Məhkəmə qərarları › İş №1(005)-87/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-87/2022

14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-87/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2mış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs nişanlısı X6 haqqında intim foto və videogörüntüləri yayacağı hədəsi ilə 01 may 2021-ci il tarixdən 03 may 2021-ci il tarixədək olan müddət ərzində ondan 2.000 manat məbləğində pulu hədəqorxu ilə tələb etmiş, bundan başqa istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6.891 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üstündə saxlamaqla ünvan 3 ünvanın yaxınlığına qanunsuz daşımış, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə ünvanlanmış müraciəti əsasında qeyd olunan idarənin əməkdaşları tərəfindən 03 may 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etdiyi pulu almaq məqsədilə həmin tarixdə saat 15:30-da ünvan 3 ünvanın yaxınlığında Zərərçəkmiş şəxsla görüşüb sonuncudan əvvəlcədən əməliyyat-axtarış tədbirində istifadə edilməsi üçün seriya və nömrələri protokola qeyd edilmiş D00809885, C54020042, C57578274, C83305615, C57615175, C08787003, A13882417, A85055249, C41283783, A43307944, C88519193, A26178397, A53428163, C51794739, A01162514, C70169646, A99020463, C43389824, C69428925, C029687734 seriya və nömrəli 20 ədəd 100 manatlıq pul əsginaslarından ibarət 2.000 manat məbləğində pulu hədə-qorxu ilə tələb etməklə alıb ələ keçirdikdən dərhal sonra saxlanılaraq ünvan 4 ünvanda yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki gödəkçəsinin daxili sağ yan cibindən D00809885, C54020042, C57578274, C83305615, C57615175, C08787003, A13882417, A85055249, C41283783, A43307944, C88519193, A26178397, A53428163, C51794739, A01162514, C70169646 A99020463, C43389824, C69428925, C029687734 seriya və nömrəli 20 ədəd 100 manatlıq pul əsginaslarından ibarət 2.000 manat məbləğində pul vəsaiti, daxili sol yan cibindən isə iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3.250 qram və 3.641 qram olmaqla ümumilikdə şəxsi istehlak miqdarından artıq miqdarda - 6.891 qram çəkidə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 və 243.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs X12 vasitəsi ilə tanımışdır. Nərmin Vüsalı sevgilisi kimi, onu isə Vüsala guya sinif yoldaşı kimi təqdim etmişdir. Lakin Nərmin onun deyil, dostunun sinif yoldaşıdır. Nərminlə onun dost münasibətləri olmuşdur. Artıq bir müddət idi ki, təhsil haqqının ödənilməsi ilə bağlı tanıdığı şəxslərə ona köməklik etməklə bağlı müraciət etmişdir. Həmçinin, tanışı Zərərçəkmiş şəxs da bununla bağlı müraciət etmiş, Vüsal da ona təhsil haqqını ödəməkdə köməklik edəcəyinə söz vermişdir. Vüsal onu əmin etmişdir ki, ona maddi köməklik edəcək. Lakin, Vüsal ona verdiyi vədə əməl etməmiş, verdiyi sözün arxasında durmamışdır. O da Vüsala dəfələrlə bildirmişdir ki, əgər ona söz vermişdirsə verdiyi sözü yerinə yetirməlidir. Əgər sözünü tutmayacaqdısa, onu aldatmamalı idi. O, sonuncu dəfə Vüsala zəng edib verdiyi sözü yerinə gətirməsini tələb etmiş və Vüsalla 03 may 2021-ci il tarixdə Nərimanov rayonunda görüşməklə bağlı razılaşmışlar. Görüş zamanı Vüsal ona vəd etdiyi 2000 manat pul vəsaitini vermişdir. Daha sonra polis əməkdaşları ona yaxınlaşaraq saxlamış və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Qeyd edir ki, o, Vüsala hədə-qorxu gəlməmiş, onu heç nə ilə təhdid etməmişdir. Sadəcə Vüsala izah etmişdir ki, kişi kimi verdiyi sözü tutmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə münasibətdə göstərmişdir ki, o, heç vaxt psixotrop maddələrdən istifadə etməmişdir. Əksinə, idmanla məşğul olmuş, pis vərdişlərdən uzaq olmuşdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində üzərinə baxış keçirilərkən təqdim etdiyi 02 ədəd büküm polis əməkdaşları tərəfindən ona verilmişdir. Həmçinin, polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qaldığı üçün həmin vaxt onlarla razılaşmışdır. Başqa sözlə, idarəyə gətirilərkən onun üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Sonda Təqsirləndirilən şəxs qeyd edilənləri nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nərminlə aralarında sevgi münasibətləri vardır və gələcəkdə ailə qurmağı planlaşdırırlar. O, Nərminə görə Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, Sübhan Nərminin sinif yoldaşı olmuş və ailələri bir-biriləri ilə tanışdırlar. O, Sübhanı təxminən 1 il olar ki, tanıyır və sonuncu ilə arada görüşürdülər. X4 təhsil alırdı. Sübhan kriminal aləmə meyilli olduğuna və narkotik vasitələrə meyl göstərdiyinə görə o, Sübhandan uzaqlaşmaq istəyirdi. 01 may 2021-ci ildə Sübhan onun yaşadığı evin yanına gəlib telefonunda Nərmin barəsində açıq saçıq fotoları və videoları olduğunu bildirərək ona 2.000 manat pul verməsə qızın bütün video və şəkillərini sosial şəbəkələrdə yerləşdirməklə yayacağını demişdir. O da Sübhana Nərminə aid foto və videoları yaymamasını, pulu tapıb verəcəyini demişdir. Bundan sonra Sübhan ona iki gün vaxt vermişdir. Yəni 03 may 2021-ci ildə artıq pulu çatdırmalı idi. O, pulu tapa bilmədikdə Sübhanın hədə-qorxu yolu ilə ondan pul tələb etməsinə görə polisə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, 03.05.2021-ci il tarixdə BMCMİ-yə yaxınlaşaraq bu barədə ərizə yazmışdır. Ona kserosurətləri çıxarılmış 2.000 manat pul verilmişdir. 03 may 2021-ci il tarixdə təxminən saat 15:30 radələrində əvvəldən razılaşdıqları kimi Sübhanla görüşən zaman o, pul vəsaitini sayıb Sübhana vermiş, sonuncu pulu sayıb cibinə qoyandan sonra polis əməkdaşları Sübhanı saxlayıb BMCMİ-yə aparmışlar. İdarədə videoçəkilişdən istifadə edilməklə Sübhanın üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, o da iştirak etmişdir. Bundan sonra Sübhana seriya nömrələri məlum olan, kserosurətləri çıxarılmış pul əskinaslarının ona verilib-verilmədiyi soruşulduqda, Sübhan pulların ona verildiyini bildirib əynində olan gödəkçəsinin içəri sağ yan cibindən onun tərəfindən verilən pul vəsaitini, həmçinin gödəkçəsinin içəri sol yan cibindən 02 ədəd sellofan bükümü, gödəkçəsinin ön sol yan cibindən 02 ədəd mobil telefonu, qara rəngli cins materiallı şalvarının ön sol yan cibindən özünə məxsus olduğunu bildirdiyi pul vəsaitini masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Sübhanın üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, əynində olan gödəkçəni çıxarıb ciblərini açması, həmçinin gödəkçəsinin və şalvarının ciblərini tam olaraq göstərməsi, kəmərini və ayaqqabılarını çıxarması təklif edilmişdir. Sübhan deyilənləri etmiş, üzərindən və paltarından sübut əhəmiyyətli heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş mobil telefonlar saxlanılmış, 15 manat pul isə özünə qaytarılmışdır. Ardınca Təqsirləndirilən şəxs təqdim etdiyi pul əskinasları barədə sual olunduqda Sübhan gödəkçəsinin içəri sağ yan cibindən aşkar olunan pul vəsaitlərinin məbləğinin 2.000 manat olmaqla onun tərəfindən ona polis əməkdaşları saxlamamışdan əvvəl verildiyini bildirmişdir. Sübhanın təqdim etdiyi pul vəsaitləri sayılmış və 20 ədəd 100 manatlıq olmaqla ümumilikdə 2.000 manat təşkil etdiyi məlum olmuşdur. Təqdim olunan pul əskinasları eyniləşmə keçirilməsi üçün əvəllcədən kserosurəti çıxarılmış pul əskinaslarının seriya nömrələri ilə bir-bir yoxlandıqda məlum olmuşdur ki, Sübhanın şəxsi axtarış zamanı təqdim etdiyi ümumilikdə 2.000 manat məbləğində pul əskinaslarının hər birinin seriya nömrələri həqiqətən də kserosurətləri çıxarılmış, əməliyyat xərcləri üçün götürürlmüş və ona verilmiş pul əskinaslarıdır. Sorğu zamanı Sübhan ondan hədə-qorxu yolu ilə pul tələb etməsini etiraf etmişdir. Ardınca ona suallar verildikdə o, pulun Sübhan tərəfindən hədəqorxu yolu ilə tələb olunmasını bir daha təsdiq etmişdir. Bundan sonra Sübhandan təqdim etdiyi 02 ədəd bükümdə olan maddələr barədə sual verildikdə sonuncu həmin bükümdəki maddələrin psixotrop maddə olan metamfetamin olduğunu, bir gün əvvəl Əhmədli qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 150 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Sübhanın sifət və əl nahiyyələrində xəsarət formalı qızartıların olduğu müəyyən edildiyindən bu barədə sual verildikdə Sübhan həmin xəsarətləri dostları ilə idman hərəkətləri edən zaman aldığını bildirmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 03 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Baş İdarəyə ərizə ilə müraciət edərək “Sübhan” adlı şəxsin hədə-qorxu yolu ilə ondan pul tələb etdiyini bildirmişdir. Daxil olan ərizə ilə bağlı “Sübhan” adlı şəxsin müəyyən edilməsi və onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. Qərar əsasında DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən seriya və nömrələri protokolda qeyd edilmiş 20 ədəd 100 manatlıq pul vəsaitlərinin kserosurətləri çıxarılmış, 03 may 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 15:30-da Nərimanov rayonu, X23 küçəsi 101-103 ünvanının yaxınlığında ərizəçi Zərərçəkmiş şəxs tərəfindən nömrələnmiş pul əskinaslarının xarici görünüşcə sonradan şəxsiyyəti müəyyən edilmiş Təqsirləndirilən şəxs oxşar şəxsə verilməsindən sonra, pulu qəbul edən şəxs saxlanılmış və onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilərək BMCMİ-yə gətirilmiş və barəsində qanuni tədbir görülməsi üçün Baş İdarənin rəhbərliyinə raportla müraciət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkil təqdim olunmuşdur. Onlar konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etmə cinayətini törətməsi barədə şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün və əynində olan paltarlarının yoxlanılacağı, üstündəki əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirildikdə o, etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs seriya nömrələri onlara məlum olan, kserosurətləri çıxarılmış pul əskinaslarının Zərərçəkmiş şəxs tərəfindən ona verilib-verilmədiyi soruşulmuş, Sübhan pulların ona verildiyini bildirib əynində olan dəri materiallı gödəkçəsinin içəri sağ yan cibindən Zərərçəkmiş şəxs tərəfindən ona verildiyini bildirdiyi pul vəsaitini, həmçinin gödəkçəsinin içəri sol yan cibindən 02 ədəd sellofan bükümü, gödəkçəsinin ön sol yan cibindən 02 ədəd mobil telefonu, qara rəngli cins materiallı şalvarının ön sol yan cibindən özünə məxsus olduğunu bildiriyi pul vəsaitini masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Sübhanın üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, üzərindən və paltarından sübut əhəmiyyətli heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonların “X19” və “İphone 11” modelli mobil telefonlar olduğu məlum olmuş, mobil telefonlar araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanılmışdır. Ardınca şübhəli şəxsin təqdim edib özünəməxsus olduğunu bildirdiyi 15 manat pul vəsaitinə baxış keçirilmiş və əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsin özünə qaytarılmışdır. Ardınca Təqsirləndirilən şəxs təqdim etdiyi pul əskinasları barədə sual olunmuş, sonuncu gödəkçəsinin içəri sağ yan cibindən aşkar olunan pul vəsaitlərinin məbləğinin 2.000 manat olmaqla Zərərçəkmiş şəxs tərəfindən ona bugün polis əməkdaşları saxlamamışdan əvvəl verildiyini bildirmişdir. Şübhəli şəxsin təqdim etdiyi pul vəsaitləri sayılmış və 20 ədəd 100 manatlıq olmaqla ümumilikdə 2.000 manat təşkil etdiyi məlum olmuşdur. Təqdim olunan pul əskinasları eyniləşmə keçirilməsi üçün əvəllcədən kserosurəti çıxarılmış pul əskinaslarının seriya nömrələri ilə bir-bir yoxlanılaraq məlum olmuşdur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi ümumilikdə 2.000 manat məbləğində pul əskinaslarının hər birinin seriya nömrələri həqiqətən də kserosurətləri çıxarılmış, əməliyyat xərcləri üçün götürürlmüş və Zərərçəkmiş şəxs verilmiş pul əskinaslarıdır. Sorğu zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu yolu ilə pul tələb etməsini etiraf edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs qadın tanışı barəsində rüsvayedici videoları sosial şəbəkələr vasitəsi ilə yayacağı ilə bağlı Zərərçəkmiş şəxs hədə-qorxu gələrək ondan 2.000 manat pul istəmişdir. İştirakçılara pul əskinaslarının sübut əhəmiyyəti daşıması səbəbindən götürülməsi barədə məlumat verilmişdir. Bundan sonra şübhəli şəxsdən təqdim etdiyi 02 ədəd bükümdə olan maddələr barədə sual verildikdə Təqsirləndirilən şəxs həmin bükümdəki maddələrin psixotrop maddə olan metamfetamin olduğunu, bir gün əvvəl Əhmədli qəsəbəsində üzdən tanıdğı, adını bilmədiyi şəxsdən 150 manata aldığını və metamfetamin istifadəçisi olduğunu bildirmişdir. Təqdim olunan bükümlər tərəflərindən birbir açılmaqla içindəki maddələrə baxış keçirildikdə onların ağ rəngli, kristal şəkilli, spesifik iyi olmayan psixotrop maddə olan metamfetaminə bənzər maddələr olduğu məlum olmuşdur. Şəxsi axtarış zamanı şübhəli şəxsin sifət və əl nahiyyələrində xəsarət formalı qızartıların olduğu müəyyən edildikdə onlar barədə sual verilmiş, Təqsirləndirilən şəxs həmin xəsarətləri dostları ilə idman hərəkətləri edən zaman aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə tərəfimizdən müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin BMCMİ-nin 6 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan sonra baxış keçirilməsinin nəticəsinə dair protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra imzalarla təsdiq olunmuşdur Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır, onunla sevgili münasibətlərindədir, nişanlıdırlar, gələcəkdə münasibətləri evliliklə nəticələnəcək. Təqsirləndirilən şəxs isə uşaqlıqdan tanıyır. Belə ki, Sübhanın dostu onun sinif yoldaşı olduğundan Sübhanla dostluq münasibətində olmuşdur. Onun vasitəsi ilə Sübhan Vüsalla tanış olmuşdur. Vüsalın da Sübhanla heç bir ədavəti olmamışdır. 2021-ci ilin may ayının 4-dən sonra ona məlum olmuşdur ki, Sübhan Vüsala guya onun barəsində rüsvayedici məlumatları olduğunu deyərək həmin məlumatları yayacağı ilə hədələyib Vüsaldan 2.000 manat pul tələb etmiş, Vüsalda məcbur olub onun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmiş, bunun əsasında keçirilmiş əməliyat tədbirləri nəticəsində Sübhan Vüsaldan 2.000 manat pul tələb edib alarkən tutulmuşdur. O, bunları artıq hadisə baş verəndən sonra Vüsaldan eşidib bilmiş, həmin hadisələrin bilavasitə şahidi olmamışdır. Sübhanın narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olduğunu eşitsə də, onun haradan və nə məqsədlə əldə etməsindən məlumatı yoxdur. Onun ümumiyyətlə heç bir vaxt intim video və fotoları olmamışdır, Sübhan özündən uydurmuşdur ki, guya onun rüsvayedici videoları onda var. Vüsal da bundan qorxub, ondan xəbərsiz Sübhana söz vermişdir ki, tələb etdiyi 2.000 manatı çatdıracaq. Əgər Vüsal ona vaxtında desəydi, o, Vüsalı əmin edərdi ki, belə rüsvayedici məlumatlar ümumiyyətlə yoxdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 6 ilə yaxındır ki, tanıyır. Onlar birlikdə “Sədərək Ticarət Mərkəzi”ndə işlədiyi üçün aralarında tanışlıq yaranmışdır. 03 may 2022-ci il tarixdə saat 12:00 radələrində Sübhan dostu ilə görüşəcəyini bildirərək onların yanından ayrılmışdır. Bundan öncə, səhər saatlarında Sübhan onların yanında olmuş və onun üzərində hər hansı xəsarət mövcud olmamışdır. Hadisədən bir neçə gün öncə onlara bildirmişdir ki, təhsil haqqının ödənilməsi üçün ona pul lazımdır. Bu məqsədlə tanışlarına demiş və onlar köməklik edəcəklər. Hadisə barədə başqa məlumatı olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 digər şahid X8 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, hazırda Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, əvvəllər həmin idarədə təhqiqatçı vəzifəsində işləmişdir. 03 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparmışdır. Həmin istintaq hərəkəti qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmış, qanunla müəyyən olunmuş şəkildə protokollaşdırılaraq istintaq materiallarına əlavə edilmişdir. Həmin şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsindən artıq xeyli müddət keçdiyi üçün başqa bir şey xatırlamır. Cinayət işinin 13-15-ci vərəqlərində olan “Əməliyyat-axtarış tədbirində istifadə ediləcək pul vəsaitinin təqdim olunması haqqında” 03 may 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid1 həmin şöbənin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Zərərçəkmiş şəxs 03 may 2021-ci il tarixdə Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək “Sübhan” adlı səxsin hədə-qorxu gələrək ondan 2.000 manat pul tələb etdiyini, 03 may 2021-ci il tarixdə həmin pulu ələ keçirmək üçün ona görüş təyin etməsini göstərmiş, “Sübhan” adlı şəxsin barəsində qanuni tədbir görülməklə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs müraciətində keçiriləcək əməliyyat-axtarış tədbirində polis əməkdaşlarına yaxından kömək etməyə hazır olduğunu, “Sübhan” adlı şəxsin ondan tələb ediyi 2.000 manat pulu sonuncu ilə 03 may 2021-ci il tarixdə təxminən saat 15:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi 101-103 ünvanının yaxınlığında gorüşüb verəcəyi barədə əvvəlcədən danışdıqlarını bildirdi. Zərərçəkmiş şəxs əməliyyat-axtarış tədbirində könüllü olaraq iştirak etməsi ilə əlaqədar ona yuxarıda qeyd olunan DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən seriya nömrələri D00809885, C54020042, C57578274, C83305615, C57615175, C08787003, A13882417, A85055249, C41283783, A43307944, C88519193, A26178397, A53428163, C51794739, A01162514, C70169646, A99020463, C43389824, C69428925, C029687734 olan 20 ədəd 100 manatlıq pul əskinaslarından ibarət olan cəmi 2.000 manat pul təqdim edilərək verildi. Həmin pul əskinaslarının kserosurətləri çıxarılmaqla protokola əlavə edilmişdir. Cinayət işinin 28-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 03 may 2021-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 36-38-ci vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 may 2021-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X10 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, 03.05.2021ci il tarixdə Zərərçəkmiş şəxs BMCMİ-yə ərizə ilə müraciət edərək “Sübhan” adlı şəxsin hədə-qorxu yolu ilə ondan pul tələb etdiyini bildirmişdir. Daxil olan ərizə ilə bağlı “Sübhan” adlı şəxsin müəyyən edilməsi və onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. Qərar əsasında DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən seriya və nömrələri protokolda qeyd edilmiş 20 ədəd 100 manatlıq pul vəsaitlərinin kserosurətləri çıxarılmış, 03.05.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 15:30-da Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi 101-103 ünvanının yaxınlığında ərizəçi Zərərçəkmiş şəxs tərəfindən nömrələnmiş pul əskinaslarının xarici görünüşcə sonradan şəxsiyyəti müəyyən edilmiş Təqsirləndirilən şəxs oxşar şəxsə verilməsindən sonra, pulu qəbul edən şəxs saxlanılmış və onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilərək BMCMİ-yə gətirilmiş və barəsində qanuni tədbir görülməsi üçün Baş İdarənin rəhbərliyinə raportla müraciət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona təqdim olunmuş «Yusifbəyli və Partnyorları» vəkil bürosunun vəkillərinin siyahısı əsasında seçdiyi vəkil X15 dəvət olunaraq ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirdi və onlara konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradıldı. Onlar konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edildi, həmçinin ona hüquq və vəzifələri izah edildi. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etmə cinayətini törətməsi barədə şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün və əynində olan paltarlarının yoxlanılacağı, üstündəki əşyalara baxış keçiriləcəyi bildirildi. Həmçinin Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirildi və o, bütün bunlara etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirdi. Şəxsi axtarış və baxış həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildi. Şəxsi axtarış və baxış 03.05.2021-ci il tarixdə saat 16:00-da «İphone» markalı mobil telefonla videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanıldı. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildi və onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirildi. Təqsirləndirilən şəxs və iştirakçılara Zərərçəkmiş şəxs baş idarəyə ünvanladığı şikayət ərizəsi və seçirilmiş əməliyyat tədbirləri barədə qısa məlumat verildi. Bundan sonra Təqsirləndirilən şəxs seriya nömrələri onlara məlum olan, kserosurətləri çıxarılmış pul əskinaslarının Zərərçəkmiş şəxs tərəfindən ona verilibverilmədiyi soruşuldu. Təqsirləndirilən şəxs pulların ona verildiyini bildirib əynində olan zoğalı rəngli dəri materiallı gödəkçəsinin içəri sağ yan cibindən Zərərçəkmiş şəxs tərəfindən ona verildiyini bildirdiyi pul vəsaitini, həmçinin gödəkçəsinin içəri sol yan cibindən 02 ədəd sellofan bükümü, gödəkçəsinin ön sol yan cibindən 02 ədəd mobil telefonu, qara rəngli cins materiallı şalvarının ön sol yan cibindən özünəməxsus olduğunu bildiriyi pul vəsaitini masanın üzərinə qoymaqla təqdim etdi. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsinə başlandı. Şübhəli şəxsə əynində olan gödəkçəni çıxarıb ciblərini açması, həmçinin gödəkçəsinin və şalvarının ciblərini tam olaraq göstərməsi, kəmərini və ayaqqabılarını çıxarması təklif edildi. Şübhəli şəxs deyilənləri etdi, üzərindən və paltarından sübut əhəmiyyətli heç nə aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonların “X19” və “İphone 11” modelli mobil telefonlar olduğu məlum oldu. Mobil telefonlar araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanıldı. Ardınca şübhəli şəxsin təqdim edib özünəməxsus olduğunu bildirdiyi 15 manat pul vəsaitinə baxış keçirildi və əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsin özünə qaytarıldı. Ardınca Təqsirləndirilən şəxs təqdim etdiyi pul əskinasları barədə sual olundu. Şübhəli şəxs gödəkçəsinin içəri sağ yan cibindən aşkar olunan pul vəsaitlərinin məbləğinin 2.000 manat olmaqla Zərərçəkmiş şəxs tərəfindən ona bugün polis əməkdaşları saxlamamışdan əvvəl verildiyini bildirdi. Şübhəli şəxsin təqdim etdiyi pul vəsaitləri sayıldı və 20 ədəd 100 manatlıq olmaqla ümumilikdə 2.000 manat təşkil etdiyi məlum oldu. Təqdim olunan pul əskinasları eyniləşmə keçirilməsi üçün əvvəlcədən kserosurəti çıxarılmış pul əskinaslarının seriya nömrələri ilə bir-bir yoxlandı. Məlum oldu ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi ümumilikdə 2.000 manat məbləğində pul əskinaslarının hər birinin seriya nömrələri həqiqətən də kserosurətləri çıxarılmış, əməliyyat xərcləri üçün götürürlmüş və Zərərçəkmiş şəxs verilmiş pul əskinaslarıdır. Sorğu zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu yolu ilə pul tələb etməsini etiraf edərək bildirdi ki, ona məxsus mobil telefonda Zərərçəkmiş şəxs qadın tanışı barəsində rüsvayedici videolar vardır ki, həmin videoları sosial şəbəkələr vasitəsi ilə yayacağı ilə bağlı Zərərçəkmiş şəxs hədə-qorxu gələrək ondan 2.000 manat pul istəmişdir. Ardınca Zərərçəkmiş şəxs suallar verildi ki, sonuncu ondan pulun Təqsirləndirilən şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb olunmasını bir daha təsdiq etdi. İştirakçılara pul əskinaslarının sübut əhəmiyyəti daşıması səbəbindən götürülməsi barədə məlumat verildi. Bundan sonra şübhəli şəxsdən təqdim etdiyi 02 ədəd bükümdə olan maddələr barədə sual verildi və Təqsirləndirilən şəxs həmin bükümdəki maddələrin psixotrop maddə olan metamfetamin olduğunu, bir gün əvvəl Əhmədli qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 150 manata aldığını və metamfetamin stifadəçisi olduğunu bildirdi. Təqdim olunan bükümlər bir-bir açılmaqla içindəki maddələrə baxış keçirildi və onların ağ rəngli, kristal şəkilli, spesifik iyi olmayan psixotrop maddə olan metamfetaminə bənzər maddələr olduğu məlum oldu. Şəxsi axtarış zamanı şübhəli şəxsin sifət və əl nahiyyələrində xəsarət formalı qızartıların olduğu müəyyən edildi və onlar barədə sual verildikdə Təqsirləndirilən şəxs həmin xəsarətləri dostları ilə idman hərəkətləri edən zaman aldığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə tərəfimizdən müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin BMCMİ-nin 5 saylı möhürü ilə möhürləndi və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etdilər. Cinayət işinin 50-52-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4 may 2021-ci il tarixli, 6/1788 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,250 qr., 3,641 qr., ümumi təmiz çəkisi 6,891 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixatrop maddə - metamfetamindir. Cinayət işinin 93-95-ci vərəqlərində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli, 4(005)-438/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 182.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlamanın 04 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 03 may 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 113-114-cü vərəqlərində olan “Maddi sübut hesab edilməsi haqqında” 04 may 2021-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə aşkar olunub götürülmüş tədqiqatdan sonra qalıq qalan bir ədəd zərfdə qablaşdırılan 6,791 qram çəkidə psixotrop maddə metamfetaminin iş üzrə maddi sübt hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 124-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 07.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 137-ci vərəqində olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Digah qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindn verilmiş 26 may 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qəsəbədə yaşadığı müddətdə onun haqqında İcra Nümayəndəliyinə heç bir yazılı şikayət ərizəsi daxil olmamışdır. Cinayət işinin 167-ci vərəqində olan Zərərçəkmiş şəxs Ağababa oğlu tərəfindən yazılmaqla imzalanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində ərizə ilə müraciət etmişdir. Hazırda Sübhanla barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinin 171-172-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsinin 06.09.2021-ci il tarixli, 3287 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindıən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 173-181-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 27 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 182.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 182.1 və 234.1-ci maddələrinə tövsif olunması, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd CD diskin maddi sübut hesab edilməsi, iş üzrə Zərərçəkmiş şəxs tədbirdə istifadə etmək üçün verilmiş 20 ədəd 100 manatlıq pul əskinasları olmaqla ümumilikdə 2000 manat pul vəsaitinin maddi sübut kimi tanınması və ibtidai istintaq tamamlandıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul ehtiyatı fonduna qaytarılması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs Ağababa oğlunun 27.12.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Məşqçilik-2” fakültəsinin dekan müavini S.Qarayeva tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs təhsil aldığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DSX “Sərhədçi” X14 tərəfindən verilmiş Diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs təşkil edilmiş yarışlarda 1-ci yerə layiq görülmüşdür. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Qəbələ idman klubu tərəfindən verilmiş Diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ idman klubunun Cüdo üzrə açıq Birinciliyində Təqsirləndirilən şəxs 1-ci yer tutduğuna görə təltif olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair 21 oktyabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədəqorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədəqorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir.Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olubolmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətlərini araşdıraraq qeyd edir ki, hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Cinayət Məcəlləsinin 182.1ci maddəsinin dispozisiyasına görə bu cinayət əməlinin törədilməsi əmlakın ələ keçirilməsinə deyil, əmlakın hədə-qorxu ilə tələb edilməsinə yönəlmişdir. Bununla belə, əmlakın ələ keçirilməsi hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün əhəmiyyət kəsb etmir. Yəni bu cür cinayətlərdə nəticənin baş verməsi zəruri əlamət kimi çıxış etmir, çünki hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 12-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 6,891 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 182.1 və 234.1-ci maddələri maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 182.1 və 234.1-ci maddələri ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri və təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmasını, idman sahəsində olan nailiyyətlərini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halları - gənc olmasını, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri və təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmasını, idman sahəsində olan nailiyyətlərini müstəsna hal kimi qiymətləndirir və cinayətin məqsədi və motivini, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı qeyd edilən müstəsna halları nəzərə almaqla onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirləndirildiyi Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti cəza müəyyən edilməli (CM-66.2), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 03 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hesab edilən metamfetamin məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan – Zərərçəkmiş şəxs tədbirdə istifadə etmək üçün verilmiş 20 ədəd 100 manatlıq pul əskinasları olmaqla ümumilikdə 2000 manat pul vəsaitinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul ehtiyatı fonduna qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Yusifbəyli və partnyorları Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Yusifbəyli və partnyorları Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Yusifbəyli və partnyorları Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 03 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 6,791 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan – Zərərçəkmiş şəxs tədbirdə istifadə etmək üçün verilmiş 20 ədəd 100 manatlıq pul əskinasları olmaqla ümumilikdə 2000 manat pul vəsaitinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul ehtiyatı fonduna qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Yusifbəyli və partnyorları Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar