaqəsi vardır. Mütəmadi olaraq görüşməsələr də bəzi müddətlərdə yaşadığı evə qonaq qismində gəlmişdir. Bəzi müddətlərdə də aralarında telefon əlaqəsi yaradaraq bir-birləri ilə maraqlanmışlar. Təxminən 2020-ci ilin iyul ayında Təqsirləndirilən şəxs hal-hazırda xatırlamadığı mobil nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng edib onunla əlaqə saxlayaraq adına olan "xxxx" MMC-yə məxsus bank kart hesabından, şəxsi işləri ilə əlaqədar olaraq istifadə etmək istədiyini demişdir. Onun Təqsirləndirilən şəxslə hər hansı bir ədavəti olmadığından, onunla razılaşıb istifadəsində olan “5103-0714-6941-1371” saylı bank kart hesabının şəklini “whatsapp” ani mesajlaşma mübadiləsi sistemi vasitəsi ilə ona göndərmişdir. Təqsirləndirilən şəxs də ona demişdir ki, həmin bank kart hesabına pullar köçürüləcəyi təqdirdə ona məlumat versin və daha sonra birlikdə həmin pulu kartdan çıxarsınlar. Bundan sonra, yəni 2020-ci ilin iyul ayının 17-dən 19-nadək olan müddətdə 4 dəfə bank kart hesabına müvafiq olaraq 1300 manat, 500 manat, 300 manat və 300 manat pul köçürülmüş və həmin pullar Təqsirləndirilən şəxs ilə birlikdə getdikləri, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində “Araz” marketin yaxınlığındakı bankomatdan tərəfindən çıxarılıb Təqsirləndirilən şəxs verilmişdir. Təqsirləndirilən şəxs həmin pulların fərdi qaydada məşğul olduğu işlərin qarşılığında ona verildiyini demişdir. Dələduzluq yolu ilə həmin pulları əldə etməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, əvvəllər hərbiçi olmuş və hərbi xidmətdə olduğu 2002-ci il tarixdə Zərərçəkmiş şəxs tanımışdır. Hal-hazırkı müddətədək də aralarında dostluq münasibəti qalmaqdadır. 19 iyul 2020-ci il tarixdə günorta saatlarında yaşadığı ünvanda olarkən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə Zərərçəkmiş şəxs zəng edib əlaqə saxlayaraq işsiz olduğunu, köhnə hərbiçi olmuş Təqsirləndirilən şəxs onu “Socar” şirkətinə sahə rəisi vəzifəsinə düzəldəcəyini vəd etdiyini, işə düzəlməsindən ötrü Təqsirləndirilən şəxs ondan 3000 manat pul istədiyini, hissə-hissə olmaqla 1800 manat pul verdiyini, Təqsirləndirilən şəxs işə düzələnədək 600 manat pul da ona verəcəyi təqdirdə əlavə pul istəməyəcəyini, lakin özünün pulu qutardığından 600 manat pulun 300 manatını ortaq tanışları olan X1 borc aldığını deyib, işə düzəlməsindən ötrü geri qalan 300 manatın da onun tərəfindən ona borc verilməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs səmimi bir insan kimi tanıdığından və ona verəcəyi borcu ona qaytaracağından əmin olduğundan Abbasəliyə 300 manat pulu borc verə biləcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs işə düzəlməsindən ötrü ona verəcəyi 300 manat pulu bank kartına köçürməsini istəmiş və istifadəsində olan mobil nömrənin “whatsapp” hesabına Şahid4 adına olan "xxxx" ASC-yə məxsus 5103-0714-6941-1371 nömrəli bank kartının şəklini göndərmişdir. Bundan sonra o, həmin tarixdə, yəni 19 iyul 2020-ci il tarixdə saat 14:25 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən “Stop” marketdə yerləşən “MilliÖN” terminalı vasitəsi ilə 300 manat pulu həmin bank kart hesabına köçürdüb, qəbzin şəklini Zərərçəkmiş şəxs göndərmişdir. Bundan sonraki müddətlərdə Zərərçəkmiş şəxslə əlaqə saxladıqda Təqsirləndirilən şəxs hələ də onu işə düzəltmədiyini demişdir. O, işə düzəlmədiyi üçün borc verdiyi pulu geri qaytarmasını tələb etməsə də, təxminən 2021-ci ilin yanvar-fevral aylarında Zərərçəkmiş şəxs 300 manat borcu geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, əvvəllər hərbiçi olmuş və hərbi xidmətdə olduğu 2000-ci il tarixdə Zərərçəkmiş şəxs tanımışdır. Hal-hazır ki müddətədək də aralarında dostluq münasibəti qalmaqdadır. 19 iyul 2020-ci il tarixdə günorta saatlarında yaşadığı ünvanda olarkən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə Zərərçəkmiş şəxs zəng edib əlaqə saxlayaraq işsiz olduğunu, köhnə hərbiçi olmuş tanışı Təqsirləndirilən şəxs onu “Socar” şirkətinə sahə rəisi vəzifəsinə düzəldəcəyini vədd etdiyini, işə düzəlməsindən ötrü Təqsirləndirilən şəxs ondan 3000 manat pul istədiyini, hissə-hissə olmaqla 1800 manat pul verdiyini, Təqsirləndirilən şəxs işə düzələnədək 600 manat pul da ona verəcəyi təqdirdə əlavə pul istəməyəcəyini, lakin özünün pulu olmadığından işə düzəlməsindən ötrü ondan istənən 600 manat pulun onun tərəfindən ona borc verilməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs səmimi bir insan kimi tanıdığından və ona verəcəyim borcu qaytaracağından əmin olduğundan, bank kart hesabında 300 manat pul olduğunu və ona borc verə biləcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs işə düzəlməsindən ötrü ona verəcəyi 300 manat pulu bank kartına köçürməyini istəmiş və istifadəsində olan mobil nömrənin “whatsapp” hesabına Şahid4 adına olan "xxxx" ASCyə məxsus 5103-0714-6941-1371 nömrəli bank kartının şəklini göndərmişdir. Bundan sonra o, həmin tarixdə, yəni 19 iyul 2020-ci il tarixdə saat 13:59 dəqiqədə bankın mobil proqramı vasitəsi ilə bank hesabındakı 300 manat pulu həmin bank kart hesabına köçürdüb, qəbzin şəklini Zərərçəkmiş şəxs göndərmişdir. Bundan sonraki müddətlərdə Zərərçəkmiş şəxslə əlaqə saxladıqda Təqsirləndirilən şəxs hələ də onu işə düzəltmədiyini ona demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, adı İkram olsa da, həmçinin Vasif adı ilə də tanınır. Təxminən 15 ildir ki Bakı şəhəri, Səbail rayonu, İçəri şəhərin «Qoşa Qala» qapılarının qarşısında taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olduğu 2020-ci ilin iyun ayında müştəri qismində ona yaxınlaşdığı zaman tanımışdır və bir neçə dəfə onu Bakı şəhər ərazisində müxtəlif ünvanlara aparmışdır. Belə ki, 2020-ci ilin iyul ayında istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə Təqsirləndirilən şəxs hal-hazırda xatırlamadığı mobil nömrədən zəng edərək harada olduğunu soruşmuşdur. O, da Abşeron rayonu Masazır qəsəbəsində avtomobillə hərəkətdə olduğunu demişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhərindən adını ona demədiyi bir dostundan onun üçün pul götürməyini istəmişdir. O, Təqsirləndirilən şəxslə razılaşdıqdan sonra isə ona şəxsiyyəti daha sonra məlum olmuş Zərərçəkmiş şəxs istifadəsində olan 0***-***-**-** saylı mobil nömrəni whatsapp ani mesajlaşma mübadiləsi vasitəsi ilə göndərib, pulu götürmək üçün həmin şəxslə əlaqə saxlamalı olduğunu demişdir. O, həmin nömrə ilə əlaqə saxlayıb Təqsirləndirilən şəxs həmin nömrəni ona verdiyini, özünün taksi fəaliyyəti ilə məşğul olduğunu və verilməli olan pulun onun tərəfindən götürülüb Təqsirləndirilən şəxs veriləcəyini demişdir. Aralarındakı bu telefon əlaqəsindən sonra həmin tarixdə Zərərçəkmiş şəxs ilə Abşeron rayonu Saray qəsəbəsi ərazisində, “Araz” marketin qarşısında görüşmüşlər və Zərərçəkmiş şəxs ona idarə etdiyi “Kia Serato minik” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobildə 3000 manat pulu vermişdir. O, pulu götürüb daha sonra həmin tarixdə Bakı şəhəri, İçəri Şəhər ərazisində Təqsirləndirilən şəxslə görüşüb pulu ona vermişdir. Taksi fəaliyyətinin qarşılığında isə Təqsirləndirilən şəxs ona 25 manat pul vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs 23 iyul 2020-ci il tarixdə Bakı şəhər ərazisində avtomobillə müştəri qismində Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsində dəniz kənarına apararkən Təqsirləndirilən şəxs onun bank kartının olub-olmadığını soruşmuş, o da üzərində özünə məxsus kartın olduğunu dedikdə əvvəllər əlbəəl pul götürdüyü Zərərçəkmiş şəxs həmin bank kartına pul göndərəcəyini, onun həmin pulu götürüb ona verməsini xahiş etmişdir. O, da bununla razılaşmış və təxminən saat 14 radələrində bank kartıma göndərilən 400 manat pulu götürüb Təqsirləndirilən şəxs vermişdir. Son olaraq isə Zərərçəkmiş şəxs 25 iyul 2020-ci il tarixdə bank kart hesabına Təqsirləndirilən şəxs xahişi ilə 200 manat pul göndərmiş və həmin pul tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində bankomatdan çıxarılaraq Təqsirləndirilən şəxs özünə verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X2 istintaqa təqdim etdiyi 06 ədəd qəbzlərin surəti və 59 vərəqdən ibarət “whatsapp” ani mesajlaşma mübadiləsi sistemində mesaj yazışmalarının əks oldunduğu nüsxələrin surətlərinə baxış keçirilmiş, baxış zamanı 06 ədəd qəbzlərin surətindən Şahid4 istifadəsində olan "xxxx" ASC-yə məxsus bank kart hesabına 17.07.20-ci il tarixdə, saat 18:24 dəqiqədə 1300 manat, xx.xx.2020-ci il tarixdə saat 16:40 dəqiqədə 500 manat, xx.xx.2020-ci il tarixdə saat 13:59 dəqiqədə 300 manat, xx.xx.2020-ci il tarixdə saat 14:25 dəqiqədə 300 manat, X3 istifadəsində olan Kapital Bank” ASC-yə məxsus bank kart hesabına xx.xx.2020-ci il tarixdə, saat 14:16 dəqiqədə 400 manat, xx.xx.2020-ci il tarixdə, saat 16:23 dəqiqədə 200 manat pul köçürülməsi aşkar edilmişdir. Baxış zamanı 59 vərəqdən ibarət mesajlaş yazışmalarının əks oldunduğu nüsxələrin surətlərindən ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “Socar” şirkətində işə düzəltməsi, həmçinin Müdafiə Nazirliyi tərəfindən tikilmiş binalardan ona ev verilməsinin təmin ediləcəyi ilə bağlı yalan vədlərin verilməsi və həmin vədlərin yerinə yetirməsindən ötrü Zərərçəkmiş şəxs tərəfindən bank kart hesablarına pulların köçürülməsinin əks olunduğu mətinlərin olması aşkar edilmişdir. İş üzrə zərərçəkmiş şəxs X2 istintaqa təqdim etdiyi 06 ədəd qəbzlərin surəti və 59 vərəqdən ibarət “whatsapp” ani mesajlaşma mübadiləsi sistemində mesaj yazışmalarının əks oldunduğu nüsxələrin surətləri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İşdə olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 4(005)-334/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə AR CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İşdə olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 4(005)-385/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə AR CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2022-ci il tarixə kimi uzadılması qərara alınmışdır. İşdə olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-230/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə AR CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2022-ci il tarixə kimi uzadılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmiş, onun həbsdə olması nəzərə alınmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməl CM-nin 178.1-ci maddəsinə tövsif olunmalıdlr. Belə ki, işin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 1-ci və 2-ci epizod üzrə cinayəti 2020-ci ilin iyul ayında törətmişdir. CM-nin 75-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən 2 (iki) il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarından görünür ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin qərarda göstərilmişdir ki, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bütün epizodlar üzrə törətmiş olduğu cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmişdir ki, bu da onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsini istisna edir. Yəni Təqsirləndirilən şəxs əməlində cinayətlərin çoxluğu mövcud deyil. Ona görə də, Təqsirləndirilən şəxs əməlində təkrarçılıq olmadığından onun əməli Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir. CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə CM-in 178.1-ci maddəsi ilə bağlı qeyd edir ki, CM-in: 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hər iki epizod üzrə cinayəti 2020-ci ilin iyul ayında törətmişdir. Yəni, cinayət əməlinin törədilməsindən 2 ildən artıq müddət keçmişdir. CPM-in: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə, təqsirləndirilən şəxsin iş üzrə icraata xitam verilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmiş, onun həbsdə olması nəzərə alınmışdır. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə baddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxs X4 6.800 manat məbləğində ziyan dəymişdir. Məhkəmə hesab edir ki, 6.800 manat məbləğ mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı X4 ödənilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclaslarında Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat vəsait dövlət büdcəsi hesabından 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 39.1.3, 41.1, 43.1.2, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən CM-nin 178.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. Maddi sübut kimi tanınmış- X2 təqdim etdiyi 6 ədəd qəbzin surəti və 59 vərəqdən ibarət mesaj yazışmaları cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 6.800 (altı min səkkiz yüz) manat məbləğində dəymiş ziyan tutularaq mülki iddiaçı X4 ödənilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar