Məhkəmə qərarları › İş №1(005)-85/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-85/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-85/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)-1166/2024 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncuya ünvan 3 ünvanında yerləşən 6 sot torpaq sahəsində pulunun hissə-hissə ödənmək şərti ilə 100.000 manat dəyərində iki mərtəbəli ev tikərək təhvil verəcəyi barədə yalan vəd verib aldadaraq, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən “Liman” restoranında 2024-cü ilin aprel ayının əvvəllərində 5000 manat, 2024-cü ilin aprel ayının ortalarında 5000 manat, 2024-cü ilin may ayının əvvəllərində 10.000 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib sonuncuya Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 2270N ünvanında yerləşən 4 sot torpaq sahəsində pulunun hissə-hissə ödənmək şərti ilə 66.000 manat dəyərində bir mərtəbəli yaşayış evi, hovuz və hasar çəkərək təhvil verəcəyi barədə yalan vəd verib aldadaraq, 2024-cü ilin aprel ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən “Liman” restoranında 15.000 manat, 2024-cü ilin may ayının əvvəllərində ünvan 5 ünvanının qarşısında 5.000 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncuya ünvan 6 ünvanında yerləşən 5 sot torpaq sahəsində pulunun hissə-hissə ödənmək şərti ilə ümumi dəyəri 33.700 manat təşkil edən “Afreym” tipli evi tikərək təhvil verəcəyi barədə yalan vəd verib aldadanıq, Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “7 saylı Asan Xidmət Mərkəzi”nin daxilində olan “Million” ödəmə terminalı vasitəsi ilə 13600 manat, ünvan 7 ünvanında yerləşən “Sevimli Dad” marketdə quraşdırlmış “eManat” ödəmə terminalı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə 555 manat, xx.xx.2024-cü il tarixdə 555 manat, xx.xx.2024-cü il tarixdə 555 manat olmaqla ümumilikdə 1655 manat pulu adma olan “Kapital Bank”a məxsus 4169-7385-4106-0558 nömrəli plastik kart hesabına göndərilməsinə nail olaraq pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 qızma ümumilikdə 15265 (on beş min iki yüz altmış beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli biləyərək ifadəsində göstərmişdir ki, o, təxminən 2011-ci il tarixində tikinti işləri ilə məşğul olmuşdur. “İnstagram” sosial şəbəkəsində “Zəhra_mmc_temir_tikinit_” adı altında səhifə yaratmış və həmin səhifə vasitəsilə daşınmaz əmlakların təmir və tikintisi üçün sifarişlər qəbul etmişdir. Xatırlamadığı tarixdə Nərmin adlı xanım ona zəng edərək Sabunçu rayonu, Maştağa qəsəbəsində torpaq sahəsi aldığını, həmin torpaq sahəsində “Afreym” evlərdən tikmək istədiyini bildirmişdir. O, da Nərminə tikintidə köməklik edə biləcəyini demişdir. 2024-cü ilin yanvar ayında Nərmin xanımla görüşmüş və xanmın göstərmiş olduğu torpaq sahəsi şəkillərinə baxdıqdan sonra həmin torpaq sahəsində “Afreym” tipli ev tikə biləcəyini deyərək görəcək işinin qarşılığında 33700 manat pul istəmişdir. Nərmin xanım ilkin olaraq tikintiyə başlamaq üçün 40 faiz pul ödəməli qalan pulu isə ayda 555 manat olmaqla kredit şəklində ödəyəcəkdi. İlkin olaraq 13600 manat pulu Nərmin xanım onun istifadəsində olan kapital bank hesabına göndərmişdir. Qalan pulu isə hissə-hissə aylıq 555 manat olmaqla verəcəkdi. 3 ay davamlı 555 manat göndərmişdir. Ümumilikdə Nərmin xanım tərəfindən 15265 manat pul verilmişdir. Lakin, daha sonra qeyd edilən sahədə tikinti işlərini həyata keçirmək üçün onlayn icazənin təsdiqlənməsi bir müddət vaxt aparmış, icazə aldıqdan sonra isə qeyd edilən əraziyə təmir üçün lazimi avadanlıqlar alınaraq işə başlanılmış, evin hasarı tikilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 təxminən bir il olar ki, Zərərçəkmiş şəxs1 vasitəsilə ilə tanımışdır. Sənan Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları adlanan yerdə 0.6 ha torpaq sahəsi almış və həmin torpaq sahəsi Nərmin xanıma məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşirdi. Sənan həmin torpaq sahəsində ev tikmək istədiyi üçün Nərimə evin tikilməsinin onun tərəfindən aparılması təklif etmişdir. Sənanla Nardaran qəsəbəsində aldığı torpaq sahəsində görüşmüşlər. O, torpaq sahəsinə baxdıqdan sonra torpaq sahəsində ev tikə biləcəyini demişdir. Sənan ona hər biri 100 kv/metr olmaqla ümumilikdə 200 kv/metr olmaqla 2 mərtəbəli ev tikdirmək istədiyini bildirmişdir. O, da Sənana istəmiş olduğu layihədə evin tikintisi üçün ümumilikdə 100.000 manat pul verməli olduğunu bildirmişdir. Sənanla aralarında olan razılaşmaya əsasən Sənan ilkin olaraq evin tikilməsi üçün ona 20.000 manat, evin tikintisi başa çatdıqdan sonra 20.000 manat, təmir başlayan zaman isə 20.000 manat verməli, qalan 40.000 manatı isə ayda 833 manat olmaqla 48 ay müddətində ödəməli olmuşdur. Samir onunla evin tikintisi barədə irəli sürdüyü şərtlərlə razılaşmış və 2024-cü ilin aprel ayının əvvəlində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR-da yerləşən “Liman” restoranında Sənanla görüşmüşdür. Həmin vaxt Sənan kafedə ilkin olaraq işə başlamağı üçün 5000 manat pul vermişdir. O, da Sənanı inandırmaq üçün 5000 manat pulu almağı barədə qəbz yazaraq Sənana vermişdir. Təxminən bir həftədən sonra o, yenə “Liman” restoranında Sənanla görüşmüş və Sənan əlavə 5000 manat pulu ona vermişdir. O, yenə də, Sənandan 5000 manat pulu almağı barədə qəbz yazaraq sonuncuya vermişdir. Bundan sonra o, Sənandan almış olduğu 10.000 manat pulu borclarına verməklə bərabər şəxsi işlərinə xərcləmişdir. Təxminən 2024-cü ilin may ayının əvvəlində Sənan ilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR-da yerləşən “Liman” restoranında görüşmüşdür. Həmin vaxt Sənan “Liman” restoranında evinin tikintisi üçün əlavə olaraq 10.000 manat pul vermişdir. Həmin məbləğlə daş almış tikinti üçün əraziyə tökmüşdür. Lakin daha sonra qeyd edilən sahədə də tikinti işlərini həyata keçirmək üçün icazənin təsdiqlənməsi bir müddət vaxt aparmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs3 təxminən bir il olar ki, Zərərçəkmiş şəxs1nm vasitəsilə ilə tanımışdır. Kamran Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları deyilən 0.4 ha torpaq sahəsi almış və həmin torpaq sahəsində ev tikmək istədiyi üçün Nərimə evin tikilməsinin onunun tərəfindən aparılması təklif etmişdir. Kamran ilə Nardaran qəsəbəsində aldığı torpaq sahəsində görüşmüşlər. O, torpaq sahəsinə baxdıqdan sonra torpaq sahəsində ev tikə biləcəyini demişdir. Kamran bir mərtəbədən ibarət 110 kv/metr həyət evi, evin yanında isə hovuz tikdirmək istədiyini bildirmişdir. O, da Kənana evin və hovuzun tikintisi üçün ümumilikdə 66.000 manat pul verməli olduğunu demişdir. Kamranla razılaşmalarına əsasən sonuncu ilkin olaraq evin və hovuzun tikilməsi üçün ona 15.000 manat, torpağı hasara almaq üçün isə 5000 manat, evin tikintisi başa çatdıqdan sonra 15.000 manat verməli, qalan 31.000 manatı isə ayda 520 manat olmaqla 60 ay müddətində ödəməli olmuşdur. Şərtlər Kamranı qane etdiyi üçün onunla razılaşmışdır. 2024-cü ilin aprel ayının ortalarında Kamranla Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR-da yerləşən “Liman 5” retoranında görüşmüş və həmin görüş zamanı Kamran ilkin olaraq 15.000 manat pulu sayaraq ona vermişdir. O, da Kamranın etibarını qazanmaq üçün 15.000 manat pul almağı barədə qəbz yazaraq sonuncuya vermişdir. 2024-cü ilin may ayının əvvəllərində Kamran onunla əlaqə saxladıqdan sonra ünvan 8 ünvanının qarşısında görüşüb 5000 manat pulu torpaq sahəsinin ətrafının hasar alınması adı ilə almışdır. Lakin daha sonra qeyd edilən sahədə tikinti işlərini həyata keçirməyə başlasada pulu olmadığı üçün tikinti işlərini apara bilməmişdir.. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, tikinti və təmir işləri üçün müvafiq orqanlardan icazə gec gəldiyi üçün o tikinti işlərinə gec başlamış, zərərçəkmiş şəxslər tərəfindən ona verilmiş olan pullar ilə tikinti üçün zəruri materiallar alınmış, həmçinin qeyd edilən ərazilərdə hasar hörən fəhlələrə ödəniş vermişdir. Uzun müddətdir ki, tikinti işləri ilə məşğul olur zərərçəkmiş şəxslərlə aralarında müqailələr vardır. Həmin müqavilə şərtlərinə əsasən göstərilmiş müddətdə evləri tikib təhvil verəcəkdi. Heç bir şəxsi aldatmaq niyyəti olmamışdır. Onlar arasında müqavilə olduğunu və müqavilə öhdəliklərindən irəli gələn mübahisə olduğunu bildirmişdir. Zərərçəkmiş şəxslərdən aldığı pulları digər işlərə xərcləmişdir. Azadlıqdam məhrumetmə ilə bağlı olmayan cəza təyin edildiyi halda o, dərhal evlərin tikintisinə başlayıb, zərərçəkmiş şəxslərə evlərini təhvil verə biləcəkdir. Yekun olaraq o bildirmişdir ki, azyaşlı övladı olmasını nəzərə alaraq onun barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2024-cü ilin yanvar ayında ünvan 6 ünvanında yerləşən 5 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində ev tikməyi qərara almışdır. Evlər barədə maraqlanan zaman üçbucaq evlər (afreyn evlər) tikdirmək istəmişdir. Bunun üçün də “İnstagram” sosial şəbəkəsindən tikinti şirkətləri barədə maraqlanmağa başlamışdır. Tikinti şirkətlərdindən "xxxx" onun diqqətini çəkmişdir. O, həmin MMC-nin sosial şəbəkəsində yerləşdirilmiş əl işlərinə baxıb bəyənmişdir. Bundan sonra həmin sosial şəbəkədə yerləşdirilmiş mobil nömrə ilə əlaqə saxlamışdır. Mobil zənginə cavab verən şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. O, Samirə üçkünc ev tikdirmək istədiyimi demişdir. Samir görüşüb söhbət etməyi təklif etmişdir. O da Samirlə razılaşdıqdan sonra onlar torpaq sahəsində görüşmüşlər. Samir torpaq sahəsinə baxdıqdan sonra torpaq sahəsində o, istədiyi evi tikmək üçün 33700 manat ondan pul istəmişdir. O da Samirlə razılaşdıqdan sonra Samir ona bildirmişdir ki, ilkin olaraq tikinti üçün ümumi məbləğin 40 faizini, qalan pulu isə ayda 555 manat olmaqla ödəməli olmuşdur. O da Samirlə razılaşdıqdan sonra Samir ona evi bir ay müddətində tikib təhvil verəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə o, Samirlə Z.Bünyadov prospektində yerləşən 7 saylı “ASAN” xidmətin qarşısında görüşmüş və verəcəyi pulu gələcəkdə hər hansı bir problem yaranarsa sübut etmək üçün 13600 manat pulu Samirin istifadəsində olan 4169-7385-4106-0558 saylı kapital bank hesabına göndərmişdir. Samir pulu götürdükdən sonra yaxın günlərdə tikintiyə başlayacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Samir ona daşların şəklini ataraq daşları aldığını və tikintiyə başladığını bildirmişdir. Səhəri gün isə Samir onunla əlaqə saxlayaraq daşların oğurlandığını bildirmişdir. O, Samirdən polisə şikayət etməsini istədikdə və özü də polisə şikayət edəcəyini bildirdikdə Samir ehtiyac olmadığını, yenidən daşlar alacağını demişdir. Bir neçə gün keçdikdən sonra o, torpaq sahəsinə getmiş və orada tikinti olmadığını görmüşdür. Buna görə Samirlə əlaqə saxlamış və Samir yaxın günlərdə tikintiyə başlayacağını demişdir. O, 3 ay müddətində hər ay 555 manat pulu Samirin istifadəsində olan kart hesabına ödəmə terminalı vasitəsi ilə göndərmişdir. 3 aydan sonra Samirin tikintiyə başlamadığını, onu aldatdığını görmüşdür. O, daha inanmayaraq Samirdən verdiyi pulunu geri tələb etmişdir. Samir də evi tikəcəyini səbirli olmadığını bildirmişdir. Sonradan Samir onun mobil zənglərinə cavab verməmişdir. Ona görə də o, məcbur olub Samirdən şikayət ərizəsi yazmışdır. O, ümumilikdə 15.265 manat pulu Təqsirləndirilən şəxs ona məxsus torpaq sahəsində ev tikmək üçün vermişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hazırda pulunu tam şəkildə tələb edir. Təqsirləndirilən şəxslə barışıq əldə etmədiyini və ondan şikayətçi olduğunu bildirmişdir. Evin tikintisi üçün bütün zəruri sənədləşməni və icazəni özünün aldığını, Təqsirləndirilən şəxs tərəfindən bu istiqamətdə heç bir iş görülmədiyini söyləmişdir. Torpaq sahəsinin şəkillərini və video çəkilişi məhkəməyə təqdim edərək ərazinin boş olduğunu tikinti aparılmadığını bildirmişdir. Barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanında qeydiyyatdadır və faktiki olaraq ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs təxminən bir il olar ki, Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. O, ünvan 6 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsini adına rəsmiləşdirən zaman Nərmin xanımla tanış olmuşdur. Nərmin xanım da onunla qonşuluqda torpaq sahəsi almışdır. Beləcə Nərmin xanımla dostluq münasibəti yaranmışdır. Danışıqların birində Nərmin xanım aldığı torpaq sahəsində ev tikmək istədiyini bilmiş və ona evi tikmək üçün Samir adlı şəxsi məsləhət görmüşdür. Təqsirləndirilən şəxs tikinti ilə məşğul olur və münasib şərtlərlə ev tikir. O, Təqsirləndirilən şəxs mobil nömrəsini Nərmin xanımdan alaraq əlaqə saxlamışdır. Samirlə telefon danışığı zamanı sonuncuya ev tikdirmək istədiyini demiş və görüşmək qərarına gəlmişlər. Samirlə Nardaran qəsəbəsində aldığı torpaq sahəsində görüşmüşüdür. Samir torpaq sahəsinə baxdıqdan sonra torpaq sahəsində ev tikə biləcəyini demişdir. O, hər biri 100 kv/metr olmaqla ümumilikdə 200 kv/metr olmaqla 2 mərtəbəli ev tikdirmək istəmişdir. Samir isə evin tikintisi üçün ümumilikdə 100.000 manat pul istəmişdir. Samirlə razılaşmalarına əsasən o, ilkin olaraq evin tikilməsi üçün sonuncuya 20.000 manat, evin tikintisi başa çatdıqdan sonra 20.000 manat, təmir başlayan zaman isə 20.000 manat verməli, qalan 40.000 manatı isə ayda 833 manat olmaqla 48 ay müddətində ödəməli olmuşdur. Şərtlər məni qane etdiyi üçün razılaşmıdır. 2024-cü ilin aprel ayının əvvəlində o, ilkin olaraq 5000 manat pulu 9-cu MKR-da yerləşən “Liman” restoranında Samirə vermişdir. Samir isə əvəzində 5000 manat pul verməyi ilə bağlı ona qəbz vermişdir. Təxminən bir həftədən sonra o, yenə “Liman” restoranında Samirlə görüşmüş və əlavə 5000 manat pulu sonuncuya vermişdir. Samir ona yenə də 5000 manat almağı ilə bağlı qəbz vermişdir. 2024-cü ilin may ayının əvvəlində o, Samirlə yenə də “Liman” restoranında görüşmüş və bu dəfə də 10.0 manat pulu sonuncuya vermişdir. Samir bu dəfə 10.000 manat pulu ondan almağı ilə bağlı qəbz verməmişdir. Bir neçə gündən sonra Samir ona tikinti üçün layihə hazırlayaraq layihənin şəklini ona göndərmişdir. Bundan sonra Samir layihəni təsdiq üçün Sabunçu rayon icra hakimiyyətinə göndərmişdir. Sabunçu rayon icra hakimiyyətindən isə onlara rədd cavabı gəlmişdir. O, Samirdən bu barədə soruşan zaman yaxın zamanlarda icazəni alacağını bildirmişdir. 2024-cü ilin iyun və iyul aylarında Samirlə əlaqə saxlayıb görüşmək istəsə də, Samir onun zənglərinə cavab verməmişdir. Bundan sonra Samir bir dəfə torpaq sahəsinə bir yük maşını dolusu daş gətirərək həmin daşların şəklini ona göndərərək tikintiyə başladığın demişdir. Lakin sonradan Samir onun zənglərinə yenə cavab verməmişdir. O, torpaq sahəsinə gedən zaman daşların torpaq sahəsində olduğunu və heç bir tikinti işlərinin aparılmadığmı görmüşdür. Bundan sonra Samirlə əlaqə saxlayaraq vermiş olduğu 20.000 manat pulu geri tələb etmişdir. Samir mənə 20.000manat pulu geri qaytaracağına söz versə də qaytarmamışdır. O, Təqsirləndirilən şəxs ilkin olaraq 20.000 manat pulu ona məxsus torpaq sahəsində 2 mərtəbəli həyət evi tikmək üçün vermişdir. Lakin Samir həmin torpaq sahəsində heç bir iş görməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, tikinti üçün icazəni daha sonra özü almışdır. Hazırda o pulunu tam şəkildə tələb edir. Təqsirləndirilən şəxslə barışıq əldə etmədiyini və ondan şikayətçi olduğunu bildirmiş, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir il olar ki, Zərərçəkmiş şəxs1nm vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs1 onun iş yoldaşı olmuşdur. 2024-cü ilin aprel ayında Nərmin onunla əlaqə saxlamış və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağlan deyilən ərazidə münasib qiymətə torpaq sahəsi olduğunu, özünün həmin torpaq sahəsindən aldığını, ona də torpaq sahəsini almağı məsləhət bildiyini demişdir. O, da razılaşaraq torpaq sahəsi almaq istədiyini dedikdən sonra Nərmin ona Şahin adlı şəxsin mobil nömrəsini vermişdir. O, Şahinlə əlaqə saxlayaraq Şahindən 0.4 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində ev tikmək istəmişdir. Nərminə bu barədə danışan zaman Nərmin ev tikmək üçün Samir adlı şəxsin olduğunu və Samirin tikinti işləri ilə məşğul olduğunu ona demişdir. Belə ki, Təqsirləndirilən şəxs tikinti ilə məşğul olmuş və münasib şərtlərlə ev tikmişdir. O, Təqsirləndirilən şəxs mobil nömrəsini Nərmin xanımdan alaraq əlaqə saxlamışdır. Samirlə telefon danışığı zamanı ev tikdirmək istədiyini demiş və görüşmək qərarına gəlmişlər. Samirlə Nardaran qəsəbəsində aldığı torpaq sahəsində görüşmüşdür. Samir torpaq sahəsinə baxdıqdan sonra torpaq sahəsində ev tikə biləcəyini demişdir. O, bir mərtəbədən ibarət 110 kv/metr həyət evi, evin yanında isə hovuz tikdirmək istəmişdir. Samir isə evin və hovuzun tikintisi üçün ümumilikdə 66.000 manat pul istəmişdir. Samirlə razılaşmalarına əsasən o, ilkin olaraq evin və hovuzun tikilməsi üçün 15.000 manat, torpağı hasara almaq üçün isə 5000 manat, evin tikintisi başa çatdıqdan sonra 15.000 manat verməli, qalan 31.000 manatı isə ayda 520 manat olmaqla 60 ay müddətində ödəməli olmuşdur. Şərtlər onu qane etdiyi üçün o, Samirlə razılaşmışdır. 2024-cü ilin aprel ayının ortalarında o, ilkin olaraq 15.000 manat pulu 9-cu MKR-da yerləşən “Liman” restoranında Samirə vermişdir. Samir isə əvəzində ona 15.000 manat pul verməyi ilə bağlı qəbz vermişdir. 2024-cü ilin may ayının əvvəllərində isə yaşadığı ünvan 8 ünvanının qarşısında 5000 manat pulu Samirə hasarın tikintisi üçün vermişdir. Bundan sonra Samirlə işə başlaması üçün dəfələrlə əlaqə saxlasa da sonuncu onun zənglərinə cavab verməmişdir. Təxminən 2 aydan sonra Samir yük maşını ilə dolu daşları onun torpaq sahəsinə gətizdirməyi ilə bağlı şəkli onun mobil telefonuna göndərmişdir. O, Samirlə onunla əlaqə saxlayaraq layihəni hazırlamasını istəmişdir. Samir isə hər dəfə onun layihəsini hazırlamayaraq onu aldatmışdır. Uzun müddət keçdikdən sonra Samirin işə başlamadığını görmüşdür. Samirlə əlaqə saxlayaraq nə üçün işə başlamadığını soruşan zaman Samir ona yaxın zamanlarda işə başlayacağını demişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Samir ona məxsus torpaq sahəsində heç bir tikinti işləri aparmamışdır. O, Samirlə əlaqə saxlayaraq vermiş olduğu 20.000 manat pulu geri istəsə də Samir müxtəlif bəhanələrlə vermiş olduğu 20.000 manat pulu geri qaytarmamışdır. O, Təqsirləndirilən şəxs ilkin olaraq 15.000 manat pulu özünə məxsus torpaq sahəsində həyət evi tikmək üçün, 5000 manat pulu isə torpaq sahəsini hasara almaq üçün vermişdir. Lakin Samir həmin torpaq sahəsində heç bir iş görməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hazırda pulunu tam şəkildə tələb edir. Təqsirləndirilən şəxslə barışıq əldə etmədiyini və ondan şikayətçi olduğunu bildirmiş, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında əlavə şahid kimi dindirilmiş X3 bildirmişdir ki, zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs1 ilə yaxın rəfiqədir. Nərminin uzun müddətdir ki, ev tikdirmək arzu olmuş, bunun üçün torpaq sahəsi aldıqdan sonra bir neçə tikinti şirkətləri ilə danışıqlar aparmış, lakin şərtləri onları qane etməmişdir. Bundan sonra “İnstagram” sosial şəbəkəsində “Zəhra_mmc_temir_tikinit_” adılı səhifəni tapmış, etmiş olduqları tikin-təmir və təhvil vermiş ev lahiyələrini görümüş və onun rəhbəri olan Samirlə görüşərək şərtləri danışmaq qərarına gəlmişdirlər. Bundan sonra Samirin onlara təklif etdiyi təkliflər uyğun olduğundan, həmçinin kreditlə hissə-hissə ödməkdə mümkün olduğu üçün onlar Samirlə razılaşmış ilkin olaraq Samirə 13600 manat vermiş, mart ayı üçün isə 555 manat ödəniş ödəmişdir. Lakin Samir sonradan onun telefon zənglərinə cavab verməmiş və mart ayı üçün tikintiyə başlayacağını bildirsə də etməmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək 15365 manat məbləğində pulunun ələ keçirməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi” barədə xx.xx.2024cü il tarixli protokol və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs1 dələduzluq cinayəti Təqsirləndirilən şəxs tərəfindən ünvan 13 ünvanı yaxınlığında törətmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən Nərimanov Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək 20.000 manat məbləğində pulunun ələ keçirməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən Nərimanov Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək 20.000 manat məbləğində pulunun ələ keçirməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Təqdim etmə və götürmə” haqqında 20 sentyabr 2024-cü il tarixli protokoldan və qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus bank kartına Zərərçəkmiş şəxs1 tərəfindən müxtəlif vaxtlarda və məbləğlərdə pul köçürülmüşdür. Məhkəmə baxışında tədqiq edilmiş “İfadənin yerində yoxlanılması” haqqında xx.xx.2024cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 ev tikdirmək məqsədi ilə ünvan 15 ünvanında yerləşən sahədən 5 sot torpaq sahəsi almış, tikinti işlərini həyata keçirməsi məqəsi ilə 13600 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermiş, lakin qeyd edilən şəxs tikinti işlərinə başlamamışdır. dan almış olduğu ərazini göstərmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adı qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X2 şəxsə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adı qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş “Axtarışda olan şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində şühbəli şəxs qismində tutulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-1166/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmiş şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində Cəbrayılova Zəhra adlı xx.xx.2018-ci il təvəllüdlü azyaşlı övladı vardır. Məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-in icraçı direktoru Təqsirləndirilən şəxs ilə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 arasında, xx.xx.2024-cü il tarixdə X1 arasında və xx.xx.2024-cü il tarixdə isə Zərərçəkmiş şəxs3 arasında tikinti xidmətlərinin göstəriləməsi ilə bağlı müqavilə imzalanmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə, Təqsirləndirilən şəxs tikinti və təmir işləri üçün müvafiq orqanlardan icazənin gec verildiyi üçün onun, tikinti işlərinə gec başlaması, zərərçəkmiş şəxslər tərəfindən ona verilmiş olan pulla tədricən tikinti üçün zəruri materiallar alması, həmçinin qeyd edilən ərazilərdə hasar hörən fəhlələrə pul ödəməsi ilə bağlı ifadəsi, eləcə də uzun müddət tikinti işləri ilə məşğul olduğu və saysız mənzillər tikərək təhvil verməsi, həmçinin indiki işləri də biraz gecikmələr olsa da, bitirmək niyyətində olması, heç bir şəxsin etibarından sui-istifadə etməməsi ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakter daşıdığı və məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyü qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zəzərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəməyə təqdim edilmiş foto şəkillər və ərazinin görüntüsü və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında həmçinin qeyd edilir ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC şirkəti adından hansı tikinti işlərinin yerinə yetirilməsi barədə məhkəmənin sualına dəqiq cavab verə bilməməsi, bununla yanaşı zərərçəkmiş şəxslərdən alınmış məbləğlərin hansı işlərə xərcləndiyini konkret göstərə bilməməsi, zərərçəkmiş şəxslərlə eyni xarakterli müqavilə bağlamaqla tikinti işlərini görəcəyi barədə vədlər verməsi, eləcə də ödənişləri hissə-hissə almaqla onların etibarını qazanması, daha sonradan heç biri tikiniti işi aparmamaqla zərərçəkmiş şəxslərin telefonlarına cavab verməməsi təqsirləndirilən şəxsin niyyətinin qabaqcadan zərərçəkmiş şəxslərin pullarının ələ keçirilmək olduğunu təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsi, himayəsində azyaşlı övladının olmasını, ilk dəfə cinayət əməli törətməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzaçəkməsinin əvvəli isə xx.xx.2024-cü il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut – Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş xx.xx.2024,xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli, 3 ədəd “A4” formatlı kağız üzərində olan qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 86 (səksən altı) iş saatı üçün 516 (beş yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli, 3 ədəd “A4” formatlı kağız üzərində olan qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmə istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 86 (səksən altı) iş saatı üçün 516 (beş yüz on altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar