Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-88/2025 24.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1994-cü ildə Naxçıvan MR-nın Şərur rayonunun Dərvişlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, "xxxx" MMC-də şöbə müdiri işləyən, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi küçəsi yeni tikilmiş qeydiyyatsız evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 04 may 2024-cü ildə saat 23:17-də Nərimanov rayonu X8 küçəsi ilə həmin küçənin Azadlıq prospekti kəsişməsindən Koroğlu Rəhimov küçəsi ilə kəsişməsi istiqamətində 7E-15646 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli etibarnamə və nəqliyyat vasitəsini idarə etmək hüququ verən “BC 191049” nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi ilə «VAZ 21214» markalı, 90EY572 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin, 1-ci bəndinə əsasən hərəkətin intensivliyini nəzərə almaqla, yaşayış məntəqələri daxilində avtomobili saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda, həmin qaydaya riayət etməyib saatda 70 kilometr sürətlə idarə edərkən yolun X8 küçəsinin «Tam Store» marketin qarşısındakı hissəsində hərəkət istiqamətlərini ayıran ağ bütöv üfüqi nişanlanma xəttinin üzərində avtomobillərin keçməsini gözləyən piyada Zərərçəkmiş şəxs dayanmasına baxmayaraq, «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayyət etməklə, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmqla, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamaqla, 1.3 üfiqi nişanlanma xəttini (hərəkət istiqamətlərini ayıran ağ bütov xətti) kəsib keçməmək və dayanmış piyadalardan lazımi yan məsafə saxlayaraq hərəkətini davam etdirməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olsa da, qeyd olunan tələblərə əməl etməyib, həmin yol hərəkət qaydalarını pozması, ötmə əməliyyatı keçirmək üçün 1.3 üfüqi nişanlanma xəttinin üzərinə çıxması ehtiyatsızlıqdan avtomobillə üfüqi bütöv xəttin üzərində dayanmış piyada X2 və Zərərçəkmiş şəxs vurmasına, Zərərçəkmiş şəxs kəllə əsası sınığı, sağ baldır sümüklərinin sınığı, sol bazunın sınığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 may 2024-cü ildə saat 23:17-də Nərimanov rayonu X8 küçəsi ilə həmin küçənin Azadlıq prospekti kəsişməsindən Koroğlu Rəhimov küçəsi ilə kəsişməsi istiqamətində «VAZ 21214» markalı, 90EY572 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ağ bütöv üfüqi nişanlanma xətinin üzərində avtomobillərin keçməsini gözləyən piyada Zərərçəkmiş şəxs vurmuşdur. Daha sonra idarə etdiyi avtomobili saxlayaraq ətrafdakı insanlardan köməklik istəmişdir. Orada olan insanlardan biri təcili tibbi yardıma zəng etmişdir. Daha sonra hadisə yerinə həkim briqadası gələrək Turanı Semaşko xəstəxanasına aparmışlar. Hazırda zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 23-24 radələrində dostu Qəfil Əfəndizadə ilə Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsində yerləşən «Tam Store» marketə getmişlər. Marketdən çıxıb yaşadıqları evə getmək üçün yolu əks tərəfə keçmək istəmişlər. Onlar yolu yarısına kimi keçmiş və qoşa xəttin üzərində dayanıb nəqliyyat vasitələrinin keçməsini gözləməyə başlamışlar. Bu an yolla sedan markalı avtomobil keçirdi. Həmin avtomobilin onlara çatmasına təxminən 1 metr qalmış, avtomobilin arxasından «Niva» markalı avtomobil qarşısındakı avtomobili ötmək üçün qoşa xəttin üzərinə çıxmış və onlara tərəf sürətlə gəldiyini görüb «Niva» markalı avtomobilin onları vuracağından ehtiyat edərək, yayınmaq üçün bir addım arxaya hərəkət etsələr də, «Niva» markalı avtomobilin sürücüsü də avtomobili əks istiqamətli yola çıxartmış və onları vurmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında xx.xx.2024-cü il tarixli, 2/24012 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən ayıq vəziyyətdə olmuş, alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və vəsiqənin etibarlılıq tarixi xx.xx.2032-ci il tarixdə bitir. AE 027414 seriya və nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-EY-*** dövlət qeydiyyat nişanlı, XTA212140L2380401 ban nömrəli, ******* mühərrikli, boz metallik rəngli “VAZ 21214 urban minik” universal markalı avtomobil X1 məxsusdur. 05 iyun 2023-cü il tarixdə X5 tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, **-EY-*** dövlət qeydiyyat nişanlı, XTA212140L2380401 ban nömrəli, ******* mühərrikli, boz metallik rəngli “VAZ 21214 urban minik” universal markalı avtomobilin idarə edilməsi Təqsirləndirilən şəxs etibar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 canlı şəxsin ekspertizasının 31 may 2024-cü il tarixli, № 141-M saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarətlər dəqiqləşdirilməmiş kəllə daxili travma, kəllə əsas sınığı, sağ baldır sümüklərinin sınığı, sol bazunun sınığı-küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ biləcəyi və dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarət alması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/1937 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən baş vermiş yol nəqliyyat hadisəsində «VAZ 21214» markalı avtomobilin sürücüsü X3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3 bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur . Qaunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçısı yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalıdır. Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələbinə görə sürücüyə 1.3 üfiqi nişanlanma xəttini (hərəkət istiqamətlərini ayıran ağ bütöv üfiqit nişanlama xətti) kəsib getmək qadağandır . Həmin maddələrin tələblərinə riayyət etdiyi halda, sürücü Elşən Cəfərovun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir. “CD diskə baxış keçirilməsi haqqında” 12 iyul 2022-ci il tarixli protokoldan görününür ki, İMG 9475 adlı fayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, yolun sol işlək hissəsində iki piyadanın yolu sağdan sola adi addımlarla keçmələri və saat 23:17:30-da qoşa xəttə çataraq sol tərəfdən hərəkətdə olan nəqliyyat vasitələrin keçməsini gözləmələri, saat 23:17:31-də yolun sağ hissəsi ilə qoşa xətdən 1-ci zolaqla hərəkətdə olan qara rəngli «Niva» markalı avtomobilin sürücüsünün onunla eyni zolaqda qarşısında hərəkətdə olan sedan tipli, açıq rəngli avtomobili ötmək üçün idarə etdiyi avtomobili qoşa xəttin üstünə çıxardır. Qoşa xəttin üzərində dayanmış iki piyada «Niva» markalı avtomobilin onlara təhlükə yaratmasını görüb geriyə addım atır, lakin «Niva» markalı avtomobilin sürücüsü də avtomobili əks istiqamətli yola yönəldir və yolun həmin hissəsində qoşa xətdən bir qədər aralı piyadaları avtomobilin qabaq hissəsi ilə vurub yıxaraq, bir qədər qabaqda avtomobili saxlayır və əks istiqamətli yola dönərək geriyə qayıdır. Avtomobildən düşür xəsarət alan piyadalara yaxınlaşır. Hadisə yerinə adamlar və yolu keçən avtomobillər toplaşır. Bununla da görüntülər kəsilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, DİN-in Baş X11 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BC 191049 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq haqqında” 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamın və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, 1 ədəd diskdə olan yol-nəqliyyat hadiəsisnin görüntüləri ********* nömrəli cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınması qərara alınmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan ödənmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Mülki iddiasından da imtina edir. Odur ki, cinayət işi üzrə icraata xitam verilməsini və mülki iddia üzrə ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən barəsində olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, CM-in 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 85 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxs cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyan olaraq 64357 manat, mənəvi ziyana görə 15000 manat və 329 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.2-ci maddəsinə əsasən Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddiadan imtina etdiyinə görə iş üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs Natiq oğlu tərəfindən "xxxx" ASC-yə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 329,49 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddiadan imtina etdiyinə görə iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Natiq oğlu tərəfindən "xxxx" ASC-yə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 329,49 manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-88/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-88/2025
24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver