Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-83/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 14:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkimiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından suiistifadə edib sonuncunun direktoru olduğu “VMR ŞİRKƏTLƏR GRUPLTnun vergi borcunu sildirəcəyinə dair yalan vəd verib aldadaraq, ünvan 2 ünvanında Zərərçəkmiş şəxs tərəfindən “Unibanka”a məxsus 4098-09******9870 nömrəli plastik kart hesabından xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat pulun adma olan “Unibank”a məxsus 4098-6044-0203-6986 nömrəli plastik kart hesabına göndərilməsinə nail olub Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin əvvəllərində adının Mahir olduğunu, digər anket məlumatlarını bilmədiyi şəxs ona tanışının mobil nömrəsini verərək bildirmişdir ki, həmin şəxsin vergi borcu vardır və bu barədə kömək lazımdır. O, da maraqlanacağını bildirmişdir. Lakin bu işlə məşğul olan şəxs tapa bilməmişdir. Həmin vaxt pula ehtiyacı olduğu üçün o, ***-***-**-** saylı mobil nömrəyə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən zəng edərək vergi xidmətində olan borclarının silinməsi üçün köməklik edəcəyini bildirmişdir. Bundan sonra telefona cavab verən xanıma müdirin onunla əlaqə saxlamasını bildirmişdir. Bir neçə saat sonra ***-***-**- ** saylı mobil nömrədən zəng edən şəxs adının Vüsal olmasını, "xxxx"nun rəhbəri olmasını bildirmişdir. O, Vüsala şirkətin vergi borcu olmasını, bu işdə kömək edə biləcəyini demişdir. Həmin şəxs onunla görüşmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə onlar Vergi Xidmətinin yaxınlığında olan “Basilic” kafesində görüşmüşlər. Danışıq zamanı onlar şirkətin vergi borcunun silinməsi üçün 3000 manata razılıq əldə etmişlər. xx.xx.2023-cü il tarixdə o, özünə məxsus 409860******6986 saylı kart hesabını Vüsal adlı şəxsə göndərmiş və sonuncu həmin gün onun kartına 1000 manat pul göndərmişdir. Daha sonra danışıq zamanı Vüsal imkanının olmadığını, ona ümumilikdə 2500 manat verə biləcəyini bildirmişdir. O da Vüsal ilə razılışmışdır. Çünki, onun niyyəti həmin pulu alıb şəxsi ehtiyaclarına xərcləmək, daha sonra pulu geri qaytarmaq olmuşdur. Vüsal onun həmin kartına xx.xx.2023-cü il tarixdə yenidən 15:00 manat pul göndərmişdir. Bundan sonra o, həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra Vüsalın pulunu verə bilməmişdir. O, özünü Vergi Xidmətinin şöbə rəisi kimi təqdim etməmişdir. Sadəcə vergidə köməklik edəcəyini bildirmişdir. Bunu da etməyinə səbəb Vüsalın pulunu ələ keçirmək olmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, vergi orqanlarında işləmir, pula ehtiyacı olduğu üçün pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs vurulmuş 2500 (iki min beş yüz) manat ziyandan 1000 (min) manat qaytarmışdır. Qalan məbləği də qaytarmaq niyyətindədir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs fadəsində göstərmişdir ki, 2014-cü ildən etibarən "xxxx" MMC-ni təsis etmiş və hal-hazır ki, dövrə qədər həmin şirkətin baş direktoru olmuşdur. MMC-nin fəaliyyəti tibbi, daşımaçılıq və media üzrədir. Şirkətin Bakı, Gəncə və Türkiyənin İstanbul şəhərində filialları mövcuddur. xx.xx.2023-cü il tarixdə Gəncə filialımızın işçisi Səkinə İsmayılova onunla telefon əlaqəsi saxlayıb bildirmişdir ki, özünü Vergilər Xidmətinin şöbə rəisi kimi təqdim edən Əli adlı şəxs ***-***-**-** saylı mobil nömrədən şirkətin ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək vergi borcu olmasını bildirmişdir. O, Bakı şəhərində olduğu üçün öz istifadəsində olan 055 (050)-223-56-06 saylı mobil nömrə ilə həmin mobil nömrəyə zəng etmişdir. Özünü Vergi Xidmətinin şöbə rəisi kimi təqdim edən Əli adlı şəxs ona bildirmişdir ki, hal-hazırda Vergi Xidmətində işləyir, şirkətin borcu vardır və günü gündən dəbbə pulu hesablanır. O, həmin şəxsə üzbəüz görüşməyi təklif etmiş və sonuncu da razılaşmışdır. Onlar xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən “Basilic” adlı restoranda görüşmüşlər. Görüş zamanı həmin şəxs bildirmişdir ki, şirkətin 5000 manat borcu vardır. Görüş və danışıq zamanı onlar razılıq əldə etmişlər ki, o, Əli adlı şəxsə 3000 manat pul verəcək, Əli isə onun 5000 manat vergi borcunu siləcəkdir. Onlar razılaşıb oradan uzaqlaşmışlar. Bundan sonra o, maddi vəziyyəti ilə əlaqədar olaraq Əli ilə yenidən telefon əlaqəsi saxlamış və sonuncuya 3000 manat yox 2500 manat pul verəcəyini bildirmişdir. Əli də onunla razılaşmışdır. O, xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən şirkət binasından 1500 manat pulu Əlinin ona təqdim etdiyi bank kartına göndərmişdir. Əli onunla əlaqə saxlayıb pulu qəbul etdiyini bildirmişdir. Qalan pulu yəni 1000 manatı isə xx.xx.2023-cü il tarixdə karta göndərmişdir. Əli ona narahat olmamağı bildirdib tez zamanda borcun silinəcəyini demişdir. O, 2023-cü ilin fevral ayında Türkiyəyə gedərkən hava limanında Kommersiya məhkəməsinin qərarı əsasında barəsində sərhəd keçmə məhdudiyyəti olmasını bildirilmişdir. O, maraqlandıqda bilmişdir ki, onun vergi borcu qalmışdır və Əli verdiyi vədə əməl etməmişdir. Bir neçə dəfə Əli ilə əlaqə saxlasa da, sonuncu müxtəlif bəhanələrlə işi uzatmışdır. Daha sonra o, Əlinin Vergi xidmətində işləmədiyini, əslində adının Əli yox, Təqsirləndirilən şəxs olmasını bilmişdir. Məhkəmənin sualına cavab olaraq o bildirmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçidir. Mülki iddia təqdim etmişdir və təmin olunmasını xahiş etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli müraciətdən görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək adının Əli olduğunu bildiyi şəxs tərəfindən 2500 (iki min beş yüz) manat məbləğində pulunu aldadaraq ələ keçirmişdir. Məhkəmədə tədqiq edilmiş “Təqdim etmə və götürmə” barədə xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs “Unibank”a məxsus 4098- 09******9870 nömrəli plastik kart hesabından xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü rixdə 1500 manat pulu Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış “Unibank”a məxsus 4098-6044-0203-6986 nömrəli plastik kart hesabına göndərmişdir. Məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Tutma protokolu”ndan aydın olur ki, Təqsirləndirilən şəxs axtarış işi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə saxlanılmışdır. Məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” Qərardan aydın olur ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Qəbzdən aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən 1000 (min) manat pul müstəntiqə təqdim edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Eyvazov X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-283/2024 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək qəti olaraq ona 01 il, 07 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdıırlması cəzasının çəkilməmiş 01 (bir) il, 03 (üç) ay, 23 (iyirmi üç) günü qalmışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X4 ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq edilmiş mülki iddia ərizəsindən aydın olur ki, mülki cavabdeh Təqsirləndirilən şəxs 1500 (min beş yüz) manat ittiham üzrə vurulmuş ziyan, həmçinin 30.40 (otuz manat qırx qəpik) dövlət rüsumu, 1674 (min altı yüz yetmiş dörd) manat vergi borcuna görə hesablanmış dəbbə pulu, 2521.83 (iki min beş yüz iyirmi bir səksən üç) manat bilet almaq üçün xərclədiyi pul, ümumilikdə 5.726.23 (beş min yeddi yüz iyirmi altı manat iyirmi üç qəpik) manat mülki cavabdehdən tutularaq ödənilməsini xahiş olunmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o özünü Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirli bilir. Barəsində olan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmək müddətinin keçməsi ilə əlaqədar cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Cinayət Məcəlləsinin 75-ci maddəsinin 75.1.1-ci bəndinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə düzgün qənaətə gəlsə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək barəsində olan cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməsini yazılı formada xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə törətmiş olduğu əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan müvafiq olaraq AR CM-nin 75-ci maddəsində nəzərdə tutulmuş iki illik müddət keçdiyindən və təqsirləndirilən şəxs barəsində cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməsinə razılıq verdiyindən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Məhkəmə hesab edir ki, cinayət-prosessual qanunvericiliyi cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddətinin tətbiq edilməməsini təsbit etmişdir (CPM-179.4). Bu səbəbdən hazırki iş üzrə verilmiş mülki iddiaya iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə, baş vermiş cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs şirkətin vergi borcunu sildirəcəyi ilə bağlı aldadaraq 1500 (min beş yüz) manat ziyan vurulması, həmçinin 30.40 (otuz manat qırx qəpik) dövlət rüsumu, 1674 (min altı yüz yetmiş dörd) manat vergi borcuna görə hesablanmış dəbbə pulu, 2521.83 (iki min beş yüz iyirmi bir səksən üç) manat bilet almaq üçün xərclədiyi pul olmaqla, ümumilikdə 5.726.23 (beş min yeddi yüz iyirmi altı manat iyirmi üç qəpik) manat maddi ziyan vurulması və 5.726.23 (beş min yeddi yüz iyirmi altı manat iyirmi üç qəpik) manat məbləğin Təqsirləndirilən şəxs tutularaq iddiaçıya ödənilməsi tələbi ilə qismən razılaşır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, zərəçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən maddi ziyan və əldən çıxmış faydanı təsdiq edən sübutlar təqdim edildiyindən, mülki iddia həmin hissədə təmin edilməlidir. Hal-hazırki vəziyyətdə zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən vurulmuş real zərər Zərərçəkmiş şəxs cinayət əməli üzrə 1500 (min beş yüz) manat və 30.40 (otuz manat qırx qəpik) dövlət rüsumu olduğundan həmin hissədə iddia təmin edilməli, 1674 (min altı yüz yetmiş dörd) manat vergi borcuna görə hesablanmış dəbbə pulu, 2521.83 (iki min beş yüz iyirmi bir səksən üç) manat bilet almaq üçün xərclədiyi pul olması hissəsində məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs ölkədən getmək hüququ məhkəmə qərarı əsasında məhdudlaşdırılmışdır. Həmçinin vergi borcunun üzərinə hesablanmış dəbbə pulu da vergi qanunvericiliyinə əsasən müəyyən edilir. Qeyd olunan vəsaitlərin Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində yaranması sübut olunmur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, həmin hissədə mülki iddia təmin edilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut - “Unibank”a məxsus 4098-6044-0203-6986 nömrəli plastik kart hesabından çıxarışın surəti və 05 ədəd “A4” formatlı kağız üzərində olan qəbz və hesabdan çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 41.1, 43.1.2, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut - “Unibank”a məxsus 4098-6044-0203-6986 nömrəli plastik kart hesabından çıxarışın surəti və 05 ədəd “A4” formatlı kağız üzərində olan qəbz və hesabdan çıxarış cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia qismən təmin olunsun. Mülki cavabdeh Təqsirləndirilən şəxs 1500 (min beş yüz) manat vurulmuş ziyan və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 1530.4 (min beş yüz otuz dörd) manat tutularaq mülki iddaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia digər hissədə təmin olunmasın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-83/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-83/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver