Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-84/2023 17.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Zəngilan rayonu Ağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, Zəngilan rayonu Ağalı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(002)-112/2022 nömrəli qərarı ilə «həbs» qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgələrinin əmlakını və əmlaka olan hüququnu ələ keçirməklə zərəçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, Zərərçəkmiş şəxs1 övladını Abşeron rayonunun Masazır qəsəbəsində olan 4 saylı orta məktəbin ibtidai sinfinin rus bölməsinə qəbul etdirəcəyinə dair yalan vədlər verib aldadaraq verdiyi 5*****9106 nömrəli bank kart hesabına Rübail Nəbiyevin xx.xx.2021-ci il tarixdə göndərdiyi ümumilikdə 600 manat pulu, sonra isə Rübail Nəbiyevə məxsus avtobusu "SOCAR" şirkətinin balansına keçirəcəyinə dair yalan vədlər verib aldadaraq sonuncunun xx.xx.2021-ci il tarixdə onun istifadəsində olan 5*****9106 nömrəli bank kart hesabına göndərdiyi ümumilikdə 5000 manat pulu,16 sentyabr 2021-ci il tarixdə göndərdiyi 1000 manat pulu, xx.xx.2021-ci il tarixdə göndərdiyi 2000 manat pulu, xx.xx.2021-ci il tarixdə göndərdiyi 100 manat pulu, xx.xx.2021-ci il tarixdə göndərdiyi 300 manat pulu və sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən "Azfen" şirkətinin həyətində verdiyi 2000 manat pulu alıb ələ keçirərək verdiyi vədlərə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 11000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 "xxxx" ASC-nin Ağdaş rayon şöbəsində sürücü işinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 Ağdaş şəhərində yaşayan dostu Vüqarın evində videoçəkiliş aparılmaqla ondan 1000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs2 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Masallı şəhərində olarkən taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs3 ilə tanış olub qiymətinin çox hissəsini özü qoyacağını, 6000 manatını isə onun verməsini təklif edərək «Mersedes Sprinter» markalı sərnişin daşıyan maşın alaraq «Socar» şirkəti ilə işçilərin daşınması barədə müqavilə bağlayıb gəlir əldə edəcəkləri barədə Zərərçəkmiş şəxs3 yalan vəd verib ona məxsus 17000 manat dəyərində «Ravon Nexia R3» markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşını girov qoyub payına düşən 6000 manat pulu götürmək üçün xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan idarəsinə gəlib, guya avtomaşını girov qoyub pul götürəcəyini deyərək, əslində isə avtomaşının texniki pasportunda mülkiyyətçi kimi onun adını dəyişdirib pul verən X3 anası X7 adını yazdıraraq Ə.Ə.Əsgərovdan 6000 manat pul alıb ələ keçrərək pulu dollarlara çevirib gətirmək adı ilə aldadaraq oradan qaçıb getməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus avtomobilə olan mülkiyyət hüququnu başqa şəxsə verməklə ona 17000 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 geyim paltarları alıb etibarını qazanaraq xx.xx.2021-ci il tarixdə borc adı ilə 300 manat pulunu və sonra ödəyəcəyi adı ilə aldadıb 30 manat dəyərində kişi köynəyini alıb ələ keçirmiş, bibisi oğlunu "SOCAR" şirktənə işə düzəldəcəyinə dair yalan vədlər verib, aldadaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbsində yerləşən "Binə Ticarət Mərkəzi"ndə Zərərçəkmiş şəxs4 1000 manat pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs4a 1330 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 "Socar" şirkətinə qaynaqçı kimi işə düzəldəciyinə dair yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi S.Orucov küçəsində "SOCAR" şirkətinə məxsus idarənin qarşında Zərərçəkmiş şəxs5 verdiyi 5000 manat pulu, sonra isə xx.xx.2022-ci il tarixdə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 80 manat pulu, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə onun istifadəsində olan həmin bank kartına göndərdiyi 500 manat pulu vahid niyyətlə törədilən qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 cəmi 5580 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 «Socar»da sürücü işinə qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə xüsusi geyim forması alınması adı ilə Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində 60 manat, həmin tarixdə Yasamal rayonu Şərifzadə küçəsində olan «Rabitə bank» vasitəsilə 280 manat, xx.xx.2022-ci il tarixdə yenə həmin ünvandan 300 manat pulunu alıb ələ keçirərək ona ümumilikdə 640 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 Həmdulla oğlunu, sonuncunun qızını və bacısını "SOCAR" şirkətində aşbaz kimi işə düzəldəciyinə dair yalan vədlər verib aldadaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Koroğlu küçəsində yerləşən "All Sizn" otelində Zərərçəkmiş şəxs7 verdiyi 60 manat pulu, sonra 04 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən "All Market"-də olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 50 manat pulu, xx.xx.2022-ci il tarixdə həmin ünvanda yerləşən ödəmə terminalı vasitəsi ilə həmin bank kartına göndərdiyi 500 manat pulu, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi M.Davudoğlu küçəsində yerləşən "OBA" marketdə olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 297 manat pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs7 Həmdulla oğluna cəmi 907 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 "SOCAR" şirkətinə işə düzəldəciyinə dair yalan vədlər verib aldadaraq 2022-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, ”Şuşa” restoranının yaxınlığında poçt vasitəsilə onun istifadəsinə olan bank kartına göndərdiyi 200 manat pulu, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin qarşısında içərisində 1800 manat pul olan plastik kartı, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Lake” oteldə 2000 manat pulu, Bakı şəhəri, Nizami rayonu, metropolitenin “Xalqlar Dostluğu” stansiyasının qarşısında 900 manat dəyərində 01 ədəd mobil telefonu vahid niyyətlə törədilən qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs8 cəmi 4900 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs9 Bəhmən oğlunun qohumu X8 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən evə çıxarış alınması üçün "SOCAR" şirkətindən razılıq məktubu alacağına dair yalan vədlər verib aldadaraq 2022-ci ilin aprel ayının 19-20-sində ünvan 3 ünvanında yerləşən X13 7 nömrəli X6 Əsgərovun verdiyi 1000 manat pulu, xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən "Bazar Store"-də olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 1000 manat pulu, sonra xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən "Bazar Store"-də olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 3000 manat pulu, xx.xx.2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən "Araz" marketdə olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 1000 manat pulu, xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən "Bazar Store"-də olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 500 manat pulu, xx.xx.2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən "Araz" marketdə olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 100 manat pulu, xx.xx.2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən "Araz" marketdə olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 1000 manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Socarın” 4 saylı yanacaq doldurma məntəqəsində yerləşən ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 300 manat pulu, xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 9 ünvanında olan zaman onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 200 manat pulu vahid niyyətlə törədilən qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs9 Bəhmən oğluna cəmi 8100 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs10, sonuncuya bankdan güzəştli kredit götürəcəyinə dair yalan vədlər verib aldadaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tiblisi prospekti 3007 ünvanında yerləşən "Bravo" marketdə olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 200 manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsində yerləşən Şərab evində olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 300 manat pulu, xx.xx.2022-ci il tarixdə ünvan 11 ünvanında yerləşən “Araz” marketdə olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 1000 manat pulu vahid niyyətlə törədilən qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs10 cəmi 1500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 azyaşlı oğlunu yaşadığı Masazır qəsəbəsində rus bölməsi olan orta məktəbin ibtidai sinfinə qəbul etdirmək üçün ondan xahiş etmişdir. O da bu işi həll edəcəyinə söz verib ondan xx.xx.2021-ci ildə iki dəfəyə 600 manat pul istyəib almışdır, daha doğrusu ona göndərdiyi bank kart hesabına həmin məbləği iki dəfəyə köçürmüşdür, o da həmin məbləği kart hesabından çıxarıb şəxsi ehtiyaclarına xərcləmişdir. Sonra Rubail oğlunu Masazır qəsəbəsində olan 4 saylı orta məktəbin rus bölməsi olan ibtidai sinfinə qəbul etdirməyi istəyib, o, ona söz versə də bu işlə əlaqədar heç bir iş görməmişdir. Rubail ilə münasibətləri olduğu müddətdə onun mobil nömrəsinə zəng edəndə işçisi götürüb və o, Rubaili soruşanda öyrənib ki, onun Bakı Beynəlxalq Avtovağzalında avtobusu var. Ondan pul almaq məqsədi ilə avtobusu «Socar»ın işçilərini daşımaq üçün müqavilə bağlamağı və çoxlu qazanc əldə etməyi təklif edib, ona verdiyi kart hesab nömrələrinə köçürdüyü ümumilikdə 11000 manat pulu alıb şəxsi ehtiyaclarına xərcləmişdir. Sonuncu 2000 manat pulu Azfen idarəsinin həyətində alıb və kartının bağlandığını bilməklə ona kartı vermişdir. Rubail də yoxlayıb kartın bağlandığını öyrənəndən sonra onu aldatdığını bilib verdiyi pullarını geri istəmişdir. Lakin o, Rubaildən aldığı pulları şəxsi ehtiyaclarına xərcəlmişdir. Zərərçəkmiş şəxs2 1000 manatı borc almışdır, bu barədə videoçəkilişdə də deyib, onu «Socar»da işə qəbul etdirmək adı ilə almamışdır. Zərərçəkmiş şəxs3 o, Masallı şəhərində olarkən taksi sürücüsü kimi tanımış, onun evində də qalmışdır və ona kömək etmək məqsədi ilə şərikli «Sprinter» markalı avtomaşın almaq və «Socar»la müqavilə bağlayıb işçilərinin daşınması işini yerinə yetirmək üçün müqavilə bağlamaq təklif etmişdir. Əhmədin pulu olmadığından razılığı ilə avtomaşınını girov qoyub 6000 manat pul götürmək istəmişlər. Buna o da razılıq verib. O, Gürcüstandan «Sprinter» gətirmək barədə danışıb razılıq almış və bir yerdə Bakı şəhərinə gəlib BDYPİ-nin həyətində Əşrəflə görüşüb ondan 6000 manat pul istəmişdir. Əşrəf də Əhmədin “Ravon” markalı maşınına baxıb və razılaşaraq 6000 manat pul verə biləcəyini deyərək şərt kimi avtomaşını anasının adına keçirməyi, anasının adından Əhmədə idarə etmək üçün etibarnamə verməyi və ayda da 607 manat faiz haqqı verməyi bildirmişdir. Bu barədə BDYPİ-də sənədlər tərtib edilib, Əhməd sənədlərə imza edib. O, Əşrəfdən aldığı 6000 manat puldan 200 manatını Əhmədə vermiş ki, yol pulu etsin. Qalanını özü ilə götürmüş və ayrılmışlar. Daha sonra o, maşını almaq üçün söz verdiyi 15000 manatı tapa bilməmişdir və aldığı 5800 manat pulu şəxsi ehtiyaclarına xərclədiyi üçün Əhmədə Sprinter ala bilməmişdir. Zərərçəkmiş şəxs4 «Binə» ticarət mərkəzindən tanıyırmış, ondan dəfələrlə özü üçün, atası üçün paltarlar almış və pulunu ödəmişdir. Sonuncu dəfə ondan 300 manat pul borc almış və 30 manat dəyərində də özü üçün köynək almışdır, lakin nə borcu qaytarmamış, nə də aldığı köynəyin 30 manat pulunu verməmişdir, Ramil özü ondan xahiş edib ki, onun bibisi oğlunu işə düzəltsin, o da razılaşıb bu işin düzəlməsi üçün 8000 manat pul istəmişdir, Ramil razılaşıb və danışılmış pulun 1000 manatını verib, qalan 7000 manatını verə bilmədiyi üçün o, söz verdiyi həmin işlə əlaqədar heç bir iş görməmişdir və aldığı 1000 manatı da şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs5 ilə təsadüfən Lökbatan qəsəbəsində tanış olub və onun iş axtardığını bilib «Socar»da qaynaqçı köməkçisi işinə düzəldə biləcəyini təklif etmişdir. İlham razılaşıb və narkoloji dispanserdən arayış alınması üçün 80 manat alıb, sonra əlavə olaraq 500 manat pul istəmişdir. Həmin məbləğləri ona göndərdiyi karta göndərməsini istəmişdir, İlham da həmin məbləğləri ona göndərmiş, o da pulu çıxarıb şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs6 o, Lökbatan qəsəbəsi ərazisində, «Salyan dairəsi» deyilən yerdə görüb taksi sürücüsü kimi ondan xahiş etmiş ki, onu «Qobu park»a aparsın, yolda işsizlikdən narazılıq edib və o da ona «Socar»da işləməyi təklif etmişdir, razılaşıb və o, geyim forması alınması üçün 60 manat, sonra 280 manat və sonra da 300 manat pulu onun ona verdiyi kart hesabına keçirməyi demişdir, Elçin də həmin məbləğləri kart hesabına köçürüb və o, həmin pulları götürüb şəxsi ehtiyaclarına xərcləmişdir, ona vəd verdiyi işlə əlaqədar heç bir hərəkət etməmişdir. Mənsimov Mböhübbəti «Al Sizin» otelindən tanımışdır, onun bacısı oğlu da orada işləyir və Möhübbət həmin oteldə aşbaz işləyirmiş. Danışıq zamanı o, pulsuzluqdan şikayət edib və o da öz növbəsində Möhübbətə təklif etmişdir ki, Artyomda olan «Socar» idarələrindən birində aşbaz işi düzəldə bilər. Bu zaman Möhübbət razılaşıb, özünü, bacısını və qızını da işə düzəltməyini istəyib və bu məqsədlə onun ona verdiyi kart hesabına 60 manat, sonra 50 manat, sonra onun istəyi ilə 500 manat, sonuncu dəfə isə 297 manat pul göndərib, o da həmin pulları kartdan çəkib şəxsi ehtiyaclarına xərcləmişdir. Möhübbətə söz verdiyi işlə əlaqədar heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs8 2022-ci ilin aprelində tanımışdır və onların dostluq münasibətləri yaranıb. Söhbət zamanı o, Rəsmiyyəyə «Socar»da işlədiyini deyib və onu «Socar»da işçi kimi işə götürülməsinə kömək edəcəyini bildirib, Rəsmiyyə də onun təklifi ilə razılaşmışdır. O, Rəsmiyyədən bu işlə əlaqədar 6000 manat pul istəyib, Rəsmiyyə də onunla razılaşıb və 2022-ci ilin aprel ayının əvvəllərində Rəsmiyyə ilə Zığ qəsəbəsində olan narkoloji dispanserə gedib arayış alıblar, sonra Mərdəkan qəsəbəsinə gedib xəstəxanadan sağlamlıq arayışı alıblar və Rəsmiyyə aldıqları arayışları ona verib. Rəsmiyyə ilk olaraq Nərimanov rayonu «Şuşa» restoranının yaxınlığında olan poçt vasitəsilə onun ona verdiyi kart hesab nömrəsinə 200 manat pul göndərib, hesabında 1800 manat vəsait olan kartı Rəsmiyyə ona Maşdağa qəsəbəsində verib, sonra Rəsmiyyə onunla Binəqədi rayonunda yerləşən «Lake» otelə gedərək orada 2000 manat pulu ona əlbəəl vermişdir. O, Rəsmiyyədən 1000 manat məbləğində mobil telefon almasını istəmiş və Rəsmiyyə kreditlə 900 manat dəyərində telefon götürüb ona verib. O, Rəsmiyyədən aldığı 4000 manat pulu şəxsi ehtiyaclarına xərcləmiş, 900 manatlıq mobil telefonu isə itirmişdir. Rəsmiyyəyə vəd verdiyi işlə əlaqədar heç bir iş görməmişdir. Sabunçu xəstəxanasında işləyən Zərərçəkmiş şəxs9 həmin xəstəxanaya xəstə kimi müraciət edəndə tanımışdır. Ona özünü «Socar» şirkətinin işçisi kimi təqdim etmiş və şirkətlik nə problemi olarsa həll edə biləcəyini demişdir. Vahiddə özünə məxsus olan, lakin qohumu X4 adına olan Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən evə çıxarış almaq üçün şirkətdən razılıq alınmasında köməklik edilməsini xahiş edib, o, bu işin 4000 manat xərci olduğunu demiş, ilk olaraq 1000 manat verməsini, qalan 3000 manatı isə iş düzələndən sonra verməsini demişdir. Onlar razılaşıb və elə xəstəxanada ona 1000 manatı verib, sonra onun ona göndərdiyi kart hesab nömrəsinə xx.xx.2022-ci ildə 1000 manat, xx.xx.2022-ci ildə 3000 manat, xx.xx.2022-ci ildə 1000 manat, xx.xx.2022-ci ildə 500 manat və 100 manat, xx.xx.2022-ci ildə 1000 manat, xx.xx.2022-ci ildə 300 manat və 200 manat pulu köçürmüşdür. Bir neçə gündən sonra şirkətdən Vahidə imtina məktubu gəlib və Vahid zəng edərək bu barədə ona məlumat vermişdir. O da ona narahat olmamağı deyib və işi düzəldəcəyinə söz vermişdir. Lakin bununla əlaqədar heç bir iş görməmiş və ondan aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs10 tanışı Gülnar vasitəsilə tanımışdır və Ramin ondan kredit götürməkdə ona kömək etməyi xahiş edib, o da ona vöen götürməyi və götürəcəyi vöeni geri tarixə götürmək üçün tanışına verəcəyini bildirmişdir. Əvvəlcə 200 manat, sonra 15000 manat kredit götürmək üçün geri tarixə vöen açdırmağa görə 300 manat, sonra isə işin alınması üçün 1000 manat pulunu almışdır və ona kredit götürməsi ilə əlaqədar heç bir köməklik etməmişdir. Aldığı pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında yaşadığı ünvan 12 ünvanında qonşuluqda yaşayan X9 vasitəsilə Təqsirləndirilən şəxs tanımışdır. Həmin ərəfələrdə yaşadığı evin yaxınlığında oğlu Nəbiyev Mübariz rus bölməsində ibtidai sinifə başlamalı olduğu üçün məktəb axtarırmış. Yaşadığı evin yaxınlığında rus bölməsi ibtidai sinif məktəbi ancaq 4 nömrəli orta məktəbdə var imiş, lakin orada da yer olmadığını öyrənmişdir. X1, tanışı olduğunu və onun bu işdə ona kömək ola biləcəyini bildirmişdir. O, Ramildən Kamalın mobil nömrəsini götürmüş və istifadəsində olan mobil nömrəsi ilə Kamalla danışdıqda sonuncu ona kömək edə biləcəyini demişdir və bunun qarşılığında ondan 600 manat pul istəmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs «WhatsApp»la ona göndərdiyi «Kapital Bank»a məxsus kart hesabına 500 manat, bir neçə saatdan sonra isə 100 manat əlavə olaraq göndərmişdir. Bir gün sonra onun mobil nömrəsinə mesaj gələrək övladı X14 qəsəbəsində yerləşən 3 saylı orta məktəbin 1-ci sinfinə qəbul olunması bildirilmişdir. O, Təqsirləndirilən şəxs zəng edib istədiyi məktəbin bu olmadığını bildirdiyi zaman Təqsirləndirilən şəxs «narahat olma, bunu bilirəm, məktəblər açılandan 1 ay sonra övladını istədiyin 4 saylı Masazır kəndində yerləşən orta məktəbə keçirəcəklər» bildirmişdir. O, Kamalın dedikləri ilə razılaşmışdır, təxminən 2-3 gün sonra Kamal istifadəsində olan digər ***-***-**-** mobil nömrəsinə zəng edərək onunla danışmaq istəyirmiş, həmin vaxt dediyi mobil nömrə işlədiyi Bakı Beynəlxalq Avtovağzalda işçilərdən birində olmuşdur, Kamal həmin işçidən onu soruşduqda, nömrəni işlədən «mən işçiyəm, müdirimizin nömrəsi ***-***-**-** saylı mobil nömrənin vatsapıdır, mən onun istifadəsində olan avtobuslardan birinin sürücüsüyəm» demişdir. Kamal onun nə işlə məşğul olmasını öyrənib onunla əlaqə saxlamış və ona iş təklif etmək istədiyini bildirmişdir, nə iş olduğunu soruşduqda, o, «Socar»da kadrlar şöbəsində işlədiyini demiş, onun istifadəsində avtobuslar olduğunu bildiyi üçün, ona həmin avtbusları üçün «Socar»la rəsmi müqavilə bağlamağı və həmin avtobuslarla oranın işçilərini daşımaq işini təklif etmişdir. O, «Socar»da belə iş olduğunu bilirmiş, eyni zamanda həmin iş üçün avtobus sahiblərinə bu işin qarşılığında kifayət qədər pul vəsaiti verildiyini bilirmiş, ona görə də Kamalın təklifi ilə razılaşmışdır. Kamal bu işin alınması üçün bir qədər pul lazım olmasını demişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs ona göndərdiyi «Kapital Bank»a məxsus kart hesabına xx.xx.2021-ci il tarixdə 2000 manat, həmin gün, saat 14:00-da əlavə 3000 manat pul göndərmişdir. Təqsirləndirilən şəxsla avtobusların «Socar»da işləməsinə razılaşmalarına səbəblərdən biri də pandemiya dövründə avtovağzalda iş fəaliyyətlərinin dayanması olmuşdur. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən pul lazım olduğunu bildirmiş, həmin tarixdə Kamalın kart hesabına 1000 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat pul köçürmüşdür. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs «Socar»da kağız işləri ilə məşğul olan xanımlar olduğunu, sənədləşməni onların apardığını, onlara 100 manat pul verməli olduğunu bildirmişdir və razılaşaraq Kamal ona bank kartını vatsap vasitəsi ilə göndərmiş, həmin tarixdə o, karta da 100 manat pul köçürmüşdür. xx.xx.2021ci il tarixdə Kamal, adını dəqiq xatırlamadığı qəbul şöbəsində işləyən şəxsə 300 manat pul verilməli olduğunu bildirmişdir və o, həmin tarixdə yenidən Kamala məxsus «Kapital Bank»a aid kart hesabına 300 manat pul göndərmişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs ondan avtobuslara məxsus texniki şəhadətnamələri, sürücülərin sürücülük vəsiqələrini, avtobusun şəkillərini və sair bu kimi sənədlərin surətlərini istəyirmiş, o da Kamalın istədiyi bütün sənədləri düzəldib verirmiş. Təxminən 10 gün sonra Kamal zəng edərək «Socar»da avtobuslara yer olmadığını, bu səbəbdən həmin avtobusları «Azfen» adlı şirkətə keçirəcəyini bildirmişdir, heç bir etirazı olmadığını bildirmişdir. 2021-ci ilin oktyabr ayının sonlarında Kamal ona zəng edərək «Azfen» şirkətinin ona yanacağa görə petrol kartı verməsi üçün onun kart hesabında ən azı 4000 manat nağd pul olması vacibliyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Bibiheybət qəsəbəsi yaxınlığında yerləşən «Azfen» şirkətinin həyətində Kamal ilə görüşmüş. Kamal özünə məxsus kartda 4000 manatdan artıq pul olduğunu bildirmişdir. Kamal öz kartını ona verməyi, onun isə özündə olan 2000 manat pulu ona verməyini, həmin kartdan ona lazım olan 4000 manat pulu çıxara biləcəyini demişdir və 4000 manatın 2000 hissəsini özü verəcəyini demişdir. Kamal, şirkətin onun hesabında 4000 manat olmasını gördükdən sonra həmin 2000 manatı ona qaytarmalı olduğunu demişdir, o razılaşmış və 2000 manat pulu Kamala verdikdən sonra o, özünə məxsus kartı və kodunu ona təqdim edərək 4000 manat pulu kartdan nağdlaşdıra biləcəyini demişdir. Kamaldan ayrıldıqdan sonra «Kapital Bank»a məxsus bankomatlardan birinə yaxınlaşıb kartdan ona lazım olan 4000 manat pulu çıxarmaq istəmişdir, lakin kartı saldıqdan sonra kartın bank tərəfindən deaktiv edilməsi qeyd edilmişdir. Kartı bir neçə dəfə bankomata salsa da kartın işlək vəziyyətdə olmaması bildirilmişdir, bu səbəbdən də kartdan pul nağdlaşdıra bilməmişdir. Bundan sonra Kamala zəng edərək kartın işləmədiyini bildirmişdir. Kamal, bunun mümkün olmadığını, qısa müddət ərzində kartı işlək hala saldıracağını demişdir. Bir neçə gün Kamalla telefonla danışaraq pulunu geri istəmiş, Kamal isə müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırmışdır. Bir neçə dəfə də telefonda onunla aralarında sözlü mübahisə yaranmış və ona, «hara istəyirsən ged şikayət elə» demişdir. 2021-ci ilin noyabr ayında Kamalın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng eləsə də həmin nömrəyə zəng çatmamışdır. Artıq Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını bilmiş və polisə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünə məxsus avtomaşınla Ağdaş rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 2021-ci ilin oktyabr ayının sonlarında yaşadığı Ağdaş şəhərində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Ona taksi sürücüsü kimi xidmət etmiş və onu sifariş verdiyi ünvana apararkən Kamal özü ona «Socar»da işlədiyini, Ağdaş rayonunda yerləşən «Socar»a məxsus "xxxx" ASC-yə yoxlamaya gəldiyini demişdir. Aralarında olan söhbət zamanı Kamal ona təklif etmişdir ki, 1000 manat müqabilində onu «Socar»da işlə təmin edə bilər. O, işsiz olduğu üçün onun təklifi ilə razılaşmışdır. Bu barədə yaxın qohumlarına, ailəsinə deyəndən sonra ailəsi və qohumları ona demişlər ki, Təqsirləndirilən şəxs həmin pulu notarial qaydada versin. xx.xx.2021-ci il tarixdə o, yaşayış yerindən arayış, sağlamlıq barədə arayış, şəxsiyyət vəsiqəsinin kserosurəti, hərbi biletinin kserosurətini almış və Kamalla danışmışlar ki, ona istədiyi 1000 manat pulu notarial qaydada versin, razılaşaraq onlar Qəbələ şəhərində yerləşən «Asan» xidmətə getmişlər, lakin həmin gün Asan-xidmət işləmədiyindən o, deyilən pulu Təqsirləndirilən şəxs verməmişdir. Daha sonra onlar növbəti gün görüşüb Qəbələ rayonunda olan Asan xidmətə getmələri barədə razılığa gəlmişlər. Səhərisi günü görüşdükdə Təqsirləndirilən şəxs sağ əli sarıqlı olmuş, sağ əli sarıqlı olması barədə Asan xidmətə zəng etdikdə notariat kontorun işçisi bu formada əməliyyat aparmağın mümkün olmadığını demişdir. Yenə 1000 manat pulu Təqsirləndirilən şəxs vermək mümkün olmamışdır. Qohumlarına bu barədə dedikdə qohumları msləhət bilib ki, onun istədiyi pulu ona videoçəkiliş vasitəsilə versin, o da 1000 manat pulu Ağdaş rayonunda, tanışı Vüqarın evində Təqsirləndirilən şəxs verib və bunun videoçəkilişini edib. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı həmin 1000 manatı ondan borc aldığını bildirib. Daha sonra Təqsirləndirilən şəxs onun telefon zənglərinə cavab verməmiş, qohumları zəng etdikdə isə pulu qaytarmayacağını bildirmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Baş Prokurorunun adına ərizə və izahat verib. Təqsirləndirilən şəxs ona verdiyi 1000 manat pulun müqabilində onu Ağdaş rayonunda yerləşən «Socar»da sürücü kimi ayda 500 manat məvacib müqabilində işə düzəldəcəyinə vəd veribmiş. O, həmin 1000 manat pulu 01 noyabr 2021-ci il tarixdə tanışı Vüqarın evində vermişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, özünə məxsus olan «RAVON NEXİA R3» markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Masallı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs da taksi fəaliyyəti ilə məşğul olarkən tanımışdır. Belə ki, Masallı şəhərində, İH-nin inzibati binasının yanında dayanıb müştəri gözləyərkən Kamal ona yaxınlaşıb xəstəxanaya aparmağı sifariş verib, sonra da Boradıgaha aparıb, sifarişini icra etdikdən sonra da pulunu vermişdir. Həmin vaxt Kamal onun xəstə olmasını, yəni sinir iflici xəstəsi olmasını görüb, ona kömək etmək istədiyini, «Socar»ın işçisi kimi «Spirinter» alıb idarəyə verərək, ayda 1200 manat məvacib almağı bildirmişdir. O, Kamala xəstə olmasını, spirinter idarə edə bilsə də maşının təmiri və sair işlərini icra edə bilməyəcəyini demişdir. Kamal demişdir ki, işə başlayandan sonra onu müalicə də etdirəcək və kiminləsə mobil telefonda danışaraq alacaqları Sprinter maşınını tapıb, maşının qiymətinin 21000 manat qiymətləşib, o bildirmişdir ki, o qədər pulu yoxdur, Kamal telefonla görüntülü olaraq Vasif Əzimov adlı musiqiçi ilə danışıb və sonra ona demişdir ki, 3000 manatını Vasif Əzimov qoyacaq, 12000 manatını özü qoyacaq, qalan 6000 manatını isə o tapsın, o, deyilən qədər pulu olmadığını deyəndə Kamal bildirib ki, onun maşınını girov qoyub pul götürsünlər, o, buna da razı olmamış və Kamal bildirib ki, maşın öz adında qalacaq, pulu onun adına götürəcək və 3-5 günə pulu qaytaracaq, o razılaşmışdır. Bu zaman danışıb razılaşmışlar ki, iki gündən sonra Bakı şəhərinə gəlib pul götürmə məsələsini həll etsinlər. 08 noyabr 2021-ci il tarixdə Kamal onun maşını ilə Binəqədi rayonunda olan Baş Dövlət Yol Polisi idarəsinə gəlmişlər. Kamal texniki baxış yerindən çıxışda maşını saxlatmış və düşüb gedib bir nəfər tanımadığı şəxslə danışıb, lakin həmin şəxs razı olmamışdır. O, onların danışıqlarında iştirak etmədiyindən onların danışıqlarının məzmununu bilmir, sonra gedib adının Əşrəf olduğunu bildiyi şəxslə danışıb, o, əlil olduğundan onların danışıqlarında iştirak etməmişdir, onlar onsuz danışıblar, az sonra Əşrəf yanına gəlib soruşub ki, «pulu nə üçün götürürsən, müalicəmi olunacaqsan?», o bildirmişdir ki, bəli, işimiz düzəlsin, sonra müalicə olunacam, Əşrəf soruşub ki, «harada müalicə olunacaqsan?», o cavab vermiş ki, bilmir, Kamalı göstərərək onun bildiyini deyib, Əşrəfin yanında Rüfət adlı tanışı da var imiş, sonra onlar soruşublar ki, adına hansı əmlakı vardır, o bildirmişdir ki, maşından başqa adında əmlakı yoxdur. Bu zaman Əşrəf təklif etmiş ki, bütün sənədlərini ona versin, o, maşının sənədlərini və əlillik sənədlərini ona vermiş və onlar çıxıb getmişlər. Təxminən 1 saat keçmiş bir nəfər tanımadığı şəxs gəlib bildirib ki, «narahat olmayın, Sizə 6000 manat pul verəcəklər» və sonra həmin şəxs getmişdir. Bir müddət sonra Kamal gəlib ona təklif etmiş ki, BDYPİ-nin inzibati binasına girsinlər, o, maşınla idarənin inzibati binasının qarşısına getmiş və maşından dlüşüb Kamalın köməkliyi ilə binaya girib 1-ci mərtəbədə olan otaqlardan birinə girmişdir. Orada polis əməkdaşının təqdim etdiyi çap yazıları ilə olan sənədə imza etməsi təklifi ilə ona əməkdaş tərəfindən təqdim edilmiş sənədin nə sənədi olmasını, hansı sənədə, nə məqsədlə imza etməyini demədən, özü də sənədi oxumadan Kamaldan nə sənədi olmasını soruşmuşdur, Kamal da bildirmişdir ki, «pul sənədidir», o da həmin iki ədəd sənədə imza etmişdir. Daha sonra da qayıdıb maşında oturub əvvəl dayandığı yerə gəlmişdir. Əşrəf və Kamal ora gəliblər və o, maşında oturduğu halda onlar maşının arxasında Əşrəf pulu sayıb Kamala verib, sonra Əşrəf getmişdir. Sonra o, Kamalı çağırıb ki, pulu ona versin və sənədlərini gətirsin, onda Kamal bildirib ki, «narahat olma, bunu dollara çevirib gəlirəm», yəni sprinteri satan şəxs Gürcüstan vətəndaşı olduğundan pulu ona dollarla verməli imiş. Hətta Əşrəfdən «Ekscens» yeri soruşub və Əşrəf onu göstərdiyi istiqamətə gedib, sonra Rüfət gəlib maşında oturub və ondan ünvanını, mobil nömrəsini və sair məlumatları soruşmuşdur. Lakin sənədləri ona verməmişdir. O, mobil nömrəsi ilə Kamala zəng edib demişdir ki, bunlar gəlib sənədləri ona verməyib, hardasan gəl, Kamal demişdir ki, «sən sənədləri götür, mən pulu dollarlara çevirib gəlirəm», danışığından hiss etmişdir ki, Kamal qaçır, çünki təngnəfəs imiş. Sonra Əşrəf gəlib və ona idarə etmək üçün etibarnamə və maşını qadının adına keçirdiyi texniki pasportun kserosurətini verib, əlillik sənədlərini ona vermişdir. O soruşmuş ki, «bu nə məsələdir», Əşrəf bildirib ki, «maşın bizim adımıza keçirilib, sənə idarə etmək üçün etibarnamə verilir, ayda 607 manat ödəniş etməlisən, ikinci ayda isə baş etibarnamə veriləcək» və sənədləri ona verəndən sonra çıxıb getmişdir, o orda başa düşmüşdür ki, Kamal onu aldatmışdır. Onun mobil nömrəsinə yığmış və demişdir ki, «indi gəlirəm», sonra Kamal onunla yazışmaları telefondan silib və sonra da telefonunu söndürmüşdür. O, sonra 102 xidmətinə zəng edib hadisə barədə məlumat verib. Sonra polis əməkdaşları gəlmişlər və onu 6-cı PB-nə aparıblar, orada ərizə və izahat vermişdir. Maşın hal-hazırda ondadır, lakin texniki pasportu X7, yəni Əşrəfin anasının adınadır. Sonra fakt üzrə başlanmış cinayət işi üzrə Binəqədi RPİ-nin İŞ-də Təqsirləndirilən şəxsla üzləşdirilmiş və Kamal orada etiraf etmiş ki, onu aldatmışdır, söz verib ki, Əşrəfin pulunu ödəyəcək və onun maşınını girovluqdan qurtaracaq, lakin sonra ondan xəbər çıxmayıb. Təqsirləndirilən şəxs həmin dələduzluq əməli nəticəsində ona məxsus buraxılış ili 2017-ci il olan «Ravon Nexia R3» minik» markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sahiblik hüququ dəyişdirilib, ona görə də o, öz avtomobili üzərində sahiblik, sərəncam hüququnu itirmişdir, həmin maşını xx.xx.2018-ci ildə Badamdar qəsəbəsində olan «Nikoyl-bank»dan kreditlə götürmüşdür və kreditlə ona 17000 manata başa gəlmişdir, hazırda krediti tam ödəmişdir, maşının heç bir defekti olmayıb, hazırkı bazar qiyməti də elə 17000 manatdır. Adına verilən etibarnamənin, qadının adına yazılmış və öz adına olan texniki pasportun fotoşəkillərini istintaqa təqdim edir. Həmin avtomaşın hal-hazırda ondadır, lakin avtomaşına sahiblik hüququ olmadığından avtomaşını idarə edə bilmir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir il 3-4 ay əvvəl atası ilə birlikdə onun satıcı işlədiyi «Binə» ticarət mərkəzində yerləşən mağazaya gəlib atası üçün kostyum, köynək və sair geyim paltarları alıb pulunu verib getmişdir. Onu yalnız buna görə tanımış və ona inam və etibarı yaranmışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının təxminən 25-də yenə onun işlədiyi mağazaya gəlmiş, harasa görüşə getdiyini, əynindəki paltarlarının isə yaxşı olmadığını demişdir. O isə bildirmişdir ki, mağazaya baxsın, nə xoşuna gəlirsə götürüb geyinsin. Kamal onun işlədiyi mağazadan özü üçün 1 ədəd palto, 1 ədəd şalvar və 1 ədəd köynək seçərək soruşmuş ki, «olarmı, götürdüyü paltarların pulunu sonra versin, o da niyə olmur ki, olar demişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun mobil telefonuna bir kart nömrəsi atarsan, aldığı malların pulunu həmin kart nömrəsinə göndərər, Kamal elə onun vasitəsi ilə həmin vaxt qonşu mağazadan 1 cüt ayaqqabı da almış və əynində olan geyimləri çıxarıb aldığı paltarları və ayaqqabını geyinmişdir. Kamal ondan «işin-gücün necədir» deyərək alverin necə getdiyini soruşmuşdur, o da cavabında zəiflik olduğunu, başqa imkanı olmadığını, hər nədirsə, işdir də işləyirəm, demişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, «Socar»ın Heydər Əliyev prospektində yerləşən baş ofisində kadrlarda işləyir, onu «Socar»da işə düzəltməyi təklif etmişdir.O, Kamala demişdir ki, bibim oğlu xeyli müddətdir ki, işləmək üçün iş axtarır, əgər düzəldə bilirsə özünü yox, bibi oğlunu işə düzəltsin. Kamal bildirmişdir ki, «8 000 manat ver, işə düzəldim». O, elə orada Yeganə bibisinə zəng edib oğlunun işə düzəlməsi barədə danışmışdır, bibisi də bildirmişdir ki, «Rasim axşam gələndə danışar», Rasim onun bibisinn əridir. Kamal demişdir ki, bibisi ilə danışıb ona cavabını deyər və ondan aldığı paltarları, qonşudan aldığı ayaqqabını geyinib əynindən çıxardığı gödəkçəni, şalvarı, köynəyi və ayaqqabını bir torbaya yığıb onun işlədiyi mağazaya qoyub getmişdir.. O özündə kart nömrəsi olmadığı üçün axşam vaxtı qohumunun kartının nömrəsini Kamalın mobil nömrəsinə göndərmişdir. Kamal mağazalarından aldığı paltarların pulunu da elə həmin gün onun mobil nömrəsinə göndərdiyi karta yükləmişdir. Kamal bu hərəkəti ilə gələcəkdə onu aldadıb pulunu ələ keçirmək üçün özünə inam yaradırmış. Həmin günün səhərisi, saat 10 radələrində Kamal ona zəng edib bibisi ilə danışıb-danışmadığını soruşaraq, «rəisin qəbuluna getmək istədiyini, bu işi də danışsın ki, vakansiya saxlasınlar» demişdir. O da Yeganə bibisinə zəng edib nə qərara gəldiklərini soruşmuşdur. Bibisi də bildirmişdir ki, Rasim razıdır, bu işə görə Kamalla görüşmək istəyir. O da Kamala zəng edib bibisigilin razı olduqlarını deyib bu işi düzəltməsini istəmişdir. Kamal da bildirmişdir ki, həmin iş yerini saxlatdırmışdır. O Kamala bildirmişdir ki, bibisinin əri Rasim onunla görüşmək istəyir, Kamal əvvəl görüşmək istəmədiyini desə də, sonra razılaşmış və demişdir ki, xx.xx.2022-ci ildə onun işlədiyi mağazaya gələr, orada görüşüb danışarlar. xx.xx.2022-ci ildə, saat təxminən 10 radələrində o Kamala zəng edib bibisinin əri Rasimlə görüşmək üçün mağazaya gəlibgəlməyəcəyini soruşmuşdur, Kamal da bildirmişdir ki, gəlir və saat 11 radələrində Kamal onun işlədiyi mağazaya gəlmiş və demişdir ki, «Kapital Bank»da olan kartının nömrəsi bloka düşüb bağlandığından hesabında olan pulunu çıxara bilmir, həmin kartda olan pulundan əlavə pulu yoxdur, ailə üzvləri ilə birlikdə Kürdəmirə getmək üçün elə indi həyat yoldaşını və uşaqlarını ora yaxın məsafədə avtomaşında qoyub həm ondan pul almaq üçün, həm də bibisi oğlunun işinə görə yolüstü yanına gəlmişdir, ona 300 manat pul versin, ondan alacağı 300 manat pulu, iş başlayan günü krtını açdıran kimi dərhal kartına göndərəcək. O Kamala demişdir ki, kiməsə verməyə pulu yoxdur. Kamal Kürdəmirə getmək üçün hazırda ailə üzvlərinin avtomaşında onu gözlədiklərini, ona təcili pul lazım olduğundan ondan pul almaq üçün, həm də bibisi oğlunun işinə görə yolüstü onun yanına gəldiyini təkrar-təkrar deyərək qısa müddətdə qaytaracağına söz verib ona pul verməsi üçün yalvar-yaxar etməyə başlamışdır. O Kamalın dediklərinə inanıb Kamala demişdir ki, hazırda üstündə 120 manat pul var və həmin sözləri ona deyə-deyə cibindəki 120 manat pulu çıxararaq ona göstərib 100 manatını başqa şəxsə verəcəyini, 20 manatın isə onun yol pulu olduğunu, indiki istəyirsən 100 manatı sənə verirəm, amma tez qaytar, Kamal 100 manatı ondan götürüb yenə yalvarıb kartına axşam evə gedəndə 200 manatı göndərməsini, 2-3 günə qaytaracağını bildirmişdir, O Kamala inanmış və bildirmişdir ki, əgər kartın bağlıdırsa, mən sənə pulu necə göndərəcəm, Kamal bildirmişdir ki, «mən sənə kart nömrəsi göndərəcəm, 200 manat pulu həmin nömrəyə göndərərsən, o həm də 30 manat dəyərində bir ədəd ağ köynək götürüb pulunu 300 manatla bir yerdə göndərəcəyini bildirmişdir. Kamal bildirmişdir ki, bibisi oğlunun işə düzəlməsi üçün danışılmış 8000 manat pulun 1000 manatını bəri başdan beh kimi verməlisiniz ki, fikirlərinin qəti olmasına inanıb ilkin sənədləri hazırlasın, 3000 mantını ilkin sənədlər hazırlandıqdan sonra verməlisiniz ki, şöbə rəisinə versin ki, əmrin verilməsi üçün sənədləri hazırlayıb işi həll etsin, qalan 4000 manatını isə əmr veriləndən sonra verməlidirlər. O, Kamalın sözlərinə inanıb beh kimi istədiyi 1000 manat pulu Kamala əlbə-əl vermişdir. Bu danışıqdan və pulu verdikdən sonra elə həmin gün yaşadığı evin yaxınlığındakı «OBA» marketdən milliön aparatı vasitəsilə 200 manat pulu Kamalın ona verdiyi «Kapital Bank»a aid kart hesabına ödəmişdir. Lakin Kamal verdiyi sözə əməl etməyib bibisi oğluna iş düzəltməmiş, ondan aldığı pul və malların pulunu qaytarmamışdır. Daha sonra Kamal istifadə etdiyi mobil nömrələrini söndürmüş və o, Kamalı tapa bilməmişdir. Başa düşmüşdür ki, qaytaracağı adı ilə 300 manat, bibisi oğlunu işə düzəldəcəyi adı ilə 1000 manat, cəmi 1300 manat pulunu və 30 manat dəyərində 1 ədəd köynəyini etibarından sui-istifadə etməklə və aldatma yolu ilə alıb ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayının ortalarında yaşadığı Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən «Socar» şirkətinə məxsus idarənin yaxınlığında təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Söhbət zamanı Kamal ona demişdir ki, onu «Socar» şirkətinə işə düzəldə bilər və bunun üçün 5000 manat pul lazım olduğunu demişdir. O da işə düzəlmək istədiyini demiş və Kamalın istifadəsində olan ***-***-**-** mobil nömrəsini götürüb onunla telefonla danışdıqdan sonra xx.xx.2022-ci il tarixdə, saat 15-16 radələrində Lökbatan qəsəbəsi S.Orucov küçəsində yerləşən «Socar» şirkətinə məxsus idarənin qarşısında Kamal ilə görüşmüşlər. Orada ağaclıq hissədə Kamal ilə söhbət edən zaman o bildirmişdir ki, onu «Socar» şirkətinə on qaynaqçı köməkçisi işinə düzəldəcəkdir, o da elə oradaca Kamala 5000 manat pul vermişdir. Həmin vaxt Kamal ona demişdir ki, müvafiq sənədləri toplayıb vermək lazımdır.O, Kamalın dediyi sənədləri toplamış, xx.xx.2022-ci il tarixdə Kamal ilə danışan zaman Kamal bildirmişdir ki, narkoloji dispanserdən arayış almamışdır, ona görə də ona 80 manat pul ödəsin ki, o gedib arayışı alsın. xx.xx.2022-ci il tarixdə Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən «BRAVO» marketdə olan ödəmə terminalı vasitəsilə Kamalın verdiyi kart hesabına 80 manat pul göndərmişdir. Bundan sonra Kamal zəng edərək əlavə sənədlərin düzəlməsi üçün 500 manat pul lazım olduğunu bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən «BRAVO» marketdə olan ödəmə terminalı vasitəsilə 500 manat pulu Kamalın verdiyi hesab nömrəsinə göndərmişdir. Kamal bildirmişdir ki, tezliklə onu işə düzəldəcəklər, lakin bir neçə gün sonra Kamaldan heç bir xəbər gəlmədiyini görüb onunla əlaqə saxlasa da Kamalın onu aldatdığını başa düşmüşdür. Daha sonra Qaradağ RPİ-nin 10-cu PB-yə şikayət etmişdir. Bu işlə əlaqədar Təqsirləndirilən şəxs 5580 manat pul vermişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 Həmdulla oğlu ifadəsində göstərmişdir ki, təxminən 4 ildir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsində yerləşən “AL Sizin” otelində aşpaz işləyir. 2022-ci ilin aprel ayının əvvəllərində işlədiyi otelin müştərisi olan Təqsirləndirilən şəxs ona zəng edərək, onun mobil nömrəsini həmin oteldə işləyən bacısı oğlundan aldığını bildirmiş, danışıq zamanı Kamal bildirib ki, Artyom adasında yerləşən “Socar” şirkətinə məxsus idarəyə aylıq 1500 manat məbləğində əmək haqqı verilməklə aşpaz lazımdır. O Kamala demişdir ki, özü və bacısı İqbalənin sənədlərini verər, əgər alınsa işə düzələrlər. O Kamalın dediyi müəyyən sənədləri yığmış və həmin sənədlərin hazırlanmasına 245 manat məbləğində pul xərcləyib. xx.xx.2022-ci ildə həmin sənədləri otelə gələndə Kamala vermişdir. Həmi n vaxt Kamal ilkin olaraq 60 manat məbləğində pul istəmiş və o, 60 manat məbləğində pulu həmin an oradaca Kamala vermişdir. Daha sonra Kamal ona zəng edərək əlavə olaraq bir nəfər şəxsi də aşpaz olaraq işə düzəldə biləcəyini dedikdə, o da qızı Həmidəni də oraya işə düzəltmək istədiyini demişdir. Kamal buna görə də ondan 60 manat məbləğində pul istəsə də, o, 50 manat pulunun olduğunu bildirmişdir. Bundan sonra Kamal ona bank kartının nömrəsini vermişdir. O da xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən «AL-market»də yerləşən ödəmə terminalı vasitəsilə 50 manat məbləğində pulu həmin kart hesabına göndərmişdir. Bundan sonra Kamal ona zəng edərək işin düzəlməsi üçün əlavə 500 manat məbləğində pul istədikdə o, yenidən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi «AL-market»də olan ödəmə terminalı vasitəsilə 500 manat məbləğində pulu Kamalın həmin kart nömrəsinə göndərmişdir. Bundan 1 gün sonra Kamal yenə də ona zəng edərək işin düzəlməsi üçün yenə də 500 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O isə ona pulunun olamdığını bildirib və işə düzələndən sonra maaş alanda verə biləcəyini demiş, həmin vaxtı Kamal ona deyib ki, «o zaman mən 700 manat məbləğində pul verərəm, sən də 300 manat məbləğində pul düzəlt, mən bu işi birdəfəlik həll edəcəm». O də həmin vaxtı xx.xx.2022-ci il tarixdə üstündə olan 297 manat məbləğində pulu Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində yerləşən “OBA” marketdəki ödəmə terminalından Kamalın həmin kart nömrəsinə göndərmişdir. Sonra Kamal ilə danışan zaman onun müxtəlif bəhanələr gətirdiyini və onu aldatdığını başa düşüb, ondan öz pulunu geri istədikdə o, ondan aldığı pulu geri qaytarmamışdır. Bundan sonra o baş vermiş hadisə ilə bağlı Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nə müraciət etmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, işlədiyi iş yerində məvacibin aşağı olmasına görə başqa iş yeri axtararkən təsadüfən 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxsla tanış olmuşdur. Söhbət zamanı Kamal ona “Socar”da işlədiyini demişdir. Söhbət əsnasında 6000 manat pul müqabilində onu da işlədiyi idarəyə işçi kimi işə düzəlməyinə köməklik göstərəcəyi barədə təklif etmişdir. O da onun təklifi ilə razı olmuşdur. Lakin Kamal ona hansı vəzifəyə, hansı miqdarda əmək haqqı olan işə düzəldəcəyini deməmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Kamal onunla birlikdə Zığ qəsəbəsində yerləşən Narkoloji Dispanserə və Mərdəkan qəsəbəsində yerləşən Xəstəxanaya gedərək sağlamlıq haqqında və narkoloji dispanserdə qeydiyyatda olmamağı barədə arayışları alıblar və həmin sənədləri o həmin vaxt Kamala vermişdir. Kamal özü onunla həmin dispanser və xəstəxanaya getmiş və həkimlərlə görüşüb danışıb, həmin arayaşlıra görə təxminən 50 manat xərci çıxıb ki, həmin pulu o özü ödəyib və ümumi puldan çıxacağını demişdir. Həmin vaxt o Kamala artıq 200 manat pul vermişdir. O ilk 200 manatı Nərimanov rayonu, “Şuşa” restoranının yaxınlığında yerləşən poçt vasitəsilə Kamalın ona verdiyi plastik kart hesabına göndərmişdir. Daha sonra isə ona hesabında 1 800 manat məbləğində pul olan özünə məxsus plastik kartı Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Narkoloji dispanserin qarşısında vermişdir. Daha sonra isə Binəqədi rayonunda yerləşən “Lake” otelə gedərək 2 000 manat məbləğində pul vəsaitini ona əlbə-əl verib. Bir müddət sonra isə Kamal deyib ki, iş düzəlmək ərəfəsindədir, müdir deyir ki, ona hədiyyə versin və qiyməti təxminən 1000 manat olan mobil telefon alaraq ona verməsini istəmişdir. Həmin vaxt onun nəğd pulu olmadığına görə “Kontakt Home” mağazasından qiyməti 900 manat olan 1 ədəd markasını unutduğu mobil telefonu kreditlə götürərək Nizami rayonu, metropolitenin “Xalqlar Dostluğu” stansiyasının qarşısında ona vermişdir. Təqsirləndirilən şəxs ona vəd etdiyi müddət bitdikdən sonra, o işin nə yerdə olduğunu maraqlandıqda Kamal onu ağır sözlərlə təhqir edərək onun işə düzəlməyinə köməklik etmədiyini, həmin pulu aldadaraq aldığını və həmin pulu qaytarmayacağını bildirmişdir. Daha sonra isə onun mobil telefonuna zəng çatmayıb. O bir neçə dəfəyə ondan 4 000 manat nəğd pul və 900 manatlıq mobil telefon almışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu, Kürkəndi kəndində qeydiyyatda olsa da Abşeron rayonu, Aşağı Sulutəpə qəsəbəsi, fərdi həyət evində ailəsi ilə birlikdə yaşayır. Təxminən 10 000 manata yaxın borcu olduğuna görə bankdan kredit götürərək həmin borcu qaytarmaq qərarına gəlmişdir. Həyat yoldaşı X2 Bakı şəhəri, Nəsimi rayonu, «Memar Əcəmi» metrostansiyasının yaxınlığında işlədiyi «Solida» qadın geyimləri mağazasında işləyən iş yoldaşı Gülnar adlı şəxs ilə bu barədə söhbət edən zaman, Gülnar Kamal adlı tanışının ona da kredit götürməyə köməklik göstərdiyini və lazım olacağı təqdirdə onları da onunla tanış edə biləcəyi barədə ona bildirib, bu səbəbdən də o həyat yoldaşına Kamala məxsus mobil nömrəni Gülnardan alaraq ona verməsini istəmişdir. Təxminən 2022-ci ilin aprel ayının sonlarında həyat yoldaşı həmin şəxsin əlaqə nömrəsini əldə edərək ona verib və o da həmin şəxsə zəng edərək kredit götürməyinə köməklik göstərməsini ondan xaiş etmişdir. Kamal adlı şəxs ona 10 000 manat məbləğində kredit götürməyi üçün vergi orqanlarında qeydiyyatda duraraq vergi ödəyicisinin eyniləşdirmə nömrəsini almağını, lakin VÖEN-nin 1 il geri tarix üçün açılmasının lazım olduğunu, 200 manat məbləğində pul müqavilində tanışları vasitəsilə geri tarixə ona VÖEN açılmağına köməklik edə biləcəyini bildirmişdir. O, Kamalın təklifi ilə razı olmuş və Kamal ona özünə məxsus plastik kart hesabını göndərmişdir. O da xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən «Bravo» marketdə «Milliön» ödəmə terminalı vasitəsilə həmin vəsaiti ona göndərmişdir. Bir neçə gün keçdikdən sonra Kamal ona zəng edərək istədiyi təqdirdə təxminən 15 000 manat məbləğindən artıq kredit götürə biləcəyinə köməklik göstərəcəyini və aylıq 500 manat ödəniş olunacağı barədə təklif etmişdir. Lakin bunun üçün VÖEN-nin 3 il geri açılmasının lazım olduğu üçün ondan əlavə 300 manat məbləğində pul istəmişdir. Özünün şəxsi evi olmadığından o həmin vəsaiti götürərək borcunu, qalan vəsaitə isə özünə mənzil almaq qərarına gəlmiş, bu səbəbdən də onun tələb etdiyi 300 manat məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsində yerləşən marketdə «Milliön» ödəmə terminalı vasitəsilə onun kart hesabına göndərmişdir. Bir neçə gün sonra Kamal ona yenidən zəng edərək «Asan» xidmətə gedərək VÖEN açılması üçün müraciət etməyini, müraciətdən sonra özü VÖENnin 3 il geri tarixə verilməsi üçün işi həll edəcəyini bildirmişdir. O Kamalın deiyi kimi «Asan» xidmətə və banka yaxınlaşıb, lakin onun banka 1 000 manat borcu olduğu üçün ona kredit ayrılmayacağını, kredit verilməsi üçün həmin borcun ödənilməsinin lazım olduğu və eyni zamanda borcunun olmaması barədə məlumatların 15 iş günü ərzində sistemdə görünməsinin lazım olduğunu bildiriblər. O bu barədə Kamala bildirib və Kamal, 15 iş gününün gec olduğu üçün 1 000 manat məbləğində pulu ona göndərməyini və özü bu işi həll edəcəyini bildirmişdir. O da onun dediyi kimi 1 000 manat məbləğində pul vəsaitini xx.xx.2022-ci il tarixdə ünvan 11 ünvanında yerləşən «Araz» marketdəki «Million» ödəmə terminalı vasitəsilə ona göndərmişdir. Sonuncu vəsaiti ona göndərdiyi tarixdən 2 gün sonra Kamal onun telefon zənglərinə cavab verməyib və sonradan telefonu söndürmüşdür. O, dəfələrlə onunla görüşmək istəsə də həmin şəxs müxtəlif bəhanələrlə onunla görüşməkdən imtina etmişdir. Kamala ümumilikdə 1500 manat məbləğində pul göndərmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs9 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. Belə ki, ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, özünə məxsus «Lada Kalina» markalı, RP-166-116 RUS dövlət nömrə nişanlı avtomaşınımla taksiçilik fəaliyyəti ilə məşğul olur, əsas dayanacaq yeri Qaradağ rayonu «Salyan dairəsi» adlanan yerdir, orada dayanıb müraciət edən müştəriləri ünvanlara aparır. 2022-ci ilin fevral ayının əvvəllərində həmin «Salyan dairəsi»də, üzü şəhər istiqamtində dayanıbmış, bir nəfər tanımadığı şəxs yaxınlaşıb onu «Qobu-park»a aparmasını xahiş etmişdir, danışıb razılaşaraq onu Lökbatan qəsəbəsi ərazisində olan «Qobu-park»a apararkən yolda həmin şəxs ona təklif etmiş ki, «iş axtaran olarsa və ya özü iş axtarırsa, ona müraciət edə bilər», həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi, «Socar»da yaxşı işdə iqşlədiyini və «Socar»a işləmək üçün gəlmək istəyən varsa, ona deməyini istəyib, özü müvafiq iş axtardığı üçün özünə görə ona müraciət etmiş və o ona sürücülük və sair yaxşı işlər təklif etmişdir, o demişdir ki, sürücü işi olsun, özünün «B» kateqoriyası ilə sürücülük vəsiqəsi var. Nəhayət Kamal ona sürücü işini düzəldə biləcəyinə söz verib və bildirib ki, öz maşını ilə aereportdan xarici vətəndaşları aparıbgətirmə işi ilə məşğul olacaq, bu işə görə 800-900 manat məvacib alacaq, hətta deyib ki, 3 aylıq məvacibi qabaqcadan verəcəklər, o razılaşmışdır, onu «Qobu-park-3» adlanan yaşayış yerinə aparıb 32 nömrəli binanın blokunun qarşısında düşürmüş və o yol haqqını ödəyib, ayrılarkən bir-birlərinin mobil nömrələrini götürmüşlər. O Mehmandan işə düzəlmənin hansı məbləğdə başa gələcəyini soruşsa da Kamal bir söz deməyib, həmin hadisədən 2-3 gün keçmiş Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng edib iş üçün hansı sənədlər lazım olduğunu demişdir, onun istəyinə görə o yaşayış yerindən arayış, sağlamlıq barədə arayış, Narkologiyadan arayış almalı imiş və o onun dediyi həmin sənədləri düzəldəndən sonra zəngləşiblər ki, görüşsünlər. O Kamalı «Qobu-park»dan evindən götürmüş və onu Sahil qəsəbəsi ərazisində yerləşən «Göy zavod» adlanan müəssisəyə aparıb, Kamal onu zavodun dayanacağında saxlayıb özü içəri keçmiş və təxminən 15-20 dəqiqədən sonra qayıdıb gəlib maşina oturmuşdur, onu yenə də «Qobupark»a aparmışdır, göy zavoda gedərkən Təqsirləndirilən şəxs ona bildirmişdir ki, «Socar»a işə girmək üçün geyim forması alınmalıdır və həmin geyim formasının pulu indi verilməlidir, bu danışıq 2022-ci ilin fevral ayının 21-də olmuşdur və o maşında ona geyim forması üçün Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində olan «Göy zavod»un dayanacağında, maşında 60 manat pul verib, sonra oradan geri qayıdanda, həmin tarixdə maşında Kamal bildirib ki, «bilirsən də, bunllar havayı iş görmürlər, onların bahalı restoranlarda, bahalı yeməklər yediklərini demişdir və işə düzəltmək üçün 500 manat pul istədiklərini deyib, o da bildirmişdir ki, o qədər pulu yoxdur və 300 manat verə biləcəyini bildirib, Kamal bildirmişdir ki, danışar, 300 manatla razılaşarlarsa, deyəcək və o yenə də onu gətirib «Qobu-park»da düşürüb ayrılmışlar, axşam ona zəng edib demişdir ki, 300 manatla razılaşmırlar və hissə-hissə ödəməyi təklif edib, elə həmin gün, yəni xx.xx.2022-ci il tarixdə axşam vaxtı o Yasamal rayonu Şərifzadə küçəsində, İnşaatçılar metrostansiyasının üstündə olan «Rabiitə-bank»da olan milliön ödəmə terminalı vasitəsilə Kamalın verdiyi hesab nömrəsinə 280 manat pul göndərib, sonra Kamal zəng edib pulun çatdığını deyib. 2 gün sonra on zəng edib ki, gəlib onu götürsün, işi alınıb, onu işə aparsın, o yenə də Kamalın yaşadığı «Qobu-park»a getmiş, zəng etmiş, lakin Kamal cavab verməyib, evdən də çıxmayıb, 1-2 saatdan sonra özü ona zəng edib deyib ki, «işi çıxıb, onu başqa yerə göndəriblər, bu gün alınmayacaq, sabah görüşərik», lakin sonra ondan səs çıxmayıb, 2 gün sonra ona zəng etmiş və cavab verib ki, verdiyim 280 manatla razı olmayıblar, əlavə olaraq 300 manatda verilməlidir, o çox çalışmış ki, məbləği azaltsın, lakin razılaşmayıb və o evdən toplayıb 300 manat da düzəldib xx.xx.2022-ci il tarixdə İnşaatçılar metrostansiyasının üstündə olan «Rabitə-bank»ın binasında olan milliön ödəmə terminalı vasitəsilə Kamalın verdiyi hesab nömrəsinə göndərib, beləliklə paltar pulu ilə birlikdə o Təqsirləndirilən şəxs 640 manat pul vermişdir, Kamal sonra zəng edib həmin 300 manatı da aldığını bildirib. Bundan sonra Kamal tapılmayıb, edilən zənglərə cavab verməyib, onu düşürdüyü ünvana getmiş, lakin onu orada tanıyan olmayıb, ancaq bir dəfə onu həmin ünvanda görüb maşını saxlayıb dalınca düşənə kimi qaçıb gizlənib. Onda başa düşmüş ki, Təqsirləndirilən şəxs onu aldatmışdır, ona görə də DİN-nin 102 xidmətinə zəng edib məlumat verib və sonra da onu Baş Prokuror Yanında Korrupsiya idarəsinə çağırıblar və o faktla əlaqədar ərizə vermişdir, orada da ona Binəqədi RPİ-dən çağırılacağımı deyiblər, lakin ora çağırılmamışdır. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsini, şəxsiyyət vəsiqəsini və maşının texniki pasportunu veribmiş, Kamal həmin sənədlərin kserosurətini çıxarıb əslini ona qaytarmışdır. Belə ki, ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Zəngilan rayonu, Zərnəli kəndində qeydiyyatda olsa da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Y/S 2704, ev 224 fərdi həyət evində ailəsi ilə birlikdə yaşayır. 2000-ci ildən bu günədək Bakı şəhəri, Sabunçu rayonu, X19 7 nömrəli Birləşmiş Xəstəxanada həkim-anestezioloq işləyir. Təxminən 2022-ci aprel ayının 19-20-si tarixlərində Təqsirləndirilən şəxs xəstə kimi ona müraciət etmişdir və onlar tanış olan zaman Kamal, “Socar” şirkətində kadrləar şöbəsində işləməsi barədə və işlədiyi təşkilatla bağlı ona istənilən köməklik göstərə biləcəyi barədə bildirmişdir. Ona məxsus, lakin, qohumu X4 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən evə çıxarış alması üçün DƏDRX-nə müraciət etdiyini, həmin evin torpaq sahəsinin “Socar” şirkətinə məxsus ərazidə yerləşdiyindən, o həmin şəxsə çıxarış alması üçün “Socar” şirkətində razılıq məktubu verilməsinə köməklik göstərməsini xaiş edib. Kamal ona 4 000 manat məbləğində pul müqavilində köməklik göstərə biləcəyini, ilkin olaraq 1 000 manat və qalan 3000 manat məbləğində vəsaiti isə iş düzəldikdən sonra verəcəyi barədə ona bildirib. O Kamalın təklifi ilə razılaşmışdır. Bundan sonra o Təqsirləndirilən şəxs adlı şəxs ilə işlədiyi xəstəxanada görüşərək tələb etdiyi 1 000 manat məbləğində vəsaiti ona verib. Lakin Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda ona zəng edərək ondan pul verməsini tələb edib, hətta ona danışıqlarına əsasən 3 000 manat məbləğində pulu sonda verəcəyinə dair sövdələşdiklərini bildirdikdə Kamal ona bildirib ki, ondan aldığı pulu işi həll edən torpaq idarəsinin və “Socar” şirkətinin vəzifəli şəxsləri tərəfindən tələb olunur. İşin həll olunması üçün onların ilkin danışıqları 4 000 manat olmasına baxmayaraq, Kamal sonradan ondan əlavə 4 100 manat məbləğində də pul tələb edərək həmin vsaiti də ondan almışdır. Belə ki, sonradan o ona xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən “Bazra Store” adlı marketdə “eManat” ödəmə terminalı vasitəsilə 1 000 manat və xx.xx.2022-ci il tarixdə 3 000 manat, xx.xx.2022-ci il tarixdə ünvan 6 ünvanında “Araz” marketdəki “eManat” ödəmə terminalı vasitəsilə 1 000 manat, xx.xx.2022-ci tarixdə ünvan 16 ünvanında yerləşən “Bazar Store” marketindəki “Million” ödəmə terminalı vasitəsilə 500 manat, xx.xx.2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən “Araz” marketdəki “eManat” ödəmə terminalı vasitəsilə 100 manat, xx.xx.2022-ci il tarixdə 1 000 manat və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən 4 saylı YDM-dəki “eManat” ödəmə terminalı vasitəsilə 300 manat və sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə onun ona verdiyi 416974** ****7582 saylı plastik kart hesabına 200 manat məbləğində pul vəsaiti köçürmüşdür. Təxminən, 2022-ci ilin may ayının 8-9 tarixində ona DƏDRX-dən imtina məktubu gəldikdə o Təqsirləndirilən şəxs zəng edərək məlumat verib, həmin şəxs narahat olmamasını, qısa zamanda işin həll olunacağını, əks halda ondan aldığı 8 100 manat məbləğində pulu geri qaytaracağını bildirib. Lakin, buna baxmayaraq Təqsirləndirilən şəxs sonradan özünə məxsus mobil telefon nömrəsini söndürüb və onu həmin vaxtdan sonra görməyib və onunla əlaqə saxlaya bilməyib. Dələduzluq yolu ilə etibarından sui-istifadə edərək 8 100 manat məbləğində pulunu ələ keçirən Təqsirləndirilən şəxs qanunazidd əməlləri barəsində qanuna müvafiq tədbirlər görülməsini və dələduzluq yolu ilə ondanq aldığı həmin vəsaitin geri qaytarılmasına köməklik göstərilməsini xahiş edir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs nağd şəkildə 1 000 manat məbləğində pulu qaynı Səbuhi Səfərovun iştirakı ilə vermişdir. Ödəmə terminalları və kart hesabı ilə köçürmə yolu ilə ona göndərdiyi vəsaitlərə çeklərin surətlərini təqdim etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış X5 və Şahid2 qızının məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. Belə ki, ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin sentyabr ayından Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsində yerləşən «All Sizin» otelinin qəbul şöbəsində işləyir. Dayısı Zərərçəkmiş şəxs7 Həmdulla oğlu da həmin oteldə aşbaz işləyir. Təxminən 2022-ci ilin mart ayından Təqsirləndirilən şəxs o işləyən otelə müştəri kimi gəlib və həmin vaxtdan onun Kamalla münasibəti yaranıb, dəqiq tarixini unutmuşdur, 2022-ci ilin aprel ayının əvvəllərində həmin Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng edərək dayısı Möhübbətin mobil nömrəsini ondan istəyib, o da Kamalın otelə gələcəyini və nəsə sifariş verəcəyini düşünüb dayısı Möhübbətin mobil nömrəsini Kamala verib, lakin onların mobil telefonla danışıb-danışmadıqları, nə barədə danışmaları barədə maraqlanmayıb. Bir neçə gün sonra dayısı Möhübbətlə Kamal arasında iş barəsində danışıqlar olmasını və dayısının Kamala hansısa sənəd verməsini görüb, lakin yenə də onların aralarında nə olmasını maraqlanmayıb, dayısı da ona bu barədə deməyib, bir neçə gün sonra isə dayısı Möhübbət ona bildirib ki, Kamala «Socar»da işə düzəlməklə əlaqədar indi yadında qalmayan məbləğdə pul vermişdir, lakin Kamal onu aldatmış və vəd verdiyi işi düzəltməmişdir. Kamal onun dayısını, biibisi İqbaləni və dayısı qızını Artyomda «Socar»a aid hansısa idarəyə aşbaz işinə düzəldəcəyinə söz veribmiş, lakin vədinə əməl etməmiş və bu hadisədən sonra Kamal onların otellərinə gəlməyib və o onu görməmişdir, 15 aprel 2022-ci il tarixdə isə bilmişdir ki, dayısı Möhübbət Kamalın ona qarşı etdiyi dələduzluqla əlaqədar polisə şikayət etmişdir, bu yaxınlarda da eşitmiş ki, Təqsirləndirilən şəxs bir neçə vətəndaşları aldadıb pullarını almış və vəd verdiyi sözə əməl etmədiyindən tutulmuşdur. Belə ki, ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 Həmdulla oğlunun bacısıdır. Möhübbətin polisə şikayəti ilə əlaqədar bildirir ki, aradan uzun müddət keçdiyindən tarixini unutmuşdur, təxminən 2022-ci ilin aprel ayının əvvəllərində qardaşı Möhübbət onunla əlaqə saxlayıb Kamal adlı şəxsin ona Artyom adasında «Socar»ın hansısa idarəsində aşbaz işinin olmasını demişdir və həmin işə dürmaq üçün sənədlər toplamaq lazım olduğunu bildirmişdir, o da Möhübbətə sənədlərini yığıb verib ki, həmin işə onu götürsün. Qardaşı Möhübbət bir neçə gün sonra ona bildirib ki, Kamala onun sənədlərini və 907 manat pul vermişdir. Kamal ondan başqa Möhübbətin özünü və qızını da itşə düzəltməyə söz veribmiş və üçünün sənədlərinin düzəldilməsi üçün 245 manat pul xərcləmişlər. Bir neçə gün sonra qardlaşı Möhübbət ona bildirmişdir ki, Kamal onu aldatmış və verdiykləri pulu mənimsəmişdir, ona görə də 15 aprel 2022-ci il tarixdə qardaşı bu barədə ərizə vermişdir. O Kamal adlı şəxsi tanımır, onun sifətini görməmişdir və onunla hər hansı danışıq aparmamışdır, həmin işlə əlaqədar qardaşı Möhübbət ümumilikdə 907 manat pul vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Binəqədi rayonunda yerləşən BDYP-nin həyətində baxış keçirilmişdir. Qeyd olunan ünvan Binəqədi şossesində yolun kənarında yerləşir. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəfindən qeydiyyat imtahan idarəsinin qarşısında aldadılıb. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. ƏN-V seriyalı, 867867 nömrəli etibarnamənin surətindən görünür ki, X12 tərəfindən Zərərçəkmiş şəxs3 “RAvon Nexia R3” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmək səlahiyyəti verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 dekabr 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Cəzası N ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 182.2.2-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə cəzası 06 ilə endirilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 08 il N ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə cəzası 07 ilə endirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 180.1-ci maddələri ilə təqsirli bilinib 02 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2015-ci ildə vaxtında əvvəl şərti azad edilmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 02 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 25 ünvanına baxış keçirilmişdir. Baxış zamanı V.Rubail sonuncu məbləği qeyd olunan ünvanda Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Baxış keçirilməsi (götürmə) haqqında” 26 mart 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsində fərdi evdə yaşayan Zərərçəkmiş şəxs4 iştirakı ilə protokol tərtib edilmişdir. Hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Binə ticarət mərkəzində 1-ci mərtəbədə, 3-cü sıra, 1ci korpus, 19 saylı mağazadır. Mağazanın adı “Oliqarx” kişi geyimləri dükanıdır. A.Ramil bildirmişdir ki, işə düzəlmək adı ilə Təqsirləndirilən şəxs həmin dükanda pul vermişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İttiham elan etmək üçünşəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 18 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrı xx.xx.1982-ci il təvəllüdlü Zəngilan rayonu, Ağalı kəndində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Zəngilan rayonu Ağalı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs ittiham elan etmək üçün barəsində axtarış eılan edilməsi və tutulması, Təqsirləndirilən şəxs tutulduqda Binəqədi RPİnin MSY-nə təhvil verilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin könüllü gəlməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, barəsində axtarış içi açılmış Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nə özü könüllü gəlmişdir. “Təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında” 28 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş və o, X10 azad olunmuşdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” 28 mart 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Baxış keçirilməsi haqqında” 30 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Socar” idarəsinin yaxınlığıdır. Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə pul verdiyi yeri göstərmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Hadisə yerinə baxış və götürülmə barədə” 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsidir. Hadisə yerinə baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “CD diskə baxış keçirilməsi və götürülməsi barədə” 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs7 Həmdulla oğlu tərəfindən onunla İsmayılov Kamaı arasında aparılmış yazışma müəyyən edilən CD disk təqdim edilmişdir. Təqdim edilmiş CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən protokol tərtib edilərək götürülmüşdür. 21 iyun 2022-ci il tarixli “Tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə könüllü olaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gəlmişdir. Qaradağ RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-112/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərarından görünür ki, təqdimat və vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 01 ay 25 gün müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. “İfadənin yerində yoxlanılması haqqında” 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs10 göstərdiyi ünvan 11 ünvanına gəlinmişdir. Orada Zərərçəkmiş şəxs10 xx.xx.2022-ci il tarixdə sonuncu dəfə Təqsirləndirilən şəxs 1000 manat pulu “Milliön” ödəmə terminalı vasitəsi ilə göndərdiyi yeri göstərmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “CD-R diskdəki görüntülərə baxış keçirilməsi və danışıqların dinlənilməsi haqqında” 18 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs otağın ortasında dayanıb ayaq üstə durmaqla sol əlində tutduğu 100-lük əskinasları bir-bir saymaqla 10 ədəd cəmi 1000 manat olan pulu xx.xx.2021-ci il tarixdə qarşısında dayanmış Zərərçəkmiş şəxs2 alır. Həmin pulu 3 gündən sonra qaytaracağına söz verir. CD disk istintaq üçün əhəmiyyət kəsb etdiyindən götürülərək iş materiallarına əlavə edilmişdir. “Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında” 21 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs10 tərəfindən təqdim edilmiş 03 vərəqədən ibarət 03 ədəd ödəmə terminalı qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu Tbilisi prospekti 3007-də yerləşən «Bravo» Hipermarketdən 416974******7582 kört hesab nömrəsinə 200 manat, xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu C.Səlimov küçəsi «Şərab evi» marketdən həmin kart nömrəsinə 200 manat, xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu İ.P.Dadaşov küçəsi 53 Araz marketdən həmin kart nömrəsinə 1000 manat pul köçürülmüşdür (İ-cild, səhifə 13-15). Cinayət işinin materiallarına əlavə edilmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs9 Bəhman oğlunun təqdim etdiyi 09 vərəqədən ibarət 09 ədəd ödəmə terminalı qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 20:47-də Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi-45 ünvanından 416974******7582 kart hesabına 1 000 manat, həmin gün, saat 11:42-də həmin ünvandan 2 000 manat, xx.xx.2022-ci il tarixdə, saat 12:09-da həmin ünvandan həmin kart hesab nömrəsinə 1 000 manat, xx.xx.2022-ci il tarixdə Qaraçuxur qəsəbəsi Yusif Eyvazov 2s ünvanından həmin kart hesab nömrəsinə 1 000 manat, xx.xx.2022-ci il tarixdə Xətai rayonu Saraevo küçəsi 22A məh. 2325 Bazarstordan həmin kart hesab nömrəsinə 500 manat, xx.xx.2022-ci il tarixdə həmin kart hesab nömrəsinə 100 manat, xx.xx.2022-ci il tarixdə həmin kart hesab nömrəsinə 1 000 manat, xx.xx.2022-ci il tarixdə həmin kart hesab nömrəsinə 300 manat, həmin tarixdə, həmin kart hesab nömrəsinə 200 manat pul köçürülmüşdür (İ cild, səhifə 23-31). Cinayət işinin materiallarına əlavə edilmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi «Kapital Bank»a aid bank kartlarından görünür ki, birinci kartın kodu 4169 7413 0535 0843, ikinci kartın nömrəsi isə 5404 0852 3891 9106-dır. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirib ki, həmin kart nömrələrini Təqsirləndirilən şəxs «WhatsApp» proqramı vasitəsilə ona göndəribmiş ki, həmin kart nömrə hesabına pul göndərsin. Bundan əlavə zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi ödəmə qəbzlərindən biri xx.xx.2021-ci il tarixdə Masazır qəsəbəsi, Ə.Vahid küçəsində olan ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs 5**** 9106 kart nömrəsinə 500 manat, Həmin ünvandan həmin kart hesabına xx.xx.2021-ci il tarixdə, saat 14:02:04-də 3 000 manat, həmin ünvandan, həmin tarixdə, saat 12:00:10da həmin kart hesabına 2 000 manat, yazıları silinmiş başqa qəbzlə 100 manat, xx.xx.2021-ci il tarixdə, saat 12:55:55-də Xırdalan şəhəri H.Əliyev prospektindən həmin kart hesabına 2 000 manat, xx.xx.2021-ci il tarixdə, saat 15:19-da Masazıo qəsəbəsi, Ə.Vahid küçəsində olan terminaldan həmin kart hesabına 1 000 manat, xx.xx.2021-ci il tarixdə, saat 22:31-də Bakı-Sumqayıt şossesi Təqsirləndirilən şəxs adına olan həmin kart hesabına 300 manat pul göndərmişdir (İ-cild, səhifə 171-173). Cinayət işinin materiallarına əlavə edilmiş və iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs5 təqdim etdiyi ödəmə terminalı qəbzlərindən görünür ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi, 28 May küçəsində olan «BRAVO»da olan terminal vasitəsilə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına olan 4****7582 kart hesab nömrəsinə 80 manat, xx.xx.2022-ci il tarixdə yenə həmin ünvandan Təqsirləndirilən şəxs adına olan həmin kart hesab nömrəsinə 500 manat pul göndərilməsi qeyd edilmişdir(İİ-cild, səhifə – 23). Cinayət işinin materiallarına əlavə edilmiş və iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs7 Həmdulla oğlunun təqdim etdiyi ödəmə qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına 500 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə Binəqədi qəsəbəsi Davudoğlu küçəsində olan «OBA» marketdən İ***** K***** A***** adına 416974******7582 kart hesab nömrəsinə 297 manat pul köçürülmüşdür(İİ-cild, səhifə-108). Ödəmə qəbzlərinə baxış keçirilməklə müəyyən edildi ki, qəbzlərdə göstərilən 4169 7413 0535 0843 və 5404 0852 3891 9106 hesab nömrəli kartlar Təqsirləndirilən şəxs məxsusdur, həmin hesab nömrələrində ödənilmiş məbləğlər və məbləğlər iş üzrə zərərçəkmişlər – Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs9 bəhman oğlu, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 Həmdulla oğlunun ifadələrində göstərilən məbləğlərlə eynilik təşkil edir. “Maddi sübut hesab etmə haqqında” 21 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 Həmdulla oğlunun təqdim etdiyi 01 ədəd və Zərərçəkmiş şəxs2 Namik oğlunun təqdim etdiyi 01 ədəd disklər ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmişdir. Maddi sübut hesab edilmiş 02 ədəd disklər ********* nömrəli cinayət işinin materiallarında saxlanılmışdır. Zərərçəkmiş şəxs7 Həmdulla oğlu tərəfindən məhkəmə iclasında təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənmişdir, onunla barışmışdır, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və Zərərçəkmiş şəxs7 Həmdulla oğluna vurulmuş ziyanı tam olaraq ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən cinayətlərin residivi qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda təhlükəli sayılır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə olan halda Təqsirləndirilən şəxs əvvəllər törətdiyi ağır və az ağır cinayətlərə görə məhkumluğu hazırda ittiham olunduğu CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyi zaman ödənilmədiyindən əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə mülkiyyət əleyhinə cinayət törətdiyinə görə məhkum olunmasını onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, zərərçəkmiş şəxslərə vurulmuş zərərin ödənilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət cəza müddətinə hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə maddi sübut - 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 300 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 300 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-84/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-84/2023
17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver