Məhkəmə qərarları › İş №1(005)-88/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-88/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-88/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Qubadlı rayonunun Aşağı Mollu rəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Qubadlı rayonu, Aşağı Mollu kəndində qeytiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Yaşayış massivində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 13.10.2019-cu il tarixdə saat 13:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Kainat” ticarət mərkəzinin 12A saylı mağazasında olan asılqandakı qadın çantasının içərisindən 1500 manat gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1500 manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah niyyəti ilə talamaq məqsədi 11 avqust 2020-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən “HH Baku” adlı kişi geyimləri mağazasının soyunub geyinmə otağında asılqandan asılmış zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus qara rəngli şalvarın sol yan cibindən 20 manat dəyərində qara rəngli pul kisəsini, həmin pul kisəsinin içərisində olan 600 manat pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 620 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, ibtidai istintaq orqanının ona qarşı Nizami rayonu ərazisində yerləşən Kainat ticarət mərkəzinin 12A saylı mağazasında zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 1500 manat məbləğində zərərin dəyməsi epizodunda özünü təqsirli bilmir. Belə ki, həmin hadisənin ümumiyyətlə ona aidiyyəti yoxdur. Bu tamamilə istintaq orqanın fərziyyələrinə əsaslanaraq irəli sürülmüş ittihamdır. İbtidai araşdırmanı aparan müstəntiq onu hədələyərək bu cinayət hadisəsi üzrə özünü təqsirli bilməsini və ittihamı qəbul etməsini bildirmiş, o da təzyiq altında ifadənin doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Hadisə yerinə baxış keçirilən zaman çantanın harada olduğunu göstərməsi ilə bağlı hərəkətləri, mağazaya daxil olarkən çantanın içərisindən hansı məbləğdə pulun olmasını əvvəlcədən müstəntiq tərəfindən ona öyrədilmişdir. Bu səbəblə də mağazaya daxil olarkən çantanın harada olduğunu əli ilə işarə edərək göstərmişdir. Bu cür izahat verməsinə, həmçinin baxış keçirilən zaman ona deyilən tapşırığı yerinə yetirməsinə səbəb fiziki və mənəvi təzyiqlərə məruz qalması olmuşdur. Müstəntiq ona bildirmişdir ki, həmin ərazidə quraşdırılmış müşahidə kameralarına yaxalanmışdır. Guya başında papaq olan bir şəxsin ona bənzədiyini bildirmişlər. O, ticarət mağazasının oboy satılan bölməsinə daxil olmamışdır. O, heç həmin mağazanın önündən belə keçməmişdir. Kamera görüntülərinə yaxalanan şəxs o deyil. Polis əməkdaşı ona təzyiq göstərmişdir. Ona deyilmişdir ki, 2019-cu ildən etibarən bu iş açılmamış cinayət işi kimi üzərilərində qalmışdır, ona görə həmin cinayət hadisəsini də elə etmişlər ki, guya o törədib və ona irəli sürülən ittihama əlavə etmişlər. Lakin digər epizod üzrə özünü tam təqsirli bilir. Belə ki, o, 11 avqust 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində avtobusa minərək Bakı şəhəri Nərimanov rayonuna paltar almaq məqsədi ilə gəlmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində “HH Baku” adlı mağazaya girib paltar almaq üçün köynəklərə baxmışdır. Mağazada ondan başqa satıcı və müştəri də olmuşdur. Satıcının başı digər müştəriyə qarışdığını görüb mağazada olan köynəklərdən birini götürüb soyunub-geyinmə otağına girmişdir. Həmin vaxt soyunub geyinmə otağında olan stolun üzərində bir ədəd qara rəngə pul kissəsi və pul kissəsinin yanında telefon görmüşdür. Bu zaman o orada kiminsə olmadığına əmin olub stolun üzərində olan pul qabını götürmək qərarına gəlmişdir. O pul qabını götürüb soyunub geyinmə otağından çıxmış, geyinmək üçün götürdüyü köynəyi yerinə qoymuş, daha sonra isə mağazadan çıxmışdır. Götürdüyü pul qabının açıb içərisinə baxdıqda içərisində müxtəlif kartlar və pullar olduğunu görmüşdür. O pulları saydıqda 570 manat olduğunu görmüşdür. Pulları götürüb cibinə qoymuş, daha sonra yoldan taksi sifariş verib 20 yanvar metro stansiyasına doğru getmişdir. Yolda həmin pul qabını əyləşdiyi taksinin pəncərəsindən tullamışdır. Oğurluq nəticəsində əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda əməlindən səmimi peşman olduğunu, lakin ittihamın birinci epizodu üzrə özünü təqsirli bilmədiyini bildirərək barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 11.08.2020-ci il tarixdə saat 15 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 5 ünvanda yerləşən “HHBaku” paltar mağasında özünə şalvar almaq məqsədi ilə daxil olmuşdur. Orada soyunma otağında içində 600 manat pul, maaş kartında 546 manat, iş vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat vəsiqəsi olan pul kisəsini şalvarın sol yan cibinə qoyub, əyninə geyindiyi yeni şalvarı güzgüyə baxmaq üçün soyunma otağından çıxmışdır. Bir neçə dəqiqədən sonra şalvara görə pulu ödəmək istəyərkən müəyyən etmişdir ki, ona məxsus 20 manat dəyərində qara rəngli pul kisəsi içərisində olan pul və sənədlərlə birlikdə oğurlanmışdır. O dərhal mağazanın rəhbərliyinə müraciət edib mağazanın bağlanmasını və içəridən heç kimin buraxılmamasını xahiş etmişdir. Daha sonra mağazada olan kameraya baxış keçiriləndən sonra məlum olmuşdur ki, pul kisəsi mağazaya müştəri kimi daxil olmuş əvvəllər tanımadığı sifətində qoruyucu maskası olan şəxs o otaqdan çıxandan sonra onun arxasınca daxil olub pul kisəsini oğurlamışdır. Bu səbəbdən o baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda ona vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisə olan tarix dəqiq yadında qalmamışdır. Hadisə olan vaxt o, ticarət mərkəzinin 2-ci mərtəbəsində olmuşdur. Günorta saatlarında nahara çıxarkən “koşelokunun” yerdə olmasını görmüş, içərisinə baxdıqda isə pulunun olmamasını aşkar etmişdir. Bundan sonra dərhal həmin yerin mühafizəsinə müraciət etmiş, o da 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Təqisrləndirilən şəxsi hadisə günü həmin mağazada görməmişdir. Həmin şəxsi iş üzrə şahid qismində keçən Şahid görmüşdür. Həmin vaxt ona bir uşaq yaxınlaşaraq atasını görüb-görməməsini soruşmuşdur. O isə uşağa atasını görmədiyini demişdir. Daha sonra uşaq oradan getmişdir. Təqribən onun hadisə barədə polis orqanlarına müraciət etməsindən 3-4 gün sonra post patrul xidmətinin əməkdaşları bir nəfər şəxsi mağazaya gətirmişlər və o, mağazaya daxil olarkən oğurluq etdiyi çantanın harada olduğunu, həmçinin necə oğurluq etdiyini əyani şəkildə göstərmişdir. Dükanın kameraları yoxdur. Dükanın önündəki yolda kamera var. Həmin kamera vasitəsi ilə onların dükanının qarşısı görsənir. Lakin aydın görsənmir. Həmin kameradan baxmaqla təqsirləndirilən şəxsi tanımaq çətin olar. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçi deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Kainat TM”-nin 12A saylı mağazasında satıcı işləyir. Mağazanı hər gün təxminən 08 radələrində açıb, axşam isə 18:30 radələrində bağlayırlar. Mağazada ondan başqa mağazanın sahibəsi və 1 nəfər satıcı işləyir. 13.10.2019cu il tarixdə saat təxminən 13 radələrində o mağazanın 1-ci mərtəbəsində olmuşdur. Bu zaman mağazaya təxminən 45 yaşlarında bir kişi 12-13 yaşlarında bir oğlan uşağı ilə gəlmişdir. Həmin şəxs ətrafı gəzib oboylara baxmış, oboyların qiymətləri ilə maraqlanmışdır. Uşaq isə onlardan aralanmışdır. O digər tərəfə keçən zaman görmüşdür ki, artıq kişi getmişdir. Bu zaman Gülşən xanım 2-ci mərtəbədən 1-ci mərtəbəyə düşdükdə həmin uşaq ona yaxınlaşıb “xala atamı görmədiz” deyə soruşmuşdur. Gülşən xanım görmədiyini demiş və telefonunu ona uzatmışdır ki, atasına zəng etsin. Bu zaman həmin uşaq qaçıb mağazadan çıxmışdır. Onlar da o anda heç nədən şübhələnməmişlər. Bir az keçdikdən sonra Gülşən xanım təsərrüfat otağına daxil olub oradan onu səsləmiş və otağa daxil olduqda, görmüşdür ki, Gülşən xanımın pul qabı ağzı açıq formada yerdədir. Gülşən xanım pul qabına baxdıqda orada olan 1500 manat pulun yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Hüseynağa oğlunu ilk dəfə mağazadan oğurluq hadisəsi baş verdikdən bir neçə gün sonra polis əməkdaşları ilə birlikdə mağazada hadisə yerinə baxış keçirilərkən görmüşdür. Ümumiyyətlə hadisə baş verən zaman o, mağazanın birinci mərtəbəsində olmuşdur. O, oğurluq hadisənin bilavasitə Tofiq tərəfindən törədilməsini görməmişdir. Belə ki, mağazada təxminən 45 yaşlarında bir kişi və 12-13 yaşlarında bir oğlan uşaq olmuşdur. Onlar əvvəlcə həmin şəxslərdən şübhələnmişdir. Bir müddətdən sonra 21.06.2020-ci il tarixdə polis əməkdaşı onu idarəyə şəxsin tanınması istintaq hərəkətinə dəvət etdiyini bildirmiş, o da getmişdir. İdarənin inzibati otağında olarkən orada polis əməkdaşı o, və 4 nəfər şəxs olmuşdur. Polis əməkdaşı mağazadan oğurluq edən şəxsin həmin şəxslər sırasından tanıyaraq göstərməsini xahiş etmişdir. O da Təqsirləndirilən şəxs əli ilə işarə edərək göstərmişdir. Həmin şəxsi, yəni Tofiqi göstərməsinə səbəb isə mağazaya baxış keçirilərkən polis əməkdaşları ilə birlikdə gəlməsi olmuşdur. Tofiqi daha əvvəl mağazada gördüyündən onu işarə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanaraq, istintaq aparılması üçün icraata qəbul edilmişdir. Təqdim olunmuş diskə baxış keçirilməsi haqqında 09 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, 11.08.2020-ci il tarixdə saat 15:30-da ünvan 1 ünvanında yerləşən “HH” kişi geyimləri mağazasında olan bir nəfər eynəkli şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 mağazada olan soyunub geyinmə otağından çıxdığını görüb bir ədəd qara rəngli köynəyi götürüb Elvin Məmmədovun çıxdığı soyunub geyinmə otağına girir, bir neçə saniyədən sonra həmin köynəklə birlikdə həmin şəxs çölə çıxır. Digər əlində isə pul kisəsi olur. Daha sonra əlində olan köynəyi digər paltarların üzərinə qoyub oradan gedir. Təqsirləndirilən şəxs həmin şəxsin özü olduğunu bildirmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 09 sentyabr 2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2020-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 11 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 11 sentyabr 2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və onun saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 16.09.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 27.09.2007-ci il tarixli hökmündən görünür ki, o, AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05.05.2009-cu ildə AR Milli Məclisinin 17.03.2009-cu il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən azad edilmiş, Səbail Rayon Məhkəməsinin 25.04.2012-ci il tarixli hökmü ilə AR CM-in 177.2.2, 234.1, 326.2, 66.3-cü maddəsinə əsasən 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06.04.2016-cı il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 05 ay 23 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 10.10.2016-cı ildə cəzasını çəkib qurtarmışdır, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11.07.2017-ci il tarixli hökmü ilə AR CM-nin 234.1, 177.1, 66.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21.05.2018-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə AR CM-nin 76-cı maddəsi ilə 05 ay 25 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 15.11.2018-ci ildə cəzasını çəkib qurtarmışdır, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.12.2019-cu il tarixli hökmü ilə AR CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt ŞPİ-nin icraatında olan Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi 27.02.2020-ci il tarixdə məhkəməyə göndərilmiş, Abşeron RPİ-nin icraatında olan Təqsirləndirilən şəxs AR CM-nin 326.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi 28.07.2020-ci il tarixdə məhkəməyə göndərilmişdir. Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında 25.09.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və ibtidai istintaq ********* nömrə altında davam etdirilmişdir. Cinayət işinin başlanması haqqında 25 dekabr 2019-cu il tarixli qərardan görünür ki, material üzrə AR CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında 21.10.2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-in 24-cü PŞ-nin təhqiqatçısı polis kapitanı Tapdıq Quliyev, X4, hal şahidləri X14, X6 iştirakı ilə HK1/2986 nömrəli materiala baxış keçirilmiş, baxış zamanı Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Kainat TM”-nin olduğu yol kənarında yerləşən 9-cu mağazanın bir girişdən ibarət, vitrinləri olduğu müəyyən edilmiş, baxış açıq havada aparılmışdır. Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Bölməsinin 10 yanvar 2020-ci il tarixli Bakı şəhəri Nizami RPİ-nə ünvanlandığı məktubdan görünür ki, faktla əlaqədar naməlum şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Qarayev prospektində yerləşən “Kainat TM”-nin, həmçinin mərkəzin ətrafında olan təhlükəsizlik kameralarına və TŞ kamera görüntülərinə baxılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Şəxsin tanınması haqqında 21 iyun 2020-ci il tarixli protokoldan və ona əlavə edilən fotoşəkillərdən görünür ki, Nizami RPİ-nin İŞ-nin müstəntiqi Etibar Balakişiyev vətəndaş Şahid (Tanıyan şəxsə) tanınmalı olan Təqsirləndirilən şəxs müəyyən edilməsi istiqamətində X10, X7, Təqsirləndirilən şəxs, X1 öz istədiyi yeri tutması təklif edilmiş, Şahid isə oğurluq edən şəxsin soldan sağa doğru ikinci sırada dayanmış şəxs olduğunu və həmin şəxsi üz cizgilərindən tanıdığını bildirmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs190080508 nömrəli cinayət işi üzrə AR CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında 21 iyun 2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında 21.11.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Talıb Tofiqzadəyə AR CM-in 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 21 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21.11.2020-ci il tarixdə AR CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, 01 ədəd CD diskin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi və s. qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 aprel 2020-ci il tarixdən 29 aprel 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində 08 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 1(006)-339/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 08 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən 11 avqust 2020-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında yerləşən “HH Baku” adlı kişi geyimləri mağazasının soyunub geyinmə otağında asılqandan asılmış zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus qara rəngli şalvarın sol yan cibindən 20 manat dəyərində qara rəngli pul kisəsini, həmin pul kisəsinin içərisində olan 600 manat pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 620 manat məbləğində maddi ziyan vurması onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir . Eyni zamanda, məhkəmə, Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq orqanı tərəfindən 13.10.2019-cu il tarixdə saat 13:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospektində yerləşən “Kainat” ticarət mərkəzinin 12A saylı mağazasında olan asılqandakı qadın çantasının içərisindən 1500 manat gizli yolla talayaraq Zərərçəkmiş şəxs1ova ümumilikdə 1500 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etməsi ilə barədə verilən ittihamla bağlı aşağıdakıları qeyd edir: Göstərilən epizod üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsə və onun adından kompyuter vasitəsilə yazılıb çap edilmiş etirafedici ifadəni imzalamış olsa da, məhkəmə istintaqında Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməli üzrə özünü təqsirli bilməmiş və tam fərqli ifadə verərək göstərmişdir ki, həmin epizod üzrə oğurluq hadisəsinin ona aidiyyəti yoxdur. 13.10.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospektində yerləşən “Kainat” ticarət mərkəzində olmamış, oğurluq etməmişdir. Kamera görüntülərində olan şəxs də o deyildir. Həmin oğurluq hadisəsini istintaq orqanının təzyiqi altında etiraf etmiş və bu barədə protokolu imza etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təqsirini etiraf etməsi barədə ifadəsi ilə bağlı olmadığını qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət prosessual qanunvericiliyi təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı təqsirini boynuna alması və ya almaması ilə bağlı olmadığını təsbit edir (CPM-in 324.3.4-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinin və CPM-in 90.9 və 91.7-ci maddələrinin tələblərinə müvafiq olaraq, şübhəli və ya təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə ifadə verməmək, yaxud digər şəxslərin hüquqlarını pozmadan qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququna malikdir. Bundan əlavə, göstərilən oğurluq hadisəsi üzrə istintaq orqanının təqdim etdiyi digər sübutlar da məhkəmə istintaqında araşdırılmış və müəyyən olunmuşdur ki: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, hadisə olan vaxt o, ticarət mərkəzinin 2-ci mərtəbəsində olmuşdur. Günorta saatlarında nahara çıxarkən “koşelokunun” yerdə olmasını görmüş, içərisinə baxdıqda isə pulunun olmamasını aşkar etmişdir. Bundan sonra dərhal həmin yerin mühafizəsinə müraciət etmiş, o da 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Təqisrləndirilən şəxsi hadisə günü həmin mağazada görməmişdir; Cinayət işinin 116-119-cu vərəqlərində olan şəxsin tanınması haqqında 21 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin İŞ-nin müstəntiqi Etibar Balakişiyev tərəfindən tanıyan şəxs Şahid 4 nəfər tanınmada iştirak edən şəxs təqdim edilmiş və həmin şəxslər sırasından o, Təqsirləndirilən şəxs Hüseynağa oğlunu tanımışdır. Şəxsin tanınması — şahidə, zərərçəkmiş şəxsə, şübhəli ya təqsirləndirilən şəxsə qanunla müəyyən olunmuş qaydada müəyyən şəxsin— onların əvvəllər müşahidə etdiyi və haqqında ifadə verdikləri obyektlə eyniliyini və ya fərqlənməsini müəyyən etmək məqsədilə təqdim edilməsindən ibarət olan istintaq hərəkətidir. Digər istintaq hərəkətləri kimi tanınma da sübutların toplanması üsulu olmaqla, bu istintaq hərəkəti nəticəsində əldə olunan sübut qismində təqdim olunmuş obyektin tanınması və ya tanınmaması faktı çıxış edir. Şahid ifadəsindən görünür ki, hadisə baş verən zaman o, mağazanın birinci mərtəbəsində olmuşdur. O, oğurluq hadisənin bilavasitə Tofiq tərəfindən törədilməsini görməmişdir. Təqsirləndirilən şəxs Hüseynağa oğlunu ilk dəfə mağazadan oğurluq hadisəsi baş verdikdən bir neçə gün sonra polis əməkdaşları ilə birlikdə mağazada hadisə yerinə baxış keçirilərkən görmüşdür. Şəxsin tanınması istintaq hərəkəti keçirilən zaman da məhz bu səbəbdən Təqsirləndirilən şəxs Hüseynağa oğlunu tanımışdır. Göründüyü kimi Şahid oğurluq hadisəsini törədən şəxsi görməmiş və yalnız hadisədən bir neçə gün sonra polis əməkdaşlarının hadisə yerinə baxış keçirmək üçün gətirilən şəxsi görmüş və sonradan ona təqdim edilən şəxslərin sırasından bu səbəbdən onu tanımışdır. Tanınma istintaq hərəkəti şahidin təqsirləndirilən şəxsi hadisə vaxtı görmüş olduğu, yaxud tanımadığı, lakin hadisə baş verən zaman zahiri əlamətlərini yadda saxladığı halda həyata keçirilir. Lakin hazırki halda şahid təqsirləndirilən şəxsi hadisə vaxtı deyil, hadisədən sonra polis işçilərinin yanında görmüşdür. Yəni Şahid ifadəsində bildirdiyi kimi, oğurluq hadisəsini törədən şəxsi görməmiş və tanımır, buna görə də hadisənin kimin tərəfindən törədildiyini görmədiyi və tanımadığı bir halda hadisədən sonra gördüyü şəxsin ona tanınmaya təqdim edilməsi və bu barədə istintaq hərəkətinin həyata keçirilməsini məhkəmə cinayət prosessual qanunvericiliyin pozulması kimi qiymətləndirir və hesab edir ki: CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 125.2, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Hazırki iş üzrə CPM-in qeyd edilən prinsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə olan təqdirdə, məhkəmə ittihamın əsasını təşkil edən və yuxarıda təsvir olunan sübut, yəni tanınma istintaq hərəkətinin keçirilməsi qeyri-mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmadığından baş vermiş cinayət hadisəsində şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilməz. Göstərilən sübut hüquqi qüvvəsi olmadığından ondan ittihamın düzgün həlli üçün hər hansı halın, o cümlədən Təqsirləndirilən şəxs Hüseynağa oğlunun oğurluq etməsini halını təsdiq edə bilməz. Buna görə də sözügedən sübutun həqiqiliyinə və əldə olunma mənbəyinə yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. Belə ki, CPM-in: 21.2-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Qeyd olunanlar əsasında məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Hüseynağa oğlunun 13.10.2019-cu il tarixdə saat 13:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospektində yerləşən “Kainat” ticarət mərkəzinin 12A saylı mağazasında olan asılqandakı qadın çantasının içərisindən 1500 manat gizli yolla talayaraq Zərərçəkmiş şəxs1ova ümumilikdə 1500 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etməsini təsdiq edən hər hansı sübut mövcud deyildir, ittiham tərəfindən Təqsirləndirilən şəxs Hüseynağa oğlunun bu oğurluq əməlini törətməsini təsdiq edən mötəbər sübutlar əldə olunmamış, əldə edilən sübut, yəni Şahid ifadəsi onun təqsirsizliyini sübut edir, digər sübut-şəxsin tanınmaya təqdim edilməsi protokolu isə etibarsız hesab olunduğundan şəxsin təqsirliliyinin müəyyən olunmasında istifadə oluna bilməz. Təqsirsiz şəxsə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir (CPM-in 8.0.5-ci maddəsi). Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirsiz olması cinayət-prosessual qanunvericiliklə tam sübuta yetirilərsə, onda məhkəmə tərəfindən bunu təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə şəxsin təqsirliliyinin sübuta yetirilmədiyinə əsasən bəraət hökmünü o hallarda çıxara bilər ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi əməlin həqiqətən baş verməsi müəyyən edilmiş olsun, lakin toplanmış sübutlar əsasında şəxsin həmin cinayəti etməkdə təqsirini təsdiq etmək mümkün olmasın və ya əksinə, toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etsin. CPM-in: 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər; 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CPM-in: 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır; 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin (Təqsirsizlik prezumpsiyası) İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Təqsirləndirilən şəxs 13.10.2019cu il tarixdə saat 13:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospektində yerləşən “Kainat” ticarət mərkəzinin 12A saylı mağazasında olan asılqandakı qadın çantasının içərisindən 1500 manat gizli yolla talayaraq Zərərçəkmiş şəxs1ova ümumilikdə 1500 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etməkdə təqsirli olması sübut olunmur. Cinayət qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları haqqında Avropa Konvensiyasının presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, «əsaslı şübhə yeri qoymayan» sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 13.10.2019-cu il tarixdə saat 13:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospektində yerləşən “Kainat” ticarət mərkəzinin 12A saylı mağazasında olan asılqandakı qadın çantasının içərisindən 1500 manat gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1500 manat dəyərində maddi ziyan vurmaqla oğurluq edilməsi barədə verilən ittihamla bağlı Təqsirləndirilən şəxs təqsirsiz hesab edilməli və həmin epizod üzrə Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla Təqsirləndirilən şəxs 11 avqust 2020-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında yerləşən “HH Baku” adlı kişi geyimləri mağazasının soyunub geyinmə otağında asılqandan asılmış zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus qara rəngli şalvarın sol yan cibindən 20 manat dəyərində qara rəngli pul kisəsini, həmin pul kisəsinin içərisində olan 600 manat pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 620 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi sübuta yetirilsə də, birinci epizod üzrə ona bəraət verildiyindən onun əməli təkrar törədilmiş oğurluq əməli kimi qiymətləndirilə bilməz. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli CM-in 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməli və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 11 avqust 2020-ci il tarixdə yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən təyin ediməlidir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2020-ci il tarixdən 11 sentyabr 2020-ci il tarixədək tutma altında saxlanıldığı 2 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 30.03.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda cinayət iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihamın birinci epizodu olan özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 13.10.2019-cu il tarixdə saat 13:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Kainat” ticarət mərkəzinin 12A saylı mağazasında olan asılqandakı qadın çantasının içrəsidindən 1500 manat gizli yolla talayaraq zərərçəkmiş şəxs X3 ümumilikdə 1500 manat dəyərində maddi ziyan vuraraq oğurluq etməsi epizodu üzrə təqsiri sübuta yetmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 sentyabr 2020-ci il tarixdən 11 sentyabr 2020-ci il tarixədək tutma altında saxlanıldığı 2 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 30 mart 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübüt kimi tanınmış- 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi AZ-1008 ünvan 4 ünvanı: mailto:contact@narimanovcourt.gov.azElektron ünvan 06 avqust 2020-ci il № 1(005)- 155/2020 Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 1(005)- 155/2020 saylı hökmün surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Hökmün surəti. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar