Məhkəmə qərarları › İş №1(005)-87/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-87/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-87/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X4, müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Balakən rayonu, Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Balakən rayonu, Qazma kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Balakən rayonu, Qazma kəndi ərazisində yerləşən Qazma kənd 1 nömrəli körpələr evinə açıq vəziyyətdə olan pəncərəsindən qanunsuz daxil olaraq, yataq otağında dolabın üzərində olan 01 ədəd 300 manat dəyərində “Asus” markalı, X553M modelli, qara rəngli notbuku gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Qazma kənd 1 nömrəli körpələr evinə 300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 28 avqust 2023-cü il tarixdə saat 05:30 radələrində təkrar özgənin əmlakını gizli olaraq talama məqsədilə "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən “Bravo” mağazasının giriş qapısını dəmir alətlə aralayıb açmaqla mağazaya qanunsuz daxil olaraq, kassadan 8.000 manat pulu oğurlamaq istəyərkən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Nərimanov rayon Mühafizə İdarəsinin əməkdaşlarının hadisə yerinə yaxınlaşdıqlarını görüb öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin 8.000 manat, xeyli miqdarda pulunu oğurlamağa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2, 29, 177.2.3 və 29,177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 avqust 2023-cü il tarixdə saat təxminən 03 radələrində yaşadığı evdən çıxaraq piyada Qazma kəndi ərazisində gəzməyə başlamış, Qazma kəndi ərazisində olduğu zaman kənd arası yolda Qazma 1 saylı körpələr evinin olması diqqətini çəkmiş, həmin körpələr evində təhlükəsizlik kameralarının və digər nəzarət edən bir şəxsin olmadığını görüb körpələr evinə daxil olaraq, oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra təxminən saat 03 radələrində körpələr evinin giriş qapısına yaxınlaşmış və qapının üzərindən atlanaraq həyətə daxil olmuşdur. Daha sonra körpələr evinin binasının açıq pəncərəsindən içəriyə daxil olaraq içəridə gəzdiyi zaman yataq otağında dolabın üzərində 01 ədəd kompyuterin olduğunu görmüş, həmin 01 ədəd kompyuteri oğurlayıb özü ilə apardığı sellofan torbaya qoyaraq piyada yaşadığı evə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə isə həmin kompyuteri satmaq üçün Balakən şəhəri ərazisinə gətirmiş, Balakən şəhəri H.Əliyev prospektində yerləşən Azercell Telekom mağazasına yaxınlaşmış və kompyuterin özünə məxsus olduğunu bildirib maddi imkanı yaxşı olmadığı üçün satmaq istədiyini demişdir. Həmin mağazada satıcı ondan şəxsiyyətini təsdiq edən sənədin surətini tələb etdikdə özü də kompyuterin özünə məxsus olduğunu, bunun üçün də heç bir problem olmadığını bildirərək şəxsiyyətini təsdiq edən sənədin surətini vermişdir. Daha sonra mağazada işləyən şəxs həmin kompyuter üçün 90 manat verə biləciyini bildirdiyindən onunla razılaşmış və həmin kompyuteri 90 manata Azercell Telekom mağazasında işləyən şəxsə satmışdır. Həmin 90 manat pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa təxminən 2023-cü ilin avqust ayının ortalarında işləmək üçün Bakı şəhərinə getmiş, təxminən 10 gün Pirşağı qəsəbəsində kafedə ofsiant işləmişdir. Həmin ərəfədə yaxınlıqda yerləşən “Oskar” adlı moteldə gündəlik 10 manat pul ödəməklə gecələmişdir. 28 avqust 2023-cü il tarixdə keçə gecə saat təxminən 00:15 radələrində Pirşağı qəsəbəsindən iş yerindən çıxıb metronun “Nizami” stansiyasının yaxınlığında olan əvvəllər işlədiyi Göyçay kafesinə getmişdir. Lakin, həmin vaxt orada olan tanışları ilə söhbət əsnasında onların da maddi vəziyyəti yaxşı olmadığından oğurluq etməyi qəti olaraq qərarlaşdırmışdır. Bundan sonra metronun “20 yanvar” stansiyasının yaxınlığına getmiş, oradan da uzaqlaşaraq piyada olaraq şəhər ərazisində gəzməyə başlamışdır. Piyada gəzdiyi zaman Nərimanov rayonu ərazisində yol kənarında yeni tikilmiş çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində “Bravo” rmarketlər şəbəkəsinə aid olan mağazanın olduğunu, həmin mağazanın təhlükəsizlik kameraları olsa da, ətrafda mağazaya nəzarət edən hər hansı şəxsin olmadığını görmüşdür. İlk öncə mağazanın qarşısında əyləşib ətrafa nəzər yetirmiş, ətrafda, eləcə də mağazaya nəzarət edən heç kimin olmadığını görüb qərara gəlmişdir ki, həmin mağazaya daxil olub oğurluq etsin. Bundan sonra mağazanın qarşısında olan taxta anbarın yanından götürdüyü dəmir parçası ilə giriş qapısına yaxınlaşmış və şüşə materialından olan iki taylı qapını üzərindəki həmin dəmir parçası ilə aralayıb qapını açaraq mağazaya daxil olmuş, mağazaya daxil olduqdan sonra mağazada olan kassa aparatlarına yaxınlaşmışdır. Həmin vaxt pul olmayan kassa aparatlarının açıq, pul olan kassa aparatlarının isə bağlı olduğunu görmüşdür. Pul olan kassa aparatına müdaxilə edərək kilidini dəmir parçası ilə açmaq istədiyi zaman çöldən polis maşınının siqnal səsini eşitmiş, baxanda polis əməkdaşlarının gəldiyini görmüşdür. Həmin zaman gizlənmək istəsə də bunu edə bilməmişdir. Həmin yerə gəlmiş polis əməkdaşları onu tutaraq Nərimanov rayon polis idarəsinin 16-cı polis şöbəsinə aparmışlar. “Bravo” marketlər şəbəkəsinə aid mağazaya daxil olan zaman fikirləşmişdir ki, mağazanın kassasında təxminən 7.000 manat pul olar, həmin pulu oğurlayar. Yəni “Bravo” mağazasından 7.000 manat pul oğurlamaq niyyəti olmuşdur. Lakin polis əməkdaşları həmin mağazaya gəldikləri üçün oğurluğu başa çaldıra bilməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X8 ifadəsində göstərmişdir ki, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 ünvanında yerləşən “Bravo” mağazası hər gün saat 08:00-da açılır və axşam saat 23:00-a kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə təxminən saat 06 radələrində Mühafizə Polisindən zəng edilərək bildirmişlər ki, mağazada siqnalizasiyanın işə düşməsi nəticəsində hadisə yerinə yaxınlaşan polis əməkdaşları mağazadan oğurluq etməyə çalışan şəxsi saxlayaraq 16-cı Polis bölməsinə aparmışlar. Görüntüyə baxdıqdan sonra məlum olmuşdur ki, naməlum şəxs Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 ünvanında yerləşən “Bravo” mağazasının giriş qapısını dəmir alətlə aralayıb açır, daha sonra kassalara müdaxilə edərək kassada olan pulları oğurlamağa çalışır. Lakin, polis əməkdaşlarının hadisə yerinə vaxtında gəlməsi nəticəsində həmin şəxs oğurluq niyyətini başa çatdıra bilməmişdir. Hadisə zamanı “Bravo” mağazasının giriş qapısının saxlayıcı kəmərinin sınması nəticəsində marketə 650 manat maddi ziyan dəymişdir. Lakin mağazadan heç nə oğurlanmamışdır. Mağazada olan 3 kassa aparatında ümumilikdə 8.000 manata yaxın pul olmuş, lakin qeyd etdiyi kimi həmin şəxs kassa aparatlarının heç birini aça bilməmiş və polis əməkdaşları vaxtında gəlib çatdığı üçün əməlini başa çatdıra bilməmişdir. Sonda zərərçəkmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X8 təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildirmişdir. İttiham aktının siyahısında zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Qazma kənd 1 saylı Körpələr evinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə Nümayəndə1 məhkəməyə teleqram ünvanlayaraq səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslə barışdıqlarını, onlara dəymiş ziyanın tam ödənildiyini, heç bir şikayət və tələblərinin olmadığını bildirmiş və növbəti məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinin 126-127-ci vərəqələrində olan zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Qazma kənd 1 saylı Körpələr evinin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, 1981-ci ildən sonra Balakən rayonu Qazma kənd 1 saylı Körpələr evində tərbiyəçi vəzifəsində işləyir. 08 avqust 2023-cü il tarixdə işlədiyi Qazma 1 saylı Körpələr evinin böyük qrup otağında olan, 1 saylı Körpələr evinin balansındakı 1 ədəd “ASUS” markalı dizüstü kompyuterin körpələr evinə daxil olan naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Həmin vaxt müdir Züleyxa Əsgərova və özü bu barədə rəsmi olaraq heç bir orqana müraciət etməmişlər. Belə ki, özləri həmin dizüstü kompyuteri axtarıb tapmağa çalışmışlar. Bir kompyuter üçün şikayət etmək istəməmişlər. Lakin həmin dizüstü kompyuteri tapa bilmədikləri üçün xx.xx.2023-cü il tarixdə bu barədə Balakən RPŞ-yə ərizə ilə müraciət etmişdir. Sonaradan həmin kompyuterin həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı məlum olmuşdur. Qazma kənd 1 saylı körpələr evinə məxsus olan 1 ədəd “ASUS” markalı dizüstü kompyuter 600 manat dəyərindədir. Həmçinin həmin oğurlanmış kompyuterin klaviaturasının bəzi düymələrinin üzərində anlaşılması üçün latın qrafikası ilə hərflər yazılmışdır. Buna görə də həmin dizüstü kompyuter ona təqdim edilsə tanıya bilər. Sonda zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə1 təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2017-ci ildən DİN-in Nərimanov rayon Mühafizə İdarəsində polis serjantı kimi xidmətə başlamış, 2023cü ilin oktyabr ayında öz ərizəsi ilə xidmətdən xaric olunmuşdur. Mühafizə polisində işlədiyi müddətdə 24 saatlıq iş rejimində işləmişdir. Hər gün saat 09:00-da xidmətə çıxmış və növbəti gün saat 09:00-da xidməti digər növbəyə təhvil verib istirahətə getmişdir. xx.xx.2023-cü il tarixdə iş yoldaşı Şahid3lə birlikdə xidmətə çıxmış, gün ərzində marşurutu üzrə xidmət aparmışlar. xx.xx.2023-cü il tarixdə saat 05:33-də mərkəzdən məlumat verilmişdir ki, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 ünvanında yerləşən “Bravo” mağazasından siqnal daxil olub. Bundan sonra dərhal həmin ünvana yaxınlaşmışlar. Xidməti avtomobili idarə etdiyi üçün ilk olaraq növbə yoldaşı Samiq marketə yaxınlaşmış, özü isə avtopatrulu saxlayıb Samiqin arxasınca marketə yaxınlaşmışdır. Bu vaxt marketdən bir nəfər cavan oğlan çıxmış, həmin şəxsin oğurluq etmək məqsədi ilə marketə qanunsuz daxil olduğunu başa düşüb onu saxlayaraq ərazi üzrə Nərimanov RPİ-nin 16-cı Polis bölməsinə gətirmişlər. Bölmədə olarkən həmin şəxsin X10 olması müəyyən edilmişdir. Bölmənin rəhbərliyinə raportla məruzə edib həmin şəxsi bölməyə təhvil vermişlər. Oğurluq etmək üçün “Bravo” marketə daxil olmuş X10 oradan heç nə oğurlamamışdır. Hadisə yerinə vaxtında çatdığı üçün Aydın marketdən heç nə oğurlaya bilməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş X3 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər X1 və Şahid3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 8-12-ci vərəqələrində olan “Baxış keçirilməsi barədə” 29 avqust 2023cü il tarixli protokoldan görünür ki, hadisə yeri Balakən rayonu Qazma kəndi ərazisində yerləşən Qazma kənd 1 nömrəli körpələr evidir. Cinayət işinin 34-cü vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 74-78-ci vərəqələrində olan Balakən Rayon Məhkəməsinin 4(019)- 41/2023 saylı, xx.xx.2023-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin Təqsirləndirilən şəxs faktiki tutulduğu 29 avqust 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 81-98-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 1(068)-19/2023 saylı, xx.xx.2023-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 4 (dörd) il müddətində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdən 20 avqust 2022-ci il tarixə, 22 avqust 2022-ci il tarixdən 24 avqust 2022-ci il tarixə, 05 sentyabr 2022-ci il tarixdən 07 sentyabr 2022-ci il tarixə tutulduğu (həbsdə saxlanıldığı) cəmi 06 gün müddət, habelə 26 sentyabr 2022-ci il tarixdən 19 iyun 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 08 ay 24 gün müddət, ümumilikdə həbsdə saxlanıldığı 09 (doqquz) ay müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin ləğv edilməsi və onun hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs haqqında “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin seçilməsi hökm edilmişdir. Cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 131-ci vərəqində olan Balakən RİHB-nın Qazma kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharbəsi iştirakçısıdır. Cinayət işinin 218-220-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli, 9/7464 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd "Asus" markalı, X553M modelli, qara rəngli notbukun istifadədə olması, üzərində olan qüsurlar və satış üçün komplektləşdirilməsinə daxil edilən akessuarların olmaması nəzərə alınmaqla, 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 300 manat müəyyən olunur. Cinayət işinin 252-ci vərəqində olan İ-1897 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Ağdamın azad olunasına görə” medalı ilə təltif olunmuşdur. Həmçinin İ-49532 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Cinayət işinin 253-cü vərəqində olan İ-7297 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Qubadlının azad olunasına görə” medalı ilə təltif olunmuşdur. Həmçinin İ-10016 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işinin 254-cü vərəqində olan İ-3015 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Zəngilanın azad olunasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işinin 261-ci vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” 15 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPl-nin istinaq Şöbəsinin müstəntiqi X9 Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs və vəkili X5 iştirakı ilə icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 05:30 radələrində, oğurluq etmək üçün ünvan 2 ünvanında yerləşən “Bravo” marketə qanunsuz daxil olması zamanı marketin müşahidə kameraları tərəfindən qeydə alınmış görüntünün olduğu 01 ədəd diskə tərəfindən “HP Core İ5” markalı kompüter vasitəsi ilə baxış keçirilmişdir. Həmin diskin yaddaşına daxil olduqda “01” ədəd video faylın olması aşkar olundu. Görüntüyə daxil olduqda videoçəkilişin 03:25 saniyə müddətində davam etdiyi görünür. Görüntününün ilk 30 saniyəsində bir nəfər şəxsin marketin qarşısında oturub ətrafa baxdığı görsənir. Görüntünün 01 dəqiqə 10 saniyəsində bir nəfər şəxs marketin giriş qapısını aralayaraq içəri daxil olur, marketin kassa aparatlarına müdaxilə edərək kassaları açmağa çalışır, 02 dəqiqə 30 saniyədə marketin içərisində gizlənir, 02 dəqiqə 45 saniyədə isə marketin giriş qapısına yaxınlaşıb çıxmaq istəyərkən qapının qarşısında polis əməkdaşının olduğunu görüb dayanır, 03 dəqiqə 20 saniyədə digər polis əməkdaşı da yaxınlaşır və həmin şəxsi saxlayıb aparırlar. Bununla da videogörüntü sona çatır. Diskə baxış zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs görüntüdə marketin qarşısında oturan, daha sonra marketin giriş qapısından içəri daxil olaraq kassa aparatlarına müdaxilə edən şəxsin məhz özü olmasını, daha sonra polis avtomaşınının siqnal səsini eşidib marketin içərisində gizlənməyə çalışdığını, marketdən çıxıb qaçmaq istəyərkən giriş qapısının qarşısında polis əməkdaşının olduğunu görüb dayandığını, daha sonra həmin polis əməkdaşlarının onu saxlayaraq 16-cı polis bölməsinə apardığını bildirdi. Baxış zamanı təqisrləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X11 tərəfindən hər hansı şikayət, vəsatət və etiraz daxil olmamışdır. Diskə baxış keçirilməsi barədə tərtib olunmuş protokol tərəfindən ucadan oxundu. Təqsirləndirilən şəxs və müdafiəçi X11 protokolla tanış olub heç bir şikayət və vəsatətlərinin olmadığını bildirdilər. Cinayət işinin 265-273-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı təqdim edilmiş 01 ədəd “Asus” markalı, X553M modelli, qara rəngli notbukun iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması və saxlanılması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 təhvil verilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş, Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xızı Rayon Məhkəməsinin 1(068)-19/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş məhkum Təqsirləndirilən şəxs barədə hökm və hökmün icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə Balakən rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, xx.xx.2023-cü il tarixdə məhkum Təqsirləndirilən şəxs Balakən rayon İcra və Probasiya şöbəsinin qeydiyyatına götürülmüşdür. Cəza çəkdiyi müddətdə təkrarən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək Balakən Rayon Məhkəməsinin 4(019)-41/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın 1 ay 18 gün hissəsini çəkmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsilərin nümayəndələrinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, 44 X6 iştirakçısı olmasını, zərərçəkmiş zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Qazma kənd 1 saylı Körpələr evinin nümayəndəsi Nümayəndə1 ilə barışmasını, dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun bu məhkumluğu (Xızı Rayon Məhkəməsinin 1(068)-19/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü) azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(068)-19/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 2 (iki) il 4 (dörd) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 1 (bir) il 2 (iki) ay 6 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək üzərində qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı (CPM- 158.2.1., 158.6.,) barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut - 01 ədəd “Asus” markalı, X553M modelli, qara rəngli notbukun zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(068)-19/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 2 (iki) il 4 (dörd) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 1 (bir) il 2 (iki) ay 6 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd “Asus” markalı, X553M modelli, qara rəngli notbukun zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar