Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-85/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Abşeron rayonunun Görədil kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonunun Görədil kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və hüquqi ünvanı ünvan 2n «SANS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN № **********) 01 avqust 2023cü il tarixli rəsmi əmək müqaviləsi əsasında direktor vəzifəsində işləyərkən, təmsil etdiyi hüquqi şəxsin fəaliyyətinə rəhbərlik etmək, müqavilələr bağlamaq, işlərin təhlükəsiz görülməsi və əməyin mühafizəsi qaydalarına əməl olunmasını təşkil etmək vəzifəsi həvalə olunmuş və digər səlahiyyətlərə malik şəxs kimi «SANS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin adından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru ilə bağladığı 26 iyul 2023-cü il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında müqavilə”nin icrası ilə əlaqədar, qeyd olunan iaşə müəssisəsinin ünvan 3 ünvanında yerləşən binasının daxili təmir işlərini yerinə yetirmək məqsədilə restoranın ikinci mərtəbəsindəki zalın tavanında təmir işlərinə başlamaq üçün yaratdığı briqadaya 1 avqust 2023-cü il tarixli əmək müqaviləsi əsasında «SANS GROUP” MMC-yə rəngsaz vəzifəsinə işə götürdüyü Şahid1, Şahid3 və X4 şifahi göstərişi əsasında cəlb etməklə, texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına cavabdeh şəxs kimi qeyd olunan işçilərə təhlükəsizlik qaydalarından ilkin təlimat keçsə də, təmir briqadasının üzvlərini, o cümlədən X4 fərdi mühafizə vasitələri ilə (dəbilqə, təhlükəsizlik kəməri və sair) təmin etmədən işə başlamalarına dair göstəriş verərək briqadanın 01 avqust 2023-cü il tarixdən təmir işlərinə başlamasını təşkil etmiş, bununla da 26 iyul 2023-cü il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında müqavilə”nin tələblərinə əsasən, iş prosesi zamanı üzərinə təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş cavabdeh şəxs olaraq həmin vaxt daimi təsirli təhlükəli istehsalat zonasına aid olan yer səthindən 5.5 metr hündürlükdə yerləşən və kənarları mövcud qaydaların tələblərinə uyğun olan məhəccərlə bağlanmamış həmin iş sahəsində işləyən işçiləri təmir işinin təhlükəsiz aparılması üçün fərdi mühafizə vasitələri, o cümlədən qoruyucu kəmərlə təmin etməyərək, baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1-ci bəndinin tələblərinə əsasən, hündürlükdə görülən işlərdə kollektiv və fərdi mühafizə vasitələrinin tətbiqini təmin etməli, “İşlərin təhlükəsiz görülməsini təmin edən vasitələr. Ümumi tələbləri.” 12.2.012-75 DÜST-ün (dövlət standartın) 23-cü bəndinin tələblərinə əsasən, bütün tipli ayaqaltılar adamların yıxılmasının qarşısını alan çəpərlərlə təmin olunmalı və “Ayaqaltı vasitələri”. 24258-80 DÜST dövlət standartının 2.1-ci bəndinin tələblərinə əsasən, ayaqaltı vasitələr hazırki standartın, ...12.2.012-75 DÜST-ün tələblərinə cavab verməli və müəyyən edilmiş qaydada təsdiq olunmuş cizgiyə (layihəyə) uyğun hazırlanmalı olduğu halda, qeyd olunan tələblərə əməl etməyib, onun tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmuş şəxs kimi bu qaydaların pozulması 03 avqust 2023-cü il tarixdə saat 12:50 radələrində rəngsaz X3 ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin şadlıq sarayının ikinci mərtəbəsindəki “SS Hall” zalının tavanında fərdi mühafizə vasitələri ilə təmin olunmadan təmir işləri apararkən, taxta konstruksiyanın üzərindən yerə yıxılaraq, bərk yer səthinə dəyməsi nəticəsində, ehtiyatsızlıqdan ümumilikdə həyat və sağlamlıq üçün ağır hesab edilən baş beyin toxumalarına, qişalarına və yan mədəciklərinə qansızma, kəllə sümüklərinin çoxqəlpəli basılmış sınıqları, hər iki göz ətrafının, sol gicgah-alın-təpə nahiyyələrinin geniş hematoması, sağ bazunun sıyrığı olan istehsalat xəsarətləri almasına və almış olduğu həmin istehsalat xəsarətlərinin təsirindən yaranmış ağır travmatik şokdan 04 avqust 2023-cü il tarixdə saat 11 radələrində müalicə olunduğu “X25” PHŞ-də ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, "xxxx" MMC-nin direktoru kimi vəzifəsi işçilərə rəhbərlik etməklə nəzarət etməkdən, görüləcək işlər barədə tapşırıqları verməkdən, görülən işlərə və işin keyfiyyətinə nəzarət etməkdən, işçilərin təhlükəsiz qaydada işləmələrinə nəzarət etməkdən, habelə işçilərə əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair qaydalarla təlimat keçirməkdən ibarətdir. Təsis etdiyi MMCnin ofisi Sabunçu rayonu, Bakıxanov ŞTQ, Oskar Əfəndiyev ünvanında yerləşir. Cəmiyyətin fəaliyyəti evlərin, binaların, restoranların və digər tikililərin təmir işlərini görməkdən ibarətdir. Cəmiyyətin onunla bir yerdə dörd işçisi: Röya, Ramin və Xaliq adlı işçiləri olmuş və hər biri əmək müqaviləsi əsasında usta kimi fəaliyyət göstərmişlər. X21 əmiləri olsa da, onun Röya, Raminlə və Xaliqlə heç bir qohumluğu, qərəzliyi, ədavəti olmamışdır. 25 iyul 2023-cü il tarixdə "xxxx" MMC-nin direktoru Şahid2la görüşüb, restoranda rəngsaz işinin görülməsi ilə bağlı danışıqlar aparmışdır. O, Röya usta ilə birgə restoranın ikinci mərtəbəsinə baxış keçirdikdən sonra, bir ay müddətinə işi yekunlaşdıracaqlarını bildirmiş və hər kvadrat üçün 10 manata, işi bir aya yekunlaşdıracaqlarına razılaşmışlar. 26 iyul 2023-cü il tarixdə həmin restoranın direktoru ilə notariat xidmətində təmir xidmətlərinin göstərilinəsi haqqında müqavilə bağlamış, müqavilənin müddəti 31 avqust 2023-cü il tarixədək etibarlı olmuşdur. Müqavilədə işlərin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarına cavabdehi icraçının cavabdeh olması, iş zamanı texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verəcək hər hansı bir hadisəyə, yəni yıxılma, əzilmə, ölüm və sair hallara görə icraçının cabadeh olması göstərilmişdir. “SS Hall” zalında təmir işləri aparmaqdan əvvəl həmin işlə əlaqədar təşkil etdiyi briqadaya işdən öncə xx.xx.2023-cü il tarixdə inşaat və təmir işlərində iş şəraitində əmək, təhlükəsizlik və sağlamlıq qaydaları barədə Şahid1, X5 və Şahid3 təlimat keçmişdir. 01 avqust 2023-cü il tarixdən restoranda Röya, Ramin və Xaliq işə başlamış, restoranda astar işləri görülməyə başlanmışdır. İş vaxtı səhər 09:00-dan 17:00-dək davam etmişdir, hər üç işçi eyni işi görmüşdür. 03 avqust 2023-cü il tarixdə saat 09:00-da yenidən işə başlamış, restoranın hündürlüyü təxminən 08 metr olduğu üçün ustalar tavanda görüləcək təmir işlərini 06-07 metr olan taxta konstruksiyanın üzərinə çıxaraq həyata keçirmişlər. Həmin gün təxminən saat 12:45 radələrində Xaliq həmin taxta konstruksiyanın üzərində alçı vurmuşdur. Nahara yaxın olduğu üçün Xaliq, Ramin və Röyaya işlərini saxlamalarını tapşırmış, özü isə restoranın birinci mərtərəbəsinə düşmüşdür. Təxminən 10 dəqiqə sonra Röya onu çağıraraq Xaliqin taxta konstruksiyanın üzərindən yıxıldığını bildirmişdir. O, dərhal restoranın ikinci mərtəbəsinə qalxdıqda Xaliqin yerdən uzanmış vəziyyətdə olduğunu görmüşdür. Yerdə qan ləkələri olmadığı üçün ilk öncə nə baş verdiyini başa düşməmişdir. Dərhal təcili tibbi yardım stansiyasının əməkdaşlarına zəng etmiş, həmin əməkdaşlar gələnədək onlar Xaliqin üzünə su vurub yardım göstərməyə çalışmışdır. Təxminən 05 dəqiqə sonra təcili tibbi yardım stansiyasının əməkdaşları gəlib Xaliqə ilkin tibbi yardım göstərdikdən sonra sonuncunu dərhal X22 aparmışlar. Həmin xəstəxanada Xaliqin açıq kəllə beyin travması aldığını bildirmişlər. Bir gün Xaliq orada reanimasiya şöbəsində qaldıqdan sonra 04 avqust 2023-cü il tarixdə təxminən saat 11 radələrində həmin xəstəxanada vəfat etmişdir. Bir daha qeyd edir ki, “SS Hall” restoranında işləyən zaman işçilərə xüsusi geyim forması verilmiş, lakin hadisə zamanı Xaliq Mirzəzadə həmin geyim formalarından istifadə etməmiş, əynində qoruyucu vasitələr olmamışdır. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində çıxış edən X7 ifadəsində göstərdi ki, Xaliq Mirzəzadə onun doğma oğludur. Oğlu Xaliq əmiləri Ramin və Röya ilə birlikdə müxtəlif ünvanlarda usta kimi işləmişdir. 03 avqust 2023-cü il tarixdə saat 14 radələrində digər oğlu Firudin ona zəng edərək, Xaliqin həmin gün saat 13 radələrində iş yerində yıxılaraq xəsarət aldığını və aldığı xəsarətlərlə bağlı X22 yerləşdirildiyini bildirmişdir. Bir qədər sonra oğlu Firudinin dostu Turalla birlikdə gəlib onu xəstəxanaya aparmışdır. Xəstəxanada Xaliqin vəziyyətinin ağır olduğu bildirilmiş, lakin hadisənin necə baş verdiyi barədə məlumat ala bilməmişdir. Həmin gün xəstəxananın qarşısında halı pisləşdiyi üçün saat 23:35 radələrində oğlu Firudin qohumları ilə birgə onu evə göndərmişdir. Səhəri gün, yəni 04 avqust 2023-cü il tarixdə saat 06 radələrində yenidən xəstəxanaya getmişdir. Həmin gün saat 11 radələrində həkimlər Xaliqin yıxılan zaman aldığı xəsarətlərdən öldüyünü bildirmişlər. Bir qədər sonra hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmiş və oğlunun meyiti müayinə olunması üçün ekspertizaya göndərilmişdir. Oğlunun meyiti müayinə olunduqdan sonra, meyiti təhvil alıb dəfn etmək üçün Masallı rayonu, Hüseynhacılı kəndinə aparmışlar. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi və bu barədə müvafiq ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir ildən artıq müddətdir ki, tanıyır. Belə ki, o, qardaşı Şahid3 və qardaşı oğlu Xaliq Mirzəzadə ilə usta kimi bir yerdə işləmişlər. Hər dəfə təmir işləri üçün sifariş olduqda, birlikdə işləmişlər. 2023-cü ilin iyul ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edib Nərimanov rayonunda yerləşən “SS Hall” restoranında rəngsaz işlərini görməyi təklif etmiş, o da danışıb razılaşdıqdan sonra şirkətlə aralarında əmək müqaviləsi bağlanmış və 01 avqust 2023-cü il tarixdən qardaşı Ramin və qardaşı oğlu Xaliqlə birlikdə təmir işlərinə başlamışlar. Seymur görüləcək işlərə nəzarət etmiş, görüləcək işlər barədə tapşırıqlar vermiş, görülən işlərə və işin keyfiyyətinə təhlükəsiz qaydada işləməklərinə nəzarət etmiş və bununla bağlı onlara təlimat keçmişdir. Lakin onlara forma və heç bir qoruyucu mühafizə vasitələri verilməmişdir. Hadisə vaxtı Xaliqin əynində qorucu vasitələr olmamışdır. 01 avqust 2023-cü il tarixdən restoranda işə başlamışlar. Restoranda astar işləri görülməyə başlanılmış, iş vaxtı səhər 09:00-dan 17:00-dək davam etmişdir. Hər üçü eyni işi görmüşlər. 03 avqust 2023-cü il tarixdə saat 09:00-da yenidən işə başlamışlar. Restoranın hündürlüyü təxminən 08 metr olduğu üçün tavanda görüləcək təmir işlərini 06- 07 metr olan taxta konstruksiyanın üzərinə çıxaraq həyata keçirmişlər. Həmin gün təxminən saat 12:45 radələrində qardaşı Ramin Xaliqlə birlikdə restoranın sağ yan küncünə quraşdırılmış taxta konstruksiyanın üzərində alçı vurmuşlar. Nahara yaxın olduğu üçün Ramin və Xaliqə işi yekunlaşdırmalarını və nahara düşmələrini demişdir. Həmin vaxt özü restoranın giriş qapısının yaxınlığında yaxma işini görmüşdür. Təxminən 02 dəqiqə sonra səs eşitmiş, ilk öncə hansısa əşyanın yerə düşdüyünü düşünmüş, lakin Ramin və Xaliqin işlədiyi konstruksiyanın yaxınlığına getdikdə Xaliqin yerdə hərəkətsiz vəziyyətdə uzandığını görmüşdür. Raminə Xaliqin yerə yıxıldığını və köməyə gəlməsini bildirmişdir. Özü isə dərhal Xaliqə yaxınlaşıb ona yardım göstərməyə çalışmışdır. Həmin vaxt Seymur naharı hazırlatmaq üçün restoranın birinci mərtəbəsinə düşmüşdür. Dərhal Seymura zəng edib hadisə barədə məlumat vermiş və təcili tibbi yardım stansiyasının əməkdaşlarını çağırmışlar. Təxminən 05 dəqiqə sonra təcili tibbi yardım stansiyasının əməkdaşları gəlib Xaliqə ilkin tibbi yardım göstərdikdən sonra onu dərhal X22 aparmışlar. Həmin xəstəxanada Xaliqin açıq kəllə beyin travması aldığını bildirmişlər. Bir gün Xaliq xəstəxanada reanimasiya şöbəsində qaldıqdan sonra 04 avqust 2023-cü il tarixdə təxminən saat 11 radələrində həmin xəstəxanada vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 6-10-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi X13 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 84 və 236-cı maddələrinin tələblərinə əsasən, X3 ünvan 3 ünvanında yerləşən “SS Hall” restoranının ikinci mərtəbəsində tavanda təmir işləri apararkən taxta konstruksiyanın üzərindən yerə yıxılaraq xəsarət alması və aldığı xəsarətlərlə X22 yerləşdirilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18ci Polis Şöbəsinin növbətçi hissəsindən 03 avqust 2023-cü il tarixdə saat 18:45 radələrində rayon prokurorluğuna daxil olmuş telefon məlumatı ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin Kriminalistika Şöbəsinin prokuroru X8, Məhkəmə Ekspertizası Mərkəzinin mühəndistexniki ekspertizalar şöbəsinin böyük eksperti, ali texniki təhsilli, «Əmək təhlükəsizliyinin tədqiqi» ekspertizası üzrə ekspert ixtisası olan X10 və hal şahidlərinin iştirakları ilə ünvan 3 ünvanında yerləşən “SS Hall” restoranda hadisə yerinə baxış keçirmişdir. Müəyyən olundu: Hadisə yeri ünvan 3 ünvanında yerləşən “SS Hall” restoranın ikinci mərtəbəsidir. Baxış zamanı müəyyən edildi ki, restoranın zalında təmir-bərpa işləri aparılır. Bunun üçün zalın daxilində müxtəlif hissələrdə, müxtəlif üsul və vasitələrlə hazırlanmış ayaqaltılar quraşdırılmışdır. Baxış iştirakçıları tərəfindən hadisənin baş verməsinə səbəb olan, yəni X3 yıxıldığı ayaqaltı təqdim edildi. Ayaqaltı taxta materialdan hazırlanmışdır. Görünüşcə əldəqayırma üsulla hazırlanmışa bənzərdir. Ayaqaltı 04 ədəd ayaq üstündə quraşdırılmış, ayaqları arası “X” şəkilli fermalar vurulmuşdur. Ayaqların sonluğuna fırlanan təkərlər birləşdirilmişdir. Ayaqaltının eni 05 metr, uzunluğu 06 metr, hündürlüyü 5,5 metrdir. Ayaqaltının işçi meydançasına taxta materialdan olan örtüklər vurulmuşdur. Ayaqaltının kənarlarına bir-birinə paralel yerləşən iki ədəd məhəccər funksiyasını yerinə yetirən taxtalar vurulmuşdur. Cinayət işinin 15-17-ci vərəqələrində olan “Meyitə baxış keçirilməsi haqqında” 04 avqust 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edildi: Təşrih masasına paltarsız kişi meyit uzadılmışdır. Meyit düzgün bədən quruluşlu, kafi qidalıdır. Boyunun uzunluğu 171 sm-dir. Meyit əllədikdə bir qədər soyuqdur, dəri örtüyü solğundur. Meyit ləkələri bədənin arxa səthində olmaqla solğun bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə itir və bir neçə saniyədən sonra öz əvvəlki rəngini alır. Meyit qacıması çeynəmə əzələlərində yaxşı, ətraf qrup əzələlərdə zəif inkişaf etmişdir. Saçları qara rəngdə olub, uzunluğu 2 sm-ə qədərdir. Baş kəskin deformasiyaya uğrayıb, əllədikdə kəllə sümüklərində krepitasiya eşidilir. Deformasiya və şişkinlik qeyd olunur. Gözləri qapalıdır, bəbəklər bərabər genəlmişdir, diametri 0,5 sm-dir. Hər iki qulaq və burun keçəcəklərindən qan gəlir. Kəllə və digər üz skelet sümükləri əllədikdə tamdır. Ağzı yarımaçıqdır, dişlər tamdır, təbiidir. Boynu bədənə müvafiqdir, az hərəkətlidir. Döş qəfəsi çəlləkvaridir, simmetrikdir, əllədikdə iki tərəfdən qabırğalarda patoloji hərəkətlilik qeyd olunmur. Qarnı döş qəfəsindən aşağı səviyyədədir, əllədikdə yumşaqdır. Yuxarı və aşağı ətrafların uzun borulu sümükəri əllədikdə tamdır. Meyitin xarici müayinəsi zamanı aşağıdakı xəsarət aşkar edildi: Hər iki göz ətrafını və sol gicgah-alın-təpə nahiyələrini əhatə edən geniş, tünd göyümtül-bənövşəyi rəngli hematoma vardır. Sağ bazunun yuxarı 1/3-nin bayır səthində 2,0x1,0 sm ölçüdə qeyri-müəyyən formalı sıyrıq vardır. Meyitin bədən səthində qeyd olunan xəsarətlərdən başqa, digər xəsarət və xəsarət izləri aşkar edilmədi. Cinayət işinin 47-49-cu vərəqələrində olan xx.xx.2023-cü il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında müqavilə”dən görünür ki, həmin müqavilənin icraçı tərəfi kimi çıxış edən Təqsirləndirilən şəxs qeyd olunan müqavilənin “tərəflərin məsuliyyəti adlanan altıncı bəndinin tələblərinə görə, işlərin görülməsi zamanı texniki-təhükəsizlik qaydalarına icraçı cavabdeh olmuşdur. Müqavilənin həmin bəndində göstərilmişdir ki, iş zamanı texnikitəhlükəsizlik qaydaları pozulması nəticəsində baş verəcək hər hansı bir hadisəyə (yıxılma, əzilmə, ölüm və s.) hallara görə icraçı cavabdehlik daşıyır. Cinayət işinin 52-55-ci vərəqələrində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X11 arasında bağlanmış xx.xx.2023-cii il tarixli əmək müqaviləsindən görünür ki, X11 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə rəngsaz vəzifəsinə işə qəbul edilmişdir. Cinayət işinin 56-cı vərəqində olan xx.xx.2023-cii il tarixli 05 nömrəli əmrdən görünür ki, X11 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə rəngsaz vəzifəsinə işə qəbul edilmişdir. Cinayət işinin 82-83-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi X13 həmin protokolu tərtib etmişdir, Azərbaycan Respublikası CPM-nin 84 və 236-cı maddələrinin tələblərinə əsasən ondan ötrü ki, icraatında olan 465- C-23 №li materialın araşdırılması ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon prokurorluğuna təqdim edilmiş “Texniki təhlükəsizlik təlimatının qeydiyyatı jurnalı”na xidməti otağında baxış keçirməyə başlamışdır. “Texniki təhlükəsizlik təlimatının qeydiyyatı jurnalı”na baxış keçirilərkən müəyyən olunmuşdur: Həmin jurnalın cildinin üzərində əlyazma yazılarla “Sans Group MMC” sözləri və “Başlanıb xx.xx.2023” rəqəmləri yazılmışdır. Jurnal nömrələnməmişdir, yəni vərəqələrinin səhifələrinə riyazi ardıcıllıqla rəqəmlər yazılmamışdır. Jurnalın vərəqləri sayıldıqda 50 (əlli) səhifədən ibarət olduğu, həmçinin jurnal cildinin iç səthində texniki təhlükəsizlik qaydalarının doldurulmasına dair göstərişlərin olmasına dair məlumatlar olduğu, həmin məlumatların aşağısında isə imza və dairəvi möhür əksinin olduğu müəyyən edildi. Möhürün əksindəki yazılar Azərbaycan və İngilis dillərində olmaqla dairəvi formada «Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət» sözlərindən ibarətdir. Jurnal qaytanlanmamış vəziyyətdədir, yəni ön vərəqindən sonundakı vərəqə qaytan keçirilməli və sonuncu vərəqin arxasında qaytanın ucları bağlanmaqla üzərinə dördkünc ağ vərəq yapışdırılıb möhürlənməli olsa da, lakin baxış zamanı bu hal aşkar olunmadı. Jurnalın vərəqlərində çap formada cədvəllər tərtib olunub və həmin cədvəllər 10 sütundan, 16 sətirdən ibarətdir. Vərəqin yuxarı hissəsində çap hərflərlə “Texniki təhlükəsizlik təlimatının qeydiyyatı” sözləri yazılmışdır. Cədvəlin stünlarındakı başlıq yazılardan müəyyən olundu ki, 1-ci stun “sıra nömrəsi” üçün, 2-ci stun “Təlimatın keçirilmə tarixi və növü” üçün, 3-cü stun “soyadı, adı və ata adı” üçün, 4-cü stun “peşəsi, dərəcəsi” üçün, 5-ci stun “təlimatın mövzusu və onun qısa məzmunu” üçün, 6-cı stun “staj müddəti” üçün, 7-ci stun “iş yeri” üçün, 8-ci stun “işə müstəqil buraxılma tarixi” üçün, 9-cu stun “təlimatı keçirənin imzası” üçün, 10-cu stun “təlimatı keçənin imzası” üçün nəzərdə tutulmuş məlumatları özündə əks etdirir. “Texniki təhlükəsizlik təlimatının qeydiyyatı jurnalı”na baxış zamanı müəyyən olundu ki, qeyd olunan jurnalda yalnız bir vərəqdə 4 sətrdə əlyazma yazılar mövcuddur. Həmin yazılar isə xx.xx.2023-cü il tarixində iş yeri "xxxx" olan direktor Təqsirləndirilən şəxs, rəngsazlar: Şahid1, X3 və Şahid3 «inşaat və təmir işlərində iş şəraitində əmək, təhlükəsizlik və sağlamlıq qaydaları» barədə təlimatların keçirilməsinə, təlimatlandıranın və təlimatlananın imzalarına dair məlumatlarlardan ibarətdir. Cinayət işinin 98-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və X9 Rayon Şöbəsi tərəfindən tərtib edilmiş 24 avqust 2023-cü il tarixli, 91 №li rəydən görünür ki, X3 meyitinin məhkəmətibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: Baş beyin toxumalarına, qişalarına və yan mədəciklərinə qansızma, kəllə sümüklərinin çoxqəlpəli basılmış sınıqları, hər iki göz ətrafının, sol gicgah-alın-təpə nahiyyələrinin geniş hematoması, sağ bazunun sıyrığı. X3 xəsarətləri həyati olub, bərk küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə X.T.Mirzəzadənin hündürlükdən yıxılaraq bərk yer səthinə dəyməsi nəticəsində əmələ gəlməsi mümkündür, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərini daşıyırlar. X3 ölümünə almış olduğu yuxarıda göstərilən xəsarətlər nəticəsində baş vermiş ağır travmatik şok səbəb olmuşdur. Ölüm xx.xx.2023-cü il tarixdə X19 baş vermişdir, hansı ki, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi də təsdiq edir. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 105-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2023-ci il tarixli, 10/6141 №li rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən “SS Mail” restoranının ikinci mərtəbəsində daimi təsirli təhlükəli istehsalat zonasına aid olan yer səthindən 5.5 metr hündürlükdə yerləşən kənarları mövcud qaydaların tələblərinə uyğun olan məhəccərlə bağlanmamış iş sahəsində işləyən işçilər fərdi mühafizə vasitələri, o cümlədən qoruyucu kəmərlə təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1 bəndinin, “İşlərin təhlükəsiz görülməsini təmin edən vasitələr. Ümumi tələbləri.” 12.2.012-75 DÜST-ün 23-cü bəndinin və “Ayaqaltı vasitələri”. 24258-80 DÜST-ün 2.1 bəndinin tələbləri pozulmuşdur. Bu isə baş vermiş hadisənin texniki səbəbi olmuşdur. ünvan 3 ünvanında yerləşən “SS Hall” restoranının ikinci mərtəbəsində daimi təsirli təhlükəli istehsalat zonasına aid olan yer səthindən 5.5 metr hündürlükdə yerləşən kənarları mövcud qaydaların tələblərinə uyğun olan məhəccərlə bağlanmamış iş sahəsində təmir işinin təhlükəsiz aparılması üçün həmin iş sahəsində işləyən işçilər fərdi mühafizə vasitələri ilə təmin edilmədiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1 bəndinin, “İşlərin təhlükəsiz görülməsini təmin edən vasitələr. Ümumi tələbləri.” 12.2.012-75 DÜST-ün 23-cü bəndinin və “Ayaqaltı vasitələri”. 24258-80 DÜST-ün 2.1 bəndinin tələbləri xx.xx.2023-cü il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında müqavilə”sinin tələblərinə əsasən iş prosesi zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi üzərinə qoyulmuş Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. X3 fərdi mühafizə vasitələri ilə təmin edilmədən işə buraxıldığını nəzərə aldıqda, onun tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Cinayət işinin 190-193-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2023-cü il tarixli, 4/1753 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, "xxxx" MMC-nin Texniki təhlükəsizlik təlimatının qeydiyyatı jurnalının 1-ci vərəqində “Təlimatı keçirənin” qrafasındakı 04 ədəd imza, həmin vərəqin 1-ci sırasında “Təqsirləndirilən şəxs” əlyazmaları qarşısında “Təlimatı keçənin" qrafasındakı imza, həmin jurnalın üz qabığının iç hissəsində “Texniki təhlükəsizlik qaydalarının qeydiyyat jurnalının doldurulmasına dair göstəriş” yazılarından aşağıda yerləşən, üzərində "xxxx" yazılan möhür əksinin üzərindəki imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, "xxxx" MMC-nin Texniki təhlükəsizlik təlimatının qeydiyyatı jurnalının 1-ci vərəqinin 2-ci sırasında “Şahid1” əlyazmaları qarşısında “Təlimatı keçənin” qrafasındakı imza - Şahid1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, "xxxx" MMC-nin Texniki təhlükəsizlik təlimatının qeydiyyatı jurnalının 1-ci vərəqinin 4-cü sırasında “Şahid3" əlyazmaları qarşısında “Təlimatı keçənin” qrafasındakı imza - Şahid3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin Texniki təhlükəsizlik təlimatının qeydiyyatı jurnalının 1-ci vərəqinin 3-cü sırasında “X18" əlyazmaları qarşısında “Təlimatı keçənin” qrafasındakı imza. - X11 tərəfindən icra olunmuşdur. Cinayət işinin 195-ci vərəqində olan Görədil kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 196-cı vərəqində olan Görədil kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİİ seriyalı 207428 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu haqda doğum haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında isə X6 göstərilmişdir. Cinayət işinin 197-ci vərəqində olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İİ seriyalı 697465 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu haqda doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 1006 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında isə X6 göstərilmişdir. Cinayət işinin 220-ci vərəqində olan Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. Cinayət işinin 246-247-ci vərəqələrində olan “Qətimkan tədbiri seçmək haqqında” 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası CM-in 162.1-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ hissəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndinə görə, əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Əməyin mühafizəsi üzrə standartlar, normalar və qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsində (33-36-cı fəsillər), digər normativ hüquqi aktlarda və texniki-normativ sənədlərdə təsbit olunmuşdur. Mövcud Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin onunla barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını və təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam ödənilməsini, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladlarının olmasını nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş dövlət, özəl və yerli özünü idarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə dövlət, özəl və yerli özünü idarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə dövlət, özəl və yerli özünü idarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-85/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-85/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver