Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-83/2022 14.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və onun müdafiəçiləri Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1980-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Qazax rayonunun Yuxarı Salahlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olduğu bir qrup şəxslə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sövdələşərək tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs “Uşaq Bağçası” açıb yaxşı qazanc əldə edəcəklərinə dair yalandan vəd verib inandırmaqla aldadaraq 24 may 2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 21 saylı notariat kontorunun qarşısında 40.000 manat pul alıb Zərərçəkmiş şəxs inandırma məqsədi ilə onunla Təqsirləndirilən şəxs2 tanışı Şahid1 arasında formal olaraq kredit müqaviləsi tərtib etdirib həmin məbləğdə pulu öz aralarında hər birinə 20.000 manat olmaqla bölüb, 2018-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs1 Cavanşır qızından guya bağça üçün Təhsil Nazirliyindən rəy alacağını bildirərək həmin puldan 1700 manatını ələ keçirmiş, Təqsirləndirilən şəxs1 Cavanşır qızı isə guya “Uşaq Bağçası” üçün lisenziya almaq məqsədi ilə 25 may 2019-cu ildə 3.000 manat, 04 iyul 2019-cu ildə yenə 3.000 manat pulu Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metrostansiyasının qarşısında Zərərçəkmiş şəxs alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə Təqsirləndirilən şəxs2 21.700 manat, Təqsirləndirilən şəxs1 Cavanşır qızı isə 24.300 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda cəmi 46.000 (qırx altı min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 Cavanşır qızı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sövdələşərək tamah niyyəti ilə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs “Uşaq Bağçası” açıb yaxşı qazanc əldə edəcəklərinə dair yalandan vəd verib inandırmaqla aldadaraq 24 may 2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 21 saylı Notariat Kontorunun qarşısında 40.000 manat pul alıb Zərərçəkmiş şəxs inandırma məqsədi ilə onunla Təqsirləndirilən şəxs2 tanışı Şahid1 arasında formal olaraq kredit müqaviləsi tərtib etdirib həmin məbləğdə pulu öz aralarında hər birinə 20.000 manat olmaqla bölüb, 2018-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs1 Cavanşır qızından guya bağça üçün Təhsil Nazirliyindən rəy alacağını bildirərək həmin puldan 1700 manatını ələ keçirmiş, Təqsirləndirilən şəxs1 Cavanşır qızı isə guya “Uşaq Bağçası” üçün lisenziya almaq məqsədi ilə 25 may 2019-cu ildə 3.000 manat, 04 iyul 2019-cu ildə yenə 3.000 manat pulu Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metrostansiyasının qarşısında Zərərçəkmiş şəxs alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə Təqsirləndirilən şəxs2 21.700 manat, Təqsirləndirilən şəxs1 Cavanşır qızı isə 24.300 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda cəmi 46.000 (qırx altı min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2017-ci ildə hüquq işlərini öyrənmək məqsədi ilə hüquq ofislərindən birinə müraciət etmiş, bu məqsədlə hüquq məsləhətxanalarından birinə 5-6 ay get-gəl etdikdə orada işləyən vəkil Təqsirləndirilən şəxs2 və Şahid1 ilə tanış olmuşdur. Aralarında çox yaxın tanışlıq münasibətləri yaranmışdır. Söhbətlərin birində o, icarəyə yer götürüb uşaq bağçası açdığını, hazırda təmir etmək və sair əlavə işlər görmək üçün pul axtardığını, bu fikrin üzərində çoxdan çalışdığını, bu məqsədini həyata keçirmək üçün bir yerdən 20.000 manat borc pul götürmək istədiyini bildirmişdir. Eyni zamanda bildirmişdir ki, pulu tapandan sonra həm bağçanı təmir etdirəcəyini, həm də bağçaya lisenziya almaqda köməklik etməsi üçün tanış bir adam tapacağını, bağçanın lisenziyasını alandan sonra banklardan birinə girov qoyub münasib bank faizi ilə 20.000 manat kredit götürərək borca götürdüyü 20.000 manat pulu geri qaytaracağını bildirmişdir. Ramid onu dinləyib məqsədini bəyənib, uşaq bağçasının hal-hazırki zamanda çox mənfəətli bir iş olduğunu və bağçanın əsl qadın işi olduğunu bildirmişdir. Ramid inandırmışdır ki, bağçaya lisenziya almaq üçün onun yaxşı tanıdığı tanışı var, lazım olanda bu işi həll edər. Bu məqsədlə bağçanın sənədlərini istəmiş, Təhsil Nazirliyindən bağçaya lisenziyaya rəy almaq məsələsini danışıb nəticəsini deyəcəkmiş. Odur ki, o, bağçanın sənədlərini gətirib Ramidə vermişdir. Onun məqsədini biləndən sonra Ramid demişdir ki, Esmiranın da bir neçə görəcəyi işləri və həll olunası problemləri var. Həmin işləri həll etmək üçün onlar da bankdan kredit götürmək istəyirlər, Esmiranın evinin şəxsi sənədləri də çoxdandır ki, ondadır. Ramid və Esmira ona təklif etmişlər ki, «əgər sən kredit verən bank tapa bilərsənsə 40.000 manat kredit danış, Esmiranın evini girov qoyaq 40.000 manat pul götürək, kredit pulunun 20.000 manatını Esmira ilə biz götürüb işimizi həll edərik, 20.000 manatını da sən götürüb bağça işini həll edərsən». Onların bu təkliflərinə həm sevinmiş, həm də onlara çox inanmışdır. Onlarla danışıqdan sonra kredit üçün bir neçə banka getmiş, bankda Esmiranın adında vaxtı keçmiş kredit borcu olduğu üçün adı “qara” siyahıda olduğundan onun adına heç bir bank kredit verməmişdir. Həmçinin lombardlar da həmin evə kredit verməmişlər. Ramid bu barədə məlumatlandırıldıqdan sonra demişdir ki, Esmiranın evini notariusda müvəqqəti girov qoyaraq 40.000 manat borc pul götürülsün, danışdıqları kimi pulun 20.000 manatını o və Ramid götürsün, digər 20.000 manat isə o, götürüb təmir işlərini həll etsin. Daha sonra da borcu özləri qaytarsın. Bağçanı təmir etdirmək istədiyini bilən bağçanın işçisi Səmədova Ülkərlə söhbət edərkən ona bağçanı təmir etmək üçün borc pul verən adam axtardığını yenə ona demiş, Ülkər demişdir ki, onun Zaur adlı dayısının uzun illər dostluq etdiyi Əziz adlı dostu var. Ülkər dayısı Zaura demiş, pulun tapılmasında köməklik etmişlər. Bundan sonra borc pul verən adamı tapdığını Ramidə və Esmiraya demiş, Esmira isə demişdir ki, evinin yanında notarius var, sənədləşməni orada aparsınlar. Qabaqcadan danışıb vaxt təyin edib, Zaur, Esmira ilə birlikdə pulu verən Əziz ilə Notariat Kontorunda görüşmüşlər, həmin Əziz adlı şəxslə Esmira arasında xx.xx.2018-ci il tarixdə borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsi bağladıqdan sonra Əzizin narahat olmaması üçün Esmira notariusdan çölə çıxanda evinin çıxarışını da Əzizə verib demişdir ki, borcu tez bir vaxtda qaytaracaqlar və qaytaran kimi evin çıxarışını geri alacaqlar. Notariusda 40.000 manat pul Esmiraya verilmiş, notariusdan çölə çıxan kimi Esmira pulu ona vermişdir. Daha sonra Əzizlə aralarında olan razılaşmaya əsasən həmin puldan 3000 manatını Əzizə vermişdir.2019-cu ilin may və iyul aylarında bağçanın təmiri ilə əlaqədar Əvəzdən əlavə olaraq hər dəfəsinə 3000 manat olmaqla, cəmi 6000 manat pul almışdır. Əzizin onlardan narahat qalması üçün Esmira Əzizi yaşadığı ünvana dəvət etmişdir. Odur ki, Esmira, Zaur və Əzizlə birlikdə Esmiranın evinin yanına gedib, Esmira çöldən evi Əzizə göstərdikdən sonra ayrılmışlar. Daha sonra Ramid ona evində gözləməsini və 20.000 manatı gəlib evdən götürəcəyini demişdir. Bundan sonra o, kirayədə yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinə yerləşən evə getmişdir. Elə həmin gün Ramid onun kirayədə yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən evə gələrək, evdə ondan 20 min manat pulu götürüb getmişdir. Bir neçə gün sonra yenə Ramid lisenziyanın hazır olduğunu və 1700 manat gətirməsini demişdir. 2018-ci ilin sentyabr ayında o, 1.700 manat pulu ofisə aparmış, lakin Ramid həmin vaxt ofisdə olmamışdır. Səhəri gün Ramid ona zəng edib demiş ki, dostluq kinoteatrının yanında tanış qızın olduğunu və pulu ona verməsini bildirmişdir. O da 1.700 manat pulu aparıb ofisdə həmin qıza vermişdir. Ramid pulları alandan sonra bir neçə ay gözləmiş, nə bağçanın lisenziyasından xəbər olmamış, nə də Ramid və Esmira götürdükləri 20.000 manat puldan heç nə qaytarmamışlar. Pulun sahibi də dəfələrlə ona və Esmiraya zəng edib pulunu tələb etmiş, məsələlərin nə yerdə olduğunu soruşduqda Ramid bir neçə dəfə müxtəlif bəhanələr gətirərək borcunu geri qaytarmamışdır. Dəfələrlə onunla və Esmira ilə telefon əlaqəsi saxlamış, axırda hər ikisi notariusda götürdükləri 40.000 manat borc puldan 20.000 manat pulu Ramidin ondan götürməsini və Ramidin uşaq bağçasına lisenziya alınması məqsədi ilə guya Təhsil Nazirliyinə verəcəyi adı ilə 1.700 manat pulu almağını da danmağa başlamışlar. Dəfələrlə onlarla telefon əlaqəsi saxlamış, mesajlar yazmış, sonra məcbur olub dəfələrlə Ramidin ev telefonlarına zəng vurub Ramidin anası Reva adlı xanımla danışmış, anası əvvəl söz vermişdir ki, Ramid ilə danışmış, Ramid uşaq bağçasına lisenziya almaq məsələsini danışıb razılığa gəlmişdir. Lakin sonra Ramid anası da telefon zənglərinə cavab verməmişdir. Odur ki, hazırda özünü təqsirli bilməyərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ilə 2017-ci ildə tanış olmuşdur. Ramid ona baxçanın sənədlərinin rəsmiləşdirilməsində köməklik edəcəyini bildirmişdir. O, borc müqaviləsindən əldə edilən 40.000 manatın 20.000 manatını Ramidə vermişdir. Ramid onun yaşadığı evə gələrək 20.000 manat götürmüşdür. Dəfələrlə Ramiddən pulu geri qaytarmasını istəmişdir. Ramiddən pulu geri istəməsi və ya verməsi ilə bağlı sms mətnləri yoxdur. Aralarında yalnız şifahi danışıqlar olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid1 daha öncədən tanımışdır. Kifayəti isə 2017-ci ildən tanıyır. Esmira ilə Əziz araasında bağlanan kredit müqaviləsindən və digər razılaşmalardan məlumatlı deyil. Kifayət bağçasının sənədlərini qaydasına qoymaq üçün ondan yardım istəmişdir və sadəcə sənədlərin rəsmiləşdirilməsinə kömək etmişdir. Bunun üçün isə Kifayətdən 1700 manat pul almışdır. Qalan məsələlərdən və kredit müqaviləsindən məlumatlı deyil. Heç kimdən pul almamışdır və kiməsə borcu yoxdur. Kredit müqaviləsini və digər məsələləri bir müddət sonra Şahid1 öyrənmişdir. Şahid2 onunla hadisədən 4-5 ay sonra əlaqə saxlayan zaman o, Zaura bildirmişdir ki, Esmiranı da, Kifayəti də tanıyır. Lakin onun qadınlarla pul məsələləri ilə bağlı danışığı olmamışdır. Kredit müqaviləsi ilə verilən borcdan isə tamamilə məlumatsızdır. O, Kifayətə vəkil kimi bağçanın sənədlərinin həllində köməklik edəcəkmiş. Sonda məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, indiyə qədər Kifayətin evində olmamışdır. 1-2 dəfə Kifayətin idarə etdiyi bağçada olmuşdur. Ümumilikdə Kifayətdən 1700 manat pul almışdır. Həmin pulu isə bağçanın sənədlərinin rəsmiləşdirilməsi üçün götürmüşdür. Esmira ilə Kifayətin arasında şifahi razılıqlardan isə məlumatsız olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2018-ci il may ayında tanışı Şahid2 zəng edərək bildirmişdir ki, bir nəfər tanışı bağçasını təmir etdirmək, avadanlıqlar və lisenziya almaq və digər işlər üçün çıxarışlı evin girov qoyulması şərti ilə 2-3 ay müddətinə 40.000 manat pul lazımdır. Həmin 3 ay ərzində bağçaya lisenziya alınaraq bağça banka girov qoyularaq pul götürüləcək, verdiyi 40.000 manat pul qaytarılacaq. Zaurun təklifi ilə razılaşmış və xx.xx.2018-ci il tarixdə 21 saylı Notariat Kontorunun qarşısında onlarla, yəni Zaur, Kifayət və Esmira ilə görüşüb tanış olaraq razılaşmışlar ki, Esmiranın evini girov qoyub 40.000 manat pul verəcək, 3 ay ərzində pulu geri qaytarılır və əlavə olaraq Kifayət və Esmira ona 3.000 manat pul verirlər. Esmira həmin evin ona məxsus olması və evdə başqa şəxsin qeydiyyatda olmamasını desə də, lakin evi girov qoyanda məlum olmuşdur ki, onun qardaşı da həmin evdə qeydiyyatdadır. Ona görə də həmin mənzil girov qoyulmamışdır, ona görə də, Esmira ilə aralarında 1 il müddətinə borc müqaviləsi bağlamış və elə orada 40.000 manat pulu Esmiraya vermiş, Esmira da həmin pulu maşında Kifayətə vermişdir. Daha sona aralarında olan razılaşmaya əsasən Kifayət həmin puldan 3000 manatını ona qaytarmışdır. Esmiranın evinə baxmaq istədiyini bildirib, birlikdə onun evinin yanına gəlmişlər. Esmira mənzilin neçənci mərtəbədə yerləşdiyini göstərmiş, lakin mənzilə qalxmamışlar. Ondan sonra Kifayəti Zaur bağçaya aparmış, Esmira evinə qalxmış, o, özü də evə getmişdir. Ondan bir neçə gün sonra gedib Kifayətin dediyi «Pasyolka Kirov» deyilən ərazidə yerləşən bağçaya baxmış, həqiqətən də bağçanın fəaliyyətdə olduğunu görmüşdür. Aradan bir müddət keçəndən sonra Kifayətlə əlaqə saxlayıb işin nə yerdə olması ilə maraqlanmış, o demişdir ki, bağçaya lisenziya almaq üçün Esmiranın tanışı Ramid adlı şəxsə 20.000 və əlavə 1.700 manat pul verib. Bundan sonra 25 may 2019-cu il tarixdə Kifayət müraciət edərək bağçaya lisenziya almaq və başqa xərclər üçün əlavə olaraq 3.000 manat pul lazım olduğunu bildirmiş və o, həmin pulu Kifayətə vermişdir. 04 iyul 2019-cu il tarixdə Kifayət yenə də həmin məqsədlə əlavə 3.000 manat pul lazım olduğunu bildirmiş, ona verdiyi 40.000 manat pulun qaytarılması üçün lisenziya alınsın deyə ona yenə 3.000 manat pul vermişdir. Həmin pulları o, Nərimanov rayonu, Nərimanov metrosunun qarşısında vermiş, Kifayətə verdiyi pullara dair ayrı-ayrılıqda iltizam almışdır. Kifayət həmin iltizamlarda pulların 4 ay müddətində qaytaracağını qeyd etmişdir. Kifayətin söz verdiyi vaxtlar gəlib keçsə də, o, pulu indiyə kimi qaytarmamışdır. Bununla əlaqədar bu müddət ərzində mütəmadi olaraq Kifayət və Esmira ilə əlaqə saxlasa da heç bir nəticəsi olmamışdır. Pulu Kifayətə verdikdən sonra təxminən 1 ay ərzində onunla danışığı zamanı o demişdir ki, pulu Esmira ilə birlikdə götürüb, pulun 20.000 manatını və əlavə olaraq 1.700 manat pulu Esmiranın tanışı olan Ramidə vermişdir. Bir müddət keçdikdən sonra Kifayətlə danışan zaman Ramidin ondan aldığı pulu qaytarıb-qaytarmaması barədə soruşmuş, Kifayət demişdir ki, Ramiddən pulu ala bilmir. Ondan Ramidin telefonunu alıb ona zəng vurmuş və onunla «Drujba» kinoteatrının qabağında görüşmüş, Ramid demişdir ki, onun heç kimə borcu yoxdur. Bundan sonra Ramidə heç bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci ildə maddi vəziyyəti ilə əlaqədar «Kapital Bank»dan 12 ay müddətinə 2.000 manat və «Uni Bank»dan da 12 ay müddətinə 2.000 manat kredit götürmüş, lakin mənim maddi vəziyyəti pis olduğu üçün banklara olan aylıq ödənişləri vaxtında ödəyə bilmədim üçün 2018-ci ilin aprel ayında evinin bir otağını kirayə verməyə qərar vermişdir. Həmin vaxt gözəllik salonunda işləyən xanım bir nəfər qadının kirayə ev axtardığını, onun mobil nömrəsini həmin qadına verdiyini və həmin xanımın əlaqə saxlayacağını bildirmişdir. Həmin günün səhəri adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 zəng edərək evə baxmaq üçün onun yaşadığı ünvana gəlmək istədiyini bildirib gəlmişdir. Kifayət evə baxdıqdan sonra nə üçün evin bir otağını kirayə verdiyimi soruşmuş, ona maddi vəziyyətinin pis olduğunu, banklara olan borcunu ödəyə bilmədiyi üçün evinin bir otağını kirayə vermək qərarına gəldiyini bildirmişdir. Həmin vaxt Kifayət baxça müdiri olduğunu, həmin baxçanı böyütmək və əlavə müəllimələr işə götürmək istədiyini, lakin bunun üçün ona pul lazım olduğunu, Qazax rayonunda qeydiyyatda olduğu üçün ona heç bir bank kredit vermədiyini bildirib ona kömək etməyi xahiş etmişdir. Banklara olan borcunu ödəmək üçün əlavə işə ehtiyacı olduğu üçün Kifayətə onu müdiri olduğu baxçaya müəllimə kimi işə götürəcəyi təqdirdə yaşadığı evi banka girov qoyub həmin bağçanı təmir etdirməsi üçün ona lazım olan məbləği götürə biləcəyini bildirmişdir. Lakin onun yaşadığı mənzil yataqxanada yerləşdiyi üçün Kifayət həmin mənzili banka girov qoyub pul götürə bilməmiş, Kifayətlə işləyən Ülkər adlı qız Kifayətə demişdir ki, onun dayısı Zaur ona kömək edə bilər. Odur ki, Kifayət Zaurla görüşüb söhbət etmiş, Zaur bu işdə kömək edə biləcəyinə söz vermiş və tanışı olan Əziz adlı şəxslə danışmış, Əziz 40.000 manat borc verməyə razı olmuşdur. Kifayət bu barədə ona demiş, o da razı olmuşdur. Odur ki, xx.xx.2018-ci il tarixdə Kifayət və Zaurla birlikdə 21 saylı Notariat Kontoruna getmiş, Əziz də orada olmuş, orada onunla Əziz arasında borc müqaviləsi bağlanmış, Əziz 40.000 manat pul vermişdir. Həmin pulu Kifayət götürmüş, ona məxsus mənzil girov olaraq Əzizə verilmiş, mənzilin sənədlərini Əzizə vermişdir. Kifayət götürdüyü puldan 3000 manatını Əzizə vermişdir. Həmin vaxt Kifayət bildirmişdir ki, Əzizə pulu özünün ödəyəcəyini, bu pulun ona lazım olduğu üçün götürldüyünü bildirmişdir. Müqavilə bağlanan zaman Kifayətə inandığı üçün müqavilənin şərtlərini oxumadan imza etmişdir. Kifayət bildirmişdir ki, bağçanın sənədlərini qaydasına saldıqdan və digər işləri gördükdən sonra bağçanı banka qoyub pul götürəcək, Əzizin pulunu qaytaracaq, ona məxsus mənzili girovdan çıxaracaq və bağçanı birlikdə şərikli olaraq işlədəcəklər. Həmin vaxt yolüstü Əziz 212 nömrəli məktəbin yanında düşmüş, oradan onun yaşadığı evin yaxınlığına gəlmişlər və orada o, avtomobildən düşmüş, Zaur və Kifayət çıxıb getmişlər. Bundan 1 ay keçmiş, Kifayətdən niyə pulu ödəyib evini girovdan çıxarmadığını soruşduqda o, yaxın günlərdə bankdan kredit götürüb həmin 40.000 manatı ödəyəcəyini bildirmişdir. Bundan sonra 2018-ci ilin avqust ayında həmin Əziz adlı şəxs onun mobil telefonuna zəng edərək bildirmişdir ki, Kifayət ona olan 40.000 manat pulu ödəmədiyi üçün girova qoyduğu evi satacağını bildirmişdir. Bundan sonra o, Kifayətə zəng edərək ona pulu ödəməsini və mənzilini girovdan çıxarmasını bildirdikdə heç bir məbləğdə pul ödəməyəcəyini, hara istəyirsə şikayət etməyini bildirmişdir. Həmin vaxtdan bu günə qədər Kifayət həmin puldan heç bir məbləğdə pul ödəməyib və mənzili girovdan çıxarmamışdır. Bununla əlaqədar Kifayətlə danışan zaman o bildirmişdir ki, Əzizdən götürdüyü pulla borclarını qaytarıb, lombarda qoyduğu qızıllarını çıxarıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci il may ayında bacısı qızı Ülkər ilə söhbət əsnasında onun işlədiyi bağçada maaşlar vaxtlı-vaxtında verilməməsini, bağçanın müdirəsinə bağçanın təmir edilməsi və işçilərin maaşlarının verilməsi üçün pul lazım olduğunu bildirmiş, ona köməklik üçün bir nəfər tanışı olduğunu həmin şəxslə danışıb onlara kömək edəcəyi təqdirdə onlara bu barədə məlumat verəcəyini bildirmişdir. Bundan sonra tanışı Əziz adlı şəxsin mobil telefonuna zəng edərək bildirmişdir ki, bacısı qızının işlədiyi bağçanın müdirəsinə həmin baxçanın təmiri üçün 2 ay müddətinə 40.000 manat pul lazımdır. Həmin vaxt Əziz ev almaq üçün həmin məbləğdə pulunun olduğunu, həmin pulu verə biləcəyini bildirmiş, xx.xx.2018-ci il tarixdə o, Əziz, Kifayət və adını sonradan bildiyi Esmira ilə «Varoviski» deyilən yerdə yerləşən Notariat Kontorunun qarşısında görüşmüş, Notariat Kontoru bağlı olduğu üçün səhəri gün Nərimanov rayonunda yerləşən Notariat Kontorunda görüşməyə qərar vermişlər. Bundan sonra həmin Kifayət və Esmira adlı qadınlar ayrildıqdan sonra Əzizlə birlikdə gedib həmin Kifayət adlı qadının müdürəsi olduğu «Pasyolka Kirov» deyilən ərazidə yerləşən bağçaya baxmışlar və Əziz bağçanın doğrudan da fəaliyyət göstərdiyini görmüş və həmin Kifayət və Esmira adlı qadınlara 40.000 manat pulu verməyinə qərar vermişdir. Növbəti gün may ayının 24-də Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Notariat Kontorunun qarşısında Əziz, Kifayət və Esmira ilə görüşdükdən sonra Əziz və Esmira Notariusda 1 il müddətinə borc müqaviləsi bağlanmış, orada Əziz 40.000 manat pulu stolun üstünə qoymuş, Kifayət 40.000 manat pulu stolun üzərindən götürərək öz əl çantasına qoyaraq götürmüşdür və notariusdan çıxdıqdan sonra aralarında olan razılığa əsasən Kifayət həmin puldan 3000 manatını Əzizə vermiş, daha sonra işinin olduğunu bildirərək çıxıb getmişdir. Həmin vaxt Əziz birlikdə gedib Esmiranın yaşadığı Nərimanov rayonu, F.Yusivov küçəsində yerləşən evinə baxmağı təklif etmiş, birlikdə onun yaşadığı Nərimanov rayonu, F.Yusivov küçəsində yerləşən binanın qarşına gələrək Esmira adlı xanım binanın qarşısından yaşadığı mənzili göstərmiş və orada ayrılmışlar. Bu görüşdən bir müddət sonra Kifayətin üzə çıxmamasını görən Zərərçəkmiş şəxs zəng edərək bildirmişdir ki, qadınlar onu aldatmışdır. Zərərçəkmiş şəxs bu zəngindən bir neçə gün sonra yenidən zəng edərək bildirmişdir ki, səhər saat 10-da «Durujba» kinoteatırının qarşısında yerləşən dayanacaqda görüşüb orada olan ofisə getsinlər. Ondan nə məsələ olduğunu soruşduqda o, bildirmişdir ki, gedəcəkləri ofisdə Esmira, Kifayət və Kifayətin tanışı olan vəkil ilə görüşəcəklər. Səhəri gün Zərərçəkmiş şəxslə həmin yerdə görüşüb onun dediyi ünvana getmişlər və orada onları Kifayət, Esmira və Kifayətin yaxın tanışı olan adını sonradan bildiyi vəkil Təqsirləndirilən şəxs2 qarşılamışlar. Orada söhbət əsnasında Kifayət Zərərçəkmiş şəxs bildirmişdir ki, «narahat olma yaxın vaxtda pulunu qaytaracam».Oradan ayrıldıqdan sonra Kifayəti və Esmiranı görməmiş, onların arasında olan sövdələşmədən də heç bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs Şahid1 40.000 manat pulu borc vermişdir. Borc alan, yəni Şahid1 krediti xx.xx.2019-cu il tarixədək borc verənə, yəni Zərərçəkmiş şəxs qaytarmağı öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs1 tərəfindən yazılmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qəbzlərdən görünür ki, o, Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixində 3000 manat, xx.xx.2019-cu il tarixində 3000 manat, ümumilikdə 6000 manat borc almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 08 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 08 sentyabr 2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə” 10 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 10 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 08 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 14 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də şikayət və tələbi olmayacaqdır. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs2 tanımır, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də şikayət və tələbi olmayacaqdır. Zərərçəkmiş şəxs Nərimanov Rayon Məhkəməsinə ünvanlandığı ərizəsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 tanımır, ona pul verməmişdir, Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də şikayət və tələbi olmayacaqdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 3737/2020 nömrəli qərardadından görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şahid1 qarşı pul tələbinə dair mülki işin icraatına xitam verilmişdir. xx.xx.2020-ci il tarixli icra qeydindən görünür ki, Zərərçəkmiş şəxs xeyrinə Şahid1 40.000 manat pul tutulmalıdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olduğu bir qrup şəxslə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmələri, yəni Təqsirləndirilən şəxs1 tərəfindən CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməli törədilmədiyindən, həmçinin Təqsirləndirilən şəxs2 tərəfindən isə CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən onlara bəraət verilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 CM-in 178.2.1 və 178.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair verilmiş ittiham üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs1 icarəyə götürdüyü “Uşaq Bağçasını” təmir etdirmək, avadanlıqlar almaq və işçilərin maaşlarını vermək məqsədilə tanışı Şahid1 ilə sonuncunun adına olan evin sənədlərini Zərərçəkmiş şəxs verməklə ondan borc pul götürmək barədə razılığa gəlmişlər. Razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs ilə Şahid1 arasında xx.xx.2018-ci il tarixdə notarial qayada borc müqaviləsi bağlanılmış, müqaviləyə əsasən Zərərçəkmiş şəxs Şahid1 40.000 manat pulu borc verməsini, Şahid1 isə həmin borcu xx.xx.2019-cu il tarixədək Zərərçəkmiş şəxs qaytarmağı öhdəsinə götürmüş, həmçinin evinin sənədini ona vermişdir. Borc müqaviləsi bağlanıldıqdan sonra Təqsirləndirilən şəxs1 40000 manat puldan 3000 manatını Zərərçəkmiş şəxs qaytarmışdır. Daha sonra Şahid1 tərəfindən üzərinə götürülmüş öhdəlik icra edilmədiyindən həmin müqavilə əsasında xx.xx.2020-ci il tarixdə notarius tərəfindən təsdiq edilmiş icra qeydi verilmişdir. Bundan sonra Şahid1 tərəfindən həmin borc öhdəliyi icra edilmədiyindən Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə müraciət edərək xx.xx.2020-ci il tarixli icra sənədinin icra olunmadan notariat kontoruna geri qaytarılmasını xahiş etmiş, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarına əsasən Bakı şəhəri 21 saylı Notariat Kontorunun 4942 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi Bakı şəhəri 21 saylı Notariat Kontoruna qaytarılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixində Şahid1 qarşı pul tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-3737/2020 nömrəli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə icra sənədi hesab edilən icra qeydi olduğundan iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şahid1 qarşı pul tələbinə dair mülki işin icraatına xitam verilmişdir. 2019-cu ilin may və iyul aylarında Zərərçəkmiş şəxs bağçanın təmiri üçün əlavə olaraq hər dəfə 3000 manat olmaqla, cəmi 6000 manat pul almışdır. Hazırda Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmamasını, həmçinin Təqsirləndirilən şəxs2 tanımadığını, ona pul vermədiyini və ona qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının 27ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəldilməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlarla Təqsirləndirilən şəxs1 ilə iş üzrə zərər çəkmiş şəxsin borc müqaviləsinin bağlanılmasından əvvəl onun zərər çəkmiş şəxsin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilməmişdir. Belə ki, iş üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən zərər çəkmiş şəxsə müəyyən vaxtlarda ödənişlər edilmiş, hazırda isə zərər çəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Həmin Plenum qərarının 28-ci bəndində qeyd olunmuşdur ki, şəxsin başqasının adına rəsmiləşdirilmiş borc və ya kredit müqaviləsi əsasında alınmış pul vəsaitini etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirdiyi hallarda, belə müqavilələrin bağlanmasında qanunsuzluğa yol verilməmişdirsə, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində müqavilə tərəfi olan kreditor (bank, digər kredit təşkilatı və ya borc vermiş fiziki şəxs) yox, adına müqavilə rəsmiləşdirmiş şəxs tanınır. Bu halda kreditorla adına müqavilə rəsmiləşdirilmiş şəxs arasında yaranmış mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. Mübahisə kreditorun xeyrinə həll edildikdə, dələduzluq cinayətinin törədilməsi nəticəsində zərər çəkmiş (adına müqavilə rəsmiləşdirilmiş) şəxs ona vurulmuş zərərin ödənilməsi ilə bağlı həm cinayət, həm də mülki mühakimə icraatı qaydasında təqsirkara qarşı mülki iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmasında səhvə yol verilmişdir. Belə ki, həm qeyd olunan Plenum qərarından həm də işin hallarından görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid1 arasında xx.xx.2018-ci il tarixdə notarial qayada borc müqaviləsi bağlanılmış və həmin borc müqaviləsinin bağlanılmasında qanunsuzluğa yol verilmədiyindən hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs qismində müqavilə tərəfi olan kreditor, yəni Zərərçəkmiş şəxs yox, adına müqavilə rəsmiləşdirmiş şəxs, yəni Şahid1 tanınmalı idi və onların arasında yaranmış mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilməli idi. Məhz mübahisə kreditorun xeyrinə həll edildikdə, dələduzluq cinayətinin törədilməsi nəticəsində zərər çəkmiş (adına müqavilə rəsmiləşdirilmiş) şəxs ona vurulmuş zərərin ödənilməsi ilə bağlı həm cinayət, həm də mülki mühakimə icraatı qaydasında təqsirkara qarşı mülki iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırki cinayət işi üzrə isə Şahid1 zərərçəkmiş şəxs qismində tanınmalı olduğu halda şahid qismində tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərardan görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakını talamanın üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan suiistifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Beləliklə, dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması, həm də həqiqət haqqında susma başa düşülür. Etibardan sui-istifadə etmə zamanı isə təqsirkar onunla əmlakın sahibi və ya mülkiyyətçisi arasında yaranan müəyyən etibar, inam münasibətlərindən istifadə edir. Məhkəmə istintaqında araşdırılmış sübutlarla dələduzluq cinayətinin qeyd edilən törədilmə üsulları olan aldatma və ya etibardan sui-istifadə etmənin Təqsirləndirilən şəxs1 hərəkətlərində olması, yəni onun zərərçəkmiş şəxsi aldadaraq və ya etibardan sui-istifadə edərək yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olması müəyyən olunmur. Belə ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs aldığı pulun bir hissəsini qaytarması onun niyyətinin həmin pulu aldatma, əvəzsiz və qanunsuz yolla mülkiyyətinə keçirməsi olmadığını bir daha təsdiq edir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CPM-in: 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır; 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs1 əməlində dələduzluq cinayətini xarakterizə edən əlamətlərin, ümumiyyətlə cinayət tərkibinin mövcud olmamasına baxmayaraq, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs1 əsassız olaraq CM-in 178.2.1 və 178.2.4cü maddələri ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı ilə müəyyən edildiyi kimi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək niyyəti olmadığı, həmçinin zərərçəkmiş şəxs qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə real imkanı olduğu halda, ibtidai istintaq orqanı onlar arasında yaranmış və mülki hüquq münasibətlərindən qaynaqlanmış mübahisəni əsassız və qanunsuz olaraq dələduzluq əməli kimi qiymətləndirmişdir. CM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 14.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılmış sübutlara cinayət-prosesual qanunverciliyin tələbləri baxımından hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında mülki hüquq münasibətləri mövcud olmuş və onlar arasında mübahisə məhz mülki qanunvericiliklə tənzimlənən öhdəliyin icrası ilə bağlı yaranmışdır. Məhkəmə iclasında dələduzluq cinayətini xarakterizə edən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi əlamətlərin Təqsirləndirilən şəxs1 hərəkətlərində olmasını təsdiq edən sübutlar müəyyən edilmədi. Əksinə, araşdırılmış sübutlar onunla Zərərçəkmiş şəxs arasında məhz mülki münasibətlərin mövcud olmasını birbaşa təsdiq edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 verilmiş ittihamın əsassız olması qənaətinə gələrək qeyd edir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində cinayət tərkibi müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs2 onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında sövdələşməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, yuxarıda şərh olunanlara əsasən ümumiyyətlə dələduzluq cinayət əməlinin törədilməsi müəyyən edilmədiyindən və mübahisə tərəfləri arasında yaranan münasibətlər mülki münasibətlər kimi qiymətləndirildiyindən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında sövdələşərək tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda cəmi 46.000 (qırx altı min) manat maddi ziyan vurmaqla dələduzluq etməsi barədə verilən ittiham əsassız və öz təsdiqini tapmayan ittiham kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirsiz elan olunmalı və ona Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə bəraət verilməlidir. CPM-in: 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata kecirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 42-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması üçün bir neçə hallar mövcuddur ki, həmin hallardan da ən azı birinin mövcud olması bəraət hökmü çıxarılması üçün əsasdır; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.1.4-cü maddəsinə əsasən, şəxsin təqsirliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarılır; 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.4-cü maddəsinə əsasən, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin (Təqsirsizlik prezumpsiyası) İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X1 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Beləliklə, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham üzrə əməldə cinayət tərkibi olmadığından, Təqsirləndirilən şəxs2 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham üzrə isə onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, CPM-in 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ onlara izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 42.2.2, 344-350, 352-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-83/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-83/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver