Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-87/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 38, mənzil 10-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi Balakən Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(019)-600/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən xx.xx.2012-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər ay 60,00 manat məbləğində alimentin tutularaq Hüseynova (Vəliyeva) Silduzə Hacı qızına, bundan əlavə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1386/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq 28.11. 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər ay 220,00 manat məbləğində alimentin tutularaq Abdulova (Vəliyeva) Leyla Şamil qızına ödənilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini üzürsüz səbəbdən müəyyən olunmuş müddət ərzində icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək xx.xx.2017-ci il tarixli, 3(005)-154/2017 saylı qərarı ilə 10 (on) gün, xx.xx.2019-cu il tarixli, 3(005)-3359/2019 saylı qərarı ilə 10 (on) gün və xx.xx.2024-cü il tarixli, 3(005)-1619/2024 saylı qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin olunmasına və icra sənədlərindəki tələbləri icra etmədiyi üçün ona xx.xx.2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək məhkəmə qətnamələri üzrə şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxslər Hüseynova (Vəliyeva) Silduzə Hacı qızına 8160,00 manat və Abdulova (Vəliyeva) Leyla Şamil qızına 3740,00 manat məblğində borcunu ödəməməklə qeyd edilən məbləğlərdə sonunculara maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununlada Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş CM-in 306.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmidir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(019)-600/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən xx.xx.2012-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər ay 60,00 manat məbləğində alimentin tutularaq Hüseynova (Vəliyeva) Silduzə Hacı qızına, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1386/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq 28.11. 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər ay 220,00 manat məbləğində alimentin tutularaq Abdulova (Vəliyeva) Leyla Şamil qızına ödənilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra edə bilməmişdir. Belə ki, iş yeri olmamışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyəcəyini bildirərək cinayət işi üzrə barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2005-ci ilin fevral ayının 20-də Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları 2006-cı ilin fevral ayının 17-də Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs ilə birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 10 dekabr 2009-cu il tarixdə Nərminə adlı bir qız övladı dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2007-ci ilin sentyabr ayında bir azyaşlı uşağını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı Balakən rayonunda yerləşən ünvanına gedərək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs bir azyaşlı uşağının taleyi ilə maraqlanmadığına görə və uşağın böyüdülməsində maddi cəhətdən əziyyət çəkdiyi üçün məcburiyyət qarşısında qalaraq 2012-ci ilin yay aylarında sonuncudan boşanmaqdan və bir azyaşlı uşağının saxlanılmasından ötrü aliment pulunun alınmasına dair aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları ləğv olunaraq 31 avqust 2012-ci il tarixdən başlayaraq 10 dekabr 2005-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər ay 60,00 manat məbləğində alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 09 oktyabr 2012-ci il tarixli, 2(019)-600/2012 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ona alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün icra məmuru tərəfindən sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 3(005)- 3359/2019 saylı qərarı ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən onun şikayətinə əsasən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulması barədə qərar qəbul edilmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs icra dövründə Balakən Rayon Məhkəməsinin 09 oktyabr 2012-ci il tarixli, 2(019)-600/ 2012 saylı qətnaməsi üzrə alimentə görə heç ödəniş etməmiş və 15 iyul 2024-cü il tarixədək 8160,00 manat məbləğində qalıq borcu qaldığını və borclu qaldığı məbləğin alınaraq ona qaytarılmasında köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2009-cu ilin iyun ayının 26-da Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs ilə birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 28 noyabr 2011-ci il tarixdə İlkin adlı bir oğlan övladı dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2022-ci ilin oktyabr ayının 23-də bir azyaşlı uşağını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gələrək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs bir azyaşlı uşağının taleyi ilə maraqlanmadığına görə və uşağın böyüdülməsində maddi cəhətdən əziyyət çəkdiyi üçün məcburiyyət qarşısında qalaraq 2023-cü ilin fevral ayında sonuncudan bir azyaşlı uşağın saxlanılmasından ötrü aliment pulunun alınmasına dair aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları ləğv olunaraq 15 fevral 2023-cü il tarixdən başlayaraq 28 noyabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər ay 220,00 manat məbləğində alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 30 mart 2023-cü il tarixli, 2(005)-1386/2023 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ona alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün icra məmuru tərəfindən sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 3(005)- 1619/2024 saylı qərarla 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurunun təqdimatına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən onun şikayətinə əsasən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulması barədə qərar qəbul edilmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs icra dövründə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 mart 2023cü il tarixli, 2(005)-1386/2023 saylı qətnaməsi üzrə alimentə görə ona heç ödəniş etməmiş və 15 iyul 2024-cü il tarixədək 3740,00 manat məbləğində qalıq borcu qalmış və istintaq dövründə borclu qaldığı məbləğdən 1000,00 manat ödəniş etmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə borcu qaldığı məbləğin alınaraq ona qaytarılmasında köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi üzrə istintaq zamanı şahid qismində dindirilmiş Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Balakən Rayon Məhkəməsinin 09 oktyabr 2012-ci il tarixli, 2(019)-600/2012 saylı icra sənədinə əsasən, borclu Təqsirləndirilən şəxs 31 avqust 2012-ci il tarixdən başlayaraq 10 dekabr 2005-ci il təvəl- lüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay 60,00 manat alimentin alınaraq tələbkar Hü seynova Silduzə Hacı qızına ödənilməlidir. Bundan əlavə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(005)-1386/2023 nömrəli icra sənədinə əsasən, borclu Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdən başlayaraq 28 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məblə ğində hər ay 220,00 manat məbləğində alimentin tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədləri şöbəyə daxil olduğu tarixlərdə icraata qəbul edilmiş, tələbin icra olunması üçün borcluya qərarların surətləri göndərilmiş və bildirişlər rəsmi qaydada təqdim edilmişdir. Bu barədə tələbkar tərəflər və müvafiq məhkəmələr məlumatlandırılmışdır. Borclu tərəfindən ilkin icra sənədinin icrası təmin edilmədiyi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 3(005)-94/2016 saylı, 09 mart 2017-ci il tarixli, 3(005)-154/2017 saylı və 19 dekabr 2019-cu il tarixli, 3(005)-3359/2019 saylı qərarları ilə borclunun barəsində inzibati həbs növündə tənbeh tədbirləri tətbiq edilmişdir. Eyni zamanda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 8(005)-684/2020 saylı qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra sənədləri 24 aprel 2023-cü il tarixdə bir icraatda birləşdirildikdən sonra borclu tərəfindən aliment öhdəlikləri icra olunmadığı üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 3(005)- 1619/2024 saylı qərarı ilə borclu barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri təqbiq edilmişdir. Daha sonra ona tələbləri icra etməsi üçün yeni müddət verilmiş, lakin borclu Təqsirləndirilən şəxs icra sənədləri üzrə aliment ödənişi etməmişdir. İcra sənədləri üzrə tələbkarlar Zərərçəkmiş şəxs1 və Leyla Vəliyeva rəsmi qaydada ərizə ilə şöbəyə müraciət edərək borclunun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin 09 oktyabr 2012-ci il tarixli, 2(019)-600/2012 saylı icra sənədi üzrə 10 dekabr 2005-ci il təvəllüdlü Nərminə Vəliyeva yetkinlik yaşına çatmış, bu vaxta qədər iş üzrə tələbkar Zərərçəkmiş şəxs1 alimentə görə heç bir ödəniş olunmamış və 8160,00 aliment borcu yaranmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(005)-1386/2023 nömrəli icra sənədi üzrə bu vaxta qədər Leyla Vəliyevaya aliment ödənilməmişdir və 15 iyul 2024-cü il tarixə kimi 3740,00 aliment borcu yaranmışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş aliment borcunu ödəməkdən qərəzli şəkildə yayınmışdır. Yaranmış aliment borcunun ödənilməsi dəfələrlə borclu Təqsirləndirilən şəxs tələb edilmiş, lakin o, borc öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən də, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində bir neçə dəfə inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnamələrinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Cinayət işi üzrə istintaq zamanı şahid qismində dindirilmiş Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsində toplanmış material əsasında AR CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış, icraata qəbul edilərək istintaq aparılmış, başlanılmış cinayət işinə ********* nömrəsi verilməsi qərara alınmışdır. Balakən Rayon Məhkəməsinin 2(019)-600/2012 nömrəli, 09 oktyabr 2012-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, 10 dekabr 2005-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Balakən Rayon Məhkəməsinin 25 fevral 2009-cu il tarixli, 2(019)- 87/2009 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 31 avqust 2012-ci il tarixdən hesablanmaqla hər ay 60 manat sabit pul məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Vəliyeva (Hüseynova) Silduzə Hacı qızının xeyrinə tutulması qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1386/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddia təmin edilmiş xx.xx.2023-cü il tarixdən başlayaraq 28 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay 220 manat məbləğində aliment alınaraq X4 verilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” 20 aprel 2015-ci il tarixli qərarından və 17/69-№6220-3 nömrəli bildirişdən görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-600/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi üzrə icraata başlanılmışdır. “İcraata başlamaq haqqında” 12 aprel 2023-cü il tarixli qərarından və e84770/2023-15-12 nömrəli bildirişdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1386/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsi üzrə icraata başlanılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-94/2016 nömrəli, 26 fevral 2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-in 313-1.1-ci maddəsində nəzərdə tutulmuş, inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilməsi qərara alınmış, həbsetmənin əvvəli 26 fevral 2016-cı il tarixdən hesablanması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-154/2017 nömrəli, 09 mart 2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş, inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilməsi qərara alınmış, həbsetmənin əvvəli 09 mart 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3359/2019 nömrəli, 19 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş, inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilməsi qərara alınmış, həbsetmənin əvvəli 19 dekabr 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-684/2020 nömrəli, 19 noyabr 2020-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 2(019)- 600/2012 nömrəli, 09 oktyabr 2012-ci il tarixli qətnaməsi üzrə icra hərəkətlərinin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1619/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş, inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətində inzibati həbs edilməsi qərara alınmış, həbsetmənin əvvəli 27 may 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 3-13-12/2-193320/2024 nömrəli, 01 oktyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirəndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-in 306.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin axtarışı” haqqında 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş və qərarın icrası AR DİN-in Bakı şəhəri Nərimanov RPİ-yə həvalə edilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulmasına dair” 29 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2024-cü il tarixdə, saat 11:30 radələrində saxlanılmışdır. 30 oktyabr 2024-cü il tarixli “Qətimkan tədbiri seçmək haqqında” qərardan və “Başqa yerə getməmək haqqında” iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR DİN-in Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 1(005)-87/2025 nömrəli 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi,Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməsi,həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanması, Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edildikdə onun dərhal tutularaq AR ƏN PX-in 3 saylı İstintaq Təcridxanasına etap olunması,qərarın icrasının AR ƏN PX-in 3 saylı İstintaq Təcridxanasına həvalə edilməsi,qərarın icra olunması üçün Bakı şəhəri Nərimanov RPİ-yə, onun icrasına nəzarətin həyata keçirilməsi üçün Bakı şəhəri Nərimanov rayon prokuroruna göndərilməsi və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və onun məhkəməyə gətirilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. AR DİN-in Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-in rəisi, polis polkovnik-leytenantı Bayram Alıyevin 3/2-1201 nömrəli, 10 fevral 2025-ci il tarixli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış məktubundan görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixdə, saat 17:50 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində saxlanılaraq Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-yə gətirilmiş və zəruri istintaq hərəkətlərinin aparılması məqsədi ilə AR DİN-in Bakı şəhəri Nərimanov RPİ-nin MSY-yə təhvil verilmişdir. “Axtarışda olan şəxsin tutulmasına dair” 07 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixdə, saat 17:50 radələrində saxlanılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 1(005)-87/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(005)-87/2025 nömrəli cinayət işinin icraatının təzələnməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etiraf edici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və cinayət işi üzrə istintaq zamanı şahidlərin ifadələri və məhkəmə baxışının gedişatında tədqiq edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi Balakən Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(019)-600/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən xx.xx.2012-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər ay 60,00 manat məbləğində alimentin tutularaq Hüseynova (Vəliyeva) Silduzə Hacı qızına, bundan əlavə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1386/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq 28.11. 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər ay 220,00 manat məbləğində alimentin tutularaq Abdulova (Vəliyeva) Leyla Şamil qızına ödənilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini üzürsüz səbəbdən müəyyən olunmuş müddət ərzində icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək xx.xx.2017-ci il tarixli, 3(005)-154/2017 saylı qərarı ilə 10 (on) gün, xx.xx.2019-cu il tarixli, 3(005)-3359/2019 saylı qərarı ilə 10 (on) gün və xx.xx.2024-cü il tarixli, 3(005)-1619/2024 saylı qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin olunmasına və icra sənədlərindəki tələbləri icra etmədiyi üçün ona xx.xx.2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək məhkəmə qətnamələri üzrə şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxslər Hüseynova (Vəliyeva) Silduzə Hacı qızına 8160,00 manat və Abdulova (Vəliyeva) Leyla Şamil qızına 3740,00 manat məblğində borcunu ödəməməklə qeyd edilən məbləğlərdə sonunculara maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Adı çəkilən qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olubolmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsini rəhbər tutaraq cəzasını yüngülləşdirən və həmin məcəllənin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, iş üzrə şübhəli şəxs qismində tutulduğu 01 gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CMnin 69.3 maddəsi), təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, (Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsi) cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 07 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə olduğu 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 07 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-87/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-87/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver