Məhkəmə qərarları › İş №1(005)-84/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-84/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-84/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 14:20 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixində İmişli rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan, 23 dekabr 2023-cü il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 06 dekabr 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən, giriş-çıxışı sərbəst olan binanın dəhlizində heç kimin olmamasını istifadə edib, həmin binanın 1-ci mərtəbəsinin dəhlizində Zərərçəkmiş şəxs4 məxsus 400 manat dəyərində 01 ədəd “Formula” markalı velosipedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 400 (dört yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə təkrar 15 dekabr 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən, giriş-çıxışı sərbəst olan binanın dəhlizində kimin olmamasını istifadə edib, həmin binanın 1-ci mərtəbəsinin dəhlizində Zərərçəkmiş şəxs1 məxsus 500 manat dəyərində 01 ədəd “Mercury” markalı velosipedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 500 (beş yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə təkrar 16 dekabr 2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən, giriş-çıxışı sərbəst olan binanın dəhlizində heç kimin olmamasını istifadə edib, həmin binanın 6-cı mərtəbəsinin dəhlizində Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 1500 manat dəyərində 02 ədəd “Star” markalı velosipedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 (min beş yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs oğlıı özgənin əmlakını talamaq məqsədi ilə təkrar 17 dekabr 2023-cü il tarixdə ünvan 6 ünvanında yerləşən, giriş-çıxışı sərbəst olan binanın dəhlizində heç kimin olmamasını istifadə edib, həmin binanın 1-ci mərtəbəsinin dəhlizində X2 məxsus ümumilikdə 1200 manat dəyərində 02 ədəd “Stels Navigator 930" markalı velosipedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 1200 (min iki yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilən təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, işləmədiyindən və pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. 15 dekabr 2023-cü il tarixdə yaşadığı ünvan 7 ünvanından çıxaraq piyada ünvan 8 ünvanda yerləşən Sərhəd Qoşunlarının hərbi qulluqçularına verilmiş binaya daxil olaraq blokda təkərləri boş vəziyyətdə nəzarətsiz saxlanılmış velosiped görmüş və dərhal həmin velosipedi oradan gizli yolla götürərək uzaqlaşmışdır. Həmin velosipedi əvvələr tanımadığı və heç bir anket məlumatlarını bilmədiyi şəxsə 80 manata satmışdır. Daha sonra, 16 dekabr 2023-ci il tarixdə həmin binanın 6-cı mərtəbəsində ümumi dəhlizdə trosla bir-birinə bağlanmış 02 ədəd velosipeti görmüş və dərhal həmin velosipetləri oradan gizli yolla götürərək həmin vəziyyətdə sürərək oradan uzaqlaşmışdır. Həmin velosipetləri yaşadığı ünvana gətirmiş və birini sadəcə adının Nəcəf olduğunu bildiyi tanışına 60 manata satmışdır. Daha sonra 17 dekabr 2023-cü il tarixdə yaşadığı ünvandan çıxaraq yenidən Sərhəd Qoşunlarının hərbi qulluqçularına verilmiş binanın 1-ci blokunun girişində 02 ədəd velosipeti götürmüş və dərhal həmin velosipetləri oradan gizli yolla götürərək sürüb uzaqlaşmışdır. Bundan sonra, 06 dekabr 2023-cü il tarixdə həmin binanın 1-ci blokunun girişində 01 ədəd velosipeti görmüş və həmin velosipeti də oradan gizli yolla götürərək sürüb aparmışdır. Həmin velosipeti qonşusu Səbuhi adlı şəxsə 20 manat pula satmışdır. Məhkəmənin sualına cavab olaraq o, bildirmişdir ki, əldə etdiyi həmin məbləğləri “Kapital Bank”a olan kreditinə ödəniş etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən şiddət və təzyiqə məruz qalmamışdır. Həmçinin o, bildirmişdir ki, zərərçəkmiş şəxslərə velosipedləri qaytarmışdır, onlarla barışıq əldə etmişdir. Yalnız bir zərərçəkmiş şəxsə velosipedi qaytara bilməmişdir. Əməlindən səmimi peşman olmasını, maddi ehtiyacının olması səbəbilə oğurluq etmək məcburiyyətində qalmasını, ailənin yeganə gəlir mənbəyi olmasının nəzərə alınmasını və barəsində yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 52A, mənzil İİ-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. 12 dekabr 2023-cü il tarixdə saat 20:00 radələrindən 15 dekabr 2023-cü il tarixdə saat 13:00-dək olan müddətdə yaşadığı mənzilin qarşısında saxladığı azyaşlı oğluna məxsus qara, üzəri göy rəngli 29 ölçülü ümumi dəyəri 500 (beş yüz) manat olan velosipedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Ona görə də, DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir Bundan sonra onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər və bu barədə ərizə yazmışdır. Həmin velosipedin oğurlanması nəticəsində ona 500 (beş yüz) manat miqdarda maddi ziyan dəymişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş maddi ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilən zərərçəkmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 52A. mənzil 18-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Övladlarına məxsus iki ədəd “Star" markalı velosipedlərin (hər birinin qiyməti 750 manat) 16 dekabr 2023-cü il tarixdə səhər saat 07:20-də işə gedərkən yaşadığı binanın 6-cı mərtəbəsinin dəhlizindən oğurlandığını aşkar etmişdir. DİN-nin “102" xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər və bu barədə ərizə yazmışdır. Həmin velosipedlərin oğurlanması nəticəsində ona 1500 (min beş) manat miqdarda maddi ziyan dəymişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmış, velosipedlər ona geri qaytarılmışdır, şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında dindirilən zərərçəkmiş Zərərçəkmiş şəxs4 bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 52A, mənzil 9-da qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-ci il tarixdə yaşadığı mənzilin yerləşdiyi binanın blokundan azyaşlı oğluna məxsus “Formula” markalı velosipedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Ona görə də DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər və bu barədə ərizə yazmışdır. Azyaşlı oğluna məxsus velosipidin konkret olaraq hansı tarixdə oğurlandığını dəqiq bilmir. Həmin velosipedlərin oğurlanması nəticəsində ona 400 (dörd yüz) manat miqdarda maddi ziyan dəymişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan qaytarılmamışdır və o, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməmişdir, həmçinin məhkəməyə xx.xx.2025-ci il tarixdə məktub ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, ona dəymiş zərərin ödənildiyini, şikayətçi olmadığını və məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə iclasında dindirilən Şahid ifadəsində göstərmişdir ki, yaşadığı ünvan 9 ünvanından qonşusu olan Təqsirləndirilən şəxs təxminən 2012-ci il tarixdən tanıyır. Təxminən 5-6 dekabr 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ona istifadəsində olan “28” ölçülü qara rəngli velosipetini satdığını bildirdi. O, da həmin velosipedi qeyd edilən vaxta 25 manat pul ödəyərək Təqsirləndirilən şəxs aldı. Lakin, bundan bir gün keçdikdən sonra Təqsirləndirilən şəxs ona yaxınlaşaraq velosipeti geri istədi. Bunun səbəbin öyrənərkən valideyinlərindən icazəsiz velosipeti satdığını söylədi. O da verdiyi pulu geri alaraq velosipeti ona geri qaytarmışdır. Bundan sonra polis əməkdaşları ona zəng edərək həmin aldığı velosipetin oğurluq olduğunu və bu səbəbdən polis şöbəsinə dəvət etdilər. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs aldığı velosipetin oğurluq olduğunu bilməmişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli Nərimamov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ünvan 10 küçəsi ev 52A binasında oğurluq olması faktı ilə müraciət etmişdir. Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus velosipedin oğurlanması faktı yaşadığı ünvan 11 ünvanında baş vermişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli Nərimamov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ünvan 12 ünvanında oğurluq olması faktı ilə müraciət edilmişdir. Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus velosipedin oğurlanması faktı yaşadığı ünvan 13 ünvanında baş vermişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli Nərimamov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 ünvan 14 ünvanında oğurluq olması faktı ilə müraciət edilmişdir. Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus velosipedin oğurlanması faktı yaşadığı ünvan 13 ünvanında baş vermişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli Nərimamov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 ünvan 15 ünvanında oğurluq olması faktı ilə müraciət edilmişdir. Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs4 məxsus velosipedin oğurlanması faktı yaşadığı ünvan 16 ünvanında baş vermişdir. Məhkəmədə tədqiq edilən “İfadənin yerində yoxlanılması” haqqında 23 dekabr 2023cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Hüseynov X3 rayonu Ə.Əliyev küçəsi ev 52A binasından oğurluq etməsi ilə bağl ifadəsini bir daha hadisə yerilərini göstərərək təsdiq etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-ci il tarixli, 9/9993 nömrəli ekspert rəyindən görünür ki, anoloji malların markasına, modelinə və orta texniki göstəricələrinə əsasən, ekspertiza təyini haqqında göstərilən istifadədə olmuş müxtəlif markalı velosipedlərin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2100,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin cədvəl hissəsində göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-ci il tarixli, 9/1256 nömrəli ekspert rəyindən görünür ki, analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən, ekspert təyini haqqında qərarda göstərilən 01 ədəd 29 ölçülü “Formula” markalı velosipedin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 180,00 müəyyən edilir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona qəti olaraq 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(005)- 126/2024 saylı qərarına əsasən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(005)-244/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 04 (dörd) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Hüquqi şəxsə ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” X5 ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. Məhkəmədə tədqiq edilən “Cinayət törətməkdə şühbə edilən şəxsin tutulması” haqqında 21 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən “Qətimkan tədbirinin seçilməsi haqqında” 23 dekabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən zərərçəkmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmədə tədqiq edilən zərərçəkmiş Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir və ondan şikayətçidir. Məhkəmədə tədqiq edilən zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmədə tədqiq edilən zərərçəkmiş Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarın 18-ci bəndində qeyd olunmuşdur ki, əgər şəxs Cinayət Məcəlləsinin müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən, giriş-çıxışı sərbəst olan binanın giriş hissəsindən 06 dekabr 2023-cü il tarixdə, 15 dekabr 2023-cü il tarixdə, 16 dekabr 2023-cü il tarixdə və 17 dekabr 2023-cü il tarixdə velosipedləri gizli yolla oğurladığını etiraf etmiş, təqsirləndirilən şəxsin etirafı cinayət işinin materiallarında olan protokollar, zərərçəkmiş şəxslərin və şahidlər ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilərək barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun əvvəllər mülkiyyət əleyhinə cinayət törətməsi ilə bağlı azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, cəzasının icrası ilə əlaqədar qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri icra etməməsi səbəbilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunması, bununla yanaşı cinayət əməli törətməyə davam etməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin edilməli cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, bundan başqa ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün (21-23 dekabr 2023-cü il) ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, cəza çəkmə müddətinin əvvəli hökmün çıxarıldığı vaxtdan yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməklə “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100.00 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Femida»Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (21-23 dekabr 2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Ekspertiza tədqiqatının ümumi dəyəri 100.00 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə iclaslarına təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Femida» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar