Məhkəmə qərarları › İş №1(005)-84/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-84/2021

04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-84/2021 04.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaq məqsədilə 20 iyun 2020-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhəri “Köhnə Bazar”ın yanındakı küçədə piyada gedən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 əlində faktiki olaraq atası Zərərçəkmiş şəxs3 məxsus olan “REDMİ A7” markalı mobil telefon görüb ona yaxınlaşaraq, guya bir gün əvvəl onun qardaşının telefonunu oğurlayan oğlana oxşatdığını bildirib birlikdə yaşadıqları evə getməsini təklif etmiş, Zərərçəkmiş şəxs2 onun təklifi ilə birlikdə Xırdalan şəhəri, 28-ci məhəllə küçəsində yerləşən 1 nömrəli yaşayış binasının 7-ci girişinə daxil olub 6-cı mərtəbəyə qədər qalxmış, bundan sonra Zərərçəkmiş şəxs2 valideynləri ilə görüşdürəcəyi adı ilə 6-cı mərtəbədə dayanmasını bildirərək özü isə 8-ci mərtəbəyə qalxıb bir neçə dəqiqə həmin mərtəbə gözlədikdən sonra geri qayıdaraq atasının Zərərçəkmiş şəxs2 gözlədiyini demiş, sonuncu onun sözünə inanıb pilləkənlə yuxarı qalxan zaman Təqsirləndirilən şəxs onu arxadan əli ilə sağ bazu, ayağı ilə sol diz oynağına qəsdən vurub yerə yıxaraq, onun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə sağ bazunun yuxarı 1/3-nin bayır səthinin və sol diz oynağı nahiyyəsinin ön səthinin sıyrıqları ilə nəticələnən, sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs2 əynində olan şalvarın sol cibindən yerə düşmüş içərisində 2 manatlıq ***-***-**-** saylı “Azercell” GSM nömrəsi istifadə olunan 600 manat dəyərində “Redmi Designed by Xiaomi” markalı, “M1903C3EG” 7A modelli mobil telefon aparatını onun gözü qarşısında yerdən götürüb açıq talayaraq hadisə yerindən qaçmış, bununla da, o, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan C.M.Ağaverdiycvin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək Zərərçəkmiş şəxs3 602 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan X8 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 24 iyun 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs4 məskunlaşdığı ünvan 2 ünvanında yerləşən 150 saylı uşaq bağçasındakı anbarın taxta qapısının asma qıfılını dəmir alətlə sındırmaqla qanunsuz olaraq anbara daxil olmuş və oradan, 185 manat dəyərində bir ədəd “Stels” markalı velosipedi, 90 manat dəyərində bir ədəd laqonda aparatını, 120 manat dəyərində bir ədəd perefaratoru, 150 manat dəyərində bir ədəd “Zil” markalı qaynaq aparatını, 130 manat dəyərində bir ədəd mikser aparatını, 200 manat dəyərində bir ədəd samovarı, bundan sonra həmin bağçanın həyətində olan dəmir dolabın kilidini dəmir alətlə sındırıb, saxlanc yerinə qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs4 məxsus, 150 manat dəyərində bir ədəd taxta kəsən makinanı və 70 manat dəyərində bir ədəd elektrik drelini gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs4 ümumilikdə 1095 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını açıq talamaq məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 23 avqust 2020-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən “X15”nin parkında yetkinlik yaşına çatmayan Şahid3 istifadəsində olan faktiki olaraq anası Zərərçəkmiş şəxs1 məxsus “Samsung A71” model mobil telefonu əlində görərək ona yaxınlaşmış, guya atasına məxsus eyni markalı mobil telefonun itdiyini, buna görə ondan şübhələndiyini, telefonu atasına göstərmək istədiyini ona yalandan bildirməklə onu aldadıb ünvan 3 ünvanda binanın 2-ci girişinə apararaq birlikdə 2-ci mərtəbəyə qalxmış, orada Şahid3 içərisində balansı 1 manat 30 qəpik təşkil edən 5 manatlıq ***-***-**-** saylı “Bakcell” GSM nömrəsi istifadə olunan 952 manat dəyərində olan “Samsung A71” həmin mobil telefonu atasına göstərmək adı ilə onun əlindən alıb ələ keçirərək Şahid3 gözü qarşısında hadisə yerindən uzaqlaşıb, ümumilikdə dəyəri 958 manat 30 qəpik məbləğində əmlakı açıq talamaqla, Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 20 iyun 2020-ci il tarixdə səhər saatlarında tanışı Nahidin yanına Xırdalan şəhərinə gəlmişdir. Onunla görüşdükdən bir qədər sonra saat təxminən 11 radələri olardı köhnə bazarın yaxınlığında avtobus dayanacağının yanından keçəndə avtobusdan onunla eyni yaşda olan tanımadığı bir oğlanı görmüşdür. Həmin oğlanın əlində “REDMİ” markalı telefon olmuşdur və həmin telefonu ələ keçirmək istəmiş, bu məqsədlə həmin oğlana yaxınlaşmış, güya həmin oğlan onun qardaşından telefonu oğurlamışdır. Həmin oğlan heç bir şəxsdən telefon oğurlamadığını bildirmişdir. O, həmin oğlana telefonu qardaşına göstərməsini bildirmidir. Onlar birlikdə bazarın yaxınlığındakı tanımadığı bir binanın blokuna daxil olmuş, 6-cı mərtəbəyə qədər qalxanda o, həmin oğlana burada gözləməsini, qardaşını çağırmasını demiş və telefonu ondan götürmüşdür ki, güya atasına göstərsin. O, 8-ci mərtəbəyə qalxmış və tanımadığı bir qapının yanında sakitcə durmuş, sonra düşüb həmin oğlana atasının onu çağırmasını, yuxarı 8-ci mərtəbəyə qalxmasını demişdir. Həmin oğlan 8-ci mərtəbəyə qalxmağa başlamış, o, da oradan qaçıb getmişdir. O, həmin oğlanı vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Telefonu həmin günü Mərdəkanda stansiya deyilən yerdə marketin satıcısı tanışı Ziyəddinə borca götürdüyü siqaretlərin və təxminən 50 manat pul borcunun əvəzinə vermişdir. Ziyəddinə telefonu verəndə telefonun özünə məxsus olduğunu demişdir. Bundan başqa, o 23 iyun 2020-ci il tarixdə Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında tanışı “Malış” ləqəbli X8 ilə gəzişərkən həmin yerin yaxınlığında yerləşən yerlərin birindən oğurluq etmək istəmişdir. Hər ikisinin diqqətini bağça cəlb etmiş və həmin bağçaya yaxınlaşdıqda orada heç kimin olmadığını görmüş, birlikdə oğurluq etməyi qərara almışlar. Əvvəlcə o, pusquda bir qədər kənarda dayanmış və Rafiq bağçanın həyətində olan dəmir seyfə yaxınlaşmış və sonra onu səsləmişdir ki, ora gəlsin. O, Rafiqə yaxınlaşmış və dəmir seyfin kilidli olduğunu görmüş, yerdən bir dəmir alət götürmüş, onu qırmış və pusquda durduğu yerə qayıtmışdır. Rafiq oradan bir ədəd taxtakəsən aparat və direl götürüb ona yaxınlaşmış və sonra birlikdə binanın anbarına yaxınlaşıb dəmir alətlə qıfılı qırmış və sonra Rafiq ondan aralaşıb pusquda durmuşdur. O, həmin anbardan velosiped, laqonda aparatı, qaynaq aparatı mikser, samovar götürüb bayıra çıxarmış və Rafiqi çağırıb həmin əşyaları özləri ilə birlikdə yol qırağına yığmışlar. Sonra yol maşını saxlayıb həmin əşyaları 28 may metrosu tərəfdə Qarabağ mehmanxanasının yaxınlığında elektrik əşyaları alan tanımadığı bir yaşlı qadına 300 manata satmışlar. Həmin qadın əşyaların oğurluq olduğunu bilməmişdir. Onlar qadına həmin əşyaları tikintidə işlədiklərini və işlərini qurtardıqdan sonra lazım olmadığı üçün satmaq istədiklərini bildirmişlər. Pulu aralarında tən yarı bölmüşlər və həmin pulu o, öz ehtiyacına xərcləmişdir. Bundan başqa, o, 23.08.2020-ci il tarixdə saat 11:30 radələrində tanışı “Malış” ləqəbli X8 birlikdə X7 parkında gəzişərkən, orada 2 nəfər 17-18 yaşlarında oğlan uşaqları diqqətini cəlb etmişdir. Onlardan birinin əlində mobil telefon görmüş və onu ələ keçirmək qərarına gəlmişdir. O, “Malış” ləqəbli Rafiqə demişdir ki, gəl birlikdə oğlanın telefonunu əlindən alaq. Rafiq onunla razılaşmış və onlar birlikdə həmin uşaqların arxasınca düşmüşlər. O, bir qədər aralıda dayanmış və Rafiqə demişdir ki, gedib həmin uşaqları yanına çağırsın. Rafiq həmin uşaqlara yaxınlaşmış, onun yanına çağırmış, uşaqlar ona yaxınlaşmışlar. O, həmin uşaqlara güya bu parkda atasının telefonu itmiş və onlardan uzun boylu oğlandan, sonradan adını bildiyi Şahid3 şübhələndiyini demişdir. Şahid3 ona telefonu və pul kisəsini göstərmişdir. O, Rafiqin əlindəki telefonun atasının itmiş telefonu ilə eyni olduğunu demiş, birlikdə gedib telefonu atasına göstərməsini, dəqiqləşdirməsini təklif etmişdir. Şahid3 onunla razılaşmış və Şahid3, onun yanında olan azyaşlı oğlan və onun dostu “Malış” ləqəbli Rafiq ilə birlikdə piyada yaxınlıqda olan təsadüfi yaşayış binaların birinə getmişdir. Binanın həyətinə çatdıqda blokun qarşısında, dostu “Malış” ləqəbli Rafiq dayanmış o, və Şahid3, onun yanında olan oğlan ilə birlikdə binanın blokuna daxil olub yuxarı çıxmışdır. Oğlanlara burada onu gözləməyi demişdir. Sonra o, yuxarı qalxmış, pilləkənlarda bir az dayanıb sonra aşağı düşüb həmin Şahid3 onunla yuxarı çıxmasını bildirmişdir. Onlar ikisi də 2-ci mərtəbəyə çatdıqda o, Şahid3 telefonu atasına göstərmək adı ilə istəmiş, Şahid3 isə telefonu ona vermiş və o, burada gözləməsini, 4-cü mərtəbəyə çıxıb telefonu atasına göstərib gələcəyini demişdir. O, 4-cü mərtəbəyə çıxıb telefonu cibinə qoymuş, bir az keçmiş aşağı düşmüş və Şahid3 ona telefonun atasında olduğunu, gedib ondan almasını demişdir. Sonra o, aşağı düşmüş, malış ləqəbli dostu Rafiqlə birlikdə oradan çıxıb getmişdir. O, həmin telefonu 28 May metrosu yaxınlığında yaşadığı ev sahibi Minayə adlı qadına evdə kirayə qalmaq qarşılığında vermiş, belə ki, orada uzun müddət qaldığı üçün ona borcu yaranmışdır. Telefonu Minayəyə verəndə telefonun özünə məxsus olduğunu, kirayə evin pulu əvəzinə verməsini söyləmişdir. Çünki pulu olmadığı üçün kirayə pulu verə bilmədiyini qeyd etmişdir. Minayə telefonu götürməkdən imtina etmiş və pulunu istəmişdir. Bu cinayəti o, tanışı “Malış” ləqəbli X8 ilə birlikdə etmişdir. O, Rafiqin yetkinlik yaşına çatmadığını bilmiş, lakin o, Rafiqi bu cinayətə sövq etməmişdir. Rafiq özü könüllü olaraq bu cinayətdə iştirak etmək istədiyini ona bildirmişdir. O, həmin telefona görə Rafiqə heç nə verməmiş, evin kirayə pulu əvəzinə verməsini ona demişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək bunun nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, oğlu Şahid3 23.08.2020-ci il tarixdə saat 15 radələrində evə gəlmiş və ona sinif yoldaşı Timur ilə birlikdə gəzmək üçün yaşadığı ünvanın yaxınlığında yerləşən X15 parkına getməsini bildirmişdir. Bundan sonra oğlu Rafiq təxminən yarım saat sonra piyada evə qayıdan zaman “Neptun” marketin yaxınlığına çatdıqda bir nəfər tanımadığı təxminən 17-18 yaşlarında oğlan Rafiqə yaxınlaşaraq yolun digər tərəfində dayanan onunla həmyaşıd olan dostunu göstərərək onu çağırdığını bildirmişdir. Onlar birlikdə həmin oğlanın yanına yaxınlaşmış, həmin oğlan onlara atasının telefonu və pul kisəsi itdiyini və ondan şübhələndiyini demişdir. Rafiq isə ona əlində tutduğu telefonu və pul kisəsini sonradan adını bildiyi Təqsirləndirilən şəxs göstərmişdir. O, atasının itmiş telefonunun da “Samsung A71” markalı olduğunu demiş və təklif etmişdir ki, gedək atasına göstərsin dəqiqləşdirsin. Rafiq onunla razılaşmış və birlikdə, yəni dostu Timur və həmin oğlanın yanında olan dostu sonradan adını bildiyi Rafiq ilə birlikdə piyada getmişlər. Yaxınlıqda olan Təbriz küçəsi 83 saylı binanın həyətinə çatmışlar, orada blokun qarşısına gəldikdə isə Bəxtiyarın dostu Rafiq dayanmış, Bəxtiyar isə bloka daxil olub yuxarı çıxmışdır. Sonra aşağı düşüb ona yuxarı çıxmasını bildirmişdir. Rafiq onunla 2-ci mərtəbəyə çatdıqda telefonu atasına göstərmək adı ilə ondan istəmişdir. Rafiq mobil telefonu həmin oğlana vermişdir ki, qalxıb atasına göstərsin. Onunla birlikdə evlərinə qalxmağı təklif etsə də, o, razılaşmamış və gözləməyini bildirmişdir. Rafiq 2-ci mərtəbədə gözləmişdir. Bəxtiyar yuxarı qalxıb bir neçə dəqiqə sonra aşağı onun yanına düşmüş və demişdir ki, telefon 4-cü mərtəbədə sol qapıda evlərində atasındadır, gedib ondan götürsün, özü isə çıxıb getmişdir. Rafiq 4-cü mərtəbəyə qalxmış və sol qapını döymüşdür. Həmin vaxt Bəxtiyar düşüb getmişdir. Qapını ona tanımadığı təxminən 55-60 yaşlarında bir kişi açmış, ondan telefonu istədikdə isə məlum olmuşdur ki, onun heç nədən xəbəri olmamışdır. Onda Rafiq başa düşmüşdür ki, o, Bəxtiyar tərəfindən aldanmışdır. Bundan sonra, oğlu evə gəlmiş, bu barədə ona danışmış və o, oğlu ilə birlikdə polis bölməsinə gəlib ərizə ilə müraciət etmişlər. Həmçinin qeyd etmişdir ki, həmin telefonu o, özü 952 manata almışdır və ona həmin məbləğdə maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 20 iyun 2020-ci il tarixdə saat 11 radəlirində o, yaşadığı evdən çıxıb avtobusla Xırdalan şəhərində yaşayan dostları ilə görüşmək üçün gəlmişdir. Xırdalan şəhərində köhnə bazarın qarşısında dayanacaqda düşmüş, o, avtobusdan düşdükdən sonra piyada bazar istiqamətinə getməyə başlamışdır. O, «Ucuzluq» mallar satışı mağazasının yanına çatan zaman bir nəfər şəxs ona yaxınlaşmış, həmin şəxs ona qardaşını döyüb əlindən mobil telefonu alan oğlana oxşatdığını demiş, onunla yaşadığı evə getməsini təklif etmişdir. O, həmin şəxsdən hadisənin nə vaxt olduğunu soruşmuş, həmin şəxs də ona hadisənin dünən baş verdiyini bildirmişdir. O, da onunla razılaşıb getmişdir. Onlar birlikdə yaşayış binasına daxil olmuş, həmin binada lift işləmədiyinə görə onlar pilləkənlə qalxmağa başlamışlar. 6-cı mərtəbə həmin şəxs ona 6-cı mərtəbədə gözləməsini, özünün isə 8-ci mərtəbəyə evə qalxıb düşəcəyini demişdir. Həmin şəxs onu 6-cı mərtəbədə qoyub, özü yuxarı mərtəbəyə qalxmışdır. Təxminən 5 dəqiqədən sonra geri qayıtmışdır. Qayıtdıqdan sonra valideyinlərinin qardaşını çimizdirdiklərini və gözləməsini demişdir. Həmin şəxs təxminən 5 dəqiqə orada gözlədikdən sonra təkrar yuxarı mərtəbəyə qalxmış, təxminən 2 dəqiqədən sonra geri qayıtmışdır. Həmin şəxs ona, atasının onu gözlədiyini, atası əsəbi olduğundan, onunla sakit danışmasını demişdir. O, da həmin şəxsin dedikləri ilə razılaşmış, pilləkənlə yuxarı qalxmaq üçün pilləkənin birinci pilləsinə ayağını atmışdır. Bu zaman həmin şəxs arxadan yumruqla onun sağ qoluna bir zərbə vurmuş, o, həmin şəxsə tərəf dönüb nə etdiyini soruşmaq istəmişdir. Bu zaman həmin şəxs ona cavab vermədən ayağı ilə onun sol ayağının diz nahiyəsinə bir zərbə vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmış, o, yerə yıxılan zaman əynində olan şalvarın sol cibindən “Redmi A7” markalı mobil telefon yerə düşmüşdür. Həmin şəxs telefonun cibindən düşüdüyünü görüb tez həmin telefonu götürüb pilləkənlə aşağı qaçmağa başlamışdır. O, da onun arxası ilə pilləkənlə aşağı qaçmağa başlamışdır. Aşağı düşən zaman həmin şəxsin hansı tərəfə qaçdığını bilmədiyinə görə binanın həyətində velosiped sürən tanımadığı şəxsdən onunla binaya qalxan şəxsin hara qaçdığını soruşmuşdur. Həmin şəxs də binaya qalxan şəxsin 2 saylı məktəb tərəfə qaçdığnı dediyinə görə o, da həmin istiqamətdə qaçmışdır. Lakin həmin şəxsi tapmayıb geri qayıtmışdır. Oradan «Kristal Abşeron» yaşayış kompleksində yaşayan Məhəmmədəli və Babaşla görüşməyə getmişdir. Onlarla görüşdükdən sonra həmin şəxsi axtarmaq üçün hadisə yerinə qayıtmışlar. Onlar birlikdə həmin şəxsi ətrafda axtarsalar da tapa bilməmişlər. O, uşaqlardan ayrılmış, yaşadığı evə qayıtmışdır. Evdə atasına baş verənləri danışmış və birlikdə Abşeron rayon polis idarəsinə gəlmiş və atası şikayət ərizəsi yazmışdır. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs2 evə gələrək ona bildirmişdir ki, o, 20 iyun 2020-ci il tarixdə Xırdalan şəhərində yaşayan dostları ilə görüşmək üçün getmişdir. Xırdalan şəhərində Cəfər «Ucuzluq» mallar satışı mağazasının yanına çatan zaman bir nəfər şəxs ona yaxınlaşmış, həmin şəxs ona qardaşını döyüb əlindən mobil telefonu alan oğlana oxşatdığını demiş, onunla yaşadığı evə getməsini təklif etmişdir. Cəfər həmin şəxsdən hadisənin nə vaxt olduğunu soruşmuş, o, da Cəfərə hadisənin dünən baş verdiyini bildirmişdir. Cəfər də onunla razılaşıb getmişdir. Onlar birlikdə yaşayış binasına daxil olmuş, həmin binada lift işləmədiyinə görə onlar pilləkənlə qalxmağa başlamışlar. 6-cı mərtəbə həmin şəxs Cəfərə 6-cı mərtəbədə gözləməsini, özünün isə 8-ci mərtəbəyə evə qalxıb düşəcəyini demişdir. Həmin şəxs Cəfəri 6-cı mərtəbədə qoyub, özü yuxarı mərtəbəyə qalxmışdır. Təxminən 5 dəqiqədən sonra geri qayıtmışdır. Qayıtdıqdan sonra valideyinlərinin qardaşını çimizdirdiklərini və gözləməsini demişdir. Həmin şəxs təxminən 5 dəqiqə orada gözlədikdən sonra təkrar yuxarı mərtəbəyə qalxmış, təxminən 2 dəqiqədən sonra geri qayıtmışdır. Həmin şəxs Cəfərə atasının onu gözlədiyini, atası əsəbi olduğundan, onunla sakit danışmasını demişdir. Cəfərdə onun dedikləri ilə razılaşmış, pilləkənlə yuxarı qalxmaq üçün pilləkənin birinci pilləsinə ayağını atmışdır. Bu zaman həmin şəxs arxadan yumruqla Cəfərin sağ qoluna bir zərbə vurmuş, Cəfər həmin şəxsə tərəfə dönüb nə etdiyini soruşmaq istəmişdir. Bu zaman həmin şəxs Cəfərə cavab vermədən ayağı ilə onun sol ayağının diz nahiyəsinə bir zərbə vurmuşdur. Zərbənin təsirindən Cəfər yerə yıxılmış və yerə yıxılan zaman əynində olan şalvarın cibindən mobil telefon yerə düşmüşdür. Həmin şəxs telefonun Cəfərin cibindən düşüdüyünü görüb tez həmin telefonu götürüb pilləkənlə aşağı qaçmağa başlamışdır. Cəfər də onun arxası ilə pilləkənlə aşağı qaçmağa başlamışdır. Aşağı düşən zaman Cəfər həmin şəxsin hansı tərəfə qaçdığını bilmədiyinə görə binanın həyətində velosiped sürən tanımadığı şəxsdən onunla binaya qalxan şəxsin hara qaçdığını soruşmuşdur. Həmin şəxs də binaya qalxan şəxsin 2 saylı məktəb tərəfə qaçdığını dediyinə görə, Cəfər də həmin istiqamətdə qaçmışdır. Lakin həmin şəxsi tapmayıb geri qayıtmışdır. Cəfərdə oradan «Kristal Abşeron» yaşayış kompleksində yaşayan dostları ilə görüşməyə getmişdir. Cəfər dostları ilə görüşdükdən sonra həmin şəxsi axtarmaq üçün hadisə yerinə qayıtmışlar. Onlar birlikdə həmin şəxsi ətrafda axtarsalar da tapa bilməmişlər. Cəfər uşaqlardan ayrılmış, yaşadığı evə qayıtmışdır. Evdə ona baş verənləri danışdıqdan sonra birlikdə Abşeron rayon polis idarəsinə gəlmişlər və o, şikayət ərizəsi yazmışdır. Əlavə olaraq bildirmişdir ki, “Redmi A7” markalı mobil telefonu o, 600 manata almış, mobil telefon nömrəsini 2 manata o, özü almışdır. Mobil telefon ona məxsus olmuşdur və istifadə etmək üçün oğlu Cəfərə vermişdir. Sonda Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Nizami rayonu, Naxçıvanski küçəsi 69 ünvanında yerləşən uşaq bağçasında ailəsi ilə birlikdə məskunlaşaraq yaşamışdır. Fərdi olaraq təmir işlərində usta kimi işləmişdir. Fəaliyyəti ilə əlaqədar bəzi elektrik alətləri almışdır. Həmin alətləri işlərini bitirdikdən sonra yaşadığı uşaq bağçasının birinci mərtəbəsində, müvəqqəti yaşadığı otağın qonşuluğunda yerləşən otağa yığmışdır. Sonuncu dəfə 23 iyun 2020-ci il tarixdə saat təxminən 17 radələrində alətləri yığdığı saxlanc otağında görmüşdür. Otaqda onun alətlərindən başqa qızının cehiz avadanlıqları və məişətdə müvəqqəti olaraq istifadə etmədiyi əşyalar da yığılmışdır. 24 iyun 2020-ci il tarixdə saat 08:30-da saxlanc otağının qapısına bağladığı asma qıfılın yerdə olmasını görmüş, qapını açıb otağa daxil olduqda orada olan 185 manat deyərində «Stels» markalı velosipedin, 90 manat dəyərində laqondanın, 120 manat dəyərində perforatorun, 150 manat dəyərində «Zil» markalı qaynaq aparatının, 130 manat dəyərində mikserin, 200 manat dəyərində samovarın naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Otaqda olan cehiz avadanlıqları və digər məişət əşyaları isə yerində olmuşdur. Bundan sonra bağçanın giriş qapısında olan ona məxsus əşyaların yığıldığı dolabın da qapısının kilid yerinin sındırıldığını görüb oraya baxış keçirdikdə, dolabda olan 150 manat dəyərində taxta kəsən elektrik mişarının və 70 manat dəyərində drelin oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə ilə əlaqədar Nizami RPİ-nin 24-cü PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1095 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs4 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 ifadəsində göstərmişdir ki, o, 23.08.2020-ci il tarixdə saat 11:30 radələrində sinif yoldaşı Şahid4 ilə birlikdə gəzmək üçün yaşadığı ünvanın yaxınlığında yelrəşən X15 parkına getmişlər. Orada birlikdə bir qədər oturub söhbət etmişlər. Təxminən yarım saat sonra piyada evə qayıtmağa başlamışlar. “Neptun” marketin yaxınlığına çatdıqda bir nəfər tanımadığı təxminən 17-18 yaşlarında olan oğlan ona yaxınlaşaraq yolun digər tərəfində dayanan onunla həmyaşıd olan dostunu göstərərək onu çağırdığını bildirmişdir. Onlar birlikdə həmin oğlanın yanına yaxınlaşmışlar. Həmin oğlan onlara atasının telefonu və pul kisəsi itdiyini və ondan şübhələndiyini bildirmişlər. O, isə ona əlində tutduğu telefonunu və pul kisəsini sonradan adını bildiyi Təqsirləndirilən şəxs göstərmişdir. O, atasının itmiş telefonunun da “Samsung A71” markalı olduğunu demiş və atasına göstərib dəqiqləşdirməsini təklif etmiş və birlikdə atasının yanına getməyi demişdir. O, onunla razılaşmış və birlikdə, yəni dostu Timur və həmin oğlanın yanında olan dostu sonradan adını bildiyi Rafiq ilə birlikdə piyada getmişlər. Yaxınlıqda olan Təbriz küçəsi 83 saylı binanın həyətinə çatmışlar. Orada blokun qarşısına gəldikdə Rafiq dayanmış, Bəxtiyar isə bloka daxil olub yuxarı çıxmışdır. Sonra aşağı düşüb ona, onunla birlikdə yuxarı çıxmasını demədir. O, Bəxtiyarla 2-ci mərtəbəyə çatdıqda telefonunu atasına göstərmək adı ilə ondan istəmişdir. O, mobil telefonunu ona vermişdir ki, qalxıb atasına göstərsin. Onunla birlikdə evlərinə qalxmağı təklif etsə də, onunla razılaşmamış və gözləməsini bildirmişdir. O, 2-ci mərtəbədə gözləmiş, Bəxtiyar yuxarı qalxıb bir neçə dəqiqə sonra aşağı onun yanına düşmüş və telefonun 4-cü mərtəbədə sol qapıda evlərində atasında olduğunu, gedib ondan götürməsini demiş və özü isə çıxıb getmişdir. O, 4-cü mərtəbəyə qalxmış və sol qapını döymüşdür. Həmin vaxt oğlan düşüb getmişdir. Qapını tanımadığı təxminən 55-60 yaşlarında bir kişi açmış, ondan telefonu istədikdə isə məlum olmuşdur ki, həmin kişinin heç nədən xəbəri yoxdur. O, da Bəxtiyar tərəfindən aldadıldığını başa düşmüşdür. Bundan sonra o, evə gəlmiş, bu barədə anasına danışmış və anası ilə birlikdə polis bölməsinə gəlib ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 174-də yaşamış, heç yerdə işləməmiş, təqaüdçü, müharibə veteranı olmuş və maddi vəziyyəti ilə bağlı həmin evdə günəmuzd olaraq yaşamaq üçün otaqları adamlara vermişdir. Təqsirləndirilən şəxs 2020ci ilin mart ayından tanımış, Bəxtiyar onun evində kirayə otaqlarda qalmışdır. 24 avqust 2020-ci il tarixdə o, Bəxtiyardan kirayə pulunu istəmiş və Bəxtiyar ona kirayə haqı əvəzinə bir ədəd markasını bilmədiyi qırıq telefon vermişdir. O, telefonu götürüb onu yatdığı krovatın üzərinə tullamış və ona telefon lazım olmadığını, pulunu verməsini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 83 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşamışdır. 23 avqust 2020-ci il tarixdə saat 11:30 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 83, mənzil 21-də olarkən mənzilin giriş qapısı döyülmüş, o, qapını açmış və qapını döyən 14-15 yaşlarında olan oğlan uşağı olduğunu görmüşdür. Həmin oğlan ona telefonunun onda olduğunu, telefonunu qaytarmasını xahiş etmişdir. O, oğlandan telefon nədir, nə danışırsan soruşmuşdur. Bundan sonra həmin oğlan ona “X7” parkında gəzərkən bir nəfər oğlan ona yaxınlaşaraq atasına məxsus mobil telefonun itdiyini və ona məxsus telefonun atasına məxsus olan telefona oxşadığını bildirdiyini, ondan həmin telefonun atasına məxsus olan telefon olub-olmamasını müəyyən etmək üçün onunla birlikdə yaşadığı evə getməyi təklif etməsini, həmin şəxsin təklifi ilə razılaşdığını, daha sonra onunla birlikdə hazırda olduğu binaya gəldiyini, onların 2-ci mərtəbədə olarkən həmin oğlan ona məxsus telefonu ondan götürərək atasına göstərmək məqsədilə yuxarı qalxdığını, bir neçə dəqiqədən sonra həmin oğlan 2-ci mərtəbəyə düşərək telefonun 4-cü mərtəbədə sol qapıda yerləşən mənzildə yaşayan atasında olduğunu və ondan gedib həmin telefonu atasından götürməsini demişdir. O, həmin oğlana onun oğlunun hazırda Mingəçevir şəhərində olduğunu, yəqin kimsə onu aldatmasını demişdir. Bundan sonra həmin oğlan çıxıb getmiş, daha sonra həmin oğlan polis əməkdaşları ilə birlikdə onun yaşadığı mənzilə gəlmişlər. Polis əməkdaşları olanlar barədə ona məlumat vermişlər. O, onlara oğlanın telefonunu ələ keçirən şəxsi tanımadığını bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Nümayəndə, Şahid4 və Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Nümayəndə, Şahid4 və Şahid5 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 10-cu vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 23.08.2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin təhqiqatçısı X5 tərəfindən iki hal şahidinin iştirakı ilə Zərərçəkmiş şəxs1 şikayəti ilə əlaqədar hadisə yerinə baxış ünvan 4 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasına baxış zamanı məlum olmuşdur ki, hadisə yeri binanın Həsənoğlu küçəsi ilə kəşisməsində həyətə daxil olduqda yerləşən İ blokun qarşısıdır. Məhəllənin işərisində müşahidə kamerası aşkar edilməmişdir. Blokun tək giriş-çıxışı vardır. Qapı açıqdır, kilid yoxdur. Şahid3 göstərdiklərinə əsasən, tanımadığı şəxs blokda telefonu ondan almışdır. Hadisə yerinə baxış təbii işıqlandırma şəraitində keçirilmişdir. Cinayət işinin İ cildinin 54-cü vərəqində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 05.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 103-106-ci vərəqələrində olan 07.09.2020-ci il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, zərərçəkmiş şəxs Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı onlar istintaqa verdiyi ifadələri bir-birilərinin üzünə qarşı demişdirlər. Cinayət işinin İ cildinin 117-ci vərəqində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1065/2020 saylı, 07.09.2020-ci il tarixli qərarından olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlanılmasının 03 ay müddətinə müəyyən edilməsi, həbsetmənin əvvəlinin 05.09.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 138-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X13 29 iyun 2020-ci il tarixli, 1188 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 2006-cı il təvəlüdlü Zərərçəkmiş şəxs2 məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ bazunun yuxarı 1/3nin bayır səthinin və sol diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları bərk-küt əşya (əşyaların) təsirindən törənmişdir, 21 iyun 2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmədiyi müəyyən edilmişdir. Cinayət işinin İ cildinin 185-ci vərəqində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06.08.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 191-192-ci vərəqələrində olan 07.08.2020-ci il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı onlar istintaqa verdiyi ifadələri bir-birilərinin üzünə qarşı demişdirlər. Cinayət işinin İ cildinin 211-212-ci vərəqələrində olan “Təqsirləndiriən şəxsin MSYdən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 08.08.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 214-215-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNin BƏSİİ tərəfindən verilmiş 14.08.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin İ cildinin 216-217-ci vərəqələrində olan “İfadənin yerində yoxlanılması haqqında” 08.08.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ələ keçirdiyi mobil telefonu ünvan 5 ünvanında yerləşən mağazanın işlədən Şahid5 verdiyini bildirmiş və həmin mağazanı göstərmişdir. Cinayət işinin İ cildinin 219-cu vərəqində olan “Təqdim etmə haqqında” 08.08.2020-ci il tarixli protokoldan görünür ki, Şahid5 könüllü olaraq ona Təqsirləndirilən şəxs tərəfindən borc əvəzi verilən bir ədəd mobil telefonu cinayət işinə əlavə olunmasından ötrü təqdim etmişdir. Cinayət işinin İ cildinin 247-ci vərəqində olan Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23.09.2020-ci il tarixli, 814 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində sakinlər tərəfindən şikayət daxil olmamışdır. Cinayət işinin İİ cildinin 09-13-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24.06.2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi X4 tərəfindən iki hal şahidinin iştirakı ilə ünvan 2 saylı binanın qarşısında olan 150 saylı körpələr evinə gələrək hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri 150 saylı körpələr evində Zəngilan rayonundan məcburi köçkün olan Zərərçəkmiş şəxs4 məskunlaşdığı evə bitişikdə olan tikilidə baş vermişdir. Tikilidə olan əşyaların içərisindən velosiped, laqonda, pereferator, qaynaq aparatı, samovar, mikser aparatı, həyətdə olan dəmir şkafın içərisindən taxta kəsən makina və drel aparıldığı müəyyən olunmuşdr. Cinayət işinin İİ cildinin 81-83-cü vərəqələrində olan 26.09.2020-ci il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, şahid qismində tanınmış X8 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı onlar istintaqa verdiyi ifadələri bir-birilərinin üzünə qarşı demişdirlər. Cinayət işinin İİ cildinin 152-153-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 02 oktyabr 2020-ci il tarixli 3378 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd Çində istehsal edilmiş, “Redmi Designed by Xiaomi” makralı, M1903C3EG”(7A) model mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən akssesuarların olmaması, işlənmə dərəcəsi nəzərə alınmaqla orta bazar qiyməti təxminən 120 manat, hazırda ekranı zədəli vəziyyətdə 60 manat müəyyən edildiyi müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri 50 manat). Cinayət işinin İİ cildinin 226-227-ci vərəqələrində olan 30.10.2020-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ünvan 6 ünvanında Təqsirləndirilən şəxs bildirmişdir ki, 23.08.2020-ci il tarixdə saat 11:30 radələrində tanışı Rafiqlə Birlikdə göstərdiyi yaşayış binasının ikinci mərtəbəsində Şahid3 “Samsung A71” markalı mobil telefonunu ələ keçirmişdir. İfadənin yerində yoxlanılması zamanı iş üzün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Cinayət işinin İİ cildinin 229-242-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 30.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrinə tövsif edilməsi və ona yenidən ittiham elan edilməsi, Zərərçəkmiş şəxs3 məxsus olan bir ədəd “Redmi Designed by Xiaomi” markalı, M1903C33EG (7A) model mobil telefonun cinayətin predmeti olduğundan və iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 280-ci vərəqində olan Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 Nərimanov RPİ-dən ona məxsus bir ədəd mobil telefonu təhvil almışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 1(009)-50/2020 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 1(005)-164/2020 saylı hökmü ilə təyin edilmiş və icra edilməmiş 1 (bir) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi hökm edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin « təkrarlığı» əlaməti ilə tövsif edilməlidir.» Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.4cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır; 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs3 ilə barışmasını və dəymiş ziyanın onun tərəfindən ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilsə də, onun bu məhkumluğu (Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmü) azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.4cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.4cü maddələri nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (06-08 avqust 2020-ci il) 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla cəza müəyyən edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6., CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan bir ədəd “Redmi Designed by Xiaomi” markalı, M1903C33EG (7A) model mobil telefonun Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X14 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X9 ibtidai istintaq zamanı iştirak etdiyi 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 70 (yetmiş) iş saatına görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 1(009)-50/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 05 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd “Redmi Designed by Xiaomi” markalı, M1903C33EG (7A) model mobil telefonun Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X14 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 60 (altmış) iş saatı üçün cəmi 360 (üç yüz altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 70 (yetmiş) iş saatına görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar