Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-84/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:50 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X2 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi2, «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və 02 övladı olan, orta təhsilli, məhkumluğu olmayan, əvvəllər "xxxx" MMC-də ekspeditor vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və hal-hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 4(005)- 1378/2023 saylı qərarla həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 14,31 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib hissələrə ayırmaqla 09 ədəd kağız bükümdə və 02 ədəd kibrit qutusunda qablaşdırıb xırda bağlamalar halında idarə etdiyi avtomobildə saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 19 sentyabr 2023-cü il tarixdə saat 16:00-da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanının yaxınlığına saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və həmin gün saat 18:28 dəqiqədən etibarən idarənin inzibati binasının həyətində özünün razılığı və iştirakı ilə idarə etdiyi “DAEWOO DAMAS” markalı, **-MD-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin salon hissəsində qabaq sol oturacağın arxa tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 09 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,55 qram, 0,55 qram, 0,78 qram, 0,48 qram, 0,77 qram, 0,49 qram, 0,48 qram, 0,50 qram, 0,45 qram və 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,68 qram və 4,58 qram olmaqla, ümumilikdə təmiz çəkisi 14,31 qram eyni tərkibli, bitki mənşəli kütlələr, tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışında verdiyi qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5-10 ildir ki, müxtəlif narkotik vasitələrindən istifadə edir. 17 sentyabr 2023-cü il tarixdə yaşadığı ünvanının yaxınlığında piyada gəzən zaman yerdə bir sellofan paket diqqətini çəkmişdir. Paketi açıb içərisinə baxan zaman onun içərisində müxtəlif bükümlərdə narkotik vasitə marixuananın olduğunu görmüşdür. Həmin bükümləri sellofan torba ilə birlikdə götürüb şəxsi istifadəsi üçün maşına qoymuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmçinin tapmış olduğu bu büküm barədə heç kimə məlumat verməmişdir. Həmin narkotik vasitdən müəyyən miqdar özü istifadə etdiyini, həmçinin qalan hissəsinin isə yadından çıxıb avtomobilində qaldığını söyləmişdir. 19 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində ünvan 4 ünvanın qarşısında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmadığını soruşmuş o da yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Daha sonra isə video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmiş üzərindəki əşyaları təqdim etmişdir. Üzərindəki pul əsginasları 6.050 manat məbləğində olmuşdur. Müxtəlif apketlərə dərman apardığından qeyd edilən məbləğdə pul "xxxx" aptekinə məxsusdur. O pulu qanunsuz yolla əldə etməmişdir. Bundan sonra onun iştirakı ilə idarə etdiyi “Daewoo” markalı, **-MD-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və sellofan paketin içərisindən 09 ədəd kağız bükümün və 02 ədəd kibrit qutusunun içərisində marixuana olması aşkar edilmişdir. Son olaraq əməlindən səmimi peşman olduğunu, himayəsində biri azyaşlı olmaqla üç övladının olmasını və həyat yoldaşının olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasını qeyd edərək barəsində yüngül cəza verilməsini, həmçini üzərindən aşkar edilərək götürülən pulun "xxxx" MMCnin nümayəndəsinə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsini daşıyır. 19 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 19 sentyabr 2023-cü il tarixdə saat 15-16 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ərazisində olması müəyyən edilmiş, bunun üçün həmin yerə getmişlər. Saat 16:00-da ünvan 4 ünvanın yaxınlığında “Daewoo” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olduğunu müşahidə etmişlər. Həmin vaxtı ona yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş və yanında dayandığı “Daewoo” markalı avtomobilin onun istifadəsində olduğunu qeyd etmişdir. Bundan sonra barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu avtomobili ilə birlikdə DİN-in BMCMİ-nə dəvət etmişlər. O da etiraz etmədən onlarla BMCMİ-nə gəlmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və idarə etdiyi “Daewoo” markalı, **-MD-*** qeydiyyat nişanlı avtomobilində narkotik maddə olmasını, avtomobilə baxış keçirilməsinə dair heç bir etirazının olmadığını bildirmişdir. Avtomobildən salonundan 01 ədəd şəffaf sellofan paketi çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin sellofan paketin içərisində “marixuana” adı ilə tanıdığı narkotik maddələr olmasını bildirmişdir. Bundan sonra həmin sellofan paketin içərisinə baxış keçirilmiş, 09 ədəd kağız bükümdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr, eləcə də 02 ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olması aşkar edilmişdir. Verilən suallara cavab olaraq, əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını, saxlanılan Təqsirləndirilən şəxs onlara müqavimət göstərmədiyini və heç bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 iş üzrə digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək cinayət işi ilə bağlı qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlib şahid qismində ifadə verməyən Şahid3 ifadəsi məhkəmə iclasında elan edilmişdir. İbtidai istintaq zamanı veridiyi ifadəsindən görünür ki digər şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan fakları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.1968-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 16:00-da ünvan 4 ünvanın yaxınlığında darə etdiyi, “Daewoo” markalı, **-MD-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış, eləcə də idarə etdiyi avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxslə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, tərəfimizdən müşayiətimiz altında saxlanıldığı yerdən həmin avtomobil ilə birlikdə Baş İdarəyə gətirilmişdir. Məhkəmədə tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və DVD diskdən aydın olur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs öz üstündə hazırda narkotik vasitə olmasa da, idarə etdiyi avtomobildə narkotik vasitə olmasını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara cins şalvarının sağ yan cibindən 01 ədəd mobil telefonu, 02 ədəd avtomobil açarını, həmin cins şalvarının sol yan cibindən isə pul əsginaslarını çıxarıb təqdim etməklə masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs üstündə başqa hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Daha sonra təqdim olunan əşya və predmetlərə ardıcıllıqla baxış keçirildi. İlk öncə Təqsirləndirilən şəxs əşkar olunan 01 ədəd mobil telefona baxış keçirildi. Mobil telefon qara rəngli, “Kgtel” markalı idi. Bundan sonra Təqsirləndirilən şəxs həmin mobil telefonun özünə məxsus olmasını və içərisində ***-***-**-** saylı mobil nömrəsinin olmasını bildirdi. Daha sonra Təqsirləndirilən şəxsdan aşkar olunan 02 ədəd açara baxış keçirildi. Təqsirləndirilən şəxs açarların da idarə etdiyi avtomobilə aid olmasını bildirdi. Daha sonra təqdim olunan pul əsginaslarına baxış keçirildi. Pul əsginasları 6.050 manat məbləğində idi. Təqsirləndirilən şəxs həmin pul əsginaslarının onun özünə məxsus olmasını və qanunsuz yolla əldə etmədiyini bildirdi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs hazırda üstündə heç bir narkotik maddə olmadığını, lakin idarə etdiyi “DAEWOO” markalı, **-MD-*** qeydiyyat nişanlı avtomobilində narkotik maddə olmasını, avtomobilə baxış keçirilməsinə dair heç bir etirazının olmadığını bildirdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 02 ədəd açar müvəqqəti olaraq şəxsin özünə geri qaytarıldı. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 adəd “Kgtel” markalı mobil telefon və 6.050 manat pul əsginasları iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Məhkəmədə tədqiq olunan “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və DVD diskdən aydın olur ki,Təqsirləndirilən şəxs idarə etdiyi “DAEWOO” markalı, **-MD-*** qeydiyyat nişanlı avtomobildə narkotik maddə olan “marixuana” saxlamasını ildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “DAEWOO” markalı, **- MD-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan milmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin imasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi 'DAEWOO” markalı, **-MD-*** qeydiyyat nişanlı avtomobilə onun özünün icazəsi və iştirakıTəqsirləndirilən şəxsun özünün icazəsi və ı ilə onun idarə etdiyi “DAEWOO” markalı, **-MD-*** qeydiyyat nişanlı avtomobilə keçirildi. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunan avtomobilin sol, qabaq, yan qapısını və avtomobilin salonundan uzanaraq oturacağın arxasına qoyduğu 01 ədəd şəffaf m paketi çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs həmin sellofan paketin içərisində ; marixuana” adı ilə tanıdığı narkotik maddələr olmasını bildirdi. Bundan sonra həmin sellofan paketin içərisinə baxış keçirilməyə başladı. Sellofan paketin içərisindən 09 ədəd kağız idə içərisində ot formalı, yaşıl rəngli, xüsusi spesifik iyə malik, narkotik vasitə ulmuş marixuanaya oxşar kütlələr, eləcə də 02 ədəd kibrit qutusunun içərisində ot formalı, yaşıl rəngli, xüsusi spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya oxşar izlər olması aşkar edildi. Həmçinin qeyd olunan kütlələrin içərisində olduqları sellofan 1 ədəd marixuanaya oxşar izlər olması müəyyən edildi. Bundan sonra avtomobildən olunmuş 09 ədəd kağız bükümdə və 02 ədəd kibrit qutusunda olan narkotik vasitə ulmuş marixuanaya oxşar kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik undan tərəfimdən içərisində olduqları 01 ədəd şəffaf rəngli sellofan paketlə birlikdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhrlənərək iştirakçılar tərəfindən imzalandı. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 20 sentyabr 2023-cü il tarixli 3-16-16-2-7/1321 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən...” yazısı və imzalar olan kağız bağlamadaki bir ədəd sellofan bağlamada sellofan torbacığların içərisində 09(doqquz) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,55qram; 0,55qram; 0,78qram; 0,48qram; 0,77qram; 0,49qram; 0,48qram; 0,50qram; 0,45qram və sellofan torbaçığlarda 02(iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda :əmiz çəkiləri: 4,68qram; 4,58qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 14,31 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 23 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/2078 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs aşkar edilmiş dərman preparatları...” sözləri olan kağız yapışdırılmış 4 ədəd polietilen bağlamadaki adları 1 saylı cədvəldə sadalanan dərman prepartalarının tərkiblərində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə, prekursorlara məxsus komponentlər aşkar edilmədi və həmin dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına,. ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunanlarım siyahıları” na və “Güclü təsir edən maddələr və onların külü miqdarının habelə zəhərli maddələrin siyahıları”na daxil deyildirlər. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 6240 saylı rəyindən görünür ki, kannabinoidlərin istifadə etmə hallar olub. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş 01 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş və telefonda cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1/3829 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada son 10 ildə müalicədə olmamışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 ünvanlanmış 1/4716 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13190 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq edilmiş “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi” haqqında 13 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zəngləri, sms mətnləri barədə məlumatları əks etdirən 01 ədəd CD diskə baxış zamanı ***-***-**-** saylı Təqsirləndirilən şəxs istifadəsində olduğunu bildirdiyi müxtəlif nömrələrdən “telefonu qaldır da ala uşaq cıxıb gedəcək indi bütöv lazımdı”, “Əmi axsamın xeyir pul yoxumdu imkan varsa mene biraz vererdin sabah yoluna qoyaram”, “Nəriman əmi deyir sabah səhər burda işdə olacaq puluda vericek. İndi 2 dənə verdə lazımdı axı” məzmunda mesajlar daxil olmuşdur. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 6050 manat pul vəsaitinin iş üzrə istintaq tamamlananadək saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilməsi, 01 ədəd “Kgtel” markalı mobil telefonun, sürücülük vəsiqəsi və 02 ədəd bank kartının təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılması, “Daewoo Damas” markalı nəqliyyat vasitəsi, həmin nəqliyyat qeydiyyat şəhadətnaməsi, 01 ədəd etibarnamə və nəqliyyat vasitəsindən aşkar edilmiş dərman vasitələrinin nümayəndəsi vasitəsilə "xxxx" MMC-yə qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekpertiza tədqiqatından sonrakı qalıq qalmış 13,76 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası BMCMİ-nin maddi sübutları saxlanılma hissəsinə təhvil verilmişdir. Həmçinin şəxsi axtarış zamanı çəkilmiş videogörüntünü əks etdirən 01 ədəd DVD, Baxış və Götürmə keçiriən zaman aparılmış 01 ədəd DVD, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD və "xxxx" ASC-dən daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarili hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması” haqqında 19 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 16:00 radələrində Nuriyev X4 Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,4(005)- 1378/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanda yaşayır və ailə tərkibi 03 övladı və həyat yoldaşından ibarətdir. Həmçinin təqsirləndirlən şəxs barəsində təqdim edilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən ünvanda yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq edilən “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində 02 övladı və həyat yoldaşı vardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəsindən ibarət olan bükümləri tapdığını, onu öz istifadəsi üçün saxladığını və narkotik vasitələrin satışı ilə məşğul olmadığı ilə bağlı ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, şəxsin törətmiş olduğu cinayət əməli, onun istifadəsində olan mobil telefondan çıxarılmış sms danışıqlarından, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri, məhkəmə baxışı zamanı “DVD” diskə baxış keçirilərkən və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, bildirdiyinə görə 1-i azyaşlı olmaqla himayəsində 03 övladının və həyat yoldaşının olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasını, qeydiyyatda olduğu yer üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa onun əvvəllər cinayət əməli törədərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq yenidən eyni xarakterli cinayət əməli törətməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzası azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyindən, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrində göstərilmişdir ki, məhkəmə cinayət törətmiş narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirləri təyin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası BMCMİ-nin maddi sübutları saxlanılma hissəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,76 qram olan narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış 02 ədəd DVD və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD və "xxxx" ASC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Bundan başqa “Şəxsi axtarış və götürmə zamanı” Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmiş 6050 manat pul vəsaiti sahibinə "xxxx" MMC-yə qaytarılmalıdır. Həmçinin 01 ədəd “Kgtel” markalı mobil telefonun, sürücülük vəsiqəsi və 02 ədəd bank kartının təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılması, “Daewoo Damas” markalı nəqliyyat vasitəsi, həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 01 ədəd etibarnamə və nəqliyyat vasitəsindən aşkar edilmiş dərman vasitələrinin "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. Həmçinin iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 159 (yüz əlli doqquz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respublikası BMCMİ-nin maddi sübutları saxlanılma hissəsinə təhvil verilmiş 13,76 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD formatlı, avtomobilinə baxış keçirilməsi ilə bağlı video görüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk və sms mətnlərinin əks olunduğu 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 159 (yüz əlli doqquz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmiş 6050 manat pul vəsaiti "xxxx" MMC-yə qaytarılsın. Şəxsi axtarış və götürmə zamanı 01 ədəd “Kgtel” markalı mobil telefon, sürücülük vəsiqəsi və 02 ədəd bank kartının təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılması, “Daewoo Damas” markalı nəqliyyat vasitəsi, həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 01 ədəd etibarnamə və nəqliyyat vasitəsindən aşkar edilmiş dərman vasitələrinin "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-84/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-84/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver