Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-83/2023 11.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs (mülki cavabhed) Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, digər təqsirləndirilən şəxs (mülki cavabhed) Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 20A, mənzil 52-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, məhkumluğu ödənilmiş, xx.xx.2022-ci il tarixdə barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1 Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1, 13 aprel 2022-ci il tarixdə saat 14 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi bina 125, 40 saylı mənzilin giriş qapısının klidini əvvəlcədən özü ilə götürdüyü kustar üsulla hazırlanmış açarın üzərinə dəmir falqa yerləşdirib qeyd olunan açarla açıb mənzilə qanunsuz daxil olaraq, mənzildə yataq otağında paltar dolabından 500 manat dəyərində bir ədəd qızıl bilərziyi, 5440 manat nisbətində 3200 ABŞ dolları və 600 manat nağd pulları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 6540 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 13 may 2022-ci il tarixdə saat 16 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri,14-cü məhəllə bina 112B, 53 saylı mənzilin giriş qapısının klidini əvvəlcədən özü ilə götürdüyü kustar üsulla hazırlanmış açarın üzərinə dəmir falqa yerləşdirib qeyd olunan açarla açıb mənzilə qanunsuz daxil olaraq, mənzildə yataq otağından 7000 manat nağd pulu, 600 manat dəyərində üzərində brilliant qaş olan 750 əyyarlıq 7 qram çəkidə 01 ədəd qızıl üzüyü, ümumi dəyəri 3200 manat olan "Kvadrat formalı" 750 əyyarlıq cəmi 22 qram çəkidə qızıl sırğa, üzük, kulon və boyunbağıdan ibarət komplekt dəsti, ümumi dəyəri 2500 manat olan tısbağa formalı 750 əyyarlıq cəmi 13 qram çəkidə qızıl sırğa, üzük, kulon və boyunbağıdan ibarət komplekt dəsti, 870 manat dəyərində 10 qram çəkidə 585 əyyarlıq ''pandora" formalı bir ədəd qızıl qolbağı, 850 manat dəyərində 6 qram çəkidə hörgülü formada 750 əyyarlıq bir ədəd qızılı qolbağı, 200 manat dəyərində 5 qram çəkidə yantar kulonlu 750 əyyarlıq bir ədəd qızıl boyunbağını, 220 manat dəyərində üzərində "Ayetül kürsü" duası olan klonlu 3 qram çəkidə bir ədəd qızıl boyunbağını, 350 manat dəyərində konsvarı 4 qram çəkidə 585 əyyarlı bir cüt qızıl sırğanı, 360 manat dəyərində 4 qram çəkidə ovalı formalı adi qaşlı 585 əyyarlı bir cüt qızıl sırğanı, 1450 manat dəyərində 8 formalı 12 qram çəkidə 750 əyyarlı bir cüt qızıl sırğanı, 900 manat dəyərində 10 qram çəkidə 585 əyyarlı uzun "pandora" formalı bir cüt qızıl sırğanı, 550 manat dəyərində 2 barmaqlı 6 qram çəkidə 585 əyyarlı bir ədəd qızıl üzüyü, ümumi dəyəri 70 manat olan cəmi 17 qram çəkidə 925 əyyarlı günəş formalı üzük, sırğa, kulon, boyunbağıdan ibarət gümüş dəsti, 250 manat dəyərində 30 qram çəkidə 925 əyyarlı təbii daşlarla bəzədilmiş bir ədəd gümüş qolbağı, 50 manat dəyərində ortası çəhrayı rəngli gül formalı 10 qram çəkidə 925 əyyarlı bir ədəd gümüş sırğanı, 150 manat dəyərində 12 qram çəkidə 925 əyyarlı bir ədəd gümüş üzüyü, 70 manat dəyərində 10 qram çəkidə qranat daşı ilə bəzədilmiş bir ədəd gümüş üzüyü, 45 manat dəyərində 7 qram çəkidə qızıl gül formalı bir ədəd gümüş üzüyü, 45 manat dəyərində 6 qram çəkidə çəhrayı qaşlı 925 əyyarlı bir ədəd gümüş üzüyü, ümumi dəyəri 300 manat olan cəmi 5 qram çəkidə 925 əyyarlı safir qaşlı bir ədəd gümüş boyunbağı və gümüş klonu, 35 manat dəyərində 6 qram çəkidə 925 əyyarlı romb formalı bir ədəd gümüş üzüyü, ümumi dəyəri 350 manat olan ametits qaşlı cəmi 15 qram çəkidə bir cüt gümüş sırğa və bir ədəd üzüyü, 60 manat dəyərində 4 qram çəkidə şərq üslubu bir cüt gümüş sırğanı, 25 manat dəyərində 2 qram çəkidə bir ədəd gümüş üzüyü, 320 manat dəyərində 14 qram çəkidə müxtəlif daşlarla işlənmiş bir cüt gümüş sırğanı, ümumi dəyəri 90 manat olan üç ədəd 2 qramlıq gümüş boyunbağıları, 150 manat dəyərində 13 qram çəkidə kvars qaşlı bir ədəd gümüş üzüyü, 55 manat dəyərində 4 qram çəkidə bir cüt gümüş sırğanı, 200 manat dəyərində bir ədəd “DKNY" markalı qadın qol saatını, ümumi dəyəri 450 manat olan 10 ədəd qadın qol saatlarını, ümumi dəyəri 120 manat olan dəmir materialla büjuteriya dəstini, ümumi dəyəri 55 manat olan 03 ədəd şaf üçün dəmir halqaları, ümumi dəyəri 60 manat olan 02 ədəd mücrünü, ümumi dəyəri 200 manat olan sarımtıl yaşıl kəhraba daşlı gümüş kulon və boyunbağını, ümumi dəyəri 60 manat olan gümüş kulon və boyunbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 xeyli miqdarda yəni, ümumilikdə 22260 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 15 iyun 2022-ci il tarixdə saat 15 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti bina 3, 7 saylı mənzilin giriş qapısının klidini əvvəlcədən özü ilə götürdüyü kustar üsulla hazırlanmış açarın üzərinə dəmir falqa yerləşdirib qeyd olunan açarla açıb mənzilə qanunsuz daxil olaraq, mənzildə yataq otağında paltar dolabının orta siyirtməsindən 1800 manat dəyərində 01 cüt 750 əyyarlı 22 qram çəkidə qızıl sırğanı, 920 manat dəyərində 01 ədəd 750 əyyarlı 12 qram çəkidə qızıl qolbağını, 600 manat dəyərində 01 ədəd 585 əyyarlı 6 qram çəkidə qızıl boyunbağını, 25 manat dəyərində 01 cüt qulaqcığı, 90 manat dəyərində 01 ədəd üzərində klon olan boyunbağı büjuteriyanı və 8 manat 50 qəpik nisbətində bir ədəd 5 ABŞ dolları nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 3.443 manat 50 qəpik maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 13 may 2022-ci il tarixdə saat 16 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri,14-cü məhəllə bina 112B, 53 saylı mənzilin giriş qapısının klidini Təqsirləndirilən şəxs1 əvvəlcədən özü ilə götürdüyü kustar üsulla hazırlanmış açarın üzərinə dəmir falqa yerləşdirib qeyd olunan açarla açması ilə hər ikisi də, mənzilə qanunsuz daxil olaraq, mənzildə yataq otağından 7000 manat nağd pulu, 600 manat dəyərində üzərində brilliant qaş olan 750 əyyarlıq 7 qram çəkidə 01 ədəd qızıl üzüyü, ümumi dəyəri 3200 manat olan "Kvadrat formalı" 750 əyyarlıq cəmi 22 qram çəkidə qızıl sırğa, üzük, kulon və boyunbağıdan ibarət komplekt dəsti, ümumi dəyəri 2500 manat olan tısbağa formalı 750 əyyarlıq cəmi 13 qram çəkidə qızıl sırğa, üzük, kulon və boyunbağıdan ibarət komplekt dəsti, 870 manat dəyərində 10 qram çəkidə 585 əyyarlıq ''pandora" formalı bir ədəd qızıl qolbağı, 850 manat dəyərində 6 qram çəkidə hörgülü formada 750 əyyarlıq bir ədəd qızılı qolbağı, 200 manat dəyərində 5 qram çəkidə yantar kulonlu 750 əyyarlıq bir ədəd qızıl boyunbağını, 220 manat dəyərində üzərində "Ayetül kürsü" duası olan klonlu 3 qram çəkidə bir ədəd qızıl boyunbağını, 350 manat dəyərində konsvarı 4 qram çəkidə 585 əyyarlı bir cüt qızıl sırğanı, 360 manat dəyərində 4 qram çəkidə ovalı formalı adi qaşlı 585 əyyarlı bir cüt qızıl sırğanı, 1450 manat dəyərində 8 formalı 12 qram çəkidə 750 əyyarlı bir cüt qızıl sırğanı, 900 manat dəyərində 10 qram çəkidə 585 əyyarlı uzun "pandora" formalı bir cüt qızıl sırğanı, 550 manat dəyərində 2 barmaqlı 6 qram çəkidə 585 əyyarlı bir ədəd qızıl üzüyü, ümumi dəyəri 70 manat olan cəmi 17 qram çəkidə 925 əyyarlı günəş formalı üzük, sırğa, kulon, boyunbağıdan ibarət gümüş dəsti, 250 manat dəyərində 30 qram çəkidə 925 əyyarlı təbii daşlarla bəzədilmiş bir ədəd gümüş qolbağı, 50 manat dəyərində ortası çəhrayı rəngli gül formalı 10 qram çəkidə 925 əyyarlı bir ədəd gümüş sırğanı, 150 manat dəyərində 12 qram çəkidə 925 əyyarlı bir ədəd gümüş üzüyü, 70 manat dəyərində 10 qram çəkidə qranat daşı ilə bəzədilmiş bir ədəd gümüş üzüyü, 45 manat dəyərində 7 qram çəkidə qızıl gül formalı bir ədəd gümüş üzüyü, 45 manat dəyərində 6 qram çəkidə çəhrayı qaşlı 925 əyyarlı bir ədəd gümüş üzüyü, ümumi dəyəri 300 manat olan cəmi 5 qram çəkidə 925 əyyarlı safir qaşlı bir ədəd gümüş boyunbağı və gümüş klonu, 35 manat dəyərində 6 qram çəkidə 925 əyyarlı romb formalı bir ədəd gümüş üzüyü, ümumi dəyəri 350 manat olan ametits qaşlı cəmi 15 qram çəkidə bir cüt gümüş sırğa və bir ədəd üzüyü, 60 manat dəyərində 4 qram çəkidə şərq üslubu bir cüt gümüş sırğanı, 25 manat dəyərində 2 qram çəkidə bir ədəd gümüş üzüyü, 320 manat dəyərində 14 qram çəkidə müxtəlif daşlarla işlənmiş bir cüt gümüş sırğanı, ümumi dəyəri 90 manat olan üç ədəd 2 qramlıq gümüş boyunbağıları, 150 manat dəyərində 13 qram çəkidə kvars qaşlı bir ədəd gümüş üzüyü, 55 manat dəyərində 4 qram çəkidə bir cüt gümüş sırğanı, 200 manat dəyərində bir ədəd “DKNY" markalı qadın qol saatını, ümumi dəyəri 450 manat olan 10 ədəd qadın qol saatlarını, ümumi dəyəri 120 manat olan dəmir materialla büjuteriya dəstini, ümumi dəyəri 55 manat olan 03 ədəd şaf üçün dəmir halqaları, ümumi dəyəri 60 manat olan 02 ədəd mücrünü, ümumi dəyəri 200 manat olan sarımtıl yaşıl kəhraba daşlı gümüş kulon və boyunbağını, ümumi dəyəri 60 manat olan gümüş kulon və boyunbağını эизли olaraq talayıb Zərərçəkmiş şəxs3 xeyli miqdarda yəni, ümumilikdə 22260 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışında verdiyi qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən (mülki cavabhed) Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müəssisəsində tanımışdır. Həmin vaxtdan aralarında yaxın münasibətləri olmuşdur. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra da tez-tez Mürsəllə görüşüb bir yerdə narkotik vasitə heroin qəbul etmişlər. Son zamanlar maddi vəziyyətləri pis olduğundan narkotik vasitə qəbul etmək üçün pul tapa bilməmişlər. Özünün kustar üsulla hazırladığı açarı var idi. Belə ki, qapı açarının ortasındakı dişləri laqonda ilə yonmuş və oraya falqa saldıqdan sonra bəzi mümkün qapıların klidini aça bilmişdir. Bu barədə Mürsələ məlumat vermiş, hətta kustar üsulla hazırladığı həmin açarı da Mürsələ göstərmişdir. 13 may 2022-ci il tarixdə saat 16 radələrində Mürsəllə Sumqayıt şəhəri,14-cü məhəllə ərazisində piyada hərəkətdə olan zaman pulları olmadığı üçün mənzilə girib oğurluq etmək qərarına gəlmişlər. Mürsəl də onunla razılaşmışdır. Həmin açarla qapı açmaq üçün yollarının üzərində rast gələn yeni tikilmiş çoxmərtəbəli binaya daxil olmuşlar. Orada 1-5-ci mərtəblərdə hərəkətin çox olduğunu bilib yuxarı mərtəbələrə piyada qalxmışlar. Bir neçə mərtəbə qalxıb qapılara baxan zaman qarşılarına əllərindəki açarla aça biləcəyi qapı çıxmış, evdə heç kəsin olmadığını dəqiqləşdirmək üçün qapını döymüş və həmin vaxt qapını heç kəsin açmadığını görüb evdə adam olmadığını bilmişlər. Bu zaman əlindəki açarın dişlərinə falqa taxmış və qapının kilidinə həmin açarı salmışdır. Bir neçə dəqiqə sonra qapı açılmış, səs-küy gəldiyindən içəri girməyib qorxub tez aşağıya düşmüşlər. Binanin qarşısında siqaret çəkdikdən sonra işi yarımçıq görməyib həmin evə girməyi planlaşdırmışlar. Yenə Mürsəllə birlikdə piyada pilləkanlarla biraz əvvəl qapısını açdığı mənzilin qapısına yaxınlaşmışlar, ətrafda heç kəsin olmadığını görüb qapını açıb içəri daxil olmuşlar. İçəri girən zaman Mürsəl həyəcandan özünü itirmiş, ona əlini heç nəyə vurmamasını söyləmiş və özü də otaqda olan sellofana əlini keçirmişdir ki, əl izləri evə düşməsin. Bu zaman Mürsəlin özünü itirdiyini görüb onunla birgə yataq otağına keçmiş və Mürsələ götürdüyü əşyaları və pulları çarpayının üzərinə atacağını və götürüb yığmağını söyləmişdir. Daha sonra yataq otağında şkafları axtarmağa başlamış, paltar şkafındakı əl çantasının içrəsində pulların olduğunu görmüş və həmin 3000 manat pulları çıxarıb çarpayının üzərinə atmışdır. Yenə də otaqda olan şkaflardakı qızılları da tapıb çarpayının üzərinə atmışdır. Həmin vaxt da Mürsəl qızıl və pulları yığmışdır. Qonaq otağına keçməyib tez tapdığı pul və qızılları götürüb evdən çıxıb qapını da örtüb getmişlər. Piyada pilləkanlarla aşağıya düşən zaman Mürsəllə birlikdə kameralardan gizlənmək üçün ziqzaqvarı hərəkətlər edib sonda 2-ci mikrorayon ərazisindəki "Çənlibel" restoranına gəlmişlər. Orada kabinetə keçib yemək yedikdən sonra heç kəsin olmadığını görüb həmin kabinetdə qızılları və gümüşləri, pulları stolun üzərinə qoymuşlar. Həmin vaxt çarpayının üzərinə atdığı 3000 manat pulu yarı-yarıya bölmüş və ona 1500 manat pul qalmışdır. Daha sonra qızılla gümüşü yerbəyer etmişlər və mən bütün gümüşləri götürüb Çənlibelin qabağında hazırda yadında qalmayan bir yerdə zibilliyə atmışdır. Yerdə qalan qızılları isə birlikdə satıb pul etmək üçün üzərlərində gəzdirmişlər. Tanışı Aqilin Bakı şəhəri, Əhmədli metrostansiyasının yanında qızıl mağazası var idi. Mürsələ iz itirmək üçün Mürsəli Bakı şəhəri, Xəzər rayonu ərazisində düşürmüş və özü də taksi ilə Aqilin işlətdiyi qızıl mağazasına getmişdir. Aqilin mağazada olmadığını görüb Aqillə əlaqə saxlamış, sonuncu onun yanına oğlunu göndərmişdir. Aqilin oğlu qızıllara baxmış, çəkisini çəkib atası Aqilə göndərmişdir. Sonra Aqillə əlaqə saxladıqda Aqil bildirmişdir ki, ümumilikdə qızıllara görə 4300 manat pul verəcəkdir, hələlik qızıllara görə oğlunun vasitəsilə 2000 ABŞ dolları verəcəkdir, qalan pulu isə özü səhəri günü qızıllara baxdıqdan sonra verəcəkdir. Özü də 2000 ABŞ dollarını Aqilin oğlundan götürüb Mürsəlin yanına getmiş və 1000 ABŞ dollarını sonuncuya vermişdir. Səhəri günü yerdə qalan pulu götürəcəyini demişdir. Səhəri günü Mürsəllə Aqilin yerinə getmək istəyəndə Mürsəl pul istəmiş və ora getməyəcəyini demişdir. Həmin zaman üzərində olan puldan 500 manat Mürsələ pul vermiş, özü tək Aqilin yanına getmişdir. Aqilin mağazasına çatanda Aqil ona həmin qızılların çox hissəsinin dəmir olduğunu deyib 1500 manat pul vermişdir. Qeyd olunan oğurluq hadisəsindən əldə etdiyi pulları öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 3 saylı binada əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Aişən adlı qadının evindən oğurluq etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə günorta radələrində Nərimanov rayonu, Atatürk prospekti 3 saylı binada bir mənzildən oğurluq etməyi qərarlaşdırmışdır. Bu məqsədlə binanın qarşısında dayanıb gəlib-gedən şəxsləri müşahidə edib qeyd olunan binada hansı mənzildə yaşayış olub-olmamasını və yaxud mənzillərə gəlib-gedən şəxslərin olubolmamasına baxmışdır. Bir neçə dəqiqə sonra həmin binada ikinci mərtəbədə yerləşən, sonradan adını bildiyi Aişən adlı qadının mənzilinə uzun müddət gəlib-gedən şəxslər olmadığını görüb qeyd olunan mənzildə hər hansı bir şəxsin olmadığını bilmişdir. Bundan sonra saat 15 radələrində üzərində olan yonulmuş açar və falqadan istifadə edərək mənzilin qapısını açıb içəri daxil olmuşdur. Mənzildə pul və ya qiymətli əşyalar axtarmağa başlamış, bu zaman yataq otağında paltar dolabının orta siyirtməsində qızıl-ziynət əşyları olduğunu görmüşdür. Həmin qızıl-ziynət əşyalarını yəni, bir cüt qızıl sırğanı, bir ədəd qızıl bilərziyi, bir ədəd qızıl boyunbağını, bir ədəd üzərində klon olan büjuteriyanı, bir ədəd 5 ABŞ dollarını və bir ədəd smart qulaqcığı götürüb mənzildən çıxmışdır. Həmin günü oğurladığı qızıl-ziynət əşyalarını Əhmədli metrostansiyasının yaxınlığında qızıl mağazası işlədən Aqilə özünə məxsus olduğunu deyib 800 manata satmışdır. Qızıl bilərziyi və qulaqcığı isə polis əməkdaşları saxlayarkən onlara təqdim etdiyini bildirmişdir. Əldə etdiyi pulları isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o bildirmişdir, özünü zərərçəkmiş şəxs qismində olan Zərərçəkmiş şəxs2 məxsus bir ədəd qızıl bilərzik, 3200 ABŞ dolları və 600 manat nağd pulun oğurlanmasında təqsirli bilmir. O, Bakı şəhəri Nərimanov rayonu Ak.Həsən Əliyev küçəsi ev 125, 40 saylı mənzilə daxil olmadığını bildirmişdir. İstintaqda polis əməkdaşları tərəfindən qeyd olunan ünvanda baş vermiş oğurluq hadisəsini də üzərinə götür dedikləri üçün qeyd edilən mənzilə daxil olmağı ilə bağlı ittiham etdikdə o, etiraz etmədiyini bildirmişdir. Bundan başqa o, ittihamda qeyd edilən Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanının məbləği ilə razışlaşmadığını, oğurlanmış əşyaların çoxunun qızıl-ziynət əşyası olmadını bildirmişdir. Son olaraq məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslərlə barışmamış, onlara vurmuş maddi ziyanı ödəməmişdir. Əməlindən peşmandır. Bütün bunları nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən (mülki cavabhed) Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Elmanla cəzaçəkmə müəssisəsində cəza çəkən zaman tanış olmuşlar. Son zamanlar maddi vəziyyətləri pis olduğundan narkotik vasitə qəbul etmək üçün pul tapa bilməmişlər. 13 may 2022-ci il tarixdə saat 16 radələrində Elmanla Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində piyada hərəkətdə olan zaman pulları olmadığı üçün mənzilə girib oğurluq etmək qərarına gəlmişlər. Belə ki, Elmanla söhbət zamanı əvvəllər sonuncu ona mənzillərin qapılarını üzərində olan açara falqa salıb bəzi qapı kilidlərini açmağı bacardığını demişdir. Həmin vaxt Elman yenə cibindən ona əvvələr göstərdiyi açarı çıxarmış və açarın dişlərinə falqa salaraq bu açarla bəzi qapıların kilidlərini aça bildiyini, bunun üçün isə o, lazımı qapını tapmaq olduğunu demişdir. Həmin açarla qapı açmaq üçün isə yollarının üzərində rast gələn yeni tikilmiş çoxmərtəbəli binaya daxil olmuşlar. Orada 1-5-ci mərtəblərdə hərəkətin çox olduğunu bilib yuxarı mərtəbələrə piyada qalxmışlar. Bir neçə mərtəbə qalxıb qapılara baxan zaman qarşılarına əllərindəki açarla aça biləcəkləri qapı çıxmış, evdə heç kəsin olmadığını dəqiqləşdirmişlər, ətrafda heç kəsin olmadığını dəqiqləşdirdikdən sonra qapını açıb içəri daxil olmuşlar. İçəriyə girən zaman həyəcandan özünü itirmiş, buna baxmayaraq Elman cəld qarşıda olan yataq otağına keçmiş və həmin yataq otağında olan şkafların içərəsini axtarmağa başlamışdır. Daha sonra isə Elman ona özünü ələ almağı söyləmiş və çarpayının üzərinə atdığı qızıl zinət əşyalarını, eyni zamanda pulları götürməyini bildirmişdir. Bu zaman Elmanın çarpayının üzərinə atdığı pulları cibinə və qızıl zinət əşylarını isə həmin evdə olan karton qablara yığmışdır. Elman təxminən 15 dəqiqə yataq otağını axtardıqdan sonra qonaq otağına daxil olmadan həmin evdən çıxıb pilləkanlarla aşağıya tərəf düşmüşlər. Kameralardan gizlənmək üçün ziqzaqvarı hərəkətlər edib sonda 2-ci mikrorayon ərazisindəki "Çənlibel" restoranına gəlmişlər. Orada kabinetə keçib yemək yedikdən sonra heç kəsin olmadığını görüb həmin kabinetdə qızılları və gümüşləri, pulları stolun üzərinə qoymuşlar. Həmin vaxtı Elman çarpayının üzərinə atdığı 3000 manat pulu yarı-yarıya bölmüş və ona 1500 manat pul vermişdir. Daha sonra qızılla gümüşü yerbəyer etmişlər və bütün gümüşləri Elmana vermişdir. Yerdə qalan qızılları isə Elmanla birlikdə satıb pul etmək üçün üzərlərində dəzdirmişlər. Həmin günü Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Ağ otelə" gedib gecəni orada qalmışlar. Səhəri günü Elman ona yaxın tanışının olduğunu və qızılları ona satacağını bildirmiş, özü də Elmanla birlikdə həmin tanışının yaşadığı Bakı şəhəri, Xəzər rayonu ərazisinə getmişlər. Elman ona dayancaqda gözləməyi söyləmiş, təxminən 1 saat sonra Elman onun yanına gələrək 2000 ABŞ dolları pulu çıxarıb həmin qızılların hamsını 4300 manata satdığını və yerdə qalan 900 manat pulu isə səhəri gün gəlib götürəcəyini bildirmişdir. Daha sonra 2000 ABŞ dollarını yarı-yarıya bölmüşlər və 1000 ABŞ dollarını özü götürmüşdür. Bundan sonra Elmanla birlikdə Masazır qəsəbəsində adı yadında qalmayan obyektə gəlmişlər və gecəni həmin obyektdə keçirdikdən sonra səhəri günü 900 manat pulu götürmək üçün yenə Xəzər rayonuna getmək qərarına gəlmişlər. Yolda Elmana 900 manat puldan ona çatan 450 manat pulu verməsini və oraya getmək istəmədiyini bildirmişdir. Elman da cibindən 500 manat pul çıxardıb ona vermişdir. 20 yanvar dairəsi ərazsində taksidən düşmüş və Elmadan uzaqlaşmışdır. Həmin gündən sonra Elmanı görməmişdir. Oğurladığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Məhkəməni sualına cavab olaraq o bildirmişdir ki, ittihamla qeyd olunan məbləğlə razılaşmışmır, zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs3 22260 manat məbləğindən daha az miqdarda maddi ziyan vurmuşlar. Son olaraq məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslərlə barışmamış, onlara vurmuş maddi ziyanı tam şəkildə ödəməmişdir. Əməlindən peşmandır. Bütün bunları nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 15 iyun 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı ünvana geri qayıdan zaman mənzilin giriş qapısını açmaq isdiyəndə qapının açar hissəsinə kənar müdaxilə olunduğunu hiss etmiş və mənzilə daxil olan zaman artıq mənzildə otaqlarda dağıntıların olduğunu gördükdə mənzildə oğurluq hadisəsinin baş verdiyini başa düşmüşdür. Bundan sonra mənzilə baxış keçirən zaman mənzilin yataq otağında olan paltar dolabının orta siyirtməsindən ona məxsus olan ittihamda göstərildiyi dəyərdə olan qızıl-zinət əşyalarının, 01 cüt qulaqcığın, bir ədəd 5 ABŞ dolları nağd pulunun oğrulandığını aşkar etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 3.443 manat 50 qəpik maddi ziyan dəymişdir. Bundan başqa təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirərək, mülki iddia ilə bağlı ərizəsinin təmin edilməsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş 3443,50 manat məbləğində maddi ziyan, 5000 manat məbləğində mənəvi ziyan ümumilikdə 8443,5 manat məbləğində pul və iddia ərizəsi üçün ödənilmiş 60 manat cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs (mülki cavabhed) X2 bildirmişdir ki, 13 aprel 2022-ci il tarixdə səhər saatlarında yaşadığı ünvan 5 ünvandan çıxıb işlərinin arxasınca getmiş, həmin günü işlərini yekunlaşdırdıqdan sonra saat 19 radələrində yaşadığı evə qayıtmışdır. Mənzilin qapısını özündə olan açarla çətinliklə açıb içəri daxil olmuş, həmin vaxt yataq otağının dağınıq vəziyyətdə olmasını görüb mənzildən oğurluq hadisəsi baş verdiyini başa düşmüşdür. Bundan sonra mənzilə baxış keçirdikdə yataq otağındakı paltar dolabından 1 ədəd 500 manat dəyərində qızıl bilərziyin, 3200 ABŞ dolları və 600 manat nağd pullarınıın oğurlanmasını aşkar etmişdir. Buna görə də, Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 6540 manat maddi ziyan dəymişdir. Bundan başqa təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, mülki iddia ilə bağlı ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Sumqayıt şəhəri, 14-cu məhəllə bina 112B-də 2 otaqlı mənzili vardır. Həmin mənzildə tək yaşayır. 2-ci məhəllədə yerləşən "Engilsh school" tədris məktəbində müəllimə işləyir. xx.xx.2022-ci il tarixdə səhər radələrində evdən çıxmış və daha sonra saat 14 radələrində yaşadığı evə gəlmişdir. Bu zaman evdə hər şey normal vəziyyətdə olmuşdur. Həmin günü təxminən saat 14 radələrində yaşadığı evdən yenə çıxıb işə qayıtmış, bundan sonra həmin günü axşam saat 20 radələrində evə gəlib evin açarını çıxarıb qapını açmaq istəyəndə bir qədər çətinlik çəkib açarın hərəkət etmədiyini görmüş və daha sonra qapının dəstəyindən tutanda qapının açıq olduğunu, içəri baxanda əşyaların dağınıq olduğunu görmüşdür. Bu zaman qorxub içəri daxil olmamış, həmin vaxtı qonşuluqda yaşayan Bəhruz adlı şəxsi köməyə çağırmış, bundan sonra içəri daxil olan zaman yataq otağında bütün əşyaların yerinin dağınıq olduğunu görmüşdür. Hadisə nəticəsində ona ümumilikdə 22260 manat ziyan dəydiyini bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirərək, mülki iddia ilə bağlı ərizəsinin təmin edilməsini, müəllim işlədiyini oğurlanmış qızıl ziynət əşyalarının çoxunun ona rəhmətə gedən anasından yadigar qaldığını, qızıl ziynət əşyalarının və gümüşlərinin keçmiş illərə aid dəyərli olduğunu bildirmiş, eləcə də anasından yadigar qalmış əşyaların oğurlanması, eləcə də tək yaşadığını və bu günədək öz zəhməti ilə qazanıb aldığı əşyaların oğurlanması nəticəsində keçirdiyi stres və gərginliyin nəzərə alınmasını, dəymiş mənəvi ziyanla bağlı tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Əhmədli metrostansiyasının yaxınlığında icarəyə götürdüyü qızıl, gümüş alış-verişi və təmiri mağazası vardır. Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, Elmanı ilk dəfə xx.xx.2022-ci il tarixdə tanımışdır. Elman xx.xx.2022-ci il tarixdə ona zəng vurub özünə məxsus qızıl-ziynət əşyalarını satmaq istədiyini bildirmiş, özü də ona Gəncə şəhərində olduğunu, lakin oğlu Rəvanı göndərə biləcəyini demişdir. Bundan sonra oğlu Rəvanı mağazaya göndərmiş, Rəvan mağazada Elmanın gətirdiyi qızılları yoxladıqdan sonra ona qızılların çəkisinin fotoşəklini çəkib göndərməsini bildirmişdir. Rəvan da qızılların ümumi çəkisinin fotoşəklini göndərmiş, bundan sonra Elmana bildirmişdir ki, oğlu Rəvan ilkin olaraq 2000 ABŞ dolları pul verəcəkdir, qalan pulu isə səhəri günü qızıllara baxdıqdan sonra özü verəcəkdir, Elman da onunla razılaşmışdır. Eyni zamanda oğlu Rəvana da Elmana 2000 ABŞ dolları pul verməsini bildirmişdir. Rəvan da həmin günü yaşadıqları evdən 2000 ABŞ dolları pul götürüb Elmana vermişdir. Səhəri günü Elman onun mağazasına gəlmiş, ona qızıllara və qramlarına baxıb razılaşıb 1500 manat pul vermişdir, Elman da onunla razılaşmışdır. Lakin qızılların konkret hansı qızıllar olmasını və çəkisini xatırlamır. Bundan başqa Elman ona 2022-ci ilin iyun ayının əvvəllərində də qızıl satmışdır. Belə ki, Elman onun mağazasına yaxınlaşıb özünə məxsus bir cüt qızıl sırğa və bir ədəd qızıl boyunbağı satdığını demişdir. Həmin zaman ona inanıb həmin qızılları ondan 800 manata almışdır. Başqa heç bir vaxt Elmandan qızıl-ziynət əşyaları almamışdır. Elman hər dəfə ona həmin qızılların özünə məxsus olduğunu demişdir və ondan hər ehtimala qarşı şəxsiyyət vəsiqəsinin kserosurətini götürməklə qızılları almışdır. Lakin, sonradan polis əməkdaşları tərəfindən dəvət edildikdə ona məlum olmuşdur ki, Elman həmin qızılları başqa-başqa mənzillərdən oğurlamışdır. Qeyd etdiyi kimi özünün əvvəlcədən həmin qızılların oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli Nərimanov Rayon Polis İdarəsini 16cı Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı mənzildə oğurluq olması faktı ilə müraciət etmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli Sumqayıt Rayon Polis İdarəsinə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 yaşadığı mənzildə oğurluq olması faktı ilə müraciət etmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli Nərimanov Rayon Polis İdarəsini 16ci Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı mənzildə oğurluq olması faktı ilə müraciət etmişdir Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus əşyaların oğurlanması faktı yaşadığı ünvan 9 ünvanında baş vermişdir. Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus əşyaların oğurlanması faktı yaşadığı ünvan 10 ünvanında baş vermişdir. Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus əşyaların oğrulanması faktı yaşadığı ünvan 11 ünvanında baş vermişdir. Azərbaycan Respublikası Daxili İşlət Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinə ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarilxi cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus ünvan 9 ünvanında baş vermiş oğurluq faktı ilə hadisə yerindən götürülmüş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bakında olan şəxslərin əl izləri ilə müqayisə edilmiş və əl izləri Təqsirləndirilən şəxs2 sağ əlinin və sol əlinin böyük barmaqlarının əskləri ilə eynilik müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəşünaslıq ekspertizası, ərzaq və sənayə mallarının əmtəəşünalıq tədqiqi ilə bağlı 9/2436 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan Zərərçəkmiş şəxs3 məxsus qızıl-zinyət əşyalarının nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 10199,0 manat müəyyən edilir. Zərərçəkmiş şəxs1 məxsus qızıl-zinyət əşyalarının nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3897,0 manat müəyyən edilir. Məhkəmədə tədqiq edilən Sumqayıt Şəhər Polis İdarəsinin Nərimanov Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarilxi məktubundan görünür ki, xx.xx.2022-ci iı tarilxi qərarla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublkası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair istintaq olnan ********** nömrəli cinayət işi Nərimanov RPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün göndərilmişdir. Məhkəmədə tədqiq edilən “Sübutların qiymətləndirilməsi” haqqında 27 oktyabr 2022ci il tarixli qərardan görünür ki, zərəçəkmiş şəxs X1 mənzilindən baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş əl-barmaq izləri, 01 ədəd rezin əlcək və 01 ədəd əl çantasının tutacaq hissəsi iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlan yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilən “Cinayət törətməkdə şübhəli edilən şəxsin tutulması” haqqında xx.xx.2022-ci il tarixində protkoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şühbəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 4(005)-737/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həbs qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə tədqiq edilən Sumqayıt şəhəri Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(060)-269/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 barəsində Gəncə Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilərək 06 ay müddətinə inzibati xarakterili hərbi hissədə saxlama cəzası təyin edilmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsini 70-ci maddəsi tətbiq edilməklə cəzası 06 ay müəddətinə şəri sınaq müddəti təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddləri ilə təqsirləndirilərək barəsində 02 il, 11 ay, 28 gün müddətinə azadlıqdan məhrumemtə cəzası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə Apellyasiya Məhkəməsinin qərarı ilə 2 il, 11 ay, 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Surxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmün ilə təyin edilən cəzasının çəkilməmiş qalan 04 ay, 15 gün müddətindən vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2019-cu ildə cəzasını tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Surxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(010)-33/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddləri ilə təqsirləndirilərək barəsində 02 il, 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci ildə 08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı ilə Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs1 çəkilməmiş cəzadan azad olunmuşdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmuşdur. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində 01 il, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli qərarı ilə Amnistiya Qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 326.2-ci maddəsi ilə təqsirləndirilərək barəsində 2000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. xx.xx.2013-cü ildə cərimə cəzası dövlət büdcəsinə tam ödənilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilmiş və 4000 manat cərimə cəzası təyin edilmişdir və CM-nin 69.5-ci maddəsinə əsasən həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 3000 manat cərimə cəzası təyin edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 02 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 1(101)-493/2016 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğuya əsasən cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğuya əsasən cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq edilən AZ İİİ № 760222 nömrəli X5 görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2016-ci il təvəllüdlü X7 və yaşlı valideynləri vardır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 xx.xx.2022-cı il tarixli vermiş oluduğu mülki iddia ilə bağlı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş 6.540 manat məbləğində maddi ziyan, 5000 manat məbləğində mənəvi ziyan ümumilikdə 11.540 manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq ona verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 xx.xx.2022-cı il tarixli vermiş oluduğu mülki iddia ilə bağlı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş 22.260 manat məbləğində maddi ziyan, 1500 manat məbləğində mənəvi ziyan ümumilikdə 37.260 manat məbləğində pul və iddia ərizəsi üçün ödənilmiş 174 manat 60 qəpik cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq ona verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixli vermiş oluduğu mülki iddia ilə bağlı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş 3443,50 manat məbləğində maddi ziyan, 5000 manat məbləğində mənəvi ziyan ümumilikdə 8443,5 manat məbləğində pul və iddia ərizəsi üçün ödənilmiş 60 manat cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 ünvandan oğurluq etməməsi ilə bağlı ifadəsinə, eləcə də təqsirləndirilən şəxslərin oğurlanmış əşyaların dəyəri ilə razılaşmaması barədə ifadələrinə tənqidi yanaşır və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və belə qənaətə gəlir ki, qeyd olunan hallar məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, "Hadisə yerinə baxış keçirilməsi haqqında” protokollardan və istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, həmçinin Təqsirləndirilən şəxs1 əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif etdiyindən onlar, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs1, əməlindən peşman olmasını, himayəsində azyaşlı övladının və yaşlı ailəsinin olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əvvəllər törətmiş cinayət əməlinə görə barəsində dəfələrlə azadlıqdan məhrumetə cəzasının təyin edilməsinə baxmayaraq, məhkum cəza çəkdiyi dövrdə islah yoluna qədəm qoymamışdır. Həmçinin bu hal təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalı və əvvəllər ona təyin edilmiş cəzaların onun islah olunmasına xidmət etmədiyi qənaətinə gəlinməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 “8 noyabr-Zəfər Günü münasibətilə” Azərbacan Respubikası Milli Məclisinin qərarı ilə cəzadan azad edilməsi ilə yanaşı, Amnistiya Qərarının 2.4-cü hissəsinə əsasən qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslərə şamil olunmaqla bağlı həmçinin həmin şəxslərin üzərindən məhkuluğun götürülməsi nəzərdə tutulan müddəa Təqsirləndirilən şəxs1 da tətbiq edilmiş və əvvəllər törətdiyi cinayət əməlinə görə məhkumluğu ödənilmiş hesab olunmuşdur. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər törətmiş cinayət əməlinə görə barəsində dəfələrlə azadlıqdan məhrumetə cəzasının təyin edilməsinə baxmayaraq, məhkum cəza çəkdiyi dövrdə islah yoluna qədəm qoymamışdır. Həmçinin bu hal təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalı və əvvəllər ona təyin edilmiş cəzaların onun islah olunmasına xidmət etmədiyi qənaətinə gəlinməlidir. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs2 əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur . “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 1(101)-493/2016 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-nin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Bundan başqa məhkəmə istintaqı gedişinə keçirilmiş ekspertiza nəticəsi - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əməəşünaslıq ekspertizası, ərzaq və sənayə mallarının əmtəəşünalıq tədqiqi ilə bağlı 9/2436 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə razılaşmayaraq iddia ərizəsində adları sadalanan Zərərçəkmiş şəxs3 məxsus qızıl-zinyət əşyalarının nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 10199,0 manat, Zərərçəkmiş şəxs1 məxsus qızıl-zinyət əşyalarının nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3897,0 manat müəyyən edilməsi ilə bağlı eksperti rəyini qiymətləndirərək rəydə qeyd olunan məbləğləri əsaslı və düzgün hesab etməyərək, zərərçəkmiş şəxslərin bildirdiyi məbləğləri əsas kimi qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan xx.xx.2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan xx.xx.2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış zərəçəkmiş şəxs X1 mənzilindən baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş əlbarmaq izləri, 01 ədəd rezin əlcək və 01 ədəd əl çantasının tutacaq hissəsi iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİnin saxlancına təhvil verilmiş əşyalar maddi dəyəri olmadığından məhv edilsin. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddialar qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onların vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən 6.540 manat, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 tərəfindən 3443,50 manat maddi ziyanın, digər Zərərçəkmiş şəxs3 təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən 22.260 manat məbləğində ziyanın vurulması faktı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3, 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindikləri üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçıya vurduqları maddi ziyan ödənilməmiş qalan hissəsi onlar tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 tərəfindən verilən mülki iddia qismən təmin olunmalı, Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə vurduqları ziyan üzrə 175,60 manat rüsum və 22.260 manat maddi ziyanla bağlı iddası tam, 15000 manat mənəvi ziyanın qismən təmin edilərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında bərabər bölünməklə Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməsinə dair tələbi əsaslıdır. Bundan başqa Zərərçəkmiş şəxs2 tərəfindən verilən mülki iddia qismən təmin olunmalı, Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş maddi ziyan üzrə 6.540 manat Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsinə dair tələbi əsaslıdır. Bundan başqa Zərərçəkmiş şəxs1 tərəfindən verilən mülki iddia qismən təmin olunmalı, ona yazlnız Təqsirləndirilən şəxs1 ziyan vurması nəzərə alınmalı və Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş maddi ziyan üzrə 3443,50 manat Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair tələbi əsaslıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, zərəçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən maddi ziyan və əldən çıxmış faydanı təsdiq edən sübutlar təqdim edilmədiyindən, mülki iddia həmin hissədə təmin edilməməlidir. Mülki iddianın mənəvi ziyanla bağlı hissəsinə dair məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, zərəçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 qızıllarının çoxunun onun anasından yadigar qalması, həmin əşyaların mənəvi və tarixi dəyəri olması, onların oğurlanmasının əzab, sıxıntı, ağır mənəvi sarsıntı keçirməsinə səbəb olması, yəni ona mənəvi ziyan dəyməsi, yuxarıda təsvir olunan hallar da nəzərə alınmaqla, danılmazdır. Bu baxımdan ona dəyən mənəvi ziyana görə cavabdehlərdən pul tutulması tələbi əsaslıdır. Məhkəmə, mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin bu səbəblər qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə bundan başqa onu da qeyd edir ki, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mənəvi ziyan dəyməsi barədə dəlillərini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamışdır. Bu baxımdan mülki iddiaçılara dəyən mənəvi ziyana görə mülki cavabdehdən pul tutulması tələblərini məhkəmə əsassız hesab edir və mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin təmin edilməməsi qənaətinə gəlir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci 100,00 (yüz) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 80 (səksən) iş saatı üçün 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 80 (səksən) iş saatı üçün 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 2 (iki) il, 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia qismən təmin olunsun, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə vurduqları 22.260 manat maddi ziyan və 175.60 manat dövlət rüsumu, mənəvi ziyanla bağlı 900 (doqquz yüz) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında bərabər bölünməklə tutularaq zərərçəkmiş şəxs (mülki cavabdeh) Zərərçəkmiş şəxs3 xeyrinə ödənilsin. Cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki cavabdeh) Zərərçəkmiş şəxs2 tərəfindən verilən mülki iddia qismən təmin olunsun, Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş maddi ziyan üzrə 6.540 manat Təqsirləndirilən şəxs1 tutularaq zərərçəkmiş şəxs (mülki cavabdeh) Zərərçəkmiş şəxs2 xeyrinə ödənilsin. Cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki cavabdeh) Zərərçəkmiş şəxs1tərəfindən verilən mülki iddia qismən təmin olunsun, Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş maddi ziyan üzrə 3443,50 manat Təqsirləndirilən şəxs1 tutularaq zərərçəkmiş şəxs (mülki cavbadeh) Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. İş üzrə maddi sübut – saxlanılması üçün Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlan yerinə təhvil verilmiş 01 ədəd rezin əlcək və 01 ədəd əl çantasının tutacağı məhv edilsin. Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 80 (səksən) iş saatı üçün 480 (dörd yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhər 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 80 (səksən) iş saatı üçün 480 (dörd yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhər 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-83/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-83/2023
11.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver