Məhkəmə qərarları › İş №1(005)-85/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-85/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-85/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi – Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, daimi yaşayış yeri olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,187 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində öz hərəkətlərində şübhə yaratdığından Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq həmin Polis Bölməsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilmiş, inzibati binada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan kiçik cibindən siqaretin qara rəngli kağızına bükülmüş təmiz çəkisi 0,187 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 08 dekabr 2022-ci il tarixdə məhkəmə hazırlıq iclası və xx.xx.2022-ci il tarixdə məhkəmə baxışı iclası keçirilmiş, sonra iş üzrə məhkəmə baxışı iclasları təyin edilmişdir. Məhkəmə baxışı iclaslarına Təqsirləndirilən şəxs dəfələrlə çağırılsa da o, məhkəmə iclaslarında iştirak etməmiş və bu səbəbdən də onun barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-85/2023 saylı qərarı ilə axtarış elan edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. Nərimanov RPİ-nin 16-ci polis şöbəsinin 01 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Nərimanov Rayon Məhkəməsi tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə 1(005)-85/2023 saylı cinayət işi ilə əlaqədar 60912 saylı axtarış işi ilə bağlı xx.xx.1994-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, daimi yaşayış yeri olmayan Təqsirləndirilən şəxs saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs hüquqi varisi-atası X3 oglu məhkəməyə ərizə verərək bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs 03 fevral 2023-cü il tarixdə digər sintetik narkotiklərlə zəhərlənmə səbəbindən Bakı şəhərində ölmüşdür. Hal-hazırda o sözügedən cinayət işi üzrə ölmüş şəxs - Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmışdır. AR CPM-nin 39.1.5-ci maddəsinə əsasən oğlu öldüyündən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə digər sintetik narkotiklərlə zəhərlənmə səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə xitam verilməlidir (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən təqsirləndirilşən şəxs Təqsirləndirilən şəxs ailə üzvlərinə rəsmi qaydada 07 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərilmiş, habelə həmin bildirişlə təqsirləndirilən şəxsin hüquqi varisi qismində çıxış etmələri üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilməsi təklif olunmuş, məhkəməyə müraciət edilmədiyi halda isə qeyd olunan məsələnin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.4-cü maddəsinə əsasən həll olunacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs atası X3 oglu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsin hüquqi varis qismində tanınmasını istəmiş, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs atası X2 hüquqi varisi qismində tanınmışdır. Təqsirləndirilən şəxs hüquqi varisi-atası X3 oglu məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin fikirlərini dinləyib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 03 fevral 2023-cü il tarixdə öldüyündən, təqsirləndirilən şəxsin hüquqi varisi X3 oglu barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə, CPM-in 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Belə ki, həmin maddənin tələblərinə uyğun olaraq müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc kamerasına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 0,147 qram olan, narkotik maddə heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Belə ki, CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Məhkəmənin gəldiyini nəticə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 iyun 2010-cu il tarixli qərarına da uyğundur. Belə ki, sözügedən qərarda göstərilmişdir ki, CPM-nin 39.1.5-ci maddəsinin məzmunundan görünür ki, ilk növbədə, ölmüş şəxs barəsində cinayət təqibi (və ya cinayət işi) başlanıla bilməz. Cinayət təqibi (və ya cinayət işi) fakt üzrə başlanılıbsa və ya şəxs onun barəsində cinayət təqibi başlandıqdan sonra ölübsə, başlanılmış cinayət təqibinə (və ya cinayət işinə) xitam verilməlidir. Hər bir halda, şəxsin ölümü ilə əlaqədar cinayət təqibinə (və ya cinayət işinə) xitam verilməsi onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş hesab olunması ilə şərtləndirilir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, CPM-in 39-ci maddəsi - cinayət təqibini istisna edən halları müəyyən edir. Həmin Məcəllənin 39.1.5-ci maddəsi cinayət təqibinə xitam verilməsinin (və ya cinayət təqibinin başlanılmasının rədd olunmasının) əsaslarından biri kimi şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyü halı müəyyən edir. Həmin maddəyə görə şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibinə başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Bundan başqa, CPM-nin 43.3-1-ci maddəsinə əsasən - məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106- 1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir Beləliklə, məhkəmə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş Təqsirləndirilən şəxs iş üzrə yekun qərar qəbul edilənədək öldüyünü, cinayətprosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına bəraətverici əsas olmadan xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilməli, iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut olan və saxlanması üçün Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc kamerasına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan narkotik maddə - heroin məhv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “A.İ.M” vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 39.1.5, 43.3-1, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədən düşmüş hesab edilsin. İş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc kamerasına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 0,147 qram olan, narkotik maddə heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından (X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı) hesaba ödənilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar