Məhkəmə qərarları › İş №1(005)-83/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-83/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-83/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisi – Bakı şəhəri 16 saylı Vəkil bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müdafiəçisi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs3, onun qanuni nümayəndəsi X4 və müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2008-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri 35 saylı tam orta məktəbin 9-cu sinif şagirdi, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2aşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Xudafərin Stansiyasında qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti ev 10 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri 202 saylı tam orta məktəbin 9-cu sinif şagirdi, işləməyən, əvvəllər məhkum olunmamış, Fizuli rayonunun Arazyağlıvənd kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə etdiyi bıçaqdan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 04 iyul 2023-cü il tarixdə saat 22 radələrində tanışları yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx.xx.2006cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə ictimai yerdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Şuşa” istirahət parkında olarkən, Zərərçəkmiş şəxs, bacısı X8 ilə telefonla danışmasını cuzi səbəb kimi bəhanə edib qeyri-müəyyən şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olmasını, başqalarından fərqləndiyini təsdiq etmək niyyəti ilə ictimai qaydanı, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış qaydalarını, əxlaq nomalarını kobud şəkildə pozub və ətrafda yığılmış şəxslərə əhəmiyyətli dərəcədə etinaszılıq, laqeydlik, bir çox insanın mənafelərinə toxunan açıqca hörmətsizlik ifadə edərək, Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməyə başlayıb yumruq zərbəsi ilə hücum edib onunla yerdə əlbəyaxa olarkən, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onunla əlbir olaraq bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs ağız nahiyəsindən bir dəfə ayağı və bir dəfə yumruqla vurub ona, üst dodağın əzilmiş yarası, üst ön kəsici dişin sınığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, Təqsirləndirilən şəxs1 isə istintaq zamanı əldə edilməsi mümkün olmayan özündə olan bıçağı silah qismində istifadə edərək sol bud nahiyəsindən bir dəfə vurub ona, sol budun bir ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, həmçinin Zərərçəkmiş şəxs onlardan qaçmaqla uzaqlaşarkən bıçağı arxadan ona ataraq döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, Təqsirləndirilən şəxs2 isə kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağından silah qismində istifadə edərək, Zərərçəkmiş şəxs sol diz nahiyəsindən iki dəfə vurub ona, sol diz oynağının iki ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə,qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə etdiyi bıçaqdan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 04 iyul 2023-cü il tarixdə saat 22 radələrində tanışları yetkinlik yaşına çatmayan, xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx.xx.2008ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə ictimai yerdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Şuşa” istirahət parkında olarkən, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs, bacısı X8 ilə telefonla danışmasını cuzi səbəb kimi bəhanə edib qeyrimüəyyən şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olmasını, başqalarından fərqləndiyini təsdiq etmək niyyəti ilə ictimai qaydanı, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış qaydalarını, əxlaq nomalarını kobud şəkildə pozub və ətrafda yığılmış şəxslərə əhəmiyyətli dərəcədə etinaszılıq, laqeydlik, bir çox insanın mənafelərinə toxunan açıqca hörmətsizlik ifadə edərək, Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməyə başlayıb yumruq zərbəsi ilə hücum edib onunla yerdə əlbəyaxa olarkən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 ilə əlbir olaraq bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs ağız nahiyəsindən bir dəfə ayağı və bir dəfə yumruqla vurub ona, üst dodağın əzilmiş yarası, üst ön kəsici dişin sınığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, Təqsirləndirilən şəxs1 isə istintaq zamanı əldə edilməsi mümkün olmayan özündə olan bıçağı silah qismində istifadə edərək sol bud nahiyəsindən bir dəfə vurub ona, sol budun bir ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, həmçinin sonuncu Zərərçəkmiş şəxs onlardan qaçmaqla uzaqlaşarkən bıçağı arxadan ona ataraq döşqəfəsinin sol yarısının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, Təqsirləndirilən şəxs2 isə kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağından silah qismində istifadə edərək, Zərərçəkmiş şəxs sol diz nahiyəsindən iki dəfə vurub ona, sol diz oynağının iki ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə, qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir Belə ki, Təqsirləndirilən şəxs3 04 iyul 2023-cü il tarixdə saat 22 radələrində tanışları yetkinlik yaşına çatmayan, xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.2006cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə ictimai yerdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Şuşa” istirahət parkında olarkən, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs, bacısı X8 ilə telefonla danışmasını cuzi səbəb kimi bəhanə edib qeyrimüəyyən şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olmasını, başqalarından fərqləndiyini təsdiq etmək niyyəti ilə ictimai qaydanı, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış qaydalarını, əxlaq nomalarını kobud şəkildə pozub və ətrafda yığılmış şəxslərə əhəmiyyətli dərəcədə etinaszılıq, laqeydlik, bir çox insanın mənafelərinə toxunan açıqca hörmətsizlik ifadə edərək, Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməyə başlayıb yumruq zərbəsi ilə hücum edib onunla yerdə əlbəyaxa olarkən, Təqsirləndirilən şəxs3 vəTəqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə əlbir olaraq bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs ağız nahiyəsindən bir dəfə ayağı və bir dəfə yumruqla vurub ona, üst dodağın əzilmiş yarası, üst ön kəsici dişin sınığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, Təqsirləndirilən şəxs1 isə istintaq zamanı əldə edilməsi mümkün olmayan özündə olan bıçağı silah qismində istifadə edərək sol bud nahiyəsindən bir dəfə vurub ona, sol budun bir ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, həmçinin sonuncu Zərərçəkmiş şəxs onlardan qaçmaqla uzaqlaşarkən bıçağı arxadan ona ataraq döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, Təqsirləndirilən şəxs2 isə kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağından silah qismində istifadə edərək, Zərərçəkmiş şəxs sol diz nahiyəsindən iki dəfə vurub ona, sol diz oynağının iki ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə, qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X8 onun doğma bacısıdır. Bacısı Xədicənin 16 yaşı vardır. Şahid1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə onun yaxın dostlarıdır. xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində dostları Ruslan, Həsən, Rəvan, bacısı Xədicə və azyaşlı qardaşı Aminlə birlikdə H.Əliyev Mərkəzinin qarşısında yerləşən parka getmişlər. Həmin vaxt bacısı Xədicənin onlardan aralıda telefonla danışdığını görmüş və onun telefonda hansısa oğlanla danışdığını hiss etmişdir. Eyni zamanda kənardan Xədicəyə baxan bir oğlandan da şübhələnmişdir ki, Xədicə ilə danışan həmin oğlandır. Xədicənin mobil telefonunu götürüb baxdıqda görmüşdür ki, sonuncu dəfə onun adını “Gülüş” kimi qeyd etdiyi şəxslə telefon danışığı vardır. Həmin nömrəyə zəng etdikdə həmin oğlan telefona cavab vermiş, ona Xədicənin qardaşı olduğunu demiş və onun adını soruşmuşdur. Telefonda onunla danışan şəxs adını Hüseyn kimi təqdim etmişdir. Hüseynə görüşmək istədiyini dedikdə Hüseyn Sulutəpədə olduğunu deyib danışığı sonlandırmış və onun zənglərinə cavab verməmişdir. Özü isə onu parkda gördüyü üçün dostları ilə birlikdə parkda onu tapmışdır. Həmin vaxt Hüseynlə mübahisə etsələr də, dalaşmamışlar və aralarında olan söhbəti həll etmək üçün Nərimanov rayonu ərazisində yerləşən “Şuşa”şadlıq sarayının arxa tərəfindəki “Şuşa” parkə kimi tanıdıqları yerə getmişlər. Həmin zaman təxminən saat 21-22 radələri olardı, Hüseynin yanında sonradan adını bildiyi Sədi adlı şəxsdə var idi. Hüseynlə söhbət edən zaman Xədicə ilə aralarında olan münasibəti soruşduqda Hüseyn ona bildirmişdir ki, bacısı Xədicəni çox istəyir. Hətta Hüseyn bildirmişdir ki, 4-5 nəfər qızla görüşüb onlarla ürəyi istəyən kimi danışsa da, Xədicəyə qarşı münasibəti başqadır. Hüseynin sözləri onun heç xoşuna gəlməmişdir. Hüseynə bacısı Xədicədən uzaq durmasını və Xədicə ilə bir daha danışmamasını tələb etmiş, Hüseyn isə “Problem yoxdu! Sənin bacın kimi qızlardan məndə çoxdu!” deyə cavab vermişdir. Bu zaman özünü saxlaya bilməmiş və Hüseynin gözaltı nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra Hüseyn onu güləş fəndi ilə yerə yıxıb boğmağa başlamışdır. Dostu Həsən isə təpiklə Hüseynin sifət nahiyəsindən vuraraq onu buraxmasını tələb etmişdir. Hüseynlə ayrıldıqdan sonra Hüseynin ağzı qanadığı üçün su alıb üzünü yumuş, həmin ərəfədə üstündə gəzdirdiyi açılıb-bağlanan bıçağı əlində saxlamışdır ki, uyğun vaxtı Hüseyni bıçaqla vursun. Lakin, onu öldürmək niyyəti olmamışdır. Məqsədi o idi ki, Hüseyni qorxutsun və bir daha bacısı Xədicəyə zəng etməsin. Həmin vaxt Hüseyn üzünü yumuş, Həsən isə ona yaxınlaşıb onları ayırmaq üçün onu təpiklə vurduğunu dedikdə Hüseyn Həsənə sonuncunun əynində şortik olduğundan ona alçaldıcı formada cavab verərək, onu şortik geyindiyi üçün ciddiyə almadığını bildirmişdir. Bu vaxt Həsən yumruqla Hüseynin çənə nahiyyəsinə bir zərbə vurmuş və Hüseyn yerə yıxılmışdır. Özü isə yerdə Hüseynin bud nahiyəsindən bir dəfə bıçaqla vurmuş, Hüseyn ayağa duran kimi onlara söyüş söyüb qaçmağa başlamışdır. Özü də Rəvanla birlikdə onun arxasınca qaçmış, ona çata bilmədiyini görüb əlində olan bıçağı Hüseynin arxası ilə atmışdır. Həmin atdığı bıçaq Hüseynin kürək nahiyəsinə dəymişdir. Digər uşaqlar isə onların arxası ilə gəlmişlər. Rəvan ondan cəld tərpənib Hüseynə çatmış və onun ayaq nahiyəsindən bıçaqla vurmuşdur. Həmin vaxt orada olan tanımadığı şəxslər səs-küyə hadisə yerinə toplaşıb onları ayırmışlar. Ətrafda olan şəxslərə görə oradan uzaqlaşıb getmişlər. Daha sonra “Bunker” adlı kompyuter oyun zalının qarşısında Rəvanla birlikdə bıçağın qanını yumuş, həmin vaxt tanışı Aqşinlə rastlaşmış və ona hadisə barədə danışmış, Aqşin isə ondan böyük olduğu üçün ona əsəb'əşib nə üçün bıçaq gəzdirdiyini və buna görə də, bıçaqla hadisə törətdiyini bildirərək, həmin bıçaqla yenidən hadisə törədə biləcəyindən qorxub ərkiyanə olaraq bıçağı ondan almışdır. Sonradan Aqşinlə rastlaşdıqda sonuncu ona demişdir ki, ona verdiyi bıçağı zibil qabına atmışdır. Rəvan isə bıçağı atası Familə vermiş, atası Famil də araşdırma zamanı həmin bıçağı təqdim etmişdir. Hazırda isə atası Famil Almaniya Respublikasındadır. Sonda zərər çəkmiş şəxslə barışdığını bildirərək məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Əvvəllər Hüseynlə münasibətləri yaxşı olmuşdur. Hüseyni kənara o çağırmışdır. Həmin vaxtı Hüseynin yanında onun dostu, onun yanında isə Rəvan və Həsən idi. O, Hüseyndən bacısı ilə danışan adamın o olubolmamasını soruşanda o təsdiq etmişdir. Hadisə baş verəndə ora toplaşan uşaqları tanımamışdır. Daha sonra aralarında mübahisə yaranmış və o, Hüseyni vurmaq istəyəndə Hüseyn fənd işlədərək onu yerə yıxmışdır. O, bir daha bacısı ilə danışmamasını tələb etmişdir. Buna cavab olaraq Hüseyn ona “sənin bacın kimi bir çox qızla gəzmişəm, o da onlardan biri” demişdir. Bunu dedikdən sonra o, Hüseyni bıçaqla ayağından vurmuşdur. Daha sonra o qaçarkən bir zərbə də bıçaqla belindən dəymişdir. Əsəbi olduğu üçün təkrarən vurmuşdur. Lakin həmin vaxtı onu vurmaq niyyəti olmamışdır. Onunla birlikdə gələn digər dostları onları ayırmaq üçün Həsən Hüseyni yumruqla vurub. Onda bir ədəd bıçaq olmuşdur, o bıçağı Hüseyn qaçarkən arxası ilə atmışdır və sonradan Ruslana məxsus bıçağı götürərək, onun arxası ilə qaçıb, yenidən bıçaqla ayağında xəsarət yetirmişdir. Bundan sonra bıçağı ondan Rəvan almışdır. Bıçağı üzərində gəzdirməkdə heç bir məqsədi olmamışdır. Bıçaq xoşuna gəldiyi üçün Dədə Qorqud parkı tərəfdən almışdır. Bıçağı hadisədən 2-3 gün əvvəl əldə etmişdir. Onun Hüseyni vurmaq niyyəti olmamışdır, sadəcə qorxutmaq istəmişdir. Hadisə zamanı 3-4 nəfər toplaşmışdır, lakin onları tanımamışdır və onları ayırmağa cəhd etməmişlər. Sonradan bıçağı ondan Aqşin adlı bir nəfər götürmüş və bu cür hərəkətlər etməməyi tövsiyyə etmişdir. Rəvan və Həsəni çoxdan tanıyır. Əvvəllər Hüseyngilin zalına Sulutəpəyə idman etmək üçün getmişdir. Onun Hüseynlə səmimi münasibəti olmamışdır. Bacısı ilə Hüseyn bir-birilərini “Tik-tok” sosial şəbəkəsi vasitəsi ilə tanıyıblar. Həmin gün onun yanında Həsən, Rəvan və Ruslan olmuşdur. Bir ədəd bıçaq onda, digər bıçaq isə Ruslanda olmuşdur. Hüseyn telefonla danışanda bacısı iləmla bir-birilərinə baxıb gülümsədiklərini görmüş və bu onun diqqətini çəkmişdir. Bacısından telefonu almış, son nömrənin adı “Gülüş” yazılmışdır, həmin nömrəyə zəng edəndə Hüseyn olduğunu aşkar etmişdir. Hüseyni söhbət etmək üçün dəvət etmişdir. Onun bacısı ilə danışmasını soruşmuşdur, o, Xədicənin bacısı olduğunu bilmədiyini demişdir. Üzrxahlıq etsə də sonradan “sənin bacın kimi bir çox qızla gəzmişəm, o da onlardan biri” deməsindən əsəbləşmişdir. “Şuşa parkına” gedərkən ətrafdakı şəxslər orada olan şəxslər idi, təxmini 5-6 nəfər olmuşdur. Ruslanın belində bıçaq olduğunu parkda olanda görmüşdür. Bıçağı Ruslanın belindən götürüb qaçmışdır. Hüseynin dişini Həsən yumruqla sındırıb. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 202 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir. Təqsirləndirilən şəxs1 onun dostudur, Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində dostu Famil, Rəvan və Ruslanla birlikdə H.Əliyev Mərkəzinin ətrafında yerləşən parka getmişlər. Həmin vaxt Familin bacısı və balaca qardaşı da orada olmuşdur. Birlikdə voleybol oyunayıb öz aralarında idman etmişlər. Bu vaxt Famil kənarda dayanan oğlanları göstərərək demişdir ki, “Orada dayanan oğlanlar bacımgilə baxır, həmin oğlan telefonu qulağına qoyan kimi mənim bacım da telefonu qulağına qoyur.” Famil həmin oğlanın onun bacısı ilə telefonla danışmasından şübhələndiyini bildirmiş və bacısının telefonunu götürüb onun sonuncu danışdığı, telefonda adı “Gülüş” kimi qeyd olunan şəxsə zəng etdikdə telefona oğlan cavab vermişdir. Famil ona Xədicənin qardaşı olduğunu və görüşmək istədiyini bildirmiş, lakin həmin şəxs guya Sulutəpə qəsəbəsində olduğunu deyərək görüşmək istəməmişdir. Famil isə həmin oğlanı parkda gördüyü həmin şəxsin parkda olduğunu bilirdi. Daha sonra həmin oğlanla parkda görüşmüşlər və söhbət etmək üçün sonradan adının Hüseyn olduğunu öyrəndiyi şəxslə birlikdə “Şuşa” restoranının arxasında yerləşən “Şuşa” parkı kimi tanıdıqları yerə getmişlər. Bundan sonra Famil, Rəvan, Ruslan və özü, digər tərəfdən isə Familin bacısı ilə danışan Hüseyn adlı şəxs və onun dostu Səid “Şuşa” parkı deyilən yerə getmişlər. Yolda söhbət zamanı Familə demişdir ki, Hüseynlə dalaşmasın, normal söhbət edib ayrılsınlar və sonra məsələni öz bacısı ilə aydınlaşdırsın. Daha sonra “Şuşa” parkına çatdıqda Famil Hüseyn adlı şəxsdən tələb etmişdir ki, birdə onun bacısına yazmasın, onun bacısına zəng etməsin. Hüseyn isə “Problem yoxdu. Sənin bacın kimi qızlardan məndəçox var!” deyə cavab vermişdir. Bu söhbətdən sonra Famil onun üstünə hücum etmiş və yumruqla Hüseynin gözaltı nahiyəsinə vurmuşdur. Bu vaxt Hüseyn güləş fəndi ilə Famili yerə yıxmış və özü də onun üstünə yıxılmışdır. Familin Hüseynin altında qaldığını görüb təpiklə Hüseynin ağız nahiyəsinə bir dəfə zərbə vurmuşdur ki, Hüseyn Famili buraxsın. Həmin zaman Hüseynin başı arxada olan dəmir çəpərə dəymiş, Ruslan və Səid isə onu tutaraq aralaşdırmışlar. Lakin, Hüseyn sakit dayanmamış vəəl-üzünü yuduqdan sonra ona “Sən niyə məni vurursan?! Sən şortik geyinib mənimlə söhbət edə bilməzsən!” demişdir. Hüseynin həmin sözü onu daha da əsəbləşdirmiş və sillə ilə Hüseynin çənə nahiyəsinə vurmuşdur. Hüseyn yerə yıxılmış və bu vaxt Famil əlindəki bıçaqla onun bud nahiyəsinə vurmuşdur. Hüseyn ayağa durub qaçmağa başlamış, Famillə Rəvan da onun arxasınca qaçmışlar. Özü, Ruslan və Sədi isə birlikdə onların arxasınca getmişlər. Biraz kök olduğu üçün onlara tez çata bilməmiş və “Çanaqqala” restoranı tərəfdə yolun kənarına çatanda ona məlum olmuşdur ki, Rəvan Hüseynin ayağına bıçaqla vurmuşdur. Həmin vaxt kənardan tanımadığı bir kişi qışqıraraq onlardan aralaşmalarını tələb etmişdir. Daha sonra geri qayıdıb “Bunker” adlı playstation kluba getmişlər. Famil və Rəvan həmin klubda bıçağın qanını yuyub təmizləmiş və daha sonra oradan uzaqlaşıb evə getmişlər. Hadisə zamanı onu heç kəs vurmamış və heç bir xəsarət almamışdır. Sonda zərər çəkmiş şəxslə barışdığını bildirərək məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Familin boğulduğunu görmüş və aralamaq istəmişdir. Lakin aralaya bilmədiyi üçün təpiklə Hüseynin başından vurmuşdur. Hüseyn onun şortikinə görə “sənlə ciddi danışa bilmərəm, söhbətə qarışma” deməsinə əsəbləşmişdir. Birinci bıçağı Famildə görmüşdür, söhbət zamanı Famil bıçağı arxasında hazır saxlamışdır. Familin əlindən bıçağı Rəvan almışdır. Sonradan yəqin Famil bıçağı Ruslandan alıb, çünki ikinci bıçaq Ruslanda olmuşdur. Onlar qaçdılar, lakin o, qaça bilmədi və yolun o biri tərəfində bıçaqlanma olduğunu görmüşdür. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 177 nömrəli orta məktəbi bu il bitirmişdir və hazirda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 onun dostudur, Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. Onlarla aralarında əvvəllər heç bir qərəzli münasibəti olmamışdır. xx.xx.2023- cü il tarixdə saat 18 radələrində dostu Famil, Həsən və Ruslanla birlikdə H.Əliyev Mərkəzinin qarşısında yerləşən parka getmişlər. Həmin vaxt Familin bacısı və balaca azyaşlı qardaşı da orada olmuşdur. Birlikdə valeybol oyunayıb öz aralarında söhbət edib əylənmişlər. Bu vaxt Famil kənarda dayanan oğlanları göstərərək bildirmişdir ki, “orada dayanan oğlanlar bacımgilə baxır, həmin oğlan telefonu qulağına qoyan kimi mənim bacım da telefonu qulağına qoyur. Deyəsən onlar danışırlar.” Daha sonra onları yoxlamaq üçün Famil bacısının telefonunu götürüb onun sonuncu danışdığı şəxsə zəng etmiş və həmin vaxt telefona bir oğlan cavab vermişdir. Familin bacısı isə həmin nömrəni telefonuna “Gülüş” kimi qeyd etmişdir. Famil həmin oğlana Xədicənin qardaşı olduğunu və görüşmək istədiyini bildirdikdə həmin şəxs guya Sulutəpə qəsəbəsində olduğunu deyərək görüşmək istəməmişdir. Famil isə həmin oğlanı parkda görmüş və onlara da göstərmişdir. Buna görə də həmin şəxsin parkda olduğunu bilmişlər. Daha sonra birlikdə parkı gəzib həmin oğam tapmışlar. Parkda Famil sonradan adını bildiyi Hüseyn adlı şəxslə mübahisə etsə də, onların arasında heç bir dava-dalaş olmamışdır. Bundan sonra “Şuşa” restoranının arxasında yerləşən “Şuşa” park kimi tanıdıqları yerə gedib söhbət etmək qərarına gəlmişlər. Bundan sonra Famil, Həsən, Ruslan və özü, digər tərəfdən isə Familin bacısı ilə danışan Hüseyn adlışəxs və onun dostu Səid “Şuşa” parkı deyilən yerə getmişlər. Yolda özü Hüseyn adlı şəxsi kənara çəkib başa salmışdır ki, “Famil qızın qardaşıdı, sən səbrli ol. O sənə nəsə desə dilləşmə. Öz aranızda söhbətlə yoluna qoyun getsin.” Daha sonra “Şuşa” parkında Famil Hüseyn adlışəxsdən tələb etmişdir ki, birdə onun bacısına yazmasın, onun bacısına zəng etməsin. Hüseyn isə “Problem yoxdu. Sənin bacın kimi qızlardan məndə çox var!” deyə kobud şəkildə cavab vermişdir. Bu söhbətdən sonra Famil onun üstünə hücum ecərək yumruqla Hüseynin gözaltı nahiyəsinə vurmuşdur. Hüseyn isə güləş fəndi ilə Famili yerə yıxmış vəözü də onun üstünə yıxılmışdır. Hüseyn əli ilə Famili sıxıb saxlamış, bu vaxt Həsən təpiklə Hüseynin ağız nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Hüseyn Famili buraxıb ayağa qalxmış, daha sonra Hüseynin ağzı qanadığı üçün o, üzünü yumuşdur. Həsən isə Hüseynə yaxınlaşıb Famili buraxması üçün onu vurduğunu demişdir. Lakin, Hüseyn “Sən o tərəfəçəkil, sən şortik geyinib söhbətə gəlmisən’ Səni ciddiyə ala bilmirəm!” deyə Həsənə kobud cavab vermişdir. Bu anda Həsən sillə ilə Hüseynin çənə nahiyəsinə vurmuş, Hüseyn yerə yıxılmış və Famil əlindəki bıçaqla Hüseynin ayaq nahiyəsinə vurmuşdur. Daha sonra Hüseyn durub qaçmış, özü də Famillə birlikdə Hüseynin arxasınca qaçmışlar. Digər uşaqlar da onların arxası ilə gəlmişlər. Famil əlindəki bıçağı Hüseynin arxasınca atmış və həmin bıçaq Hüseynin kürəyinə dəymişdir. Özü isə Hüseynin arxasınca qaçıb ona çatan kimi əlində olan bıçaqla onun ayaq nahiyəsindən vurmuşdur. Bu vaxt tanımadığı şəxs arxadan köynəyindən tutub onu geriyə dartmışdır. Bundan sonra ayrılmışlar və həmin anda Hüseyn qaçıb avtomobil yolunun digər tərəfinə keçmişdir. Ətrafda olan tanımadığı şəxslərin səs küyə toplaşması ilə Hüseynin arxasınca getməmişlər. Bundan sonra “Bunker” adlı playstation klubun qarşısına gedib orada Famillə birlikdə bıçağın qanmı yuyub təmizləmişlər. Həmin zaman orada olan tanışları Aqşinə hadisə barədə məlumat vermiş, Aqşin Famildən böyük olduğu üçün onun həmin bıçaqla cinayət törətməsinə əsəbləşib bir böyük kimi bıçağı onun əlindən almışdır ki, bir daha cinayət törədə bilməsin. Özü isə bıçağı səhəri gün Familin atasına vermişdir. Hadisə zamanı istifadə etdiyi bıçaq adi cib bıçağı olmuş və həmin bıçağı istənilən yerdən almaq olar. Həmin bıçağı üzəridə saxlamaqda heç bir məqsədi olmamışdır. Hadisə zamanı onu heç kəs vurmamış və heç bir xəsarət almamışdır. Sonda zərər çəkmiş şəxslə barışdığını bildirərək məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, bir dəfə ayağından qorxutmaq üçün vurmuşdur, lakin bilə-bilə etməmişdir. Hüseynin əlində heç bir alət olmamışdır. Həmin vaxtı orada Ruslan, Həsən, Famil, Hüseyn, Səid olmuşdur. X9rşısındakı “Baku” yazısı ilə “Şuşa” parkı arasında 150-200 metr məsafə olmuşdur. “Şuşa” parkına tərəf gedəndə o, Hüseynə Familə fikir verməməyi, vursa belə məsələ bacısı olması olduğunu nəzərə alıb əhəmiyyət verməməyi bildirmişdir. Hüseyn isə onunla razılaşdı, hamının Familin yerində ola biləcəyini bildirdi. Eyni zamanda o, mübahisə edən tərəflərə çay içib, məsələni aydınlaşdırmağı təklif etmişdir. Lakin Famil razı olmadı və “Şuşa” parkına getməyi təkid etdi. Söhbət zamanı Famil əsəbləşdi və Hüseynə yumruq vurdu, Hüseyn isə fənd işlədərək Famili yerə yıxdı və çıxdı Familin üstünə. Onlar isə onları ayırmağa cəhd edirmişlər. Lakin ayıra bilməmişlər. Həmin vaxtı o, Hüseyni vurmamışdır. Sonra Hüseyn dostu Səidlə birlikdə gedib marketdən su almış və gəlmişdir. Qayıdan zaman Həsən müdaxilə edəndə Hüseyn ona “sən şortikdəsən, səninlə nə danışacam” dedi və Həsən əsəbləşib, ona yumruqla vurdu, bu vaxt Hüseyn əyildi, qalxan vaxtı isə Famil bıçaqla iki dəfə onu vurdu, Hüseyn isə qaçmışdır. Hüseyn qaçanda Famildə onun arxası ilə bıçaq atmışdır. Bıçaq isə yerə düşmüşdür. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü ildə “Tik-tok” sosial şəbəkəsində Xədicə adlı qızla tanış olmuşdur. Onunla bir neçə gün danışdıqdan sonra görüşmək qərarına gəlmişlər. Belə ki, Xədicə ona yazmışdır ki, X9rşısındakı parka gedəcəkdir. Özü də xx.xx.2023-cü il tarixdə dostu Səidlə birlikdə Xədicəni uzaqdan görmək məqsədi ilə Nərimanov rayonu ərazisində yerləşən X9rşısındakı parka getmişdir. Həmin vaxt kənardan bir-birilərini gördükdən sonra telefonla danışmışlar. Xədicə ilə telefonla danışdıqdan sonra Xədicənin qardaşı onların telefonda danışdıqlarını, kənardan bir-birilərinə baxdıqlarını hiss etmiş və buna görə də Xədicənin telefonunu əlindən alıb ona zəng edib adını soruşduqda ona adının Hüseyn olduğunu demişdir. Famil onunla görüşmək istədiyini bildirdikdə ona ilkin olaraq görüşmək istəmədiyini bildirmiş, lakin Famil onun parkda olduğunu bildiyi üçün onunla görüşmüşdür. Həmin parkda Famillə görüşüb söhbət Nərimanov rayonu ərazisində yerləşən “Şuşa” şadlıq sarayının arxa tərəfindəki “Şuşa” parkı dedikləri ağaclıq yerə getmişlər. Həmin zaman yanında dostu Səid olmuşdur. Xədicənin qardaşı Famil isə öz dost-tanışları ilə birlikdə gəlmişdir. Söhbət zamanı Famil ondan bacısı Xədicə ilə nə məqsədlə danışdığını soruşduqda ona bacısına qarşı qəlbində xoş hislər olduğunu demişdir. Bundan sonra Famil ona yumruq atmış, lakin onun yumruğundan qaçıb güləş fəndi ilə onu yerə yıxmışdır. Bu zaman Familin dostu, sonradan adının Həsən olduğunu bildiyi şəxs təpiklə onun ağız nahiyəsindən vurmuşdur. Bundan sonra Həsəndən nə üçün onu vurduğunu soruşmuş, daha sonra ağzı qanadığı üçün yaxınlıqdakı marketə gedib su almış və ağzının qanını yumuşdur. Daha sonra yenidən Familgilin yanına gəlib aralarında olan məsələni aydınlaşdırmağa çalışmışdır ki, narazılıqları qalmasın. Bu vaxt Həsən yenə də onların söhbətlərinə müdaxilə etdmiş, özü isə Həsənə şortik geyinib söhbətə gəldiyi üçün irad bildirmiş və müdaxilə etməməsini tələb etmişdir. Həsən isə yumruqla onun çənə çahiyəsinə vurmuşdur. Zərbədən yerə yıxıldıqda Famil əlində olan bıçaqla onun sol ayağından bir dəfə vurmuşdur, özünü toparlayıb qaçmağa başlamışdır ki, oradan uzaqlaşsın, bu zaman Famil və onun dostu Rəvan onun arxasınca qaçmağa başlamışlar. Bu vaxt onlardan biri arxasınca bıçaq atmış və həmin bıçaq onun sol kürək nahiyəsinə dəymişdir. Həmin vaxt Rəvan ona çatmış və onunla əlbəyaxa olarkən Rəvan əlindəki bıçaqla onun sol ayağının diz nahiyəsinə iki dəfə bıçaqla vurmuşdur. Bıçaqladıqdan sonra Rəvan özü ondan uzaqlaşmış və ayağa qalxıb yolun kənarına tərəf çıxıb tanımadığışəxsə yaxınlaşıb bıçaqla vurularaq xəsarət aldığını demiş və həmin şəxsdən onu xəstəxanaya aparmasını xahiş etmişdir. Həmin tammadığışəxs onu X20 aparmış, orada həkimlər tərəfindən müayinə olunduqdan sonra evə buraxılmışdır. Hadisə zamanı heç kəsə heç bir xəsarət yetirməmişdir. Son olaraq təqsirləndirilən şəxslərlə barışdığını və onlara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda 202 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir. Təqsirləndirilən şəxs1 onun dostudur, Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. Onlarla aralarında əvvəllər heç bir qərəzli münasibət olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində dostu Famil, Rəvan və Həsənlə birlikdə H.Əliyev Mərkəzinin ətrafında yerləşən parka getmişlər. Həmin vaxt Familin bacısı və balaca qardaşı da orada olmuşdur. Özü orada qızlarla söhbət edərkən Famil ona yaxınlaşıb kənarda dayanan oğlanları göstərərək demişdir ki, “orada dayanan oğlanlar bacımgilə baxır, həmin oğlan telefonu qulağına qoyan kimi mənim bacım da telefonu qulağına qoyur.” Famil həmin oğlanın onun bacısı ilə telefonla danışmasından şübhələndiyini bildirmişdir. Bundan sonra Familə bacısının telefonunu götürüb yoxlamasını bildirmiş, Famil də parkda olarkən bacısından telefonu götürüb yoxlamış və bacısının sonuncu dəfə telefonda adı “Gülüş” kimi qeyd olunmuş şəxslə danışdığını öyrənmişdir. Daha sonra Famil həmin şəxsə zəng etmiş və telefona bir oğlan cavab vermişdir. Famil həmin oğlana Xədicənin qardaşı olduğunu və görüşmək istədiyini bildirmiş, lakin həmin şəxs guya Sulutəpədə olduğunu deyərək görüşmək istəməmişdir. Famil isə həmin oğlanı parkda gördüyü üçün həmin şəxsin parkda olduğunu bilirdi. Daha sonra Famil Həsən və Rəvanla birlikdə parkı gəzib həmin oğlanı tapmışlar. Parkda aralarında mübahisə olsa da, orada dalaşmamışlar və söhbət etmək üçün “Şuşa” restoranının arxasında yerləşən “Şuşa” park kimi tanıdıqları yerə getməyi təklif elmişlər. Bundan sonra Famil, Rəvan, Həsən və özü, digər tərəfdən isə Familin bacısı ilə danışan Hüseyn adlı şəxs və onun dostu Səid “Şuşa” parkı deyilən yerə getmişlər. Həmin vaxt Famil Hüseyn adlı şəxsdən tələb etmişdir ki, birdə onun bacısına yazmasın, onun bacısına zəng etməsin. Hüseyn isə “Problem yoxdu. Sənin bacın kimi qızdan məndə çox var!” deyə cavab vermişdir. Bu söhbətdən sonra Famil onun üstünə getmiş və yumruqla Hüseynin gözaltı nahiyəsinə vurmuşdur. Hüseyn isə güləş fəndi ilə Famili yerə yıxmış və özü də onun üstünə yıxılmışdır. Bu vaxt Həsən kənardan qaça-qaça gələrək təpiklə Hüseynin ağız-üz nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Hüseynin başı arxada olan dəmir çəpərə dəymiş, bu anda özü və Səid Həsənin qollarından tutaraq arxaya çəkib aralaşdırmışlar. Həsən isə daha onu vurmayacağını demişdir. Həmin vaxt Hüseynin ağzı qanadığı üçün o su ilə üzünü yumuş və Həsənə “Şortik geyinib gəlib mənim söhbətimə qarışa bilməzsən! Mən şortik geyinən oğlanlara pis baxıram!” demişdir. Bu vaxt Həsən sillə ilə Hüseynin çənə nahiyəsinə vurmuş və Hüseyn yerə yıxılmışdır. Famil isə üzərində olan bıçaqla Hüseynin ayaq nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bu dəfə Hüseyn ayağa durub qaçmağa başlamış, Famil ilə Rəvan da onun arxasınca qaçmışlar. Özü, Həsən və Sədi birlikdə onların arxasınca getmiş, lakin onlara çatanda Hüseyn ayağını tutub qaçdığını görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, Famil əlindəki bıçağı atıb Hüseynin kürək nahiyəsindən, Rəvan isə Hüseynin diz nahiyyəsindən bıçaqla vurmuşdur. Bundan sonra hər kəs bir tərəfə dağılışmış, özü isə Famillə birlikdə geri qayıtmış, həmin zaman Famil Aqşin adlı tanışına hadisə barədə danışmış, Aqşin adlı tanışı isə Familə hadisə törətdiyi üçün əsəbləşib bıçağı ona verməsini bildirmiş və bir böyük kimi bıçağı ondan almışdır ki, Famil həmin bıçaqla yenə də bir hadisə törətməsin. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Təqdim edilmiş bıçağa baxış keçirilməsi və götürülməsi barədə” 08 iyul 2023-cü il tarixli protokoldan görünür ki, X5 təqdim etdiyi bıçağa baxış zamanı qeyd olunan bıçağın 16 sm olmaqla açılıb bağlanan cib bıçağı olması müəyyən edilmişdir. Həmin bir ədəd bıçaq iş üzrə əhəmiyyət kəsb etdiyindən istintaq orqanı tərəfindən götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 20 oktyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmasına dair AR DİN-nin BƏSİİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmasına dair AR DİN-nin BƏSİİ əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 20 oktyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmasına dair AR DİN-nin BƏSİİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X19 858 nömrəli, 27 iyul 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən: döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 01 ədəd, sol budun 01 ədəd, sol diz oynağının 02 ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin, ola bilsin bıçağın deşisi-kəsici təsirindən, üst dodağın əzilmiş yarası, üst ön kəsici dişin sınığı isə küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətı pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə müxanizminə görə demək olar ki, həmin xəsarətlərin şəxsin özü-özünə yetirə bilməsi inandırıcı deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-3/1454 nömrəli, 25 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış , bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən bıçaqla vurulduğu yeri, eləcə də Təqsirləndirilən şəxs3 tərəfindən yumruqla və təpiklə vurduğu yeri göstərmişdir. Həmin yerin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Şuşa” istirahət parkası olması müəyyən edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 09 noyabr 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı təqdim edilmiş Təqsirləndirilən şəxs2 hadisə zamanı zərər çəkmiş şəxsə xəsarət yetirdiyi bir ədəd bıçaq maddi sübut kimi tanınaraq saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. “Qətimkan tədbiri seçmək haqqında” 10 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. “Qətimkan tədbiri seçmək haqqında” 10 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. “Qətimkan tədbiri seçmək haqqında” 14 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 12 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmışdır. Onlara qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş zərər tam olaraq ödənmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi nların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahid ifadələri, hadisə yerinə baxış protokolu, ekspertiza rəyləri, habelə cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti belə motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən ibarətdir, həmin şəxs ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Hazırki iş üzrə təqsirləndirilən şəxslər tərəfindən xuliqanlıq niyyətinin mahiyyətini açıqlayan qeyd edilən hərəkətlərə yol verilməsi məhkəmə istintaqında öz təsdiqini tapmışdır. Belə ki, işin hallarından və araşdırılan sübutlardan göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xəsarət yetirərək özlərinin şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymaq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirmək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlərə yol vermişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinə əsasən məhkəmə baxışı bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda müvafiq mahkəmənin hökmündə bu Məcəllənin 353.2.3-353.2.9, 353.3-353.5-ci maddələrində güstərilmiş məsələlər təqsirləndirilən şəxslərdən hər birinə dair ayrı-ayrılıqda qeyd edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərər çəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlərin az ağır cinayətlər kateqoriyasına aid olmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, vurulmuş zərərin ödənilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, habelə onun şəxsiyyətini xarakterizə edən halları – yetkinlik yaşına çatmamasını, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini, habelə məhkəmə iclasındakı davranışını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs1 təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərər çəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətlərin az ağır cinayətlər kateqoriyasına aid olmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, vurulmuş zərərin ödənilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, habelə onun şəxsiyyətini xarakterizə edən halları – yetkinlik yaşına çatmamasını, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini, habelə məhkəmə iclasındakı davranışını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərər çəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, təhsil aldığı yer yer üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan 202 nömrəli tam orta məktəb tərəfindən verilmiş xasiyyətnamə) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd bıçaq məhv edilməlidir. Həmçinin ekspertiza tədqiqatının ümumi dəyəri 64 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 27 iş saatına görə 162 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd bıçaq məhv edilsin. Ekspertiza tədqiqatının ümumi dəyəri 64 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 27 iş saatına görə 162 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar